Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,71 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix01.01.2017
ölçüsü6,71 Mb.
#4074
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

128
Eritrositlərin  əmələ  gəlməsi prosesi, pozulduğu və qanda 
bunların miqdarı azaldığı zaman insanda nüvəli eritrositlər 
meydana gəlir. 
 Kişilərdə bir kubmillimetr qanda 5 milyon, qad-
ınlarda 4,5 milyona yaxın eritrosit olur. Ömürləri 120 – 
130 günə  qədər olur. Eritrositlərin səthi onların malik 
olduqları boy və həcmlə əlaqədardır. 
İ.M.Seçenov  (1835) ilk dəfə müəyyən etmişdir ki, 
eritrositlər və onlarda olan hemoqlobin nəinki oksigen, 
hətta karbon qazı da daşıyırlar. 
Eritrositlərə nisbətən qandakı leykositlər və yaxud 
ağ qan hüceyrələri azdırlar, bu hüceyrələr arasında olan 
nisbət təxminən 1:600-ə olan nisbətinə bərabərdir. 
İnsan qanının bir kubmillimetrində 6 – 8 min 
leykosit vardır. Leykositlərin ömrü bir neçə gündən on 
illərlə davam edir.  
Ümumi qanın miqdarı insanda və müxtəlif hey-
vanlarda müxtəlifdir.  İnsanda qanın miqdarı  bədən 
ağırlığının 5 – 7%-ni təşkil edir. 
Orqanizmin toxumalarını  təşkil edən hüceyrələr 
müəyyən müddət yaşadıqdan sonra qocalır, degenerasi-
yaya uğrayır və  nəhayət, ölürlər. Ölmüş hüceyrələrin 
yerini yeniləri əvəz edir.  
 Embrion  doğulana qədər qan sümük iliyi, qaraciyər 
və dalağın iştirakı ilə yaranır. Bundan sonra qan yaranma-
sının postembrional dövrü başlayır. 
Bu dövrdə hər qrup qan hüceyrəsinin yarandığı yer 
qəti müəyyən edilir. Belə ki, eritrositlər, qranulositlər və 
trombositlər sümük iliyində, limfositlər dalaq və limfa 
düyünlərində, monositlər isə retikulo-endotelial sistemdə 
yaranırlar. 
 

 
129
 
 
 
33 saylı iş. Müxtəlif heyvanlarda qanalma üsulları və 
qanın morfoloji tərkibinin müşahidəsi 
  
 Lazım olan vəsait:  müxtəlif heyvanların qanından 
hazırlanmış preparatlar, mikroskop, spirt, efir, şpris, 
konyula, fizioloji məhlul, 5%-li sitrat məhlulu, pambıq, 
əşya şüşələri və s. 
 
İşin qısa məzmunu: 
 
Qırmızı qan hüceyrələri və ya eritrositlər müxtəlif 
heyvanlarda forma və böyüklüklərinə görə bir-birindən 
fərqlənirlər.  İnsan və  məməli heyvanların eritrositləri 
nüvəsiz hüceyrələrdirlər. Balıqlar, suda-quruda yaşayanlar, 
sürünənlər və quşların eritrositlərində nüvə vardır. Özləri 
də oval və yaxud mərciyə  bənzər formaya malikdirlər. 
Məməli heyvanlarda və insanda eritrositlərin  əmələ 
gəlməsi zamanı yetişməmiş eritrositlərdə nüvə olur. Lakin 
sonrakı inkişafda onlar nüvələrini itirirlər. 
 Kişilərdə bir kub millimetr (1 mm
3
) qanında 5 – 5,5 
milyon, qadınlarda isə 4 – 4,5 milyona yaxın eritrosit olur. 
Heyvanlarda eritrositlərin miqdarı  və ölçüləri müxtəlif 
olur. 
 
İnsanda eritrositlərin diametri 7,5 – 8 mikrona, 
qalınlığı 2 – 2,5 mikrona bərabərdir. 
 Eritrositlərin səthi onların böyüklüyü və  həcmilə 
əlaqədardır. Eritrositlərin səthi membranası böyük fizioloji 
əhəmiyyətə malikdir, çünki oksigenin birləşmə  və 
verilməsi bu səthlə  təyin olunur. Bu proses eritrositlərin 
əsas fizioloji vəzifəsidir. Məlum olduğu kimi insanın 
nüvəsiz eritrositlərinin ümumi səthi 3500 kvadrat metr 
 
130
olub, təxminən bədənin səthindən 200 dəfə böyükdür, 
buna da qanın «tənəffüs səthi» deyilir. 
 
 İşin gedişi: 
 Qan 
və limfa orqanizmin daxili mühiti olub, bir çox 
həyat üçün zəruri fizioloji vəzifələr daşıyır. Qanın 
biokimyəvi və morfoloji tərkibini tədqiq etmək üçün insan 
və heyvanlardan müxtəlif üsullar ilə qan almaq olur. İn-
sanlardan qan adətən barmaqdan alınır. 
 
Barmaqdan qan almaq üçün adi iynədən, franqın 
iynəsindən və ya neştərcikdən istifadə edilir. Franqın 
iynəsi muftdan və muft içərisində yerləşmiş yay və 
kəsicidən ibarətdir. 
 Muftu 
hərəkətə  gətirməklə barmağı  zədələyə bilən 
kəsicinin ucunu qısaltmaq və uzatmaq olur. Adətən qanı 
sol əlin dördüncü barmağının yumşaq nahiyəsindən alırlar. 
Barmağı  zədələməzdən  əvvəl franqın iynəsini, həm də 
barmağın zədələnəcək nahiyəsini spirt və efir ilə 
təmizləyirlər. 
 Barmaqdan 
alınan qan təhlil üçün daha dəqiq olsun 
deyə birinci damla qanı silib təmizləyirlər, bundan sonra 
alınan qandan tədqiq üçün istifadə edirlər. Qan alınandan 
sonra barmağı yod ilə silib təmizləyirlər. Qeyd etmək 
lazımdır ki, barmağı zədələməklə barmaqdan çıxan qan o 
qədər də çox olmur. Lakin barmaqdan alınan qan, qanın 
morfoloji tərkibini tədqiq etmək üçün kifayət edir. İnsan-
dan daha çox qan almaq üçün dirsək venasından istifadə 
edirlər. Bu məqsəd üçün qan verən  şəxsin sol qolunu 
dirsəkdən yuxarı jqut və ya rezin boru vasitəsilə  sıxırlar, 
bu zaman dirsək çuxurunda qan ilə dolmuş vena aydın 
görünür. 
 Qan 
alınan nahiyəni spirtlə silirlər. Sterilizə edilmiş 
şprisin iynəsini ehtiyatla venaya keçirirlər.  İynə damara 

 
131
keçən kimi jqutu açırlar. Lazımi qədər qan aldıqdan sonra 
iynəni ehtiyatla damardan çıxarırlar. Həmin nahiyəni yoda 
batırılmış pambıq ilə silib bir qədər sıxırlar. 
 Müxtəlif heyvanlardan qan almaq üçün heyvanların 
qulaq venasından, ya da iri arteriya və vena damarlarından 
istifadə edirlər. Qan götürməzdən  əvvəl qulağın həmin 
nahiyəsini tüklərdən təmizləyib pambığa batırılmış spirtlə 
silirlər. Dovşanların qulaq venası başqa heyvanlarınkına 
nisbətən daha yaxşı inkişaf etdiyi üçün qulağın qan damar-
larını aydın görmək olur. Qulağın kənar venasını iynə ilə 
zədələdikdə lazımi qədər qan almaq olur. 
 
İtlərdə və başqa kənd təsərrüfatı heyvanlarında qu-
lağın kənar venasını iti neştərciklə bir qədər kəsirlər və 
kəsilmiş damardan qan axmağa başlayır. Qan alınandan 
sonra qan axmasın deyə damarı sıxırlar.   
 Quşlardan qan almaq lazım gəldikdə qanadaltı ve-
nadan istifadə edirlər. Qan alınan nahiyəni tüklərdən 
təmizləyib spirtlə silirlər. Damardan qan almaq üçün ya 
damara iynə batırmaqla, ya da şpris vasitəsilə qan alırlar. 
Qeyd etmək lazımdır ki, quşların qanı başqa heyvanların 
qanına nisbətən tez laxtalandığı üçün alınan qanı 
əvvəlcədən hazırlanmış qanın laxtalanmasının qarşısını 
alan məhlul ilə qarışdırırlar. 
 Müxtəlif heyvanların eritrositlərini mikroskop 
altında müşahidə etmək üçün yuxarıda göstərdiyimiz 
qayda ilə qan alıb, qan preparatı hazırlayırlar. Bunun üçün 
əşya şüşəsinə salınmış bir damla qanı şüşə üzərinə yaxır-
lar. Preparat quruduqdan sonra mikroskop altında əvvəlcə 
kiçik, sonra böyük böyüdücü ilə eritrositləri müşahidə 
edirlər. 
 Müxtəlif heyvanların eritrositlərini müşahidə 
etdikdə hər şeydən əvvəl onların formasına, ölçülərinə və 
 
132
onların nüvələrinin olub olmamasını  nəzərə almaq lazım-
dır.  
 
 
34 saylı iş. Analiz üçün qanın alınması 
 
1.  Dovşanın qulağından qanın alınması. 
Eksperimental işləri aparmaq üçün mütəmadi olaraq hey-
vanlardan qan alınır. Dovşanın qulaq venasından qan al-
maq üsulu mürəkkəb deyil.  
Lazım olan material və avadanlıqlar: pinset, şpris 
iynəsi, sınaq şüşəsi, yod, pambıq, spirt, dovşan. 
 
İşin gedişi: Sağlam dovşana əvvəlcədən su içirdilir. 
Dovşanın qulağının kənar hissəsində tüklər pinsetlə 
təmizlənir və  dəri üzərində qulaq venası aydın görünür. 
Qulaq venası başa yaxın hissədə sol əlin iki barmağı ara-
sında sıxılır.  Şpris iynəsi ilə vena deşilir, xaric olan qan 
sınaq şüşəsinə toplanır. Lazım olan miqdarda (70 – 80 ml) 
qanı aldıqdan sonra deşik yeri pambıq tamponu ilə sıxılır. 
 2. 
İnsandan qanın alınması: qan sol əlin dördüncü 
barmağından alınır. 
Lazım olan material və avadanlıqlar:  skarifika-
tor, pambıq, spirt, efir, yod. 
 
İşin gedişi:  
 Qan 
verən tələbə masaya yaxın oturur və əlini ovuc 
səthi yuxarı olmaqla masanın üzərinə qoyur. Qan alan şəxs 
əvvəlcə barmağın ucunu spirtlə sonra isə efirlə silir. Bar-
mağı deşməzdən  əvvəl dəri quru olmalıdır. Skarifikatoru 
barmağın ucuna söykəyib, iti hərəkətlə deşirlər. Bar-
maqdan çıxan ilk damla qan pambıqla silinib atılır, ikinci 
damla isə analiz üçün götürülür. Qan damlası  dəri üzrə 
yayılmalıdır. Qanı götürdükdən sonra barmağın 

 
133
zədələnmiş yerinə spirt və ya yodla isladılmış pambıq 
tamponu qoymaqla qanaxma dayandırılır. 
 
 
35 saylı iş. Eritrositlərin müxtəlif heyvanlarda 
görünüşü və sayılması 
 
 Qanda 
eritrositlərin miqdarı çoxdur. İnsan və  mə-
məli heyvanlarda eritrositlər nüvəsiz olub, 2 tərəfdən 
basıq, qum saatına bənzəyir, diametri 8,0 – 8,5 mikron, 
qalınğılı 2,0 – 2,5 mikrona qədərdir. Eritrosilər qadınlarda 
1 mm
3
 qanda 4,0 – 4,5 mln, kişilərdə isə 4,5 – 5,0 mln 
olur. 
 Eritrositlərə  qırmızı  rəng verən hemoqlobindir 
(Hb). Hemoqlobin mürəkkəb zülalların dəmir ilə üzvi 
birləşməsindən  əmələ  gəlmişdir. Yeniyetmələrin qanında 
13 – 14% hemoqlobin, kişilərdə 13,5 – 14,5, qadınlarda 
12,5 – 13,0% vardır. 
 Müxtəlif heyvanlardan (qurbağa, kərtənkələ, gö-
yərçin, dovşan, ağ siçan) və insandan qan alıb,  şüşə üzə-
rində yaxma hazırlayıb,  əvvəlcə kiçik, sonra isə böyük 
böyüdücü ilə mikroskop altında müşahidə edirlər. Adi 
təcrübədə eritrositləri saymaq üçün eristrositlərə  məxsus 
melanjerdən və Qoryayev say kamerasından istifadə 
edirlər. 
 Melanjer 
(şəkil 88) kapilyarlardan və genişlənmiş 
hissədən (ampuladan) ibarətdir. Kapilyarın üzərində 0,5, 
1,0, ampulanın üstündə isə 101 rəqəmi var. Melanjerin 
ampulaya yaxın ucuna rezin boru keçirilir. 
 Qanı durulaşdırmaq üçün melanjerin ampulası 
daxilində qanla məhlulu yaxşı qarışdırmaq üçün həcmi 1 
mm
3
 olan kiçik muncuq vardır. 
 
134
 
 
Şəkil 88. Eritrosit (a) və leykositlərə (b) məxsus melanjerlər: 
 1 – kapilyar; 2 – ampula. 
 
 
Qaryayev say kamerası (şəkil 89) üst səthi 4 şırımla 
5 sahəyə bölünmüş qalın əşya şüşəsindən ibarətdir. 
 
Şəkil 89. Qaryayevin say kamerası: 
1-üstdən görünüşü; 2-yandan görünüşü; 3-say toru. 

 
135
 
Orta sahə yandakılardan 0,1 mm alçaq olan köndələn 
şırımla 2 hissəyə bölünmüş  və bu hissələrin hər birinin 
üzərində kvadrat formada mikroskopik tor cızılmışdır. Orta 
lövhənin üzərinə örtük şüşəsi ilə örtükdə onların arasında 
0,1 mm dərinliyi olan bir yarıq qalır ki, buraya da təcrübə 
zamanı durulaşdırılmış qan tökülür. 
 
Say toru 225 (15x15) böyük kvadratdan ibarətdir ki, 
bunlardan 25-i üfiqi və  şaquli xətlərlə 16 kiçik kvadrata 
bölünmüşdür. Kiçik kvadratın tərəfləri 1/20mm, dərinliyi 
1/10 mm olduğu üçün həcmi 1/4000 mm
3
a bərabər olur. 
 
Lazım olan material və avadanlıqlar: Qaryayevin 
say kamerası, melanjer, mikroskop, 3%-li NaCl məhlulu, 
skarifikator, spirt, efir, yod, pambıq. 
 
İşin gedişi: Barmaqdan alınmış qan melanjerin 0,5 
bölgüsünədək götürülür və dərhal melanjerin ucunu 3%-li 
NaCl məhlulu olan flakonun içərisinə daxil edib, kapilyara 
hava qabarcıqları düşməməsini gözləmək şərtilə məhluldan 
101 bölgüsünədək çəkilir.  Əgər qan melanjerin 0,5 
bölgəsinədək götürülərsə 200 dəfə,  əksinə qan 1 
bölgüsünədək götürülərsə 100 dəfə durulaşmış olur. 
Eritrositlərin sayılmasında görülən hipertonik məhlulda 
eritrositlər plazmolizə (büzüşməyə) uğrayır. Bu da 
eritrositləri saymaq üçün əlverişli edir. Melanjerdən  şüşə 
ucluqlu rezin borunu çıxarıb 1-ci və 3-cü barmaqlarla onun 
deşiklərini tutub, bir dəqiqə  ərzində çalxalayırlar. 
Durulaşmış qandan 1-2 damcı kənara atır, növbəti damcını 
örtük şüşəsinin kənarı ilə say kamerasının şüşə lövhəsinin 
üzərinə damızdırılır. Sonra say kamerası mikroskopun 
böyük böyüdücüsü altında yerləşdirilir. 
 Eritrositlər diaqonal üzrə 16-ya bölünmüş beş 
böyük kvadratda, yəni 80 kiçik kvadratda sayılır. Kiçik 
kvadratlarda eyni eritrositləri təkrar saymamaq üçün 
 
136
Yeqorov qaydası gözlənilir, yəni hər kiçik kvadratın üst və 
sol tərəflərinin üzərindəki eritrositləri həmin kvadrata aid 
edib sayır, aşağı  və sağ  tərəflərin üzərindəkilər isə 
sayılmır.  
  
Beş böyük kvadratda sayılmış eritrositlərin 
miqdarını  «a»-ilə  işarə etsək, kiçik kvadratın–«həcmi» 
1/4000 mm
3
 olduğunu və qanın 200 dəfə durulaşdığını 
nəzərə alaraq, 1mm
3
 qandakı eritrositlərin miqdarını «E» 
aşağıdakı dütsur ilə hesablamaq olar: 
=



=
16
5
200
4000
X
E
 və ya 
10000

X
E
 
 E=1 
mm
3
 qanda eritrositlərin sayı, 
 
X=80 kiçik kvadratda olan eritrositlərin sayı, 
 
4000
1
- kiçik kvadratların cəmi, 
 (5
⋅16) – kiçik kvadratların sayı, 
 200 – qanın durulaşması. 
 Beləliklə, 5 böyük kvadratı  və ya 80 kiçik kvad-
ratda sayılmış eritrositlərin miqdarı X
⋅10000 ədədinə vuru-
lur. 
 
Tutaq ki, beş böyük kvadratın birincisində 
eristrositlərin sayı 120, ikincisində 80, üçüncüsündə 90, 
dördüncüsundə 70, beşincisində isə 85 ədəddir. 80 kiçik 
kvadratda onların cəmi 445-ə bərabər olar. Deməli, x=445-
ə bərabər olar, x·10000·445·10000=4,5mln. olar. 
 
36 saylı iş. Eritrositlərin avtomatik sayılması 
 
 Qanın formalı elementlərinin sayılmasını 
sürətləndirmək üçün sellaskop (şəkil 26) adlanan xüsusi 
cihazdan istifadə edilir. Bu cihaz çeviricidən, gücləndiri-
cidən və iki qeydedicidən – ossiloskop və  rəqəm qeyde-

 
137
dicidən ibarətdir. Cihazı işə salmaq və formalı elementləri 
saymaq üçün məhlulların hazırlanması cihaza əlavə 
edilmiş  təlimata  əsasən həyata keçirilir. Məhlullar təc-
rübədən əvvəl hazırlanır və mütləq süzülür. Əgər məhlulda 
hissəciklər qalarsa, onda cihaz onları qanın formalı ele-
menti kimi sayacaq. 
 
 
 
Şəkil 90. Sellaskopun sxemi: 1-civə manometri;  
2-vakuum sistemi; 3-şüşə boru; 4-elektrod; 5-sınaq şüşəsi;  
6-kalibirlənən dəlik; 7-stəkan; 8-2-ci elektrod;  
9-kran; 10-cərəyan mənbəyi. 
 
Lazım olan material və avadanlıqlar: sellaskop, 
skarifakator, filtr kağızı, pambıq, qanı durulaşdırmaq üçün əv-
vəlcədən hazırlanmış məhlulları (I, II, III), spirt, yod, efir. 
 
İşin gedişi: Eritrositləri saymazdan əvvəl qarışdırıcı 
əvvəlcədən hazırlanmış  məhlullardan biri ilə doldurulur, 
 
138
hansı ki, elektrodlar arasında dövrəni qapayır. Sonra 
eretrositləri saymaq üçün cihazın həssalığı (diametrinə görə) 
nizamlanır. Bu zaman kiçik diametrli formalı elementlər 
(trombositlər) sellakskop tərəfindən sayılmır. 
 Sellaskopda 
olan 
xüsusi kapilyar borunun köməyilə 
bildiyimiz qayda ilə qan alınır. Kapilyarların «K» 
bölgəsinə  qədər qan götürülür və  əvvəlcədən sınaq 
şüşəsinə tökülmüş 4 ml məhlul I ilə qarışdırılır. Qarışıqdan 
0,55 ml götürüb 20 ml məhlul II ilə olan stəkana tökülür. 
Sınaq  şüşəsindəki qan həmin cihazda olan stəkana 
yerləşdirilir. 
 Eritrositləri saydıqda rəqəm qeyedici diskriminator 
dəstəyi 20 rəqəmi üzərində yerləşdirilir. Adətən 1 mm
3
 qanda 
eritrositləri müəyyən etmək üçün qərəm qeydedicisinin 
göstəricisini qanın durulaşdırma sayı qədər artırırlar. 
 
 
37 saylı iş. Eritrositlərin çökmə sürətinin (EÇS) təyini 
 
 Lazım olan material və avadanlıqlar: Pançenkov 
cihazı, skarifikator, saat şüşəsi, 5%-li limon turşusunun 
natrium duzu məhlulu (natrium sitrat), fizioloji məhlul, 
distilə su, spirt, efir, yod, pambıq. 
 
Sınaq  şüşəsinə tökülmüş sitratlı qan (defibrinə ol-
unmuş qan) bir qədər keçdikdən sonra 2 yerə ayrılır. 
Eritrositlər plazmadan ağır olduqları üçün yavaş-yavaş 
plazmadan ayrılıb sınaq şüşəsinin dibinə çökürlər. 
 Buna 
qanın formalı elementlərinin xüsusi çəkisinin 
(1,090) plazmanın xüsusi çəkisindən (1,025-1,034) çox 
olduğu üçün sınaq borusundakı qanın laxtalanmasının qar-
şısını alan maddələr qatıb, bir müddət saxladıqda formalı 
elementlərin plazmadan ayrıldığı  və borunun dibinə çök-

 
139
düyü müşahidə olunur. Çökmüş formalı elementlərin əsas 
kütləsi eritrositlərin qırmızı qatından ibarət olur ki, bunun 
da üzərində leykositlərin nazik ağ  təbəqəsi diqqətlə 
baxdıqda fərqlənir. Trombositlərin çökdüyünü isə 
təcrübədə onlardan ayrılıqda seçmək olmur. Buna görə də 
formalı elementlərin çökməsi sürətindən danışdıqda, 
eritrositlərin çökmə sürəti və ya «çökmə reaksiyası» (EÇS) 
nəzərdə tutulur. Normal qanda eritrositlərin çökmə sürəti 
kişilərdə 3 – 9 mm/saat, qadınlarda 7 – 12 mm/saat, yeni 
doğulmuş uşaqlarda 0,5 – 2 mm/saat olur.
 
Bu sürətin art-
ması fizioloji hal kimi qadınlarda hamiləlik dövründə 
müşahidə olunur. Ümumiyyətlə, eritrositlərin çökmə 
sürətinin artması iltibah prosesi, bir çox xəstəliklər, 
məsələn, revmatizm, angina, appendisit, vərəm və s. üçün 
səciyyəvidir. Belə hallarda EÇS 45 – 60 mm/saata-dək arta 
bilər. Odur ki, EÇS-in öyrənilməsi böyük təcrübi 
əhəmiyyətə malikdir. Eritrositlərin çökməsinə  səbəb 
onların üst-üstə yapışaraq, sütunlar əmələ  gətirməsidir. 
Məsələn, 60.000 eritrositdən ibarət sütun əmələ  gəldikdə, 
EÇS 75 mm/saat ola bilər. Əgər eritrositlər üst-üstə yapış-
araq çökməsə, yəni tək-tək çöksə, onların sürəti 0,2 
mm/saat-dan artıq olmaz. Eritrositlərin çökmə sürəti 
plazma zülalları arasındakı nisbətdən də asılıdır. Normada 
albumin-qlobulin əmsalı 1,5 – 2,3 təşkil edir. İri dispersi-
yalı zülallar olan fibriogenin və qlobulinlərin miqdarının 
artması eritrositlərin çökməsini sürətləndirir. 
 
 
 
Atlarda EÇS 60 mm/saat, iri buynuzlu heyvanlarda 
0,58 mm/saat, qoyunda 0,8 mm/saat, donuzda 30,0 
mm/saat, itdə 2,5 mm/saat, dovşanda 1,5 mm/saat-a bərabər 
olur. 
 
İşin gedişi: EÇS Pançenkov cihazı vasitəsilə müəy-
yən edilir. Pançenkov cihazı xüsusi ştativdən və  ştativə 
 
140
şaquli vəziyyətdə yerləşdirilmiş kapilyar borulardan 
ibarətdir (şəkil 91). 
 
 
Şəkil 91. Pançenkov cihazı: 
A-ümumi görünüşü; B-kapilyar pipetka; P-məhlul; K-qan. 
 
 
Hər kapilyar boru üzərində 0-dan 100 mm-dək 
(yuxarıdan aşağıya doğru) ayrılmış bölgülər vardır. 
Borunun orta 50 mm bölgüsünün qarşısında «P», yəni 
məhlul, «0» bölgüsünün qarşısında «K», yəni qan, hərifləri 
qeyd edilmişdir. 
 Eritrositlərin çökmə sürətini təyin etmək üçün 
kapilyar borunu 5%-li natrium sitrat məhlulu ilə yuyub, 
sonra həmin məhlulu kapilyarın 50 (P) bölgüsünədək gö-
türüb saat şüşəsi üzərinə tökürlər. Sonra barmaqdan 
kapilyarın 0 (K) bölgüsünədək 2 dəfə qan götürüb saat 

 
141
şüşəsi üzərindəki sitrat məhlulu ilə qarışdırırlar. Beləliklə, 
sitrat məhlulu ilə qan arasındakı nisbət 1:4 bərabər olur. 
Saat  şüşəsi üzərindəki qarışıqdan kapilyarın «0» (K) 
bölgüsünədək çəkir və  şaquli vəziyyətdə  ştativə qoyulur. 
Bir saatdan sonra kapilyar borunun yuxarı hissəsində 
ayrılmış plazma sütununun mm səviyyəsi müəyyən edilir. 
Həmin səviyyə EÇS mm/saat hesabı ilə göstərici olur.  
 
Yoxlama üçün suallar 
1.
 
Eritrositlərin çökmə sürətini təyin edən amillər. 
2.
 
Sağlam və yaşlı adamlarda və  uşaqlarda EÇS-nin 
göstəriciləri. 
3.
 
EÇS-nin təyin üsulları. 
4.
 
Pançenkov cihazının quruluşu. 
 
38 saylı iş. Hemoqlobinin miqdarının təyini 
 
 Hemoqlobin 
mürəkkəb xromoproteid olub, 
eritrositlərin 90 – 95%-ni təşkil edir. Hemoqlobin bir 
molekul qlobin zülalı ilə dörd molekul zülalsız hemin 
birləşməsindən  əmələ  gəlmişdir. Hemoqlobinin molekul-
yar çəkisi 64 – 68 minə bərabərdir. Hemoqlobin oksigenlə 
birləşərək oksihemoqlobinə çevrilir. Hemoqlobin xlorid 
turşusu ilə birləşərək hematinə çevrilir. Beş litr qanda 700 
q qədər Hb var. Yaşlı adamların qanının 14 – 15 q%-ni 
hemoqlobin təşkil edir. Qadınlarda Hb-nin miqdarı kişilərə 
nisbətən az olur. Belə ki, kişilərdə 13,5 – 16 q%, 
qadınlarda 12,5 – 13,5q% olur.  
 Hemoqlobinin 
mütləq miqdarının 16,67%-ə bərabər 
yuxarı  həddi  şərti olaraq 100% qəbul edilir və he-
moqlobinin nisbi miqdarı adlanır. Hər bir konkret halda 
nisbi miqdarı bilərək, mütləq miqdarı  və  əksinə, tapmaq 
 
142
olar. Mütləq miqdarı nisbiyə çevirmək üçün onu 6-ya 
vurmaq kifayətdir (16,67x6=100). Hemoqlobinin nisbi 
miqdarı qadınlarda 70 – 80%, kişilərdə 80 – 90%-ə 
bərabərdir. Dağlıq yerlərdə mühitə uyğunlaşmanın 
nəticəsində hemoqlobinin miqdarı orta hesabla 10
5
%-dək 
çatır. 
 Qanda 
hemoqlobinin 
miqdarının təyin olunmasının 
böyük diaqnostik əhəmiyyəti vardır.  
 
Qanda Hb-nin miqdarını bir neçə üsulla təyin edirlər. 
Bunlardan Hb-nin birləşdiyi oksigenin miqdarını, dəmirin 
miqdarını  təyin etmək və  nəhayət, qan piqmentinin 
rənglənmə intensivliyi üsullarından istifadə etmək olar. 
Təcrübədə daha çox istifadə olunan üsul Sali hemometri ilə 
hemoqlobinin miqdarını təyin etməkdir. 
 
Sali hemometri (şəkil 92) ştativdən və ştativə daxil 
edilmiş  hər iki ucu qapalı, içərisində 17,3 q% Hb-in 
məhlulundan hazırlamış standart məhlul olan 2 sınaq 
borusundan və üzərində 2-dən 23-ə qədər mütləq miqdarı 
və 10-dan 140-a qədər nisbi miqdarı göstərən bölgüləri 
olan bir ucu qapalı, digər ucu açıq boş bir sınaq 
borusundan ibarətdir. Ştativin arxa divarında yerləşdirilmiş 
süd rəngli  şüşə lövhələr üç sınaq borusunun bərabər 
işıqlanmasını təmin edir.  
 
Lazım olan material və avadanlıqlar: Sali 
hemometri, distillə su, 0,1n HCl məhlulu, Sali pipeti, nazik 
şüşə çubuğu, skarifikator, spirt, efir, yod, pambıq. 
 
İşin gedişi: Sali hemometrinə (bölgülü borunun) on 
və ya iki bölgüsünə  qədər 0,1n HCl məhlulunu  əlavə 
edirik. Sali pipetkası ilə barmaqdan 20 mm
3
 bölgüyə qədər 
qan alıb, 0,1 n HCl məhlulu üzərinə yavaş-yavaş  əlavə 
edib, qarışdırırıq. Beş  dəqiqədən sonra məhlula damla-
damla distillə su əlavə edib, çubuq ilə qarışdırırıq (çubuğu 

 
Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin