Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   2   3   4   5   6   7   8   9   ...   44

Kitabları:‖Bir ömrün yadigarı‖ (1984) , ―Bizə  nə‖, ―Şükür,  xudaya‖, ―Vətən‖  

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

İnternetdə: 

www.books.google.com 

 

 

 

22 

 

25 Yanvar - Şair İbrahim Zakirin (Pur  Əzim İbrahim Əzim oğlunun)  



                     anadan olmasının 125 illiyi, (1892- 1971) 

  

  İbrahim  Zakir  Cənubi  Azərbaycanın  Ərdəbil  mahalında, 

Şeyx 

Kəlxoran  kəndində, 



yoxsul 

kəndli 


ailəsində 

doğulmuşdur.  Bədii  yaradıcılığa  gənc  yaşlarından  başlayan 

Zakirə  ―Molla  Nəsrəddin‖  məcmuəsinin  böyük  təsiri 

olmuşdur.  60 ildən çox bədii yaradıcılıq yolu keçmiş İbrahim 

Zakir  M.Ə.Sabir  və  M.Ə.Möcüz  satira  məktəbinin  layiqli 

davamçılarındandır.  Gənc  yaşlarından  məşrutə  hərəkatında 

iştirak  edən  Zakir  1916-cı  ildə  yazdığı  ―Mənə  nə‖,  ―Ara  həkimləri‖  adlı  satirik 

şerləri  ilə  öz  yaradıcılıq  yolunu  müəyyənləşdirmişdir.  "Fəryad  edirəm",  "Novruz 

bayramı"  adlı  şeirləri  Rəşt  qəzetlərində  çap  olunmuşdur.  Sonralar  o,  satirik 

şerlərinə  və  siyasi  fəaliyyətinə  görə  yurdundan  sürgün  edilmişdir.  Onun 

satiralarında  feodal-patriarxal  münasibətlərin,  faşizmin,  mövhumatın  və  geriliyin 

ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda 

çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir. İ. Zakir 

1941-1945-ci illərdə Cənubi Azərbaycanda başlamış milli-azadlıq hərəkatında fəal 

iştirak  etmiş,  fədai  başçısı  olmuşdur.  1945-ci  ilin  dekabrında  Azərbaycanda 

Demokrat  Hökuməti  qurulduqdan  sonra  o,  məsul  partiya  vəzifəsində  işləmişdir. 

1946-cı  ilin  dekabrında  Cənubi  Azərbaycan  demokrat  dövləti  şah  istibdadı  və 

imperializm ağaları tərəfindən boğulduqdan sonra Zakir də minlərlə təqib olunan 

soydaşımız kimi Sovet Azərbaycanına pənah gətirmiş, ömrünün son 25 ilini burada 

keçirmişdir.  Bu  dövrdə  onun  yaradıcılığı  forma  və  məzmun  cəhətdən  daha  da 

zənginləşmişdir.  

Şair  ―Mənə  nə‖,  ―Ara  həkimləri‖,  ―Fəryad  edirəm‖,  ―Novruz  bayramı‖, 

―Vətən, ey vətən‖, ―Azər‖, ―Qürbətdə‖, ―Təbriz‖, ―Mən aşiqi-hürriyyətəm‖, ―Şanlı 

xalqımız‖, ―Zahid və Şair‖, ―Mənim öz dilim var‖, ―Qardaşlıq köməyi‖ adlı şerləri 

ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. 

  

İbrahim Zakir 1971-ci il oktyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş və 



burada dəfn olunmuşdur. 

Kitabları: ―Mənim andım‖ (1950), ―Günəşin qələbəsi‖ (1951), ―Zəfər günəşi‖ 

(1951), ―Mübariz gənclər‖ (1955), ―Şerlər‖ (1956), ―Savalan xatirələri‖ (1961), 

―Vətən nəğmələri‖ (1964) və ―Məni susdurmayacaq‖ (1967) və s. 

 

Ədəbiyyat. Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı,  2011. 

 

 

 

 

23 

 

 



26 Yanvar - Yazıçı Əzizə Əhmədovanın anadan olmasının 85 illiyi,  

                     (1932-2003) 

 

Əzizə Əhmədova  Bakıda anadan olmuşdur. Orta təhsilini 



şəhər məktəbində almış, Bakı Pedoqoji Texnikumunu 

bitirmişdir (1951).  Azərbaycan Dövlət Universitetinin  (indi- 

ki  Bakı  Dövlət  Universitetinin)  jurnalistika  şöbəsində 

təhsilini 

davam  etdirmiş,  oranı  bitirdikdən  sonra 

―Uşaqgəncnəşr‖  də  redaktor  işləmişdir  (1956-1966).  Ədəbi 

fəaliyyətə həmin dövrdə başlamışdır. ―Qorxmazın səhvi‖ adlı 

ilk  mətbu  hekayəsi  1957-ci  ildə  ―Pioner‖  jurnalında  dərc 

olunmuşdur. Yaradıcılığında uşaq hekayələri və pyeslərlə yanaşı, tərcüməçilik də 

başlıca  yer  tutur.  Dünya  xalqları  ədəbiyyatından  çoxlu  tərcümələr  etmişdir. 

V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C. Barri, M.Prilejayeva, 

A.Rıbakov,  A.Lindqren  və  onlarla  başqalarının  əsərləri  məhz  azərbaycanlı 

yazıçının  tərcüməsində  yeni  ömrünü  yaşamış,  yeni  oxucular  qazanmışdır. 

Azərbaycan  Sovet  Ensiklopediyasında  böyük  redaktor,  ―Gənclik‖  nəşriyyatında 

direktor olmuşdur (1967-1987). SSRİ Yazıçılar və Jurnalistlər İttifaqı plenumunun 

və  Azərbaycan  EA  Terminologiya  Komitəsinin  üzvü  seçilmişdir.  Eyni  zamanda 

SSRİ ―Dövlətnəşrkom‖u uşaq ədəbiyyatı şurasının üzvü olmuşdur (1970-1990). 

    Əzizə  Əhmədova  həm  də  dramaturq  idi.  Pyesləri  teatrlarda,  televiziyada 

tamaşaya  qoyulurdu.  Müxtəlif  cizgi  filmləri  üçün  ssenarilər  yazırdı.  İctimai 

həyatın, ədəbi məclislərin ən fəal iştirakçılarından biri idi. Uzun müddət "Gənclik" 

nəşriyyatının  direktoru  vəzifəsində  işləyən  Əzizə  Əhmədova  bir  naşir  kimi  də 

uğurlu  fəaliyyət  göstərmişdir.  O  dövrdə  həqiqətən  də  uşaq  və  gənclər  üçün 

mükəmməl kitablar işıq üzü görürdü. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan 

"Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-

səda  doğurdu.  İlk  dəfə  idi  ki,  Azərbaycan  yazıçısının  macəra  üslubunda  orijinal 

kitabı işıq üzü görürdü. Ədəbi tənqid də Əzizə Əhmədovanın bu kitabı haqqında 

müsbət rəylər söylədi.  

Yazıçı  xidmətinə görə  medalla təltif olunmuşdur.  Əsərləri keçmiş  SSRİ  və 

xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.  

Əzizə xanım  2003 -cü il avqustun 24-də Bakıda vəfat etmişdir.  



Kitabları:  ―Xınalı  qayalar‖  (1967),  ―Yaz  qarı‖  (1970),  ―Onu  çiçəklər  sevdi‖ 

(1977),  ―Bir  ürək  sındırmışam‖  (1980),  ―O  günlərə  baxıram‖  (1982),  ―Damda 

yaşayan  Karlsonla  bacada  yaşayan  Damdabacanın  macəraları‖  (1985), 

―Çiçəklərim‖ (1988), ―Bir məhəbbət burulğanı‖ (1990) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - Azərbaycan yazıçıları” (XX-XXI yüzillikdə) Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 


24 

 

Xarici ədəbiyyat 



 

18 Yanvar - İngilis yazıçısı Alan Aleksandr Milnin anadan olmasının   

                     135 illiyi  (1882-1956) 

 Alan    Aleksandr    Miln    Londonda  anadan  olmuşdur. 

Alan  Miln  atası  Con  Milnin  sahibi  olduğu  kiçik  şəxsi 

məktəbdə oxumuşdur. Oranı bitirdikdən sonra Vestminstr 

məktəbinə, daha sonra isə Kembric Triniti kollecinə daxil 

olmuşdur.  Tələbə  olduğu  müddətdə  ―Grant‖  tələbə 

qəzetində  qeydləri  çap  olunmuşdur.  O,  adətən  qardaşı 

Kennetlə birgə yazırdı və bu qeydləri onlar AKM imzası 

ilə  çap  etdirirdilər.  Onun  yazıları  diqqəti  cəlb  edir  və 

Britaniyanın  yumoristik  jurnalı  ―Punch‖  Alan  Milnlə 

əməkdaşlıq  etməyə  başlayır.  Tezliklə  Alan  redaktorun 

köməkçisi  vəzifəsinə  yüksəlir.  A.Miln  1913-cü  ildə  ailə 

həyatı  qurur,  1920-ci  ildə  onun  yeganə  oğlu  Kristofer  Robin  Miln  dünyaya  göz 

açır.  Vinni  Pux  haqqında  məşhur  povestlərini  də  yazıçı  məhz  oğlu  üçün  qələmə 

alır.  Alan  Miln  Vinni  Pux  haqqında  povestləri  qələmə  alana  qədər  artıq  kifayət 

qədər  məşhur  yazıçı  idi.  Lakin  Vinni  Pux  haqqında  yazdıqları  elə  böyük  şöhrət 

qazanır  ki,  onun  bütün  başqa  əsərlərini  sanki  kölgədə  qoyur.  Bu  gün  Alan  Miln 

deyildiyi  zaman  məhz  Vinni  Pux  yada  düşür.Yazıçı  çoxlu  felyeton,  esse,  dram 

əsəri  qələmə  almışdır.  Lakin  Vinni  Pux  haqqında  əsələrindən  sonra  onu  uşaq 

yazıçısı kimi təqdim etməyə başlayırlar. 1930-1940-cı illərdə o, romanlar yazmağa 

başladığı  zaman  həm  oxucular,  həm  də  tənqidçilər  bunu,  yumşaq  desək,  yaxşı 

qarşılamırlar. Həyatının sonuna yaxın Milnin uşaq kitablarının tirajı artıq 7 milyon 

nüsxə  təşkil  edirdi.  Onun  böyüklər  üçün  yazdığı  əsərlər  isə  artıq  təkrar  nəşr 

olunmurdu.  

 

 

 



İnternetdə : www.books.google.com 

 


25 

 

 



20 Yanvar - Türk şairi Nazim Hikmətin anadan olmasının 115 illiyi,  

                     (1902-1963) 

 

 

Nazim  Hikmət  zadəgan  ailəsində  anadan  olmuşdur. 

1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil 

olmuş,  Türkiyənin  xarici  müdaxiləçilər  tərəfindən  işğalı 

əleyhinə şer yazdığı üçün 1919-cu ildə məktəbdən xaric 

edilmişdir. ―Sərvliklərdə‖ adlı ilk şeri 1918-ci ildə ―Yeni 

məcmuə‖ jurnalında dərc olunmuşdur. 1921-ci ildə Sovet 

Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq 

Zəhmətkeşlərinin 

Kommunist 

Universitetində 

oxumuşdur.1924-cü  ildə  Türkiyəyə  qayıtmış,  inqilabi 

―Oraq-çəkic‖ qəzetində, ―Aydınlıq‖ jurnalında əsərləri ilə 

çıxış  etmişdir.  1928-ci  ildə  Bakıda  şairin  ―Günəşi 

içənlərin türküsü‖ adlı ilk şeirlər kitabı çapdan çıxmışdır.  

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi 

məzmunla  zənginləşdirmişdir.  Onun  poeziyasına  kəskin  publisistika  ilə  yanaşı, 

dərin  lirizm  xasdır.  Türk  poeziyasına  sərbəst  şer  vəznini  Nazim  Hikmət 

gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri 

dünya  xalqlarının  çoxunun  dilinə  tərcümə  olunmuş,  pyesləri  bir  sıra  ölkələrdə 

tamaşaya qoyulmuşdur. 

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə 

onun  Rəyasət  Heyətinin  üzvü  olmuşdur.  N.  Hikmət  Azərbaycan  xalqının  və 

ədəbiyyatının  yaxın  dostu  idi.  O,  dəfələrlə  Bakıya  gəlmiş,  Azərbaycan  şair  və 

yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. 

Azərbaycana  həsr  olunmuş  şeirləri,  Azərbaycan  mədəniyyətinə  dair  məqalə  və 

xatirələri  vardır.  Əsərləri  Azərbaycanda  dönə-dönə  nəşr  olunmuş,  pyesləri 

tamaşaya  qoyulmuşdur.  Bəstəkar  A.Məlikov  şairin  ―Məhəbbət  əfsanəsi‖  pyesi 

əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar 

bəstələmişlər.  Rəssam  R.Babayev  ―Kəllə‖  pyesinə  illüstrasiyalar  çəkmiş, 

heykəltaraş M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları 

şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışlar.   

Nazim Hikmət  3 iyun 1963-cü ildə Moskvada vəfat etmişdir. 

Kitabları: ―835 Satır‖ (1929), ―Sesini Kaybeden Şehir‖ (1931), ―Gece Gelen 

Telgraf‖ (1932),  ―Kafatası‖ (1932), ―Unutulan Adam‖ (1934), ―Kurtuluş Savaşı 

Destanı‖ (1937),  ―Ferhad ile Şirin‖ (1965), ―Kurtuluş Savaşı Destanı‖ (1965), 

―Rubailer‖ (1966), ―Yaşamaq gözəl şeydir, qardaşım‖ (1966), ―Memleketimden 

İnsan Manzaraları‖  (1966-1967), ―Seçilmiş əsərləri‖ 2 cilddə (1967), ―Sevdalı 

Bulut‖ (1968), ―Kuvayi Milliye‖ (1968) və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 



26 

 

 



 

27 Yanvar - Lyuis Kerrolun anadan olmasının 185 illiyi, (1832-1898) 

 

 

 



 

 

 



 

 

 



İngilis  yazıçısı,  riyaziyyatçısı,  məntiqçisi,  filosofu  Lyuis  Kerroll  (əsl  adı 

Çarlz Latuic Docson) İngiltərənin Çeşir qraflığında anadan olmuşdur. Evdə təhsil 

almağa  başlayan  balaca  Lyuisin  müəllimi  elə  atası  olmuşdur.  Anadangəlmə 

solaxay olan Lyusi sol əllə yazmağı qadağan edirlər. Bəzilərinin fikrincə, bununla 

onun  psixikasını  zədələmişlər  (o,  kəkələməyə  başlamışdır).  1850-ci  ildə  kollecə, 

sonrakı  il  isə  Oksforda  daxil  olur.  Riyaziyyat  sahəsində  çox  bacarıqlı  olan 

L.Kerroll 26 il ərzində bu sahə üzrə mühazirələr oxumuşdur.  

L.Kerroll  kollecdə  oxuduğu  zaman  yazıçılığa  başlamışdır.  Şeir  və  kiçik 

hekayələrini  Lyuis  Kerrol  imzası  ilə  müxtəlif  jurnallara  göndərən  gənc  yazıçı 

tədricən  tanınmağa  başlayır.  Onun  əsərləri  1854-cü  ildən  başlayaraq  ciddi  ingilis 

nəşrlərində  dərc  olunur.  ―Komiki  vaxtlar‖  və  ―Qatar‖.  1856-cı  ildə  kollecə  yeni 

dekan,  Henri  Liddel  təyin  olunur,  onunla  birlikdə  arvadı  və  5  uşağı  da  gəlir. 

Uşaqların arasında 4 yaşlı Alisa da olur.  

Yazıçı  1864-cü  ildə  özünün  məşhur  ―Alisa  möcüzələr  ölkəsində‖  əsərini 

qələmə alır.  

L.Kerrolun riyazi məntiq sahəsində yazdığı əsərləri də çox dəyərlidir.  

L.Kerrol 1898-ci il  yanvarın  14-də  Surrey  qraflığında vəfat  etmiş, orada da 

dəfn olunmuşdur. 

 

İnternetdə : www.books.google.com 

 

 

 



 

 

 

 

 

 

 

 

 

27 

 

İncəsənət 



 

1 Yanvar - Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi,  

                   (1947-2006) 

 

Mikayıl  Şahvələd  oğlu  Mirzəyev  Şamaxının  (indi  Ağsu 



rayonunun)  Talış  kəndində  doğulub.  1969-cu  ildə 

Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunun  (indiki 

Azərbaycan 

Dövlət 

Mədəniyyət 



və 

İncəsənət 

Universitetinin) dram və kino aktyorluğu fakültəsini bitirib. 

İnstitutun  Tədris  Teatrında  işləyib.  1976-cı  ildən  2000-ci 

ilə  qədər  (müxtəlif  fasilələrlə)  Azərbaycan  Milli  Dram 

Teatrında  aktyor  olub.  İki  dəfə  Milli  Məclisə  deputat 

seçilib. Xalq artisti adına layiq görülüb (22 may 1991).  

 Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad (―Vaqif‖ və ―Fərhad və Şirin‖, Səməd 

Vurğun),  Muratov,  Eyvaz  (―Qəribə  oğlan‖  və  ―Bizim  qəribə  taleyimiz‖,  İlyas 

Əfəndiyev),  Aslan  (―Kəndçi  qız‖,  Mirzə  İbrahimov),  Zahid  (―Fəryad‖,  Bəxtiyar 

Vahabzadə), Elxan ( ―Od gəlini‖ Cəfər Cabbarlı), Cinli Mustafa (―Dəli yığıncağı‖, 

Cəlil Məmmədquluzadə), İxtiyar ( ―İblis‖, Hüseyn Cavid)  və digər rolları oynayıb. 

1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru işləyib. 

  Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib. 



Filmoqrafiya: “Ağlar-güləyən‖(1988), ―Anın quruluşu‖ (1980), ―Babək‖ (1979), 

―Dədə  Qorqud‖  (1975),  “Yeddi  oğuldan  biri”  (2007),  ―Faydalı  qazıntılar‖ 

(1981), ―Günahsız Abdulla‖ (1984), “Qatır Məmməd‖ (1974), ―Min birinci söz‖ 

(1997),  ―Təbəssüm”  (1992),  ―Üzeyir  ömrü‖  (1981),‖Yeddi  oğul  istərəm...‖ 

(1970), ―Topal Teymur‖ (1983). 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

28 

 

6 Yanvar - Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasının  110 illiyi, 



                   (1907-1980) 

 

  



SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları 

laureatı  İsmayıl    Yusif    oğlu    Dağıstanlı  Azərbaycan  

səhnəsinin  ən  görkəmli  sənətkarlarından biridir.  

İsma  İsmayıl  Dağıstanlı  Qax  rayonunun   Zərnə   kəndində 

dоğulmuşdur.  Səhnə  fəaliyyətinə  1925-ci  ildə  Nuxa  (Şəki) 

mərkəzi  fəhlə-kəndli  klubu  nəzdindəki  dram  cəmiyyətində 

başlamışdır.  Bakı  Teatr  Texnikumunda  təhsil  almış  (1926-

1930),  eyni  zamanda  1927-ci  ildən  təcrübəçi  aktyor  kimi 

Dram  Teatrının  səhnəsində  kütləvi  səhnələrdə  çıxış  etmişdir. 

1930-cu  ildən  fasilələrlə  Dram  Teatrında,  İrəvan  Dram  Teatrında  (1936-37)  işləmiş, 

Dərbənddə  təşkil  etdiyi  Azərbaycan  Teatrının  rejissoru  və  aktyoru  olmuşdur  (1932-

1933).  1938-ci  ildən  Azərbaycan  Milli  Dram  Teatrının  səhnəsində  klassik  obrazlar 

silsiləsi  yaratmışdır.  Azərbaycan  səhnəsində  V.İ.Lenin  rollarının  ilk  ifaçısı  kimi 

məşhurlaşmışdır.  Onun  səhnə  yaradıcılığı  həmişə  yüksək  vətəndaşlıq  pafosu  ilə 

seçilmişdir.  Realizm  məktəbi  keçmiş,  parlaq  və  özünəməxsus  istedada  malik  bir 

aktyor  kimi  özünü  göstərmiş  İ.Dağıstanlı  məşhur  dramaturqların  və  klassiklərin 

əsərlərinin  tamaşalarında  yadda  qalan  sürətlər  yaratmışdır.  Sənətdə  qazandığı 

uğurlarına  görə  respublikanın  Əməkdar  artisti,  Xalq  artisti  fəxri  adlarına  layiq 

görülmüşdür. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov 

roluna  görə  1948-ci  ildə  Stalin  Mükafatına,   İlyas  Əfəndiyevin ―Mahnı  dağlarda 

qaldı"  dramındakı  Böyük  bəy  roluna  görə  isə  1972-ci  ildə  respublika  Dövlət 

Mükafatına layiq görülmüşdür. Ömrünün sоn illərində Azərbaycan Dövlət İncəsənət 

İnstitutunda kafedra müdiri vəzifəsində çalışmışdır. Bir neçə aktyor və teatr haqqında 

kitabları nəşr olunmuşdur.  

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat etmişdir. 

Filmoqrafiya:  ―Ağasadıq  Gəraybəyli‖  (film,  1974),  ―Axşam  konserti‖  (film,  1948), 

―Böyük  dayaq‖  (film,  1962),  ―Koroğlu‖  (film,  1960),  ―Kölgələr  sürünür‖  (film, 

1958),  ―Qara  daşlar‖  (film,  1956),  ―Qatır  Məmməd‖  (film,  1974),  ―Rənglərdə 

yaşayan kino‖ (veriliş, 2009), ―Səbuhi‖ (film, 1941), ―Sovet pəhləvanı‖ (film, 1942), 

―Sualtı qayıq T-9" (film, 1943) və s. 

 

İnternetdə: www.az.wikipedia.orq

 

 



 

 

 



 

 

 



 

 


29 

 

 



18 Yanvar - Xalq artisti, rəqqasə Afaq Məlikovanın anadan olmasının  

                    70 illiyi, (1947) 

 

 

 

 

 

   


 

 

 



 

Afaq  Süleyman  qızı  Məlikova  Bakıda anadan  olub.  Uşaqlığı  müharibədən 

sonrakı  çətin  illərə  təsadüf  edib.  Kiçik  Afaq  elə  uşaqlıqdan  eşitdiyi  musiqiləri 

dodaqaltı zümzümə edib, rəqs etməyi sevib. Qızlarının rəqsə hədsiz marağını görən 

valideynləri  onu  Bakı  Xoreoqrafiya  Məktəbinə  qoyublar.  Leyla  Vəkilovadan dərs 

alan gənc xanım istedadı sayəsində Xalq artisti adına qədər yüksəlib. Afaq xanım 

1963-1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 

1974-cü  ildən  Azərbaycan  Dövlət  Rəqs  Ansamblının  solisti  və  məşqçi 

pedaqoqudur.  Azərbaycan  xalq  rəqslərinin  mahir  ifaçısı  olan  Afaq  xanımın 

repertuarına Şərq xalqlarının rəqsləri də daxildir.   

O,  Türkiyə,   Misir  Ərəb  Respublikası,   Polşa,   Fransa,   Böyük 

Britaniya,   Kanada,   Portuqaliya,   Almaniya,   İspaniya   və  digər  ölkələrdə  çıxış 

etmişdir. Afaq xanım 1982-ci ildən  Dövlət Rəqs Ansamblının bədii rəhbəridir. 

 

 



İnternetdə: www.az.wikipedia.orq 

 

 



 

 

 



 

 

 



 

 

 



 

30 

 

18 Yanvar - Xalq artisti, dirijor Kamal Abdullayevin anadan olmasının   



                     90 illiyi, (1927-1997)  

 

   Azərbaycanın  musiqi  mədəniyyətinin  inkişafında 



böyük  rolu  olmuş,  görkəmli  dirijor,  Xalq  artisti, 

professor  Kamal  Canbaxış  oğlu  Abdullayev  Bakıda 

anadan  olmuşdur.  1948-ci  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasını,  1952-ci  ildə  isə  Moskva  Dövlət 

Konservatoriyasını  (1952)  bitirmişdir.  Sonralar  o, 

Donetsk  Opera  və  Balet  Teatrında  və  Azərbaycan 

Opera  və  Balet  Teatrında  P.İ.Çaykovskinin  ―Yevgeni 

Onegin‖,  Ü.Hacıbəylinin  ―Əsli  və  Kərəm‖,  ―Leyli  və 

Məcnun‖  operalarına,  Q.Qarayevin  ―Yeddi  gözəl‖, 

S.Hacıbəyovun  ―Gülşən‖  baletlərinə  dirijorluq  etmişdir.  1962-ci  ildə 

K.Abdullayev  Moskvaya,  Stanislavski  və  Nemiroviç-Dançenko  adına 

Akademik  Musiqili  Teatrlarına  baş  dirijor  vəzifəsinə  dəvət  olunmuşdur. 

Burada da o, bir çox əsərlərə müvəffəqiyyətlə dirijorluq etmişdir.  

       Onun təfsir etdiyi S.Prokofyevin ―Monastırda nigah‖  operasının lent 

yazısı  ilə  o,  Beynəlxalq  və  qızıl  medala  layiq  görülmüşdür.  

K.Abdullayev uzun illər qürbətdə yaşamasına baxmayaraq, həmişə doğma 

xalqına,  Azərbaycan  musiqisinə  möhkəm  bağlı  olmuş,  musiqiçilərimizlə 

daim  yaradıcılıq  əlaqəsi  saxlamışdır.  O,  hansı  ölkədə,  hansı  şəhərdə 

qastrol səfərində olurdusa, mütləq Azərbaycan bəstəkarlarının əsərlərini öz 

repertuarına  salır  və  bu  əsərləri  böyük  ustalıqla  dinləyicilərlə  çatdırmağa 

çalışırdı.  

       Onun  konsert  fəaliyyəti  də  çox  geniş  və  səmərəli  olmuşdur.  Xarici 

ölkələrdə  -  Polşa,  Türkiyə,  Macarıtsan,  Almaniya,  Yaponiya,  Çexiya  və 

keçmiş  SSRI-nin  bir  çox  şəhərlərində  onun  dirijorluğu  yüksək 

qiymətləndirilmişdir.   

        


İnternetdə: www.books.google.com 

 

 



 

 

 



 

 

 

31 

 

22 Yanvar - Rəssam Bəhruz Kəngərlinin anadan olmasının  125 illiyi,  



                    (1892-1922) 

Azərbaycan    təsviri    sənətində    realist    dəzgah  

boyakarlığının  təşəkkülü,  portret  və  mənzərə  janrlarının 

formalaşması  Kəngərlinin    adı  ilə  bağlıdır.  Uşaq  ikən  ciddi 

xəstəlik  keçirən  Bəhruz 

Kəngərli  ağır 

eşitdiyindən 

ümumtəhsil  məktəbinə  gedə  bilməmiş,  rəssamlığa  meyl 

göstərmişdir. Tiflisdə 

Qafqaz 


İncəsənəti 

Təşviq 


Cəmiyyətinin  nəzdindəki  Boyakarlıq  və  Heykəltəraşlıq  

Məktəbində  oxumuşdur  (1910–1915).  Kəngərlinin  rəssam 

kimi  püxtələşməsində  Cəlil  Məmmədquluzadənin və  ―Molla 

Nəsrəddin‖ jurnalının böyük rolu olmuşdur.   Yaradıcılığının 

ilk  dövründə  müəllimi  –  ―mollanəsrəddin‖çi    rəssam    O.Şmerlinqin    və    tələbə  

yoldaşı  L.D.Qudiaşvilinin    portretlərini    çəkmiş,   karikatura   və    satirik    rəsmlər,  

mənzərə və  məişət  səhnələrini  əks  etdirən  rəsm, akvarel və boyakarlıq əsərləri 

yaratmışdır  (―Qoca  kişi‖,  ―Toy‖,  ―Elçilik‖  və  s.).  Kəngərlinin  zəngin  bədii  irsi 

qalmışdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz 

Kəngərli  2000-ə  qədər  rəsm  əsəri  yaratmışdır.  O,  realist  ifadəliliyi,  yüksək  bədii-

estetik  dəyəri  ilə  diqqəti  cəlb  edən  çoxlu  portret,  mənzərə,  natürmort  çəkmişdir. 

Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (―Yaşlı kişi‖, ―Gürcü‖ 

və  s.),  mövzu  aktuallığına  və  ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi 

hadisələri ilə səsləşən ―Qaçqınlar‖ silsiləsinə daxil olan portretlər canlılığı, reallığı 

və  psixoloji  ifadəliliyi  ilə  fərqlənir.  Rəssamın  yaradıcılığında  mənzərə  janrı 

mühüm  yer  tutur.  Onun  mənzərələrində  təbiətin  gözəllikləri  (―Şəlalə‖,  ―Dağlıq 

mənzərə‖,  ―İlanlı  dağ  ay  işığında‖,  ―Günəş  batarkən‖,  ―Ağrı  dağı,  ―Köhnə  qala‖, 

―Əliabad  kəndində  darvaza‖,  ―Yamxana  kəndinə  gedən  yol‖  və  s.),  mədəniyyət 

abidələri  (―Möminə  xatın  türbəsi‖,  ―Əshabi-kəhf  dağı‖,  ―Nuhun  qəbri‖),  ilin 

fəsilləri (―Payız‖, ―Bahar‖) əks olunmuşdur. Bəhruz Kəngərli 1918–1920-ci illərdə 

erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba 

torpaqlarından  zorla  qovulmuş  və  Naxçıvana  pənah  gətirmiş  azərbaycanlı 

qaçqınların  portretlərindən  ibarət  silsilə  əsərlər  yaratmışdır.  Bu  silsilədən  olan 

―Qaçqınlar‖,  ―Qaçqın  qız‖,  ―Qaçqın  oğlan‖,  ―Qaçqın  qadın‖,  ―Yurdsuz  ailə‖, 

―Qaçqın Gümşün‖, ―Ayaqyalın qaçqın oğlan‖ və s. onlarla qaçqının portreti təkcə 

sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Kəngərli həm də 

milli  teatr  rəssamlığının  banilərindəndir.   Ötən  əsrin  onuncu  illərində  Naxçıvan 

teatrında  "Ölülər"  (C.Məmmədquluzadə),  "Hacı  Qara"  (M.F.Axundzadə),  "Pəri-

cadu"  (Ə.Haqverdiyev)  tamaşalarına  bədii  tərtibat  və  geyim  eskizləri  vermişdir. 

A.Babayevin  "Yarımçıq  şəkil"  pyesi  Kəngərliyə  həsr  olunmuşdur.  B.Kəngərlinin 

Naxçıvan  şəhərində  muzeyi  yaradılmış,  qəbirüstü  abidəsi  ucaldılmışdır. 2016-cı 

ildə  Naxçıvan  şəhərində  Bəhruz  Kəngərli  adına  Rəssamlar  Parkının  açılışı 

olmuşdur.  


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin