66. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci
maddəsinin III hissəsinə görə dövlət təhsil sisteminin
xarakteri necə müəyyən olunub?
- Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
67. Azərbaycan Respublikasının pul vahidi necə adlanır?
- Manat.
68. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən
çıxarılması hüququ yalnız hansı orqana mənsubdur?
- Azərbaycan Respublikasının Milli Banka.
69. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu
maddəsinin II hissəsinə görə hansı qurum dövlətin müstəsna
mülkiyyətindədir?
- Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna
mülkiyyətindədir.
70. Azərbaycan Respublikasının ərazisində manatdan
başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinə yol
verilirmi?
- Xeyr, yol verilmir. Bu, qadağandır.
Dostları ilə paylaş: |