Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,71 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix01.01.2017
ölçüsü6,71 Mb.
#4074
1   2   3   4   5   6   7   8   9   ...   17

77 
 
 
Şəkil 62. Maksimum qüvvəli cərəyanın təsiri.  
(Şərti işarələr 60-cı şəkildəkinin eynidir). 
 
 
Qüvvətli cərəyanla qalxan istiqamətdə dövrə bağ-
lanan momentdə oyanma qabiliyyəti anod mühitinə paralel 
gedir, ona görə də təqəllüs alınmır, ani momentdə təqəllüs 
alınır, çünki paralel nöqtədə katod mühitində  əzələdən 
uzaqdır. 
 
Şəkil 63. Qütbləşən elektrodlar. 
 
 
78
Mərkəzi sinir sistemi 
 
 
Mərkəzi sinir sisteminin bütün şöbələrini  əmələ 
gətirən sinir toxumalarının ən kiçik struktur və funksional 
vahidi sinir hüceyrəsi – neyronudur. Beyin çox sadə  və 
mürəkkəb funksiyalar yerinə yetirir.  
 
Mərkəzi sinir sistemi 2 böyük şöbəyə – baş beyin 
və onurğa beyninə ayrılır. Onurğa beyini onurğa 
kanalında, baş beyin kəllə qutusunda yerləşir. Sinir sis-
teminin təkamülü heyvanın inkişaf dərəcəsini göstərir. 
Sinir sisteminin təkamülü 4 mərhələ keçmişdir: 1) səpkin 
sinir sistemi (hidrada); 2) sapa oxşar sinir sistemi (me-
duzalarda); 3) düyün şəkilli sinir sistemi (yastı, sap, 
həlqəvarı qurdlar, buğumayaqlılar, malyuskalar və s.); 4) 
boru şəkilli sinir sistemi. Boru şəkilli sinir sistemi xordalı 
heyvanlarda təsadüf edilir. 
 
Mərkəzi sinir sistemi insan və heyvan orqanizminin 
bütün hüceyrə, toxuma və orqanlarını funksional vahid 
sistemdə birləşdirir. Mərkəzi sinir sistemi reseptorlar 
vasitəsilə orqanizmin daxilində  və xarici mühitdə baş 
verən dəyişiklikləri qəbul edir, orqanizmlə xarici mühitin 
qarşılıqlı  əlaqəsini təmin edir. Belə  əlaqə sadə reflektoru 
və mürəkkəb davranış, psixi fəaliyyətin formalaşması yolu 
ilə həyata keçirilir.  
 Belə ki, beyinə çatmış hissi oyanmalar qavranılır – 
sintez və analiz edilir. Qavranış prosesi seçici və 
məqsədyönlüdür. Belə ki, hissi sinir uclarında baş verən və 
mərkəzi sinir sisteminə çatdırılan saysız-hesabsız və 
müxtəlif siqnallara (efferent impulslar) seçici cavab verilir. 
Hər hansı siqnala qarşı beyinin cavabı onu əmələ gətirdiyi 
və hərəki sinirlərlə üzv və toxumalara göndərdiyi efferent 
impulsların – «əmrlərin» sayəsində baş verir. Deməli, 

 
79 
orqanizmin bütün üzv və sistemlərinin fəaliyyəti mərkəzi 
sinir sisteminin müntəzəm və dəqiq nəzarəti altındadır.  
 
Mərkəzi sinir sisteminin fəaliyyətini öyrənmək 
üçün bir neçə üsullardan istifadə edilir: 
 
1) Ekstirpasiya üsulu  mərkəzi sinir sisteminin 
ayrı-ayrı  şöbələrinin cərrahi yolla kəsib götürülməsinə 
deyilir. Məsələn, onurğa beyninin vəzifəsini öyrənmək 
üçün onu uzunsov beyindən ayırırlar və s.; 
 2) 
Qıcıqlandırma üsulu ilə  mərkəzi sinir sis-
teminin fəaliyyətini tədqiq etmək üçün mərkəzi sinir sis-
teminin ayrı-ayrı hissələrinə elektrik və ya kimyəvi 
maddələrlə  təsir edirlər. Qıcıqlandırma zamanı  əmələ 
gələn dəyişiklikləri müşahidə edirlər; 
 
3) Elektrofiziloji tədqiqat üsulu, mərkəzi sinir siste-
mində cərəyan edən elektrik hadisələri prinsipinə əsaslanır; 
 
4) Mərkəzi sinir sisteminin fəaliyyətini tədqiq etmək 
üçün şərti və şərtsiz refleks üsulundan istifadə edirlər; 
 
5) Elektroensofoloqrafiya, steriotaksis cihazı, 
mikroelektrod texnikası və s. istifadə üsulları. 
 
 
16 saylı iş. Refleks və refleks qövsünün təhlili 
 
 
Əsas məqsəd refleks qövsünün hər hansı şöbəsinin 
pozulması zamanı refleksin həyata keçirilə bilmədiyini is-
bat etməkdir. Refleks qövsündə  mərkəzi sinir sisteminin 
müxtəlif  şöbələri iştirak edir. Beyinin fəaliyyətini 
öyrənmək üçün onurğa beyni refleksləri və refleks 
qövsünün morfoloji quruluşu təcrübə yolu ilə analiz 
edilərək öyrənilir.  
 
Orqanizmin xarici və daxili qıcıqlara mərkəzi sinir 
sisteminin iştirakı ilə verdiyi cəld cavaba refleks deyilir. 
 
80
Refleksin mərkəzi sinir sisteminin nəzarəti altında keçdiyi 
yola refleks qövsü deyilir. Refleks qövsü iki və üç ney-
ronlu olur. Refleks qövsü aşağıdakı hissələrdən ibarətdir 
(şəkil 64):  
 
 
Şəkil 64. Refleks qövsünün sxemi: 1-reseptor;  
2-afferent sinir lifi; 3-mərkəz; 4-efferent lif;  
5-işcil üzv; 6-dönən afferentasiya. 
 
1. Reseptor (mühiti hissə);  
2. Afferent və ya hissi sinir, duyğu yolu və ya 
mərkəzəqaçan sinir afferent neyron; 
3. Mərkəzi sinir sisteminin bir hissəsi; 
4. Efferent və ya hərəki sinir. Mərkəzəqaçan sinir; 
5. Effektor və ya işçi orqan (əzələ, vəzi). 
6. Dönən afferentasiya (P.K.Anoxinə görə dönən 
əlaqələr). 
 Hər bir refleks müəyyən reseptorun qıcıqlanması 
ilə başlayır. Qıcıqlanma reseptorlarda oyanma əmələ 
gətirir; oyanmalar afferent sinir lifləri və ya afferent ney-
ronu ilə  mərkəzi sinir sisteminə  nəql olunur. Burada oy-
anmalara müvafiq əmələ  gələn sinir impulsları efferent 
sinirlər, efferent neyron vasitəsilə  işçi üzvlərinə  nəql ol-
unur. Bu zaman həmin üzvlərin fəaliyyəti dəyişir, yəni 

 
81 
əzələlər təqəllüs edir, vəzilər şirə ifraz edir və s.  
 Reflekslər orqanizmin halından, mərkəzi sinir sis-
teminin funksional vəziyyətindən, qıcıqlandırıcı amillərin 
ritmi və qüvvəsindən asılı olaraq dəyişir. 
 
 
Şəkil 65. 2- və 3-neyronlu reflektor qövsünün sxemi. 
 I-reseptor; II-afferent yol; III-mərkəzi sinir sistemi;  
IV-efferent yol; V-effektor (işçi üzv). A-ikineyronlu qövsün sxemi; B-
üçneyronlu qövsün sxemi. 1-reseptor; 2-afferent yol;  
3-onurğa beyin qanqlionu; 4-onurğa beyin; 5-ara neyron;  
6-efferent neyronun hüceyrə cismi. 
 
 Lazım olan vəsait:  Ştativ, mantar lövhə, qayçı, 
pinset, sancaqlar, su, kimyəvi stəkan, 0,5% sulfat tur-
şusunun zəif məhlul (0,1 – 0,5-%-li H
2
SO
4
), qurbağa. 
 
İşin gedişi:  
 1.Reseptorların refleks reaksiyasında  əhəmiyyətini 
öyrənmək üçün ştativdən asılmış spinal qurbağanın arxa 
ətraflarından birinin barmaqları 0,5%-li H
2
SO
4
 məhluluna 
salıb bükmə refleksini müşahidə edirik; sonra həmin 
ətrafın dizdən aşağı  dərisini soyub, turşuya salırıq. 
Təcrübədən görünür ki, dərisi olan ətraf qıcığa qarşı 
bükmə refleksi ilə cavab verir, dərisi soyulan pəncə reak-
siya vermir. 
 
82
 
2. Efferent sinirin refleksdə rolunu müşahidə etmək 
üçün ətraflardan birinin oturaq siniri kəsilir. Siniri kəsilmiş 
ətrafda  əzələlərin tonusu itir. Həmin  ətrafı 0,5%-li sulfat 
turşusuna saldıqda bükmə refleksi müşahidə olunmur. 
 3. 
İynəni spinal qurbağanın onurğa kanalına salıb, o 
tərəf bu tərəfə  tərpətməklə refleks qövsünün mərkəzi 
hissəsini pozurlar. Bu əməliyyatdan sonra heç bir refleks 
reaksiyası müşahidə olunmur. 
 
17 saylı  iş. Silmə, bükmə onurğa beyni reflekslərinin 
müşahidəsi 
 
 Sadə onurğa beyni refleksini müşahidə etmək üçün 
qurbağalardan istifadə edirlər. Bu məqsədlə qurbağanın üst 
çənə ilə birlikdə başını kəsib atırıq. Sonra alt çənə prepa-
ratını  ştativdəki qarmağa keçirib asırıq. Onurğa beyni 
reflekslərini heyvan şok vəziyyətindən çıxdıqdan sonra 
öyrənmək lazımdır. Spinal qurbağa üzərində adətən, 
bükmə və silmə reflekslərini öyrənirlər. 
 
 Lazım olan vəsait: ştativ, qayçı, 0,5 və 1%-li sul-
fat turşusu məhlulları, 0,5%-li novakain məhlulu, xloro-
form, filtr kağızı, mantar lövhə, sancaqlar, içində su olan 
stəkan, iki ədəd kimyəvi stəkan, çəkic. 
 
İşin gedişi:  
 
Bükmə refleksini müşahidə etmək üçün əvvəlcə 
spinal qurbağanı ştativdən asırıq. Sonra arxa ətraf barmaq-
larını pinsetin ucu ilə  sıxır, ya da sulfat turşusu məhlulu 
(0,5 və 1a 1%-li məhlul) olan stəkana daxil edirik. Bu 
qıcıqlardan hər birinin təsirinə qarşı  ətraf  əzələlərinin 
təqəllüsü bukmə refleksi müşahidə edilir (şəkil 66). 

 
83 
 
 
Şəkil 66. A. Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi.  
B. Onurğa beyin reflekslərinin reseptiv sahəsi; 1-bükmə; 2-silmə.  
 
 Silmə refleksini müşahidə etmək üçün sulfat tur-
şusunda (0,5%-li) isladılmış filtr kağızını (4 – 5 mm
2
) qur-
bağanın döş nahiyəsi dərisinə ön ətraflararası sahəyə 
yapışdırırıq. Bu zaman spinal qurbağa ön ətraf pəncələrilə 
döşünün dərisinə yapışdırılmış kağız parçasını silib, kənar 
edir. Bu reaksiya silmə refleksidir. Sonra qurbağanı 
bütövlükdə suya salıb, onun döşünün dərisindəki turşunu 
yuyuruq.  
 
İnsanda onurğa beyni refleksləri 
 
Əzələdə, vətərlərdə  və oynaqlarda yerləşən resep-
torların qıcıqlandırılması zamanı insanda bükmə  və açma 
refleksləri müşahidə olunur. Belə reflekslərə diz və  aşil 
refleksləri aiddir ki, bunların öyrənilməsinin  əhəmiyyəti 
 
84
vardır. 
18 saylı iş. İnsanda diz və aşil refleksləri 
 
 
İnsanda diz refleksini təcrübədə müşahidə etmək 
üçün əvvəlcə insanı stulda sakitcə oturduruq. Sonra xüsusi 
çəkiclə yüngülcə budun dördbaşlı əzələsinin vətərinə vuru-
ruq. Bu zaman diz oynağında açma hərəkəti müşahidə 
ediləcəkdir. Diz refleksinin mərkəzi onurğa beyninin III və 
IV seqmentləri səviyyəsində yerləşir (şəkil 67). 
 
Şəkil 67. Diz refleksi qövsünün sxemi. 
 
 
 
İnsanda aşil refleksini təcrübədə müşahidə etmək 
üçün aşil vətərinə  çəkiclə  zərbə endirilir. Bu təsirdən 
ayağın bükmə hərəkəti baş verir. Aşil refleksinin mərkəzi 
onurğa beyninin I-II büzdüm seqmentindədir (şəkil 68). 

 
85 
 
Şəkil 68. Aşil refleksinin sxemi. 
 
 
Hər hansı bir refleksin baş verməsi üçün həmin 
refleksin qövsünün bütün hissələri morfoloji və fizioloji 
cəhətdən salamat olmalıdır. Bunu aşağıdakı  təcrübələrlə 
sübut etmək olar. 
 
Refleks qövsünün spinal qurbağa üzərində təhlili:  
 
Lazım olan material və avadanlıqlar: spinal 
qurbağa,  ştativ, pinset, qayçı, 0,9, 0,5, 1%-li H
2
O
4
 
novakain məhlulu, filtir kağızı, mantar lövhə, su, stəkan, 
çəkic, efir və s.  
 
İşin gedişi:  
 
86
 
1.Reseptorların refleks reaksiyasında əhəmiyyətini 
öyrənmək üçün ştativdən asılmış spinal qurbağanın arxa 
ətraflarından birinin barmaqlarını sulfat turşusu məhluluna 
(0,5 %-li) salıb bükmə refleksini müşahidə edirik. Sonra 
isə  həmin  ətrafın dizdən aşağı  dərisini soyub atır və ya 
yenidən turşuya daxil edirik. Təcrübə göstərir ki, salamat 
qalmış ətraf qıcığa qarşı bükmə refleksi ilə cavab verdiyi 
halda, dərisi soyulmuş pəncə belə reaksiya verməyəcəkdir. 
 
2. Efferent və ya mərkəzdənqaçan sinirin refleksdə 
rolunu müşahidə etmək üçün ətraflardan birinin oturaq sinirini 
kəsirik. Sonra həmin siniri kəsilmiş ətrafı sulfat turşusuna daxil 
edirik, ya da pəncəsini pinsetlə sıxaq. Bu zaman bükmə refleksi 
müşahidə edilmir. Siniri salamat qalmış  ətrafa verilən qıcığa 
qarşı isə bükmə refleksi alınacaqdır.  
 3. 
Onurğa beyni mərkəzinin refleksdə rolunu mü-
şahidə etmək üçün iynəni spinal qurbağanın onurğa 
kanalına daxil edib, o tərəf bu tərəfə  tərpətməklə beyini 
(refleks qövsünün mərkəzi hissəsini) pozuruq. Bu 
əməliyyatdan sonra nə bükmə, nə  də silmə refleksi, 
ümumiyyətlə, hər hansı  qıcığa qarşı refleks reaksiyası 
müşahidə etmək mümkün olmur. 
 
 
19 saylı iş. Oyanmanın onurğa beynində irradiasiyası – 
yayılması 
 
 Lazım olan material və avadanlıqlar:  ştativ, 
qayçı, pinset, filtr kağızı, mantar lövhə, sancaqlar, 0,1, 0,2, 
0,3, 0,4, 0,5 və 1%-li sulfat turşusu məhlulları, su ilə dolu 
stəkan, qurbağa, pambıq. 
 
İşin gedişi: Oyanmanın MSS-də yayılmasına oyan-
manın irradiasiyası deyilir. Bunu təcrübədə müşahidə etmək 

 
87 
üçün spinal qurbağanı  ştativdən asır və arxa ətraflardan 
birinin pəncəsini zəif sulfat turşusu məhluluna daxil edirik. 
Bu zaman yalnız turşuya saldığımız pəncə barmaqlarında 
bükmə refleksi müşahidə edilir. Sonra ətrafı içində su olan 
stəkana salıb yuyuruq və yenidən qüvvəli turşu (1%-li sulfat 
turşusu) məhluluna daxil etməklə  təcrübəni təkrar etdikdə 
görürük ki, ən qüvvəli qıcığın təsirindən nəinki həmin ətrafın 
əzələləri, həm də bədənin digər qrup əzələləri təqəllüs edir. 
Bu təcrübə sinir mərkəzlərində oyanmanın geniş miqyasda 
irradiasiyasının, generalizasiyasının nəticəsi olduğunu 
göstərir.  
 
20 saylı iş. Refleks müddəti və onun təyini 
 
 Respiratorların qıcıqlandırılması ilə alınan cavab 
arasında keçən vaxta refleks vaxtı deyilir. Refleks vaxtı 
refleks qövsünün hissələri arasında oyanmanın nəql 
olunmasına sərf olunur. Bu vaxtın bir hissəsi reseptorların 
qıcıqlanmasına, oyanmanın afferent sinirlər ilə  mərkəzə 
nəql edilməsinə, oyanmanın mərkəzi sinir sisteminin 
daxilində neyronlar arasında analiz və sintez edilməsinə, 
oyanmanın efferent sinirləri ilə işçi üzvə nəql olunmasına, 
işçi üzvlərin fəaliyyətə gəlməsinə səbəb olur. Mərkəzi sinir 
sistemi daxilində, yəni oyanmanın hissi neyrondan hərəki 
neyrona keçməsinə  sərf olunan vaxta həqiqi refleks vaxtı 
deyilir. 
Refleks vaxtı  qıcığın qüvvəsindən və  mərkəzi sinir 
sisteminin funksional vəziyyətindən də asılıdır. Qıcıq 
qüvvəli olduqda və sinir mərkəzlərinin oyanıqlığı yük-
səldikdə refleks vaxtı  qısalır. Qıcıq zəifdirsə, mərkəzlərin 
oyanıqlığı aşağıdırsa, refleks vaxtı o nisbətdə uzanır. 
 Lazım olan material və avadanlıqlar:  Ştativ, 
 
88
mantar lövhə, saniyəölçən, qayçı, pinset, 4 ədəd kimyəvi 
stəkan, su, 0,1; 0,3; 0,5% H
2
SO
4
, pambıq, qurbağa. 
 
İşin gedişi: Stəkanlara eyni miqdarda müxtəlif 
qatılıqlı (0,1%, 0,3%, 0,5%) sulfat turşusu məhlulu töküb, 
ştativdən asılmış qurbağanın pəncəsini  əvvəlcə  ən zəif 
turşu məhluluna (0,1%), sonra isə növbə ilə digər 
məhlullara (0,3%, 0,5%, 1%-li) salıb refleks vaxtı 
metronom və ya saniyəölçən ilə təyin edilir (şəkil 69). 
 
Şəkil 69. Refleks vaxtının təyin edilməsi. 
 
 
Qurbağanın pəncəsini hər dəfə su ilə yuduqdan 
sonra yeni qıcıq verilənə qədər bir neçə dəqiqə gözləmək 
lazımdır. Alınan nəticələr cədvəldə qeyd olunur (cədvəl 5). 
 
Cədvəl 5 
Refleks vaxtı (san.) 
H
2
SO
4
 qatılığı %-lə 
1 2 3 
orta 
vaxt 
0,1 
    
0,3 
    
0,5 
    

 
 
 
 
 
 

 
89 
21 saylı iş. Onurğa beyin reflekslərinin ləngiməsi 
 
Mərkəzi sinir sistemində ləngimə hadisəsini ilk dəfə 
1862-ci ildə böyük rus fizioloqu İ.M.Seçenov kəşf 
etmişdir. Fiziologiyada mərkəzi ləngimə adı ilə  məhşur 
olan bu kəşf  İ.M.Çesenova bütün dünyada şöhrət 
qazandırdı. Bir çox tədqiqatların nəticələrindən məlum ol-
muşdur ki, qıcığın qüvvəsi, ritmi, heyvanın halı  və 
mərkəzi sinir sisteminin funksional vəziyyətindən asılı 
olaraq, oyanma və ya ləngimə hadisəsi əmələ gətirmək olar. 
Bu 2 hadisə qarşılıqlı əlaqədə olub, mərkəzi sinir sisteminin 
koordinasion fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. 
Sonralar ləngimə hadisəsini İ.P.Pavlov şərti reflekslər üsulu 
ilə  dərindən tədqiq etmiş, onun bir çox mühüm cəhətlərini 
aydınlaşdırmışdır. Hal-hazırda müəyyən olunmuşdur ki, 
presinaptik və ya postsinaptik sahələrdə hiperpolyarizasiya 
və ya qüvvəli depolyarizasiya ləngimənin baş verməsində 
xüsusi əhəmiyyətə malikdir. 
 Lazım olan material və avadanlıqlar: mantar 
lövhə, skalpel, qayçı, ştativ, pinset, göz qayçısı, sancaqlar, 
4 ədəd kimyəvi stəkan, H
2
SO
4
 (0,1, 0,2, 0,5%-li) məhlulu, 
NaCl kristalları, saniyəölçən, Ringer məhlulu, su ilə dolu 
stəkan, pambıq, qurbağa. 
 
İşin gedişi:  
1. Seçenov təcrübəsi. Qurbağanın kəllə qapağı açı-
lır, ara beyin nahiyəsində görmə qabarları tapılır və 
köndələn kəsiklə uc beyindən ayrılır. 
 
90
 
Şəkil 70. Qurbağanın baş beyninin köndələn kəsiyinin ardıcıl 
mərhələləri: 1-kəllə qutusunun yarılması; 2-baş beyin üzərinin 
açılması. 
 
Şəkil 71. Qurbağanın baş beyni: 1-qoxu sinirləri; 2-qoxu payları; 3-
beyin yarımkürələri; 4-ara beyin; 5-orta beyin; 6-beyincik;  
7-uzunsov beyin. 
 
 
Qurbağanı arxası yuxarı vəziyyətdə mantar lövhəyə 
sancaqlar vasitəsilə bərkidirlər, kəllə qapağı sümükləri orta 
tikiş boyu, sonra yanlara doğru kəsilir, uc beyin və görmə 
qabarlarının üzəri açılır. Uc beyin kəsilib atılır və 
qurbağanın baş beyninin beş  şöbədən ibarət olduğu 

 
91 
görünür (şəkil 72).  
Qurbağa alt çənəsindən ştativdən asılır və 15 dəqiqə 
şokdan çıxması üçün gözlənilir. Arxa pəncənin bar-
maqlarını 0,1%-li H
2
SO
4
 məhluluna salıb refleks müddəti 
təyin edilir. 2-3 dəqiqədən sonra görmə qabarlarının 
üzərinə NaCl kristalları qoyulur və yenidən refleks vaxtı 
müəyyən edilir. Görmə qabarlarına NaCl kristallarının 
qıcıqlandırıcı  təsiri bükmə refleksi vaxtının uzanmasına 
səbəb olur. Duz kristallarını kənar edib görmə qabarlarını 
Ringer məhlulu ilə yuduqdan 4 – 5 dəqiqə sonra refleksin 
əvvəlki vaxtı bərpa olunur. 
 
 
Şəkil 72. İ. M. Seçenovun təcrübəsinin sxemi. NaCl kristallarının 
görmə təpələrinə qoymazdan əvvəl (I) və qoyandan sonra (II). 
 
 
2. Holts təcrübəsi. Spinal qurbağa ştativdən asılır, 
pəncənin barmaqları 0,5 – 0,25%-li H
2
SO
4
  məhluluna 
 
92
salıb refleks vaxtı  təyin edilir. Sonra qurbağanın bir 
ətrafını pinsetlə  sıxıb eyni vaxtda digər arxa pəncəsini 
H
2
SO
4
  məhluluna salırlar. 2 ətrafa eyni vaxtda qıcıq 
verildikdə bükmə refleksinin ləngidiyi müşahidə olunacaq. 
Pəncəni sıxmadıqda isə turşu təsirinə qarşı bükmə 
refleksinin  əvvəlki müddəti bərpa olacaq. Bu təcrübəyə 
əsasən güman olunur ki, ləngimə hadisəsi mərkəzi sinir 
sistemində iki oyanmanın və ya daha çox oyanmaların 
toqquşması nəticəsində baş verir. 
 
İ.İ.Pavlov şərti refreksləri kəşf etdikdən sonra aydın 
oldu ki, davranış reaksiyalarının bütün mərhələlərinin 
ümdə fizioloji əsası oyanma və  ləngimə hadisələrinin 
qarşılıqlı münsibətindən ibarətdir.  
 
Şəkil 73. Holts təcrübəsi. 
 
22 saylı  iş. Mərkəzi sinir sisteminin oyanıqlığına 
kimyəvi maddələrin təsiri 
 

 
93 
 
Bəzi kimyəvi maddələr həm mərkəzi, həm də 
periferik sinir sisteminə təsir etməklə müəyyən neyronları 
oyadır və müəyyən sinapsları blokadaya alır. Belə ki, ad-
renalin təsirindən isə xolinergiq neyronlar oyanır; amina-
zin təsirindən isə həm mərkəzi, həm də periferik adrener-
giq sistem müvəqqəti olaraq fəaliyyətdən düşür. Strixinin 
təsiri ilə  mərkəzi sinir sisteminin oyanıqlığının yüksəlməsi 
mexanizmi ləngidici sinapsların blokadaya alınması  və 
ləngidici sinapsların oyandırıcı sinir mərkəzlərinin fizioloji 
təsiri altından çıxmasından ibarətdir. Heyvana kiçik dozada 
strixinin məhlulu yeritdikdən sonra, hətta zəif qıcıqlar belə 
şiddətli oyanmaya səbəb olur. 
 Lazım olan material və avadanlıqlar: iki ədəd 
qurbağa,  şüşə örtük, boşqab,  şpris, 1%-li strixinin-nitrat 
məhlulu, qayçı, pinset, mantar lövhə, pambıq.  
 
İşin gedişi: 
 Strixininin 
təsirini təcrübədə müşahidə etmək üçün 
əvvəlcə qurbağanı şüşə örtük altına qoyuruq. Sonra qurba-
ğanın pəncələrindən birinə  qıcıq veririk. Bu qıcığa qarşı 
ətrafın hərəkətini müşahidə edirik. Sonra qurbağanın dərisi 
altına, ya limfa kisəsinə 2 ml 0,1%-li strixinin-nitrat 
məhlulu yeridirik. 3 – 5 dəqiqə gözlədikdən sonra qurba-
ğanın dərisinə yüngülcə toxunuruq, yelpiklə yelləyir və ya 
boşqabın qırağını pinsetlə taqqıldadırıq. Belə zəif qıcıqlara 
qarşı intakt qurbağa reaksiya vermədiyi halda strixinin vu-
rulmuş qurbağa qüvvəli hərəkət reaksiyası ilə, hətta bütün 
bədənin əsməsi ilə cavab verəcəkdir.  
 Digər qurbağanı  şüşə örtük altına salıb yanına 
xloroformda isladılmış pambıq qoyuruq və bir neçə 
dəqiqədən sonra mərkəzi sinir sisteminin oyanıqlığı yox-
lanılır. Təcrübə göstərir ki, xloroformlu havada saxlanmış 
qurbağanın refleks reaksiyaları zəifləmiş, hətta müvəqqəti 
 
94
yox olmuşdur. Deməli, xloroform (narkotik) tənəffüs yol-
larından qanına keçib mərkəzi sinir sisteminin oyanıqlığını 
endirmişdir. 
 
23 saylı iş. Antaqonist əzələlərin resiprok sinirlənməsi 
(Şerrinqton təcrübəsi) 
 
 
Məlum olduğu kimi, bədəni təşkil edən eninə- 
zolaqlı əzələlər vəzifələrinə görə bir neçə qrupa ayrılırlar. 
Bu qruplar içərisində antaqonist əzələlər daha böyük 
maraq kəsb edir. Antaqonist əzələlər qarşı-qarşıya durub 
tamamilə əks istiqamətdə fəaliyyət göstərən əzələlərə dey-
ilir. Bu 2 qrup əzələlər arasında qarşılıqlı  əlaqə vardır. 
Belə ki, ətrafı bükən əzələlər yığıldığı zaman açıcı əzələlər 
boşalır. Antaqonist əzələlər arasında olan bu qarşılıqlı 
əlaqəyə  səbəb mərkəzi sinir sisteminə oyanma və tor-
mozlanma hadisələrinin baş verməsidir. 
 1897-ci 
ildə N.E.Vvedenski müəyyən etdi ki, sinir 
mərkəzlərindən birinin, məsələn, ön ətrafın bükücü 
əzələlərini tənzimləyən mərkəzi qıcıqlandırdıqda digər 
yarımkürələrdəki eyniadlı mərkəzin oyanıqlığı enir. Həmin 
mərkəzin antaqonisti olan mərkəzin oyanıqlığı yüksəlir. 
Beləliklə, elmdə ilk dəfə olaraq antaqonist mərkəzlərin qar-
şılıqlı  əlaqəsi, yəni respirok sürətdə  dəyişməsi faktı 
müəyyən edildi. Respirok sinirlənmə, müvafiq mərkəzlərdə 
oyanma hadisəsi baş verdiyi zaman antaqonist mərkəzdə 
ləngimə hadisəsinin əmələ gəlməsidir. 
 N.E.Vvedenski 
ilk 
dəfə resiprok sinirlənmənin 
fizioloji mexanizmini müəyyən etdi. 
 
Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin