Prioritetlər 2013
1. PSS-də məcburi monitorinq və hesabat proseduralarının tətbiqi
2. Klinik psixoloqlar və sosial işçilərin PSS-ə inteqrasiyası
3. PSS-də informasiya sisteminin yaradılması
4. Erkən müdaxilə xidmətlərinin yaradılması
38
5. Ambulator psixiatriya müəssisələrində çoxixtisaslı yanaşmanın tətbiqi
Prioritetlər 2014
1. PSS-də xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və son nəticələr üzrə
indikatorların tətbiqi
2. Psixiatriya müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması
3. Ağır psixi pozuntuları olan şəxslərə sosial yardımın yaxşılaşdırılması
4. Ağır psixi pozuntuları olan şəxslərin ailələri ilə iş aparılmasının təşkili
Prioritetlər 2015
1. Psixi pozuntuların profilaktikasına yönəlmiş proqramların həyata keçirilməsi
2. Elmi tədqiqatların aparılması
3. PSS-də 5 illik planın yerinə yetirilməsi nəticələrinin qiymətləndirilməsi və yeni
planın hazırlanması
39
40
ƏLAVƏLƏR
Sənədlərin siyahısı
1. Ümumdünya
Səhiyyə Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında
hesabat, 2001. Psixi sağlamlıq: yeni anlayış, yeni ümid. WHO, Geneva, 2001
2. Ümumdünya
Səhiyyə Təşkilatı – Tövsiyələr. "Psixiatriya yardımı haqqında
qanun: on əsas prinsip" Cenevrə, 1996
3. Ümumdünya
Səhiyyə Təşkilatı – Tövsiyələr. "Psixi pozuntuları olan şəxslərin
hüquqlarına dəstək verilməsi haqqında təlimatlar" Cenevrə, 1996
4. Ümumdünya Psixiatriya Assosiasiyası – "Psixiatriya praktikasında etik
standartlar" üzrə Madrid Bəyannaməsi. Madrid, 1996-cı il
5. Psixi
sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi: Problemlər və onların
həlli yolları. Helsinki, 2005
6. "İşgəncələrin, qeyri-humanist və ya təhqiredici rəftarın, yaxud cəzanın qarşısının
alınması" üzrə Avropa Konvensiyası. Strasburq, 1987
7. Psixi
sağlamlığın qorunması üzrə Avropa Fəaliyyət Planı: Problemlər və onların
həlli yolları. Helsinki, 2005
8. "Psixiatriya
yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı –
Azərbaycan Respublikasında psixi sağlamlıq sistemi. Bakı, 2007
10. Birləşmiş Millətlər Təşkilatı – BMT Baş Assambleyasının 46/119 saylı 17.12.91
tarixli Qətnaməsi "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi və psixiatriya
yardımının yaxşılaşdırılması prinsipləri". Nyu-York, 1991
11. Birləşmiş Millətlər Təşkilatı – BMT Baş Assambleyasının 44/25 saylı 20.11.89
tarixli Qətnaməsi "Uşaq hüquqlarının müdafiəsi haqqında konvensiya". Nyu-York,
1989
12. Avropa
Şurasının Parlament Assambleyası – Tövsiyələr 1235 "Psixiatriya və
insan haqları haqqında" Strasburq, 1994
TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ
Ağır psixi pozuntu (severe mental disorder) – göstərilən 3 meyara uyğun gələn psixi
pozuntu: 1) psixotik pozuntu diaqnozu; 2) ilk dəfə yardım üçün müraciət edilməsindən 2
ildən artıq vaxt keçməsi; 3) funksional adaptasiyanın aydın ifadə olunmuş pozulması
(GAF üzrə <50 bal).
Böhran mərkəzi (crisis center) – böhran vəziyyətlərinin yaranması hallarında
qısamüddətli təcili yardım göstərən psixi sağlamlıq sistemi müəssisəsi.
Çoxixtisaslı yanaşma (multidisciplinary approach) – psixi sağlamlığın müxtəlif
sahələrini təmsil edən mütəxəssislər qrupu (psixiatr, klinik psixoloq, psixiatriya tibb
bacısı, sosial işçi, reabilitoloq, fizioterapevt və s.) tərəfindən pasiyentə yardım
göstərilməsi prosesi.
Diplomdansonrakı təhsil (post-graduate education) – ali və ya orta təhsil
müəssisəsini bitirmək haqqında diplom aldıqdan sonra mütəxəssisin aldığı təhsil. Bura
internatura, rezidentura, ixtisasalma və ixtisasartırma kursları daxildir.
Erkən müdaxilə (early intervention) – psixi pozuntuların geniş spektrinin daha uzun
müddət davam edən və daha ağır gedişə keçməsinin qarşısını almaq məqsədilə,
onların erkən aşkar edilməsi, diaqnostikası və müalicəsinə yönəlmiş kompleks tədbirlər.
Etik Məsələlər üzrə Müşahidə Şurası (Institutional/Ethical Review Board) – bioloji-
tibbi və psixoloji tədqiqatlarda iştiraka cəlb edilmiş insanların hüquqlarının qorunması
məqsədilə belə tədqiqatların aparılması ilə bağlı müraciətləri nəzərdən keçirən, onları
müşahidə edən və icazə verən müstəqil qurum.
Hadisənin idarə olunması (case management) – məlumatların toplanması, onların
təhlili, strategiyanın müəyyən olunması və sosial yardım prosesinin müşayiət edilməsi
vasitəsilə pasiyentə göstərilən yardım və xidmətlərin fərdi qaydada təşkili və
koordinasiyasından ibarət olan sosial iş metodu (sinonimi – fərdi müşayiət).
İcma əsaslı yardım (community-based care) – pasiyentlərə yaşayış yerlərində, tibb
müəssisələrindən kənar müalicə və psixososial xidmətlərin göstərilməsi.
İlkin tibbi yardım (primary health care) – ən vacib sağlamlıq problemləri, xəstəliklərin
profilaktikası və onlarla mübarizə üsulları haqqında maarifləndirmə; rasional qidalanma,
keyfiyyətli su təminatı və əsas sanitar tədbirləri aparılmasına dəstək vermə; ana və
uşağın sağlamlığının qorunması, o cümlədən ailə planlaşdırılması; əsas infeksion
xəstəliklərə qarşı immunlaşdırma; həmin rayon üçün endemik olan xəstəliklərin
profilaktikası və onlarla mübarizə; yayılmış xəstəlik və travmaların müvafiq müalicəsi;
əsas dərman vasitələri ilə təminat (ÜST)
İnklüziv təhsil (inclusive education) – fiziki və / və ya psixi inkişafının korreksiya
edilməsinə ehtiyacı olan şəxslərlə belə bir korreksiyaya ehtiyacı olmayan şəxslərin birgə
təhsili üçün xüsusi şərait yaradılması.
41
İnterpersonal psixoterapiya (Interpersonal Psychotherapy, IPT) – pasiyentin cari
şəxsiyyətlərarası münasibətləri üzərinə yönəlmiş, depressiv pozuntuların müasir
qısamüddətli psixoterapiyası üsulu.
İstifadəçi – xəstələr və onların ailə üzvləri daxil olmaqla psixi sağlamlıq sahəsində
xidmətlər alan şəxslər.
Klinik protokol/rəhbərlik (clinical guideline/protocol) – müntəzəm yenilənən sənəd
olub hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi
yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarətdir.
Klinik psixoloq (clinical psychologist) – peşəkar fəaliyyəti psixi sağlamlıqla bağlı
problemlərin anlaşılması və profilaktikasına, həmçinin psixoloji rifaha və şəxsiyyətin
inkişafına dəstək verilməsinə yönəlmiş diplomlu psixoloq. Klinik psixoloq tərəfindən
göstərilən xidmətlərə psixoloji testlərin aparılması, məhkəmə-psixoloji müayinə,
məsləhətlər verilməsi, psixoterapiya, tədqiqatlarda iştirak, təlimkeçmə, psixi sağlamlığın
qorunması üzrə proqramlara rəhbərlik daxildir.
Koqnitiv-bihevioral terapiya (cognitive-behavior therapy, CBT) – neqativ fikirlərin
və az adaptiv davranış formalarının aşkar edilməsi və aradan qaldırılmasına yönəlmiş,
psixi pozuntuların müasir qısamüddətli psixoterapiyası üsulu.
Qorunmuş iş yerləri (protected work places) – psixi pozuntuları olan şəxslər üçün
xüsusi olaraq yaradılan, onların əmək şəraitinin təhlükəsizliyini və sosial sahədə
məşğulluğunu təmin edən iş yerləri.
Məlumatlandırılmış razılıq (informed consent) – pasiyentin müalicə haqqında könüllü
qərar qəbul etdiyini, müalicənin məqsədləri, müalicə tədbirlərinin həcmi, müalicənin
faydası, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması
imkanı barədə ona təqdim edilmiş informasiyanı tam şəkildə başa düşdüyünü bildirməsi.
Psixiatr (psychiatrist) – psixiatriya üzrə ixtisaslaşma keçmiş və qanunvericiliklə
müəyyən edilmiş qaydada psixi pozuntuları olan şəxslərin diaqnostikası və müalicəsi ilə
məşğul olan həkim.
Psixiatriya tibb bacısı (psychiatric nurse) – orta tibb təhsili olan, psixi sağlamlıq
sahəsində hazırlıq keçmiş, ambulator və ya stasionar psixiatriya yardımı
müəssisələrində çalışan tibb işçisi.
Psixi pozuntu (mental disorder) – bioloji, psixoloji, sosial və ya digər səbəblərdən
əmələ gələn, funksional adaptasiyanın pozulmasına gətirib çıxaran psixoloji və ya
davranış simptomlarının geniş spektri ilə ifadə olunan psixi fəaliyyətin pozulması.
Psixososial reabilitasiya (psychosocial rehabilitation) – ağır psixi pozuntuları olan
şəxslərin muxtariyyətinə və öz potensialını cəmiyyətdə realizə etməsinə köməklik
göstərən, fiziki, əqli, psixoloji və sosial adaptasiyanın optimal səviyyəsini əldə etməyə və
saxlamağa imkan verən proses.
42
43
Psixotrop preparat (psychotropic medicine) – psixi pozuntuların müalicəsində
istifadə olunan dərman vasitəsi. Psixotrop preparatlara neyroleptiklər (antipsixotiklər),
antidepressantlar, anksiolitiklər (trankvilizatorlar), əhvalı sabitləşdirici dərmanlar və
nootroplar aiddir.
PS üzrə Koordinasiya Şurası (Coordination Council on MH) – idarələrarası qarşılıqlı
əlaqə və PSS-də milli strategiyanın yerinə yetirilməsinin təminatı məsələlərinin həlli ilə
məşğul olan qurum. PS üzrə Koordinasiya Şurasına fəaliyyəti psixi sağlamlığın
qorunması ilə əlaqədar olan ayrı-ayrı nazirlik və idarələrin, həmçinin ictimai təşkilatların
nümayəndələri daxil olur.
PSS-də Milli Strategiya (National Mental Health Policy/Strategy) – psixi sağlamlığın
qorunması üzrə bütün sistemin inkişafının əsasını təşkil edən, özündə məqsəd, prinsip
və təmayülləri birləşdirən, konkret qərarlar qəbul edilməsinə istiqamətləndirən sənəd.
PSS-də Strateji Fəaliyyət Planı (MH Strategic Action Plan) – PSS-də Milli
Strategiyaya uyğun şəkildə həyata keçirilməli olan konkret tədbirlər toplusundan ibarət
rəsmi dövlət sənədi.
Reabilitasiya sahəsində mütəxəssis (occupational therapist) – müstəqil həyat üçün
zəruri olan vərdişlərin inkişafı və ya bərpa edilməsində psixi pozuntuları olan şəxslərə
yardım edən tibb işçisi.
Son nəticələr – psixi xəstəliklər üzrə ölüm, xəstələnmə və əlillik səviyyələrinin aşağı
düşməsi, həmçinin yardımdan razıqalma və xəstəlik nəticəsində ailə üzərinə düşən
yükün azaldılması kimi PSS-də fəaliyyətin effektivlik göstəriciləri.
Sosial işçi (social worker) – psixi pozuntuları olan şəxslərin ehtiyaclarını müəyyən
edən və onlara psixososial yardım göstərən mütəxəssis. Digər mütəxəssislərdən fərqli
olaraq sosial işçi yardımın tibbi deyil, sosial modelinə əsaslanır və bu zaman başlıca
diqqəti psixi pozuntuları olan şəxslərin onları əhatə edən mühitdə adaptasiya olunması
prosesinə yönəldir.
Sosial mənzil (sheltered/supported housing) – psixi pozuntuları olan şəxslərin sosial
dəstək, o cümlədən ev təsərrüfatının aparılmasında kömək, təhlükəsizliyin təminatı, tibbi
yardımdan istifadə imkanı alaraq, cəmiyyətdə müstəqil yaşamasına şərait yaradan
mənzilin icarəyə verilməsi.
Təşkilati-metodik Mərkəz (Organization Center on MH) – psixi sağlamlıq sistemində
effektiv idarəetmə üçün məsuliyyət daşıyan, funksiyalarına strateji planlaşdırma,
standart və normativlərin tərtib edilməsi, xidmət keyfiyyətinin monitorinqi və
qiymətləndirilməsi daxil olan qurum.
2
2
2
0
0
0
1
1
1
1
1
1
-
-
2
2
2
0
0
0
1
1
1
5
5
5
-
-
-
c
c
c
ü
ü
ü
İ
İ
L
L
L
L
L
L
Ə
Ə
Ə
R
R
R
Ü
Ü
Ü
Ç
Ç
Ç
Ü
Ü
Ü
N
N
N
P
P
P
S
S
S
İ
İ
X
X
X
İ
İ
S
S
S
A
A
A
Ğ
Ğ
Ğ
L
L
L
A
A
A
M
M
M
L
L
L
I
I
Q
Q
Q
S
S
S
A
A
A
H
H
H
Ə
Ə
Ə
S
S
S
İ
İ
N
N
N
D
D
D
Ə
Ə
Ə
F
F
F
Ə
Ə
Ə
A
A
A
L
L
L
İ
İ
Y
Y
Y
Y
Y
Y
Ə
Ə
Ə
T
T
T
P
P
P
L
L
L
A
A
A
N
N
N
I
I
-
İ
İ İ
I
İ
İ
I
I. Psixi sağlamlıq sistemi və insan hüquqlarının qorunması sahəsində tənzimlənmənin yaxşılaşdırılması və sektorlararası
qarşılıqlı əlaqənin inkişaf etdirilməsi
Strategiya
Fəaliyyət
Məsul strukturlar
İcra müddəti
a) "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi və psixi pozuntuları olan şəxslərin könüllü
hospitalizasiyası üzrə normativ sənədləri müəyyən etmək və işləyib
hazırlamaq
SN
b) Öz xoşu olmadan hospitalizasiya ilə bağlı məsələlərə məhkəmə
qaydasında baxılması mexanizmini tətbiq etmək
SN 2011
c) Psixiatriya stasionarında xəstələr üçün fiziki məhdudiyyətlər
qoyulması və onların təcrid edilməsi ilə bağlı təlimatlar hazırlamaq
SN 2011
1.1.1. Mövcud normativ sənədlərin
"Psixiatriya yardımı haqqında"
Azərbaycan Respublikası Qanununun
müddəalarına uyğun gəlməsinə
təminat vermək
ç) Psixiatriya yardımı göstərən bütün müəssisələrdə
hospitalizasiyaya/ müalicəyə könüllü razılıq formaları işləyib
hazırlamaq və tətbiq etmək
SN 2011
a) Psixiatriya müəssisələrində psixi pozuntuları olan şəxslərin
hüquqlarına riayət edilməsinin müntəzəm monitorinqi mexanizmini
müəyyən edən normativ sənədlərin hazırlanması
SN 2011
b) PS sahəsində insan hüquqlarına riayət edilməsi üzrə psixiatriya
müəssisələrinin işçiləri, sosial işçilər, hüquq-mühafizə və məhkəmə
sistemi nümayəndələri üçün treninqlər keçirmək
SN 2011
1.1.2. PS sistemində insan
hüquqlarına əməl edilməsinin və
Azərbaycan Respublikası
qanunvericiliyinin yerinə
yetirilməsinin müntəzəm monitorinq
sistemini tətbiq etmək
c) PSS ilə bağlı insan hüquqlarının qorunmasının əsas prinsipləri və
yardım göstərilməsində himayəçi yanaşmadan tərəfdaşlığa keçməyin
təmin edilməsi üzrə dəyirmi masa tədbirləri keçirmək
SN 2012
45
ç) Psixiatriya müəssisələrində insan hüquqlarına riayət edilməsinin
müntəzəm monitorinqinin aparılması
d) PSS-də insan hüquqlarına riayət edilməsinin monitorinqini həyata
keçirmək üçün peşəkar və hüquq müdafiə təşkilatlarının psixiatriya
müəssisələrinə daxil ola bilməsini təmin etmək
SN Daimi
e) PSS-də vəziyyət haqqında illik hesabata insan hüquqları ilə bağlı
informasiya daxil etmək
SN 2011-2015
a) Psixi pozuntuları olan şəxslərin hüquqlarının qorunması sahəsində
əməkdaşlıq haqqında Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DİN, Ombudsman Aparatı
arasında memorandumun imzalanması
SN 2011
1.1.3. Psixi pozuntuları olan şəxslərin
və onların ailə üzvlərinin hüquqi
müdafiəsi sahəsində dövlət
müəssisələrinin qarşılıqlı əlaqələrinə
və beynəlxalq, peşəkar və qeyri-
hökumət təşkilatları ilə
əməkdaşlıqlarına dəstək vermək
b) Psixi pozuntuları olan şəxslərin hüquqi müdafiəsi sahəsində dövlət
idarələrinin beynəlxalq, peşəkar və qeyri-hökumət təşkilatları ilə
əməkdaşlıq etmək
SN daimi
Strategiya
Fəaliyyət
Məsul strukturlar
İcra müddəti
a) Koordinasiya Şurası yaratmaq və dövlət strukturları, peşəkar
təşkilatlar və QHT nümayəndələrinin iştirakını təmin etmək*
SN 2011
b) Psixi Sağlamlıq üzrə Koordinasiya Şurasının fəaliyyəti üçün
normativ qaydalar işləyib hazırlamaq
SN 2011
1.2.1. Ölkədə Psixi Sağlamlıq üzrə
Koordinasiya Şurası yaratmaq
c) PSS-də Strategiyanın yerinə yetirilməsi və tövsiyələr verilməsi ilə
bağlı Koordinasiya Şurasının müntəzəm iclaslarını keçirmək
SN İctimai Səhiyyə və
İslahatlar Mərkəzi
2011-cu ildən
başlayaraq hər rüb
a) PSS-də effektiv idarəetmə üçün məsuliyyət daşıyan PS üzrə
Təşkilati-metodik Mərkəz / şöbə İSİM nəzdində yaratmaq
(psixiatr - 1, tibb bacısı -1, iqtisadçı - 1, inzibatçı -1, texniki işçi - 1)
SN 2011
b) PS üzrə Təşkilati-metodik Mərkəzin səlahiyyətləri, fəaliyyət üsulları
və iş planını müəyyən etmək
SN maliyyə-iqtisadiyyat
şöbəsi
2011
1.2.2. Psixi sağlamlıq sistemində
effektiv idarəetməni, strateji
planlaşdırmanın həyata keçirilməsini
və son elmi nailiyyətlərin praktikada
tətbiq olunmasını təmin etmək
c) Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək
SN 2011
1.2.3. PSS mütəxəssisinin Etik
Məsələlər üzrə Müşahidə Şurasının
işində iştirakını təmin etmək
a) PSS mütəxəssisini Etik Məsələlər üzrə yeni yaradılmış Müşahidə
Şurasının tərkibinə daxil etmək (ictimai əsaslarla)
SN Etik
Məsələlər üzrə
Müşahidə
Şurasının
yaradılması
zamanı
Strategiya
Fəaliyyət
Məsul strukturlar
İcra müddəti
a) Hər bir standart üçün meyarlar göstərilməklə, PSS-də xidmətlərin
keyfiyyət standartları üzrə sənədlər işləyib hazırlamaq
SN Dekabr
2013
b) PS müəssisələrinin akkreditasiyası proseduralarına yenidən
baxmaq, onları tamamlamaq və tətbiq etmək
SN Dekabr
2013
c) Keyfiyyət standartlarından istifadə etməklə PSS-də xidmətlərin
müntəzəm monitorinqini aparmaq
SN 2014-cü
ilin
yanvarından
başlayaraq
1.3.1. SN tərəfindən PSS-də
xidmətlərin keyfiyyətinin müntəzəm
monitorinqini təmin etmək
ç) İctimai sektor nümayəndələri tərəfindən PSS-də xidmət
keyfiyyətinin müntəzəm monitorinqinin aparılmasına dəstək vermək
SN daimi
a) Psixi pozuntuların nəticələrinin (o cümlədən, intiharlar və əlillik)
qeydiyyat formalarını təkmilləşdirmək
SN Dekabr
2013
b) Son nəticələrin keyfiyyət indikatorlarını (ehtiyacların təmin
edilməsi, həyat keyfiyyəti, xəstəliyin gətirdiyi yük, xidmətlərdən razı
qalma) işləyib hazırlamaq və tətbiq etmək
SN Dekabr
2013
50> Dostları ilə paylaş: |