209
Arteriya nəbzi sfiqmoqraf cihazının köməkliyilə
qeyd edilir. Bu cihaz nəbz dalğalarını əks etdirməklə
bərabər eyni zamanda kağız üzərində yazılır. Bu cihaz
nəbz dalğalarını yazan yüngül manivellacıqlar sistemindən
ibarətdir. Alınan yazıya sfiqmoqramma (yunanca
sphiqmos-nəbz) deyilir. Bu əyri qalxan anakrotik qol, enən
katakrotik qol və enən qol üzərində dikrotik dalğadan
ibarətdir.
Şəkil 122. Sfiqmoqraf: A-hislənmiş kağız; H-rıçaq; K-təkər;
F-prujin; S,F
1
, F
2
–rıçaq; P-pelotta.
Anakrotik qol mədəciklərin sistolasını, katakrotik
qol mədəciklərin diastolasını əks etdirir. Dikrotik dalğanın
əmələ gəlməsi haqqında müxtəlif fikirlər var. Bəzi fikirlərə
görə, sistola zamanı aortaya qovulmuş qanın bir hissəsi
sistoladan sonra gələn mədəciklərin diastolası zamanı
təzyiq fərqi nəticəsində əks tərəfə hərəkət edən qanın
aypara qapaqlara dəyib damar divarlarının əlavə
dalğalanmasına səbəb olur. Başqa fikirlərə görə bu dalğa
periferik mənşəli olub, aorta ilə sürətlə axan qan
210
şaxələnmiş damarların başlanğıc nahiyələrinə toxunaraq
əlavə dalğanı əmələ gətirir.
Şəkil 123. Sfiqmoqramma: A-hislənmiş kağız üzərində;1-anakrot;
2- katakrot; 3-dikrotik dalğa; 4-polikrot.
Lazım olan material və avadanlıqlar: Sfiqmoqraf,
rəngli qələm, kağız, tələbə.
İşin gedişi: Nəbz dalğaları tələbənin sol qolunun
bilək nahiyəsində mil arteriyasının daha aydın hiss edilən
nəbz nahiyəsini tapıb, rəngli qələm ilə nişanlayırlar.
Qayışlar vasitəsilə sfiqmoqraf bilək nahiyəsinə elə
bağlanır ki, pelot nişanlanmış nöqtəyə toxunsun. Belə
olduqda nəbz vurğuları pelotun və onunla əlaqəli yayın
titrəyişinə səbəb olur. Bu da öz növbəsində lingi hərəkətə
gətirib, fırlanan silindrin üzərində nəbzin əyrisini
(sfiqmoqrammı) yazır.
Sfiqmoqrafın qələmi qarşısında bir qədər ondan
211
aralı, xronoqrafın lingi yerləşir ki, bu da hər saniyədən bir
vaxtı qeyd edir. Buna əsasən nəbzin sıxlığını, ritmini və
hər nəbzə sərf olunan müddəti öyrənmək mümkündür.
58 saylı iş. İnsanda qan təzyiqinin ölçülməsi
Qan təzyiqi orqanizmin boyu, çəkisi, cinsindən,
halından, mərkəzi sinir sisteminin vəziyyətindən və s. asılı
olaraq dəyişir. Belə ki, 20 – 40 yaşına qədər sağlam
adamlarda maksimal təzyiq 110 – 125 mm civə sütununa
(c.s.), minimal təzyiq isə 60 – 85 mm (c.s.), nəbz təzyiqi
30 – 40 mm (c.s.) bərabər olur.
Maksimal təzyiq mədəciklərin sistolası, minimal
təzyiq isə diastola fazasına müvafiq gəlir. Arterial təzyiqin
artmasına hipertoniya, azalmasına isə hipotoniya deyilir.
50 – 60 yaşlarda maksimal təzyiq 125 – 135 mm,
minimal təzyiq isə 80 – 90 mm (c.s.) bərabər olur. Qo-
caldıqca qan təzyiqi yüksəlir. Qoca qadınlarda qan təzyiqi
qoca kişilərə nisbətən bir qədər yüksək olur.
Uşaqlarda qan təzyiqi yaşlılara nisbətən az, təzə
doğulmuş uşaqlarda birinci ayın axırında makismal təzyiq
80 mm (c.s.) olduğu halda, sonralar yavaş-yavaş artmağa
başlayır. Əzələ işi, emosional hal qan təzyiqinin
müvəqqəti artmasına səbəb olur.
Klinikada arterial qan təzyiqini ölçmək üçün sfiq-
momanometr və ya tonometrdən istifadə edirlər.
Arterial qan təzyiqini ölçmək üçün Riva-Roççinin
palpator (latınca palpatio-əllə yoxlamaq) və Korotkovun
auskultativ (latınca auskultatio-qulaq asmaq) üsullarından
istifadə elirlər.
Lazım olan material və avadanlıqlar: Riva-Roç-
çinin sfiqmomanometri, stetoskop və ya fonendoskop,
spirt, pambıq, tələbə.
212
İşin gedişi:
1. Riva-Roççi üsulu. Sfiqmomanometr civəli
manometr, buna birləşən 2 divarlı rezin manjet və hava
qovucu balonun birləşməsindən ibarətdir. Bu üsül damarla
axan qanın hərəkətini saxlamaq üçün damar divarına
göstərilən təzyiqin ölçülməsi prinsipinə əsaslanır.
Qan
təzyiqi ölçülən tələbənin qoluna dirsəkdən
yuxarı rezin manjet salınır. Hava qovucu balonla manjetə
yavaş-yavaş hava daxil etməklə manjet şişməyə başlayır
və həlqə kimi qolu sıxır.
Şəkil 124. İnsanın qan təzyiqini ölçmək üçün sfiqmomanometr:
1-manometr; 2-manjet; 3-vintli klapan; 4-rezin balon;
5-kauçuk boru.
Sonra biləyin iç səthinin kənarına barmaqları
toxundurmaqla nəbzi hiss edir, digər əllə isə rezin balonu
ritmiki sürətdə sıxaraq nəbz itənədək manjetə hava
doldurulur. Nəbzin itməsinə səbəb manjetdəki təzyiqin
bazu arteriyasındakı təzyiqdən artıq olması ilə qanın
damarda müvəqqəti olaraq hərəkət etməməsidir. Sonra
213
rezin balonla əlaqəli olan vinti azacıq açıb, havanı
manjetdən tədricən xaric edirlər. Manjetdəki təzyiq müəy-
yən səviyyəyə endikdə, nəbz yenidən hiss olunmağa
başlayır. Bu an manometrdə şkalanın səviyyəsini göstərən
hansı rəqəmə uyğun gələrsə, o maksimal təzyiq hesab
edilir. Manjetdəki hava azaldıqca, nəbz daha yaxşı hiss
olunmağa başlayır. Nəbzin əvvəlki dolğunluğu və
gərginliyi bərpa olunduğu an manometrdə hansı rəqəmə
uyğun gələrsə, bu minimal təzyiqin göstəricisi olacaqdır.
Lakin Riva-Roççi üsulu ilə minimal təzyiqi müəyyən
etmək vərdiş tələb etdiyindən klinikada bu üsuldan
nisbətən az istifadə edilir.
2. Karotkov üsulu. Manjeti tələbənin çılpaq bazu
nahiyəsinə bağlayır və fonendoskopu dirsək çuxurunda
yerləşdirib küyə qulaq asırlar.
Şəkil 125. Karotkov üsulu ilə insanda qan təzyiqinin ölçülməsi:
1-sfiqmomanometr; 2-manjet; 3-fonendoskop; 4-rezin balon.
Adi hallarda dirsək çuxurunda heç bir küy eşidilmir.
214
Lakin manjetə havanı qovmaqla bazu arteriyasını sıxdıqda
qanın daralmış sahədən nisbətən gen sahəyə keçməsi
müəyyən küy əmələ gətirir ki, bu da dirsək çuxurunda
bazu arteriyasının şaxələndiyi (mil və dirsək arteriyalar)
yerdə eşidilir. Küyün eşidilməyə başladığı an manometrin
şkalasında hansı rəqəmə uyğun gəlirsə bu rəqəm maksimal
təzyiq hesab edilir. Manjetdəki təzyiqi azaltdıqda elə an
çatır ki, artıq dirsək çuxurunda küy eşidilmir. Manometrin
bu andakı göstəricisi minimal təzyiq hesab edilir. Manjeti
çıxarmadan maksimal və minimal təzyiq 2 – 3 dəfə
ölçülür.
59 saylı iş. Damar fəaliyyətini tənzim edən hərəki
sinirlər
Damarın genəlməsinə vazodilyatasiya (latınca vas –
damar, dilatation – genəlmə), qıcıqlandırılanda daral-
masına isə vazokonstruksiya (latınca construction – da-
ralma) deyilir. Simpatik sinir kəsildikdə baş verən vazodi-
latasiya damarın tonusdan düşməsinin kəsilən sinir ucu
qıcıqlandırılanda olan vazokonstruksiya isə həmin tonusun
artmasının nəticəsi hesab edilir.
Sinirin
qıcıqlandırılmasının damar mənfəzinə
təsirini ilk dəfə 1842-ci ildə Valter qurbağanın arxa
ətrafında apardığı təcrübə ilə aşkar etmişdir. Sonra eyni
hadisəni, yəni damar mənfəzinə sinir təsirinin olduğunu
1852-ci ildə Klod-Bernar dovşan üzərindəki eksperimenti
ilə bir daha təsdiq etmişdir.
Lazım olan vəsait: qurbağa, dovşan, dəlikli mantar
lövhə, ştativ, eksperiment üçün cərrahi stol, qayçı, pinset,
mikroskop, stimulyator, elektrodlar, sap, istiqanlılar və
215
soyuqqanlılar üçün Ringer məhlulu, 20%-li uretan
məhlulu.
İşin gedişi:
Volter
təcrübəsi. Əvvəlcə hərəkətsizləşdirilmiş
qurbağanı mantar lövhəyə bərkidib, ətraflardan birinin bud
nahiyəsində kəsik aparıb, oturaq sinirini liqaturaya alıb
kəsirik. Siniri kəsilmiş ətrafın üzgəc pərdəsini mantar
lövhədəki dəlik üzərinə gərilmiş vəziyyətdə, iynələr
vasitəsilə bənd edirik. Mantar lövhəni mikroskop altına
qoyur və üzgəc pərdəsi damarlarında qanın hərəkətinə
diqqətlə baxırıq (şəkil 36). Kəsilmiş sinirin periferik ucunu
20 – 30 saniyə müddətində elektrik cərəyanı ilə qı-
cıqlandırdıqda pəncə damarlarının daraldığını görürük.
Daralmış damarlardan keçən eritrositlər dartılıb uzanmış
şəkildə gözə çarpır. Sonra qurbağanı ştativdən asır, arxa
ətraflarının hər ikisini qayçı ilə yaralayırlar. Bu zaman
denervasiya edilmiş ətrafdan damarlar genəldiyi üçün daha
çox qan axdığı görünür.
Şəkil 126. Volter təcrübəsi:
1-oturaq siniri; 2-qıcıqlandırıcı elektrodlar.
Klod-Bernar təcrübəsi. Efir xloform narkozu
216
verilmiş ada dovşanının boyun nahiyəsinin tükünü
təmizləyib orta xətt üzrə 2 – 3 santimetr uzunluğunda
boylama kəsik aparır, sinir dəstəsini tapır və sımpatik
siniri liqaturaya alıb kəsirik.
Heyvan narkoz yuxusundan oyandıqdan sonra
simpatik sinirin kəsilmiş olduğu tərəfdə qulağın qızarmış,
damarların genəlmiş, temperaturun artmış olduğunu
müşahidə etmək olar.
Sonra simpatik sinirin kəsilmiş periferik ucunu
elektrik cərəyanı ilə qıcıqlandırdıqda qıcığın təsirindən
qulaq damarlarının daraldığı, qulağın rənginin
solğunlaşdığı, temperaturun aşağı düşdüyü nəzərə çarpır.
Müasir
təsəvvürə görə buna səbəb damardaraldıcı
sinir uclarında katexolaminlər (adrenalin, noradrenalin) və
ya simpatin, damargenəldici sinir uclarında isə asetilxolin
ifraz olunmasıdır.
217
VI FƏSİL
Tənəffüsün fiziologiyası
Orqanzim
ilə onu əhatə edən mühit arasında arası
kəsilmədən davam edən qazlar mübadiləsinə tənəffüs
deyilir. Bu mübadilə nəticəsində orqanizmdə oksidləşmə
prosesləri üçün vacib olan oksigenin (O
2
) daxil olması və
maddələr mübadiləsi nəticəsində əmələ gələn karbon
qazının (CO
2
) orqanizmdən xaric olması təmin olunur.
Oksidləşmə zamanı enerji ayrılır ki, bunun bir hissəsi
hüceyrə və toxumalarda həyat fəaliyyətinin təmini üçün,
digər hissəsi isə istilik şəklində bədəndən xaric olunur.
Deməli, tənəffüs alma zamanı oksigen qazı alıb, nəfəs
vermə prosesində isə karbon qazını xarici mihitə
verməkdir.
Qazlar
mübadiləsi müxtəlif heyvanlarda müxtəlif
şəkildə təzahür edir; Məsələn, birhüceyrəli heyvanlarda
bədən səthilə, ibtidai çoxhüceyrəli heyvanlarda dəri
vasitəsilə baş verir. Heyvanlar təkamül etdikcə, xüsusi
tənəffüs üzvləri inkişaf edir. Buğumayaqlılarda bədənin
hər yerində səpələnmiş hava kanalcıqları – traxeyalar
vardır və qazlar mübadiləsi kanallarda olan hava ilə
toxuma mayesi arasında gedir. Balıqlarda tənəffüs
qəlsəmələr vasitəsilə gedir. Qəlsəmələr qan kapilyarları ilə
zəngin olub, qazlar mübadiləsi qaz kapilyarları ilə
qəlsəmələri yuyan su arasında gedir. Suda-quruda yaşa-
yanlarda ağciyərlər inkişaf etməyə başlasa da, onların əsas
tənəffüsü dəri vasitəsilə gedir. Quşların və məməlilərin
tənəffüsü ağciyər vasitəsilə gedir.
İbtidai heyvanlarda tənəffüs sadə yol ilə cərəyan
etdiyi halda, təkamül etmiş heyvanlarda xüsusi tənəffüs
218
üzvlərinin inkişafı ilə əlaqədar olaraq bu hadisə
mürəkkəbləşir. Bu heyvanlarda bədəni təşkil edən
hüceyrələr bilavasitə xarici mühit ilə deyil, onlarla daima
təmasda olan qan ilə görüşür, qandan O
2
alıb, CO
2
-ni qana
verir. Hüceyrələr ilə qan arasında gedən qazlar
mübadiləsinə daxili tənəffüs deyilir. Qan daxili tənəffüsdə
iştirak etmək üçün O
2
-ni alıb, CO
2
-dan təmizlənməlidir.
Bu vəzifəni qan ağciyərlərdən keçdikdə yerinə yetirir.
Kiçik qan dövranı kapilyarları ilə ağciyərlərin
alveolları arasında gedən qazların mübadiləsinə xarici və
ya ağciyər tənəffüsü deyilir.
Ağciyərləri təşkil edən bronxiolların divarları birqat
yastı epitel toxuması ilə örtülmüş alveollardan təşkil
olunmuşlar. Alveolların əmələ gəlməsində birləşdirici və
elastiki toxuma lifləri də iştirak edirlər. Bu toxuma
ağciyərlərə elastiklik verir. Ağciyərlər 100 mln qədər
alveoldan ibarətdir.
Alveollar
xaricdən qan kapilyarları ilə əhatə
olunmuşlar. Qazlar mübadiləsi qan kapilyarları ilə
alveollar arasında gedir; bu səthə – tənəffüs səthi deyilir.
Ağciərlərin tənəffüs səthi 100 – 150 m
2
-ə
bərabərdir. Ağciyərlərin kiçik olmasına baxmayaraq,
böyük tənəffüs səthi əmələ gətirir. Tənəffüs səthinin qan
kapilyarları ilə təchiz olunması tənəffüsü asanlaşdırır.
Ağciyər ventelyasiyasını, ağciyər və toxumalarda
qazlar mübadiləsini, qazların qanla danışmasını öyrənmək
üçün sakit halda, fiziki iş zamanı və orqanizmə müxtəlif
təsirlər altında tənəffüsü müxtəlif üsullarla öyrənmək olar.
219
Şəkil 127. A-ağciyər paycığı sxemi:
1,2,3-sondakı bronxiollar; 4-tənəffüs bronxiolları;
5-ilk paycıq; 6-alveolların hava boşluğu;
7-alveol girəcəyi; 8-alveollar. B-ağciyər sxemi: 1-ağciyər;
2-traxeya. C-bronxlarla (2,3,4) şaxələnən traxeya (1).
60 saylı iş. Tənəffüs hərəkətlərinin qeyd edilməsi
Tənəffüs hərəkətləri nəfəsalma və nəfəsvermə
aktları şəklində təzahür edir.
İlk dəfə 1885-ci ildə H.A.Mislavski heyvanlar
üzərində apardığı təcrübə ilə sancaq başından böyük ol-
mayan tənəffüs mərkəzini uzunsov beyində IV mədəciyin
dibində tora bənzər törəmədə yerləşdiyini kəşf etmişdir.
Tənəffüs mərkəzi biri digəri ilə qarşılıqlı əlaqədə
olan nəfəsalma və nəfəsvermə mərkəzlərinə ayrılır. Bu
mərkəzlər tənəffüs hərəkətlərini nizama salır. İstiqanlı
heyvanlar üzərində aparılan təcrübələrdən məlum olmuş-
dur ki, uzunsov beyində yerləşən tənəffüs mərkəzləri Va-
rol körpüsünün yuxarı hissəsində yerləşən pnevmatik
mərkəzə tabedir. Bu mərkəz tənəffüs mərkəzi arasında
qarşılıqlı əlaqə yaradır. Nəfəsalma zamanı nəfəsvermə
220
mərkəzini, nəfəsvermə zamanı nəfəsalma mərkəzini
oyadır.
Tənəffüs aktının sayı yeni anadan olmuş uşaqlarda
50 – 60, 5 yaşında 23 – 25, 16 yaşında 16 – 18, orta yaşlı
sağlam adamlarda 16 – 20 olur.
Tənəffüs mərkəzindən çıxan sinirlər diafraqma və
qabırğaarası sinirlər adı ilə onurğa beyninə keçir, dia-
fraqma siniri onurğa beyninin ön köklərindən III-IV boyun
fəqərələri səviyyəsində boyun sinirləri ilə bir yerdə
fəqərəarası dəlikdən çıxır, diafraqmanı sinirləndirir.
Qabırğaarası sinirlər birinci və 12-ci döş fəqərələri
səviyyəsində onurğa beyninin ön köklərindən, döş sinirləri
ilə bir yerdə fəqərəarası dəliklərdən çıxırlar, qabırğaarası
əzələləri innervasiya edirlər.
Tənəffüs mərkəzi reflektoru və humoral yol ilə
daima oyanır. Mərkəzin belə halı tonus adlanır.
Oyanmalar qeyd etdiyimiz sinirlər ilə hərəki impul-
slar şəklində diafraqma və xarici qabırğaarası əzələlərə
verilir. Oyanmaların təsiri altında tənəffüs əzələləri yığılır;
bu zaman döş qəfəsi böyüyür, ağciyərlər şişir, xarici
mühitdən hava ağciyərlərə dolur. Bu hadisəyə nəfəsalma
deyilir. Nəfəsalmadan sonra nəfəsvermə aktı başlayır. Bu
hadisə ağciyərlərin divarlarında yerləşən hissi sinir
uclarının ağciyərlərin şişməsi və ya gərginləşməsi
sayəsində qıcıqlanırlar. Əmələ gələn oyanmalar azan
sinirin şaxəsinə verilir və nəfəsvermə mərkəzinə nəql ol-
unur. Gələn oyanmaların təsiri ilə, nəfəsvermə mərkəzi
oyanır, nəfəsvermə mərkəzi tormozlanır.
Pnevmatik
mərkəzin fəaliyyəti ilə yanaşı
ağciyərlərdən gələn interoseptik qıcıqların təsiri altında
tənəffüs hərəkətləri növbələşir.
Lazım olan material və avadanlıqlar: pnevmo-
221
qraf, kimoqraf, ştativ, ölçü lenti, Marey kapsulası, rezin
boru, saniyəölçən, amonyak məhlulu, tələbə.
İşin gedişi: Tələbə yarımçılpaq vəziyyətdə dayanır.
Əvvəlcə tələbə döş qəfəsinin tənəffüs hərəkətlərini gözlə
müşahidə edir. Sonra əllərini çılpaq döş qəfəsi üzərinə
qoyur.
Şəkil 128. Pnevmoqraf:
1-rezin kamera; 2-Marey kapsulası;
3-vaxt qeydiyyatçısı; 4-sıxıcı; K-kimoqraf.
Normada
döş qəfəsinin hər iki tərəfi simmetrik
hərəkət etməlidir. Daha sonra ölçü lenti vasitəsilə dərin
nəfəsalma və nəfəsvermə zamanı döş qəfəsinin dairəsini
ölçür, tapılan fərqə əsasən döş qəfəsinin nə qədər
böyüyüb-kiçildiyi müəyyən edilir.
Tənəffüs hərəkətlərini qeyd etmək üçün manjeti döş
qəfəsinin ən hərəkətli olan aşağı 1/3 hissəsinə bağlayır və
onun rezin borusunu ştativə bərkidilmiş Marey kapsulu ilə
əlaqələndirir. Bu kapsulaya isə qeydedici ling birləşdirilir.
222
Təcrübə zamanı lingin ucu kimoqrafın səthinə toxunduru-
lur.
Müayinə edilən tələbənin tənəffüs hərəkətləri
manjetdə təzyiqin artıb-azalmasına, bu isə lingin
hərəkətinə səbəb olur. Lingin hərəkətinə müvafiq kimoqraf
üzərindəki yazılar pnevmoqram adlanır. Pnevmoqramma
tənəffüs hərəkətlərinin sıxlığı və dərinliyini öyrənməyə
imkan verir. Pnevmoqrammadakı qalxan qol nəfəsalma
aktına, enən qol isə nəfəsvermə aktına müvafiq gəlir.
Şəkil 129. Pnevmoqramma:
a-sakit tənəffüs; b-fiziki iş zamanı; c-danışıq zamanı;
d-öskürəndə; f-təngənəfəs olduqda; e-hiperventilyasiya zamanı;
I-tənəffüsün qeydi,II-tətbiq olan təsirin qeydi.
Sakit halda tənəffüs hərəkətlərini qeyd edəndən
sonra tələbə 10 – 12 dəfə qalxıb oturduqda tənəffüsün
tezləşməsi və dərinləşməsi qeydə alınır. Pnevmoqrafiyanı
danışıq, öskürmə, təngənəfəslik və hiperventilyasiya
223
zamanı da aparıb, bu hadisələrin pnevmoqrammada
dişciklər şəklində əks olunduğuna diqqət yetirilir.
61 saylı iş. Ağciyərlərin həyat tutumunun ölçülməsi
Normal
tənəffüsdə ağciyərlər tamamilə gərginləşir,
alveolların da hamısı tənəffüsdə iştirak etmir. Tənəffüsdə
iştirak etməyən alveollar sıxılmış vəziyyətdə olurlar.
Həyat tutumu
Alveolyar hava
Şəkil 130. Spirometrin sxemi:
C-şkala; M-munduştuk; P-spirometrin başı.
Əlavə hava 1500 sm
3
Tənəffüs hava 500 sm
3
Ehtiyat hava 1500 sm
3
Qalıq hava 1000 sm
3
224
Dərin nəfəsalmadan sonra dərindən nəfəs verərkən
xaric olan havanın miqdarı ağciyərlərin orta həyat tutumu
adlanır. Bu tutum 3 hissədən ibarətdir: tənəffüs havası
(500 ml), əlavə hava (1500 ml), ehtiyat hava (1500 ml).
Şəkil 131. Su spirometri (A) və onun quruluş sxemi (B): 1-xarici
silindr; 2-daxili silindr; 3-spirometrin şkalasını müşahidə etmək üçün
şüşə pəncərə; 4-daxili silindiri tarazlaşdırmaq üçün hava ilə dolu
balon; 5-rezin boru; 6-tıxac. C-quru spirometr:
1-cihazın şkalası; 2-plastmas munduştuk.
155 sm-dən başlayaraq, hər 5 sm boy artımında
ağciyərin həyat tutumu 300 ml həcmdə artır. Kişilərdə,
qadınlara nisbətən, ağciyər həyat tutumu 15%-ə qədər çox
olur. Sağlam orta yaşlı adamlarda ağciyərlərin həyat
tutumu 3000 – 5000 ml-ə, 11 – 12 yaşlı məktəblilərdə
2000 ml-ə, 4 yaşına qədər uşaqlarda 1000 ml, yeni
doğulmuş uşaqlarda isə 150 ml-ə bərabərdir.
Ağciyər həyat tutumunu təyin etmək üçün iki cür
spirometrdən istifadə edilir; sulu və quru portativ.
225
Sulu spirometr böyük və kiçik silindirdən ibarətdir. Böyük
silindrin içində olan kiçik silindrin əsası yuxarıya döğru
çevrilib. Kiçik silindrin üzərində 7000 ml-ə qədər həcmi
göstərən bölgülər var. Bu bölgülər spirometrə daxil olan
havanın miqdarını təyin etmək üçündür. Spirometrin
pəncərəsindəki şüşə üzərinə aşağı və yuxarı olmaqla 2 xətt
çəkilmişdir. Aşağıdakı xəttdən böyük silindirə su
doldurulmalıdır, yuxarıdakı xətt isə spirometrdəki havanın
miqdarını müəyyən etmək üçündür. Xarici silindrin
əsasından metal boru daxil olur. Bu borunun bir ucu kiçik
silindrin dibinə yönəldiyi halda, digər ucu xaricdə rezin
boru ilə birləşir. Rezin borunun sərbəst ucunda
munduştuka bənzər ucluq var.
Lazım olan material və avadanlıqlar: Sulu və ya
quru spirometr, spirt, pambıq, sıxıcı, tələbə.
İşin gedişi: Ağciyərlərin orta həyat tutumunu təyin
etmək üçün spirometr başlanğıc vəziyyətinə gətirilir.
Sonra isə munduştuku spirtdə isladılmış pambıqla silib,
tələbə dərindən nəfəs verir. Bu zaman daxili silindr ona
dolan hava təzyiqindən yuxarı qalxır. Silindrin nə qədər
qalxdığı – bölgülərin göstərdiyi rəqəm qeydə alınır. Həmin
göstərici ağciyərlərin həyat tutumunu müəyyən edir. Hər
müayinə zamanı spirometri başlanğıc vəziyyətə gətirmək
üçün daxili silindrin ağzındakı tıxacı çıxartmaq lazımdır,
çünki təcrübə təkrarlandıqda su daşıb spirometrdən xaricə
tökülə bilər.
Tənəffüs havasının həcmini təyin etmək üçün tələbə
spirometri başlanğıc vəziyyətinə gətirir və 5 – 6 dəfə sakit
halda burun ilə nəfəs alıb, munduştukdan spirometrə nəfəs
verir. Spirometrdə toplanmış havanın miqdarını
nəfəsvermələrin sayına bölməklə tənəffüs havasının həcmi
tapılır.
226
Əlavə havanın həcmini təyin etmək üçün
spirometrə 2500 – 3000 ml otaq havası doldurulur. Sonra
tələbə sakit halda tənəffüs etdiyi zaman tənəffüsünü bir
neçə saniyə ərzində saxlayıb, spirometrin borusundakı
munduştukdan dərindən nəfəs alır. Bu zaman şkalanın
göstəricisi qeyd olunur. Məsələn, şkalanın göstərdiyi
rəqəm 1500-dir. Belə olan halda spirometrin
bölgülərindəki əvvəlki və sonrakı göstəricilər arasındakı
fərq (3000-1500=1500 ml) əlavə havanın həcmini
göstərəcək.
Dostları ilə paylaş: |