Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,71 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix01.01.2017
ölçüsü6,71 Mb.
#4074
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Yoxlama üçün suallar 
 
1.
 
Qan lövhəcikləri. Onların miqdarı  və qanaxmanın 
kəsilməsində əhəmiyyəti. 
2.
 
Qanın laxtalanmasının  əhəmiyyəti. Laxtalanmanın 
fazaları. 
 
158
3.
 
Laxtalanmanın I fazası. Tromboplastinin əmələ 
gəlməsi. 
4.
 
Laxtalanmanın II və III fazaları. Trombun əmələ 
gəlməsi. Laxtanın lizisi və refraksiyası. 
5.
 
Qanın laxtalanma müddəti və qanaxma müddəti. 
Təyin etmə üsulları. 
6.
 
Qanın laxtalanmasını  ləngidən fiziki və kimyəvi 
amillər.  
7.
 
Qanın əks laxtalanma sistemi. 
8.
 
Ontogenezin ilk dövrlərində qanın laxtalanma sis-
teminin inkişafı. 
 
45 saylı iş. Qan qruplarının təyini və köçürülməsi 
 
 Anemiya 
və ya bir sıra başqa xəstəliklər zamanı qan 
köçürmədən müalicə vasitəsi kimi istifadə olunur. Qan 
qrupları  məlum olmadan qanköçürmə mümkün deyil. 
Damar daxilində uyğun olmayan qanın formalı elementləri 
bir-birinə yapışaraq çöküntü əmələ  gətirir; bu hadisəyə 
aqlütinasiya deyilir. Bu da qanda olan aqlütinogen və 
aqlütininlərin təsiri ilə əmələ gəlir. 
 Qanda 
aqlütenin 
və aqlütinogenin müxtəlif  şəkildə 
birləşməsi ilə əlaqədar olaraq qan qrupları əmələ gəlir. 
 
İnsanlardakı kimi bəzi heyvanların da (atın, donu-
zun, inəyin, qoyunun) qan qrupları  məlumdur. Qan qru-
pları dəyişməz qalıb, həyat boyu sabit qalır. 
 
Məlum olmuşdur ki, eritrositlərin A və B 
aqlütinogenlər, plazmada isə 
α
  və  β  aqlütininlər olur. 
Qanda bu və ya digər hissəciklərin olmasından asılı olaraq, 
4 qan qrupu ayırd edilir; I qrup qanın plazmasında 
aqlütinin  β
α  olur, II qrup qan A( β ), III qrup qan B (
α
), 

 
159
IV qrup qan AB. 
 
Cədvəl 7 
Qan qrupları 
Yanskiya 
görə 
Beynəlxalq 
təsnifata görə 
Aqlütininlər 
plazmada 
Aqlütinogenlər 
eritrositlərdə 
I O 
β
α
 

II A 
β
 

III B 
α
 

IV AB  O 
AB 
 
 
Qan verən  şəxs donor, I qrup qan verən  şəxs uni-
versal donor, qan alan şəxs isə resipient adlanır. Donorun 
və resipientin qanını qarışdıqda aqlütinasiya reaksiyası o 
vaxt baş verir ki, eyniadlı aqlütinin və aqlütinogen (A və 
α
, B və  β ) qarşılaşmış olsun. Aqlütinasiyanın baş 
verməsi müsbət (+), antiaqlütinasiya isə (-) işarəsi ilə qeyd 
olunur. Qanköçürmə zamanı resipientin plazması, donorun 
isə eritrositləri nəzərə alınır. 
 
Cədvəl 8 
Eritrositlərin aqlütinogenlər 
Plazma aqlütinləri 
I O 
II A 
III B 
IV AB 

β
α
 
- +  + 

II 
β
 
- -  +  + 
III 
α
 - 



IV O 




 
160
 
Qan qruplarının köçürmə sxemi. 
 
 
Sxemdən görünür ki, I qrup qana mənsub olan 
şəxslər bütün qruplara qan verir. IV qrupa mənsub olan 
şəxslər bütün qruplardan qan ala bilər. 
 Lazım olan material və avadanlıqlar: I, II və III 
qrup standart qan zərdabları, 3 ədəd pipet, 3 şüşə çubuq, 
əşya şüşəsi, skarifikator, spirt, efir, yod, pambıq. 
 
İşin gedişi: Qan qruplarını təyin etmək üçün I, II və 
III qrup qan zərdabından hazırlanmış standart zərdabdan 
istifadə edilir. Belə  zərdablar ağzı bağlı üzərində etiketi 
olan ampulada olub, soyuq və qaranlıq yerdə saxlanılır. 
 
Barmaqdan qan almazdan əvvəl təmizlənmiş  əşya 
şüşəsi üzərində qan qruplarını qarışıq salmamaq üçün 
qrupun qarşısında şüşə yazanla zərdabların nömrələri qeyd 
olunur. Sonra şüşələrin müvafiq nahiyələrinə I, II və III 
qrup qan zərdablarından I damcı əlavə olunur. Barmaqdan 
alınan qan şüşə çubuqla zərdabla qarışdırılır və bir qədər 
(5 dəqiqə) gözləyirlər. Qeyd etmək lazımdır ki, hər 
zərdaba müvafiq şüşə çubuq götürülməlidir. Zərdab ilə 
qarışdırılmış qanın aqlütinasiya verib-verməməsi 
prinsipinə əsasən qan qruplarını təyin edirlər. Əgər hər üç 
qrup qan zərdabında aqlütinasiya baş vermirsə təyin edilən 

 
161
qan I qrupa, əksinə  hər üç qrup qan zərdabında 
aqlütinasiya baş verirsə  təyin edilən qan IV qrupa 
məxsusdur. 
 
Cədvəl 9 
Zərdabda aqlütininlər 
Eritrositlərdə  
aqlütinogenlər 
αβ
 
β
 
α
 
Qan qrupları 

 
 
 

αβ
 (I) 

 
 
 
A
β
 (II) 

 
 
 
B
α
 (III)  
AB 
 
 
 
AB (IV) 
 
                   I         II      III   
Şəkil 96. Qan qruplarının təyini. 
 Götürülmüş I və III qan zərdablarında aqlyütinasiya 
baş verərsə, təyin edilən qan II qrupa, I, II qrup zərdabda 
aqlütinasiya baş verərsə III qrupa mənsub olur. 
 Qan 
qruplarının II və III qrup qan zərdabından 
istifadə etməklə də təyin etmək olar.  
 Qan 
qrupları Mosso üsulu ilə müəyyən edilir. Bu 
məqsədlə qrupu məlum olan standart qan zərdablarından 
(II və III) istifadə olunur. 2 müxtəlif pipet vasitəsilə əşya 
şüşəsinin bir tərəfinə II qrup, digər tərəfinə isə III qrup qan 
zərdabı damızdırılır. Zərdab damlalarından hərəsinin 
yanına barmaqdan alınmış qandan bir damla əlavə edilir və 
zərdabla qarışdırılır. Həmin qarışıq əvvəlcə tutqun çəhrayı 
rəngli bircinsli damla şəklində olur, aqlütinasiya baş 
verdikdə isə 5 dəq.  ərzində  şəffaflaşır və eritrositlərin 
yapışmasından  əmələ  gələn nöqtələr aydın görünməyə 
başlayır (sxem).  
 
Əgər II və III qrup qan zərdablarının müayinə 
edilən qanla qarışığı aqlütinasiya vermirsə, deməli, 
müayinə edilən qanın eritrositlərində aqlütinogen yoxdur, 
 
162
yəni bu qan birinci qrupa mənsubdur. 
 
III qrup zərbadla (
α
 aqqlütinin) aqlütinasiya baş 
verirsə, deməli, müayinə olunan qanın eritrositlərində A 
aqlütinogen vardır, yəni bu qan ikinci qrupa II (A) aiddir.  
 
II qrup zərbadın ( β  aqlütinin) müayinə olunan qanı 
aqlütinasiyaya uğratması isə bu qanın eritrositlərində B 
aqlütinogen olduğunu, yəni üçüncü qrupa  II B aidliyinin 
göstəricisidir.  
 
Həm II, həm də III qrupun zərdabında aqlütinasiya 
müşahidə olunursa, bu sübut edir ki, müayinə olunan 
qanın eritrositlərində  həm A, həm də B aqlütinogenlər 
vardır, yəni qan dördüncü qrupa IV (AB) mənsubdur. 
Sxem 
 
 
Əşya  şüşəsi üzərindəki dairələr II və III qrup qan 
zərdabını  və bu dairələrdəki nöqtələr aqlütinasiyanın 
varlığını göstərir. 
 
İnsanlar üzərində aparılan yoxlamalar nəticəsində 
aydın olmuşdur ki, insanların təxminən 40% I qrupa, 39% 
II qrupa, 16% III qrupa, 5% IV qrupa mənsubdurlar. 
 
46 saylı iş. Eritrositlərdə rezus amilinin (Rh) təyini 
 
 Eritrositlərdə  ən geniş yayılmış aqlütinogenlərdən 
biri rezus amili adlanan antigendir ki, bu da qan 
köçürmədə mühüm rol oynayır. Rezus amilini ilk dəfə 

 
163
1940-cı ildə Landşteyner və Viner Makakus Rhesus ad-
lanan  əntər meymununun eritrositlərində  aşkar etmişlər. 
Təxminən 86% insanların eritrositlərində rezus amili var 
(Rh
+
 ), 14% insanlarda isə yoxdur (Rh
-
 ). Qanda rezus 
amilinə qarşı hazır aqlütininlər olmur. Ona görə  də, 
qanköçürmə zamanı rezus amilinin təyini mühüm 
əhəmiyyətə malikdir.  
 Lazım olan material və avadanlıqlar: bütün qru-
plara aid olan antirezus zərdabları, Petri kasaları,  şüşə 
çubuqları, su hamamı, 10%-li steril jelatin məhlulu, al-
busid, fizioloji məhlul, spirt, efir, yod, pambıq, skarifika-
tor. 
 
İşin gedişi:  
a) Rezus amilini təyin etmək üçün sınaq borusunun 
dibinə müxtəlif pipetlə bir damcı standart zərdab, jelatin 
(albusid ilə qarışığı) və barmaqdan alınan bir damcı qan; 
sınaq borusundakı  məhlul yaxşı-yaxşı qarışdırılır və su 
hamamına qoyulur (t
0
=47-49
0
C). 5 dəqiqədən sonra sınaq 
borusuna 3 ml fizioloji məhlul  əlavə edirik, möhkəm 
qarışdırırıq və  işıqda aqlütinasiya reaksiyasının olub-
olmamasını müşahidə edirik. Məhlulda topacıqlar  əmələ 
gəlibsə, deməli, aqlütinasiya baş verib və rezus müsbəti 
(Rh
+
) göstərir. Aqlütinasiya baş verməyibsə, deməli, rezus 
mənfidir (Rh
-
). 
b) Rezus amilinin ekspres üsulla təyini: 
Lazım olan material və avadanlıqlar: skarifika-
tor, üzərində qan qrupları qeyd olunan boşqab, şüşə çubuq, 
pipetlər, standart antirezus zərdabı, fizioloji məhlul, spirt, 
yod, kontrol zərdab, pambıq. 
İşin gedişi: Petri qabının hər birinə K, digər tərəfinə 
Rh yazılır. K olan tərəfə bir damcı kontrol zərdab, Rh 
tərəfə isə standart antirezus zərdab damızdırılır. Hər 
 
164
zərdabın yanına barmaqdan alınan bir damcı qan əlavə 
edilir.  Şüşə çubuğun bir ucu ilə qan damcısı, kontrol 
zərdab damcısını, digər ucu ilə isə qan damcısı, antirezus 
zərdab damcısı on qəpik ölçüsünü alana qədər qarışdırılr. 
Sonra Petri qabını  yırğalamaqla aqlütinasiya reaksiyasını 
müşahidə edirik. Aqlünitasiya reaksiyasını aydın görmək 
üçün hər iki sınağa bir damcı fizioloji məhlul əlavə edirik. 
Əgər antirezus zərdabla aqlütinasiya baş verirsə kantrol 
zərdabla vermirsə müayinə olunan qan rezus müsbət 
(Rh
+
), əksinə hər ikisində aqlütinasiya baş vermirsə bu qan 
rezus mənfi (Rh
-
) olur. 
 
Yoxlama üçün suallar 
 
1.
 
Aqültinogenlər və aqlütininlər. 
2.
 
ABO sistemində qan qrupları. 
3.
 
Rezus amil qan köçürmədə onun əhəmiyyəti. 
4.
 
Ana ilə dölün arasında rezus amil konfilikti. 
5.
 
Standart zərdabları istifadə etməklə
 
qan qruplarının 
təyini. 
6.
 
Qanköçürmə. Aqlütininin titerlərinin  əhəmiyyəti. 
Qan uyğunluğuna bioloji sınaq. 
7.
 
Qan qruplarının irsi keçirilməsi. 
8.
 
Ontogenezin ilk dövründə qanın qrup və 
əlamətlərinin inkişafı. 
 
 

 
165
IV FƏSİL 
 
QAN DÖVRANI 
 
Ürəyin fiziologiyası: Qan insanda və heyvanlarda 
ürəyin fəaliyyəti nəticəsində ürək-damar sistemində 
fasiləsiz hərəkət edərək öz funksiyalarını yerinə yetirir. 
Ürək döş  qəfəsində  ağciyərlərin arasında soldan sağa 
assimmetrik vəziyyətdə yerləşir. Ürək daxili qişa – 
endokard, orta – miokard, xarici – epikarddan təşkil olub, 
ürək kisəsi-perikardın içərisində yerləşir. Perikardın 
daxilində ürək mayesi yerləşir. Bu maye ürəyi sürtünmə və 
zədələrdən qoruyur. 
Ürəyin  əzələ qişası onun hər yerində  bərabər 
qalınlıqda olmur. 
Məməli heyvanlar və insan ürəyi 4 kameralı olub, 2 
qulaqcıq və 2 mədəcikdən ibarətdir. Sağ qulaqcıqla sağ 
mədəcik arasında üç, sol qulaqcıqla sol mədəcik arasında 
isə iki taylı qapaqlar yerləşir.  
Aypara qapaqlar sol mədəciklə aorta arasında və 
sağ  mədəciklə  ağciyərlər arasında yerləşirlər. Onlar 
damarlara tərəf açılırlar. Qapaqlar qanın bir istiqamətdə 
axmasına şərait yaradır.  
Ürəyin daxilində onun aparıcı sistemi yerləşir. Sağ 
qulaqcığın arxa divarında sinir və  əzələ hüceyrələrindən 
əmələ  gəlmiş Sinus düyünü yerləşir. Bu düyünlə  əlaqəsi 
olan ikinci düyün sağ qulaqcıqla mədəcik arasında yerləşir 
ki, buna atrioventrikulyar və ya Aşoff-Tavar düyünü 
deyilir. Bu düyündən qulaqcıqlarla mədəciklərarası 
arakəsmədə yerləşən və  mədəciklərin  əzələ qişasını  əhatə 
edən Purkina liflərini əmələ gətirən Hiss dəstəsi vardır.  
Ürək yığıldığı zaman təzyiq yaradır, ürəyin yığıl-
 
166
masına sistola, boşalmasına isə diastola deyilir. Normal 
fəaliyyət zamanı ürək dəqiqədə 70-75 dəfə döyünür. 
Ürəyin bir döyünməsi 0,8 saniyə, o cümlədən qu-
laqcıqların sistolası 0,5 saniyə, mədəciklərin sistolası 0,3 
saniyə və pauza 0,4 saniyə davam edir.  
 
Şəkil 97. Böyük və kiçik qan dövranı. 
 
Fizioloji təcrübələrin obyekti kimi qurbağa istifadə 
olunur. Ürəyin fiziologiyası qurbağa ürəyi üzərində 
öyrənilir. Qurbağa ürəyi üç kameralı olub, iki qulaqcıq və 
bir mədəcikdən ibarətdir. Qan damarları ürəkdən çıxır və 
ürəkdə qurtarır. Mədəcikdən çıxan qan damarlarına 
arteriya, ürəyə gələn qan damarlarına vena deyilir.  
Qan dövranı iki cür olur: böyük və kiçik. Böyük 
qan dövranı sol mədəcikdən aorta ilə başlayıb, bədənin hər 
tərəfinə yayılır. 
Maddələr və qazlar mübadiləsindən sonra hüceyrə 
və toxumalarda arterial qan venoz qana çevrildikdən sonra 

 
167
aşağı  və yuxarı boş venalar vasitəsilə  əvvəlcə ürəyin sağ 
qulaqcığına, oradan isə sağ  mədəciyə dolur. Buradan 
ağciyər arteriyası ilə kiçik qan dövranı başlayaraq 
ağciyərlərə daxil olur. 
Ağciyərlərdə qazlar mübadiləsi zamanı CO
2
 xaricə 
verilir, qan isə oksigenlə  zənginləşir, nəticədə venoz qan 
arterial qana çevrilir və dörd ağciyər venası vasitəsilə sol 
qulaqcığa tökülür. 
Qan damarlarındakı  təzyiqlər fərqi sayəsində qan 
arteriyalardan venalara doğru fasiləsiz axır. 
 
 
47 saylı  iş. Qurbağa ürəyi fəaliyyətinin müşahidəsi və 
qrafik qeydi 
 
 Ürək fəaliyyətli üzvlərdən olub, yuxarıda qeyd 
olunduğu kimi mühüm vəzifə daşıyır. Ürək fəaliyyətini 
müşahidə etmək və qeydə almaq (kardioqrafiya) üçün 
adətən qurbağa üzərində təcrübə aparılır. Qurbağanın ürəyi 
2 qulaqcıqdan, bir mədəcikdən və venoz cibdən ibarətdir. 
Buna müvafiq olaraq, qurbağa ürəyi döyünməsinə 
qulaqcıqların sistola və diastolası, mədəciyin sistola və 
diastolası  və pauzadan əlavə, venoz cibin sistola və 
diastolası aid edilir.  
 Qurbağanın döş  qəfəsini açdıqda, ürək fəaliyyətini 
adi gözlə də görmək mümkündür. Lakin ürək fəaliyyətinin 
ayrı-ayrı fazalarını müşahidə etmək üçün ürək fəaliyyətini 
yazmaq üsulundan istifadə edilir. Bu zaman ürəyi ürək 
fəaliyyətini yazan kardioqrafla birləşdirib, kimoqraf 
vasitəsilə kağız üzərində yazılır. Alınan yazını 
kardioqramma, yazmaq prosesinə isə kardioqrafiya deyilir. 
 
168
 
Şəkil 98. Qurbağanın ürək fəaliyyətinin qrafik qeydi: 
1-rıçaq; 2-serfin. 
 
Şəkil 99. Qurbağada kardioqrafiya. Kimoqraf:  
1-Engelman lingi; 2-yazı qələmi; 3-baraban;  
4-elektromaqnilt vaxt qeydedicisi; 5-kimoqraf;  
6-saat mexanizmi; 7-disk; 8-serfin. 
 
 Lazım olan material və avadanlıqlar: qurbağa, man-
tar lövhə, pinset, qayçı, sancaqlar, iynə, sap, soyuqqanlılar 
üçün fizioloji məhlul, kimoqraf, kadiroqraf, pambıq. 

 
169
 
İşin gedişi: Qurbağa ürəyinin fəaliyyətini yazmaq 
üçün döş 
qəfəsini açmazdan əvvəl onu 
hərəkətsizləşdirirlər. Bunun üçün efir, xloroform və s. 
maddələrdən və ya mərkəzi sinir sisteminin pozulması 
üsulundan istifadə edirlər. 
 Qurbağanı  hərəkətsizləşdirmək üçün xloroform və 
ya efirlə isladılmış pambığı içərisində qurbağa olan 
kalpakın içərisinə qoyurlar. Bir neçə  dəqiqədən sonra 
qurbağa hərəkətsizləşmiş olur. 
 
Mərkəzi sinir sistemini pozmaqdan ötrü sol ələ 
alınmış qurbağanın başını  sərbəst buraxıb, sağ  əllə  ənsə 
dəliyinə iynə batırıb,  əvvəl baş, sonra isə onurğa beyni 
pozulur. Belə qurbağanı  cərrahi stola bərkidib, cərrahi 
pinset ilə döş nahiyəsinin dərisini yuxarı qaldırıb iti qayçı 
vasitəsilə  kəsib atırlar. Sonra pinsetlə döş sümüyünün 
xəncərvarı  çıxıntısından tutub qaldırmaqla üçbucaq 
şəklində  həmin nahiyənin sümük və  əzələlərini kəsirlər. 
Ürəyi ürək kisəsindən ayırmaq üçün, kisəni ürəyin zirvəsi 
tərəfdən pinsetlə tutulur, bir qədər qaldırıb kəsilir və ürək 
kisədən azad edilir. Bu zaman ürəyin fəaliyyəti aydın 
nəzərə çarpır. Ürək fəaliyyətini qeyd etmək üçün 
Engelmanın kardioqrafından istifadə edilir. Bu cihaz metal 
ştativdən və ona keçirilmiş ikiqollu lingdən ibarətdir. Ling 
öz oxu ətrafında hərəkət edir. Lingin uzun qoluna xüsusi 
elastik yazıcı birləşdirilir. Yazıcı 45
0
 bucaq altında 
kimoqrafın silindirinə toxundurulur.  
 Lingin 
qısa qoluna keçirilmiş  və sapla bağlanmış 
serfini diastola zamanı ürəyin zirvəsinə keçirilir və 
kimoqraf üzərində izlər buraxır.  
 
 
 
170
 
 
Şəkil 100. Qurbağa ürəyinin kardioqramması: 
a-qulaqcıqların sistolası; b-mədəciyin sistolası; 
 d-mədəciyin diastolası; v-ümumi pauza. 
 
 
Qeyd etdiyimiz kimi, kimoqrafın hisli kağızı 
üzərində alınan 
əyriyə kardioqramma deyilir. 
Kardioqrammada kiçik və böyük dişlər görünür. Kiçik 
dişlər qulaqcıqların, böyük dişlər mədəciklərin fəaliyyətini 
əks etdirir.  
 
 
48 saylı iş. Ürək fəaliyyətinin avtomatizmi 
 
Bədəndən ayrılmış  və sinir əlaqəsi kəsilmiş ürəyin 
xaricdən heç bir təsir olmadan öz-özünə təqəllüs etməsinə 
ürək avtomatizmi (yunanca autos-özü) deyilir. Başqa 
hüceyrə  və toxumalara nisbətən ürək  əzələlərində bu 
hadisə daha yüksək dərəcədə inkişaf etmişdir. Bədəndən 
ayrılmış qurbağa ürəyini Ringer məhlulunda saxladıqda, o 
bədəndən xaricdə saatlarla işləyir. Bu məqsədlə bədəndən 
ayrılmış qurbağa ürəyini  Ştraube üsulu ilə, yəni aortasın-
dan mədəciyə doğru kanyula keçirib, kanyuladan Ringer 
məhlulu buraxdıqda o fəaliyyətini davam etdirir. İstiqanlı 
heyvanların bədənindən ayrılmış ürəyindən Langerdorf 

 
171
üsulu ilə, yəni 38
0
C qızdırılmış və oksigenlə doydurulmuş 
Ringer-Lokk məhlulu buraxdıqda belə ürəyin uzun müddət 
işlədiyini görmək olar. 
Avtomatizm haqqında müxtəlif nəzəriyyələr vardır. 
Bir sıra alimlər avtomatizmin ürək  əzələsilə  əlaqədar 
olduğunu göstərirlər. Ona görə bu tərəfdarlara 
miogenistlər, digərləri isə ürəyin avtomatizmini ürəyin 
daxilində yerləşən sinir düyünlər ilə  əlaqədar olduğunu 
qeyd edirlər ki, bunları neyrogenistlər adlandırırlar. 
Ürək avtomatizminın sinir düyünlərindən nə 
dərəcədə asılı olduğunu qurbağanın işləyən ürəyindən 
liqatura keçirməklə, istiqanlı heyvanların ürəyinin sinir 
düyünlərini termod vasitəsilə soyudub-qızdırmaqla sübut 
edilmişdir. 
Aparılmış  təcrübələrdən aydın olmuşdur ki, 
soyuqqanlı heyvanların (qurbağanın) venoz cibinin arxa 
divarında yerləşən Remak düyünü, istiqanlı heyvanlarda 
və insanda bu düyünə müvafiq Kis-Flyak düyünü ürək 
avtomatizmi üçün daha yüksək oyanmalar yaradır. Bu 
düyünlə  əlaqədar olan qurbağada atrioventrikulyar və ya 
Bidder düyününün, istiqanlı heyvanlarda və insanda 
Aşoff-Tavar düyünü nisbətən zəif olub, I düyündən 
impulsları alırlar, Hiss dəstəsi vasitəsilə  mədəcik və 
qulaqcıqlara verirlər, nəticədə ürəyin uzun müddət öz-
özünə işləməsinə səbəb olur. 
Lazım olan material və avadanlıqlar: qurbağa, 
mantar lövhə, pinset, qayçı, sancaqlar, fizioloji və ya 
Ringer məhlulu, pipet, liqatura, saat şüşəsi, termometr, 
saniyəölçən, isti su, buz, termod, pambıq, içərisində 100 
ml su olan 4 kimyəvi stəkan, kardioqraf, kimoqraf. 
İşin gedişi
1. Stannius liqaturaları. Qurbağanın onurğa beyn-
 
172
ini pozmaqla, hərəkətsizləşdirir, döş boşluğunu açıb, ürəyi 
kisədən azad edirlər. Aortadan ayrılan  şaxələr və boş ve-
nalar, liqaturaya alınaraq bağlanır. Sonra ürəyi qaldıraraq 
ürək yüyəni kəsilir. Bu zaman venoz cib salamat saxlanıl-
malıdır.  Əgər  əməliyyat düzgün aparılıbsa ürək  şöbələri 
müəyyən ardıcıllıqla təqəllüs edəcək.  Əvvəlcə bir dəqiqə 
ərzində ürəyin təqəllüsləri sayılır. Sonra venoz cibin altın-
dan sap keçirib, venoz ciblə qulaqcıqlar arasında ilgək 
əmələ  gətirməklə möhkəm bağlayırlar. Buna stanniusun 
birinci liqaturası deyilir (şəkil 101). Həmin liqatura qoyul-
duqdan sonra qulaqcıqlar və  mədəcik fəaliyyətindən 
qaldığı halda venoz cib əvvəlki ritmdə öz təqəllüslərini 
davam etdirir. Birinci liqatura göstərir ki, sinus düyünündə 
yaranan impulslar blokadaya alındığından bunlar atrioven-
trikulyar düyünə keçə bilmir. Bunun nəticəsində qu-
laqcıqlar və mədəciklər fəaliyyətdən qalır. 
Fəaliyyətdən qalmış ürəyin qulaqcıqlarla mədəciyi 
arasında  ikinci liqatura qoyulur. Bu zaman ürək 
avtomatik fəaliyyətini yenidən bərpa edir. Bunun səbəbi 
liqaturanın mexaniki təsirindən atrioventrikulyar və ya 
Bidder düyünün oyanması ilə izah edilir  ürəyin 
qulaqcıqları və mədəciyinin fəaliyyəti bu liqaturanın necə 
düşməsindən asılı olur. Belə ki, əgər liqatura tam ortaya 
düşərsə  həm qulaqcıqlar, həm də  mədəciyin fəaliyyəti 
bərpa olunur. Liqatura mədəciyə doğru düşərsə qulaqcıqlar 
təqəllüs etdiyi halda, mədəcik təqəllüs etmir. Əksinə 
liqatura azacıq qulaqcıqlara doğru düşərsə, onda mədəcik 
təqəllüs edir, qulaqcıqlar isə fəaliyyətdən qalır. 
Üçüncü liqatura ürəyin zirvəsinə yaxın qoyulur. Bu 
zaman təqəllüs edən mədəciyin zirvə nahiyəsi fəaliyyətdən 
qalır. Səbəb atrioventrikulyar və ya Bidder düyündən 
gələn impulsların zirvəyə çatmamasıdır. 

 
173
 
Şəkil 101. Stannius liqaturasının sxemi: 1-birinci liqatura; 2-1-ci 
və 2-ci liqatura; 3-1-ci, 2-ci və 3-cü liqatura; liqatura qoyulduqdan 
sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb. 
 
 
1.
 
2.Ürək fəaliyyətinə hərarətin təsiri. Bu məqsədlə 
ürəkdən müəyyən dərəcəyə  qədər qızdırılmış  və ya 
soyudulmuş Ringer məhlulu buraxdıqda ürək fəaliyyətinin 
dəyişdiyini müşahidə etmək olar. 
Hərarət ürəyin ayrı-ayrı nahiyələrinin fəaliyyətinə 
eyni dərəcədə təsir göstərmir. 
Sinus düyünü nahiyəsinə  təsir etdikdə ürəyin ritmi 
və qüvvəsində baş verən dəyişikliklər daha yaxşı müşahidə 
olunur. Belə ki, istinin təsirindən ürəyin ritmi sıxlaşır, 
qüvvəsi artır. Soyuğun təsirindən ritm seyrəkləşir, qüvvəsi 
azalır. 
Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin