1
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
2017-ci il üçün əlamətdar və tarixi günlər təqvimi
B A K I – 2 0 16
2
Tərtibçidən
Ötən əsrin yetmişinci illərində F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında elmi-metodik fəaliyyəti kitabxanaşünaslıq fikrinin son nailiyyətləri
zəminində təşkil etmək məqsədilə zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda
uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik-təcrübi nailiyyətlərini və
qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanılıb. Hazırda buradan yalnız
kitabxananın öz işçiləri deyil, həmçinin respublikada fəaliyyət göstərən uşaq
kitabxanalarının əməkdaşları da geniş istifadə edirlər. Elmi metodika şöbəsinin
tərtib etdiyi metodik məktub və tövsiyələrdən respublikamızın uşaq kitabxanaları
və uşaq mütaliəsinə rəhbərlik edənlər bəhrələnirlər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir çox dünya kitabxanaları ilə
əlaqə yaradıb və onların iş təcrübələrindən istifadə etməklə, bu sahədə ən müasir
metod və formaları tətbiq edib.
Elmi metodika şöbəsi son illər metodiki vəsaitlərlə yanaşı, əlamətdar və
tarixi günlər təqvimi də hazırlayır. İllər ötdükcə təqvim daha da təkmilləşir, həcmi
genişlənir, mövzu üzrə bölmələrinin sayı artır və geniş məlumat mənbəyi kimi
formalaşır. Təqvim mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri
və daha çox kitabxana işçiləri üçün nəzərdə tutulub. Təqvimi hazırlamaqda əsas
məqsəd geniş oxucu kütləsinə və mütəxəssislərə respublikamızın ictimai-siyasi,
iqtisadi, mədəni, elmi həyatında baş verən ən mühüm hadisələri, kitabxana işi
haqqında və başqa dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır. Təqvimə milli və
dünya ədəbiyyatı, incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli
nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilir. Ümid
edirik ki, yubilyarlar, əlamətdar və tarixi günlər haqqında təqvimdə verilən
materiallar kütləvi tədbirlərin keçirilməsində kitabxanaçılar üçün gərəkli olacaq.
İstifadəçilərdən xahiş edirik ki, təqvimlə bağlı rəy və təkliflərini
kitabxanamızın elmi metodika şöbəsinə çatdırsınlar.
3
Xoruz ili
Xoruz ili 28 yanvarda Meymun ilini
əvəz edəcək. İşıq və oyanış xüsusiyyətlərini
daşıyan Xoruz ili 2017-ci ildə də orjinal və
enerji dolu olacaq. Bu günə qədər düzgün və
dəqiq idarə
olunan layihələr
ən
böyük
mükafatlarını məhz bu il qazanacaqlar.
Xoruz ev heyvanlarının lideri olduğu
üçün, bu ildə doğulan insanlar çox qürurlu,
özündən əmin və təkəbbürlüdürlər. Şüarları
Sədaqətlikdir. Səmimidirlər. Hər zaman
həqiqəti deyər və verdikləri sözləri tutarlar.
Daim qarşılıqlı hörmət gözləyən bu ilin
sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər.
Xoruz ilində doğulan insanın ən güclü xüsusiyyəti müşahidə qabiliyyətidir. Bir işin
hər detalını incələyərlər. Hətta onlar haqında ―çiynində də gözləri var‖ deyilir. Heç
bir şey diqqətindən qaçmaz. Sosialdırlar və iddialı işləri bacarmaq qabiliyyətinə
malikdirlər.
Diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən bu ilin
sahibləri zövqlüdürlər və yaxşı geyinməyi bacarırlar. Başqalarının görünüşünü
davamlı tənqid etməyi sevərlər. Səyahətlərində yaxşı pul xərcləyərlər. Yeni
tanışlıqlara daim meyillidirlər. Həddindən artıq göstərişli davranışları onları
ehtiraslı olmağa doğru aparar. Cəsur insanlardırlar və birinin köməyə ehtiyacı
olduğunda dərhal ora qaçarlar.
Tövsiyə almaqda çətinlik çəkərlər. Müstəqil təbiəti, iş həyatında davamlı
olaraq öz inkişafını təmin etməsini və öz mənfəətini qorumasını təmin edər. Öz
fikirlərinə, tənqidlərinə və seçimlərinə güvənərlər. Bəzən inadçılığı tuta bilər. İş
həyatında yorulmaz və haqqları üçün sonuna qədər mübarizə apararlar. Xoruz
ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr
də, güvənilən və yaxşı vaxt keçirilən bir yoldaş olmağı da bacarırlar. Xoruz çox
romantikdir. Hədiyyələri sevərlər, xüsusilə də bahalı brendləri isə xüsusi ilə. Daim
əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar.
İnternetdə:
www.books.google.com
4
Yanvar
Əlamətdar və tarixi günlər
1 Yanvar - Yeni il
16 Yanvar - Ümumdünya Bitlz Günü, (2001)
17 Yanvar - Umumdünya Uşaq İxtirası Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü, (1990)
21 Yanvar - Beynəlxalq Qucaqlaşma Günü, (1986)
23 Yanvar - Əl Yazısı (xətt) Günü
29 Yanvar - Gömrük İşçiləri Günü, (1992)
Yanvar ayının bazar günlərindən birində- Ümumdünya Qar Günü. Beynəlxalq Qış
İdman Növləri Günü, (2012)
Azərbaycanın görkəmli şəxsiyyətləri
Akademik Mirəli Qaşqayın 110 illiyi, (7.01.1907 - 23.04.1977)
Tarixçi Əlisöhbət Sumbatzadənin 110 illiyi, (21.01.1907- 28.01.1992)
Yubilyar yazıçı və şairlər
Şair Ramiz Məmmədzadənin 80 illiyi, (01.01.1937)
Yazıçı Əlfi Qasımovun 90 illiyi, (05.01.1927 - 12.03.1985)
Yazıçı Vidadi Babanlının 90 illiyi, (05. 01. 1927)
Şair Ələmdar Quluzadənin 65 illiyi, ( 07.01.1952)
Şair Əli Saləddinin 85 illiyi, (10.01.1937 - 18.11.2003)
Yazıçı Heydər Qasımlının 75 illiyi, (18.01.1942)
Şair Bədri Seyidzadənin 135 illiyi, (20.01.1882 - 1945)
Şair İbrahim Zakirin 125 illiyi, (25.01.1892 - 27.10.1971)
Yazıçı Əzizə Əhmədovanın 85 illiyi, (26.01.1932 - 24.08.2003)
Xarici ədəbiyyat
İngilis yazıçısı Alan Aleksandr Milnin 135 illiyi, (18.01.1882 - 31.01.1956)
Türk şairi Nazim Hikmətin 115 illiyi, (20.01.1902 - 03.06.1963)
İngilis yazıçısı Lyuis Kerrolun 185 illiyi, (27.01.1832 - 14.01.1898)
İncəsənət
Xalq artisti Mikayıl Mirzənin 70 illiyi, (01.01.1947- 03.06.2006)
Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyi, (06. 01.1907 - 01.04.1980)
Xalq artisti Afaq Məlikovanın 70 illiyi, (18.01.1947)
Xalq artisti Kamal Abdullayevin 90 illiyi, (18.01.1927 - 1997)
Rəssam Bəhruz Kəngərlinin 125 illiyi, (22.01.1892 - 07.02.1922)
Xalq artisti Böyükağa Məmmədovun 90 illiyi, (23.01.1927)
Baletmeyster Leyla Vəkilovanın 90 illiyi, (29. 01. 1927 - 20.02.1999)
Milli qəhrəmanlar zirvəsi
Səfərov Cəlil Əziz oğlunun 55 illiyi, (28.01.1962 - 15.05.1992)
5
Əlamətdar tarixi günlər, bayramlar
1Yanvar - Yeni il
“
Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki,
yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər,
savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın
gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz
uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu
edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni
sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük
xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti,
istedadlı xalqı vardır.”
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti
Yeni il Yer kürəsinin bütün guşələrində,
dini etiqadlarından asılı olmayaraq, müxtəlif
xalqlar
tərəfindən
geniş
qeyd
olunan
bayramlardandır.
Yeni ilin yanvarın 1-dən hesab olunması
xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə,
xristian dininin yaradıcısı İsa peyğəmbər
dekabrın 24-də anadan olmuşdur. Ona görə də
xristianlar bu günü İsa peyğəmbərin doğulması
şərəfinə Milad bayramı kimi qeyd edirlər. Bu bayram 431-ci ildə
qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim
adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır. Yeni il
bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi
kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə,
Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Bu bayramın yaranmasının azı 25
əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim
Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer,
Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də
bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçilərin
fikrincə, məhz həmin dövrdə ərazilərdə bu bayram edilib. Martın axırında Dəclə
və
Fərat
çaylarında
suyun
səviyyəsi
yüksələndə
əkin-biçin
işləri
başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün
ərzində təntənəli mərasimlər davam edərmiş. Beləcə, bu bayram həm yeni ilin
gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə
birləşdirmişdir. Yeni il bayramını al-əlvan, bərli-bəzəkli küknar ağacsız təsəvvür
etmək çətindir. Əlbəttə, bu, təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa
daha gözəl olardı. Amma təbiəti qorumaq naminə süni küknarla da keçinmək olar.
İnternetdə: www.books.google.com
6
16 Yanvar - Ümumdünya Bitlz Günü (The Beatles), (2001)
2001-ci ildən YUNESKO-nun qərarı ilə hər il yanvarın 16-sı Ümumdünya
Bitlz Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il
yanvarın 16-da Böyük Britaniyanın Liverpul şəhərində ―The Cavern‖ klubu açılıb.
Məhz bu klubda hələ o zaman heç kəsin tanımadığı gənc musiqiçilər - Con
Lennon, Pol Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir
neçə il sonra Rinqo Starr da onlara qoşulub.
İnternetdə:
www.books.google.com
7
17 Yanvar - Ümumdünya Uşaq İxtirası Günü
Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd
edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi
Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin
edilmişdir. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini
xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur.
Ətrafdakıların istehzalı gülüşlərinə baxmayaraq Benjamin o
gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk
lazımi əşya yaranmış olur. Franklin 15 yaşında olarkən
dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.
1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui
Brayl görmə qabiliyyəti olmayan insanlar üçün xüsusi şrift
yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb.
Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi
bıcağına ilişərək yıxılmış və 5 yaşında görmə qabiliyyətini
itirmişdir. Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı
öyrənmişdi. Dünya hələ də bu ixtiradan istifadə edir.
Amerikalı Frenk Epperson isə
qışda küçədə qalmış 1 stəkan limonadın
onu milyonçuya çevirəcəyini ağlına belə
gətirməmişdi.
Səhər limonad buza
çevrilmişdi və beləliklə 11 yaşlı
Epperson ―meyvəli buzun‖ ixtiraçısı olur.
O, ilk vaxtlarda öz ixtirasını kütləvi
istehsalata çevirməyi düşünmürdü və onu
yalnız 18 ildən sonra, yəni 1923-cü ildə
donmuş limonad istehsalı ilə məşğul olan
zavodu yaratdıqda xatırlayır. 1928-ci ildə
isə patenti satmış və mütəmadi olaraq
yaxşı gəlir əldə etmişdir.
İnternetdə:
www.books.google.com
8
20 Yanvar - Ümumxalq Hüzn Günü, (1990)
“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə
də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban
verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab
edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük
sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük
xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə sovet ordusunun erməni quldur
dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata
keçirdiyi terror aktıdır.
Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən
fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu
Azərbaycana qarşı
hərbi əməlliyatlara başlayıb. Faciə
zamanı 137 insan öldürülüb, 744 nəfər ağır xəsarət
alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 yanvar
1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan
funksiyasını yerinə yetirən orqan) ―20 Yanvarın Şəhidlər Günü elan olunması
haqqında" qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-
iş günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi
qiymət verilib, faciənin günahkarlarının adları açıqlanıb.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən
və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, küçələrə və
meydanlara çıxaraq qəti etirazını bildirən xalq kütlələrinə qarşı Azərbaycan
ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin 20 yanvarında misli
görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları
canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Kitablar: R.Səməndər ‖Şəhidlər‖ (1990), V.Babanlı ‖ Hoydı, dəlilərim, hoydı!‖
(1993), M.Ələkbərli ―Ağlama şəhidlərə‖ (2002), Hidayət ‖Azərbaycan harayı‖
(2002), N.Kəsəmənli ―20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına‖ (2002), Qabil.
‖Çalsın Azərbaycan haray zəngini‖ (2002), B.Vahabzadə ―Şəhidlər‖ (2002),
B.Eyyubova. ―20 Yanvar‖ (2003), A.Kamal. ―Şəhidlər xiyabanı‖ (2003),
N.Əyyub ―Qanlı Yanvar‖ (2004), M.Gülgün ―Şəhid balaları‖, O.Hacıyeva
―Şəhidliyə qovuşaq‖ (2004), Y.Hüseyn ―Şəhidlər‖ (2004), İ.Allahverdiyev
―Şəhidlər xiyabanı‖ (2005), M.Aslan ―Ağla, qərənfil, ağla‖ (2006), Aslan M.
―Məzarsız şəhidə ağı‖ (2006), R.Buzovnalı ―Şəhidlər‖ (2007), Z.Dəmirçi ―20
Yanvar‖ (2008) və s.
Filmoqrafiya: ―Azadlığa gedən yollar” (1990), “20 yanvar‖ (1990), ―Matəm‖
(1990) və s.
İnternetdə:
www.az.wikipedia.orq
;
www.books.google.com
9
21 Yanvar - Beynəlxalq Qucaqlaşma Günü, (1986)
Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq
Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-
cı ildə ABŞ-da qoyulmuş, sonradan bütün dünyada yayılmışdır. Bayramın
ənənəsinə görə, həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa
bilərsən.
Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə
üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki,
bayramın təşəbbüskarı tələbələr olmuşlar.
Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları
hesab edirlər ki, insanlar qucaqlaşan zaman bir-birlərinə müsbət enerjilərini,
qəlblərindən gələn istiliyi ötürürlər.
Psixoloqlar belə hesab edirlər ki, sizi qucaqlamaq istəyən insanlar
təhlükəsizlik, komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi
bütün ömrümüz boyu müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun
ayrılıqdan sonra doğmalarımızı və dostlarımızı qucaqlayırıq, öz sevincimizi və
minnətdarlığımızı bildirmək istəyərkən də qucaqlaşırıq. Bu bayram heç bir maddi
xərcə səbəb olmur. Siz sevdiklərinizi yalnız qəlbinizin hərarəti ilə, ürəkdən
qucaqlaşaraq, sevginizi ifadə edərək təbrik edirsiniz, mükafatlandırırsınız.
İnternetdə:
www.books.google.com
10
23 Yanvar - Əl Yazısı (xətt) Günü
Dövrümüzdə kompüterlərin, elektron
poçtların, elektron bloknotların, SMS-lərin və
digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə
populyarlıq qazanması müasir insanı öz
fikirlərini əli ilə yazaraq ifadə etməkdən
uzaqlaşdırır. Bəlkə də yaxın gələcəkdə əl ilə
yazılmış məktub və ya açıqca arzu olunan
hədiyyə olacaq.
Hər il yanvarın 23-ü Xətt Günü və ya daha gözəl deyimlə, Əl Yazısı Günü
(National Handwriting Day) qeyd olunur. Bu günün qeyd olunmasında əsas
məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının
özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.
Bu bayramın qeyd olunması ABŞ-nın WIMA təşkilatı tərəfindən təklif
olunub. WIMA ABŞ-nın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır.
Təşkilatın məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını
artırmaq olmuşdur. Bu məqsədlə qeyd olunacaq bayramın tarixi məşhur ABŞ
dövlət xadimi Con Xenkokun anadan olduğu gün seçilmişdir. C.Xenkok ABŞ-ın
Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs olmuşdur.
Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı
incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək
qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də,
yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir
bayramın qeyd olunması çox mənalıdır.
İnternetdə:www.books.google.com
11
29 Yanvar - Gömrük İşçiləri Günü, (1992)
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən az sonra - 1992-ci il yanvarın 29-da
müstəqil gömrük sisteminin əsası qoyuldu.
Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən
mühüm dövlət atributlarından biridir. Bu sistemi
həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif
malların gətirilməsinin, habelə ölkənin ən
mühüm strateji sərvətlərinin aparılmasının
qarşısını alır. Azərbaycanda gömrük sisteminin
təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan
dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət
göstərmişlər. Lakin gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur.
Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq
məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və
Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı.
Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi
1918-ci il avqustun 10-da qəbul etmişdi.
Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən,
qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq
məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada
992 gömrük işçisi keşik çəkirdi. Aprel işğalı, digər sahələrdə olduğu kimi, gömrük
sistemində də işlərin başa çatdırılmasına imkan vermədi.
SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş
yalnız ittifaq orqanları tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası
Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə
bayramı günü elan olunmuşdur.
Dostları ilə paylaş: |