Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

İnternetdə: 

www.books.google.com

 

 

 



316 

 

 



9 Oktyabr - Ümumdünya Poçt Günü, (1874) 

 

 



 

 

 



 

 

   



Oktyabr  ayının  9-da  bütün  dünyada poçt sahəsi  işçilərinin  peşə  bayramı  - 

Ümumdünya Poçt Günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin 

qərarı  ilə  Ümumdünya  Poçt  Günü  1974-cü  ildə  ittifaqın  yaranması  günü  qeyd 

olunur.  9  oktyabr  1974-cü  ildə  İsveçrədə  22  ölkənin  nümayəndəliyi  ilə  Baş  Poçt 

Birliyinin  əsasını  qoyan  ―Bern  sazişi‖  imzalanıb.  Bu  gün   ÜPİ-yə  üzv  olan  191 

ölkənin  hamısında  qeyd  olunur.  1978-ci  ildə  birliyin  adı  dəyişdirilərək 

Ümumdünya  Poçt  İttifaqı  adlandırılıb.  Ümumdünya  Poçt  Günü  hər  il  9  oktyabr 

tarixindən  etibarən  bir  həftə  ərzində-  ―Beynəlxalq  məktub  həftəsi‖  adı  altında 

keçirilir.  

  

Azərbaycan ÜPİ üzvlüyünə 1993-cü ilin aprelində qəbul olunub. Bu hadisə 



respublikanın  poçt  sahəsi  üzrə  fəaliyyətinin  genişlənməsinə  böyük  imkanlar 

yaradıb.  Ölkəmizdə  poçt  sahəsini  ―Azərpoçt‖  Birgə  Müəssisəsi  təmsil  edir.  XX 

əsrin  sonunda  SSRİ-nin  dağılması  və  respublikamızın  müstəqillik  əldə  etməsi  ilə 

poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və 

elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi "Azərpoçt" İstehsalat Birliyi 

tərəfindən həyata keçirilməyə başlayıb. ÜPİ-nın məlumatına görə, beynəlxalq poçt 

öz müştərilərininin 6800 dilində danışır və dünyada ən böyük ölçüyə malik fiziki 

poçtdaşıma şəbəkəsidir.  

Ümumdünya Poçt Günü çərçivəsində hər il keçirilən tədbirlər (nadir marka 

və  açıqcaların  tematik  sərgisi, poçt  markalarının şəkillərinin  müsabiqəsi, müxtəlif 

maarifləndirici aksiyalar və s.) müəyyən mövzuya həsr olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



317 

 

 



10 Oktyabr - Yanğınsöndürənlər Günü, (2002) 

 

2002-ci  il  oktyabr  ayının  5-də  ümummilli 



liderimiz  Heydər  Əliyev hər  il  oktyabr  ayının 

10-nun  ölkəmizdə  yanğınsöndürənlərin  peşə 

bayramı  günü  kimi  qeyd  olunması  haqqında 

Sərəncam imzalamışdır.  

Həmin    tarixdən    etibarən  hər  il  oktyabrın  10-u 

Yanğınsöndürənlər  günü  kimi  qeyd  olunur.  XX 

əsrin 

əvvəllərində 



yaradılan 

Azərbaycan  

Yanğından    Mühafizə  Xidmətinin  əsas    inkişaf 

dövrü  ötən  əsrin  70-ci  illərinə  təsadüf  edir.  

Heydər  Əliyevin  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra  ölkəmizdə  yanğın 

təhlükəsizliyi  sahəsi  daha  sistemli  şəkildə  inkişaf  etməyə  başladı.  Yanğından 

Mühafizə Xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirildi, 

kadr  ehtiyatının  yaradılmasına,  şəxsi  heyətin  peşəkarlığının  artırılmasına  xüsusi 

diqqət  yetirildi.  1997-ci  ildə  ―Yanğın  təhlükəsizliyi  haqqında‖  Azərbaycan 

Respublikası  Qanununun  qəbul  olunması  yanğın  təhlükəsizliyi  və  dövlət  yanğın 

nəzarəti  sisteminin  təşkilinin  hüquqi  əsaslarını  və  prinsiplərini  müəyyən  etmişdir. 

Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, 

yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti 

yaxşılaşdırılmışdır.  

Azərbaycanda  Yanğından  Mühafizə  Xidməti  1918-ci  ildə  yaradılıb.  Böyük 

tarixi  yol  keçmiş  Azərbaycan  yanğınsöndürmə  xidmətinin  fəaliyyəti  indi  bütün 

ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan 

2-si Milli Qəhrəmandır. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


318 

 

13 Oktyabr - Ümumdünya Yumurta Günü, (1996) (2017-ci il üçün) 

 

Dünyanın  bir  çox  ölkələrində  oktyabrın  ikinci  cümə  günü  Ümumdünya 



Yumurta  Günü  (World  Egg  Day),  deməli,  bütün  yumurtadan  olan  yeməkləri, 

omletləri  və  s.  sevənlərin  bayramı  qeyd  olunur.  Yumurta  ən  universal  qida 

məhsuludur, o bütün ölkələrin və mədəniyyətlərin kulinariyasında istifadə olunur. 

Kulinariyada yumurtadan ən müxtəlif formalarda istifadə etmək mümkündür.  

Bayramın  yaranma  tarixi  belədir:  1996-cı  ildə  Beynəlxalq  Yumurta 

Komissiyası  Vyanda  keçirilən  konfransında  yumurtaya  həsr  olunmuş  günün 

oktyabrın  ikinci  cümə  günündə  keçiriləcəyini  elan  etmişdir.  Bu  günlə  bağlı 

yumurta  mövzusunda  müxtəlif  tədbirlər  keçirilir:  ən  yaxşı  resept,  ən  yaxşı  şəkil, 

mühazirələr, aksiyalar, flaşmoblar və s.  

Son  zamanlar  yumurtanın  orqanizmə  təsiri  haqqında  müxtəlif  fikirlər 

səslənsə  də,  yeni  tədqiqatlar  sübut  etmişdir  ki,  yumurtadan  imtina  etmək  olmaz. 

Yumurtada yüksəkdəyərli, tez həzm olunan zülal vardır. Dünyada ən çox yumurta 

Yaponiyada  istifadə  olunur.  Yaponlar  gündə  ən  azı  bir  yumurta  yeyirlər. 

Amerikalılar isə ildə bir dəfə Nəhəng Omlet Günü keçirirlər.  



 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

319 

 

16 Oktyabr - Mütaliə Bayramı, (1989) 



 

 Fransızlar  kitabı  çox  sevirlər,  hətta  onlar 

üçün  əvəzolunmaz  olan  kinodan  da.  Buna  görə 

də  məhz  Fransada  Mütaliə  Bayramı  yaranmışdır 

və bu bayram demək olar ki, birnəfəsə keçir. Hər 

yerdə  həm  klassik,  həm  də  müasir  ədəbiyyata 

həsr  olunmuş  konfranslar,  görüşlər,  seminarlar, 

mühazirələr keçirilir. İlk dəfə belə ənənə 1989-cu 

ildə  Mədəniyyət  Nazirliyi  tərəfindən  həyata 

keçirilmişdir.  Mütaliə  edən  insanlara  təqdim  olunan  tədbir  elə  böyük  şövqlə 

qarşılanmışdır  ki,  heç  kəsdə  Fransada  yeni  bayramın  yarandığına  şübhə 

qalmamışdır.   

Mütaliə Bayramında məşhur yazıçılar öz oxucuları ilə görüşür, onlara özləri, 

yazdıqları və yazmaq niyyətində olduqları əsərləri haqqında danışır, ümumiyyətlə 

ədəbiyyatla  bağlı  söhbətlər  edirlər.  Fransa  televiziyası  isə  müxtəlif  ədəbi 

cərəyanlara və onun inkişafında rol oynayan görkəmli şəxsiyyətlərə həsr olunmuş 

verilişlərə hədsiz geniş efir vaxtı ayırır. 

Fransada Mütaliə Bayramında çoxlu kitab yarmarkaları keçirilir.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

320 

 

17 Oktyabr - Ümumdünya Yoxsulluqla Mübarizə Günü, (1992) 



 

 Bu  günün  tarixi  1987-ci  ildən  başlayır.  23  il  əvvəl 

oktyabr  ayının  17-də  yüz  minə  yaxın  insan  1948-ci 

ildə  İnsan  Haqları  Haqqında  Ümumi  Deklarasiyanın 

imzalandığı Parisin Trokadero meydanına toplaşmışdı. 

Məqsəd  bütün  dünyadakı  yoxsullara,  aclıqdan  əziyyət 

çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il 

22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 

17  oktyabr  tarixini  Yoxsulluqla  Mübarizə  Günü  kimi 

elan  etdi  və  bütün  bəşəriyyəti  bu  problemlə  mübarizəyə  səsləmiş  oldu. 

Hal-hazırda bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir.  

Dünyada bu qədər aclıq, yoxsulluq olmasının əsas səbəblərindən biri israfın qlobal 

səviyyədə artmasıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT-nin 

Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatının  (FAO)  məlumatlarına  görə,  dünyada 

istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. Dünya 

səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Dünya Bankının 

hesabatlarına  görə,  inkişaf  etmiş  ölkələrin  zibilliklərinə  atılan  qidalar  dünyada 

acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni, dünyada aclıq və 

ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində 

acından  ölmür,  dəhşətli  sistemin  qorxunc  nəticəsi  olaraq  həyatını  itirir.  Yaxşı 

planlama  ilə  israfın  qarşısı  alına  bilər.  Dünyadakı  zənginliklər  balanslı  şəkildə 

bölüşdürülərək aclıq probleminin həll etmək mümkün olduğu halda, bu gün aclıq 

«dünyanın  ən  böyük  10  sağlamlıq  riski»  siyahısında  hələ  də  birinci  yerdədir. 

Bu mövzuda Fransa höküməti başqa dövlətlərə də nümumə olacaq bir addım atıb. 

Parlamentdə  qəbul  edilən  qanuna  görə,  topdan  satışla  məşğul  olanlar  əllərində 

qalan  ərzaq  məhsullarını  artıq  zibilliyə  atmayacaq.  Satılmamış  qidanın  istehlak 

edilə  bilməyəcək  səviyyəyə  gətirilməsi  də  qadağan  edilir.  Satılmayıb  əldə  qalan 

qida  bağışlanmalı,  heyvan  yemi  olaraq  və  ya  gübrə  kimi  əkinçilikdə  istifadə 

edilməlidir.  Fransanın  atdığı  bu  addım,  başda  inkişaf  etmiş  ölkələr  olmaqla,  hər 

ölkənin  həyata  keçirməli  olduğu  vacib  siyasətdir.Təəssüf  ki,  dünyadakı  olduqca 

böyük kütlə öz varlığını hər şeydən önəmli görür. Bunun adı isə eqoizmdir. İsraf 

bəlasının  yer  üzündən  silinməsi,  ancaq  insanların  eqoizm  və  acgözlüklərini  tərk 

etmələri  ilə  mümkün  olar.  Buna  nail  olmağın  isə  bir  yolu  var:  sevgi.  Sevgini 

bilməyən  bir  insana  şəfqəti,  qoruyuculuğu,  paylaşmağı  və  paylaşmanın  verdiyi 

xoşbəxtliyi  öyrətməyin  yolu  yoxdur.  Dolayısilə dünyanın  üz-üzə  qaldığı bu  aclıq 

və qıtlıq faciəsinə diqqət çəkmək istəyənlər ilk öncə insanlara sevgini öyrətməklə 

işə başlamalıdırlar. Dünyada aclıqlan mübarizə aparan qurumlar ilk öncə şəfqətin 

gözəlliyini insanlara tanıtmalı, sonra onlara yol göstərməlidirlər.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

321 

 

 



18 Oktyabr - Azərbaycan  Respublikasının Dövlət Müstəqilliyi Günü, (1991) 

 

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda 

duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” 

                                                                                                                Ulu öndər Heydər Əliyev 

 

  

XX  ərin  sonlarında  SSRİ-nin  dağılması  ilə 

yaranan tarixi şərait nəticəsində Azərbaycan 

dövlət 


müstəqilliyini 

bərpa 


etmişdir. 

Nəhayət,  1991-ci  il  oktyabrın  18-də  Ali 

Sovetin  sessiyasında  tarixi  sənəd  –

―Azərbaycanın 

Dövlət 

Müstəqilliyi 



Haqqında  Konstitusiya  Aktı‖  qəbul  edilib.  

1991-ci  il  dekabrın  29-da  ümumxalq 

referendumunda 

məsələ 


müzakirəyə 

çıxarılıb  və  əhalinin  95%-i  səsvermədə  iştirak  edərək  ölkənin  müstəqilliyinə, 

suverenliyinə  və  istiqlaliyyətinə  səs  verib.  Azərbaycanın  müstəqilliyi  bərpa 

olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. 

Tarix  sübut  edib  ki,  müstəqilliyi  qoruyub  saxlamaq  onu  qazanmaqdan  qat-qat 

çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, 

özünün  suveren  dövlətini  yaratmaq  imkanı  qazandı.  Təəssüf  ki,  birinci  imkan 

xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən 

itirildi.  1918-ci  ildə  qurulmuş  Azərbaycan  Xalq  Cümhuriyyəti  cəmi  23  ay 

yaşadı.   İkinci  tarixi  imkan  bir  də,  təxminən,  70  il  sonra  yarandı.  Sovet 

imperiyasının  dağılması  Azərbaycan  xalqına  öz  milli  müstəqilliyini  bərpa  etmək 

imkanı  verdi.  Müstəqilliyi  elan  edilmiş  Azərbaycan  Respublikası  çox  mürəkkəb 

tarixi   şəraitdə  fəaliyyət  göstərməyə  başladı.  Azərbaycan  müstəqilliyini  ilk  olaraq 

qardaş  Türkiyə  Respublikası  (1991-ci  il  noyabrın  9-da)  tanıdı.  Azərbaycan 

Respublikasının  BMT-yə  üzv  qəbul  olunması  ilə  (2  mart  1992)  onun  beynəlxalq 

aləmdə  de-fakto  tanınmasına  başlandı.  İndi  müstəqilliyimizin  siyasi  və  iqtisadi 

sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı 

yoxdur.  Müstəqilliyin  taleyini  müəyyənləşdirən   əsas  amillər  qorunub  saxlanır, 

inkişaf  etdirilir.  Dövlətçiliyin  möhkəmləndirilməsinə,  iqtisadiyyatın  inkişafına, 

milli-mənəvi  dəyərlərin  qorunub  saxlanılmasına  eyni  dərəcədə  diqqət  yetirilir. 

Azərbaycan  bu  gün  həm  siyasi,  həm  də  iqtisadi  cəhətdən  dünyanın  qüdrətli 

dövlətlərindən birinə çevrilib.   

 

İnternetdə: 

www.books.google.com 

Azərbaycan Milli Ensiklopediyası:25 cilddə.C.1-2.-Bakı, 2009-2010

 

 

 


322 

 

 



20 Oktyabr - Beynəlxalq  Kulinariya Günü, (2007) 

Ümumdünya  Kulinariya  Təşkilatları 

Birliyi  2004-cü  ildə  İrlandiyanın  Dublin 

şəhərində  keçirdiyi  beynəlxalq  konfransda 

hər il oktyabrın 20-i Beynəlxalq Kulinariya 

Günü kimi elan edilməsi haqda qərar qəbul 

edib. Beynəlxalq 

Kulinariya 

Günü 

Azərbaycanda  20  oktyabr  2007-ci  ildən 



etibarən  təntənəli  şəkildə  qeyd  olunur. 

Beynəlxalq  Kulinariya  Gününün  bayram 

kimi  keçirilməsi  ona  görə  əhəmiyyətlidir  ki,  gənc  nəsil  Azərbaycanın  milli 

kulinariyasının sirlərinə bələd olur, gələcəkdə ölkənin hüdudlarından kənarda xalqı 

layiqincə təmsil etmək imkanı qazanır. Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, 

folkloru, 

milli 

adət-ənənəsi 



olduğu  kimi,  özünəməxsus  mətbəxi  də 

mövcuddur. Xalqımızın  milli  mətbəx  mədəniyyətinin  öyrənilməsi  və  təbliği  ilə 

məşğul  olan  Azərbaycan  Milli  Kulinariya  Mərkəzi  (AMKM)  isə  1991-ci  ildə 

yaradılıb. Bu təşkilat 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin 

üzvüdür. Ölkəmiz keçmiş SSRİ ərazisindən və Türk dünyasından bu quruma qəbul 

edilən  ilk  dövlət  olub.  1993-cü  ildə  Azərbaycan  komandası  ilk  dəfə  Maltada 

keçirilən  Dünya  kulinariya  çempionatına  qoşulub  və  qızıl  medalla  vətənə  dönüb. 

Çünki  Milli  Kulinariya  Mərkəzi  yarandığı  gündən  aparıcı  kulinarları,  səliqə-

sahmanı  və  bu  sahədə  yaradıcılıq  fantaziyası  olan  mütəxəssisləri  ətrafında 

birləşdirib. Qatıldığı  bütün  yarışlarda  birinciliyi  əldən  verməyən  milli  kulinariya 

ustalarımız  dünyanın  bir  neçə  ölkəsində  xalqımıza  məxsus  zəngin  mətbəx 

mədəniyyəti nümayiş etdiriblər. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə 

şahzadəsi  Anna  azərbaycanlı  kulinarların  əl  qabiliyyətinə  heyran  qalmış,  onları 

qəbul  etmiş,  mükafatlandırmışlar.  Kulinariya  özü  də  bir  yaradıcılıqdır.  Ölkəmiz 

1998-ci 

ildən 


YUNESKO-nun 

Xalq 


Yaradıcılığı 

Təşkilatının 

da 

üzvüdür.   Azərbaycanın  mətbəx  tarixinə,  mədəniyyətinə  də  qısqanclıqla  yanaşan 



bədnam  qonşularımız  bir  neçə  beynəlxalq  yarışlarda  xalqımıza  məxsus  xörəkləri, 

şirniyyatları və süfrəbəzəmə ənənələrini öz adlarına çıxaraq erməni mətbəxi kimi 

dünyaya  tanıtmaq  istəmişlər.  Lakin  həmin  yarışlara  qatılan,  bəzən  də  həmin 

tədbirlərdə  münsif  kimi  çıxış  edən  AMKM  mütəxəssisləri  isə  tezliklə  bunun 

qarşısını  almışlar.  Nəticədə  erməni  jurnalistləri  və  bu  sahənin  alim  və 

mütəxəssisləri bəzi dünya yarışlarından təcrid edilmişlər.  



İnternetdə: 

www.books.google.com 

 

 



 

323 

 

 



20 Oktyabr - Energetiklər Günü , (2004) 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  2004-cü  il  13 

oktyabr  tarixli  sərəncamı  ilə  hər  il  oktyabrın  20-si  ölkəmizdə  energetiklərin  peşə 

bayramı  kimi  qeyd  edilir.  Məqsədyönlü  enerji  siyasəti  dövlətin  milli 

təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında çox mühüm əhəmiyyətə 

malikdir.  Müstəqillik  illərində  də  ümummilli  liderimiz  ölkəmizdə  enerji 

təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-

texniki  təchizatı  xeyli  gücləndirilmişdir.    Bu  gün  ölkə  Prezidenti  İlham  Əliyevin 

rəhbərliyi  ilə  iqtisadiyyatın  bütün  sahələri,  o  cümlədən  elektrik  enerjisi  üzrə 

proqramlar  hazırlanaraq   uğurla  icra  edilir.  Regionların  sosial-iqtisadi  inkişafı 

dövlət  proqramlarının  uğurla  həyata  keçirilməsi  iqtisadiyyatın  hərəkətverici 

qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin  əldə olunmasına 

geniş  imkanlar  yaratmışdır.  Bu  ordenli-titullu  mütəxəssislər  gələcəkdə  estafeti 

gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə 

edə  biləcək  gənc  energetiklər  nəslinin  yetişdirilməsinə  də  xüsusi  diqqət  və  qayğı 

göstərirlər.  

 

 



İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

324 

 

 



22 Oktyabr -  Beynəlxalq Məktəb Kitabxanaları Günü, (1999) 

 

 



 

 

 



 

 

 



 

 

 



Beynəlxalq  Məktəb  Kitabxanaları  Günü  YUNESKO-nun  təşəbbüsü  ilə 

1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq 

Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu 

bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.  

2008-ci  ildən  bu  günün  qeyd  olunması  aylığa  çevrilib  (22  oktyabr  –  22 

noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək 

bayramı qeyd etməyə imkan verir. 

Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid 

əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir 

sözlə,  axtarılan  sualların  əksəriyyətinə  cavab  verəcək  mənbələri  tapmaq 

mümkündür. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

325 

 

24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü, (1945)



 

 

Millətlər  Cəmiyyəti  1927-ci  ildə  arbitraj  və 



təhlükəsizlik  üzrə  xüsusi  komissiya  yaratdı. 

Həmin  dövrdə  Millətlər  Cəmiyyətinin  üzvü 

olan  bütün  ölkələr 

yeni 


müharibənin 

alovlanmasına  yol  verməmək  üçün  təntənəli 

şəkildə  and  içdilər.  Ancaq  andın  mətni  son 

dərəcə  qeyri-müəyyən  idi:  dünyada  heç  bir 

ölkə  başqa  ölkəyə  hücum  edib  müharibəyə 

başlaya  bilməz.  Tələb  belə  idi:  bütün 

müharibələr  müdafiə  xarakteri  daşımalıdır.  Buna  baxmayaraq,  1939-cu  ildə 

Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi 

başlandı.  Bu,  Millətlər  Cəmiyyətinin  dağılması  demək  idi.  İkinci  Dünya 

müharibəsi  (1939-1945)  başa  çatanda  dünya  xalqları  bir  daha  qətiyyətlə  dedilər: 

"Müharibə  olmasın!"  Çünki  bu  dəfə  müharibə  60  milyon  insanın  həyatına  son 

qoymuşdu.  Əbədi  sülhü  bərqərar  edib,  möhkəmləndirən  yeni  beynəlxalq  birliyin 

yaradılması zərurəti meydana çıxdı. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü 

və  təhlükəsizliyi  qorumaq  və  möhkəmlətmək,  eləcə  də  dövlətlər  arasında  dinc 

əməkdaşlığı  inkişaf  etdirmək  məqsədi  ilə  müstəqil  dövlətlərin  könüllü  birləşməsi 

nəticəsində  yaranan  beynəlxalq  təşkilat  oldu.  BMT-nin  Nizamnaməsi  1945-ci  ilin 

aprelində  ABŞ-ın  San-Fransisko  şəhərində  keçirilən  konfransda  50  dövlətin 

nümayəndəsi  tərəfindən  imzalanmış  və  həmin  ilin  24  oktyabrında  qüvvəyə 

minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur. 

Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunması  üçün  əsas  məsuliyyət  BMT-nin 

Təhlükəsizlik  Şurasının  üzərinə  düşür.  BMT-nin  Təhlükəsizlik  Şurasından  əlavə, 

əsas orqanları bunlardır: Baş Məclis, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, 

Beynəlxalq  Məhkəmə  və  BMT  Baş  katibinin  başçılıq  etdiyi  Katiblik.  BMT 

sistemində  15  ixtisaslaşdırılmış  təsisat  da  vardır.  BMT-nin  iqamətgahı  Nyu-

Yorkda yerləşir. 

 

Azərbaycan  Respublikası  1992-ci  il  martın  2-də  BMT-nin  üzvlüyünə  qəbul 



olunmuşdur.  2000-ci  ildə  BMT  üzvlərinin  sayı  189-a  çatmışdır.  BMT  yarandığı 

vaxtdan  bəri  onun  yeddi  baş  katibi  olmuşdur:  Treqvi  Li  (Norveç),  Daq 

Hammarskold (İsveç), U Tan (Birma), Kurt Valdhaym (Avstriya), Havyer Peres de 

Kuel (Peru), Butros-Butros Qali (Misir), Kofi Annan (Qana). BMT-də rəsmi olaraq 

ingilis,  ərəb,  çin,  fransız,  rus  və  ispan  dilləri  işlənir.  BMT-nin  münaqişə 

zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbiçilərindən təşkil olunmuş və 

"mavi  dəbilqəlilər"  adlanan  sülhməramlı  qoşun  kontingenti  də  vardır.  Ermənistan 

ordusunun  torpaqlarımızı  işğal  etməsi  məsələsi  dörd  dəfə  BMT-də  müzakirə 

olunmuş,  bu  işğalı  pisləyən  və  işğal  olunmuş  əraziləri  qeyd-şərtsiz  tərk  etməyi 

tələb  edən  822,  853,  874  və  884  №-li  qətnamələr  qəbul  edilmişdir.  Təəssüf  ki, 

BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin 

sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən 

imtina edir. 


Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin