Xarici ədəbiyyat
İngilis yazıçısı Duqlas Adamsın 65 illiyi, (11.03.1952 - 11.05.2001)
Rus şairi K.İ.Çukovskinin 135 illiyi, (19.(31).03.1882 - 28.10.1969)
Fransız yazıçısı Marsel Emenin 115 illiyi, (29.03.1902 - 14.10.1967)
İncəsənət
Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 90 illiyi, (13.03.1927)
Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyi, (15.03.1897 - 1990)
Xalq artisti Yusif Vəliyevin 100 illiyi, (22.03.1917 - 18.03.1980)
Teatrşünas Qulam Məmmədlinin 120 illiyi, (25.03.1897 - 18.11.1994)
Müğənni Yavər Kələntərlinin 115 illiyi, ( 26.03.1902 - 05.02.1979)
SSRİ xalq artisti Mstislav Rostropoviçin 90 illiyi, (27.03.1927 - 27.04.2007)
Milli qəhrəmanlar zirvəsi
Nəcəfov Fəxrəddin Vəliyəddin oğlunun anadan olmasının 50 illiyi,
(31.03.1967 - 04.09.1992)
63
Mart
Əlamətdar tarixi günlər və bayramlar
2 Mart - Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunduğu gün,
(1992)
“Azərbaycan Respublikası dünya birliyi ilə
tam
hüquqlu
inteqrasiyaya
istiqamət
götürmüşdür və bunun üçün bütün
imkanlara malikdir.”
Ümummilli lider Heydər Əliyev
Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il
oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi milli dövlətçilik
prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata
keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın
bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası
1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. Bu dövrdə yeni
formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin
ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə
mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni
dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının
təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avropa və
Trans-Atlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini
inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir
şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun
formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu.
Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın
azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması,
ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən
dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı
təcavüzü ölkənin təhlükəsizlik mühitinin əsas təyinedici amili oldu və bu da, öz
növbəsində, Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında
əsas rol oynadı.
İnternetdə:
www.books.google.com
64
2 Mart - Ümumdünya Ucadan Oxu Günü
Ümumdünya Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu gün
LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü
qeyd olunur. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı
təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq
imkanı kimi göstərməkdir. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün
uşaqların savad alması hüququnu dəstəkləyirlər.
Son illər Ümumdünya Ucadan Oxu Günü 80-dən çox ölkədə, bir milyondan çox
insan tərəfindən qeyd olunur.
İnternetdə:
www.books.google.com
65
3 Mart - Ümumdünya Yazıçı Günü, (1921)
Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən
(bu
ad
ingiliscə
üç sözün poets (şair), essayists (oçerkçi)
və nvelists (novella, roman müəllifi) – ilk həriflərindən yaranan qısaltmadır)
qeyd olunmağa başlayıb. PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə
isə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca
48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart
ayının 3-nü ―Yazıçı‖nın ―Ümumdünya Sülh Günü‖ elan edilməsi barədə qərar
qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN
mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə, ―Yazıçı
Günü‖ adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və
mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.
Bayramı keçirməkdə məqsəd ―Dördüncü hakimiyyət‖in - demokratik
mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə,
faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar
naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə
bayramıdır. Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də
yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə
2011- ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib.
Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf
götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya
ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun
üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
İnternetdə:
www.books.google.com
66
3 Mart - Ümumdünya Vəhşi Təbiət Günü, (1973)
20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna
məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın
üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 sylı
qətnamə ilə). Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm
sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunmuşdur. Həmin sənəd ―Məhv olmaq
təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti
haqqında‖ Konvensiya adlanırdı. Sənəd 3 mart 1973-cü ildə qəbul olunmuşdur.
Bu bayramın BMT - də qəbulundan öncə, 2013-cü ilin yazında Tailandda
keçirilən SİTES Tərəfdarları Konfransı iştirakçılarının bu haqda təşəbbüsü
olmuşdur. Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək
təklif olunmuşdur. Konfrans iştirakçıları bu təkliflə bağlı BMT-yə müraciət
etmişlər. 180 ölkə Konvensiyaya qoşulmuşdur. Bu bayramın yaranması Yer
üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərir.
İnternetdə:
www.books.google.com
67
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, (2005)
“İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial
sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir
Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız
beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni
səslənir, dövlət bayrağı qaldırılır”.
Ümummilli lider Heydər Əliyev
Bu tarix Azərbaycan Prezidenti
İlham Əliyevin ―Bədən Tərbiyəsi və
İdman Günü‖nün təsis edilməsi haqqında
4 mart 2005-ci il tarixli Sərəncamına
əsasən qeyd olunur. Ölkəmizdə idmanın
inkişafı isə ildən-ilə geniş vüsət alır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman
Gününün martın 5-də qeyd olunması
təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman
Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə
görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni
strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli
Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən
tərbiyəsinə diqqət daha da artdı.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar
səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.
2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan
idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda
Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi
arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç
şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi.
Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş
mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3
gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı, Azərbaycan
Gimnastika Federasiyasının Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir və
Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin
inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman
dövləti kimi tanıdır. ―Sağlam bədəndə sağlam ruh olar‖ pirinsipinə söykənərək
demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir
dövlətdir.
İnternetdə:
www.books.google.com
68
8 Mart - Beynəlxalq Qadınlar Günü, (1857)
“Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız
milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının
güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək
daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi
sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini
və simasını müəyyən edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Qadınların kişilərlə bərabərhüquqlu
olmaq uğrunda apardığı mübarizə başlanğıc
kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York
şəhərində, geyim sektorunda çalışan yüzlərlə
qadının aşağı maaşa, uzun çalışma saatlarına,
eyni zamanda pis iş şəraitinə etiraz olaraq
tətil etməsi qəbul edilir. 1908-ci ildə Nyu-
Yorkda 15000 qadın, daha qısa çalışma saatı,
daha yaxşı gəlir və səsvermə hüququ üçün
nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq
dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini,
qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə
Avropadaki qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü
olaraq qeyd etmişlər. 1910-cu ildə (1857-ci il hadisələrdən 52 il sonra)
Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının
qurultayında Klara Setkin adlı bir alman sosialist qadını
1857-ci ilin 8 martında
Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın
həmrəyliyinin simvolu olaraq, Amerikada 8 martda yandırılaraq öldürülən 129
qadın işçinin xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını
təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması,
müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir
ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik
qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil
olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-
seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq
konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır,
onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla
təltif edir.
İnternetdə:
www.books.google.com
69
10 Mart - Milli Teatr Günü, (1873)
“Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan
incəsənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin,
incəsənətinin zənginliyini nümayiş etdirir”.
Ümummilli lider Heydər Əliyev
XIX
əsrin
70-ci
illərində
Azərbaycanda milli teatrın yaranması
mədəniyyətimizin tarixində çox böyük
hadisə oldu. 1873-cü il martın 10-da Bakı
Realnı Məktəbinin teatr həvəskarları
truppası tərəfindən M.F.Axundzadənin
"Sərgüzəşti-vəziri-xani
Lənkəran"
komediyası tamaşaya qoyuldu. Bu şərəfli
işdə H. Zərdabi və N. Vəzirov mühüm rol
oynamışlar. Bu tamaşa ilə Azərbaycanda
milli teatrın əsası qoyulmuşdur. Qeyd
edək ki, Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında
müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (―Maral oyunu‖, ―Kilimarası‖),
bayram tamaşaları (―Kos-Kosa‖), dini səciyyəli tamaşalar (―Şəbih‖) və s. geniş
yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı
Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən
burada ona üç hissəli bir tamaşa göstərmişlər. Bu tamaşa Şardenə o qədər xoş təsir
bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı. Milli teatrın inkişafında
məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti olmuşdur. O, Bakı
şəhərində ilk teatr binası inşa etdirmişdir. Tezliklə Azərbaycan səhnəsinin
Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseynqulu
Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov və başqaları
kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov
qardaşlarının da böyük əməyi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması milli teatrın fəaliyyətində də canlanma yaratmışdır. Cümhuriyyət
hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət
Teatrının təşkili olmuşdur.
Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu
teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah"
faciəsinin tamaşası ilə açılmışdır. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr
sənəti daha da inkişaf etmişdir. Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası
qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
İnternetdə:
www.books.google.com
70
14 Mart - Ümumdünya Yuxu Günü, (2008)
İlk dəfə Ümumdünya Yuxu Günü 2008-ci il martın 14-də qeyd edilib.
Həmin ildən başlayaraq Beynəlxalq Səhiyyə Təşkilatının Yuxu və sağlamlıq
problemləri üzrə layihəsi çərçivəsində hər il mart ayının ikinci həftəsinin cümə
günü qeyd olunur. Bu gün çərçivəsində tədbirlər hər il müəyyən mövzuya həsr
edilir.
Yuxu orqanizmin sağlamlığı üçün çox vacibdir. Düzgün yuxu zamanı
orqanizm gündüz sərf etdiyi qüvvəsini bərpa edir. Buna görə də sağlam insan
gümrah və enerjili şəkildə yuxudan oyanır.
Ümumdünya Yuxu Günündə sosial reklamlar fəallaşır, yuxu və onun
pozulmasının insan sağlamlığına və bütövlükdə cəmiyyətə təsirləri problemlərinə
həsr olunmuş simpoziumlar təşkil olunur.
İnsan həyatının üçdə birini yuxuda keçirir. Sübut olunub ki, uzun müddətli
yuxusuzluq insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Yuxunun cəmi 4
saat itirilməsi insan reaksiyasını 45% aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif
xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Lakin çox yatmaq da yuxusuzluq
qədər zərərlidir. Həkimlər belə hesab edirklər ki, böyüklər üçün ideal yuxu
müddəti gündə 7-8 saatdır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, qadınlara bir
saat artıq yuxu lazımdır, çünki onlar daha emosionaldırlar. Uşaqlar isə gündə 10
saatdan az yatmamalıdırlar.
Qoy bu bayram öz yuxumuza, yəni həm də sağlamlığımıza daha da diqqətli
olmağımıza əlavə bir səbəb olsun.
İnternetdə:
www.books.google.com
71
20-25 Mart - Novruz bayramı
“Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik,
böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik
olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub,
Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün
zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının
müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və
məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam
duyğusu bəxş etmişdir".
Ümummilli lider Heydər Əliyev
Novruz bayramı Şimal yarımkürəsində
astronomik
yazın
başlandığı,
gecə-gündüz
bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-
sində) keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz
fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış,
bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin
başlanğıcı kimi bayram etmişlər.
Qədim zamanlardan başlayaraq Azərbaycan,
İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın
- yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi
təqvimin
ilk
günü
sayılır.
2009-cu
il sentyabrın
30-da
Novruz
YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral
2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart
ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz Azərbaycan xalqının
zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən
böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu
bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və
mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də
Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar
bayramı kimi qeyd olunmaqdadır. ―Novruz‖- hərfi mənada ―yeni gün‖ deməkdir.
Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın
başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart
Doqquzu, Novruz və s. də deyilmişdir. ―Novruz‖ anlayışı bəzi deyiliş fərqlərilə bir
çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər
Xəyyamın ―Novruznamə‖, Nizamülmülkün ―Siyasətnamə‖, Nizami Gəncəvinin
―İsgəndərnamə‖ və b. əsərlərində rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq
bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi
məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı
şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması,
məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu.
Dostları ilə paylaş: |