Şəkil 83. Böyrəküstü vəzin sxematik təsviri və onun böyrəklərlə
əlaqəsi onurğalı heyvanlarda (Qorbmana görə): 1-akula; 2-
sümüklü balıqlar; 3-quyruqlu amfibilər; 4-quyruqsuz amfibilər; 5-
ilan;
6-kərtənkələ; 7-quş; 8-məməlilər.
Melanin ifrazı tənzimində hipofizin orta payının
hormonu-melanotropin və epifizin hormonu melatonin
iştirak edir.
Melanoforun
fəaliyyətinə AKT hormonunun təsiri
var. Bu təsir özünü hipofizi çıxarılmış qurbağanın
dərisinin ağarmasında biruzə verir. Həmin qurbağanın
qarın boşluğuna AKT hormonu yeritdikdə, onun dərisi
yenidən tündləşir.
Lazım olan material və avadanlıqlar: mikroskop,
113
göz qayçısı, skalpel, ucu əyri pinset, Pean sıxıcısı, göz
iynəsi, iynə tutan, şpris (2 – 5 ml), sap, tənzif, pambıq,
tampon, pituitrin, adrenalin (1:10000), fizioloji məhlul (0,6
%), qurbağa.
İşin gedişi:
1.
Qurbağada dəri piqmentinə pituitrinin təsiri.
Təcrübədən əvvəl qurbağa işıqda saxlanılır. Banka pən-
cərəyə yaxın tərəfindən başqa hər tərəfi ağ kağıza bürünür.
Ağ fonda qurbağanın rənginin solğunlaşması aydın
görünür.
Şəkil 84. Mikroskop altında qurbağanın üzmə pərdəsinin
görünüşü: 1-arteriya; 2,3-arteriola; 4-kapilyar tor; 5-kapilyar; 6-
vena;
7-venula; 8-melanofor.
Ağarmış qurbağanın üzmə pərdəsini ehtiyatla
mantar lövhədəki dəlik üzərinə bərkidib, mikroskop
altında melanoforları müşahidə edirik; melanoforlar
nöqtələr şəklində görünür. Sonra qurbağanın qarın
boşluğuna 0,2 ml pituitrin yeridirik və ağ fonu olan banka-
ya qoyuruq. 30 dəqiqədən sonra qurbağanın dərisinin
tündləşdiyini müşahidə edirik.
Melanoforların çıxıntılarına pituitrini yeritdikdən
40 – 60 dəqiqə sonra sıx tor əmələ gətirirlər.
114
2.Adrenalinin melanoforlara təsiri. Qurbağanın
limfa kisəsinə 1 ml adrenalin yeritdikdə, müəyyən müd-
dətdən sonra onun dərisi ağarır.
Şəkil 85. Böyrəküstü vəzin nahiyəvi strukturu:
1-xarici kapsula; 2-yumaqcıq zona; 3-dəstə zonası; 4-damarlı
zona; 5-böyrəküstü vəzin qabığını beyin nahiyəsindən ayıran
birləşdirici toxuma kapsulu; 6-beyin qatı.
3. Hipofizi çıxarılmış (hipofizektomiya edilmiş)
qurbağada pituitrinin melanoforlara təsiri. İtdə və
başqa istiqanlı heyvanlarda olduğu kimi qurbağalarda da
hipofizi çıxarmaq və bununla əlaqədar olan dəyişiklikləri
müşahidə etmək olar. Bu iş üçün mümkün qədər iri və dişi
qurbağa seçirlər. Dişi qurbağalar erkək qurbağalara
nisbətən cərrahi əməliyyata daha dözümlü olurlar.
Qurbağalar narkozu yaxşı keçirmədikləri üçün
əməliyyatı bilavasitə narkozsuz şəraitdə aparırlar.
Qurbağanı arxası üstə mantar lövhəyə uzadıb, nazik
115
sancaq vasitəsilə çənəni və ətrafları həmin lövhəyə
bərkidirlər. Qurbağanın ağzını pinset vasitəsilə geniş
açırlar. Qurbağanın ağzı açılmış vəziyyətdə qalsın deyə alt
çənəni liqatura ilə bağlayıb, bir qədər dartıb mantar
lövhəyə bərkidirlər.
Şəkil 86. İtin böyrəküstü vəzinin mikrostrukturu.
1-kapsula; 2-qabıq maddəsi; 3-beyin maddəsi;
4-veqatativ qanqli; 5-qan damarları; 6-birləşdirici toxumanın qoşqu
qayışı; 7-yumaqcıqlı zona; 8-dəstəli zona; 9-damarlı zona;
10-xromofin hüceyrələr; 11-kapilyarlar.
Qurbağanın ağzını geniş ayırdıqda damağı aydın
görmək olur. Damağın selikli qişasını orta xətt üzrə göz
almalarından bir qədər aşağı boylama istiqamətdə kəsirlər.
Kəsilmiş selikli qişanın kənarlarını bir-birindən ayırırlar.
Kəsilmiş selikli qişanın kənarlarının ayrılmış vəziyyətdə
qalması üçün selikli qişaya hər iki tərəfdən 10 – 20 qr yük
asılmış nazik qarmaq keçirirlər. Kəllənin aşağı əsasını
təşkil edən istiqanlı heyvanların əsas sümüyünə uyğun
116
gələn sümüyü (os parabasali) qayçının iti ucu ilə çox ehti-
yatla deşib açırlar. Həmin dəlikdən 1,0 – 1,5 mm ölçüdə
hipofiz vəzi aydın görünür.
Pinset
vasitəsilə hipofizi qoparıb çıxarırlar. Yükü
selikli qişadan ayırdıqdan sonra onun kəsilmiş kənarlarını
bir-birinə yaxınlaşdırıb nazik liqatura ilə tikirlər.
Hipofizi
çıxarılmış qurbağalarda baş verən
dəyişiklikləri vəzi çıxarılandan bir neçə saat və ya bir neçə
gün sonra belə müşahidə etmək mümkündür.
Hər şeydən əvvəl hipofiz çıxarılandan bir az sonra
qurbağanın dərisinin rəngi ağarır. Məlum olduğu kimi, hi-
pofiz bir sıra hormonlar hazırladığı kimi piqment
mübadiləsini nizama salan melanfor hormonu da hazır-
layır. Sonra bu qurbağanın qarın boşluğuna 0,2 ml pituitrin
yetirdikdə, 30 dəqiqə müddətində dərinin tündləşdiyini
müşahidə edirik.
Hipofiz
çıxarılandan 15 – 30 gün sonra qurbağada
əzələ zəifləyi, halsızlıq müşahidə edilir.
Şəkil 87. Qurbağanın ağız boşluğunun sərt damaq tərəfdən
görünüşü: A-selikli qişanı ayırdıqdan sonra; 1-hipofiz yerləşən sahə;
2-3-əsas sümüyü; B-sümük qığırdaq parçasını kənar
etdikdən sonra; 1-hipofiz; 2-boz qabar; 3-görmə çarpazı.
117
31 saylı iş. İtlərdə mədəaltı vəzinin çıxarılması və nəticələri
Lazım olan material və avadanlıqlar: it, cərrahi
masa və alətlər, sarğı materialları, spirt, efir, xloroform,
fizioloji məhlul və s.
Panekreas
vəzi qırmızı-sarımtıl rəngdə olub,
mədənin arxa tərəfində yerləşir. Pankreas vəzi qan
damarları ilə yaxşı təchiz olunmuşdur. Azan siniri və
simpatik sinir lifləri ilə inervasiya olunur. Pankreas vəzi
qarışıq vəzilərdən olub, iki mühüm vəzifə daşıyır. Belə ki,
vəzinin parenximasını təşkil edən kiçik hüceyrələr sekretor
vəzifə daşıyırlar. Bu hüceyrələrin axarları vardır. Onlar
hazırladıqları sekreti axarlar vasitəsilə ümumi pankreas
axarına, ümumi pankreas axarı ilə pankreas şirəsi on
ikibarmaq bağırsağa tökülür.
Pankreas
vəzinin parenximası arasında səpələnmiş
axarları olmayan Langerhans adacıqları daxili sekresiya
vəzifəsi daşıyır. Langerhans adacıqlarının quruluşu və
miqdarı müxtəlif heyvanlarda çox müxtəlifdir. Orta yaşlı
sağlam adamın bir qram pankreas vəzisində orta hesabla
2200-dən 21350-yə qədər Langerhans adacıqları vardır.
Langerhans adaqcıqları pankreas vəzinin çox hissəsini
təşkil edən digər hüceyrələrə nisbətən daha zəngin
kapilyar qan damarları və limfa epitelisi ilə əhatə
olunmuşdur.
Pankreas
vəzinin daxili sekretor funksiyasını 1889-
cu ildə Merinq və Minkovski itlər üzərində təcrübə ilə
öyrənmişlər.
İşin gedişi:
Pankreas vəzin orqanizmin şəkər mübadiləsi üçün
əhəmiyyətini heyvanlarda vəzin bütövlüklə və ya bir
hissəsini kəsib çıxarmaq üsulu ilə öyrənmək olar.
118
Pankreas
vəzin çıxarılması əməliyyatı aseptika və
antiaseptika şəraitində ümumi narkoz altında aparılır.
Arxası üstə cərrahi stola bağlanmış itin qarnının dərisi
üstündəki tükləri təmizləyir, sonra o nahiyəni sabunlu ilıq
su ilə yuyub qurudurlar. Xəncərvarı çıxıntıdan başlanmış
orta xətt üzrə heyvanın qarnının dərisini və dərialtı
toxumanı 10 – 15 sm uzunluğunda kəsirlər.
Dəri və dərialtı təbəqəni kəsdikdən sonra qarın
əzələlərini kəsirlər. Kəsilmiş yaranı ayırdıqda piy
toxuması aydın görünür. Piy toxumasını bir qədər sol qarın
boşluğuna tərəf çəkirlər. Sağ qabırğaaltı nahiyədə oniki-
barmaq bağırsağı və ona birləşmiş pankreas vəzini görmək
olur.
Məlum olduğu kimi vəzin başı, cismi və quyruq
hissələri vardır. Vəzin quyruq hissələri qan damarları ilə
zəngindir. Belə ki, qan damarları quyruq hissədən vəzə
daxil olur. Ona görə vəzin başqa hissələrinə nisbətən
quyruq hissəsində əməliyyat aparmaq bir qədər çətin olur.
Pankreas
vəzi bədəndən kəsib çıxarmaq istədikdə
hər şeydən əvvəl onun qan damarlarını bağlamalı və sonra
kəsmək lazımdır. Bunun üçün vəzidən mümkün qədər
uzaqda hər iki (arteriya və vena) qan damarlarını liqatura
ilə bağlayıb kəsirlər. Pankreas vəzini qan damarlarından
ayırdıqdan sonra, onun quyruq hissəsini
ətraf
toxumalardan və üzvlərdən tamamilə ayırırlar. Bu
məqsədlə peretondan əmələ gəlmiş, onu ətraf üzvlər ilə
birləşdirən xüsusi bağları kəsirlər. Ətraf toxuma və üzv-
lərdən ayrılmış vəzini bir qədər yuxarı qaldırıb yaranın
səthinə çıxarırlar.
Vəzin cismini ətraf toxumalardan ayırmazdan
əvvəl, qanaxma olmasın deyə qan damarlarını bağlayırlar.
Bunun üçün onikibarmaq bağırsağa və vəziyə gələn, bu
119
üzvləri qan ilə təchiz edən iri arteriyanın vəzinin cisminə
gələn xüsusi şaxəsini liqatura ilə bağlayıb kəsirlər. Lakin
vəzinin kiçik qan damarlarını bağlamırlar, kəsilmiş
damarları sıxıcı ilə bururlar. Bu damarlar kəsildikdə belə
az da olsa qanaxma öz-özünə dayanır. Belə qanaxma
əməliyyat üçün qorxu törətmir.
Qan
damarları bağlandıqdan sonra vəzinin böyük
və kiçik axarlarını tapırlar. Axarların altından liqatura
keçirib bağlayır və sonra kəsirlər.
Vəzinin quyruq və cismini ətraf toxumalardan
ayırdıqdan sonra, nəhayət, vəzinin baş hissəsini ətraf
toxumalardan ayırmaq lazımdır. Vəzinin baş hissəsi
onikibarmaq bağırsağa birləşmir, sərbəst halda müsariqəyə
söykənir. Müsariqədən vəzə gedən qan damarlarını
ehtiyatla təmizləyib liqatura ilə bağlayır və kəsirlər.
Vəzin hər üç hissəsini ətraf toxumalardan
ayırdıqdan sonra onu bədəndən ayırıb xaric edirlər. Yaranı
diqqətlə yoxlayıb, axmış qanı tampon vasitəsilə silib
təmizləyirlər.
Pankreas
vəzini çıxartdıqdan sonra yaranı tikirlər.
Əvvəlcə pereton pərdəsini tikirlər. Pərdəni mümkün qədər
nazik liqatura ilə fasiləsiz tikmək lazımdır. Pereton pərdəni
tikdikdən sonra qarın əzələlərini, nəhayət, qarın dərisini
qalın liqatura ilə fasiləli tikişlə tikirlər. Pankreas vəzisi
çıxarılmış heyvan uzun müddət yata bilmir. Belə heyvanın
çox yaşaması üçün heyvana daima insulin hormonu
vururlar. Bundan başqa vəzinin kiçik bir parçasını bədəndə
saxladıqda onun uzun müddət yaşamasına kifayət edir.
Pankreas
vəzinin kiçik bir parçasını bədəndə
saxlayıb çox hissəsinin çıxarılması əməliyyatı, vəzinin bü-
tövlüklə çıxarılması əməliyyatına oxşayır. Lakin bu əmə-
liyyat zamanı vəzinin böyük axarını bağlamamaq şərti ilə
120
axara yaxın vəzinin təxminən 0,8 – 0,9 hissəsini saxlamaq
şərti ilə qalan hissəsini kəsib çıxarırlar.
Pankreas
vəzisi çıxarılmış heyvana vəzi
çıxarılandan bir gün sonra qida verilir. Vəzisi çıxarılmış
heyvanların şəkərləri mənimsəmək qabiliyyəti pozuldu-
ğundan belə heyvana mümkün qədər zülallar ilə zəngin
qida vermək lazımdır.
Heyvanlarda
pankreas
vəzin çıxarılması ilə yaranan
eksperimental pankreatik diabet, demək olar ki, insanlarda
təsadüf edilən şəkər xəstəliyinə oxşayır. Eksperimental
şəkər xəstəliyinin başlıca əlaməti vəzi çıxarılandan sonra
qanda şəkərin artması ilə əlaqədardır. Qanda şəkərin
miqdarı artdıqda şəkər sidiklə ifraz olunmağa başlayır
(qlükozuriya). Pankreas çıxarılandan bir gün sonra qanda
şəkərin miqdarı normaya nisbətən 2 – 3 dəfə arta bilər. Bu
zaman sidikdə şəkərin miqdarı 2%-ə qədər olur. Sonrakı
günlər qanda şəkərin miqdarı 0,5%-ə qədər, sidikdə isə 10 –
15%-ə qədər artır.
Eksperimental
pankreatik
diabetə tutulmuş
heyvanların iştahı artır və onlar çox yeyirlər. Lakin çox
qida qəbul etmələrinə baxmayaraq onlar proqressiv surətdə
arıqlayırlar. Bu xəstəliyin əsas əlamətlərindən biri də külli
miqdarda sidik ifraz etmələridir (poliuriya).
Eksperimental pankreatik diabet xəstəliyinə
tutulmuş heyvanların şəkər mübadiləsinin pozulması
dərəcəsindən asılı olaraq onları müvafiq pəhriz altında
saxlayırlar.
Pankreas
vəzisi çıxarılmış heyvanların
ölməməsindən ötrü onun bədəninə ya insulin vurulur, ya
da cərrahi əməliyyat zamanı vəzinin kiçik bir parçası
bədəndə saxlanılır.
121
32 saylı iş. Qanda şəkər miqdarına insulinin təsiri
Pankreas
vəzi qırmızı-sarımtıl rəngdə olub mədənin
arxa tərəfində yerləşir. Pankreas vəzi qan damarları ilə
yaxşı təchiz olunmuşdur. Azan siniri və simpatik sinir
lifləri ilə innervasiya olunur. Pankreas vəzi qarışıq
vəzilərdən olub iki mühüm vəzifə daşıyır. Belə ki, vəzinin
parenximasını təşkil edən kiçik hüceyrələr sekretor vəzifə
daşıyırlar. Bu hüceyrələrin axarları vardır. Onlar
hazırladıqları sekreti axarlar vasitəsilə ümumi pankreas
axarına, ümumi pankreas axarı ilə pankreas şirəsi
onikibarmaq bağırsağa tökülür.
Pankreas
vəzinin parenximası arasında səpələnmiş
axarları olmayan Langerhans adacıqları daxili sekresiya
vəzifəsi daşıyır. Langerhans adacıqlarının quruluşu və
miqdarı müxtəlif heyvanlarda çox müxtəlifdir. Orta yaşlı
sağlam adamı bir qram pankreas vəzisində orta hesabla
2200-dən 21350-yə qədər Langerhans adacıqları vardır.
Langerhans adacıqları pankreas vəzinin çox hissəsini təşkil
edən digər hüceyrələrə nisbətən daha zəngin kapilyar qan
damarları və limfa epitelisi ilə əhatə olunmuşdur.
Pankreas vəzinin daxili sekretor funksiyası 1889-cu
ildə Merinq və Minkovski itlər üzərində təcrübə ilə
öyrənmişlər.
Mədəaltı vəzi – pankreas, qarışıq vəzilərdəndir. O
bağırsağa həzm şirəsi, qana isə hormonlar ifraz edir.
Pankreas hormonlarından biri insulindir (insulae – adacıq).
Bu hormon vəzin Langerhans adacıqlarının β -hü-
ceyrələrindən ifraz olunur.
İnsulini ilk dəfə 1921-ci ildə iri buynuzlu
122
heyvanların pankreasından almışlar. Bu hormonun təsirilə
hüceyrələrin şəkəri mənimsəmə qabiliyyəti xeyli artır və
qaraciyərdə şəkər qlükogenə çevrilir. Vəzin β -hüceyrələri
fəaliyyətdən düşdükdə şəkərli diabet xəstəliyi baş verir.
Sağlam adamın qanında şəkərin miqdarı adətən 80 – 120
mq%, şəkərli diabet xəstəliyi zamanı isə artaraq 180 – 220
mq% və bəzən daha çox ola bilər. İnsulin ifrazının
azalması ilə baş verən hiperqlikemiya (qanda şəkərin
artması) çoxlu miqdar sidik ifrazı-poliuriya, iştahanın
artması-polidipsiya və sidikdə şəkər tapılması –
qlukozuriya ilə müşayiət olunur.
Eksperimentdə şəkərli diabet yaratmaq üçün hey-
vanın qanına alloksan adlanan kimyəvi maddə yeridilir.
Alloksan mədəaltı vəzin β -hüceyrələrini fəaliyyətdən
salır.
İnsulin ifrazı öz-özünə tənzim (dönən əlaqəlar)
prinsipinə tabe olur. Belə ki, hiperqlikemiya zamanı
insulin ifrazı sürətlənir və əksinə hipoqlikemiya zamanı
insulin ifrazı azalır. Qanda şəkər miqdarının artması və
azalması xüsusi interoreseptorların (angioreseptorların)
qıcıqlanmasına səbəb olur. Bu zaman baş verən
interoseptiv impulslar hipotalamusa və retikulyar
formasiyanın bulbar şöbəsinə çataraq, azan sinir
mərkəzinin tonusunu artırır və ya azaldır. Mədəaltı vəzi
azan sinir şaxələri ilə innervasiya edildiyindən onun
tonusunun dəyişməsi insulin ifrazına müvafiq təsir
göstərir. Langerhans adacıqlarının
α
-hüceyrələrindən
qlükaqon adlanan hormon ifraz olunur. Öz təsirinə görə
qlükaqon insulinin antaqonistidir, yəni bu hormonun təsiri
insulin təsirinə əksdir.
Lazım olan material və avadanlıqlar: şpris, 20%-
123
li qlükoza məhlulu, 0,9%-li fizioloji məhlul, 24 saat
ərzində ac saxlanılmış 4 siçan, şüşə qalpaq.
Təcrübə üçün 3 ədəd siçan götürüb, bunlardan
birinə 10 qram çəki hesabına görə 0,1 vahid, digərinə 0,5
vahid, üçüncüsünə 1 vahid insulin dəri altına yeridilir.
Kontrol üçün götürülmüş dördüncü siçanın dərisi altına isə
0,3 – 0,5 ml fizioloji məhlul vurulur.
Siçanların dərisinə rəng vurmaqla işarələyir və
sonra şüşə qalpaq altına qoyub davranışlarını müşahidə
edirlər. İnsulin almış siçanlarda hipoqlikemik şok əmələ
gəldiyi zaman, onlardan birinin periton boşluğuna 0,25 –
0,5 ml 20%-li qlükoza məhlulu yeridib, sonra siçanların
davranışlarını yenidən müqayisə edirlər. Təcrübə göstərir
ki, dərisi altına fizioloji məhlul yeridilən siçanın
davranışında dəyişiklik olmur. İnsulin alan siçanda isə
hormonun dozasından asılı olaraq müxtəlif vaxt ərzində
şok əlamətləri baş verir. Periton boşluğuna qlükoza
məhlulu yeridilən siçanda şok əlamətləri tədricən yox
olduğu halda, digər 2 siçanda bu əlamətlər davam edir.
124
III FƏSİL
QAN
Qan
bədən çəkisinin 6 – 7,5%-ni təşkil edir. 70 kq
çəkisi olan orta yaşlı insanda 5 – 6 l qədər qan olur. Arte-
rial qan alqırmızı rəngli olub, tərkibində oksigenin miqdarı
20%-ə qədər, venoz qan tünd rəngli olub, tərkibindəki ok-
sigenin miqdarı 12% təşkil edir.
Qan və onun maye hissəsi bədən boşluğu
mayelərinin təkamülü nəticəsində əmələ gəlmiş, orqaniz-
min daxili mühütinin nisbi sabitliyində iştirak edir.
Qanın asas fizioloji xüsusiyyətləri onun formalı
elementlərinin və plazmasının tərkib hissəsi ilə
əlaqədardır.
Qan sistemi orqanizmin həyatını təmin edən
sistemlərdən biri olub, çoxlu vəzifələr yerinə yetirir:
1.
Nəqliyyat funksiyası. Qan damarlarında dövran
edən qan nəqliyyat funksiyasını yerinə yetirir.
Bu isə bir çox digər funksiyaları müəy-
yənləşdirir.
2.
Tənəffüs vəzifəsi. Bu funksiyası ilə qan O
2
və
CO
2
hemoqlobinə birləşdirib daşıyır.
3.
Trofik qidalanma funksiyası. Qan orqanizmin
bütün hüceyrələrini qidalı maddələrlə qlükoza,
amin turşuları, yağlar, vitaminlər, mineral
maddələr və su ilə təmin edir.
4.
Ekskretor funksiyası. Qan toxumalardan me-
tabolizmin son məhsullarını çıxarır. Sidik
cövhəri, sidik turşusu və b. maddələri ifrazat
üzvləri ilə orqanizmdən kənar edir.
5.
Bədənin temperaturunun tənzimində iştirak
125
edir. Enerjili üzvləri soyudur. İstilik itirən
üzvləri isə qızdırır.
6.
Qan hemostazın bəzi konstantını – PH, osmos
təzyiqi (izoosmiya), izononlar (izoioniya) və s.
stabilliyini təmin edir.
7.
Qan toxumalar arasında su-duz mübadiləsini
təmin edir. Kapilyarların arterial hissəsindən
mayelər və duzlar toxumalara daxil olur.
Kapilyarların vena hissəsindən isə qana qayıdır.
8.
Müdafiə funksiyası. Qandakı immun cisimlər
(latınca immunib – bir şeydən azad) immunitetin
(bəzi xəstəliklərə tutulmamalıq) əsas hissəsi
olmaqla müdafiə vəzifəsini yerinə yetirir. Başqa
sözlə, canlı yad cisimlər və kinetik cəhətdən yad
maddələrdən orqanizmi müdafiə edir. Bu
leykositlərin faqasitoz (yunanca phagos – udan,
cytos – hüceyrə) fəaliyyəti (hüceyrə immuniteti)
və qanda olan antitellər, hansı ki, mikrobları
məhv etmək və onların zəhərlərini
zərərsizləşdirmək (humoral immunitet)
vasitəsilə orqanizmi müdafiə edirlər. Bu
vəzifəni, həmçinin bakteriosid properdin
sistemidə yerinə yetirir.
9.
Humoral requlyasiya. Qan nəqliyyat vəzifəsi
sayəsində orqanizmin bütün hissələri arasında
kimyəvi
əlaqə, başqa sözlə humoral
requlyasiyanı təmin edir. Qan hormonları və
digər fizioloji fəal maddələri əmələ gəldiyi
üzvlərdən digər hüceyrələrə aparır.
10.
Kreator əlaqəni təmin edir. Qanın plazması və
formalı elementləri ilə daşınan
makromolekulyar (PHT, nukleotidlər)
126
hüceyrələrarası
məlumatların verilməsini,
zülalların, hüceyrədaxili sintezi proseslərinin
tənzimini, toxumaların bərpası və struktur
quruluşunun saxlanılmasını təmin edir.
Qan plazmadan və formalı elementlərdən ibarətdir.
Formalı elementlər eritrositlər, leykositlər və trombositlər
olmaq üzrə üç növ hüceyrədən ibarətdir.
Qanın plazması azacıq sarımtıl şəffaf maye olub 90
– 92%-i su və 10 – 8%-i bərk maddədən ibarətdir. Qanın
plazmasının tərkibinə zülallar, azotlu birləşmələr, yağ və
digər lipoidlər, şəkər, südturşusu və digər azotsuz
birləşmələr daxildir. Normada qlükozanın qanda miqdarı
85 – 120 mq% olur ki, buna da «Şəkər güzgüsü» deyilir.
Plazmadakı qeyri-üzvü maddələr kationlardan (Na+, K+,
Ca++, Mg++) və anionlardan (Cl,
-
HPO
4
,
2-
HCO
-
3
)
ibarətdir. Qanın qeyri-üzvi maddələri orqanizmdə bir sıra
vacib funksiyaların icrasında iştirak edir. Qan plazmasında
duzlar 0,9 – 1%-ə qədər olur, bunların çox hissəsi suda
həll olmuş haldadır, bir hissəsi isə zülallarla kompleks
birləşmələr əmələ gətirir. Qanın xüsusi çəkisi 1,050 –
1,060, plazmanın xüsusi çəkisi 1,025 – 1,034, formalı
elementlərin xüsusi çəkisi 1,090 olur. Qanın xüsusi çəkisi
areometr vasitəsilə müəyyən edilir.
Qandakı duzların mütləq miqdarı nisbətən sabit
qalır. Bunlar qan plazmasının osmos təzyiqini müəyyən
edir.
Qanın osmos təzyiqi təkamül prosesində nisbi
müvazinət kəsb edir və təxminən bütün ali onurğalı hey-
vanlar üçün bərabər səviyyədə qalır.
Qan və yaxud toxuma mayesində olan maddələrin
molekulyar konsentrasiyası osmos təzyiqini əmələ gətirir.
Qandakı sərbəst hidrogen ionlarının qatılığının son
127
dərəcə böyük fizioloji əhəmiyyəti vardır. Bu ionlar
məhlulun PH-nı «fəal reaksiya»sını müəyyən edirlər. Qan
zəif qələvi reaksiyaya malikdir. Qanın fəal reaksiyasının
qiyməti çox böyük bioloji əhəmiyyətə malikdir. Çünki
hüceyrə prosesləri yalnız müəyyən PH-da normal surətdə
cərəyan edə bilər.
Qanın fəal reaksiyası PH=7,35 – 7,4 osmotik
təzyiqi 7,6-8,1 atmosfer, onkotik təzyiqi isə 0,03 – 0,04
atmosferə bərabərdir.
Qanın özlülüyü (suvaşqanlığı) şərti olaraq vahid
qəbul olunan suyun suvaşqanlığından 5 dəfə, plazmanın
suvaşqanlığından isə 1,7 – 2,2 dəfə çox olur. Qana su-
vaşqanlıq verən əsasən formalı elementlər, qismən isə
plazma zülallarıdır. Qanın özlülüyü Ostvald və ya Deter-
man viskozimetri (latınca viscosus-özlü, yapışqan, su-
vaşqan) vasitəsilə müəyyən olunur.
Qanın əsas fizioloji xüsusiyyətləri onun formalı
elementlərinin və plazmasının tərkib hissəsi ilə
əlaqədardır.
Qan plazmasında laxtalanmada iştirak edən
fermentlərdən başqa qlikogeni parçalayan – amilaza,
yağları parçalayan – lipaza, oksidləşdirici fermentlər – ok-
sidazalar və peroksidazalar vardır. Fermentlər qana ya
qanın formalı elementlərindən və yaxud müxtəlif toxuma
və üzvlərdən daxil olur. Məlumata görə fermentlər qana
həzm aparatından sorulurlar.
Qırmızı qan hüceyrələri müxtəlif heyvanlarda müxtəlif
forma və böyüklüklərinə görə bir-birindən fərqlənirlər.
İnsan və
məməlilərin eritrositləri nüvəsiz
hüceyrələrdir. Balıqlar, amfibilər, suda-quruda yaşayanlar,
sürünənlər və quşların eritrositlərində nüvə vardır, özləri
də oval və yaxud mərciyə bənzər formaya malikdirlər.
Dostları ilə paylaş: |