143
məhluldan çıxarmamaq şərti ilə). O vaxta qədər ki, orta
borudakı qanın rəngi standart borulardakı məhlulun rəngi
ilə uyğunlaşsın. Rənglər uyğunlaşan zaman Hb-nin faizini
və ya miqdarını təyin edirlər.
Şəkil 92. Sali hemometri:
1-ştativ borular ilə; 2- qanı almaq üçün borulu pipet; 3-distillə
edilmiş su üçün pipet; 4-qarışdırmaq üçün şüşə çubuq.
Rəngin uyğunlaşması 14,0 bölgüsündə baş veribsə,
deməli, qanda HB-nin miqdarı 140 q/l-dir və ya 14x6=84
vahiddir.
Yaşlı adamların qanında Hb-nin miqdarı 75 – 85
vahiddir və ya 125 – 140 q/l-dir.
Yeni
doğulmuş uşaqların qanında Hb-nin miqdarı
100 – 120 vahid və ya 170 – 200 q/l-dir.
Dağ rayonlarında yaşayan yaşlı adamların qanında
Hb-nin miqdarı yüksək olur.
39 saylı iş. Qanın rəng göstəricisinin hesablanması
144
Qanda Hb-nin miqdarı ilə eritrositlərin sayı
arasındakı nisbət rəng göstəricisi adlanır və eritrositlərin
Hb-in ilə nə dərəcədə doymasını göstərir.
Normada 1ml qanda 167 q/l və ya 167x10
6
Hb–in
olur.
Eritrositlərin nisbi sayını tapmaq üçün 1 ml qanda
olan eritrositlərin sayını yaşlı adamın eritrositlərinin sayına
bölür və 100-ə vururlar:
%
84
0
,
5
100
2
,
4
=
⋅
=
E
Təcrübədə rəng göstəricisini hesablamaq üçün Hb-nin
nisbi miqdarını eritrositlərin nisbi sayına bölürlər:
83
,
0
84
70 =
=
=
E
Hb
RG
Yaşlı adamda və uşaqlarda RG 0,75 – 0,85-ə
bərabərdir.
Rəng göstəricisini aşağıdakı düsturla hesablayırlar:
H
H
E
E
Hb
Hb
J
F
:
.
.
=
Hb
H
hemoqlobinin E
H
-eritrositlərin normal miqdarı.
Hb və E müvafiq olaraq hemoqlobinin və eritrositlərin
müayinə olunan qandakı miqdarıdır. Düsturda hemoqlo-
binin normal miqdarı 100%, eritrositlərin normal sayı
5.000.000 hesab olunur.
Əgər tədqiq olunan qanda hemoqlobinin miqdarı
90%, eritrositlərin sayı 4.500.000 olmuşsa, düstura əsasən
tapırıq:
Farbe index
1
000
500
4
100
000
000
5
90
.
.
=
=
=
x
x
J
F
Anemiya
zamanı bu rəqəm qalxıb enə bilər və bu
145
hiper-, hipoxromiya adlanır.
Hal-hazırda eritrositdə olan Hb-nin miqarı piko-
qram ilə ölçülür. 1 pikoqram (PQ)=10
-12
q. Orta hesabla bir
eritrositdə normada 33,2 PQ Hb-in olur.
40 saylı iş. Hemoqlobinin spektral təyini
Hemoqlobin bir çox qazlarla (O
2
, CO
2
, hidrogen
peroksid, azot oksidi və başqaları) möhkəm olmayan tez
parçalanan birləşmələr əmələ gətirir.
Hemoqlobinin
əhəmiyyəti onun oksigenlə
birləşərək orqanizmin oksigenə olan ehtiyacını təmin edir.
Atmosfer havasındakı oksigen ağciyər alveollarından
kapilyarlara keçdikdə eritrositlərdəki hemoqlobinlə
birləşərək oksihemoqlobin (HbO
2
) əmələ gətirir, toxuma
və hüceyrələri oksigenlə təmin edir. Bir molekula Hb dörd
molekula oksigenlə birləşməyə qadirdir. 1q Hb özünə 1,34
ml O
2
birləşdirə bilər. Oksihemoqlobin alqırmızı rəngdə
olub, davamsız birləşmədir. Periferik kapilyarlarda O
2
ay-
rılaraq toxumalara keçir və oksidləşmə proseslərində işti-
rak edir. Oksigeni itirmiş Hb reduksiya olunmuş Hb ad-
lanır və karbon qazı ilə birləşərək karbohemoqlobini
(HbCO
2
) əmələ gətirir. Karbohemoqlobin ağciyər
kapilyarlarında parçalanır, karbon qazı (CO
2
) xaric olur.
Bu cür Hb tünd qırmızı rəngdə olur.
Hemoqlobinin
dəm qazı ilə (CO) birləşməsi kar-
boksihemoqlobin (HbCO) əmələ gətirir. Hemoqlobin,
oksigenə nisbətən, dəm qazı ilə daha tez (150 dəfə) birləşir
və möhkəm olur. Atmofser havasında dəm qazının miqdarı
0,07% olduqda hemoqlobinin 50%-i karboksihemoqlobinə
çevrilir.
Karboksihemoqlobinin parçalanması oksihemo-
146
qlobinə nisbətən 300 dəfə zəif olur. Dəm qazı ilə
zəhərlənmiş şəxsə ilk yardım təmiz havaya çıxmaqdır.
Bəzi duzlarla, məsələn, kalium, xlor, kalium per-
manqanat, qırmızı qan duzu, bertole duzu və s.
oksidləşdiricilərlə zəhərləndikdə Hb-nin yeni törəməsi
methemoqlobin (HbOH) əmələ gəlir. Belə qanın rəngi tünd
şokalad rəngində olur. Bu birləşmədə hemoqlobinin
tərkibində olan ikivalentli dəmir üçvalentli dəmirə çevrilir və
möhkəm, parçalanmayan sabit birləşmə əmələ gətirir. Qanda
methomoqlobinin toplanması ölümə səbəb olur.
Hemoqlobin və onun birləşmələrinin hər biri özünə
məxsus işığı udma spektrinə malikdir.
Klinikada və tibbi eksperitizada hemoqlobinin
spektral təhlili böyük əhəmiyyətə malikdir. Bu zaman
qanın tərkibində olan bu və ya digər piqmentlərin varlığı
aşkar edilir.
Spektral analiz spektroskop cihazı ilə aparılır (şəkil 93).
Şəkil 93. 1-spektroskop; 2-ştativ; 3-sınaq şüşəsi;
4-işıq mənbəyi.
Lazım olan material və avadanlıqlar:
spektroskop, defibrinə olunmuş qan, işıq mənbəyi, ştativ,
147
sınaq şüşələri, qırmızı qan duzunun doymuş məhlulu,
Stoks məhlulu, natrium hiposulfit kristalları, ammonium
sulfit kristalları, şüşə çubuqları, küvet, (Stoks məhlulu
hazırlamaq üçün 1 hissə dəmir kuporosu, 2 hissə tartarat
turşusu, 15 hissə distillə olunmuş suda həll edilir (ana
məhlul)). İstifadə üçün bu məhlulun üzərinə yaşıl rəng
alınana qədər ammonyak əlavə edilir.
İşin gedişi: Spektroskopda adi işığın spektrini
müşahidə edib, küvetə 100 – 200 dəfə durulaşdırılmış di-
fibrinə qan töküb spektroskopla işıq mənbəyi arasında
yerləşdirilir.
a) Oksihemoqlobinin (HbO
2
) spektral təhlili.
Spektroskopa təxminən baxıb ağ spektr rəngini
çəkmək lazımdır. Xüsusi sınaq borusuna bir damla
defibrinə olunmuş qan əlavə edib, 3 – 4 ml distillə olun-
muş su ilə durulaşdırdıqdan sonra onu işıq mənbəyi ilə
spektroskop arasında yerləşdirib qanı duzlaşdırdıqca spek-
tri izləyirlər. Spektrin yaşıl-sarı hissəsində 2 qara zolaq
görünməyə başlayacaqdır. Durulaşdırmanı davam etdikdə
isə həmin zolaqlar itməyə başlayacaq.
148
Şəkil 94. Hemoqlobin və onun birləşmələrinin spektrləri:
1-işıq spektri; 2-oksi hemoqlobin; 3-reduksiya olunmuş
hemoqlobin; 4-methemoqlobin; 5-karboksihemoqlobin.
b)
Bərpa olunmuş hemoqlobinin spektral təhlili.
Bərpa olunmuş Hb-ni almaq üçün oksihemoqlobin məh-
luluna bərpaedici maddələrdən (ammonium sulfat, hipo-
sulfit natrium, Stoks məhlulu və s.) bir neçə damla və ya
kristal əlavə olunur 3 – 4 dəqiqədən sonra spektrin yaşıl-
sarı hissəsində enli bir zolaq əmələ gəlir. Bu zaman
məhlulun rəngi açıq-qırmızı rəngdən göyümtül-qırmızı
rəngə çevrilir.
c) Methemoqlobinin (Met Hb, HbOH) spektral
təhlili. Difibrinə olunmuş qanı beş dəfə distillə su ilə duru-
laşdırıb, üzərinə bir neçə damcı qırmızı qan duzu əlavə
edib qarışdırırlar. Bu zaman məhlulun rəngi tünd-qırmızı
rəngə çevrilir. Spektrdə üç zolaq: bir qımızı hissədə, biri
qırmızı-narıncı sərhəddə, digəri isə yaşıl-sarı hissədə
əmələ gəlir.
d) Karboksihemoqlobinin (HbCO) spektral
təhlili. Karboksihemoqlobin almaq üçün difbrinə olunmuş
qandan dəm qazı keçirilir. Dəm qazını almaq üçün sulfat
turşusunun qarışqa turşusuna təsiri lazımdır. Karboksi-
hemoqlobinin spektrdə qırmızı-narıncı sərhəddə görünən
iki zolaqdan ibarətdir və bu zolaqlar bir qədər bənövşəyi
uca yaxın yerləşir, həmçinin bərpaedici maddələrin
təsirindən itmir.
41 saylı iş. Fotoelektrokalorimetrin köməyilə hemoqlo-
binin miqdarının təyini (ekspres metod)
Fotoelektrokalorimetr gərginlik stabilizato-rundan,
149
əqrəbli qalvanometrdən, durulaşdırılmış və hemoliz olun-
muş qanla sınaq üçün küvet və potensimetrdən ibarətdir.
Fotoelektrokalorimetrin
iş prinsipi. Əgər hemo-
qlobin olan məhlul işıq mənbəyi ilə fotoelement arasında
yerləşdirilsə, onda fotoelementinə işıqlanma dərəcəsi
məhluldakı hemoqlobinin miqdarından asılı olacaqdır.
Beləliklə, məhlulda Hb-in miqdarı nə qədər çox olarsa, o
qədər də müəyyən uzunluqlu işıq şüaları fotoelementə az
oyanma qalvanometrin əqrəbini bölgülü şkala üzərində
hərəkət etdirir ki, bu da qanda Hb-nin nisbi miqdarını %-lə
təyin etməyə imkan verir (şəkil 95).
Şəkil 95. Fotoelektrokalorimetrin öndən görünüşü:
1-stabilizator; 2-qalvonometr; 3-küvet; 4-potensiometr.
Lazım olan material və avadanlıqlar: Fotoelek-
trokalorimetr, filtr kağızı, skarifokator, 3,5% NaCl, efir,
yod, spirt, pambıq.
İşin gedişi: Hemoqlobinin miqdarını təyin etmək
üçün adi üsulla barmaqdan Sali pipetkası ilə qan alıb, sı-
naq şüşəsindəki 4ml 1%-li məhlul ilə qarışdırılır. Həmin
150
sınaq şüşəsi ilə 0,1ml 3%-li məhluldan əlavə edilir; qarışıq
küvetə tökülür. Bir-iki dəqiqə sonra hemoliz müşahidə
edilir. Qalvonometr stabilizator ilə əlaqələndirilir və işıq
mənbəyinə qoşulur. Sonra cihazın paneldəki dəstəyi fır-
latmaqla Hb təyin edilir.
Qalvonometrin
əqrəbinin tutduğu vəziyyəti qeyd
edərək, qanda Hb-in nisbi miqdarı müəyyən edilir.
42 saylı iş. Ağ qan cisimciklərinin (leykositlərin) sayıl-
ması və leykoformula
Ağ qan hüceyrələri – leykositlər – orqanizmin əsas
müdafiə vasitələri hesab olunurlar. Onlar orqanizmə düşən
mikrob və yad cisimcikləri tutub udmaq qabiliyyətinə
malikdirlər (foqositoz), immun cisimciklər yaradırlar və
zülal tərkibli zəhərli maddələrin parçalanmasında iştirak
edirlər.
Sağlam orta yaşlı şəxslərin 1 mm
3
qanında 6 – 8 min
leykosit (leukos yunanca ağ deməkdir) olur. Yeni doğulmuş
uşaqların qanında 25 – 30 min, bir yaşında uşaqların qanında
11000 olur. Beş günə qədər qanda neytrofillər, 5 gündən 5
yaşına qədər isə limfositlər əsas yer tutur.
Müxtəlif heyvanların qanında leykositlərin miqdarı
müxtəlifdir: atda 7 – 11 min, inəkdə 8 – 9 min, keçidə 11 –
14 min, donuzda 7 – 12 min, dovşanda 6 – 8 min, quşlarda
20 – 50 min olur.
Leykositlər iki qrupa bölünür: 1. dənəlilər
(qranulisitlər); 2. dənəsizlər (aqranulositlər).
Cədvəl 6
Sağlam yaşlı adamın leykoformulası (%-lə)
Qranulositlər Aqronulositlər
b
a
z
e
o
z
i
Neytrofillər
l
i
m
m
on
osit
l
151
mielositl
ər
metamielo
s
it
çubuq
nüv
əli
seqment
nüv
əli
0-1,0 0,5-5,0 0 0-1,0
1,0-6,0
47-72 19-37 3-11
Yaranmasına və formasına görə leykositlər bir-
birindən fərqlənirlər. Dənəvər leykositlər sümük iliyində
yaranırlar. Bəzi fizioloji vəziyyətlərdə (əzələ işi zamanı 18
minə, tələbələrdə imtahan zaman 11 minə qədər)
leykositlərin miqdarı arta bilər. Leykositoz iltihab
prosesinin ən vacib göstəricisi kimi diaqnostik əhəmiyyətə
malikdir (appendisit, angina və s.).
Leykositləri də eritrositlər kimi həm say kamerası
ilə, həm də sillaskopla avtomatik saymaq mümkündür.
Leykositləri saymaq üçün melanjerdən istifadə
edirlər (şəkil 88, 89, 90). Durulaşdırıcı məhlul kimi
metilen abısı ilə boyanmış 3%-li sirkə turşusundan istifadə
olunur (Türk məhlulu). Sirkə turşusu eritrositləri hemolizə
uğratdığına və metilen abısı leykositlərin nüvəsini
boyadığına görə leykositləri saymaq mümkün olur.
Lazım olan material və avadanlıqlar: mikroskop
(oknulyar 15), say kamerası, leykositləri saymaq üçün
melanjer, skarifikator, cilalama şüşəsi, 3%-li çirkə turşusu
məhlulu, spirt, yod, efir, pambıq.
İşin gedişi: Barmaqdan alınan qanı melanjerin 0,5
bölgüsünədək çəkir və bunun üzərinə 11 bölgüsünədək
Türk məhlulu tökülər. Bu qarışığı çalxalayıb ilk damcısını
kənara atdıqdan sonra ikinci damcı örtük şüşə ilə örtülmüş
Qoryayev say kamerası üzərinə damızdırılır. Leykositlərin
miqdarı az olduğundan, onları say torunun 25 böyük
kvadratında sayırlar. Hər bir böyük kvadratda 16 kiçik
152
kvadrat və hər bir kiçik kvadratın həcmi 1/4000 mm
3
olduğunu nəzərə alsaq, leykositlərin 1 mm
3
qandakı
ümumi sayını aşağıdakı düsturla hesablamaq olar:
16
25
20
4000
⋅
⋅
⋅
=
x
L
və ya
200
⋅
= x
L
L – 1 mm
3
qanda leykositlərin sayı;
X – sayılmış leykositlərin miqdarı;
1/4000 – kiçik kvadratın həcmi;
(25
⋅16) – kiçik kvadratın sayı;
20 – qanın qarışığı və ya durulaşması.
Tutaq ki, tələbənin 1mm
3
qanında 400 kiçik kvad-
ratda lekositlərin sayı 30 – 40-a bərabərdir. Onda
leykositlərin sayı x=30-40. L=40·200=8000-ə bərabər olur.
43 saylı iş. Trombositlərin sayılması
Trombositlər (thrombos yunanca-laxta deməkdir), və
ya qan lövhəcikləri, qanın formalı elementi olub, qanın lax-
talanmasında böyük rol oynayır. Sağlam yaşlı şəxsin 1 mm
3
qanında 200 – 400 min trombosit olur.
Trombositlərin miqdarının azalması (trombopeniya)
qanın laxtalanması prosesinin zəifləməsinə səbəb olur.
Trombositlərin miqdarı normadan artıq olduqda isə (trom-
sitoz) qanın laxtalanması sürətlənir.
Lazım olan material və avadanlıqlar: mikroskop,
Qoryayev say kamerası, melanjer (eritrositlər üçün), duru-
laşdırıcı məhlul, skarifikator, spirt, efir, yod, pambıq. Du-
rulaşdırıcı məhlulu hazırlamaq üçün 100 ml distillə olun-
muş suya 3,8 q natrium sitrat duzu, 0,57 q natrium xlorid
duzu, 0,15 q metilen abısı töküb qarışığı qaynadırlar.
Sonra qarışıq soyudulur, süzülür və üzərinə 2 – 3 damcı
153
formalin əlavə edilir.
İşin gedişi: Barmaqdan qanı melanjerin 0,5 böl-
güsünə qədər çəkib və 101 bölgüsünədək durulaşdırıcı
məhlulu çəkirik. Melanjeri I və III barmaqlar arasında sıx-
araq möhkəm çalxalayırlar. Trombositlərin yaxşı bo-
yanması üçün melanjer 10 – 15 dəqiqə hərəkətsiz sax-
lanılır. Sonra melanjerdəki qarışıq təkrar çalxalanır və
qarışığın 2 – 3 damcısı kənara atılır, sonrakı damla isə
örtük şüşəsi ilə örtülmüş say kamerasının üzərinə damız-
dırılır. Eritrositlərin arasında bərabər səpələnmiş
trombositlər mavi rəngə boyanmış şəkildə görünür.
Trombositlər 25 böyük kvadratda sayılır. 1 mm
3
qanda
trombositləri saymaq üçün aşağıdakı düsturdan istifadə
edilir:
16
25
200
4000
⋅
⋅
⋅
=
x
T
və ya
2000
⋅
= x
T
T – 1 mm
3
qanda trombositlərin sayı;
X – 25 böyük kvadratdakı trombositlərin sayı;
1/4000
– kiçik kvadratın həcmi,
200
–
durulaşdırma dərəcəsi.
Tutaq ki, 400 kiçik kvadratda sayılan trombositlərin
sayı 100 – 200 arasında dəyişir. Deməli, x=100,200. x-in
qiymətini düsturda yerinə qoyub trombositlərin sayının 200
min və ya 400 min olduğunu tapırıq.
44 saylı iş. Qanın laxtalanma müddətinin təyini
Qanın laxtalanması orqanizmin müdafiə
vasitələrindən olub, həyat üçün təhlükəli olan qanitirmənin
qarşısını almaqla böyük rol oynayır.
Qanın laxtalanması bioloji, fermentativ proseslərlə
154
əlaqədardır.
Qan
damarı zəiflədikdə və ya kəsildikdə damardan
axan qan bir neçə dəqiqədən sonra laxtalanır. Əmələ gələn
laxta kəsilmiş yeri tutaraq qanaxamanın qarşısını alır.
Müxtəlif heyvanlarda qan müxtəlif vaxtlarda laxta-
lanır: ən tez quşların, ən gec isə soyuqqanlı heyvanların
qanı laxtalanır. İnsanın qanı normada 4 – 6 dəqiqəyə laxta-
lanır.
Müasir
məlumata görə qanın laxtalanmasının
əsasını plazmada olan fibrinogen zülalının fiziki və
kimyəvi xassələrinin dəyişilməsi təşkil edir.
Plazmadakı laxtalanma amilləri bunlardır: I – fi-
brinogen; II – protrombin; III – tromboplastin; IV – kal-
sium ionları; V-proakselerin; VI – akselerin; VII –
prokonvertin, VIII – antihimofil A qlobulin; IX – anti-
hemofil B qlobulin; X-trombotropin; XI – tromboplastinə
başlanğıc olan qlobulin; XII – Hageman amili.
Plazma
amillərindən başqa qanın laxtalanmasında
digər amillər də iştirak edir ki, bunlar trombositlərin və
toxumaların zədələnməsi zamanı meydana çıxır.
Laxtalanmanın ilk mərhələsi qan və toxuma trom-
boplastininin əmələ gəlməsidir. Cərəyan edən qanda
adətən tromboplastin olmur. Lakin tromosit parçalandıqda,
ondan ayrılan amilin V,VIII, IX, X, XI, XII amillərlə və
kalsium ionları ilə qarşılıqlı təsiri nəticəsində trom-
boplastin əmələ gəlir. Toxuma tromboplastini isə, toxuma
şirəsinin V, VII, X amillərlə və kalsium ionları və qar-
şılıqlı təsiri nəticəsində yaranır.
II
mərhələ VI, X amillərin və kalsium ionlarının
iştirakı ilə tromboplastinin təsirindən protrombinin
trombinə çevrilməsindən ibarət olur.
III
mərhələdə isə qan lövhəciklərindəki iki amilin
155
və kalsium ionlarının iştirakı ilə trombin plazmadakı
fibrinogenə təsir göstərib, onu həll olmayan hala – fibrinə
çevrir, yəni qan laxtası (tromb) əmələ gəlir. Yuxarıda ad-
ları çəkilən amillərdən hər hansı biri çatışmadıqda qanın
laxtalanma qabiliyyəti itmiş olur.
Qanın laxtalanması, qanın plazmasında həll olmuş
fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi
ilə əlaqədardır.
Fibrinogenin fibrinə çevrilməsinə təsir göstərən
amillərin bir hissəsi plazmada, digər hissəsi qan
hüceyrələrində yerləşir.
Beləliklə, məlum olmuşdur ki, qanın laxtalanması
zamanı trombositlər, leykositlər və eritrositlərdə trom-
boplastin adlı ferment var. Qanın damarı zədələndikdə
digər qan hüceyrələrinə nisbətən daha incə və zərif
trombositlər hamar olmayan kəsilmiş qan damarının di-
varına toxunduqda və eləcə də hamar olmayan səthdə axıt-
dıqda partlayırlar. Trombositlərdən ayrılan tromoplastin
plazmaya qarışır, plazmada olan qeyri-fəal protrombin fəal
trombinə çevrilir. Bu çevrilmədə CaCl
2
duzlarının da
əhəmiyyəti böyükdür. Əmələ gələn trombin fibrinogenə
təsir edərək onu fibrin tellərinə çevrilir. Fibrin tellərinin
üzərinə qanın formalı elementləri toplanaraq qan laxta-
lanmağa başlayır.
Laxtalanmış qanın duru hissəsinə zərdab deyilir.
Fibrini çıxarılmış qana defibrinə edilmiş qan deyilir.
Qanda CaCl
2
duzlarının natrium sistrat məhlulu ilə
çökdürülməsi zamanı qan laxtalanmır; bu cür qan
dekalsinə olunmuş qan adlanır.
Müalicə vasitə kimi xəstələrə defbrinə və ya
dekalsinə olunmuş qanı köçürmək olar.
Müxtəlif amillər qanın laxtalanmasına təsir edə
156
bilər:
Yüksək hərarət qanın laxtalanmasını sürətləndirir,
aşağı hərarət isə ləngidir.
Qara ciyər və ağ ciyərlərdə sintez olunan heparin, ağız
suyundakı hirudin qanın laxtalanmasının qarşısını alır.
«K» vitamini laxtalanmanı sürətləndirir.
Lazım olan material və avadanlıqlar: su hamamı,
su termometiri, Sali pipetkası, skarifikator, üzərinə parafin
çəkilmiş saat şüşəsi, ucu qarmaqşəkilli şüşə çubuq və ya
metal qarmaq, vazilin yağı, distillə su, spirt, yod, efir,
pambıq, saniyəölçən.
İşin gedişi:
a. Miloni üsulu qanın laxtalanma müddəti qan
damlası deformasiyasının kəsilməsinə əsaslanır.
Qan damcısının qurumasının qarşısını almaq üçün
yüksək nəmliyə malik kameradan istifadə edilir. Kamera
daxilində yerləşmiş, isladılmış tənzifin üzərinə 6 ədəd
təmiz əşya şüşəsi qoyulur. Hər bir şüşə üzərinə barmaqdan
bir damla qan damızdırılır. Altı damla qan 20 – 30 saniyə
ərzində götürülməlidir. Qan damcısı olan əşya şüşələri
Petri kasası ilə örtülür.
2 dəqiqədən sonra 1-ci şüşəni, 4 dəqiqədən sonra 2-
ci, 6 dəqiqədən sonra 3-cü, 8 dəqiqədən sonra 4-cü və s.
götürüb əyməklə damcının deformasiyası izlənilir.
Hansında damcı öz formasını dəyişmirsə həmin an laxta-
lanmanı göstərir.
b. Masa və Maqro üsulu. Əvvəlcə parafinləşmiş
saat şüşəsi üzərinə bir damcı vazilen yağı damızdırılır.
Kapilyar pipetlə vazilen yağını çəkib geri üfürməklə onun
daxili səthi hamar vəziyyətə gətirilir. Sonra barmaqdan
xaric olan qanı kapilyar pipetə çəkir və saat şüşəsi
üzərindəki vazilen yağı damcısı içərisinə üfürülür.
157
Nəhayət, qanı kapilyar pipetə çəkmək mümkün olmur ki,
bu an qanın laxtalandığını göstərir. Bu üsulla qanın laxta-
lanma müdəti 15 – 20
0
C hərarəti olan otaqda 8 – 12
dəqiqəyə bərabər olur.
c. Li və Uayt üsulu. Barmaqdan xaric olan qan
damlası əşya şüşəsi üzərinə yerləşdirilir. Hər 10 saniyədən
bir əşya şüşəsini əyməklə qan damlasının axmasına fikir
verilir. Şüşəni əyərkən qan damlasının formasının
dəyişmədiyi an qanın laxtalanmasının başlanğıcını gös-
tərir.
Müxtəlif amillərin qanın laxtalanmasına təsirini
öyrənmək üçün heyvanlar üzərində təcrübə aparılır. Bu
məqsədlə dovşan, pişik və ya itin məlum olan üsulla yuxu
arteriyasına kanyulə keçirilir və ya şpris vasitəsilə qan
alınır, sınaq borusuna tökülür. Qanın hərarətini saxlamaq
üçün onun 37
0
C su hamamında yerləşdirirlər.
Sitrat məhlulu ilə qarışdırılmış qan laxtalanmır;
fizioloji məhlul ilə qarışdırılmış qan bir müddətdən sonra
laxtalanır.
Laxtalanma zamanı fibrin tellərini müşahidə etmək
üçün kimyəvi stəkana alınmış qanı süpürgə çöpləri ilə
qarışdırdıqda qan tez laxtalanır və fibrin telləri süpürgə
çöplərinə ilişir; süpürgə çöplərini axar su altında sax-
ladıqda fibrin telləri formalı elementlərdən təmizləndikləri
üçün şəffaf telləri aydın görünür.
Dostları ilə paylaş: |