Şah İsmayıl Xətai
Beynəlxalq Ana Dili Günü YNESKO-nun 1999-cu il noyabr tarixində
keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən
dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən
mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu
qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə
ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu
qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,
onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə
üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər
kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək
hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını
səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın
varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi,
mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə
yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə,
milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq
təsdiqidir.
İnternetdə:
www.books.google.com
42
27 Fevral - Beynəlxalq Qütb Ayısı Günü
Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International
Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi
ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının
vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul
olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər
həyata keçirilir.
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri olan qütb
buzlaqlarının ərinməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti
çirkləndirən neft quyularının işlənməsidir.
Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5
milyon il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ
ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa
uyğunlaşmışdır.
İnternetdə:
www.books.google.com
43
Tariximizin qan yaddaşı
26 Fevral - Xocalı faciəsi, (1992)
Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə,
Xocalı şəhərini işğal edərkən,
azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Bu faciə xalqımıza qarşı
dəhşətli soyqırımıdır.
Hücumdan əvvəl, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır
artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-ı səhər saat 5
radələrində Xocalı tam alova bürünmüşdür. Mühasirəyə alınan şəhərdə qalmış
təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk etmişdir. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən
sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Bu
soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər
Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib
yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin
düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan
qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri
cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və
dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların
soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür.
Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun
təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə
ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və
şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur .
İnternetdə:
www.books.google.com
44
Azərbaycanın görkəmli şəxsiyyətləri
2 Fevral - Dilçi alim Ağamusa Axundovun anadan olmasının 85 illiyi,
(1932-2015)
Ağamusa Axundov Kürdəmir şəhərində anadan olmuşdur.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya
fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər
İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır
(1959-1965). A.Axundov ADU-nun aspirantı, müəllimi
(1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967),
sonra universitetin ümumi dilçilik kafedrasının professoru,
fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990),
ümumi dilçilik kafedrasının müdiri olmuşdur. (1981-1999).
Ədəbi fəaliyyətə ―İnqilab və mədəniyyət‖ jurnalında çap olunmuş "İkinci
görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən
poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur. Sovet
Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında
nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri
jurnalın redaksiya heyətinin üzvü (1978-ci ildən), Azərbaycan EA Terminologiya
Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin
Toponimika Komissiyasının, AzərTAC-ın Tərcümə Şurasının, Azərbaycan və
Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika Dostluq
Cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərib. Onun
"Ümumi dilçilik" (1978-1988), dilçiliyə dair şərikli yazdığı ―Dilçiliyə giriş‖ (1966-
1980), ―Azərbaycan dili‖ (1972-1973-1974-1992) kitabları döna-dönə nəşr
olunmuşdur. Ağamusa Axundov "Şöhrət" ordeni ilə təltif olunmuşdur (2000).
5 sentyabr 2015-ci ildə vəfat etmişdir, Bakıda, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Kitabları: ―Felin zamanları‖ (1961), ―Müasir Azərbaycan ədəbi dilinin fonetikası‖
(1963), ―Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr‖ (1969), ―Dil və
üslüb məsələləri‖ (1970), ―Azərbaycan dilinin fonemlər sistemi‖ (1973),
―Azərbaycan dilinin tarixi fonetikası‖ (1973), ―Ümumi dilçilik‖ (1979), ―Riyazi
dilçilik‖ (1979), ―Şer sənəti və dil‖ (1980), ―Azərbaycan dilinin fonetikası‖ (1983),
―Torpağın köksündə tarixin izləri‖ (1983), ―Dilin estetikası‖ (1985), ―Ümumi
dilçilik‖ (1988), ―Dil və mədəniyyət‖ (1992), ―Dil və ədəbiyyat ―(iki cilddə),
(2003) və s.
İnternetdə:
www.az.wikipedia.orq
45
12 Fevral - Memar Ənvər Qasımzadənin anadan olmasının 105 illiyi,
(1912-1969)
Azərbaycanın görkəmli memarı və dövlət xadimi
Ənvər Əlibəy oğlu Qasımzadə Bakı quberniyasının
Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus
dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olmuş
Əlibəy Qasımovun ailəsində dünyaya göz açmışdır.
Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər
Seminariyasının nümunəvi məktəbində almışdır.
1930-cu
ilin dekabrında N.Nərimanov adına
Azərbaycan Sənaye Texnikumunun inşaat şöbəsini
bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna göndərilmişdir.
1936-cı ildə burada ali təhsilini bitirmiş və mühəndis-me'mar ixtisasına
yiyələnmişdir. Hələ tələbəlik dövründən - 1934-cü ildən əmək fəaliyyətinə
başlamış, "Azəridövlətlayihə" təşkilatında çalışmışdır. Həmin dövrdə həmçinin
Bakı İnşaat Texnikumunda dərs demişdir. 1941-ci ildə Azərbaycan SSR
Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında Mənzil Kommunal Baş
İdarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə
təyin edilmişdir. 1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil
olmuş və aprel ayından Böyük Vətən muharibəsində iştirak etmişdir. Terek
sahillərindən Berlinə qədər döyüş yolu keçmişdir. "Qırmızı Bayraq", "Qırmızı
Ulduz", I və II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri ilə və altı medalla
təltif edilmişdir.1946-cı ilin iyununda Azərbaycan hökümətinin müraciəti əsasında
hərbi xidmətdən geri çağrılmışdır. 1947-ci ildən Azərbaycan SSR Nazirlər
Sovetinin Memarlıq İşləri üzrə İdarəsinin rəisi, 1951-1953-cü illərdə Baki Şəhər
Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1953-1955-ci illərdə tikinti
naziri, 1955-1957-ci illərdə Dövlət Tikinti Komitəsinin sədri, 1957-1959-cu illərdə
nazir - Dövlət Plan Komitəsi sədrinin I müavini vəzifələrində çalışmışdır.
Ə.Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbərlik etmiş, 1962-
ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunmuşdur. Ənvər
Qasımzadə 1964-cü ildə memarlıq doktoru olmuş, 1966-cı ildə professor, 1968-ci
ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, "Əməkdar
inşaatçı" fəxri adına layiq görülmüşdür. Bakının Azərbaycan prospektindəki
(keçmiş Hüsü Hacıyev küçəsi), İnşaatçılar prospektindəki, keçmiş Şimali Sovet
meydanındakı və Ağa Nemətulla küçəsindəki evlər, hazırda Gömrük Komitəsinin
və Maliyyə Nazirliyinin inzibatı binaları, Bakixanov küçəsindəki Azərbaycan Tibb
Universitetinin əsas korpusları, metronun "Ulduz" stansiyası onun layihələri
əsasında inşa edilmişdir. Ənvər müəllim 60-dan çox elmi məqalənin və 7
monoqrafiyanın müəllifidir. Ə.Qasımzadə 1969-cu il mart ayının 12-də vəfat etmiş
və Fəxri Xiyabanda dəfn olunmuşdır. Bakıda və Salyanda onun adına küçələr
vardır.
İnternetdə:
www.books.google.com
46
Yubilyar yazıçı və şairlər
2 Fevral - Şair, yazıçı Meyxoş Abdullanın anadan olmasının 55 illiyi, (1962)
Meyxoş Kamil oğlu Abdullayev (Abdullah) Cəlilabad rayonunun Xəlilabad
kəndində doğulmuşdur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 6
kitab müəllifidir. Meyxoş Abdullahın əsas yaradıcılıq dövrü 1980- cı illərin axırına
təsadüf edir. Onun 2000-ci ildə ilk publisistik ―Doktor Qəzənfər‖ adlı kitabı çap
olunmuşdur. 2001-ci ildə isə ―Didərgin ruhlar‖ adlı hekayələr kitabı işıq üzü
görmüşdür. Bu kitabda toplanmış hekayələr arasında ―Papaq‖, ―6-cı mərtəbə‖,
―Oğul‖, ―Kül‖, ―Möcüzə‖ və başqa hekayələri oxucular tərəfindən böyük rəğbət və
sevgiylə qarşılanmışdır. M. Abdullanın yaradıcılığının ən yüksəliş dövrü ―Alagöz‖
əsəriylə bağlıdır. O, 2002-ci ildə ―Alagöz‖ əsərinə görə, Azərbaycan Yazıçılar
Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun milli mənəvi yaddaşa qayıdışı təbliğ
edən və Qarabağ mövzusunda yazılan ən yaxşı əsərlər üçün təsis etdiyi ―Yaddaş‖
mükafatına layiq görülmüşdür. Meyxoş Abdullahın 2004-cü ildə ―Şeytan gülüşü‖,
2005-ci ildə isə ―Anakonda ovu‖ kitabları işıq üzü görmüşdür. Onun ‖Dəli
Bəybala‖, ―Maaş günü‖, ―Girov qoyulmuş namus‖, ―Mininci qadın‖, ―Ömürdən
baha‖, ―Məhkum‖, ―Zəhərli eşq‖ və s. hekayə və povestləri də maraqla oxunur.
2007-ci ildə onun ―Möcüzəli xalça‖ əsəri Cəlilabad Xalq Teatrı tərəfindən
tamaşaya qoyulmuşdur. Yazıçı Meyxoş Abdullah nəsr sahəsində öz dəst-xətti olan
yazarlarımızdandır.
Kitabları: ―Didərgin ruhlar‖ (2001), ―Alagöz‖ (2002) , ―Anakonda ovu‖(2005),
―Əsir qadın‖ (2009) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.books.google.com
47
9 Fevral - Yazıçı, alim, Fazil Rəhmanzadənin anadan olmasının 75 illiyi,
(1942)
Rəhmanzadə Fazil Şamil oğlu Bakıda doğulmudur. O, 199 saylı Bakı şəhər
orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində qiyabi təhsil almışdır (1961-1965). Uzun illər ―Bakı‖ qəzetini
mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Radio və
Televiziya Komitəsinin əməkdaşı (1981-1983), ―Azərbaycan müəllimi‖ qəzeti
redaksiyasında şöbə müdiri olmuşdur (1983-1994). Ədəbi yaradıcılığa 60-cı
illərdən başlamışdır. Fazil Rəhmanzadənin 30-a yaxın tarixi-publisistik kitabları
nəşr olunmuşdur. Yazıçı ―Qızıl qələm‖, ―Dan ulduzu‖, ―H. Zərdabi‖, ―Humay‖
mükafatları laureatıdır. O, ―Soydaş‖ Beynəlxalq Assosiasiyasının prezidenti
seçilmişdir (1994). Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin və Qərb Universitetinin professoru, Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının filologiya elmləri doktorudur.
Kaliforniyadakı ―Azərbaycan Evi‖ İdarə Heyətinin, Frankfurt-Mayn
şəhərindəki Avropa Türk İslam Cəmiyyətləri Birliyinin fəxri üzvü seçilmişdir.
―Ümumittifaq texniki-peşə təhsili‖ döş nişanı ilə təltif edilmişdir (1984).
Kitabları: ―Haradasa görüşmüşdük‖ (1974), ―Gözəlliyə açılan pəncərə‖ (1977),
―Nəsibə Zeynalova‖ (1978), ―Ömür qısa deyil‖ (1979), ―Oxuyan ürəkdir‖(1980),
―Sənətkar qüdrəti‖ (1982), ―Nəğmə dolu könül‖(1985), ―Adın yadigar qalsın‖
(1986), ―Əsrə bərabər gecə‖(1991), ―Yol‖ (1994) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.books.google.com
48
15 Fevral - Şair, publisist İsgəndər Etibarın anadan olmasının 80 illiyi, (1937)
İsgəndərov İsgəndər Etibar oğlu Şamaxı şəhərində doğulmuşdur. O, 1 saylı
şəhər orta məktəbində, Şamaxı Kənd Təsərrüfatı Texnikumunda, sonra Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. Şamaxıda çıxan ―Yeni Şirvan‖
qəzetində çalışmışdır. Bakıda ―Kənd həyatı‖ jurnalı redaksiyasında şöbə müdiri
(1965-1966). Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində zootexnik (1966-1972),
―Kənd əməkçisinin təqvimi‖ jurnalı redaksiyasında məsul katib (1972-1983),
Azərbaycan KP MK yanında mətbuat mərkəzində referent olmuşdur. Hazırda ―Tək
səbir‖ qəzetinin təsisçisi və baş redaktorudur.
―Səslər‖ adlı ilk şeirlər kitabı 1968-ci ildə işıq üzü görmüşdür. İsgəndər
Etibar
20-dən çox şeirlər kitabının müəllifidir.
Kitabları: ―Səslər‖ (1968), ―Nəğməli günlər‖ (1974), ―Tarla yolu‖ (1980), ―Sənə
yazılan nəğmələr‖ (1988), ―Ürək səni istəyir‖ (1986), ―Elnur bala, nur bala‖
(1986), ―Məndən elə nə qaldı‖ (1993), ―Dəli kimdir bu gün?‖ (1996), ―Bu, mənəm,
sevgi dolu ürəyəm‖ (2002), ― İraqa oxunan nəğmələr‖ (2003), ―Pıçıltılar‖ (2003),
―Gənc ailə üçün yaddaş‖ (2005), ―Dağlarda nur Şamaxı‖ (2006), ―Sevənlərə
məktub‖ (2006), ―Balaca böyüklər‖ (2006), ―Gecikən kitab‖ (2009) və s.
Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
49
17 Fevral - Yazıçı Sabir Süleymanovun anadan olmasının 80 illiyi,
(1937-1979)
Sabir Süleymanov Cəbrayıl rayonunda, qulluqçu
ailəsində doğulmuşdur. O, orta məktəbi bitirib Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1955-1960).
―Maarif‖ nəşriyyatında, sonra ―Azərnəşr‖də redaktor
işləmişdir (1961-1966).
Ədəbi fəaliyyətə tələbəlik dövründə başlamışdır.
―Qovarlar‖ adlı ilk hekayəsi 1958-ci ildə ―Pioner‖
jurnalında çap edilmişdir. Bundan sonra Sabir
Süleymanov
―Göyərçin‖,
―Ulduz‖
jurnallarında,
―Ədəbiyyat və İncəsənət‖, ―Azərbaycan gəncləri‖ qəzetlərində hekayələrini
vaxtaşırı çap etdirmişdir. Onun 1967-ci ildə ―Ulduz‖ jurnalında ―Cərəyan‖ adlı
povesti dərc olunmuşdur. S. Süleymanovun 1966-ci ilin dekabr ayından fəaliyyəti
―Ulduz‖ və ―Azərbaycan‖ jurnalı redaksiyaları ilə sıx bağlı olmuşdur. O,
―Azərbaycan‖ jurnalında nəsr şöbəsinin müdiri kimi bütün qüvvəsini milli nəsrin
inkişafı işinə həsr etmişdir.
Sabir Süleymanov 1979-cu il dekabrın 18-də vəfat etmişdir.
Kitabları: ―Çay qırağında‖ (1964), ―Məhəbbət olmayanda‖ (1969), ―Qarayel‖
(1972), ―Dan qaranlığı‖ (1974), ―Çinar kəhrizin suyu‖ (1985) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
50
22 Fevral - Yazıçı, dramaturq Yusif Əzimzadənin anadan olmasının 100 illiyi,
(1917-1984)
Yusif Əzimzadə Bakıda fəhlə ailəsində doğulmuşdur.
Natamam orta məktəbi bitirib N.Nərimanov adına Sənaye
Texnikumunun elektrik-mexanika şöbəsində təhsil almışdır.
Tələbə ikən öz şeirlərini ―Ədəbiyyat qəzeti‖ndə, ―Gənc işçi‖,
―Yeni yol‖ və ―Azərbaycan gəncləri‖ndə müntəzəm çap
etdirmişdir. 1942-1944-cü illərdə isə ―Ədəbiyyat qəzeti‖ ndə,
―İnqilab və mədəniyyət‖ jurnalında ədəbi işçi, nəsr şöbəsinin
müdiri
vəzifələrində
çalışmışdır.
―Azərnəşr‖
və
―Uşaqgəncnəşr‖də bədii ədəbiyyat şöbəsinin redaktoru, ―İnqilab və mədəniyyət‖
jurnalı, sonra ―Ədəbiyyat qəzeti‖ redaksiyalarında məsul katib, ―Göyərçin‖
jurnalının məsul redaktoru, ―Ədəbiyyat və incəsənət‖ qəzetinin baş redaktoru,
―Ulduz‖ gənclik jurnalında redaktor əvəzi və Azərbaycan Yazıçılar Birliyində
bədii tərcümə üzrə məsləhətçi olmuşdur. ―Anacan‖ pyesinə görə musiqili teatrların
Ümumittifaq festivalının laureatı diplomuna layiq görülmüşdür (1957). Keçmiş
SSRİ respublikalarının teatrlarında ―Çiçəklər səltənəti‖, ―Anacan‖, ―Nəsrəddin‖,
―Aprel səhəri‖ və ―Qonşular‖ dram əsərləri səhnəyə qoyulmuşdur. Onun tərcümə
etdiyi
pyeslər
(Konstantin
Simonovun
―Rus
məsələsi‖, Sergey
Mixalkovun ―Qırmızı qalstuk‖, Y.Soloviçin ―Qəribə dilənçi‖, O.Bodıkovun
―Qaraqum faciəsi‖, Ş.Xusainovun ―Anam gəldi‖) Azərbaycan teatrlarında
səhnələşdirilmişdir. ―Pravda‖, ―İzvestiya‖, ―Trud‖ və ―Literaturnaya qazeta‖ kimi
mərkəzi qəzetlərdə müntəzəm çıxış etmişdir. Ümumittifaq Yazıçılar İttifaqının V
qurultayına nümayəndə seçilmişdir. SSRİ medalları və Azərbaycan Ali Soveti
Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Yusif Əzimzadə 1984-cü il mart ayının 6-da Bakıda vəfat etmişdir.
Kitabları: ―Partizan oğlu‖ (1942), ―İlk görüş‖ (1945), ―Onun həyatı‖ (1948),
―Görüşdən sonra‖ (1950), ―Üç bayram‖ (1954), ―Bakının işıqları‖ (1956), ―Yenə
görüşəcəyik‖ (1960), ―Murad dayının xatirələri‖ (1961), ―Xatırlayacaqsan‖ (1964),
―Anacan‖ (1968), ―O, qərib deyildi‖ (1968), ―Qaranquşa hay verin!‖ (1969),
―Ləpirlər‖ (1971), ―Unutmayın‖ (1973), ―Mənim mahnılarım‖ (1976),‖Qardaşlar‖
(1986) və s.
Dostları ilə paylaş: |