İnternetdə:
www.books.google.com
296
29 Sentyabr - Ümumdünya Dəniz Günü, (1978)
Mən çoxdan vurğunam sənə
Böyük arzum budur yenə:
dönüb bir göy göyərçinə
sahilinə qonam, dəniz.
Rəsul Rza
Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 1977-ci ilin noyabrında
keçirilmiş 10-cu sessiyasında qərara alınmış Ümumdünya Dəniz Günü 1978-ci
ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki
dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur. Bütün dünyada bu
bayramın keçirilməsinin məqsədi ictimaiyyətin, hökumət və özəl strukturların
diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir.
Ənənəvi olaraq Dəniz Günü dənizlərin və okeanların insanlar üçün
əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti
sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən müsabiqə, festival
formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması,
çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd
edirlər.
Ümumdünya Dəniz Gününün tarixi hər dövlət üçün həmin ölkənin
Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda bu
tarix 29 sentyabra təsadüf edir.
İnternetdə:
www.books.google.com
297
30 Sentyabr - Beynəlxalq Tərcüməçilər Günü, (1991)
Hər il sentyabrın 30-da şifahi və yazılı tərcümə ilə məşğul olanların peşə
bayramı - Beynəlxalq Tərcüməçilər Günü (International Translation Day) qeyd
olunur.
Böyük rus şairi A.S.Puşkin tərcüməçiləri ―tərəqqinin poçt atları‖
adlandırırdı. Babil qülləsinin dağılmasından bəri bütün bəşəriyyətin həyatında
tərcüməçilərin rolu hiss olunmasa belə, çox böyük və əhəmiyyətlidir. Axı
tərcüməçilər olmasaydı, ədəbiyyatın və kino sənətinin bütün əsərləri, elm və
texnikanın nailiyyətləri əlçatmaz olardı, dünyanın müxtəlif ölkələrindən olan
insanlar öz aralarında ünsiyyət qura bilməzdilər.
1991-ci ildə tərcüməçilərin də peşə bayramı yaranmışdır. Beynəlxalq
Tərcüməçilər Federasiyası (FİT) 30 sentyabrı Beynəlxalq Tərcüməçilər Günü elan
etmişdir. FİT 1953-cü ildə Parisdə yaradılmışdır və dünyanın 60-dan çox
ölkəsindən 100-dən artıq tərcüməçilər assosiasiyasını birləşdirir. Təşkilatın
yaradılmasında məqsəd tərcüməçilər arasında təcrübələrin bölüşülməsi və
əlaqələrin möhkəmləndirilməsidir. Bayramın tarixi təsadüfən seçilməmişdir. 420-ci
il sentyabrın 30-da Bibliyanı latın dilinə tərcümə edən tərcüməçi, tarixçi, yazıçı
Müqəddəs İeronim Stridonski vəfat etmişdir.
Beynəlxalq Tərcüməçilər Günü münasibətilə hər il keçirilən konqreslər,
konfranslar, seminarlar, ―dəyirmi masa‖lar və s. müəyyən bir mövzuya həsr
olunur.
İnternetdə:
www.books.google.com
298
Yubilyar yazıçı və şairlər
5 Sentyabr - Şair, dramaturq Ramiq Muxtarın anadan olmasının
75 illiyi, (1942)
Ramiq Muxtar Naxçıvan şəhərində, ziyalı ailəsində anadan olub. Ramiq
Muxtar 11 yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez
çap olunub. "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın
ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax Dövlət Dram
teatrlarında uğurla tamaşaya qoyulub. Nəğməkar şairin sözlərinə 120-dən artıq
mahnı bəstələnib. Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini
bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
mədəni-maarif fakültəsində təhsilini davam etdirib. ―Şərq qapısı‖ qəzetində ədəbi
işçi, Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru, Naxçıvan Nazirlər Soveti
yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, Bakıda Nəsimi rayonundakı
Şahmat Məktəbinin direktoru və Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru
vəzifəsində işləmişdir. O, olmaqla yanaşı, həm də dama üzrə SSRİ idman
ustasıdır. R. Muxtar ―Rəsul Rza‖ Beynəlxalq Mükafatının laureatıdır. Gürcü-
Azərbaycan xalqlarının dostluğundan bəhs edən ―Şəhərli kürəkən‖ pyesinə görə
Gürcüstanın ―Şərəf‖ ordeninə layiq görülmüşdür. Son 15 il ərzində respublikada
keçirilən hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun sözlərinə
bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.
Ramiq Muxtar hazırda Prezident təqaüdçüsüdür.
Kitabları: ―Üfüqlər qızaranda‖, ―Şəhərli kürəkən‖ , ―Seçilmiş əsərləri‖ (2007) və
s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
299
8 Sentyabr - Şair Ağasəfanın anadan olmasının 75 illiyi, (1942)
Yəhyayev Ağasəfa Qafur oğlu (Ağasəfa) Xızı rayonunun Qarabulaq
kəndində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim
Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb (1963-1971). Bakı Parovoz
Deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965)
qazmaçı köməkçisi, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını"
jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii
tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası
redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul
katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993)
vəzifələrində işləmişdir. Bir neçə il Qarabulaq kənd orta məktəbində müəllimlik
etmişdir (1993-1994). Hazırda ―Vahid‖ müstəqil televiziyasında böyük redaktor
işləyir (1994-cü ildən).
Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş
"Sazım" adlı ilk şeiri ilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış
edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını,
N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan,
Q.Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir.
"Ölkəm" (1980), "Azərbaycan" (1981), "Əsrin yolu" (1984) kitablarını tərtib
etmişdir.
Kitabları: ―Yolçu yolda gərək‖ (1966), ―Yaşat məni‖ (1970), ―Ürəyimdir oxuyan‖
(1976), ―Fikir dünyası‖ (1981), ―Günəşin dalınca gedən oğullar‖ (1984), ―Odla
oynayıram‖ (1987), ―Gombulca və Dumbulca‖ (1989) və s.
Tərcümələri: Mömin Qanoat ‖Yaralı kitablar‖ (1988) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
300
10 Sentyabr - Yazıçı, publisist Mustafa Çəmənlinin anadan olmasının
70 illiyi, (1947)
Mustafa Çəmənli Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur.
İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır.
Əmək fəaliyyətinə Mingəçevir Maşın hissələri Təmiri Zavodunda qəlibçi kimi
başlamışdır (1966-1970). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi,
"Paris Kommunası” adına gəmi təmiri zavodunda qəlibçi olmuşdur (1970-1972).
ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla
göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və
folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri
vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor
vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən
başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində
çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985)
pyes-senarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı
sənətinin təbliğinə görə Mətbuat Fondunun "Dan ulduzu" (1993) mükafatına, ön
cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar
Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli
mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi"
tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin
"Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.
Kitabları: ―Mənim dünyamın adamları‖ (1982), ―İtirilmiş səs‖ (1985), ―Xallı
gürzə‖ (1991), ―Nəğməli xatirələr‖ (1997), ―Səs qərib olmur‖ (1993), ―Çahargah‖
(Uşaqlar üçün hekayə) (2009), ―Şəmsəddin Eldəniz‖ (Uşaqlar üçün hekayə)
(2009), ―Mübariz‖ (2010), ―Ölüm mələyi‖ (2012), ―Yaddaşlarda yaşamaq haqqı‖
(2012), ―Sənət hekayələri‖ (2014), ―Üçyaşlı əsir‖ (2016) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
301
12 Sentyabr - Yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi, (1887-1943)
Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan
olmuş, ilk təhsilini Şuşa Realnı Məktəbində rusca
almışdır. 1904- cü ildə "Jaloba" adlı ilk şeirini də rusca
yazmışdır. Yusif bu məktəbdə oxuyan zaman əmisi oğlu
və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində
"Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı
aylıq jurnal buraxmışlar. Jurnalda verilən yazılar həcmcə
kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.
Yusif Vəzir 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı
hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur.
O, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.
Sonralar isə "Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap
etdirir. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər
tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar" komediyası,
nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü
nömrəsində çap olundu. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak
etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin
ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə
etmişdir. Yazıçı 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı
tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr
etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə
"Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan
çıxmışdır. Y. Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı
"Altunsaç" adlı kinossenarisini də "Azərfilmə" vermişdi. Geniş mütəxəssis
müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq, "Azərfilmin" direktoru
Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər"
romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.‖ Yusif
Vəzir tərcümələr də edirdi. O, L.Tolstoyun, İ.Turgenevin, N.Qoqolun,
B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərini rus dilindən
Azərbaycan dilinə tərcümə etmişdi.
Kitabları: ―İki hekayə‖ (1911), ―Qanlı göz yaşları‖ (1913), ―Arvadlarımın halı‖
(1928), ―Qaranlıqdan işığa‖ (1932), ―Yaramaz‖ (1934), ―Studentlər‖ (1936),
―Məlikməmməd‖ (1965), ―Cənnətin qəbzi‖ (1965), ―Bir cavanın dəftəri‖ (1966),
―Qan içində‖ (1967), ‖Ayrılıq axşamı‖ (1971), ―Qızlar bulağı‖ (1987) və s.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
302
12 Sentyabr - Şair, yazıçı Məmməd Namazın anadan olmasının
75 illiyi, (1942)
Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. Orada orta məktəbi
bitirdikdən sonra bir müddət Sumqayıtda müxtəlif işlərdə çalışıb (1961-1963).
Ədəbi fəaliyyətə gənc yaşlarından başlayıb. ―Mən idimsə günahkar‖ adlı ilk mətbu
şeiri 1961-ci il iyunun 18-də Tovuzda çıxan ―Sosializm kəndi‖ qəzetində dərc
edilib. ADU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakültəsində qiyabi təhsil alıb
(1963-1969). Sumqayıtda kitabxana müdiri, Tovuzda kənd klubunun müdiri,
Gəncədə texniki-peşə məktəbində tərbiyəçi, Sumqayıt şəhər qəzetində ədəbi işçi
olub. 1974-cu ildən ―Gənclik‖ nəşriyyatında redaktor işləyir. Dövri mətbuatda uşaq
və gənclər üçün şeirlər, nağıllar, hekayələr və publisistik yazılarla müntəzəm çıxış
edir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, publisist Məmməd Namaz
əsasən uşaq şairi kimi tanınıb.
Kitablarə: ―Yaz yağışı‖ (1976), ―Kəpənək özünə gül əkir‖ (1979), ―Muğanlı
kosmonavt‖ (1982), ―Payızda güllər kövrək olurmuş‖ (1984), ―Analar kövrək olur‖
(1986) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
303
12 Sentyabr - Şair, publisist Rüstəm Behrudinin anadan olmasının
60 illiyi, (1957)
Rüstəm Behrudi Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. Üç
uşaq atasıdır. Naxçıvan Dövlət Pedoqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsini
fərqlənmə diplomu ilə bitirib (1975-1979). Ədəbi fəaliyyətə ötən əsrin 70-ci
illərindən başlayıb. İlk şeirləri ―Araz‖, ―Azərbaycan‖ almanaxlarında çap olunub.
Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.
Şair "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. "Şaman
duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanıb, kitabdan
seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə
çap olunub. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə
edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dövri mətbuatda şeir və publisist
yazıları ilə fəal çıxış edir. C. Məmmədquluzadəyə həsr olunmuş ―Daha gülə-gülə
ağlamaq olmur‖ poeması mavi ekranda ifa olunub.
Kitabları: ―Yaddaşlara yazın‖ (1986), ―Şaman duası‖ (1988) və s.
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.
304
İncəsənət
5 Sentyabr- Xalq artisti, tarzən Əhməd Bakıxanovun anadan olmasının
125 illiyi, (1892-1973)
Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış,
ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə
dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi
məclislərində və konsertlərdə çalmış, müəllimlik
etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə
Azərbaycan Dövlət Konservatoriyasinda, daha sonra
Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs
demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində
xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri
(1931-1973) olmuşdur. 1973-cü ildən həmin ansambl
Əhməd Bakıxanovun adını daşıyır. O, muğam sənətinin
dərin bilicisi olmuş, ifaçılıq təcrübəsində az ifa olunan ―Nəva-nişapur‖, ―Əbu-əta"
muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox
melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır. Ə. Bakıxanov
―Azərbaycan xalq rəngləri‖ (1964), ―Azərbaycan ritmik muğamları‖ (1968),
―Muğam, mahnı, rəng‖ (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq
musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri
üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd
Bakıxanovun ifasından bəstəkar N. Məmmədov tərəfindən bir çox instrumental
muğamlar: ―Rast‖, ―Şur‖, ―Bayatı-Şiraz‖, ―Segah-Zabul‖, ―Rahab‖, ―Şüştər‖,
―Hümayun‖, ―Şahnaz‖ muğamları nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun
oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək,
―Dügah‖, ―Nəva‖, ―Şahnaz‖, ―Hümayun‖, ―Rahab‖ simfonik muğamlarını
bəstələmişdir.
Əhməd Bakıxanov 1973-cü il martın 26-da vəfat etmişdir.
Əhməd Bakıxanovun mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti
Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin
kolleksiyası nümayiş olunur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr
olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika
müsabiqəsi keçirilmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
305
Xarici ədəbiyyat
5 Sentyabr - Rus yazıçısı Aleksey Konstantinoviç Tolstoyun anadan olmasının
200 illiyi, (1817-1875)
Rus şairi, yazıçısı, dramaturqu, qraf Aleksey
Konstantinoviç Tolstoy 24 avqust (5 sentyabr) Sankt-
Peterburqda anadan olmuşdur. Atası qraf Konstantin
Petroviç Tolstoy, anası Anna Alekseyevna Perovskaya
Aleksey anadan olduqdan sonra ayrılmışlar və balaca
Alekseyi dayısı yazıçı A.A.Perovski (Anton Poqorelski)
tərbiyə etmişdir. Uşaqlığını Ukraynada keçirən Aleksey 10
yaşında İtaliyaya səfərə aparılır. A.Tolstoy taxt-tacın varisi,
gələcək II Aleksandrın uşaq dostlarından ibarət ətrafına
daxil idi və onunla birgə 1838-ci ildə Komo gölünə səfər etmişdir. Bu səfərin
təəssüratlarını o, sonralar ―Xortdan‖ əsərində yazmışdır.1840-cı ildə Peterburqda
çar sarayında vəzifəyə dəvət edilən Aleksey Tolstoy 1830-cu illərin sonu, 1840-cı
illərin əvvəllərində fransız dilində ―Qulyabanı ailəsi‖ və ―Üç yüz il sonra görüş‖
adlı iki fantastik hekayə qələmə alır: 1841-ci ilin mayında Tolstoy ―Xortdan‖
fantastik povestini kitab halında çap etdirir. Bu kitabı o , nəşrə ―Krasnoroqski‖
təxəllüsü ilə təqdim edir.
1861-ci ildə vəzifəsindən istefa verdikdən sonra Sankt-Peterburq yaxınlığındakı
Tosna çayı sahilidəki ―Pustınka‖ malikanəsində və Krasnıy Roqda yaşamış,
paytaxta az hallarda getmişdir. Avropaya çoxsaylı səyahətlər etmişdir. Əsərləri
əsasən ―Sovremennik‖, ―Russkiy vestnik‖, ―Vestnik Yevropı‖ və s. jurnallarda çap
olunmuşdur. 1867-ci ildə şeirlərinin toplusu nəşr olunmuşdur.
1875-ci il sentyabrın 28-də güclü başağrısı tutması ilə əlaqədar həkimin
yazdığı morfini bilmədən çox qəbul etməsi nəticəsində dünyasını dəyişmişdir.
Aleksey Tolstoyun muzey-malikanəsi Krasnıy Roqda yerləşir.
―İoann Damaskin‖, ―Əlkimyaçı‖, ―Popovun yuxusu‖, ―Əjdaha‖ və s.
poemaların, çoxsaylı şeirlərin, ―Fantaziya‖, ―Don Juan‖, ―İvan Qroznının ölümü‖
və s. dram əsərlərinin də müəllifidir.
Dostları ilə paylaş: |