Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Dekabr - Bəstəkar Oqtay Kazıminin anadan olmasının  85 illiyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   36   37   38   39   40   41   42   43   44

27 Dekabr - Bəstəkar Oqtay Kazıminin anadan olmasının  85 illiyi,  

                     (1932-2010) 

Oqtay  Kazımov  Astara şəhərində  anadan  olub.  Orta 

məktəbi  Astarada  bitirən  O.Kazımi  Asəf  Zeynallı  adına 

Orta  İxtisas  Musiqi  Məktəbinin  xor-dirijorluq  fakültəsinə 

daxil  olub  və  Hacı  Xanməmmədovun  sinfində  təhsil  alıb. 

Musiqi  məktəbində  oxuyarkən,  "Bəxtəvər  uşaqlar"  adlı  ilk 

mahnısını  bəstələyib.  O.Kazımi  1957-ci  ildə  Üzeyir 

Hacıbəyov  adına  Azərbaycan  Dövlət  Konservatoriyasının 

bəstəkarlıq  fakültəsinə  daxil  olub  və  Cövdət  Hacıyevin 

sinfində  təhsil  alıb.  1966-1967-ci  illərdə  Sumqayıt  Musiqi 

Texnikumunda müəllim, sonra isə dərs hissə müdiri işləyib. 

Sumqayıtda  çalışdığı  illərdə  "Eksperiment"  estrada  orkestrini  yaradlb.  Sonralar 

bəstəkar  filormoniyada  musiqi  redaktoru  vəzifəsində  çalışıb  və  Asəf  Zeynallı  adına 

Orta İxtisas Musiqi Məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib. 

   O.Kazıminin  mahnıları  uzun  illər  "Dan  ulduzu"  ansamblının  repertuarında 

xüsusi  yer  tutub.  Görkəmli    bəstəkarın    mahnılarını   Rəşid    Behbudov,   Zeynəb 

Xanlarova,   Şövkət  Ələkbərova,   Eldar  Axundov,   Flora  Kərimova, Yalçın 

Rzazadə,   İlhamə  Quliyeva,   Oqtay  Ağayev,   Məmmədbağır  Bağırzadə  və  digər 

müğənnilər  ifa  ediblər. Onun xalq çalğı alətləri üçün konsertləri, Ulu öndər Heydər 

Əliyevə  həsr  etdiyi  ("Millətin  oyaq  gecəsi")  vokal  simfonik  poeması,  "Qarabag 

rapsodiyası",  təntənəli  uvertüraları,  60-a  qədər  teatr  tamaşalarına  bəstələdiyi 

musiqiləri (Akademik Dram Teatrında səhnəyə qoyulub. "Büllür sarayda", "Qılınc və 

Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus Dram Teatrında səhnələşdirilmiş 

"Şeyx  Sənan",  Kamera  Teatrında  səhnəyə  qoyulmuş  "İtlər",  Musiqili  Komediya 

Teatrında səhnələşdirilən ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") 

operettaları rəğbətlə qarşılanıb və müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin 

məzmununa füsunkar töhfə verməklə yanaşı, tarixilik baxımından əhəmiyyətliliyi ilə 

fərqlənir. 

 O.Kazıminin  yaradıcılığı  dövlət  tərəfindən  yüksək  qiymətləndirilib.  O,  Əməkdar 

İncəsənət  Xadimi  (1992),  Xalq  artisti  (2006)  fəxri  adlarına  və  Prezident  təqaüdünə 

layiq  görülüb.  O.Kazımi  Azərbaycanda  ilk  rok  operanın  müəllifidir.  Qeyd  etmək 

lazımdır  ki,  görkəmli  bəstəkarın  əsərlərinin  bir  hissəsi  hələ  də  geniş  auditoriya 

kütləsinə təqdim edilməyib.

 

Oqtay Kazımi 9 avqust 2010-cu də vəfat edib. 



Simfonik  əsərləri:  "Azərbaycan  rapsodiyası",  böyük  simfonik  orkestr  üçün  (1962), 

"Qəhrəmanlıq  simfoniyası"  (1964),  "Potetik  simfoniya",  sevimli  müəllim  Cövdət 

Haciyevə  həsr  olunur  (1976),  "Bayram  Uvertürası",  böyük  simfonik  orkestr  üçün 

(1976),  "Sumqayıt  Lövhələri",  proqramlı  simfonik  süita  (1977),  "Azərbaycan", 

simfonik  orkestr  üçün  (1980),  "Şəhidlər"  Simfoniyası  (1990),  "Qarabağ  lövhələri", 

simfonik  süita  (1992),  "Nəğməmsən,  Azərbaycan",  kantata,  N.Həsənzadə  (1992), 

"Qəhrəmanlıq"  Simfoniyası  (1995),  "Millətin  oyaq  gecəsi",  A.Qurbani  (1995), 

"Peyğəmbər", oratoriya, N.Xəzri (2000) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



422 

 

27 Dekabr - Xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin anadan olmasının  



                     70 illiyi, (1947) 

Fərhəd  Bədəlbəyli   Bakıda   görkəmli  rejissor, 

Azərbaycan  xalq  artisti Şəmsi  Bədəlbəylinin ailəsində  anadan 

olub.  1965-1969-cu  illərdə  Ü.  Hacıbəyov  adına Azərbaycan 

Dövlət  Konservatoriyasında (professor  M.  R.  Brennerin 

sinfində), 1969-1971-ci  illərdə  P.İ.Çaykovski  adına  Moskva 

Dövlət  Konservatoriyasının  aspiranturasında  (dosent  B. 

Davidoviçin  sinfində)  oxuyub.  Fərhad  Bədəlbəylinin  adı  B. 

Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana 

əsərinin  ən  yaxşı  ifaçısı  mükafatı)  və  Viana  da  Mota  adına 

(Portuqaliya,  1968,  I  mükafat)  beynəlxalq  müsabiqələrdəki  uğurlu  çıxışlardan  sonra 

məşhurlaşıb. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur.  

Pianoçunun  qastrol  səfərləri  Bolqarıstan,  Almaniya,  Yunanıstan,  Danimarka, 

İsrail,  İtaliya,  Kuba,  Norveç,  Portuqaliya,  Tunis,  Türkiyə,  Finlandiya,  Fransa, 

Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir.   

 Musiqi  təşkilatçılığı  işi,  maarifçilik  F.  Bədəlbəylinin  ikinci,  mühüm  fəaliyyət 

sahəsidir. 1986-1989-cu  illərdə  o,  Azərbaycan  Musiqi  Cəmiyyətinin  İdarə  Heyəti 

sədrinin  birinci  müavini  olmuşdur.  F.Bədəlbəylinin  təşəbbüsü  ilə  Bakı  İncəsənət 

Mərkəzi  (1987-1996-cı  illərdə  o,  buranın  rəhbəri  olmuşdur)  və  Azərbaycan  Musiqi 

Xadimləri  Cəmiyyəti  (hal-hazırda  o, 1989-cu  ildən  bu  cəmiyyətin  sədridir) 

yaradılmışdır.

 

1995-ci  ildən  o,  "Azərbaycan  Mədəniyyətinin  Dostları"  fondunun  üzvüdür. 1971-ci 



ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən 

dosent,  1983-cü  ildən  professor).  1991-ci  ildən  F.  Bədəlbəyli  Ü.  Hacıbəyov 

adına Bakı  Musiqi  Akademiyasının (  əvvəl  adı  Azərbaycan  Dövlət  Konservatoriyası 

idi) rektorudur.

 

F. Bədəlbəyli bir çox



 

mükafatlara layiq görülüb. 1972-ci ildə Əməkdar 

artist, 1978-ildə  Xalq artisti, 1990-cı ildə isə SSRİ Xalq artisti fəxri adlarına, 1996-cı 

ildə isə Fransada xüsusi mükafata layiq görülüb. 



Filmoqrafiya:  ―Azadlıq  məşəli‖  (film,  1967),  ―Böyük  ömrün  anları‖  (film,  2006), 

―Fərhad‖ (film, 1987), ―Heydər Əliyev‖ Üçüncü film. Moskva. ―Kreml‖ (film, 1999), 

―Kədərimiz...  Vüqarımız...‖  (film,  1998),  ―Maestro  Niyazi‖  (film,  2007),  ―Memar‖ 

(film,  2006),  ―Mənə  inanın!‖  (film,  2007),  ―Nəğməkar  torpaq‖  (film,  1981),  ―Ötən 

ömrün  notları‖  (film,  2003),  ―Üç  eskiz‖  (film,  1978),  ―Ürək  nəğməsi‖  (film,  1989), 

―Üzeyir ömrü‖ (film, 1981) və s.  

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 

423 

 

Milli qəhrəmanlar zirvəsi  



14 Dekabr - Azərbaycanın Milli Qəhrəmanı Əliyev Əliyar Yusif oğlunun 

                      anadan olmasının 60 illiyi,  (1957-1992) 

 

 



Əliyar  Əliyev   Qubadlı  rayonunun Qazyan kəndində  anadan  olub.  1979-cu 

ildə Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  İnstitutunu fərqlənmə  diplomu  ilə 

bitirərək,  bir  müddət  Qubadlı  rayonunun Dondarlı kənd  orta  məktəbində  idman 

müəllimi  işləyib.  Qarabağ  müharibəsi başlayanda  Əliyar  Əliyev  könüllü 

olaraq   Azərbaycan  Silahlı  Qüvvələri sırasına  qoşulub.  Müharibədə  özünü  təkcə 

döyüşçü  kimi  yox,  həm  də  hərbi  işin  təşkilatçısı  kimi  göstərməyə 

başlayıb. Əvvəlcə  taborun  kəşfiyyat  bölməsinin  komandiri,  sonra  tabor 

komandırının təchizat üzrə müavini təyin edilib. 1988-ci ilin fevral ayında  Əliyar 

Əliyev  könüllülərdən  ibarət  dəstə  təşkil  edib.   Bu  tabor  camaat  arasında 

―Pəhləvanlar taboru‖ kimi da tanınıb.  O, Başarat, Susuz dağ, Suarası mövqelərini 

ələ  keçirərkən  xüsusilə  fərqlənib, 1992-ci  il  sentyabrın  30-da Laçın 

rayonu istiqamətində  döyüşə  rəhbərlik  edib.  1991-ci  ilin  may  ayında 

Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun 

Topağac-Başarat  yüksəkliyi  uğrunda  gedən  döyüşlərdə  də  onun  rəhbərlik  etdiyi 

alay  düşməni  ağır  itkilərə  məruz  qoyub.  1992-ci  ilin  iyun  ayının  24-də  Qubadlı 

rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin 

döyüşçüləri  olub. Ə.Əliyev  1992-ci  ilin  avqust  ayında  həyata  keçirilən  "Şurnuxu‖ 

əməliyyatında  iştirak  edib. O,  1992-ci  ilin  payızında  40  könüllü  döyüşçü  ilə 

birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad 

edib.   


Əliyar  Əliyevin  son  döyüşü 1992-ci  il  oktyabrın  3-də, Laçının  iki 

kilometrliyində olub. ―Tikanlı zəmi‖ yüksəkliyi uğrunda döyüşdə tabor komandiri 

Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, 

doğma kəndi Qəzyanda dəfn olunub.  

Azərbaycan  Respublikası  Prezidentinin  10  noyabr  1992-ci  il  tarixli  301  saylı 

fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli 

Qəhrəmanı adına layiq görülüb.

 

Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəkı 



küçələrdən biri onun adını daşıyır.

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010. 

 


424 

 

 



 

             2017-ci ildə həmçinin qeyd olunacaq: 

-   Şair Qətran Təbrizinin 105 illiyi, (1012-1088) 

 

      



-   Şair, dövlət xadimi Şah İsmayıl Xətainin 530 illiyi, (1487-1524); 

               Kitabları: ―Dəhnamə‖ 

-   Şair Molla Pənah Vaqifin 300 illiyi, (1717-1797) 

 

Kitabları: ―Əsərləri‖ və s. 



-   Şeyx Şamilin 220 illiyi, (1797-1871) 

-   Şairə Xurşudbanu Natəvanın 185 illiyi, (1832-1897) 

 

Kitabları: ―Seçilmiş əsərləri‖, ―Qəzəllər‖ və s. 



 

      -   Xeyriyyəçi Musa Nağıyevin 175 illiyi, (1842-1919) 

 

      -  Yazıçı Seyid Hüseynin 130 illiyi, (1887-1938) 



 

Kitabları: ―İki həyat arasında‖, ―Yeni həyat yollarında‖, ―Şirinnaz‖,  

―Bir küçənin tarixi‖, ―Xeyir və bərəkət ayı‖, ―Həzin bir xatirə‖ və s. 

-

 

Yazıçı Pənahi Makulunun 115 illiyi, (1902-1971) 



-

 

Şair, ədəbiyyatşünas Hümmət Əlizadənin 110 illiyi, (1907-1941) 

-   Qurban bayramı. İslam dünyasının ən müqəddəs bayramlarından 

sayılan Qurban  bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd 

olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin 

qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının 

bayramları haqqında" Qanununa əsasənQurban bayramı ölkəmizdə də 

dövlət səviyyəsində bayram edilir. 

-

 

Ramazan bayramı. İslamın müqəddəs bayramları arasında orucluq 



mühüm yer tutur.  Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 

2-ci ilindən (miladi 623-cü il)     başlanır. Oruc Ramazan ayında 

tutulduğu üçün ona ―Ramazan orucu‖ da deyirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

425 

 

 



 

 

Yubilyar kitablar

 

 

 

110 il  



 

Cəlil Məmmədquluzadə “Qurbanəli bəy”, (1907) 

105 il  

 

Abdulla Şaiq  “Gözəl bahar”, “Bədbəxt ailə”, (1912) 



105 il  

     Böyükağa Talıblı “Yaxşı məsləhət hər şeydən yaxşıdır”, (1912) 

105 il               Yusif Vəzir Çəmənzəminli “Yeddi hekayə”“Üç hekayə”,(1912) 

90 il   


 

Abdulla Şaiq  “İldırım”, “Tülkü həccə gedir”, (1927) 

90 il   

 

Böyükağa Talıblı “Qırx zopa”, (1927) 



90 il   

 

Cəlil Məmmədquluzadə “Bəlkə də qaytardılar”, (1927) 



90 il  

Əbdürrəhimbəy Haqverdiyev “Köhnə dudman”



“Marallarım”, “Ac həriflər”, (1927) 

90 il 


Ömər Faiq “Üçüncü il”, (1927) 

90 il 


Süleyman Rüstəm “Ələmdən nəşəyə”, (1927) 

90 il 


Süleyman Sani Axundov “Zarafat”, (1927) 

90 il 


Vəli Xuluflu “Koroğlu”, (1927) 

85 il   


 

Əbdülbaqi Fövzi “Boy atan diyar”, (1932) 

85 il   

 

Rəsul Rza “Çapey”, (1932) 



85 il   

 

Sabit Rəhman “Pozğun”, (1932) 



85 il   

 

Səməd Vurğun “Fanar”, (1932) 



85 il   

 

Süleyman Rüstəm “Səs”“Yanğın”“Atəş”, (1932) 



85 il   

 

Tağı Şahbazi Simürğ “Qeyrət”, (1932) 



85 il   

 

Yusif Şirvan “Bizim yaz”, (1932) 



80 il   

 

Cahanbaxış “Qonşular”, (1937) 



80 il   

 

Cəfər Cabbarlı “1905-ci ildə”“Qız qalası”“Almaz”, (1937) 



80 il    

 

Əbdül Kazım “Sayıq uşaqlar”, (1937) 



80 il   

 

Əkbər Məftun “Kiçik heykəltəraş”, (1937) 



80 il   

 

Süleyman Vəliyev “Bığlı ağa”, (1937) 



175 il  

 

Cəfər Xəndan “Cəbhə şeirləri”“Qafqaz”, (1942) 



75 il   

 

Əbülqasım Hüsenyzadə “Tülkü və xoruz nağılı”, (1942) 



75 il   

 

Eynulla Ağayev “Alagöz”, (1942) 



75 il           Əhməd Cəmil “Yadigar”“Əsgər qardaşıma”“Şaxta baba”, (1942) 

75 il 


Rəsul Rza “Vətən”“Bəxtiyar”, (1942) 

75 il 


Səməd Vurğun “Səadət uğrunda”, (1942) 

75 il 


Süleyman Rəhimov “Aynalı”“Medalyon”, (1942) 

75 il 


Süleyman Rüstəm “Ana ürəyi”“Durnalar”, (1942) 

75 il 


Tələt Əyyubov “Yaralı qartal”, (1942) 

426 

 

75 il  



Yusif Əzimzadə “Partizan oğlu”, (1942) 

75 il 


Yusif Şirvan “Biz yenə gələrik”“Bizim elin qızları”, (1942) 

75 il 


Zeynal Xəlil “Tatyana”, (1942) 

70 il   


 

Adil Babayev  “İkinci simfoniya”, (1947)‖ 

70 il   

 

Əbülhəsən “Müharibə”, (1947) 



70 il   

 

Zeynal Cabbarzadə “Əfzələddin və şah”, (1947) 



65 il   

 

Balaş Azəroğlu  “Mənim nəğmələrim”, (1952) 



65 il   

 

Pənahi Makulu “Mübarizlər”, (1952)  



65 il   

 

Rauf İsmayılov “Neft uğrunda”, (1952) 



65 il   

 

Şəfiqə Ağayeva “Məktəb səhnəsi üçün pyeslər”, (1952) 



65 il   

 

Zeynal Cabbarzadə “Çinar”, (1952) 



60 il   

 

Adil Babayev  “Ana ürəyi”, (1957) 



60 il   

 

Balaş Azəroğlu “İtmiş qız haqqında dastan”, (1957) 



60 il   

 

Bəxtiyar Vahabzadə “Ceyran”, (1957) 



60 il   

 

Cəmil Əlibəyov “Şəhəri yaradanlar”, (1957) 



60 il   

 

Emin Mahmudov “Kainat gəmisi”, (1957) 



60 il    

 

Əhməd Rəhimov “Bir evin gəlini”, (1957)  



60 il   

 

Ələviyyə Babayeva “Tək ağac”, (1957) 



60 il    

 

Pənahi Makulu “Səttarxan”, (1957) 



60 il   

 

Reyhan Salamova “Cırcırama və qarışqa”, (1957) 



60 il   

 

Şamil Xirşid “Xəstələr”, (1957) 



55 il   

 

Çingiz Hüseynov “Mənim bacım”, (1962) 



55 il    

 

Bayram Həsənov “İlk qar”, (1952) 



55 il   

 

Davud Ordubadlı “Səadət yolunda”, (1962) 



55 il    

 

Əfqan “Gecikmisən”, (1962



55 il   

 

Əhməd Elbrus “Uçan durnalar”, (1962) 



55 il   

 

Əhməd Mirzəcəfərli “Altı qız”, (1962) 



55 il   

 

Əhmədağa Muğanlı “Tikanlı məftillər”, (1962) 



55 il    

 

Əlfi Qasımov “Odlu ürəklər”, (1962) 



55 il   

 

Rəfiq Zəka Xəndan “Çağlayan”, (1962) 



55 il   

 

Rüfət Əhmədzadə “Özündən demir”, (1962) 



55 il   

 

Sabir Əhmədli “Aran”, (1962) 



55 il   

 

Tofiq Mahmud “Dibçək”, (1962) 



55 il    

 

Tofiq Mütəllibov “Bağçada yolka”, (1962) 



55 il   

 

Vaqif Nəsib “Çəpiş”, (1962) 



55 il   

 

Yusif Həsənbəy “Yağışda çimən cücə”, (1962) 



 

 

 



427 

 

 



 

                                  

Xarici ədəbiyyat 

    

320 il   

Şarl Perro. “Mənim ana Qazımın nağılları və ya keçmiş zamanların 



ibrətamiz  əhvalatları  və  nağılları”.  Topluya  ―Küllücə  və  ya  Büllur 

başmaq‖, ―Çəkməli pişik‖, ―Cırtdan‖, ―Göy Saqqal‖ nağılları daxildir, 

(1697) 

205  il      Qrimm  qardaşları.  “Qızıl  qaz”,  “Qurbağa-Kral,  yaxud  Dəmir  Henrix”, 

(1812) 


190 il           Vilhelm Qauf. “Cırtdan Burun”, (1827) 

 

 



 

180 il           Hans Xristian Andersen. “Kralın yeni paltarı”, (1837) 

180 il 

Lermontov M.Y. “Borodino”, “Şairin ölümü”, (1837) 



175 il            Qoqol N.V. “Ölü canlar”, (1842) 

170 il            Bronte Ş. “Ceyn Eyr”, (1847) 

165 il            Biçer-Stoun H. “Tom dayının daxması”, (1852) 

 

 



Tolstoy L.N. “Uşaqlıq”, (1852) 

 

 



Turgenev İ.S. “Mumu”, (1852)  

155 il           Qriboyedov A.S. “Ağıldan bəla”, (1862) 

 

 



Hüqo V. “Səfillər”, (1862) 

 

 



Tolstoy L.N. “Kazaklar”, (1862) 

 

 



Turgenev İ.S. “Atalar və oğullar”, (1862) 

135 il           Tven M. “Şahzadə və dilənçi”, (1882) 

115 il           Doyl A.K. “Baskervillərin iti”, (1902) 

 

 



 Potter B. “Piter-dovşan”, (1902) 

120 il            Voyniç E.L. “Ovod”, (1897) 

 

 



  Mamin-Sibiryak D.N. “Alyonuşkanın nağılları”, (1897) 

                     Uells Q. “Gözəgörünməz adam”, (1897) 



428 

 

 



125 il              Qarin-Mixaylovski N.Q. “Tyomanın uşaqlığı”, (1892) 

    Doyl K.A. “Şerlok Holmsun macəraları”, (1892) 



100 il              Çukovski, K.İ. “Timsah”, (1917) 

95 il                Qrin A. “Al yelkənlər”, (1922) 

 

 



   Sabatini R. “Kapitan Bladın Odisseyası”, (1922) 

 

 



   Çukovski K.İ. “Moydodır”, “Qorxunc tarakan”, (1922) 

90 il                Belıx Q., Panteleyev L. “ŞKİD” respublikası”, (1927) 

 

 



    Marşak S.Y. “Poçt”, (1927) 

 

 



    Tolstoy A.N. “Mühəndis Qarinin hiperboloidi”, (1927) 

75 il                 Sent-Ekzüperi de A. “Balaca şahzadə”, (1942) 

65 il                Nosov N.N. “Vitya Maleyev məktəbdə və evdə”, (1952) 

 

 



    Heminquey, E. “Qoca və dəniz”, (1952) 

60 il                Bredberi R.D. “Zəncirotu şərabı”, (1957) 

 

 



    Yefremov İ.A. “Andromeda dumanlığı”, (1957) 

 

 



    Jeleznyakov V.K. “6-B-dən olan qəribə adam”, (1957) 

 

 



    Nosov N.N. “Xəyalpərəstlər” (1957) 

 

 



    Şoloxov M.A. “İnsanın taleyi” (1957) 

55 il               Davıdıçev L.İ. “İkinci sinifdə oxuyan və iki il sinifdə qalan İvan 

                      Semyonovun çox çətin, fəlakət və təhlükələrlə dolu həyatı”,(1962) 

Medvedev V.V. “Barankin, adam ol!”, (1962) 

Rodarri C. “Telefonla nağıllar”, (1962) 

50 il                 Aleksin A.Q. “Bu anda hardasa...”, (1967) 

45 il                 Aleksandrova T.İ. “Damdabaca Kuzka”, (1972) 

 

 



     Krapivin V. “Qılınclı oğlan”, (1972) 

 

 



     Struqatski qardaşları. “Yol qırağında piknik”, (1972) 

429 

 

Bu tarixi unutmayaq! 

19-20 yanvar - Qanlı yanvar faciəsi, (1990) 

26 dekabr -  Xankəndinin işğalı günü, (1991) 

26 fevral - Xocalı faciəsi, (1992) 

2 oktyabr -  Xocavənd rayonunun işğalı günü, (1992) 

8 may - Şuşanın işğalı (1992) 

17-18 may - Laçın rayonunun işğalı günü, (1992) 

3-4 aprel - Kəlbəcər rayonunun işğalı günü, (1993) 

7  iyul -  Ağdərə rayonunun işğalı günü, (1993) 

23 iyul - Ağdam rayonunun işğalı günü, (1993) 

23 avqust - Cəbrayıl rayonunun işğalı günü, (1993) 

23 avqust - Füzuli rayonunun işğalı günü, (1993) 

31 avqust - Qubadlı rayonunun işğalı günü, (1993) 

29 oktyabr - Zəngilan rayonunun işğalı günü, (1993) 

 

 



 

 

 



 

 

 



 

 

 



430 

 

Ədəbiyyat siyahısı: 

Azərbaycan Milli Ensiklopediyası:25 cilddə:‖Azərbaycan cildi‖.Bakı, 2007.-884s. 

Əhmədov  Teymur  -“Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)‖  Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011.-1056 səh., şəkilli. 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010.-252s. 

İnternet resursları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



431 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

Tərtibçilər:                                      Ruhiyyə Məmmədli 



                                                          Təranə Hacıyeva 

 

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

 



 

 

 



 

      


 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin