Cədvəl 3. Ərzaq məhsullarının gündəlik minimum
istehlakı norması
Gündəlik enerji sərfini digər ərzaq məhsullarının
istehlakı üzrə də təmin etmək mümkündür. Ərzaq
məhsullarının istehlak norması formalaşmış ənənələrə,
kənd təsərrüfatında və yeyinti sənayesində məhsulların
istehsalının səviyyəsinə və digər amillərə görə müəy-
yən edilir. Ayrı-ayrı insanların qida məhsullarına olan
tələbatı və istehlakı çox mürəkkəb məsələdir. Bu nor-
malar müxtəlif amillərdən asılı olaraq əsas qida
maddələrinin (zülal, yağ, karbohidrat) istehlak norması
saxlanılmaqla qarşılıqlı surətdə əvəz oluna bilər.
Sıra
sayı
Ərzaq məhsulları
Miqdarı (qramla)
1.
Çörək
330-360
2.
Makaron
15
3.
Yarma
25
4.
Paxlalılar
5
5.
Kartof
265-285
6.
Tərəvəz və bostan bitkiləri
385-450
7.
Meyvə və giləmeyvə (təzə və
konservləşdirilmiş)
200-220
8.
Şəkər və qənnadı məmulatı
50-100
9.
Bitki yağları və onların emalı
məhsulları
30-40
10.
Ət və ət məhsulları
190-215
11.
Balıq və balıq məhsulları
50-55
12.
Süd məhsulları (süd hesabı
ilə)
980-1050
O cümlədən bilavasitə süd
350-450
13.
Yumurta
3 gündə 2 ədəd
336
Qida qəbulu mədəniyyəti
Qida qəbulu mədəniyyəti dedikdə, stolun serviz-
ləşdirilməsi, aşxana priborlarından istifadə etməyi ba-
carmaq və süfrə arxasında özünü aparmaq mədəniyyəti
başa düşülür. Bu işdə səriştəlik hər adam üçün istər adi
və istərsə də bayram günlərində və ya ziyafətlərdə
vərdiş halını almalıdır. Qida qəbulu mədəniyyəti in-
sanın ümumi mədəni səviyyəsini xarakterizə edən bir
göstəricidir. Stolun servizləşdirilməsi qida qəbulunun
xarakterindən və vaxtından (səhər, nahar və şam
yeməyi, ziyafət süfrəsi) asılı olaraq müxtəlifdir. Bir
qayda olaraq, adi günlərdə ailə üzvləri mətbəxdə
yeyib-içirlər.
Səhər yeməyi üçün stol hazırladıqda ona ağ kətan
və ya pambıq parçadan süfrə salınır. Hər adam üçün bir
qəlyanaltı boşqabı, onun sağ tərəfinə nəlbəkidə tutacağı
sola olmaqla fincan və ya stəkan, nəlbəkiyə sağ tərəfdən
çay qaşığı qoyulur. Çəngəl boşqabdan sol tərəfə dişləri
yuxarı, bıçaq isə kəsən tərəfi boşqaba olmaqla sağ tərəfə
qoyulur. Ilıq bişirilən yumurta xüsusi yumurta qabında
boşqabın üstünə və ya onun sağ tərəfinə qoyulur. Çay və
qəhvə şəkərsiz hazırlanır, hər kəs öz istəyinə görə şəkər
əlavə edir. Şəkər tikəşəkillidirsə, qənd qabının üstünə və
ya yanına qənd maşası, toz-şəkərdirsə əlavə çay qaşığı
qoyulur. Çay qaşığını çaya və ya qəhvəyə batırmadan
toz-şəkər götürüb fincana və ya stəkana tökmək
lazımdır. Qarışdırmaq üçün nəlbəkiyə qoyulmuş öz
qaşığınızdan istifadə etməlisiniz.
Nahar süfrəsi hazırladıqda hər adama iki boşqab
qoyulur. Duru xörək üçün nəzərdə tutulmuş dərin
boşqab iri dayaz boşqabın içinə qoyulmalıdır. Boşqa-
337
bın sağ tərəfinə tiyəsi qaba olmaqla bıçaq, ağzı yuxarı
xörək qaşığı qoyulur. Xörək qaşığının əl tutan yeri
(sapı) sağa olmaqla boşqabın arxasına da qoymaq olar.
Sol tərəfə dişləri yuxarı olmaqla çəngəl, ondan sonra
xörək üçün xırda boşqab yerləşdirilir. Şirin xörək üçün
qab nahar boşqabı ilə çarpaz sol tərəfə qoyulur. Desert
və çay qaşığını nahar boşqabından sağ tərəfə yerləş-
dirmək lazımdır. Duru xörək üçün dərin boşqabları üst-
üstə yığıb ev sahibəsi oturan yerə qoymaq daha
yaxşıdır. Çünki onun üçün şorba kasasından qonaqlara
yemək çəkmək asandır. Bunların yanına kiçik
abgərdən qoyulmalıdır. Stola duz, istiot, hər adam
üçün kətan parça və ya kağız dəsmal qoyulmalıdır.
Kətan parçadan dəsmal yelpik, konusvari və üçkünc
formada bükülüb çəngəllərin sol tərəfinə qoyulmalıdır.
Əgər kağız dəsmaldan istifadə olunacaqsa, onları
xüsusi qablar və ya stəkanlara səliqə ilə yerləşdirib
stolun bir tərəfinə və ya ortaya qoymaq olar.
Süfrəyə qab-qacaq düzüldükdən sonra su və şər-
bətlər üçün badələr düzülür. Süfrəyə mineral su bu-
tulkada, şərbətlər isə qrafinlərdə qoyulur. Çörək fal-fal
doğranıb çörək qabına yığılır, üstünə ağ dəsmal salınır.
Şam süfrəsi üçün stol səhər yeməyində olduğu
kimi hazırlanır. Əgər şam yeməyində çay və qəhvə
əvəzinə süd, qatıq, kefir, meyvə şirəsi veriləcəksə,
onda süfrəyə fincan əvəzinə stəkan qoyulur. Bütün süf-
rələr üçün qab-qacaq və aşxana priborları elə yer-
ləşdirilməlidir ki, sağ əllə istifadə olunanlar əsas boş-
qabın sağ tərəfində, sol əllə istifadə olunanlar isə sol
tərəfində olsun. Boşqabları stolun kənarlarından 2 sm
aralı yerləşdirmək lazımdır.
Ziyafət stolunu onun təyinatından asılı olaraq
338
müxtəlif cür hazırlamaq olar. Məsələn, ad günü üçün
nahar stolu, toy məclisi üçün, kiçik ziyafət üçün çay və
qəhvə stolu, gənclər üçün kokteyl süfrəsi və s.
Soyuq qəlyanaltı verməklə nahar süfrəsi ailədəki
müəyyən bir şənlik, ad günü və başqa səbəblərdən
təşkil olunur. Azərbaycanlılar, bir qayda olaraq, ad
günündə və ailə ziyafətlərində duru xörək vermirlər.
Plov yanında dovğa kasalarda, nazik çay stəkanlarında
və ya iri şorba kasalarında verilir. Ona görə də hər
adam üçün ayrıca dərin boşqab qoyulmur. Dovğanı
kiçik piyalələrə töküb plovdan sonra yeyirlər. Belə
güman edilir ki, turş qatıqdan göyərti əlavə edilməklə
hazırlanmış dovğa plovun həzminə və mənimsənil-
məsinə kömək edir.
Ziyafət stoluna təmiz, səliqə ilə ütülənmiş ağ süfrə
salınır. Süfrənin üstünə şəffaf polietilen pərdə salmaq
məsləhət deyil. Lakin müasir dövrdə süfrəyə ləkə düşüb
çirklənməməsi üçün bundan geniş istifadə edirlər.
Stola çox da iri olmayan vazada gül qoyulmalıdır.
Bu, stola təntənəli bayram əhval-ruhiyyəsi və yaraşıq
verir.
Stolu zövqlə servizləşdirmək lazımdır. Qonaqlar
üçün qab-qacaq və nahar priborları bir sıradan düzülür.
Hər adam üçün iri dayaz boşqab, onun üstündən də
qəlyanaltı üçün kiçik dayaz boşqab qoyulur. Əgər
ziyafət stoluna duru xörək verilməsi də nəzərdə
tutulursa, süfrəyə əvvəlcədən iri dayaz boşqabın içinə
dərin boşqab da qoyulmalıdır. Əgər 3 cür quru xörək
veriləcəksə, boşqabın sağ tərəfinə bıçaq və xörək
qaşığı, sol tərəfinə isə çəngəl qoyulur. Bir qaşıq və
çəngəl isə boşqabın arxasında yerləşdirilir. Dəsmal
üçkünc və ya konusvari bükülüb boşqaba qoyulur.
339
Dörd cür xörək veriləcəksə, əlavə olaraq bir bıçaq və
çəngəl (balıq xörəyi üçün) çarpaz şəkildə nimçənin
üstünə qoyulur. Əgər əsas xörəklərdən sonra süfrəyə
desert veriləcəksə, desert priborlarını süfrəni yığışdır-
dıqdan sonra (əsas yeməkdən sonra) düzmək lazımdır.
Nimçənin arxasında su və şərbət üçün stəkan və ya
badə qoyulur. Soyuq qəlyanaltılar, göyərti, duz və
istiot, sonradan verilən isti xörəklər süfrəyə elə düzül-
məlidir ki, süfrə arxasında oturan hər bir adam xoşuna
gələn yeməyi asanlıqla götürə bilsin. Hündür ayaqlı
vazalardakı yeməklər stolun mərkəzinə, yastıları isə
servizlərin yanına yerləşdirilir. Hər xörəyi paylamaq
üçün əlavə qaşıq qoyulmalıdır. Souslar onların müşa-
yiət etdikləri xörəklərlə birlikdə stola verilməlidir.
Süfrəyə bir neçə yerdə sümük və qalıqlar üçün boş
nimçələr və yastı külqabı qoyulur. Çörəyi fal-fal doğ-
rayıb qonaqlar stol arxasında oturandan sonra, daha
doğrusu yeməyə başlayanda gətirmək lazımdır. Gül və
meyvə vazalarını stolun uzunu boyu düzmək daha
yaxşıdır. Lakin süfrəni çox da basırıq etmək məsləhət
görülmür.
Hətta
soyuq
qəlyanaltıları
xörəklər
yeyildikcə süfrəyə vermək və boşalan qabları dərhal
yığışdırmaq lazımdır.
Xörəklərin verilməsinin və yeyilməsinin müəyyən
ardıcıllığı olmalıdır. Əvvəlcə balıqdan hazırlanmış
duzlu və az duzlu qəlyanaltılar verilir. Balıq qəlyanal-
tıları yeyildikdən sonra qəlyanaltı boşqabı dəyişdiril-
məlidir. Sonra ətdən və tərəvəzdən hazırlanmış
qəlyanaltılar və isti xörəklər verilir.
Ikinci isti xörək verilməzdən qabaq bir qədər
tənəffüs etmək yaxşıdır. Bu müddətdə ev sahibəsi stola
əl gəzdirir, artıq və boşalan qabları yığışdırır, qonaqlar
340
isə rəqs edir, kişilər papiros çəkmək üçün dəhlizə və ya
eyvana çıxa bilərlər.
Təzə, duza və sirkəyə qoyulmuş tərəvəzlər stolda
saxlanılmaqla bütün qəlyanaltılar yığışdırılır. Əgər isti
xörəklər bir neçə çeşiddə hazırlanıbsa, onda əvvəlcə
balıq xörəyi, sonra ət xörəyi və nəhayət axırda plov
verilir. Lakin qidalı qəlyanaltıdan sonra plov və ya isti
xörək verilməsi daha yaxşıdır. Plovdan sonra dovğa
vermək məsləhətdir. Əgər xörək süfrəsindən sonra
desert süfrəsi açılması nəzərdə tutulursa, onda isti
xörəklərin sayı minimuma endirilir.
Desert yeməklər və isti içkilər verməzdən qabaq
stoldan
bütün
yemək
qalıqları
və
qab-qacaq
yığılmalıdır. Sonra stola tort, pirojna, konfet qoyulur
və yalnız bundan sonra isti içkilər (çay, qəhvə) verilir.
Əgər stol tam yığışdırılmayıbsa, desert üçün boşqablar
üst-üstə stolun bir tərəfinə qoyulur. Əsas yeməkdən
sonra stol tam yığışdırılmışsa, onda hər adama isti
içkinin sol tərəfindən bir kiçik boşqab qoyulur.
Desert kimi verilən xörəklər (kisel, kompot) stə-
kanlarda ağzı enli iri badələrdə, bəzi xörəklər (sucuq,
firni) xırda nimçələrdə verilir. Şirin xörəkləri qonaq-
lara sağ tərəfdən verirlər. Meyvələr təmiz yuyulub,
silinib iri vazalara yığılır. Alma, armud, üzüm və
gavalı qarışıq halda, portağal və naringi ayrıca vazada
süfrəyə qoyulur. Giləmeyvələri xırda boşqablarda və
kremankalarda (ayaqlı xırda dəmir vaza) verirlər.
Çiyələk, moruq və başqa giləmeyvələr toz-şəkərlə, süd
və qaymaqla verilə bilər. Bu zaman şəkər, süd və
qaymaq ayrıca qabda süfrəyə qoyulmalıdır.
Qəhvə və çay süfrəsinin hazırlanmasının da
özünəməxsus xüsusiyyətləri var. Qəhvə süfrəsinə
341
qonağı axşam saat 17-dən 19-a kimi, çay süfrəsinə isə
saat 20-yə qədər dəvət etmək olar. Stola zərif çalarlı
gülləri olan süfrə salınır. Qəhvə stolunu güllə və şam
yandırılmış şamdanla bəzəmək olar. Çay və qəhvə
süfrəsinə xırda buterbrod, piroq, biskvit, keks, tort,
peçenye, konfet, şirin badam, qoz, qovrulmuş fındıq və
yerfındığı, müxtəlif meyvə və giləmeyvələr qoyulur.
Süfrəyə həmçinin qutuda şokolad konfeti, şəkər kirşanı
ilə çiyələk, qaymaq və dondurma, çay yanında bal,
müxtəlif mürəbbələr, qəhvə yanında süd və qaymaq,
hər iki halda isə limon vermək olar.
Qəhvə içməzdən əvvəl qonaqlara isti qəlyanaltı və
ya salat təklif edilə bilər. Qəhvə süfrəsinə müxtəlif şirə-
lər, mineral su qoyulması məsləhətdir. Çay yanında isə
müxtəlif içlikli blinçiklər, qədaib (omlet) vermək olar.
Çay və qəhvə süfrəsinin servizləşdirilməsi menyu-
dan asılıdır. Hər adam üçün desert boşqab qoyulur.
Desert üçün bıçaq və çəngəl boşqabın yanına, meyvə
üçün priborlar isə boşqabın arxasına qoyulur. Zövqlə
qatlanmış kətan dəsmal boşqabın içinə və ya yanına
qoyulur. Çay stolunda samovar varsa, onu ev
sahibəsinin sol tərəfində yerləşdirirlər. Dəm çayniki və
nəlbəkili fincanlar samovarın yanına düzülür. Çay və
qəhvə süfrəsi arxasında ən çoxu 3 saat oturmaq olar.
Uşaq şənlikləri üçün ziyafət süfrəsi hazırlamaq
xüsusi diqqət tələb edir. Uşaqlar bayram süfrəsini,
xüsusən ad günü keçirməyi xoşlayırlar. Valideynlər ad
gününə uşağın xahişi ilə yoldaşlarından hansının
çağırılmasını soruşmalı və onların valideynlərinə xəbər
verməklə ad gününə dəvət etməlidirlər. Uşaqların ad
gününü günorta vaxtı keçirmək daha əlverişlidir.
Uşaqlar üçün ziyafət süfrəsinə güllü süfrə salınır.
342
Hər uşaq üçün süfrə arxasında ayrıca yer nəzərdə
tutulur. Boşqaba və ya onun arxasına uşağın (qonağın)
adı yazılmış kiçik vərəq qoyulur. Ad günü qeyd olunan
uşağın stolu lentlə bəzənir, çəngəl və ya çay qaşığına
qırmızı lent bağlamaq olar. Stola kiçik vazada gül
qoyulur. Otağı şarla və rəngli kağızlardan hazırlanmış
lentlərlə bəzəmək olar.
Uşaqlar üçün süfrəyə buterbrodlar, salat, yumurta,
xiyar və pomidordan hazırlanmış formalı qəlyanaltılar
verilir. Süfrəyə elə xörəklər verilməlidir ki, onları
bıçaq işlətmədən çəngəllə yemək mümkün olsun.
Uşaqların süfrəsində lazımi qədər şirə və sərinləşdirici
içkilər olmalıdır. Əsas yeməkdən sonra südlü kokteyl,
dondurma, meyvə-giləmeyvə və yaxud çayla şirniyyat
vermək olar. Tortun üstünə uşağın yaşı qədər şam
düzülüb süfrəyə verildikdə yandırılır. Əgər uşaqların
ad gününə yaşlılar da dəvət olunubsa, onlar üçün
ayrıca stol olmalıdır.
Uşaqlar kiçik yaşlarından qida qəbulu mədəniyyə-
tini və süfrə arxasında özünü aparmağı öyrənmə-
lidirlər. Əsas məsələ ondadır ki, uşaqlar yeməyi yaxşı
çeynəməli, səliqə ilə yeməyi, çörəyi kənara tökməmək
şərtilə aşxana priborlarından düzgün istifadə etməyi
bacarmalıdırlar. Uşaqlarda çörəyə qənaətcil münasibət
aşılanmalıdır. Çörəyi xırdalamağa, ovmağa, dişlənmiş
tikəni stolda yeməmiş saxlamağa icazə verilməməlidir.
Qonaq qəbul etməyi və onlar üçün menyu tərtib
etməyi də bacarmaq lazımdır. Bu işdə hər kəsin öz
təcrübəsi olur. Bayram və ziyafət süfrələri xüsusi
ciddiliklə hazırlanmalıdır. Müxtəlif xörəklərlə stolu
doldurmaq məsləhət görülmür. Xörəklərin sayı çox
olduqda onların hazırlanma miqdarı azaldılmalıdır. Bir
343
nəfər üçün nahar süfrəsinə orta hesabla 300 q həlim
(bulyon) və ya duru xörək, ət və ya balıq – 150 q,
tərəvəz və ya yarmadan qarnir (löküt) – 200 q, şirin
xörək – 200 q, meyvə-giləmeyvə – 150-200 q veril-
məlidir.
Çalışmaq lazımdır ki, stol arxasında oturmaq rahat
olsun. Aşxana priborları biri digərindən təxminən 60
sm aralı qoyulmalıdır. Bütün qab-qacaq təmiz, quru
olmalıdır. Boşqabı və buludları alt tərəfdən və baş
barmağı qırağından tutmaqla götürmək lazımdır.
Çalışmaq lazımdır ki, barmaq xörəyə dəyməsin. Içkilər
olan qabı altdan və ya tutacağından tutub götürürlər.
Ev sahibəsi kiçik məclislərdə qonaqlara özü qulluq
edir. O, özündən solda oturanlara birinci xörək çəkir,
onlar isə çəkilmiş xörəyi başqalarına ötürürlər. Böyük
məclislərdə xüsusi xörəkpaylayanlar olur, lakin ev
sahibəsi ayrıca süfrəyə nəzarət etməklə nə lazım
olduğunu və ya nəyin çatışmadığını öyrənir. Süfrə
başında adam çox olduqda kişilər qadınların boşqabına
xörək qoyurlar.
Məclisdəkilərin hamısına xörək paylanandan sonra
ev sahibəsi və ya masabəyi onları yeməyə dəvət edir.
Yeməyə
“Bismillahir-rəhmanirrəhim”
deməklə
başlamaq lazımdır.
Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət
edilməsini gözləmədən yeməyə başlamaq olar. Üstünü-
zə xörək qırıntıları düşməsin deyə, qarşınızdakı salfeti
dizinizin üstünə sərin. Stol arxasından qalxmazdan
əvvəl salfeti boşqabın sağ tərəfinə, boşqab götürül-
müşsə ortaya qoymaq lazımdır. Bu zaman salfeti səliqə
ilə bükmək tələb olunmur.
Duru xörəklər dərin boşqabda, həlimlər və
344
püreyəbənzər şorbalar isə iri fincanlarda süfrəyə verilə
bilər. Duru xörəyi soyutmaq üçün onu üfürmək
məsləhət görülmür. Isti xörəyi qaşıqla qarışdırmaqla
soyutmaq və az-az yemək məsləhətdir. Duru xörəyi
birbaşa içmək də olar. Duru xörəyin içində ağıza bütöv
qoyula bilməyən tikələr olmamalıdır. Lakin bəzi
xörəklərdə iri kartof, tərəvəz və ya xəmir tikəsi
olduqda, onları ehmalca qaşıqla doğrayıb az-az yemək
lazımdır. Axıra yaxın boşqabı özünüzdən əks tərəfə
əyməklə xörəyinizi tam yeməyə çalışın. Duru xörək
yeyildikdən sonra dərin boşqab və xörək qaşıqları
süfrədən yığışdırılır.
Quru ət, quş və balıq xörəklərini çəngəl və bıçaqla
yeyirlər. Əgər boşqabın yanında bir neçə çəngəl-bıçaq
qoyulmuşsa, əvvəlcə boşqaba daha yaxın olanı istifadə
edilməlidir. Çəngəl-bıçaq boşqaba maili şəkildə
tutulmalıdır. Yemək zamanı çəngəli sol, bıçağı isə sağ
əldə tutmaq lazımdır. Boşqabdakı ət tikəsini birbaşa
doğramaq və sonra çəngəllə yemək düzgün deyil.
Bıçaq və çəngəllə yeyərkən ancaq çəngəldən istifadə
edilən vaxt belə onların hər ikisini həmişə əldə tutmaq
lazımdır. Bunun üçün lazımi tikəni bıçaqla azacıq
çəngələ tərəf yönəltmək kifayətdir.
Çəngəllə doğramaq mümkün olan xörəyi (kotlet,
lüləkabab, küftə və s.) bıçaqla kəsmək düzgün deyil.
Çörək və badə götürmək istədikdə çəngəlin qabarıq
tərəfi yuxarı, bıçağın isə tiyəsi sola olmaqla boşqaba
çarpaz şəkildə qoyurlar. Çalışmaq lazımdır ki, çəngəl
və bıçaq yerə düşməsin.
Quş ətini də bıçağın və çəngəlin köməyi ilə yemək
olar. Lakin quş ətini, xüsusən tabakanı əllə yemək daha
yaxşıdır (rahatdır) və bu qəbahət sayılmır.
345
Balığı xüsusi balıq bıçaqları ilə də yeyirlər. Balıq
bıçağından sümüyü və tıxları ayırmaq üçün istifadə
edilir. Əgər ağzınızdan balığın tıxını çıxarmaq istəyir-
sinizsə, onu ehtiyatla çəngəllə, oradan da boşqaba
qoymaq lazımdır.
Ətin və quşun yanında verilən salatları və
qarnirləri böyük boşqabdan qaşığın və çəngəlin
köməyi ilə götürüb balaca boşqaba qoyurlar.
Çörəyi ümumi qabdan əllə götürüb kiçik tikələrə
qopararaq yeyirlər. Çörək dilimini süfrə arxasında
dişləyib yemək yaxşı deyil.
Yağı çörəyə çəkmək üçün sol əllə çörək dilimini
tutur və sağ əldəki bıçaqla yağ götürüb yaxırlar. Stolda
xüsusi yağ bıçağı olmazsa, başqa bıçaqdan istifadə
edin. Yağı, mürəbbəni və ya cemi əvvəlcə qarşınızdakı
desert boşqaba qoyub sonra çörəyə çəksəniz yaxşıdır.
Pendiri, halal kolbasanı boşqabınıza çəngəllə qoyub
çəngəl-bıçaqla yeyin.
Pendiri
süfrəyə
verməzdən
qabaq
bükücü
materiallardan təmizləmək və doğramaq lazımdır.
Pendiri xüsusi çəngəllə götürüb boşqaba qoyurlar.
Oradan da pendiri çörək diliminə bıçaqla çəkirlər.
Kolbasanı süfrəyə verməzdən qabaq qabığını
təmizləyir, dilimlərə
doğrayırlar. Əgər kolbasa
təmizlənmədən stola verilmişsə, qarşınızdakı boşqabda
çəngəllə kolbasanı tutaraq bıçaqla qabığını kəsib kənar
etmək lazımdır. Təbii bağırsaqlarda hazırlanmış nazik
qabıqlı sosiska və ovçu kolbasasının qabığı soyulmur.
Qaraciyər paştetini çəngəl və ya çay qaşığı ilə
yeyirlər.
Bütün konservlərdən fərqli olaraq qara kürünü
süfrəyə bankada da vermək olar. Çörək diliminə
346
əvvəlcə nazik kərə yağı, sonra limon şirəsi ilə
isladılmış bıçaqla kürü çəkmək lazımdır.
Kompotu süfrəyə xüsusi kompot qablarında, badə-
lərdə və ya stəkanlarda verirlər. Əgər kompot üçün
stola əvvəlcədən qaşıq qoyulmayıbsa, kompotla birlik-
də nəlbəkiyə qoyub verirlər. Kompotdan meyvələrin
tumunu ağızdan ehmalca qaşığa, oradan da nəlbəkiyə
qoyurlar. Kompotla dolu stəkan və ya piyalə sol əllə
tutulmalıdır. Kompotun şirəsini birbaşa içmək olar.
Tort və piroq süfrəyə doğranmış halda verilir. Tort
tikələrini öz boşqabınıza qoyub desert qaşıqla,
pirojnaları xüsusi çəngəllə yeyin. Tez ovulan quru
pirojnaları əllə götürüb yemək olar.
Peçenyeni tikə-tikə sındıraraq yeməli. Çox yağlı
və kiçik peçenyelər pirojna çəngəli ilə yeyilir.
Çayı tələsmədən, kiçik udumlarla içmək lazımdır.
Çayı çox soyutmaq məsləhət görülmür, çünki soyuq
çay dadsız olur. Çay stoluna müxtəlif mürəbbə, konfet,
peçenye, tort, qoz və fındıq qoymaq olar. Çay və qəhvə
süfrəsini ət və balıq xörəkləri və qəlyanaltılarla
doldurmaq olmaz. Təzə meyvələri süfrəyə verməzdən
əvvəl yaxşı yuyub səliqə ilə vazalara yığırlar. Alma və
armudu boşqabda 4 və ya 8 dilimə bölüb, özəyini
çıxarır və yaxud qabığını soyur və dilimləyib yeyirlər.
Gavalını əllə yarı bölüb çəyirdəyini çıxarırlar.
Xırda gavalını barmaqla sıxıb partladır, bıçaqla
çəyirdəyini kənar edirlər. Albalının, gilasın və üzümün
tumunu, həmçinin qalınqabıq üzümün qabığını nəzərə
çarpmadan çıxarıb boşqabın bir qırağına qoyurlar.
Gilas və albalını süfrəyə saplaqlı, hətta bir neçə
yarpaqla birlikdə verdikdə gözəl görünür.
Portağalı sol əllə tutub qabığını 6-8 dilimə bölür
347
və soyurlar. Soyulmuş portağalı dilimləyir, tumlarını
bıçaqla çıxarırlar. Portağal dilimləri bütöv olduqda
(zədələnmədikdə) başqalarına təklif oluna bilər.
Naringinin qabığı nazik olduğundan əllə soyub
dilimləyirlər. Tumlarını nəzərə çarpmadan çıxarıb
boşqaba qoyurlar.
Qarpız və qovunu dilimləyib iri boşqabda süfrəyə
verirlər. Desert boşqabda qarpız çəngəllə, qovun isə
çəngəl-bıçaqla yeyilir.
Şaftalını sol əllə götürüb dairəvi formada bıçaqla
kəsib 2 yerə ayırır və bıçaqla çəyirdəyini çıxarırlar.
Yarı bölünmüş şaftalını dişləyib yeyirlər. Ərik
şaftalıdan kiçik olduğu üçün onu yarı bölüb birbaşa
yemək olar.
Bananı sol əllə tutub bıçaqla yarısına qədər soyur
və dilimləyib yeyirlər, o biri yarısını axıra qədər
tədricən soyaraq az-az yeyirlər. Ingiltərədə bananı
soyub desert boşqaba qoyur, sonra çəngəllə yeyirlər.
Bananın qabığını başqa meyvələr kimi qarşınızdakı
boşqaba qoymalısınız.
Ananasın qabığını süfrə başında təmizləyib
dilimləyirlər ki, ətri otağa yayılsın. Kəsilmiş dilimlər
şəffaf boşqabda stol boyu qonaqlara təklif edilir.
Ananas dilimləri desert boşqaba qoyulub meyvə bıçağı
və çəngəllə, yaxud çay qaşığı ilə yeyilir.
Yapon xurmasını (Korolyok sortu) bıçaqla
boşqabda iki yerə bölüb çay qaşığı ilə yeyirlər. Tumu
qaşıqla kənar edilir.
Giləmeyvələri pay şəklində boşqablara qoyub
süfrəyə verirlər, əks halda onlar (əsasən, moruq və
çiyələk) əzilir. Giləmeyvələrin üstünə şəkər səpilir və
çay qaşığı ilə yeyilir. Ziyafət və şənlik məclislərində
348
giləmeyvələri çalınmış qaymaqla süfrəyə vermək daha
yaxşıdır.
Qoz və fındıq süfrəyə ləpələnmiş və ya qabıqlı
verilir. Qabıqlı qoz xüsusi qozsındıranla sındırılır,
ləpəsi əllə götürülüb yeyilir. Fındıq ləpəsini və
yerfındığını qovrulmuş halda süfrəyə vermək yaxşıdır.
Kişmiş süfrəyə verilməzdən əvvəl soyuq su ilə 1-2
dəfə yuyulmalı, süzgəcdən suyu süzüldükdən sonra
otaq temperaturunda sərilib qurudulmalıdır. Kişmiş və
digər quru meyvələr ümumi qabdan xörək qaşığı ilə
götürülüb desert boşqaba qoyulur, əllə yeyilir.
Əgər stol arxasında bir meyvəni yarı bölüb
yeməlisinizsə, onda yoldaşınıza yaxşı və iri tikəni
təklif etməlisiniz. Özünüzə saplaqlı, özəkli və
çəyirdəkli hissəsini saxlamalısınız.
Meyvə-giləmeyvə süfrə arxasında elə yeyilməlidir
ki, kənardakıların əhvalı və iştahı pozulmasın. Alma,
armud, şaftalı, ərik və iri gavalıları baş, şəhadət və orta
barmaqla bütöv və ya yarım dilim şəklində tutub
dişləyib yemək olar. Meyvə yeyildikdən sonra ağız
kağız salfetka ilə silinir.
Böyük məclisdə masabəyi salfeti stolun üstünə
qoyub, stol arxasından qalxdıqda nahar bitmiş hesab
edilir. Yalnız bundan sonra qonaqlar öz salfetlərini
stolun üstünə qoyub qalxa bilərlər.
Ümumiyyətlə,
yeyib
qurtardıqdan
sonra
“Əlhəmdülillah” deyib çəngəl-bıçağı paralel şəkildə
dəstəyi sağa olmaqla boşqabın üstünə qoyurlar.
Çəngəlin dişləri yuxarı olmalıdır.
Stol arxasından durarkən kişilər yanlarındakı
qadınlara ayağa qalxmaqda kömək edir, onların
stolunu kənara çəkirlər.
|