160. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinin II hissəsinə görə hər kəs hansı subyektlərin
qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən)
məhkəməyə şikayət edə bilər?
- Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar
və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə
şikayət edə bilər.
161. Hər kəs hansı andan müdafiəçinin köməyindən
istifadə etmək hüququna malikdir?
- Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən
tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək
hüququ vardır.
162. Şəxsin razılığı olmadan onun işinə başqa
məhkəmədə baxılmasına yol verilirmi?
- Xeyr, yol verilmir.
Dostları ilə paylaş: |