2.3.18. Avstraliya köçərilərinin mədəniyyəti
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
265
Avstraliya aborigenlərinin incəsənətini fəaliyyətin digər sahələrindən ayıran dürüst sərhəd mövcud deyil.
Onların danışdığı dillərin heç birində «incəsənət» anlayışına müvafiq olan istilah yoxdur. Lakin təsviri sənət,
rəsm çəkmək, ağac və daş üzərində oyma, habelə mahnı ifası, hekayə və nağıl söyləmə, ayin mərasimləri üçün
müəyyən adlar mövcuddur.
Aborigen incəsənəti ayrılmaz surətdə totemizmlə, totemlərə sitayiş etmə ilə bağlıdır, bu xüsusilə mərasim
rəqslərinin, pantomimanın, bədənin dərisi üzərində rəsm çəkmə və plastikanın sintezi olan korrobori kimi
ənənəvi müqəddəs mərasimləri zamanı özünü parlaq surətdə büruzə verir. Bu halda aborigenlər bədənlərini
qeyri-adi fantaziya ilə rəngləyirlər. Qəhvəyi, sarı və qırmızı boyalar üstünlük təşkil edir, hər biri xüsusi məna
kəsb edən bəyaz nöqtə və cizgilər də az olmur. Daha güclü plastik təsirə nail olmaq üçün aborigenlər bəzən
bədənlərinə yumşaq tüklü ağ və qırmızı quş lələkləri yapışdırır, bir yığın tutuquşu lələyindən saqqal düzəldir,
qaz tükünü yumrulayıb iri kürələr düzəldərək boyunlarından asırlar.
Korrobori rəqsini ifa etdikləri zaman rəqqaslar kenqurunu, ilanları, kərtənkələləri, balıqları və bir çox
digər qəbilə totemlərini təsvir edirlər. Ənənəvi müqəddəs mərasimlərin ifası zamanı təbil zərblərinin səsi,
mərasim iştirakçılarının çevik bədən hərəkətlərini müşayiət edən qışqırıq səsləri eşidilir.
Onların xüsusiyyəti hər bir rəqqasın xəyallarından, xülyalarından, yuxularından asılıdır, rəqs keçmiş
əyyamlarda Əzəmətli Ruhun göylərdən yerə enməsi və dünyanı yaratması haqqında keçmiş «röya dövranından»
qəbiləyə xəbər ötürür. Müasir Korrobori həmçinin müxtəlif münaqişələrin salnaməsini təsvir edə bilər və ya
avropalılarla ilk təmas səhnələrini təsvir edə bilər. Korrobori dini mərasimlərində əsatirlərin səhnələşdirilməsi
bir neçə gün və hətta bir neçə həftə davam edir. Onun tərkibinə instrumental musiqi alətlərinin müşayiəti ilə ifa
olunan 10-dan 300-dək nəğmədən ibarət mahnı silsiləsi daxildir. Burada həmçinin səs effektlərindən (xışıltı,
fışıltı) də istifadə olunur.
Ümumiyyətlə bu günkü Avstraliya musiqisi müxtəlif musiqi mədəniyyətlərinin – yerli sakinlərin, ingilis
dilli avstraliyalıların, Britaniya mənşəli olmayan gəlmələrin musiqi ünsürlərindən ibarətdir. Avstraliyalı yerli
sakinlərin musiqisi arxaizmini qoruyub saxlamış Yeni Qvineya, habelə Malay Arxipellaqından (Şimali
Avstraliya) köçüb gələnlərin musiqisinin təsirinə məruz qalmışdır. Müxtəlif mərasim, məişət, epik nəğmələrlə
yanaşı eyni zamanda fərdi müşayiətli (zərb musiqi alətləri və s.) şəxsi nəğmə ifası da geniş yaılmışdır.
Avstraliya aborigenləri üçün nəğmələrin yayılması səciyyəvidir, bu həm yerli əhalinin yeni həyat tərzi ilə, həm
də nəğmələrin qonşu qəbilələrə satılması və ya dəyişdirilməsi ənənəsi ilə əlaqədardır. Müəyyən mahnılar
müəyyən səs sıraları ilə bağlıdır. Musiqi alətləri arasında çurinqalar (taxta və ya daşdan düzəldilən uğultu aləti),
dəyənək zərbəsi vurulan içi boş şalban-ubar müqəddəs və ya sehrli sayılır. Digər idiofonlar arasında
bumeranqlar, təbili xatırladan dəri boğçalar, meyvə və mərcanquludan düzəldilən çax-çaxlar, çubuqla sürtülərək
səs çıxaran kələ-kötür taxta lövhələr, üzünə dəri çəkilmiş papuas əl təbilləri, nəfəsli musiqi alətləri arasında isə –
ciceridu (ağac qabığından eşilmiş tütək), yulunqqul, burunda çalınan fleyta diqqəti cəlb edir. Aborigenlərin
musiqisinin yayılma ərazisi avropalıların gəlişi və yerli əhalinin sayının azalması nəticəsində kəskin surətdə
daralmışdır.
XVIII əsrin sonlarından başlayaraq İngiltərədən, Şotlan-diyadan, İrlandiyadan köçüb gələnlər (ilk
növbədə – sürgün olunmuşlar) özləri ilə milli folklor (şotland nəğmələri, balladaları və s.) və peşəkar musiqi
ənənələrini ( o cümlədən kilsə, katolik nəğmə ifası ənənələrini) gətirdilər. 1830-cu illərdən başlayaraq konsert
həyatı canlanır, Sidney filarmoniya cəmiyyəti yaranır (1833), Avstraliya filarmoniya cəmiyyəti təşəkkül tapır
(1844), musiqi məktəbləri açılır (ilk musiqi məktəbi – 1836-cı ildə), XIX əsrin sonunda teatr inhisarları, opera
şirkətləri meydana gəlir. 1906-cı ildə A.Zelmanın rəhbərlik etdiyi simfonik orkestr təşkil olunur. XX əsrin
əvvəllərində rus rəqqasalarının köməyi ilə Avstraliya baleti formalaşır. 1847-ci ildə Sidneydə ilk milli opera –
A.Natanın «Avtsraliyalı Don con» operası səhnəyə çıxarılır. Milli bəstəkarlıq məktəbi formalaşır (Avstraliya
bəstəkarları əsasən İngiltərədə təhsil alırdılar), onun baniləri sırasında A.Hilli, E.Trumeni, E.Natçesonu
göstərmək olar. Avstraliya musiqi mədəniyyətinin inkişafında bəstəkar, pianoçu və folklor tədqiqatçısı olan
P.Qreycerin fəaliyyəti görkəmli yer tutur. 1945-ci ildən sonra ABŞ-nın mədəni-ideoloji ekspansiyası nəticəsində
kütləvi musiqi mədəniyyəti adlanan musiqi geniş vüsət alır. Bir çox bəstəkar – c.Antill («Korrobori» baleti),
K.Duqlar, E.L.Beyiton aborigenlərin ənənəlrinə müraciət edir. XX əsrin 20-ci illərində Avstraliya yerli
əhalisinin musiqisi tədqiq edilməyə başlayır (E.X.Deyvis, 50-ci illərdə-A.P.Enkin); Kanberrada Avstraliya
aborigenlərinin öyrənilməsi institutu fəaliyyət göstərir, Sidneydə musiqişünaslıq cəmiyyəti işləyir, aborigenlərin
incəsənət cəmiyyəti, ənənəvi musiqi festivalları təşkil edilir.
Dini etiqadlar və mərasimlər . Avstraliya aborigenlərinin dini etiqadları və mərasimlərinin əsas forması
totemizmdır. Hər qəbilənin, nəslin, ailənin öz totemi var. Bu totemi öldürmək, incitmək qadağandır, çünki bu,
əcdadı qətlə yetirməyə bərabər sayılır. İnsan və onun totemi eyni mədəni icma birliyinə aiddir, eyni həyat sürür.
Əgər qəbilə iki qrupa – matturi və keravava qruplarına bölünürsə, onların totemi dinqo vəhşi iti, emu
dəvəquşusu, yaşıl sisəy olur və nigah kəsilmə mərasimi ciddi qanunlara tabe edilir. Yaşıl sisəy toteminə malik
matturi qəbiləsindən olan kişinin yalnız totemi ilan olan kiravava qrupundan olan qadınla evlənməyə ixtiyarı
var. Emu siçovulla, dinqo su toyuğu ilə, sisəy qarğa ilə evlənə bilər (V.S.Polikarpov. Mədəniyyətşünaslıq üzrə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
266
mühazirələr.) Mənşə anadan götürülməklə müəyyən edilir, şəxsin ruhunun səsi isə çurinqanın səslənməsi
gedişində tatınır. Yəqin bu qaydalar və ümumiyyətlə totemizm sistemi arxasında ailənin təşəkkül tapmasında
qohumluğun yaxınlıq-uzaqlıq dərəcəsi haqqında bir çox əsrlər boyu əldə edilmiş bilik durur.
Aborigenlərin dini etiqadları və əsas təsəvvürləri nəsildən nəslə, demək olar ki, sırf şifahi surətdə keçir.
Bu ötürmədə hər hansı dəyişikliklər baş verdikdə, güman edilir ki, onlar qrupun təriqətlərinin və mərasimlərinin
əsas məzmununa toxunmur, ikinci dərəcəli məqam və ünsürlərə aid olur. Müqəddəs mərasimlərin
keçirilməsində, mifoloji mövzuların nəql edilməsində və səhnələşdirilməsində əsas diqqət sabitliyə və dəqiqliyə
yetirilir, yəni insanın bir məxluq kimi qədim zamanlarda yer üzündə təşəkkül tapmasının əsasları birdəfəlik, o
vaxtlar baş verdiyi kimi dəqiq təsvir edilməlidir. Bu «yaranma» və ya «yaradıcılıq» dövrü müxtəlif adlar altında
məlumdur, lakin bütün qəbilələrdə onunla əlaqədar oxşar təsəvvürlər mövcuddur ki, bu gün də onların təsiri hiss
olunur. Mifoloji məxluqların vəsiyyət etdiyi qaydada, müəyyən edilmiş surətdə hərəkət edən insanlar sanki
həmin məxluqlarla əlaqə saxlamaq qabiliyyətinə malik olur, onların indiyə kimi «saçdığı nurdan» istifadə edə
bilirlər. Aborigenlərin təsəvvürünə görə onların hər bir qurupunda fövqəltəbii xüsusiyyətlərə malik müxtəlif
əşyalar (çurinqalar və s.) mövcuddur. Məhz belə əşyalar onların mərasim fəaliyyətinə xüsusi təsir aşılayır və
müvafiq dini təsəvvürlərin yadda qalması və ötürülməsində bir növ istinad mərkəzi rolunu oynayır.
«Yaradıcılıq dövrü» anlayışı üçün Avstraliyanın müxtəlif qəbilələri müxtəlif adlardan istifadə edir:
Yaranma dövrü, Əcdadların dövranı, Röya, Röyalar dövrü, Əbədi röyalar dövranı və s. Əbədi röyalar dövranı
deyəndə nəzərdə tuturlar ki, hər şeyin əsasını qoymuş əfsanəvi əcdadlar indiki dövrdə də qeyri-maddi, ruhlar
formasında mövcudluqlarını davam edir; onlar və onlarla əlaqəli hər şey gələcəkdə də yaşayacaq. «Əbədi»
istilahı məhz bu mənada işlədilir. «Röya» anlayışı adi yuxularla bağlı deyil, lakin yatan adama yuxuda
gördükləri nə dərəcədə gerçək gəlirsə, dindar üçün Röya dövranının əfsanəvi yaradıcılarının əməlləri bir o qədər
də gerçək olur. Bundan əlavə, «əlavə» istilahı «zaman hüdudları olmayan» (zamanı olmayan) anlayışını da
təzahür edir; dini etiqadlar üçün «əbədiyyət», zaman hüdudları olmayan düna haqqında təsəvvür səciyyəvidir.
Mifologiya dövranı sonrakı zamanlar üçün bünövrəsi qoyulduğu əxlaq normalarının, qanunların təsis
olunduğu dövr kimi nəzərdən keçirilir. bu heç də həmişəlik ötüb keçmiş deyil, müqəddəs keçmişdir. Həmin
dövrdə yer üzündə yaşayan yaradıcı məxluqlar müəyyən əməllər edirdilər və artıq gələcəkdə bunları heç vaxt
təkrar etməyəcəklər, lakin onların təsiri hələ də duyulur, onların nəticələrindən həmin əməlləri təkrar edən
insanlar istifadə edə bilərlər. Belə təsəvvürlər «Əbədi röyalar dövranı» anlayışında cəmlənir, belə ki, əfsanəvi
keçmişin indiki dövrdə mövcudluğuna və gələcəkdə də yaşayacağına inam təzahür edir.
Avstraliyalıların bir çox əsatir və əfsanəsi etnoloji əhəmiyyət daşıyır. Onlarda təbiətin müxtəlif təzahürləri
yer üzünün mühüm relyef nöqtələri – qayalar, ağaclar və s. izah edilir. Bütün bunlar əcdadların çevrilməsinin
nəticəsi kimi qələmə verilir. Belə keçid – gölə, quşa, ulduza çevrilmə avstraliyalıların hekayələrinin adi
sonluğudur (Y.Yelinek. ibtidai insanın böyük rəsmi atlası. Atriya. Praqa. 1982, s.530.) Çox vaxt məhz belə
sonluqlar hekayənin «qeyri-real hissəsini» təşkil edir, hekayələrin qəhrəmanları isə özlərini adətən indiki
aborigenlər kimi aparır – qida əldə edir, sevir, yalan satır, dava-dalaş salır, xeyirxah, təmənnasız, pis əməllər
edir. Aborigenlər üçün belə hekayələr onların həyat sürdüyü aləm haqqında, onun yaranması və varlığı
haqqında, habelə mənəviyyat qayda-qanunları haqqında həqiqət mənbəyi olur.
Avropa oxucusu nöqteyi-nəzərindən bu fantastik hekayələr gerçəklikdən dəfələrlə uzaq olmasına
baxmayaraq, aborigenlərin onların həqiqiliyinə olan inamı onların mədəniyyətinin aşağı olmağından xəbər
vermir, bu inam yalnız aborigenlərin inkişafının müəyyən mərhələdə olmasına dəlalət edir. Fridrix Şellinq
«İncəsənət fəlsəfəsində» yazırdı: «...mifologiya əsatirlərində yaşayan məxluqlar, şübhəsiz, nə zamanlar isə
həqiqətən mövcud olmuşlar, müasir insan nəslinin sələfləri, şübhəsiz ki, allahlar nəsli olmuşdur»( F.V.Şellinq.
«İncəsənət fəlsəfəsi». M., 1966, s.112.)
Deyilənlər əsasında Avstraliya aborigenlərinin insan təbiəti haqqında mövcud olan təsəvvürləri aydın olur.
İnsan, hazırki həyat formasını röyalar dövrü ilə, röyalar ölkəsinin mövcud olduğu dövranla bağlayan zəncirin bir
halqasını ifadə edir. Bu dövrü voncinlərin və ya əcdadların dövranı da adlandırırlar. İndiki zamanda yaşayan
insanın şəxsiyyətində müəyyən röya hissəciyi də mövcuddur, o da «mən - abidəm» adlanır. Həmin «mən -
abidəm» sayəsində o, demək olar ki, şüurlu surətdə keçmişi, ibtidai dövrü hiss edə bilir. Beləliklə bu müddəa –
Avstraliya aborigenlərinin tarixi hissiyatına, zamanda mövcud olan, insan cəmiyyəti adlandırdığımız varlıq
haqqında tarixi görmə qabiliyyətinə dəlalət edir. Demək olar ki, Avstraliya aborigenlərinin bütün qrupları üçün
ölüm hadisəsi müəyyən mərasimlərlə bağlıdır, onlar diqqəti insan varlığının maddi cənazəsində cəmləşdirsələr də,
əslində mərhumun ruhu, onun o dünyada həyat haqqında təsəvvürləri ilə bağlıdır. Ölümün labüdlüyü aborigen
mifologiyasında qeyd edilir. Bir çox əsatirlərdə deyilir ki, əzəl, əfsanəvi Röya dövranında insanlar ölməzmiş.
Lakin o dövrdə yaşayan kim isə səhv addım atmış, hansı isə pozuntuya yol vermişdir və o vaxtdan insanlar ölməyə
başlayır. Əgər ölən uşaqdırsa, cəmiyyətin tam dəyərli üzvü olmağa macal tapmayıbsa, bu qəmgin hadisə kimi dərk
edilir, ölüm yalnız ailə kədəri olmur. O, həmişə bütün qəbilə üzvlərinə təsir edir, insanın vəfat etdiyi məskəni hamı
tərk edib gedir. Kimsə öləndə qohumları onu əhatə edir və ya müəyyən məsafədən onu müşahidə edirlər. Onlar ya
susur, ya da hərdən söhbət edirlər, öləni onun son nəfəsinə kimi tək tənha qalmağa qoymurlar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
267
Mərhumun cənazəsi ilə cürbəcür rəftar edirlər; yerə basdırır, xüsusi dəfn səkisi və ya ağacı üzərində
yerləşdirir, qurudur və ya mumiyalayır, yandırır, içi boş ağac içərisinə yerləşdirirlər – bunu bir növ tabut
adlandırmaq olar. Avstraliya aborigenlərinin tətbiq etdiyi dəfn mərasimlərinin müxtəlifliyi vəfatdan sonrakı
həyata, daha doğrusu, ölümdən sonra həyatın davam etməsinə olan inama dəlalət edir. Ölümü müvəqqəti dövr
kimi nəzərdən keçirirlər – bu zaman insan əvvəl yaşadığı həyata bənzər digər həyata keçir. Bəzən aborigenlər
hesab edir ki, insan vücudunda bir deyil, bir neçə ruh yaşayır, onun ölümündən sonra onlar yaşamağa davam edir.
Mərhumun bir ruhu və ya onun ruhi varlığının bir hissəsi haradasa yaxınlıqda gəzib dolaşmaqda davam edir və
dirilərə pislik edir, digər ruhu mərhumların Ölkəsinə yollanır, üçüncü – qadın bətninə daxil olub yenidən uşaq kimi
doğula bilər, dördüncüsü Röyalar aləmi və əfsanəvi əcdadlara qovuşa bilər. Belə halda digər həyata, digər aləmə
keçid bir növ rəmzi ölüm və sonrakı dirilmə ilə təcəssüm olunur ki, bu da sövqedici mərasimlərin dini mahiyyətini
ifadə edir. Bu bir növ gerçək, fiziki ölümə və sonrakı mənəvi dəyişikliyə hazırlıqdır. İnsan varlığının mahiyyətini
aborigenlər yalnız insanın yer üzündə sürdüyü qısa həyat kəsiyində görmürlər. Onlar həyatı və dünyanı əbədi
hesab edir: hər şey dəyişməyən, bir dəfəlik təsbit olunmuş ardıcıllıqla təkrarlanır.
Təsviri sənət. Avstraliyanın ibtidai insan məskənlərinin və dəfn yerlərinin mədəni qatlarında ibtidai
incəsənətin – qaya üzərində rəsmlərin, freskaların, cüzi də olsa qravüranın, kiçik həcmli sənət abidələrinin –
xırda bəzək əşyalarının, oyulmuş və ya bir-birinə yapışdırılmış, boyundan həmayıl kimi asılan dişlərin izlərinə
rast gəlmək olar. Qədim avstraliyalıların təsviri sənət üzrə şah əsəri – qaya üzərində rəsmlər idi, müasir
aöorigenlərin ağac qabığı üzərində çəkilmiş rəsmlərinə və ağacda oyma işlərinə bənzəyir. Birinci qrupu realizm
üslubunda işlənmiş rəsmlər təşkil edir, onlar Avstraliyanın şimali-qərbində və şimalında, Kimberli əyaləti və
Arixemlend yarımadasında, həmçinin Kvinslenddə (şimal-şərqi Avstraliya), Yeni Uelsdə və Viktoriyada (cənubi
Avstraliya) cəmləşir. İkinci böyük qrup xətti və həndəsi üslubda çəkilmiş rəsmləri əhatə edir. Çox vaxt onlara
Qərbi Avstraliyadan Avstraliyanın şərqinə qədər qitənin mərkəzi rayonlarında təsadüf edilir. Qitənin həm
qərbində, həm də cənub-şərqində elə qonşu rayonlar mövcuddur ki, bunlarda hər iki üslub üst-üstə düşür.
Adətən rəsmlərdə tamamilə gerçək hadisələr təsvir olunur, beləliklə onlar bir növ görünən informasiya və ya baş
vermiş hadisə haqqında məlumatın ifadəsidir. Onlar daha çox əsatirlərdən parçaları və ya əfsanələrdəki
hadisələri təsvir edir. Bir çox hallarda belə təsvirlər rəmz sistemləri və ya həndəsi işarələrlə müşayiət olunur,
belə ki, şifrələnmiş mnemotexniki yazılara bənzər bir şey alınır. Məlumatı olmayan müşahidəçidə onlar tam
mücərrədliklə rastlaşma təsəvvürü yaradır, halbuki onların ciddi gerçək mənası və mahiyyəti mövcuddur
(Y.Yelinsk. İbtidai insanın böyük rəsmi atlası. Artiya. Praqa, 1982.)
Qitənin cənub-qərbində, şərqində və şimalında gərilmiş barmaqları təsvir edən rəsmlərə tez-tez təsadüf
edilir. Buna bənzən rəsmlər Avropa paleolitindən, Şimali və cənubi Afrikadan məlumdur. Avstraliyada hələ bu
gün də onların işlədilmə texnikasını müşahidə etmək olar.
Avstraliyalılar dişlərilə boyanı əzir, ağız boşluğunda onu suya qarışdırır və püskürdücü kimi üfürərək
qaya səthinə dayadığı əlin üzərinə çiləyirlər. Əl götürüləndən sonra qayanın üzərində onun neqativ təsviri qalır.
Arixemlendin şimal hissəsində bu texnikada işlənilmiş və sonra ustalıqla rəngarəng ornamentlə bəzədilmiş
bütöv bazu önü təsvirinə rast gəlmək olar. Mərkəzi rayonlarda belə əl təsvirləri azdır, əvəzində burada tez-tez
müxtəlif həndəsi naxışlara, buruqlara, dairələrə, cürbəcür cizgilərə, rast gəlirik. Bu yerlərdə freskalarla
bəzədilmiş bir neçə müqəddəs ocaq da mövcuddur, buraya qadınların və hətta yeniyetmələrin daxil olması
qadağandır. Mauntford bildirir ki, bu freskalardan biri əfsanəvi əjdaha İaraninin və onun arvadlarının səyahətini
təsvir edir. Rəsmin uzunluğu 30 metrdir, o mücərrəd rəmzlərdən tərtib edilmişdir və məhdud sayda seçmə
şəxslərə məlumdur. Bu yer xüsusi dini mahiyyətə malikdir – burada ilanların sayının artımını təmin etməyə
yönəldilmiş mərasimlər keçirilir.
Voanci (su mənbələri ruhları) təsvirləri – nəhəng, ayaq üstə durmuş və ya uzanmış insan və ya insan
başları fiqurları maraqlı bədii təzahürdür. Əl və ayaqlar işlənməmiş qalır, bəzən ayaqları altlıq əvəz edir.
Sifətdə burun və gözlər işlənir, ağız isə adətən olmur. Başın ətrafında nal şəkilli şəfəq görünür. Döş
üzərində adətən ürək və ya döş sümüyü kimi görünən yumurtavari əşya təsvir edilir. Bizim dövrə qədər çatan bu
rəsmləri ağsaqqallar çox vaxt təzələyir.
İbtidai incəsənətin aborigenlərin ictimai həyatı ilə qarşılıqlı əlaqəsini müşahidə etmək kimi son imkan
bizə Avstraliyayada nəsib olur. Biz rəssamın cəmiyyətlə asılılıq əsasında inkişafını (filiasiya), rəsmlərin
işlənməsində müxtəlif texniki təfsilatları və onun ayrı-ayrı surətlərlə bağlı təsəvvürlərini öyrənə bilirik. Burada
ağac qabığında oyulmuş ən müxtəlif qravüralara, relyeflərə, həndəsi naxışlara, evkalipt ağacı qabığında çəkilmiş
rəsmlərə rast gəlmək olar. Təsvirlərin mahiyyəti və onların məntiqi avstraliyalıların bütün mifologiyasının
məntiqi və onların dini təsəvvürləri ilə ayrılmaz surətdə bağlıdır. Aborigenlər nə qədər səy etsələr belə, onların
məğzini anlamaq bizim üçün olduqca çətindir.
XX əsrin ikinci yarısında Arixemlend yarımadasında aparılmış tədqiqatlar saya qırmızı rəngli, fəal
hərəkətdə olan insan fiqurlarının təsvirlərini ən qədim sənət əsəri hesab etməyə imkan verdi. Bu rəsmlərin yaşı
3-12 min il arasında müəyyən edilmişdir. Onlar bizə (bəzən tamamilə üst-üstə düşməsi ilə) İspaniyada olan
levant rəsmlərini və ya bəzi cənubi Afrika freskalarını xatırladır.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
268
Bu rəsmlərə həmçinin sapa oxşar cizgilərlə işlənmiş yekrəng qayalıqlarda yaşayan ruhların təsviri
yaxındır. Bu təsvirlərin ən təzələri bu yaxınlarda meydana gəlib, buna təsvirlərdə təsadüf edilən Avropaya aid
əşyalar dəlalət edir. Bu rəsmlər «rentgen» rəsmləri üslubu adlanan daxili orqanları və skelet hissələrini təsvir
edən üslubla bir vaxtda meydana gəlib.
Bu üslub XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş ağac qabığı üzərində rentgen üslubunda
rəsm təsvirlərinə paralel hesab edilir.
Beləliklə, Avstraliya bizə son dərəcə gözəl imkan yaradır ki, onunla təmasda olub ibtidai incəsənətin
texnikasını və təyinatını öyrənək, mədəniyyəti daş dövrün mədəniyyətindən cüzi surətdə fərqlənən cəmiyyətin
üzvü olan rəssamı yaradıcılıq prosesində müşahidə edir.
Bəs əsrlər ötdükcə başlıca olaraq ağac və ağac qabığı üzərində çəkilmiş zəngin Avstraliya incəsənəti
abidələrindən nə əsər-əlamət qalacaq? Avstraliyalılar gil üzərində iti alətlə işlənmiş bəzi rəsmlərin surətini
yaradıb başa çatdırdıqdan sonra özləri hamarlayıb məhv edirlər.
A.Kamyu yazırdı: «Amansız zəmanə hələ heç kəsə zəfər sevinci əta etməyib: zamanla mübarizədə insan
həmişə məğlub olub...maddi mədəniyyət abidələri daha uzun ömür sürür, lakin zaman ötdükcə onlar da viranə
qalır.
Heç kim deyə bilməz ki, indiyə qədər neçə insan cəmiyyəti, mədəniyyəti izsiz-soraqsız puç olub gedib.
Bizə gəlib çatanlar isə heç vaxt dünyanın tam təsvirini, bəşəriyyətin vahid tarixini yaratmaq imkanı verməyəcək,
çünki bu qalıqlar bəşər tarixinin cüzi bir hissəsini təşkil edir və onn tam bərpasından söhbət açmağa dəyməz»
(K.M.Daqov. Kirkeqordan Kamyuyaqədər. Moskva, «İskusstvo», 1990, s.347).
A.Kamyu ilə yanaşı Qərb fəlsəfəsi və mədəniyyətşünas mütəfəkkirlərin bir çox nümayəndələri «vahid tarix»
anlayışına müraciət etmişlər. Buna baxmayaraq aydın olur ki, müxtəlif, yaxın keçmişə qədər bir-birindən ayrı
inkişaf edən mədəniyyətlər arasındakı əlaqələr daha böyük sürətlə genişlənir, məlumatların kütləvi mübadiləsi isə
vahid bəşər mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarır.., keçmişimizin öyrənilməsi nəticəsində biz cəsarətlə
deyə bilərik ki, yer üzündə heç vaxt elə insan icmaları olmayıb ki (o cümlədən, hələ bu yaxınlara qədər olduqca
ibtidai sayılan), onların ümumbəşər tərəqqisinə zənginlik gətirməsi inkar edilsin.
2.3.19.Afrika mədəniyyəti (Quzey və Tropik)
Çağımızın mədəniyyətində «post-modernizm» adlanan aşama (mərhələ) yaranıb. Qərbdə post-modernizm
dövrün situasiyası miqyasına qalxıb. Azərbaycan kimi Şərq ölkələrində isə biz, yalnız, onun təzəcə peyda olmuş
təsirlərinə rast gəlirik. Post-modernizm haqqında burada geniş danışmayacağıq, bircə, onu deyəcəyik ki, bu
cəryan bizim ala-bəzək parçalar kimi bütün irqlərdən və dünyalardan, bütün tarixi dönəmlərdən aldıqlarını bir
araya gətirir. Onları bir-birində əritməyi düşünmədən az qala necə gəldi yan-yana, üst-üstə yığır, beləcə,
alışıdığımız mədəniyyət təsəvvürü ilə zarafat yapır, onu ələ salır, beləcə özünü göstərir.
Post-modernizmin göstəricilərini çağımızın Şou mədəniyyətində aydınca görmək olar. Bugünkü avanqard
modalarda biz müsəlman hicabından tutmuş, yaponsayağı altı qalın ayaqqabılaracan hər şeyi görə bilərik.
Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını
dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə iş o yerə gəlib çatıb ki, qaradərili müğənnilərsiz, - Maykl
ceksonsuz, Tupaksız, filansız saya, çəlimsiz görünür.
ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay
açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə Şou sənətində, artıq, qlobal planda zəncilərdə dəb yarandı.
Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə,
oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui
Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə qədər eybəcərdirlər» deyimini təsdiq
edirdi. Lui Armstronqun bütün dünyaya yayılmış şəkillərindən sonra elə bir durum yarandı ki, hətta rus
səhnəsində də zənci dişağartısı estetik effektə çevrildi.
Amerikada «neqr» sözünü qaralar söyüş kimi qarşıladıqlarından «afroamerikan» termini yarandı. İndi isə
«afrofransızlar», «afroalmanlar», «afroruslar» termini işlənməyə başlayıb.
Bir vaxtlar qul kimi Amerikaya gətirilmiş zəncilər 60-cı illərdə ABŞ-də Martin Kinqin başçılığı itlə
vətəndaş azadlıqları qazanmaq üçün, yəni seçkilərdə iştirak etmək üçün, ağların getdiyi restoranlara getmək,
oturduqları avtobuslara oturmaq üçün savaşa girdilər və qalib gəldilər. Eyni zamanda irqçi ağların acığına Qara
rasizmi yaratdılar. Öncələr ağların rasizmi vardı və bu irqçilər, konkret olaraq, zənciləri ağıl, xasiyyət
baxımından aşağı insanlar sayırdı. Buna cavab olaraq eyni şeyləri Qara irqçilər tərsinə etməyə başlayaraq
ağların onlardan aşağı olmasını göstərən «dəlillər» yığmağa başladılar.
XİX yüzildən başlayaraq Qara irqçiliklə sıx bağlı olan Afrosentrizm əmələ gəldi və özünü
Avropasentrizmə qarşı qoydu. Axırıncı Avropanı dünya tarixinin və mədəniyyətinin mərkəzinə qoyurdu. Belə
çıxırdı ki, tarixdə və mədəniyyətdə edilmiş bütün böyük işlər Avropanınkıdır, o birilər isə qıraqda özləri üçün
«tullanıb-düşürlər». Bunun sonucunda hətta başqa mədəniyyətləri öyrənən araşdırıcılar da o mədəniyyətlərin
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
269
tekstlərini Avropa elminin «gözü», «qulağı» ilə qavrayırdılar. İlk dəfə buna qarşı Doğu (Şərq), Asiya sentrizmi
qoyuldu, sonra isə bu axırıncının yanına Afrosentrizm də gəldi. Afrosentrizm indi Azərbaycan gənclərinin
sevdiyi Rep musiqiçilərinin də rəsmi ideologiyasıdır («rep» ingiliscə kəskin, ritmik danışmaqdır, söyüş və s.-
dir).
Belə hesab olunur ki, Afrosentrizm müstəmləkə dağılandan sonra yaranmağa başlayıb. Afrosentrizmin və ya
Neqrityudun ideoloqları Afrika kültürünün qüdrətindən danışırlar və hesab edirlər ki, Avropanın xaqanlığı Afrikanın
üstünlüyü ilə əvəzlənməlidir.
Afrosentrizmdə önəmli yeri neqrityudun yaradıcısı Seneqaldan olan şair, filosof Leopold Sedar Senqol
tutur. O baxışlarını bildirmək üçün «Sivilizasiyanın ruhu və Afrika mədəniyyətinin qanunları» (1956),
«Neqrityud və germanizm» (1965), «Neqroafrikan estetika» (1964) adlı əsərləri yazmışdı.
Afrosentrizmin ideoloqları arasında Josefa Ki-Zerbo (Burkino-Faso), Enqelbert Mvenqo (Kemurun) kimi
intellektuallar da var. Onlar deyirdi ki, zənci üçün önəmlisi boya, forma, qoxu, ritm, toxunuşdu. Ona görə də
neqr təbiətin balasıdır. Bu sözləri o doğruldur ki, çağımızın Şou sənətində zəncilərin gətirdiyi ritm, boya, forma
əcaiblikləri post-modernistik situasiya yaradır.
Afrosentristlərə Afrika ilə öyünmək, Afrikanı şərəfləndirmək gərək idi. Ona görə də irəli sürürdülər ki,
çağdaş uyqarlığın (sivilizasiyanın) kökü Misirdən başlayır və Əski Yunanıstan da yetənəklərinə (nailiyyətlərinə)
görə ona borcludur (ta qədimdən yunan filosofu Falesin Misirdə oxuması, Pifaqorun isə bir çox ideyaları oradan
götürməsi haqqında gəzən rəvayətlər sanki bu deyilənə tanıq, şəhadət idi).
Doğrudan da Misir, əslində, Afrika ölkəsidir və Qədim Misirin əhalisinin bir kəsiminin zəncilərə oxşar
qaradərili olması koptların timsalında yaxşı görünür.
Açıqlama: Çoxumuz Afrikanın zənginliyini bilmədiyimiz üçün, «Afrika» deyəndə, yalnız, ibtidai-icma
quruluşunda yaşayan zəncilər dünyasını göz qabağına gətiririk. Onun üçün də bəzi bilgiləri verək. «Kopt» sözü
yunanca «ayqyuptos» sözündəndir və misirli deməkdir. Ərəblər bu sözü «kubt» kimi işlədərək misirliləri
bildirirlər. Sözün yunan variantı isə əski misirdə Memfisin adı olan"Xa-Ka-Ptax" sözündəndir. Koptların yerli,
avtoxton misirlilərlə bağlılığını o sübut edir ki, kopt dili əski Misir mətnlərini açmaqda yaxşı yardımçı
olmuşdur).
Çağımızda koptlar Quzey Afrikada, özəlliklə, Misir və Həbəşistanda yaşayan xüsusi bir xristian qrupudur.
Onlar özlərini pravoslav sayırdılar, İsus Xristosa baxışlarında monofizitdirlər, yəni hesab edirlər ki, Xristosda
yalnız İlahi təbiət var və bu təbiət insan təbiəti ilə birləşməyib.
Koptların Xristianlığa verdiyi pay çox dəyərlidir. Onlar, məsələn, bu dinə rahibliyi vermişlər. İlk monastır
İV yüzildə Misirin Doğu səhrasında yaradılıb. Müqəddəs Afanasi, Müqəddəs Vasili və Paxom koptdurlar.
Hesab olunur ki, kopt kilsəsini Yevangelist Mark (İsanın apostoludur) yaradıb. O, 47-48-ci illərdə Afri-
kaya gəlmiş və Misirin o zamankı paytaxtı İsgəndəriyyədə xristianlığı yaymışdı. 69-cu ildə romalılar Marka
işgəncə verib öldürmüşlər .
Afrikanı göylərə qaldırmağın xarakterik örnəyini Qanalı Vilyam Yao Darko vermişdir. O 2002-ci ildə
yazmışdı:
Mədəniyyət işığa tapınmaqdan yaranır.
Bütün ulusların (millətlərin) kultları Afrikadan gəlir.
Afrika kültürü tarixin və fəlsəfənin zəngin qaynağıdır.
Afrika törənlər, rituallar dünyasıdır.
Əcdadlara sayğı dünyasıdır.
Yaşlılara sayğı dünyasıdır.
Afrika bərabərlik və sevgi dünyasıdır.
Totem kultudur.
Seremoniyalar və bayramlar dünyasıdır.
Qızğın oyanış və rəqslərin kultu buradadır.
Afrosentrizm bu qitənin dünyaya verdiklərini toplayaraq maraqlı örnəklər ortaya qoyur. Belə örnəklərdən
biri Doqon adlanan ulusdur. Malidə ucqar və çətin keçilən yer olan Bandiaqar platosunda yaşayan Doqonlar
kosmosu adamı mat qoyan səviyyədə bilirlər. Onların özləri inanırlar ki, həmin bilikləri Sirius ulduz
sistemindən gəlmiş varlıqlardan alıblar. Hər halda bu gün güclü teleskopla açılan Sirius ulduz sisteminin
quruluşunu onlar çox yaxşı bilirlər. Eləcə də onların Saturnu içinə almış üzüklərdən, Yupiterin başına fırlanan
Aylardan xəbərləri var.
Doqonlar Siriusun başına fırlanan və Göydə ən parlaq olan Ağ cırtdan ulduz haqqında indiki elmin
tapdıqlarını irəlicədən bilirlərmiş. Bilirlərmiş ki, onun kütləsi çox sıxdır. Ona görə də deyirlərmiş ki, bu kütlə
«saqaldan», yəni sıx metaldandır və Yerə baxanda çox ağırdır. Doqonlar bilirlərmiş ki, həmin Ağ ulduz Siriusun
orbitində 50 ilə fırlanır, öz çevrəsində isə onun fırlanması 1 il çəkir. Doqonlar Siriusun başına fırlanan üçüncü
ulduzu, eləcə də onun planetlərini də bilirlər. Onların bu bildiklərini antropoloqlar Marsel Qriol və Jermenı Di-
terlen də 1931-1952 illərdə apardıqları araşdırmalar zamanı xəbər vermişdilər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
270
1975 və 1976-cı illərdə isə, artıq, başqa planetlərdən gəlmələrlə kontakt haqqında mətbuat bumu yaranan-
da öncə Erik Qeryenin «Doqon kosmoqoniyası mövzusunda esse: Nommo sandığı» kitabı, sonra isə Robert
Tempelin «Siriusun gizlisi» kitabı çıxdı. Axırıncıda Tempel bildirdi ki, Doqonlar biliklərini ya birbaşa Siriusdan
gəlmələrdən, ya ja misirlilərdən almışlar. Hərçənd əcaib olan odur ki, bu biliklərinə baxmayaraq onlar, məsələn,
Merkuri, Uran, Neptun, Pluton haqqında heç nə bilmirlər.
Afrikanın dünyaya verdiyi başqa bir unikal antropoloji qrup buşmenlərdir. Onlar əsl ev nə olduğunu
bilmirdilər və budaqdan, yarpaqlardan özlərinə hələlik xarakterli «yuva» düzəltdikləri üçün hollandların
dilindən «basjesman» yəni «meşə adamı» adını almışdılar. Buşmenlərin görünüşündə həm neqroid, həm də
monqoloid göstəriciləri birləşib. Qutentotlarla birlikdə onlar koysan irqindən sayılırlar. Qutentotlar özlərinə
«koy-koyn», yəni «əsl insan» deyirlər. Buşmenlərə yaxın başqa antropoloji tip piqmeylərdir. Buşmenlər kimi
onların da orta boyu 150 sm.-dir.
Afrika qitəsinin müxtəlifliyini açmaq üçün Quzey Afrika və Tropik Afrika terminləri işlədilir. Quzeydə,
Misir, Həbəşistan, Əlcəzair, Tunis, Mərakeş kimi ölkələrin ulusları (xalqları) bir-birinə qohum olan Sami
dillərində danışırlar. «Tropik Afrika» termini ilə isə Qara Afrika bildirilir. Tropik Afrika Saxaranın güney
sınırlarından başlayaraq Atlantik okeanı sahilləri boyu Qvineyadan tutmuş Kamerunacan, Ekvator meşələrini,
Konqolez hövzəsini, Güney Afrika savannasını (çəmənli düzənliyini) və s. özünə qatır. Burada avtoxton
(əzəldən yaşayan) əhali zəncilərdir.
Tropik Afrikanın öyrənilməsi, artıq, XİX yüzildən başlamışdı. Bu qitənin kültürünün ünlü araşdırıcısı O L.
Frobbnius 1898-ci ildə «Afrikan mədəniyyətinin soykökü» adında kitab çıxarmışdı. Bu kitab onun həmin qitəyə 12
ekspedisiyasının sonucu idi.
L. Frobbnius kitabında mədəniyyətin yayılmasının iki dürünü (növünü) ayırırdı: mədəniyyət onu daşıyan
uluslarla birgə yayılır, mədəniyyət ulusla yerimədən özü yayılır.
Daha sonra o, göstərirdi ki, Batı Afrika (Konqo, Güney-Quzey Qvineya sahilləri) kültür çevrəsinin maddi
mədəniyyəti üçün düzbucaqlı evlər, çoxsimli musiqi alətləri, qum saatına oxşar qaval, hörgülənmiş qalxan xa-
rakterikdir. Həmin tipdə şeyləri Melaneziyanın Yeni Qvineya və başqa bölgələrinin kültürlərində də görmək
olar. Ona görə də sonuc çıxır ki, Afrikanın bu kültürü Güney-Doğu Asiyadan gəlib və onu «malay-zənci»
kültürü adlandırmaq olar. Hərçənd burada yayılma prosesi hansı ulusunsa «ayağı» ilə getməyib.
L. Frobbnius Afrikada Asiyadan gəlmə daha iki mədəniyyət tipini açmışdı. Onlardan ən erkəni Hind
etgisindən (təsirindən) Quzey-Doğu Afrikada doğmuşdu. O biri etgini sami təsiri idi və ərəblərin araçılığı ilə
Quzey Afrikaya keçmişdi.
Əsl afrikan layı, daha əski layı L. Frobbnius qitənin güneyində tapmışdı. Bu kültürdə silindirik komalar,
dəri qalxanlar, musiqili yay geniş yayılmışdı.
L.Frobbnius Afrikada «tellurik-həbəş-patriarxal mədəniyət» və «xtonik-xamitik-matriarxal mədəniyyət»
dürlərini ayıraraq onların fərqlərini göstərməyə çalışmışdı. Birinci mədəniyyət tipində (savana bölgələrində) verti-
kala canatım var, burada evlər dikinə tikilir, çarpayılar ayaqlar üstündədir, dünya yuxarıya doğru pilləkan
düzümündədir, Tanrı bu ierarxiyanın başında durur.
İkinci mədəniyyət tipi Quzey Afrikada Saxara bölgəsindədir. Burada mədəniyyət nəsnələri torpağın altına
can atır: evlər qazmalar şəklini alır, təndir tipli sobalar və s., düzəldilir.
XX yüzildə Afrika mədəniyyətinə marağın kəskin artması 20-ci illərə düşür. Bu marağı həmin onillikdə
Avanqard etgiləmişdi. Yeri gəlmişkən, İtalyan rəssamı (yəhudi kökənli) Modelyaninin bir çox portret
əsərlərində araşdırıcılar Afrikan maskalarının etgisini (təsirini) tapırlar. Bax, belə bir çağda Afrika sənəti
Avropanın aparıcı sənət adamlarının diqqətini özünə çəkdi.
Hərçənd o da deyilməlidir ki, 30-cu illərəcən Afrika sənəti üslublar, özəlliklər sistemi kimi görünmürdü.
Ancaq bu illərdə F. Olbrextsin, K. Kyeresmayerin araşdırmaları ilkin səviyyədə üslubları, axımları
bölgüləndirməyə başlamışdı. 30-cu illərdə isə ünlü alim A. Breyl Saxaranın, Güney Afrikanın qayaüstü
rəsmlərini öyrənməyə girişir. Elə bu çağda da Bernard və Vilyam Feqqi Nigeriyada arxeoloji qazıntılar aparırlar.
Afrika üzrə xeyli materiallar 50-ci illərdə toplanır və sonucda Afrika sənətinin bir az da xaotik mozaik
görkü (obrazı) alınır. 70-ci illərdən sistemləşdirmə işi genişlənir və Afrika sənət tarixini aşamalara (mərhələlərə)
bölmək imkanı yaranır. İndi isə görək alimlər bu tarixi necə dövrlərə ayırırlar:
I mərhələ (aşama) – İbtidai-icma çağı sayılır.
Onun İ dönəmində (eramızacan Vİİİ-İİ minillər) – başlıca mədəniyyət abidələri ovçuların qaya üstü
rəsmləri, petroqliflər idi (yunanca petro – qaya, qlif – cızma deməkdir). Bu çağın qayaüstü rəsmlərində bizim
eraya çatanda yoxa çıxmış əski kəl növünün görüntülərinə tez-tez rast gəlmək olur. Həmin rəsmlər daha çox
Güney Afrika, Saxara, Ksur dağlarında,cebel-Amur və Tassilin-Acere bölgələrində yayılıb. Bəzən qayalarda
qədim kəllərin şəkli 3 metrə çatır. «Petroqlif» sözündən göründüyü kimi əski Afrika ovçuları həmin rəsmləri
qayanı cızmaqla yapırdılar.
Artıraq ki, bu çağın rəsmlərində fil, zürafə şəkilləri də var.
Birinci mərhələnin İİ dönəmininin mədəniyyətini araşdırıcılar – əski maldarların kültürü adlandırırlar. Bu
kültürdə qayaüstü rəsmlər ya məişət səhnələrini, ya ev heyvanlarını, ya da döyüşləri göstərir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
271
II mərhələ (eramızacan I minillik – eramızın II minilliyi)– siniflərin yarandığı toplumların (cəmiyyətləri)
sənəti sayılır.
Bu mərhələnin I dönəmində köçərilərin və əkinçi-ovçu yarımköçərilərin qayaüstü rəsmləri və
petroqlifləri, eləcə də ənəənvi heykəlləri və dekorativ-tətbiqi sənət əşyaları (nəsnələri) xarakterik faktlara
çevrilirlər.
Həmin mərhələnin II dönəmində ovçular, yarımköçərilər, maldarlar daha yüksək abidələri yaradırlar.
III mərhələ – erkən sinifli toplumun sənətini, – saray sənətkarlarının işlərini, sexlər səviyyəsində
yapılmışları özünə qatır.
Afrika mədəniyyətinin İV mərhələsi çağımızda (XIX-XX yüzillərdə) xalq sənətkarlarının, peşəkar
sənətçilərin yaratdıqlarını əhatə edir.
Yeri gəlmişkən, göründüyü kimi, qayaüstü rəsmlərin işlənməsi Qara qitədə xeyli uzun sürür, Avropadan
fərqli olaraq günümüzəcən belə rəsmlər qayaların üstündə çəkilməkdə davam edilir. Onu da əlavə edək ki, bu
rəsmlərin çoxunun müəllifləri buşmenlər hesab olunurlar.
Afrikan mədəniyyətinin «onurğa sümüyünü» bütün əski kültürlərdə olduğu kimi totemizm, mifologiya,
fetiş kimi dürlü dini formalar əmələ gətirir. Bu qitədəki bir çox dinlərdə yuxarı varlıq həm əcdad, həm
mədəniyyəti gətirmiş ərən, həm də totemdir. Məsələn, buşmenlərin mifolojisində əsas qəhrəman Saqidir (mənası
«cənab» deməkdir). Bu varlıq başqa dinlərdə olan tanrıların funksiyasını yerinə yetirərək ölüm də gətirir, havanı
da dəyişdirir, uğur da verir və s. Saqinin arvadı da, bacısı da quş sayılır və bundan görünür ki, onu totemlərlə
bağlayan bağlar da var.
Afrikada əcdadların kultu klassik səviyyədə özünü göstərir. Zulular əcdadlarını «Mukuru» («kuru» «qo-
ca, çox qoca» deməkdir) adlandırırlar və hesab edirlər ki, o həm insanlarla heyvanları, quşları yaramışdır, həm
zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir.
Başqa bir afrikan ulusu olan qererolarda əcdad «Kalunqa» adlanır və hesab olunur ki, qerorolarda yaxşı
nə varsa, ondan alınıb.
Qereroların yaşadığı Namibiyada başqa bir din də var. Həmin dində ən Uca tanrının adı Ncambidir. O
yaxşılıqlar allahıdır. Dünyada insana yaxşı nə olursa, ondan gəlir. İnsan öz əcəli ilə ölübsə, deməli, Onu Ncambi
aparıb.
Namibiyada hesab olunur ki, tanrının adını bərkdən çəkmək olmaz. Ona görə də uzun sürə missionerlər
Ncambinin adını eşitməmişdilər (oxşar olaraq yəhudilər də uzun yüzillər tanrıları «Yahvanın» adını bərkdən
çəkmirdilər).
Qererolar ibadət üçün müqəddəs tonqal qalayıb onun başında dinməzcə oturaraq əcdadlarını yada
salırlar və içlərində onlarla danışaraq onlardan güc alırlar.
Tanrı təsəvvürünün Tropik Afrikada əcdad funksiyası ilə bağladılması ona gətirib çıxarır ki, burada
tanrılar qeosentrik xarakter daşıyırlar. Yəni onlar Göylə yox Yerlə bağladılırlar və yerdə yaşayırlarmış kimi
təsəvvür olunurlar.
Bütün dünyada səs salmış Afrikan dininin adı «Vodun»dur. Bu dində Tanrı «Vuuduu», «Vodun» və ya
«Huuduu» adlanır. Dünya üzrə Voduna tapınanların sayı 60 milyondur. O, Beninin rəsmi dinidir. Haitiyə və
Karib dənizi adalarıa isə Batı Afrikadan gətirilmiş qullarla birlikdə keçmişdir.
Öncələr qulları zorla xaç suyuna çəkib onların öz dinlərini cəzalarla yasaqladıqları üçün Haitidə qaralar
xəlvətcə Voduna tapınırdılar (ibadət edirdilər) və çalışırdılar ki, katolik törənləri və simvolları ilə Vudu dinini
arif olmayanlara görünməz etsinlər. Sonralar Vodun bütün Karib dənizi ölkələrinə yayılır, ABŞ-də isə Mayami
ştatına və Nyu-Yorka yeriyib orada özünə çoxlu tərəfdarlar tapır.
Vudu haqqında, məsələn, onun rituallarında kannibalizm haqqında kitablar yazılandan, filmlər çəkiləndən
sonra bu din qorxunc oreol qazanıb. İndi hətta elə bir durum yaranıb ki, iki Vodun dininin olmasını deyirlər. Biri
Qanada, Haitidə, Dominikan respublikasında, Benində adamların inandığı və tapındıqları dindir, o biri isə Hol-
livudun yaratdığı İblisanə dindir.
Əslində isə Vodun bir çox başqa dinlər kimi dünyada yaman və yaxşı ruhların olmasından danışır. Onun
şamanları ekstatik rəqslər edir və yaman ruhları konkret adamla bağlı zərərsizləşdirirlər.
Onu da deməliyik ki, Afrika dinlərindən danışanda ibtidai dinlərlə yetərlənmək düz olmaz. Bu qitədə İslamla
Xristianlıq arasında əməlli başlı missioner yarışı gedir və bunun sonucudur ki, Sudanda, Seneqalda, Nigeriyada
müsəlmanlar çoxluq təşkil edir. Güney Afrika kimi ölkələrdə isə xristianlar tam üstünlükdədirlər.
Əlavə edək ki, həm Xristianlığın, həm də İslamın Afrikada tarixi qədimdir. Məsələn, Misir, Suriya,
Həbəşistanla birlikdə Karfagen əski xristianlığın Afrikada yayıldığı məkanlardandır. İlk xristian düşünərlərindən
biri Tertulliandır və o, Karfagen ruhanisi (presviteri) olub. Quzey Afrikanın başqa bir parlaq xristianı Karfage-
nin yepiskopu müqəddəs və şəhid Kipriandır.
Müsəlmanlara gəldikdə maraqlı durumu Sudan verir. Burada əhalinin 83% özünü ərəb sayır. Sudanın
başqa müsəlman qrupu nubilərdir. Onların çoxu ərəbcəni ikinci dil kimi bildirlər. Ancaq Furlar müsəlman olsa-
lar da ərəbləşməyiblər və siyasi-mədəni baxımdan «Çad» adlanan qonşu ölkəyə orientir edirlər. Sudanda Batı
afrikalılar da yaşayırlar və onların çoxu özlərini Nigeriya soyköklü sayırlar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
272
Sonda deməliyik ki, dünya mədəniyyət sistemində Afrika mədəniyyətləri Avropa və Asiya kültürlərinə
baxanda az gəlişmiş görünsə də, əslində, böyük nailiyyətlərə malikdir və belə görünür ki, XXİ yüzildə Afrika
doğrudan da güclü qaynaqlardan biri funksiyasını daşıyacaq.
Dostları ilə paylaş: |