152. Tənqidə görə təqibə yol verilirmi?
- Xeyr, yol verilmir. Tənqidə görə təqib qadağandır.
153. Təhqir və böhtan tənqid sayılırmı?
- Xeyr, sayılmır.
154. Hansı hallarda və kimlər hər hansı birliyə daxil
olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilər?
- Heç kəs heç bir halda hər hansı birliyə daxil olmağa və ya
onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
155. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci
maddəsinin II hissəsində birləşmək hüququ necə müəyyən
olunub?
- Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya,
həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud
birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst
fəaliyyətinə təminat verilir.
156. Hansı birliklər qadağandır?
- Azərbaycan Respublikasının bütün ərazisində və ya hər
hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək
məqsədi güdən birliklər qadağandır.
|