İnternetdə:
www.books.google.com
72
20 Mart - Beynəlxalq Xoşbəxtlik Günü, (2012)
BMT 2012-ci ildə martın 20-ni Beynəlxalq Xoşbəxtlik Günü (International
Day of Happiness) elan etmişdir. Burada məqsəd xoşbəxtliyə can atmağın
planetimizdəki bütün
insanların ortaq hissi olması haqqında ideyanı
dəstəkləməkdir.
Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram
xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və
xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz
səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə,
beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət
təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik
Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımi qaydada qeyd etməyə
çağırır.
İnternetdə:
www.books.google.com
73
21 Mart - Beynəlxalq Meşə Günü, (1971)
Birləşmiş Millətlər Təşkilatı Baş
Assambleyasının qərarı ilə martın 21-i
Beynəlxalq Meşə Günü elan edilmişdir
və 1971-ci ildən qeyd olunur. BMT Baş
Məclisinin 6 yanvar 2013-cü il qərarı ilə
həmin ildən etibarən hər il martın 21-i
qeyd edilir. Beynəlxalq Meşə Günü
meşələrin və meşə sahələrinin Yer
kürəsində
davamlı
inkişaf
və
təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına diqqəti cəlb etmək məqsədi güdür.
BMT Baş Məclisin bu qərarını Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı alqışlamış və
üzv dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə kampaniyaları
keçirilməsini dəstəkləməyə çağırmışdır.
Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülmüşdür. Haqlı
olaraq meşələri planetimizin ağciyərləri adlandırırlar. Yerin ekoloji sistemləri və
atmosfer arasında karbon qazı mübadiləsi prosesində meşələr mühüm yer tutur.
Dünyadakı meşələrin 13 faizi xüsusi qorunan təbii ərazilərə aiddir. Son illərdə
meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin
təhlükəli dərəcədə azalması meylləri bütün beynəlxalq
birliyi ciddi narahat edir.
İnternetdə:
www.books.google.com
74
21 Mart - Ümumdünya Poeziya Günü, (1999)
“İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlırın
mənəviyyatına, əxlaqına, tərbiyyəsinə, fikirlərinin formalaşmasına bu qədər
güclü təsir göstərən başqa bir vasitə yoxdur.”
Ümummilli lider Heydər Əliyev
1999-cu ildə YUNESKO-nun baş
konfransının 33-cü sessiyasında hər il
martın 21-də Ümumdünya Poeziya
Gününü (World Poetry Day) qeyd etmək
qərara
alınmışdır. İlk Ümümdünya
Poeziya Günü, YUNESKO-nun mənzil-
qərargahının
yerləşdiyi
Parisdə
keçirilmişdir.
YUNESKO-nun qərarında deyilir:
―Poeziya müasir insanın ən dərin və
kəskin mənəvi suallarına cavab ola bilər, lakin bunun üçün ona daha çox ictimai
diqqəti cəlb etmək zəruridir‖. Bundan başqa, Ümumdünya Poeziya Günü kiçik
nəşriyyatlara özlərini göstərmək imkanı verir, çünki məhz onların səyi ilə müasir
şairlərin əsərləri oxuculara çatır. Bu bayram canlı poetik söz ənənələrini dirildən
poziya klubları üçün də bir imkandır. YUNESKO hesab edir ki, bu gün kütləvi
informasiya vasitələrində poziyanın insanlara açıq, əsl müasir sənət nümunəsi kimi
pozitiv obrazının yaradılmasına xidmət edir.
Belə hesab olunur ki, ən qədim şeir-himnlər e.ə. XXIII əsrdə yaranmışdır.
Şeirlərin müəllifi şairə En-hedu-ana olmuşdur. O, akkad çarı Sarqonun qızı
olmuşdur. En-hedu-ana Ay tanrısı Nann və səhər ulduzu tanrıçası İnann haqqında
yazmışdır. Bu günlə əlaqədar təhsil, mədəniyyət müəssisələrində, yaradıcı
kollektivlərdə müxtəlif tədbirlər keçirilir. Bu ocağın neçə-neçə unudulmaz söz
sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, sözə, poeziyaya
bağışlayaraq deyib:
Şeir mədəniyyət, incəsənətdir,
İncə ruh, incə zövq, incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir.
Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında
qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir
həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri
yada düşür: "Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir".
Rus şairi, Nobel mükafatı laureatı İosif Brodski isə bildirib ki, poeziya ən yaxşı
sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.
İnternetdə:
www.books.google.com
75
21 Mart - İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə
Günü, (1966)
İrqi Ayrı-Seçkiliyin Ləqv Olunması Uğrunda Beynəlxalq Mübarizə Günü
(İnternational Day for the Racial Discrimination) BMT-nin Baş Assambleyasının
1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərarı hər il martın 21-
də keçirilir.
1960-cı ilin həmin günü polis Şarpevildə (Cənubi Afrika) aparteid rejiminin
Cənubi Afrika Respublikasında afrikalıların məcburi pasportlaşdırılması haqqında
qanunun əleyhinə dinc nümayiş zamanı atəş açmış və 69 nəfəri öldürmüşdür.
BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-
seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə
çağırmışdır. Bununla BMT təsdiq etmişdir ki, irqi ayrı-seçkiliyi insan
hüquqlarının, əsas azadlıqların və ədalətin inkarı hesab etmək olar və o, insan
ləyaqətinə qarşı cinayətdir. BMT ayrı-seçkiliyin sosial və iqtisadi inkişafa,
həmçinin beynəlxalq əməkdaşlığa və sülhə maneə olduğunu da qəbul edir.
İnternetdə:
www.books.google.com
76
21 Mart - Beynəlxalq Kuklaçı Günü, (2000)
21 Mart Beynəlxalq Kuklaçılar Gününün
(İnternational Day of Puppetry) qeyd
olunması ideyası məşhur İran kukla teatrı
xadimi Civad Zülfaqarihoya məxsusdur.
2000-ci ildə Maqdeburqda, Beynəlxalq
Kukla Teatrı Xadimləri İttifaqının XVIII
Konqresində o, bu məsələni müzakirəyə
çıxarmışdır. İki ildən sonra UNİMA-nın
Beynəlxalq Şurasının iclasında bayramın tarixi müəyyən olunmuşdur. Bütün
dünyadan olan kuklaçıların bayramı ənənəsi 2000-ci ilin 21 martında yaranmışdır.
Məhz həmin gündən başlayaraq kukla teatrlarının bütün peşəkarları və
pərəstişkarları tərəfindən Beynəlxalq Kuklaçı Günü qeyd olunur. Ənənəyə görə,
həmin gün kukla teatrı və yaradıcı qruplarının əməkdaşları maraqlı kukla
tamaşaları, görüşlər, konsertlər təşkil edirlər.
Ölkəmizdə də kuklaların, kukla tamaşalarının yaranmasının öz tarixi vardır.
Kuklalar səhnədə görünəndə həmişə bayram olur. Kukla tamaşaları uşaqlara
xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar
üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Oyuncaqlar,
bir tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən tərbiyəvi və çox
təsirli vasitə kimi önəm daşıyar. Kukla oyunlarını üç tipə bölmək olar: kilimarası;
kukla oyunu. kölgə oyunu. Kukla oyunu tamaşalarının eyni kökdən olan bir neçə
forması var. Bunlardan ən geniş yayılanı ―Bəbək‖, ―Keçəl pəhləvan‖, ―Maral
oyunu‖, ―Kilimarası‖ qədim kukla oyunlarındandır. İllər ötdükcə mədəniyyətin
hər bir sahəsi kimi kukla teatrı da inkişaf etmişdir. Xalqımız ta qədimdən, təbii
vasitələrdən istifadə olunmaqla, kuklalar düzəltmiş, xalq oyunları təşkil etmişdir.
Min illər boyu azərbaycanlıların yaşadıqları geniş ərazidə kukla oyunları da
yayılmışdır. Bu oyunlar üçün kukla düzəldənləri oyuqçular adlandırıblar.
Azərbaycanda körpə balaların kuklalarla əsas görüş ünvanı Abdulla Şaiq
adına Kukla Teatrıdır. Kukla Teatrında həm milli, həm də dünya xalqlarının nağıl
qəhrəmanlarının iştirakı ilə ―Cırtdan‖, ―Turpun nağılı‖, ―Qoçaq Əhməd‖, ―Qırmızı
Papaq‖, ―Cik-Cik xanım‖, ―Ələddin‖, ―Quşcuğaz‖, ―Göyçək Fatma‖,
―Məlikməmməd‖ və başqa tamaşalar nümayiş olunur.
İnternetdə:
www.books.google.com
77
22 Mart - Ümumdünya Su Ehtiyatları Günü, (1992)
Ümumdünya
Su
Ehtiyatları
Gününün
keçirilməsi ideyası ilk dəfə BMT-nin Ətraf
mühitin qorunması və inkişaf üzrə 1992-ci ildə
Rio-de-Janeyroda təşkil olunan konfransında
səslənmişdir.
Su bəşəriyyət üçün zəruridir. Su damlası
çox böyük gücə malikdir, su damlası hamıya
lazımdır. Yer səthinin 70%-i su ilə örtülsə də,
onun 97,5%-i duzlu sudur. Yerdə qalan 2,5% şirin suyun 68,7%-i buzlaqların
donmuş suyudur. Planetin su ehtiyatının ümumi həcminin cəmi 1 faizi insanlar
tərəfindən istifadə üçün əlçatandır. XX əsrdə suyun istifadəsi 6 dəfə artmış,
əhalinin artım tempini 2 dəfə üstələmişdir. İnkişaf etmiş ölkələrdə şirin su
ehtiyatlarının 30%-ə qədər sızma nəticəsində itirilir, bəzi böyük şəhərlərdə isə bu
itki 70%-ə qədər artır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü
il 22 fevral tarixli 47/193 saylı qətnaməsini qəbul edərək martın 22-ni Ümumdünya
Su Ehtiyatları Günü elan etmişdir. Bu əlamətdar gün 1993-cü ildən qeyd olunur.
İnternetdə:
www.books.google.com
78
23 Mart - Ümumdünya Meteorologiya Günü, (1950)
Ümumdünya Meteorologiya Günü
1950-ci
ildən, yəni bu
təşkilatın
yaradılması barədə konvensiya qüvvəyə
minəndən bəri ənənəvi olaraq hər il bir
deviz altında keçirilir. Azərbaycan 1993-
cü il sentyabrın 3-dən Ümumdünya
Meteorologiya Təşkilatının üzvüdür.
1873-cü
ilin
sentyabrında
Vyana
şəhərində
yaradılmış
Ümumdünya
Meteorologiya
Təşkilatı
ən
qədim
beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Meteorologiya Təşkilatının
sələfidir. 1951-ci ildən isə Birləşmiş Millətlər Təşkilatının Xüsusi Agentliyidir.
Artıq Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi
ənənəyə çevrilib. 2012-ci ilin mövzusu olan ―Hava, iqlim və su gələcəyimizin
aparıcı quvvəsidir" devizi isə hava, iqlim və su ilə əlaqədar təqdim olunan
məlumatların sosial-iqtisadi sektorlar üçün müstəsna rolunu göstərmək üçün
seçilmişdir. "Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir" devizi
Ümumdünya Meteorologiya Təşkilatının 16-cı Konqresində 2012-ci ildən
başlayaraq İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin (İXQÇS)
yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Bu Konqresdə İqlim
Xidmətlərinin Qlobal Çərçivə Sisteminin 4 prioritet istiqaməti müəyyən
edilmişdir: təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə
və qida təhlükəsizliyi. Operativ və rejim xarakterli hidrometeoroloji
məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində,
kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə
edilməsi böyük səmərə verməklə, dayanıqlı inkişafı təmin edən amillərdəndir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamenti tərəfindən müşahidə şəbəkələri yeni cihaz və
avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin olunur. Bu da
müşahidələrin keyfiyyət göstəriciləri ilə bərabər onların operativ ötürülməsini və
istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi
olaraq müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan verilən
proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada
bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə
iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə təlabatın
artması müşahidə olunur. Bu baxımdan da hidrometeorologiya xidmətlərinin rolu
əvəzsizdir.
İnternetdə:
http://news.milli.az
79
25 Mart - “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının təsis edildiyi gün,
(1992)
“Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının
tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim
borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub
saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək
nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.”
Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə
dərəcəsi olan ―Azərbaycanın Milli Qəhrəmanı‖ adı
―Azərbaycanın Milli Qəhrəmanı‖ adının müəyyən
olunması haqqında‖ Azərbaycan Respublikasının 25 mart
1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.
―Azərbaycanın Milli Qəhrəmanı‖ adı Azərbaycan Respublikasının müstəqilliyi və
tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
―Azərbaycanın Milli Qəhrəmanı‖ adı Azərbaycan Respublikasının Prezidenti
tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
―Azərbaycanın Milli Qəhrəmanı‖ adı eyni şəxsə bir dəfə verilir.
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — ―Ay-Ulduz‖ medalı
―Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək
haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli
Qanunu ilə təsis edilmişdir. ―Ay-Ulduz‖ medalı "Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən
―Qızıl Ulduz‖ medalı ilə əvəz edilmişdir.
İnternetdə:
www.books.google.com
80
27 Mart - Beynəlxalq Teatr Günü, (1962)
Bu günün hər il dünyada keçirilməsi ilə
bağlı qərar YNESKO yanında Beynəlxalq
Teatr İnstitutunun 1962-ci ildə Vyanada
keçirilən konqresində qəbul olunub. Hər il
Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu
incəsənət xadimləri dünya ictimaiyyətinə
müraciət edirlər. Bu ənənənin əsasını qoyan və
ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü
münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Ölkəmizin rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf
etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət
ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar
bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq
edilmiş ―Azərbaycan teatrı 2009-2019-cu illərdə‖ Dövlət Proqramı bu gün uğurla
həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət
Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram
teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri
aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Ötən illər ərzində
respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya,
Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir,
Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq
tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən
tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa
hazırlamaq üçün Azərbaycana dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə
əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.
İnternetdə:
www.books.google.com
81
Tariximizin qan yaddaşı
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, (1918)
Bu günün misli keçən il, Allahım, gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
Hacı Səlim Səyyah
Bu gün 1918-ci ilin 30 mart və 3
aprel tarixləri arasında Bakı şəhərində və
Bakı quberniyasının müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və digər ərazilərdə Bakı Soveti
və daşnak erməni silahlı dəstələrinin
azərbaycanlılara
qarşı
törətdikləri
qırğınlarla bağlıdır. Rəsmi mənbələrə
əsasən, soyqırımın nəticəsində 12 minə
yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Tarix boyu
azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni
işbirliyinin nəticəsi olub. Sovet dönəmində üstündən sükutla keçilən mart qırğınları
1998-cı ildən etibarən, ulu öndərimiz Heydər Əliyevin 26 mart tarixli fərmanına
əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Tarixi faktlar göstərir ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində zaman-zaman
Azərbaycanın ən müxtəlif bölgələrində həyata keçirilən soyqırımların anım
günüdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında ermənilərlə ruslar
Azərbaycan türkünü qanına-qəltan ediblər. Bundan əvvəl və sonra bu cür
soyqırımlar çox törədilsə də, 1918-ci il martın 31-də baş verən qətl öz miqyasına
görə bunların hamısından fərqlənir.
Qeyd edək ki, hələ martın 31-nə qədər, daha dəqiqi, martın 18-21-də də
Bakıda dəhşətli hadisələr baş vermişdi. Dörd gün ərzində şəhərin müsəlman əhalisi
top atəşinə tutulur, güllələnir, diri-diri yandırılırdı. Bəzi məlumatlara görə, həmin
günlərdə çox sayda müsəlman qətlə yetirilmişdi. Qırğının törədilməsinin başlıca
səbəbi Azərbaycanın müstəqilliyinin qarşısının alınması, Bakının mühüm iqtisadi
və siyasi əhəmiyyəti ilə bağlıydı. İngilis arxivlərini öyrənən türk tarixçisi Salahi
Sonyel elə qənaətə gəlib ki, 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə
yetirilib. ABŞ tarixçiləri C. və K.Makkartilər də 1918-ci il martın 30-dan aprelin 1-
dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin
türk əhalisinin yarısının qaçdığını yazırlar.
Dostları ilə paylaş: |