İnternetdə:
www.books.google.com
132
Yubilyar yazıçı və şairlər
1 Aprel - Şair Ayaz Vəfalının anadan olmasının 80 illiyi, (1937)
Ayaz Vəfalı (Cəfərov Ayaz Rza oğlu) Cəlilabad rayonunun
Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində təhsil almışdır (1954-1959). Əmək
fəaliyyətinə ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiyasında
başlamışdır. Burada o, texniki katib, ədəbi işçi, tənqid və
ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini
olmuşdur (1960-1976).
‖Ulduz‖ jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra
(1976-1977), yenidən ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiyasında tənqid və
ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977-1978), məsul katib (1978-1993), baş
redaktorun müavini (1993-1996) vəzifələrində çalışmışdır. 1996-2014-cü illərdə
―Ədəbiyyat qəzeti‖nin baş redaktoru olmuşdur.
Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı
universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. O, Azərbaycan EA Nizami
adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və ―Füzuli və folklor‖
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A. Vəfalı müxtəlif illərdə
işıq üzü görən ―İllər və nəsillər‖, ―Ürək və od‖, ―Turacın mahnısı‖, ―Bəlkə onda
öyrənmişik‖, ―Özü oda yana-yana‖ şeirlər kitabının, ―Füzuli öyrədir‖, ―Sənətkar və
xalq‖, ―Füzuli xəlqiliyi‖ elmi-tədqiqat əsərlərinin müəllifidir. O, həmçinin böyük
özbək şairi Əlişir Nəvainin ―Leyli və Məcnun‖, Ukrayna ədəbiyyatının klassiki
T.Q.Şevçenkonun ―Kor qadın‖ poemalarını, rus yazıçısı A.Çakovskinin ―Qələbə‖
siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət
―Atalar sözü-ağlın gözü‖ kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı
nümunələri Azərbaycan dilinə tərcümə etmişdir. Əməkdar mədəniyyət işçisi
(1984) və Əməkdar incəsənət xadimi (2007) fəxri adlarına layiq görülmüşdür.
Dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir.
"Məhəmməd Füzuli" Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədridir (1994-cü
ildən). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (1991) və Məclisinin üzvüdür
(1997).
Kitabları: ―İllər və talelər‖ (1964), ―Ürək və od‖ (1968), ―Turacın mahnısı‖
(1973), ―Bəlkə onda öyrənmişik‖ (1979), ―Sənətkar və xalq‖ (1983) ―Özü oda
yana-yana‖ (1988), ―Füzuli xəlqiliyi‖ (1994) və s.
İnternetdə:
www.az.wikipedia.orq
133
2 Aprel - Yazıçı, tənqidçi, tərcüməçi Xeyrulla Əliyevin anadan olmasının
85 illiyi, (1932)
Xeyrulla Salman oğlu Əliyev Cəlilabad
rayonunun Göytəpə qəsəbəsində, kolxozçu ailəsində
anadan olmuşdur. Burada şəhər orta məktəbinə daxil
olmuş (1939), lakin İkinci Dünya müharibəsi illərində
təhsilini davam etdirə bilməmişdir. Sonra orta məktəbi
bitirib Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsində təhsilini davam
etdirmişdir (1952-1957). Azərbaycan KP MK-nın
mədəniyyət şöbəsində bölmə müdiri (1970-1989),
ideologiya şöbəsində təlimatçı (1989), Cəlilabad rayon
Partiya
Komitəsinin
birinci
katibi
(1989-1990)
vəzifələrində işləmişdir. Bədii yaradıcılığa jurnalistlik fəaliyyətinin ilk illərindən
başlamışdır. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist
məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm
―Ə.Xeyri‖, ―Əli Xeyrəddinov‖, ―Xeyir Əliyev‖ və s.imza və təxəllüslərlə çap edilir.
Xeyrulla Əliyev Azərbaycan ədəbiyyatının, müasir ədəbi prosesin aktual inkişaf
problemləri ilə ardıcıl məşğul olur. Məqalələrində müasir Azərbaycan nəsrinin
mütərəqqi meyilləri ədəbiyyatşünaslığın metodoloji nailiyyətləri səviyyəsində təhlil
edilir. İyirmidən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdir.
Xidmətlərinə görə ―Şərəf nişanı‖ ordeni (1980) və Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin Fəxri Fərmanı ilə (1989) təltif edilmişdir. Azərbaycan
Respublikası Ali Sovetinin deputatı olmuşdur (1990).
Kitabları: ―Sovremennı Azerbaydjanski roman‖ (1978), ―Azərbaycan Demokratik
Respublikasının milli rəmzləri‖ (1992), ―İncəsənət tarixi –xarakter tarixidir‖ (2003)
və s.
Tərcümələri: Ç.Aytmatov ―Povestlər‖ (1980), N.Dumbadze ―Mən günəşi görürəm‖
(1986), ―Ağ bayraqlar‖ (1997) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
134
3 Aprel - Yazıçı Musa Qocayevin anadan olmasının 85 illiyi, (1932-1993)
Musa Qulu oğlu Qocayev Qazax rayonunun Çaylı kəndində, kolxozçu
ailəsində anadan olmuşdur. Kənd orta məktəbini bitirəndən sonra Azərbaycan
Dövlət Universitetinin hüquq fakultəsində təhsil almışdır (1950-1955). M.Quliyev
Azərbaycan SSR ―Qayğı‖ cəmiyyətinin sədr müavini (1987-1990), ―Sərhəd‖
könüllü cəmiyyətinin sədri olmuşdur (1991-1993). Ədəbi fəaliyyətə şeirlə
başlamışdır (1955-ci ildən). İlk şeirləri ―Pioner‖, ―Azərbaycan gəncləri‖,
―Kommuna yolu‖ qəzetlərində dərc edilmişdir. Hekayə, oçerk və felyetonlarını
dövri mətbuatda müntəzəm çap etdirmişdir. ―Ata laylası‖ pyesini, ―Kəşfiyyatın izi‖
kinossenarisini qələmə almışdır.
1983-cü ildə Əli Bayramlı və Yevlax rayon zəhmətkeş deputatları Sovetinin
deputatı seçilmişdir. Xidmətlərinə görə 12 medalla təltif olunmuşdur. Musa
müəllimin 1967- ci ildə çapdan çıxan ―Mühüm tapşırıq‖ kitabından sonra, bir-
birinin ardınca ―Tək əldən səs‖, ―Mühüm əməliyyat‖, ―Gecələrin mahnısı‖,
―Maye qızıl‖, ―Qartal balası‖, ―Məhəbbət olan yerdə‖, ―Qanlı çinar‖
roman və povestləri kitab halında nəşr olunub.
Musa Qocayev 1993-cü il yanvarın 20- də Bakıda vəfat etmişdir.
Kitabları: ―Mühüm tapşırıq‖ (1967), ―Tək əldən səs‖ (1970), ―Maye qızıl‖ (1974),
―Gecələrin mahnısı‖ (1977), ―Məhəbbət olan yerdə‖ (1987), ―Odlu ürək‖ (1989),
―Qanlı çinar‖ (1992) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
135
5 Aprel - Şair Lətif Vəlizadənin anadan olmasının 75 illiyi, (1942)
Lətif Vəlizadə Füzuli rayonunda, kolxozçu ailəsində anadan olmuşdur.
İbtidai təhsilini burada B. Sərdarov adına orta məktəbdə almış, ailə vəziyyətinə
görə təhsilini C.Cabbarlı adına axşam fəhlə-gənclər orta məktəbində davam
etdirmişdir. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır
(1966-1971). Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan Natəvan adına klubun
müdiri (1971-1978), Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində
ictimai-siyasi verlişlər redaksiyasının əməkdaşı (1978-1987), televiziyanın tikinti,
nəqliyyat və rabitə baş redaksiyasının əməkdaşı, radionun Xəbərlər Baş
redaksiyasının redaktoru olmuşdur (1987-2006). Ədəbi fəaliyyətə 1959-cu ildə
Füzuli rayon qəzetində dərc olunan ilk şeirilə başlamışdır. 1968-ci ildən dövri
mətbuatda vaxtaşırı çıxış edir. Əsərləri keçmiş SSRİ xalqların dillərinə tərcümə
olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Kitabları: ―Azərin dovşanı‖ (1978), ―Çoban yastığı‖ 1983), ―Bu yurdun nəfəsi‖
(1986), ―Bu torpağın bərəkəti‖ (1986), ―Bu necə yuxudu, yoza bilmirəm‖ (2002),
―Yol ayrıcında‖ (2004) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
136
12 Aprel - Ədəbiyyatşünas, dramaturq Məmmədhüseyn Təhmasibin anadan
olmasının 110 illiyi, (1907-1982)
Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu Naxçıvan
şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu
bitirmişdir (1923-1927). 3 il Naxçıvan şəhər orta
məktəbində müəllimlik edəndən sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini
davam etdirmişdir (1930-1933). 1933-1936-cı illərdə
Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində
metodist, Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində baş müəllim (1939-1951), dosent (1951-
1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat
İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir
(1944-cü ildən vəfatınadək).
Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. ―Qaçaq Nəbi‖ adlı ssenarisini
1938-ci ildə ―İnqilab və mədəniyyət‖ jurnalında çap etdirmişdir. ―Bir qalanın sirri‖
(1960), ―Onu bağışlamaq olarmı?‖ (1960) ssenariləri əsasında eyni adlı filmlər
çəkilmişdir. ―Bahar‖ (1938), ―Aslan yatağı‖ (1941), ―Çiçəklənən arzular‖ (1951),
―Hind nağılı‖ (1956), ―Rübailər aləmində‖ (1968) və digər pyes-nağılları
respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
―Azərbaycan xalq dastanları (orta əsrlər)‖ mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir (1965). 1946-1977-ci illərdə ―Koroğlu‖, ―Molla Nəsrəddinin
lətifələri‖, ―Aşıq Ələsgər‖, ―Kitabi-Dədə Qorqud‖, ―Azərbaycan dastanları‖ və
digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal
çalışmışdır.
M.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif
olunmuşdur. Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda
vəfat etmişdir.
Kitabları: ―Azərbaycan folkloru kursu‖ (1940), ―Azərbaycan xalının qəhrəmanlıq
eposu‖ (1941), ―Azərbaycan xalqının qəhrəman oğulları‖ (1942), ―Çiçəkli dağ‖
(1965), ―Azərbaycan xalqının dastanları‖ (1972) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
137
15 Aprel - Yazıçı Əli Səbrinin anadan olmasının 125 illiyi, (1892-1983)
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları
arasında Əli Səbrinin (Qasımov) xüsusi yeri var. Yazıçı,
jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-
azadlıq mübarizəsinin cəfakeşlərindən biri olsa da, bu gün
onun ömrünün açılmamış səhifələri qalmaqdadır.
1917-1920-ci illərdə millət və vətən qarşısında öz
üzərinə düşən vəzifəni hünər və şərəflə yerinə yetirən Əli
Səbri Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb,
―Molla Nəsrəddin‖ jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir
hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda müəllimlik etdikdən
sonra Naxçıvana gedərək yerli vətənpərvərlərin 20-ci yüzilliyin əvvəllərində
erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olub.
Əli
Səbri Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə,
Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların
köməyilə könüllü xalq dəstələrinin yaradılmasına təşəbbüs göstərib, onların
əlaqələndirilməsində xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm
taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə
və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil
Axundov), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin
və Civə kənd könüllülərinin komandiri Bala bəy Vəkilovla birlikdə erməni
işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək, mahalın erməni
silahlarından təmizlənməsində xüsusi rol oynayıb. 1914-cü ildən ədəbi yaradıcılığa
başlayan Əli Səbri V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan tərcümələr edib.
O, bir sıra povest, xatirə və hekayələrin müəllifidir. Əli Səbri 1956-cı ildə bəraət
qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışıb, Azərbaycan Yazıçılar
İttifaqında bədii fondun direktoru işləyib. Əli Səbri 19 fevral 1983-cü ildə Bakıda
vəfat edib.
Kitabları: ―Solğun çiçək‖ (1914), ―Şəbi hicran‖ (1916), ―Balaca və xallı‖ (1917),
―Ömürdən yarpaq düşür‖ (1983) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
138
15 Aprel - Şair Əkbər Məftunun anadan olmasının 105 illiyi, (1912-1990)
Əkbərov Əkbər Qurban oğlu Naxçıvanın Ordubad
şəhərində anadan olmuşdur. Əvvəlcə Naxçıvan şəhərində
oxumuş (1921-1926), sonra pedoqoji texnikumu
bitirmişdir (1926-1930). Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır
(1934-1938).
Eyni
zamanda
―Pioner‖
jurnalı
redaksiyasında ədəbi işçi, Bakının 3 saylı məktəbində
müəllim işləmişdir (1935-1941). Ordubad şəhər yeddiillik
məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda
―Ordubad işçisi‖ qəzeti redaksiyasında məsul katib, redaktor, radio verlişləri
qovşağında diktor, məsul katib, M.S.Ordubadi adına şəhər Dövlət Dram
Teatrında müvəqqəti müdir kimi çalışmışdır (1943-1954). S.Vurğun adına
Ordubad orta məktəbində müdir olmuşdur (1954-1959). Sonra ailəliklə Bakıya
köçmüşdür. Burada Azərbaycan Dövlət Universitetinin nəşriyyatında baş
redaktor, ―Maarif‖ nəşriyyatında baş redaktor olmuşdur. 1968-ci ildə
―M.S.Ordubadinin poeziyası‖ mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dosenti
olmuşdur (1969-1985).
Onun ―Təyyarəçi‖ adlı ilk şeiri 1935-ci ildə ―Ədəbiyyat qəzeti‖ndə dərc
olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdiir. ―Vətən
qızı‖ (1940), ―Sevənlər‖ (1943), ―Nəsimi‖ (1946), ―Saray‖, ―Şahin‖ və s.
pyeslərini qələmə almışdır. Xidmətlərinə görə ―Şərəf nişanı‖, ―SSRİ Silahlı
qüvvələrinin 70 illiyi‖ ordeni və doqquz medalla təltif olunmuşdur.
Əkbər Məftun 1990-cı il sentyabrın 14-də Bakıda vəfat etmiş, Ordubadda
dəfn olunmuşdur.
Kitabları: ―Kiçik heykəltəraş‖ (1937), ―Vətən qızı‖ (1940), ―Sevənlər‖ (1943),
―Nəsimi‖ (1946), ―Mənim baharım‖ (1972), ―Şəfa bulağı‖ (1980),
―M.S.Ordubadi‖ (1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
139
20 Aprel - Xalq şairi Məmməd Rahimin anadan olmasının 110 illiyi,
(1907-1977)
Məmməd Rahim ( Hüseynov Məmməd Abbas oğlu) Bakıda, kiçik sahibkar
ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, böyük qardaşının himayəsində
yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb, Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun şərqşünaslıq fakultəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda
―Azərnəşr‖də tərcüməçilik etmişdir (1928-1931). 1926-cı ildə ilk şeiri ―Gördüm‖,
1930-cu ildə isə ilk şeir kitabı ―Arzular‖ çap olunmuşdur. Yazıçılar İttifaqında şeir
bölməsinin rəhbəri (1941-1946) olmuşdur. Məmməd Rahim həm də İranda xüsusi
ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna
görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya
bölməsinə rəhbərlik etmişdir. ‖Xaqani‖ (1955) mənzum dramını, ―Sayat Nova‖
(1956), ―Natəvan‖ (1962) poemalarını yazmışdır. Ş. Petefi, Beranje, A.Tvardovski,
A. Blok, Şiller, Nekrasov və başqalarının əsərlərini dilimizə tərcümə etmişdir.
Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə
edilmişdir. Azərbaycan Xalq şairi (1957), Əməkdar İncəsənət xadimi(1940),
Dövlət Mükafatı laureatı (1949) Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda
vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Kitabları: ―Arzular‖ (1930), ―Partizanın tüfəngi‖ (1937), ―İldırımın kitabı‖
(1939), ―Nübar‖ (1939), ―Arzu qız‖ (1940), ―Vətən sevgisi‖ (1942), ―Leninqrad
göylərində‖ (1949) , ―Məhəbbətin baharı‖ (1957), ―Arzular gül açanda‖ (1965),
―Tonqal başında‖ (1968), ―Dayağım‖ (1971), ―Limon və çay‖ (1972), ―Məhəbbət
dastanı‖ (1974), ―Seçilmiş əsərləri‖ (üç cilddə) (1988) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
140
22 Aprel - Şairə Rəfiqə Hüseynovanın anadan olmasının 75 illiyi, (1942)
Hüseynova Rəfiqə Ağamoğlan qızı Xaçmaz şəhərində anadan olmuşdur.
Bakıda 49 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində III kursadək təhsil
almışdır. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Moskvaya,
M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmişdir. Həmin institutda qiyabi təhsil
almışdır. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində redaktor, ―Bakı‖
qəzeti redaksiyasında müxbir işləmişdir. ―Ədəbiyyat və incəsənət‖ qəzeti
redaksiyasında ədəbi işçi, teatr və kino şöbəsinin müdiri işləmişdir (1967-1971).
C.Cabbarlı adına ―Azərbaycanfilm‖in dublyaj şöbəsində böyük redaktor
vəzifəsində çalışmışdır (1973-1992).
Ədəbi fəaliyyətə ―Azərbaycan gəncləri‖ qəzetində dərc olunan ―Külək‖
şeirilə başlamışdır. Tələbəlik illərindən dövri mətbuatda şeirləri, publisist
məqalələri ilə çıxış edir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri SSRİ
xalqlarının dillərinə tərcümə olunmuşdur. Türkiyə mətbuatında şeirləri çap
olunmuşdur. O, yüzə yaxın bədii filmi ruscadan doğma dilə çevirmişdir. Ssenariləri
əsasında ―Dünyaya insan gəlir‖, ―Şeir mənim üçün bir kainatdır‖ sənədli filmləri
çəkilmişdir. ―İnsan və əmək‖ sənədli filmlər müsabiqəsində onun ―Dünyaya insan
gəlir‖ filmi ikinci mükafata layiq görülmüşdür. Azərbaycan Qadınlar Şurasının
üzvüdür. Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Fəxri Fərmanına layiq
görülmüşdür. ―Qızıl qələm‖ mükafatı laureatıdır. Ümumdünya Sülh Federasiyası
tərəfindən ―Sülh məramlı səfir‖ Fəxri adına layiq görülmüşdür.
Kitabları: ―Səninlə birlikdə‖ (1963), ―Sahildə‖ (1973), ―Əsrin qadını‖ (2004) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
141
24 Aprel - Şair Abdulla Faruqun anadan olmasının 110 illiyi, (1907-1944)
Əfəndiyev Abdulla Musa oğlu Göyçay rayonundakı Poti kəndində, əkinçi
ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı
Müəllimlər Seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan
Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedoqoji
fakültəsinə dəyişirlər. Burada ictimai tarix şöbəsini bitirir. Göyçay rayonunda
pedoqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun
hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet
Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün
Moskvaya ezam olunur (1930). Ailə vəziyyətinə görə bir ildən sonra Bakıdakı
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna dəyişilir. Eyni zamanda Nərimanov
adına Texnikumda müəllim, maarif şöbəsində pedoqoji kabinetin müdiri olur
(1933-1934). ―Qızıl Şərq‖ mətbəəsində Baş Mətbuat İdarəsinin nümayəndəsi
işlədiyi vaxt (1934) Sovet Ordusuna xidmətə çağırılır. Qısa fasilələrlə ―Ədəbiyyat
qəzeti‖ və ―Şərq qadını‖ jurnalları redaksiyalarında, ―Azərnəşr‖də işləyir. İkinci
Dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə iştirak edir (1942-
1943).‖Qızıl əsgər‖ cəbhə qəzeti səhifələrində mübariz ruhlu şeirləri dərc olunur.
―Qara Məmməd‖ mənzum pyesini, ―Otuz qəhrəman‖ poemasını bu dövrdə qələmə
alır. N. Nekrasov, İ.Franko və digər sənətkarların əsərlərini dilimizə tərcümə edir.
Abdulla Faruq 1944-cü ildə Taqanroq ətrafında gedən döyüşlərdə həlak
olmuşdur.
Dostları ilə paylaş: |