2.3.12. Çin mədəniyyəti
Orta əsrlər böyük Çin mədəniyyətinin çoxəsrlilik ənənələrinə güclü təsir göstərərək onun məzmunun
zənginləşməsində mühüm rol oynadı. Orta əsrlərin erkən dövrü Çin mədəniyyəti tarixinə, ədəbiyyat və
rəngkarlığına «qızıl əsr» kimi daxil oldu. Xüsusilə, monqol sülalələrinin hakimliyi illərində (XIII əsr) bu sahədə
çox böyük irəliləyişlər əldə olundu.
Xan imperiyasının ardınca Üç şahlıq (220-280) mərhələsi başladı: üç müstəqil dövlət – Vey, Şu, U
dövlətçiliyi tarixinin əsası qoyuldu. Bu dövr müharibələr, epidemiyalar, aclıq, kəndli üsyanları ilə səciyyələnir.
Üçşahlığa qarşı – Tezin (280-316) imperiyası qələbə çaldı. Ölkə iki hissəyə – şimal və cənub hissələrinə
bölündü. Tarixə bu, Şimal və cənub sülalələrinin hakimiyyəti dövrü kimi daxil oldu.
Cəmiyyətin siyasi vəziyyəti zamanın mənəvi quruluşu ilə vəhdət təşkil etdi. Xüsusilə, daosizm və
çanbuddizm aparıcı dini cərəyanlar kimi üstünlük təşkil edir. Daosizm mistik sektalar ilə əlaqədar idi. Şimali
Çində təşəkkül tapmış «Səma rəhbərləri hərəkatı» IV əsrdə ölkənin cənubuna doğru irəlilədi. Əsrin sonuna
yaxın xalq daosizmi təşkil olunmuş dinlərdən biri kimi qəbul etməyə başladı. Bu elitar təlim kimi cəmiyyətin
müxtəlif təbəqələrinə sirayət etməklə yanaşı gündəlik məişətdə şamançılıq xidmətlərini də yerinə yetirdi.
Xüsusilə, dünyanın sonu haqqında fikirlər bu sahədə aparıcı ideya kimi mühüm yer tuturdu.
Çində buddizm VI əsrə doğru hakim mövqe əldə etməklə artıq dövlət dini statusuna malik oldu. Budda
monastırları böyük torpaq mülklərinə çevrildi. Konfutsiçilik, daosizm və buddizm sinkretik vəhdət təşkil etməklə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
245
«üç din» adlandırıldı. VI əsrin II yarısında çin buddizminin məktəbləri formalaşmağa başladı ki, bunlardan çan-
tszun, «Təmiz Yer» adlı məktəbləri göstərmək olar.
Mədəniyyətin əsas sahələrindən olan ədəbiyyatda klassik orta əsrlər dövründə Tsao ailəsinin, «Yeddi
tszyanan ərləri» pleyadasının yaradıcılığını göstərmək olar. Bunların yaradıcılığında xalq mahnılarının təqlidi,
xalqın ağır vəziyyətinin başa düşülərək təcəssümü xarakterik cəhətlərdən idi.
Hələ qədim dövrdə yaşamış beş sözlü şer növü olan – fu 4 sözlü şerə çevrilərək ədəbiyyatda hakim mövqe
tutdu. Fu-nun «Qızıl əsri» Kun jun (153-208) və Tsao Çji (192-232) yaradıcılığında başlıca yer tutdu. Ən yaxşı
şerləri türmədə yazılan Kun junun əsərlərinin əsas məzmununu Vey sülaləsinin tənqidi təşkil edirdi. Tsao Çji
yaradıcılığında isə, qəhrəmanlıq göstərmək istəyən hərbçinin obrazı başlıca yer tuturdu. Beşsözlü şerlərin
inkişafında ən böyük irəliləyişi «Bambuk meşəliyindən yeddi müdrik» ədəbi məclisinin nümayəndələri etmişlər.
Onlardan Juan Tszi (210-263), Tszi Kananın (223-262) şerlərini göstərmək olar. juan Tszin yaradıcılığına dərin
lirizm və tragizm xarakterikdir.
Tszi Kana yaradıcılığında isə zamandan şikayət başlıca yer tutur.
V əsrdə peyzaj lirikasının çiçəklənmə dövrü başlayır. Onun əsasını Se ailəsinin nümayəndələri - Se
Linyun (385-433) və Se Tyao (464-499) təşkil edir. Se Linyun təbiəti görür, onun qoynunda olduğu bütün
anların təəssüratını şerlərində əks etdirir.
Se Tyax poeziyası lirikanı zənginləşdirir. V əsrin sonundan başlayaraq çin poeziyasında iki hakimlik edəcək saray
üslubu yarandı.
Ədəbi poeziya ilə yanaşı III-VI əsrlərdə Çin ədəbiyyatında xalq mahnı janrı da vüsət tapdı. Bu mahnıların
əsas hissəsinə məhəbbət lirikası janrı aiddir. Artıq orta əsrlərin klassik dövründə (VII-XIII əsr) çin poeziyasının
ən şanlı səhifəsi açılır və Van Vey, Li Bo, Du Fu, Bo Tszyuy-i yaradıcılığı üstünlük təşkil edir.
Bu poeziyanın özünəməxsusluğu VII əsrdə 12158 ieroqlifin sayəsində ədəbi dildə böyük bir lüğətin
yaradılması hadisəsi oldu. Tan dövrünə təsadüf edən bu zaman kəsiyi çin poeziyasının «qızıl əsr» kimi tanınır.
Dövrün görkəmli klassiki Van Vey (699-759) təkcə gözəl şair deyil, həm də istedadlı rəngkar id. O öz şerlərini
iri həcmdə yazaraq onları rəsmlərə, mətni isə şerlərə yaxınlaşdırmağı bacarırdı. Onun yaradıcılığında təbiət
başlıca ye tuturdu.
Li Bo yaradıcılığında (701-762) çin xalqının mənəvi siması motivi başlıca yer tuturdu. Şairin 900-ə yaxın
şeri dövrümüzədək gəlib çatmışdır.
Du Fu (712-770) poeziyasıda insanın iztirab və əzabları, özünəməxsus motivləri başlıca yer tuturdu.
Şerlərinin birində Du Fu əzabların qurtuluşunun yeganə yolunu nəhəng bir evin tikilməsində və Səma altındakı
bütün əzabkeş yoxsulların burada yaşaya bilməsində görür. VIII əsrin II yarısında Bo Tszyuy-i (772-846)
yaradıcılığının möhtəşəm əsərləri «Yeni xalq mahnıları», «Tsin nəğmələri» şerləri mühüm yer tutur.
Tan dövründə yeni nəsr janrı – novellalar (çuantsilər) yaranmağa başladı. Onun 79 novellası öz dövründə
tanınmış və çap edilmişdir. Həcminə görə böyük olmayan bu nəsr nümunələrində süjet çox maraqlı və
cəzbedicidir. Novellaların xarakterik cəhəti nəql etmədə «tarixi dəqiqliyin» başlıca yer tutmasıdır. Novellaların
əksəriyyəti yuxular haqqındadır. Çox maraqlıdır ki, bu janrda yazılan əsərlərdə heç bir mənfi obraz təsvir
olunmur.
Klassik orta əsrlərdə Sun dövrünün (X-XIII əsr) çiçəklənməsi uğurla başa çatır. Bu dövrdə romans adlı
(tsı) şer janrı üstünlük təşkil etdi. Musiqi ilə vəhdətdə olan bu şer növü müstəqillik əldə edir. Romansın başlıca
tematikası məhəbbət lirikası idi. Bu nümunənin görkəmli sənətkarı Van Anşi (1021-1086) idi. Lyu Yuana (987-
1052) lirikası da ona yaxın idi. O, romansın daha böyük formasını yaratmışdı. Digər şair Su Dunpo (1037-1101)
romansı musiqidən təcrid edərək daha müstəqil bir şer janrı yaratdı. Onun digər görkəmli nümayəndəsi şairə Li
Tsin-çjao idi (1084-1151).
Ədəbiyyat orta əsrləri monqol hakimiyyəti illərində də spesifik cəhətləri ilə səciyyələndirdi. 1280-cıildə
Çin bütövlükdə monqol hakimiyyəti əsarətinə keçdi. Bu əsarət düz 70 il çəkdi. Lakin XIV əsrin 50-ci illərində
mərkəzi və cənub rayonları Monqol sülaləsindən olan Yuan hökmranlığından faktiki olaraq ayrıldı və bu 1368-
ci ildə tamamilə həyata keçmiş oldu. Yuan dövründə eyni hüquqlu paytaxt rolunu monqol şəhərləri Karakorum,
Pekin, Koypin oynadı. Monqol qəsbkarlarının rəsmi iqamətgahının Karakorumdan Pekinə köçürülməsi 1264-
cüildə baş verdi.
Bu tarixi şərait ədəbiyyatda da öz təzahürünü tapdı. Xüsusilə, milli ieroqlif ənənələrinin inkişafı, yeni
fonetik lüğətlərin tərtibində irəliləyişlər əldə edildi. Poeziya və lirika öz yerini dramaturgiya və nəsrə verir. Bu
dövrdə 600-ə yaxın dram əsəri yazılır. Şimali çin dramı 4 akta bölünürdü. Ariyalar yalnız bir personaj tərəfindən
ifa olunur, digərləri isə dialoq, nitq, şerləri ifa edirdi. Bu forma şəhər əhalisi üçün nəzərdə tutulurdu.
Nayanyanın «Çay ulduzları», U.Çenenyanın «Qərbə sayəhət», Tsao Syustsinyanın «Qırmızı köşkdə yuxu» adlı
romanlar çin mədəniyyətinə güclü təsir göstərdi. Sonralar bu əsərlər dünya xalqlarının bir neçə dilinə tərcümə
edilmişdir. O dövrün tanınmış əsərlərindən «Tszin, Pin, Mey və ya qızıl vazda gavalı çiçəkləri» göstərmək olar.
U Tszin-tszin «Konfutsiçilərin qeyri-rəsmi tarixi» satirik romanı, Pu Sunlinanın satirik romanlarını göstərmək
olar. Məhz romanlar və syaopinlər ölkənin, xalqın gündəlik həyatına həsr edilən ən xarakterik ədəbi əsərlər
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
246
olmaqla həmin tarixi dövrün mədəni uğurlarından idi. Həmin illərdə nəsr əsərləri həm klassik ədəbi dil olan
venyan, həm də danışıq dili olan bayxuada da yazılırdı.
Orta əsrlərin müxtəlif çağlarında (erkən klassik, monqol dövrü, man hakimiyyəti illəri) incəsənətin digər
sahələrində də uğurlar əldə olunmaqla Çin mədəniyyətinə zənginlik gətirilmişdir. Xüsusilə, Çin memarlığına
fen-şuy («külək-su») kimi qədim təcrübənin gətirilməsi mühüm mədəni hadisə idi. Bu təcrübə özünü şəhər, park
və binaların planlaşdırılmasında göstərir, çay, dağ və digər landşaft xüsusiyyətlərinin nəzərə alınması ilə
müşayiət olunurdu. Bu qaydalara müvafiq olaraq binanın baş fasadı cənuba doğru uzunan divarlar idi. Şəhərlər
nəhəng qalalarla düzbucaqlı şəkildə təzahür tapırdı. Hər bir şəhər tikilisinin ölçüsü ciddi şəkildə nizamlanırdı.
Şəhərə həddindən artıq təntənə görkəmini kərpic və daş paqodalar, zəfər qapıları (daş və ya taxtadan) verirdi.
Bunları hökümət başçıları məbədə yaxın yerlərdə, xoşagah və ya ziyarətgahlarda, və ya milli qəhrəmanların
şərəfinə salınmış parklarda tikirdilər.
Orta əsrlərdə Çində saray və məbəd tikintisinin ən geniş yayılmış tipi dyan adlı tikili idi. Bir zal və
birmərtəbəli pavilyon planlı dördkünc bina bir və ya ikitəbəqəli damdan ibarət olmaqla yüksək daş platforma və
sütunlarla əhatələnirdi. Fasadın əsas dekorativ elementini çoxrəngli ağac dirsəkliklərin lakla örtülmüş təsvirləri
təşkil edirdi. Orta əsrlərin Sun dövründə saray və məbəd memarlığında peyzaj kompozisiyalarının təsvirinə
üstünlük verilirdi. Bağ-park memarlığında çox da hündür olmayan kürsülük üzərində çarpaz qalereyanın
tikilməsi başlıca atribut idi.
Orta əsrlərdə memarlığın inkişafında Min dövrünün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Belə ki,
Min dövründə müstəqil ölkə olan Çində şəhər tikintisi intensiv şəkildə inkişaf etməyə başladı. Böyük Çin
səddinin daş lövhələrlə döşənməsinə başlanıldı: çox qısa dövrdə şimal (Pekin) və cənub (Nankin) mərkəzlərində
imperator iqamətgahları tikildi, və burada ilk Min imperatorlarının ziyarətgah kompleksləri salındı.
Pekində ilk nəhəng imperator saray kompleksi tikildi ki, bu da sonrakı əsrlərdə Çin şəhər tikintisinə güclü
təsir göstərdi. Ən məşhuru həcmi 17 kv.m-dən artıq olan «Qadağan olunmuş şəhər»dir.
Baş pekin məbədi olan Səma məbədi də (1420-1530) bu əsrin nümunəsidir.
Min dövrünün memarlıq xəzinəsini XV-XVII əsrlərə aid olan on üç şahın dəfn kompleks təşkil edir ki,
bunlara da məbəd, qüllə, yeraltı saraylar daxildir. «Ruhlar xiyabanı» adlandırılan bu yerdə hərbçi və
məmurların, mifik və real canlıların heykəlləri təcəssüm tapırdı.
Min dövründə rəngkarlıq ənənələrinin yenidən bərpası XV əsrin 20-30-cu illərində saray rəngkarlıq
Akademiyasının təməlini qoydu. Bu zaman ən geniş yayılmış növ hekayə rəngkarlığı idi. Bu janr əsasən
personaj və əsər süjetləri əsasında yaradılırdı.
XV əsrdən başlayaraq dəfn portretləri müstəsnalıq təşkil etdi. Bunları ölümdən sonra müəyyən ayinlərin
icrası zamanı istifadə məqsədilə yaradırdılar.
Rəngkarlığın ən gözəl nümunələri XVII əsrə aid edilir. Bu dövrün rəssamları akademik ənənə şərtliklərinə
qarşı sərbəst yaradıcılıq nümunəsi göstərərək təbiətin ekspressiv şərhini yaradırdılar. Syuy Vey XVI əsrin
aparıcı peyzajçısı idi. O, təbiət hadisələrinə onun gözəlliyi, məntiqi düzülüşü əsasında yanaşırdı. Bu rəssamlar
adətən ya rahib, ya da kasıb sərkərdanlar idi. Belələrindən biri də Qun Syan idi. O, özünü qeyri-adi bir peyzajı
ilə – «Min zirvə, milyon dərə» tablosu ilə məşhur etmişdir.
Min dövrü dekorativ-tətbiqi incəsənətlə də səciyyəvidir. Yeni əşya nümunələri – çay dəmləmək üçün qab,
stul, kreslo, hündür stollar yaradılmağa başladı. Artıq XV əsrin ortalarından kobalt şirəsi altında təsvirləri olan çini
məhsulların istehsalı xüsusi əhəmiyyət kəsb etməyə başladı. Çini qabların ornamentliyində prinsip dəyişikliyi baş
verdi, ağ, çəhrayı, yaşıl fon səthində peyzaj, janr və ornament kompozisiyaları başlıca yer tutdu. Min
imperatorlarının təntənəli geyimlərinin zəngin və çoxmənalı rəmzi kompozisiyaları başlıca yer tutdu. İmperator
xələtinin tünd yuxarı hissəsi və sarı aşağı hissəsi Səma və Yerin harmoniyasının rəmzi idi.
Beləliklə, Üçşahlıq (III əsr) dövründən başlanğıc götürən orta əsr Çin mədəniyyəti Min hakimiyyətində
davam etdirilərək zənginləşdirildi.
2.3.13.Yaponiya mədəniyyəti
Əvvəlki tarixi mərhələlərdə olduğu kimi, orta əsrlərdə Yaponiyada bədii sənət ənənəvi estetik prinsiplər
(furyuumono-no avare, vabi-sabi, yugen) əsasında formalaşırdı. Avare prinsipi saray xanımı olan vey Sonaqon
(X əsr) yaradıcılığının məşhur əsəri olan «Yastıq üzərində qeydlər»ində öz təcəssümünü tapmışdır. Dünya
qayğılarından qurtulmuş, rahat və yüngül həyat «vabi» estetik və mənəvi prinsipinin mahiyyətini təşkil edir və
bu məzmunda əsərə Fudzivara – no Sadanye (1162-1241) adlı şairin şerlərində rast gəlirik.
Budda heykəltəraşlığında yapon üslubu artıq XI əsrdə tam formalaşmışdı. Bu, heykəltəraş Dzyötö-nün
(1057-ci ildə vəfat edib) adı ilə bağlıdır. Heykəltəraşıqda bir-birilə rəqabət aparan iki məktəb - «En» (Emna) və
«İn» (İmna) məktəbləri XII əsrin axırınadək fəaliyyət göstərir.
XIV əsrdə ənənəvi budda incəsənəti, xüsusilə, rəngkarlıq və heykəltəraşlıq kübar incəsənətinin inkişafına
təkan verdi. XIV əsrdən sonra budda plastikası tədricən tənəzzülə uğradı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
247
Dzen-buddizm və onunla bağlı incəsənət xüsusi bir mövzudur. Bu öz mahiyyət və təcrübi
xüsusiyyətlərinə görə yapon buddizminin digər istiqamətlərindən fərqlənir. Dzen buddizm samuray zümrəsinə
daha çox yaxın olan ruhani bir başlanğıcdır. Məhz samuray döyüşlərinə kömək edən əsas amillərdən biri
samuray döyüş sənəti olmuşdur. Bunlara aşağıdakılar aiddir: Kendo (qılıncla döyüş), yando (qılıncın qınından
cəld çıxarılması sənəti), kyüdo (atıcılıq) və s. Dzen ideyaları incəsənətin digər sahələrinə də nüfuz etmişdi:
məsələn, teatrda - no, çiçəklərin aranjirovkasında - ikebana, denqa sənəti buna aiddir. Denqaya, xüsusilə, kağız
üzərində tuşla rəngkarlıq da aiddir. Bu sənət öz başlanğıcını Sun dövründən (V əsr) götürərək aşağıdakı
istiqamətlərə malikdir: ideallaşdırılmış harmonik Sansuyqa – peyzaj rəngkarlığı; dzimbutsuqa – insan və heyvan
fiqurlarının təsviri; katyoqa – çiçək və quşların təsviri. Dzen rəngkarlığı yapon kübar rəngkarlığının, xüsusilə,
Kanoo, Rimpa, Maruyama və b. məktəblərin formalaşmasına güclü təsir göstərmişdir.
X əsrə qədər yapon rəngkarlığında çin kara-e istiqaməti və buddizm məzmunu dominantlıq təşkil edirdi.
X əsrdən başlayaraq çin sənətinə bənzəmə nəticəsində yamato-e yapon rəngkarlığı təzahür tapır.
XIV-XV əsrlərdə rəngkarlıqda monoxromatik peyzaj üslubu olan sansuyqa üstünlük təşkil edirdi. Bu,
zadəgan saraylarının bəzədilməsi ilə əlaqədar idi. Bu janrın nümayəndələri, əsasən yüksək ixtisaslı, savadlı
rəssamlar idi. Onların yaradıcılığının əsas prinsiplərini çin fəlsəfə konsepsiyaları (daosizm, konfutsiçilik, çan
buddizm) təşkil edirdi. Bu dövrün görkəmli nümayəndələri Mintyö (1352-1430), Dzösentsu (XV əsrin I yarısı),
Tenseo Syuubun (1460 vəfat edib) və Sessyuu Tooöo (1420-1506) təkcə çin ənənələrinə kor-koranə qulluq
etmir, həm də sənətə öz münasibətlərini bildirməyə çalışıblar. 1481-ci ildə Asikaqa sarayında rəssam Kanoo
Masanobu (1434-1530) yapon rəngkarlıq məktəblərindən – yamat-e ənənələrinə uyğun məktəbin əsasını qoydu.
Kanoo məktəbində yetişən tanınmış rəssamlar bu məktəbin ənənələrini nəsildən-nəslə ötürdülər. Monoxromatik
rəngkarlıqla yanaşı, bu məktəbdə dekorativ və zərif polixrom rəngkarlığın bir neçə yeni istiqamətləri formalaşdı.
Bu sənət özünü şirma, yelpik və divar pannolarında təzahür etdirdi. XVI əsrin sonlarına qədər bu sənət
Yaponiya mədəniyyətini aparıcı sahələrindən birini təşkil etmiş oldu. Kanoo Eytoku (1543-1590) möhtəşəm
Adzuti qəsrində interyer bəzədilməsi üzrə əsas aparıcı dizayner idi. Daha sonralar rəssam Toyötomi Xideösinin
əmrinə əsasən Kiotadakı imperator iqamətgahında Dzyurakuday sarayını bəzədi. Təəssüf ki, bu sənət əsərlərinin
heç biri 10 ildən artıq yaşamadı və hərbi ziddiyyətlərin qurbanı oldu. Eytoku qızıl folqadan mürəkkəb
kompozisiyalı divar rəngkarlığında zəmin kimi istifadə edən ilk yapon rəssamıdır. Onun ardıcılları (Kano
Sanraku və Kanoo Tanyuu) Tokuqava sarayında özlərini aparıcı rəssamlar kimi tanıtmışlar.
Edo dövrünün aparıcı məktəblərinə yamot-e üslubunda ixtisaslaşmış Tosa və Rimpa məktəblri aiddir.
Tosa məktəbi XV əsrin əvvəllərindən başlayaraq XIX əsrin sonlarınadək fəaliyyət göstərdi. Bu məktəbin
rəssamları klassik yapon saray ədəbiyyatı əsərlərinə üstünlük verərək buradakı personajların təsvirini
yaradırdılar. «Kenza haqqında povest» əsərindəki personajların təsviri buna aiddir. Tosa məktəbinə xas
yaradıcılıq üslubuna zərif cizgilər, zəngin politra, dekorativ kompozisiya aid idi.
1600-cü ildə yaranmış Rimpa məktəbinin banisi Tavaraya Sootatsu (1643-cü ildə vəfat edib) i Xonami
Oqata Koorin (1656-1716) hesab edilir. Rimpa məktəbində kompozisiyalardakı zərif dekorativ dizayn mühüm
yer tutur. Bu məktəbi təmsil edən əsərlərin klassik süjetlərində, dekorativ motivlərində yeni traktovka başlıca
yer tutur.
Edo dövründə rəngkarlığın digər istiqamətləri – Maruyama-Sidzeöo, Akita, İtoo məktəbləri də mühüm yer
tuturdu. Ən populyar istiqamət «cənublu barbar» mənasını verən namban istiqaməti idi. Bu adla yaponlar
avropalıları adlandırırdılar. Nanban üslubunda çəkən rəssamlar qərb rəngkarlığını təqlid edirdilər, onlar qərb
mövzusuna daha çox üstünlük verirdilər.
«İki» və «Suy» - Edo dövrünün şəhər mədəniyyətinin əsas estetik prinsiplərindəndir. Bu prinsip ticarətçi
zümrələrindən olan savadlı və maddi cəhətdən imkanlı nümayəndələrin zövqlərini tərənnüm edirdi. «Suy»
anlayışı davranış ədalarındakı zərifliyi ifadə edirdi: «İki» də eyni mahiyyət kəsb edir, burada «yüksək, ali ruha
malik olma» başlıca yer tutur. Bu üslüb savadlı, zərif və incə qadınlara da aid edilirdi. Onların əsas məşğuliyyəti
digər insanları əyləndirmək idi. İki və suy prinsipləri ukiyö-e üslübünda da öz əksini tapdı.
Ukiö-e Edo dövrünün təsviri sənətində ən populyar üslüblardan biridir. O, bir qədər gec – XVII əsrdə
təşəkkül taparaq XIX əsrin II yarısında tənəzzülə uğradı. Bu üsluba, xüsusilə, qravyura janrı daha xarakterikdir.
«Ukiyö-» anlayışı budda fəlsəfəsindən götürülərək «qəm, kədər dünyası» mənasını verir. Bu üslubun görkəmli
nümayəndəsi Xisikava Maronobu (1694-cü ildə vəfat edib) hesab edilir. O, özünü yamato-e-nin nümayəndəsi
kimi hiss etdiyini etiraf edir. Onun ən məşhur əsəri Edoda (indiki Tokio) 1672-ci ildə nəşr olunan «Buke
xyakunin issyuy» adlı poetik topluya çəkilmiş illüstrasiyalardır. Bu həmin dövrdə qravyura istehsalında mərkəzi
rol oynayan məqamlardan birini təşkil etdi. Müəllif 150-ə yaxın kitabın illüstrasiya seriyalarını yaratmışdır.
Maronobunun ölümündən sonra ukito-e janrı yaradıcılıq durğunluğu keçirdi, onun digər ardıcılları – Toriy
Knyonobu (1664-1729) və Kayqetsudo Ando bu üslubu davam etdirdilər.
Orta əsr yapon memarlığında dzen estetika və kompozisiya prinsipləri tətbiq olunmağa başlayır. 1339-cu
ildə Musoo Sosekl (1275-1351) Sayxodzl məbədini dzen monastırına çevirərək burada müxtəlif növ bağ yaratdı.
Məkanı çox böyük olmayan bu bağçanın kompozisiyası hər kəsi həyəcanlandırır, ülvi düyğular oyadır. Bu cür
bağların salınmasının əsas prinsiplərindən birini boşluq təşkil edir. Boşluq – maddi əşyaların olmaması demək
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
248
deyil, əksinə, bu, zəngin daxili enerji və harmoniyaya malik təşkil olunmuş məkan deməkdir. Bu mənada dzen
memarlığının görkəmli nümunəsi məşhur «Qızıl pavilyon»dur («Kinkakudzi»). O, Kiotodakı Raondzi
monastırında yerləşir. Onun «qızıl» adlandırılmasının səbəbi pavilyon divarlarının nazik qızıl folqa təbəqəsi ilə
örtülməsi idi. Bu kiçik tikili ülvi hisslər oyatdığına görə möhtəşəm bir sənət əsəridir. Bu gözəllik 1950-ci ildə
ağlı qaçan gənc rahiblərdən biri tərəfindən yandırılır. Bu məqam yapon yazıçısı Yukio Misimanın «Qızıl
məbəd» adlı romanının süjetinə səbəb olur. Pavilyon 1956-cı ildə tam bərpa olunur.
Orta əsr yapon memarlığında qəsr və qalalar, istehkamlar başlıca yer tuturdu. Bunlar XVI-XVII əsr yapon
memarlığının başlıca xüsusiyyətləri olan yüksək qüllə və çoxmərtəbəli damları ilə seçilirdi. «Senqoku dziday»
dövründə böyük və möhkəm istehkamlar samuray rəhbərlərinin (daymyö) mərkəzləri kimi tanınırdı. Getdikcə
bunların bir çoxu şəhərlərdə iqtisadi və mədəni mərkəzlərə çevrilirdi. Bu cür istehkamlar əvvəlkilərdən
(xüsusilə, dağ yerlərindəki) – yamadzirolardan fərqlənməyə başladı. Bu cür qalalar möhkəm hərbi düşərgələri
xatırladırdı. Sonrakı istehkam-qalalar isə, daha çox əyalət mərkəzi rolunu oynamağa başladı. Belələrini
xiradziro – «düzənlik qəsri», və ya xirayamadziro – «düzənlik ortasındakı təpədə qəsr» adlanırdı. Birinci tipə
aid olan Tokiodakı Edo və ya Takamatsunu göstərmək olar. «Xirayamadziro» tipindən olan qəsrlərin tikintisi
adətən, düzənliklərin ortasındakı təpədə həyata keçirilirdi. Qəsrin məğzini (tensyu və ya tensyukaku) daş
üzərində taxta qüllə təşkil edirdi. Qüllənin ətrafını daş divarlardan tikilmiş müdafiə qurğuları əhatə edirdi ki,
bütövlükdə bu kompleksi xammaru adlandırırdılar.
Xammaru ətrafını iki bürc – ninomaru (orta) və sanmaru (daxili) təşkil edirdi. Bürclərin ətrafını ikinci
dərəcəli tikili və qurğular əhatə edirdi. Baş qülləyə qəsrin sahibkarı və onu əhatə edən ən yaxın adamlar
yerləşirdi. Qüllələr də müxtəlif növlü idi: tək, cütləşdirilmiş (örtülü keçid və dəhlizlərlə birləşdirilmiş), çox hal-
larda isə, bir platforma üzərində üç-dörd müxtəlif ölçülü qüllə yerləşirdi. Adətən baş qüllə də aid olmaqla daxili
qala tikililəri taxtadan olurdu. Odlu silah və yanğınlardan müdafiə məqsədilə, qalın taxta divarlar yanğına qarşı
suvaqla (nuriqome) örtülürdü. Hər bir qəsrin bir neçə darvazası var idi: əsas ön qapılar ote, arxa qapılar kara-
mete adlandırılırdı, buradan qarnizonun qəsrdən çıxması nəzərdə tutulurdu. Bunlarla yanaşı, bir neçə gizli və
yeraltı girişlər də mövcud idi.
Göründüyü kimi, orta əsrlərdə yapon memarlığında xüsusi istiqamət götürmüş qəsr – istehkamların və digər
tikililərinin özünəxas cəhət və üslubları var idi. Avropadan fərqli olaraq, yapon qəsr-qalaları ağır artilleriyanın
tətbiqi zamanı, demək olar ki, zərər çəkməmişdi. Lakin 1615-ci ildə söqun tərəfindən verilmiş fərmana görə hər bir
daymöyə yalnız bir qala tikilisi qanun hesab edilərək digərlərinin sökülməsi qərarı verildi. Bu da əsas qəsr olmalı
idi. Belə bir fərmanın verilməsinə əsas səbəb dövlət əleyhinə tədbirlərdə bu tikililərdən istifadə edilməsi faktları
idi. 1624-cü ildə eyni hadisə simabar üsyanında baş vermişdi. Bu fərmandan sonra qala-qəsr memarlığında yavaş-
yavaş tənəzzül hiss edilməyə başladı. Lakin bütün bunlarla yanaşı, dövürmüzə belələrindən bəziləri gəlib çatmışdı.
Bu memarlıq abidələri dövlət hesabına bərpa edilərək turistlərin ixtiyarına da verilmişdir. Ximedzi qəsrini bəzən
Sirasaqi, yəni «Ağ bağ quşu qəsri» kimi də adlandırırlar. Bu abidə XIV əsrin ortalarında tikilmiş 1580-cı ildə isə
yenidən üzərində işləmişlər. Öz müasir görkəmini bu tikili 1609-cu ildə əldə etmişdi. O vaxt İkeda Terumasa
dayamnünün iqamətgahı idi.
Yapon incəsənətinin aparıcı istiqamətləririndən birini dekorativ-tətbiqi sənət təşkil edirdi. Ənənəvi yapon
dekorativ-tətbiqi sənətinə şirəli, çini və keramik məhsulları, ağac üzərində yanma, sümük və metal üzərində iş,
bədii geyim və parçalar, silah incəsənəti əsərləri aiddir. Dekorativ-tətbiqi sənət əsərlərinin spesifikası
aşağıdakılardan ibarətdir: onlar sırf təcrübi, utilitar xarakter kəsb etməklə yanaşı, həm də estetik mahiyyətə
malikdirlər. Yaponlar üçün onları əhatə edən əşyaların estetikası əşyanın praktiki əhəmiyyəti qədər önəmli idi.
Həm də yaponların ənənəvi təfəkküründə gözəlliyə münasibət dünyanı dərketmənin tapmacalarından birini
təşkil edirdi. Sakura çiçəyinə, al ağcaqayın, ilk qar, günəşin çıxması və batmasına baxıb həzz alma poetik
düşüncələrə, çiçəklərin aranjirovkasına, (ikebana) teatr quruluşları və s. səbəb olurdu. Hətta, qonaq qəbuletmə,
çayiçmə, intim əlaqəyə girmə kimi məişət hadisələrinə də yaponlar mistik məna verirdilər. Bu zaman işlədilən
əşyalara estetik sima verilməsi də mühüm yer tuturdu. Məsələn, çayiçmə mərasimində istifadə edilən fincanlar,
ilk baxışda kobud olub, səliqəli görünməsə də, onun bütövlüyü Kainatı əks etdirir.
Bu xüsusiyyət dekorativ-tətbiqi sənətin bütün digər əsərlərində öz təcəssümünü tapırdı: fiqurlarda – ne-
teke, qutularda – inro, şirəli məhsullarda – kasode (qısa qollu kimono), şirma, yelpik, fonar, xüsusilə, ənənəvi
yapon silahlarında.
Hər bir yapon üçün qılınc – demək olar ki, dini daşıyaraq nəinki onun indiki sahibi ilə, həmçinin onu
əvvəl gəzdirmiş ötən nəsil nümayəndələrinin həyatı ilə bağlı mistik əhəmiyyət kəsb edirdi. Bununla yanaşı, bir
çox qılınclar canlı hesab edilir və onların xarakteri haqqında müxtəlif rəvayətlər də vardır. Hələ qədim
dövrlərdən qılınc hakimiyyət rəmzi, samurayın döyüş ruhunun rəmzi kimi həm sintoist, həm də buddist ayinlərə
xidmət edidi. Bu silahın hazırlanması da mistik prosesə malikdir: dəmirçi qılıncın döyülməsinə başlayarkən bir
sıra ciddi ənənəvi hərəkətləri yerinə yetirir, kami allahına müraciət edir və bu allahın ruhu qılınca hoparaq onu
hər cəhətdən möhkəm və möhtəşəm edir.
Həqiqətən də, yapon ənənəvi qılıncları həm hərbi-döyüş, həm də estetik əlamətlərə malikdir. Yapon
qılıncı «gözəlliyin dörd şərtinə tabe olur: 1) zərif kamil forma (qılınc formalarının bir çox variantları vardır; bir
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
249
qayda olaraq qılıncın pazı bir ülgücdən ibarət olub, çox zərif qaydada əyilmiş formaya malikdir; pazları düz və
iti olan qılınclara da rast gəlinir); 2) xüsusi polad struktura malik qılınclar (məsələn, pazın bir hissəsində kristal
və ya taxta strukturunu xatırladan rəsmlər, digərində isə, şəffaflıq illüziyası verən kiçik və ya «budda» rəsmləri);
3) xüsusi xət və cizgilərlə parıltı (xamon) verən paz; 4) paza parıltı, bərq verən cilalaşmış qılınc.
Qılınc pazlarında əjdaha, samuray gerbləri, ayrı-ayrı ieroqlif və s. fiqurların relyefləri də əks etdirildi.
Yaponiyada silah hazırlayan bir çox xüsusi ailə məktəbləri mövcud olmuşdur ki, bunların əsas
məşğuliyyətini pazların döyülməsi, onların cilalanması, bəzədilməsi və s. təşkil edirdi. XIV əsrin sonu - XII
əsrin əvvəllərində yaşamış Masamune adlı usta haqqında, hətta bir çox rəvayətlər mövcud idi.
Orta əsr yapon ədəbiyyatında Kamakura və Muromati dövrünün özünüməxsus yeri vardır. Bu dövrdə
hərbi zümrələr və samuraylar cəmiyyəti mühüm yer tuturdu. Ədəbiyyatda qunki - monoqatarlar olan hərbi xro-
nikalar başlıca rol oynadı. XIII-XV əsrin ən məşhur qunki-monoqatariləri şifahi formada olan «Xeyke-
monoqatari» («Tayra evi haqqında hekayət») tuturdu ki, bu da 1180-85-ci il müharibələrinə («Uqemney
müharibəsi») həsr edilmişdi.
Hərbi xronikaların süjetləri bir çox no, kabuki və dzoruri üslubunqda pyeslərin əsasını təşkil etdi. Yapon
poeziyasının klassik janrı «Vaka» («yapon şeri») üslubundakı şerlərdir. 31 heca (5-7-5-7-7) və 5 sətirdən ibarət
tanka adlı («qısa şer») şer növü də mövcud idi. Saraylarda xüsusi poetik müsabiqələr (uta-avase) təşkil
olunmuşdu ki, ən yaxşı əsərlər imperator toplularında nəşr olunurdu. İlk belə məcmuələrdən (VIII əsrin sonu)
biri «10 min yarpaqdan kolleksiya» adlanan «Manyos syu» adlı toplu idi. O, 20 cilddən ibarət olub, 4516 vaka-
şeri əhatə edirdi. Sonuncu bu cür antologiya 1439-cu ildə yekun kimi nəşr olundu. Bu kimi toplularda həm də
görkəmli dövlət xadimləri, imperatorların şerləri də dərc olunurdu.
Edo dövründə 17 hecadan (5-7-5) ibarət olan xayka şer növü yarandı. Buna xaykay, xaykay-no rença da
deyirdilər. Bu şer «ciddi» şer növü olan vakadan öz yüngüllüyünə görə fərqlənirdi. Bu şer XVII-XIX əsr şəhər
mədəniyyətinin aparıcı janrlarından olub, Nisiyama Sömi (1605-82), İxara vaykaku (1642-93), Uedzima Onitsu-
ra (1661-1738), Konisi Raydzan, İkenisi Qonsuy, Yamauqti Sodoq və digərlərini öz ətrafında birləşdirmişdi.
Edo dövründə otoqi-dzosi mühüm yer tutdu. Qesaku – deyilən əyləncəvi hekayələr janrı da bu dövrün
məhuslu idi. O bir neçə istiqamət üzrə inkişaf edirdi: Syarebon adlanan «Ağıllı hekayələr» əyləncə məzmunu ilə
yanaşı, ədəbsiz mövzuları da əhatə edirdi. Kokkienbon – «yumoristik kitablar», nindzsobon – «insan
ehtiraslarından ibarət kitab»lar idi. XVII əsrin ən məşhur nasirləri İhara Saykaku (1642-93), Nitidzava İppu
(1665-1731), Edzima Kiseki (1666-1735), və b. İdi.
Orta əsrlərdə Yaponiyada teatr sənətinin çiçəklənməsi no janrının inkişafı ilə bağlıdır ki, bu da XIV əsrə
aiddir. Bu teatr dzen estetikası prinsiplərinə əsaslanırdı. Əvvəlcə bu teatrın aktyorları dini məzmunlu tamaşalar
göstərirdilər. Teatrın maskaları qədim tamaşaların – qiqakuların ənənələri ilə bağlı idi. Musiqi müşayiəti isə ka-
qura rəqsi ilə ifa edilirdi. Əslində bu teatrın təşəkkül tarixi Dzeami Motokiyonun (1363-1443) adı ilə bağlıdır.
O, aktyor, dramaturq və teatr nəzəriyyəçisi idi. 1374-cü ildə Dzeimi və onun atası söqun Asikaqa Uriliqtsu
qarşısında çıxış etdiyi vaxt, onların ifası söquna çox xoş təsir bağışladı və bu teatrı öz himayəsinə götürdü. No –
tamaşaları ədəbi mətnin aktyor oyunu, rəqsi, musiqi və 8-10 nəfərdən ibarət xorun harmonik vəhdəti idi. Teatrın
estetik funksiyasını möhtəşəm, zəngin aktyor geyimləri, maskalar, tərtibatlar təşkil edirdi. «No» teatrından
başqa orta əsrlərdə kabuki də şəhər mədəniyyətinin əsas meyarlarından birini təşkil edirdi. Bu teatrın təşəkkül
tarixi XVII əsrin əvvəlində Okuni adlı bir şəxsin adı ilə bağlıdır. Okuni İdzumo şəhərindəki sintaist məbədində
ritual rəqslər edən rəqqasdır. Zahiri görkəmi kimi davranış ədaları da kütləni utandırdığına görə kabuki-odori
adlandırılırdı. Kabuki feli «rədd edilmək» mənasını verir. Öncə kabuki teatrı onna kabuki – qadın teatrı kimi
tanındı ki, hökumət buna icazə verməyərək 1629-cu ildə qadınların bu teatrda iştirakını qadağan etdi. Qadınları
gənc oğlanlar əvəz etdi ki, buna da vakasyuyu-kabuki adı verildi. Əvvəlcə böyük əks-sədaya səbəb olan bu teatrı
da hökumət 1652-ci ildə qadağan etdi. O vaxtdan bu teatrda yalnız ahıl kişilərin iştirakına icazə verildi və
tamaşalardan eyibli səhnələrə ciddi qadağalar qoyuldu. Kabuki pyesləri əsasən xalq əfsanə, samuray eposları,
tarixi xronikların süjetlərindən götürülürdü. Kabuki teatrının aktyorları da xüsusi yaradıcılıq üslubuna malik
idilər: onlar xüsusi səhnə hərəkəti (monoloq və dialoq), rəqs, paitomima, səhnə döyüşü, akrobatik sənət və s.
malik idilər. Qrim və geyim də bu teatrın müstəsna cəhətlərindən biri idi.
Kabuki ənənəsi ilə yanaşı, bukraku kukla teatrı, ayatsuri dzöruri teatrları da özünəməxsus yer tuturdu.
Dzöruri – dramatik mətnin müşayiətini nəzərdə tutur. Ayatsuri – xüsusi kukla hərəkətləridir. Kuklaları üç adam
idarə edərək, onların göz, kiprik, qaş, əl və ayaqlarını hərəkətə gətirir. Kukla oynadanların özləri qara geyimdə,
üzləri də qara örtüklə bağlı olurdu. Deklamater təkcə mətni deyil, eyni zamanda bütün kuklaları hərəkətə gətirir.
Bunraku üçün bir çox pyeslər yazılmışdır. Ən məşhur pyeslərin müəllifləri Tikamatsu Mondzgemon (1644-94),
Ki-no Kayon (1633-1742) Taked İdzumoy II (1691-1756) və b. idi. Əsərlərdən «Sokadzaki sindzyuyu» («So-
nedzaki adasında sevgililərin intiharı») 1703; Kadoxon tyusinqura («47 vassalın xəzinəsi» 1748) və b.
göstərmək olar.
XVIII əsrdə kabuki teatrı bunrakunu sıxışdırıb aradan çıxartdı. Hazırda isə, bu teatr Yaponiyada yenidən
dirçəldilmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
|