Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Osmanlı imperiyası dövründə türk mədəniyyəti



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

2.3.9.Osmanlı imperiyası dövründə türk mədəniyyəti 
 
Yaxın Şərq mədəniyyətinin, həmçinin dünya mədəniyyətinin inkişafında türk mədəniyətinin xüsusi rolu 
və  əhəmiyyəti mövcuddur. Türk mədəniyyəti və incəsənəti çox qədim tarixə malikdir. Keçmiş Osmanlı 
imperiyası  ərazisində çoxlu arxitektura abidələri, bədii sənət, rəssamlıq, miniatür sənət nümunələri təkcə 
Türkiyədə deyil, həmçinin onun sərhədlərindən çox-çox uzaqlarda da məşhurdur. 
İlk Osmanlılar XIII əsrdə Ankaranın cənub-qərbində Qaracadağ bölgəsində yerləşirdilər. Onun ilk başçısı 
Ər Toğrul bəy olmuşdur. 1281-ci ildə Ər Toğrul bəyin ölümündən sonra Osmanlı dövlətinin başına onun oğlu 
Osman bəy keçdi. Osman bəy 1299-cu ildə Osmanlı bəyliyini qurdu və onun istiqlalını elan etdi. 1326-cı ildə 
Osmanlının paytaxtı Bizans dövlətindən alınmış Bursaya köçürüldü. Rumel və Ədirnə alınandan sonra paytaxt 
bu şəhərlərə köçürülmüş, İstanbulun fəthindən sonra isə İstanbula keçirilmişdir. Dövləti divan idarə edirdi. İlk 
Osmanlı ordusu boy ordusu idi. Fateh zamanında Osmanlı ordusu dövrünün ən müntəzəm ordusu idi. Osmanlı 
dövlətində  məktəblərdə  hərbi təlimə xüsusi diqqət verilirdi. Hətta uşaqlar alınıb xüsusi qarnizon və 
mədrəsələrdə islam və türkçülüklə yanaşı savaş  fənni də öyrədilirdi. Belə  təhsil müəssisələrində oxuyan 
yeniyetmə  və  gənclərdən yeniçəri ordusu təşkil edilirdi. II Sultan Məhəmməd Fateh dövründə  hərbi dəniz 
donanması dünyanın  ən güclü donanmasına çevrildi. Fateh dövründə memarlıq, rəssamlıq da yüksək  şəkildə 
inkişaf etmişdir.  İstanbulda, Fateh məhəlləsində, böyük mədrəsə, məscid və kitabxana tikilmişdir. Bu 
mədrəsələrdə həm dini, həm də dünyəvi elmlər öyrədilirdi. "Fateh" qanunnaməsi osmanlıların ilk qanunnaməsi 
idi. Fateh şair idi, ərəb və fars dillərini əla bilirmiş. Onun hakimiyyəti dövründə İstanbul, Anadolu, Rumelidə 
çoxlu mədrəsə, saray, məscid, karvan saraylar, hamamlar və s. tikilmiş, yollar və körpülər salınmışdır. Osmanlı 
memarlığı Səlcuq və Bizans memarlığının təsiri altında inkişaf etdi. Belə tip memarlıq əsərləri tarixə Osmanlı 
Türk memarlığı adı altında daxil oldu. 
XIV əsrdə İzmir, Bursa, Ədirnə və digər şəhərlərdə böyük məscidlər, mədrəsələr, saraylar, xəstəxanalar 
və s. tikildi. XV əsrdə memarlığın inkişafı daha yüksək vüsət aldı. Bu əsrdə Bursada Ulu Came, Yaşıl came, 
Yaşıl türbə kimi möhtəşəm sənət  əsərləri yaradıldı. Camelərə  həm ibadətə  həm də müxtəlif mərasimlərin 
keçirilməsində toplaşırdılar. Fateh dövründə əsası qoyulmuş türk memarlığı inkişaf edərək XVI əsrdə ən kamil 
səviyyəyə çatmışdır. Osmanlı dövlətində  xəttatlıq, çiniçilik, təzhibuk, oyma və  nəqqaşlıq, sədəf düzmə  də 
yüksək  şəkildə inkişaf etmişdir. Fateh dövründə isə  rəssamlıq daha da inkişaf etdi. Fateh İtaliyadan məşhur 
rəssam (nəqqaş) Bellinini gətirib ona həm öz rəsmini, həm də  İstanbulun mənzərələrini çəkdirdi. Osmanlı 
dövlətində təlim və tərbiyə islam dininə arxalanırdı. Təlim əsasən mədrəsələrdə aparılırdı. Mədrəsələr məscidlər 
yanında tikilirdi. Burada təlim iki hissəyə ayrılırdı. Birinci hissədə din: Quran, Kəlam, təsvir, hədis, fiqh, fəlsəfə 
və  məntiq öyrədilirdi.  İkinci hissədə nücum, hesab və tibb öyrədilirdi. Birinci tip təhsil sistemində imam 
(pişnəmaz), xətib, qazıyeəsgər, müfti, müdərris, II tip təhsil sistemində isə mühəndis, həkim, memar 
hazırlanırdı. Bu məktəblərdən başqa dövlət məmurları hazırlayan xüsusi məktəblər də mövcud idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
222
Anadoluda Səlcuqlar dövründə (Osmanlı yaranmamışdan əvvəl) rəsmi dil fars dili idi. 1277-ci ildən isə 
türk dili rəsmi dövlət dili elan edildi. Bu dövrdən başlayaraq dövlət sənədlərindən tutmuş hər şey türk dilində 
yazılmağa, oxunmağa başlandı. İlk Osmanlı dövründə Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhmədli, Şeyxi, Yunus 
Əmrə kimi şair və yazıçılar  ədəbi fəaliyyət göstərmişlər. Süleyman Çələbi "Mövludi Nəbi"nin müəllifi kimi 
şöhrət tapmışdır. Fasiləsiz müharibələrdən sonra Serbiya və Bolqarıstan ərazisi də tutuldu. XV əsrdə Konstanti-
nopol yunanlardan alında. XV-XVI əsrlərdə türklər Kremı, Albaniyanı, Suriya və Misiri də özünə tabe etdi. 
Artıq kiçik bir bəylik çoxmillətli bir imperiyaya çevrilmişdir. Osmanlı imperiyasının belə sürətli qələbəsi 
səbəblərindən biri də onun inkişaf etmiş, hərbi sistemə malik olması ilə yanaşı zəbt olunmuş torpaqları hərbçilər 
arasında bölüşdürülməsi idi. Bu yolla ordunun möhkəm təşkili təmin edilirdi. Ordunun əsasını ağır silahlanmış 
kavaleriya təşkil edirdi. XIV əsrin ikinci yarısından başlayaraq yeni-çərlər korpusu yaradılmağa başladı. Bu ye-
ni-çərlər korpusları əsirlərdən, sonralar isə islamı qəbul etmiş xristian gənclərdən təşkil edilirdi. 
İmperiyanın siyasi birliyi həmçinin onun iqtisadi və mədəni həyatını da normaya salmağa, getdikcə daxili 
və xarici ticarət dirçəlməyə  və inkişaf etməyə başladı. Osmanlı imperiyası  Şərqlə  Qərbin ticarət  əlaqələrinin 
yaranmasında fəal iştirak edirdi. Sənətkarlığın yeni növləri meydana çıxmağa başladı. 
XV Osmanlı sarayında ərəb və fars ədəbiyyatı, dili geniş yayılmışdı. Hətta II sultan Mehmet yunan dilini 
bilirdi. Türkiyəyə yaxın  şərqin görkəmli alimləri,  şairləri  və digər görkəmli  şəxsiyyətləri toplaşırdı. Bunlar 
içərisində Əli Quşçu xüsusi yer tuturdu. Əli Quşçu məşhur Orta Asiya astronomu Ulubəyin şagirdi olmuş, öz 
ideyalarına görə  Səmərqənddən qaçaraq İstanbulda sığınacaq tapmışdır. O, İstanbulda astronomlar məktəbi 
yaratmışdı. Onun üçün İstanbul yaxınlığında rəsədxana tikilmiş,  əsərləri türk dilinə  tərcümə edilmişdir. Bu 
dövrdə Türkiyədə təbabət və coğrafiyaya diqqət xüsusilə artmağa başlayır. II Sultan Mehmetin tələbi ilə Ptolo-
meyin coğrafiyası iki dəfə, məşhur alim Qəzvim  Əbu-əl-Fid, Təbəri və başqalarının  əsərləri də türk dilinə 
tərcümə edilmişdir. XV əsrdə yeni poetik ədəbiyyat yaranmağa başladı. Əhməd paşa, Nədcavi, Həmdi Çələbi bu 
yeni ədəbi cərəyanların məşhur nümayəndələri idi. 
O dövrün mədəni inkişafında incəsənətn inkişafı da xüsusi yer tuturdu. Arxitektura  həmin dövrdə daha 
yüksək  şəkildə inkişaf etmişdir. Gənc dövlət çətin  şəraitdə  hərbi  əhəmiyyətli qalalar, divarlar çəkmək 
məcburiyyətində qalmışdı. İndiki dövrə qədər Bayzit qalaları üzərində yarımçıq qalmış İshaq paşa qalası Qara-
man limanındakı divar və qalalar bunlara misal ola bilər. XIV əsrin axırlarında Konstantinopolu (indiki 
İstanbul) zəbt etmiş türklər Bosfor ətrafında qoruyucu Anadolu-Hissar çəkdilər. Bu qala divarları qalın divar və 
qüllələrlə, keçidlərlə, pillələrlə bərkidilmişdir. Yarım əsr keçmiş Boğaz-kəsən qalası tikildi. Bu qala Konstanti-
nopolun Avropaya çıxan tərəfində böyük dairəvi bir ərazini əhatə edir. 
XIV-XV  əsrlərin birinci yarısından başlayaraq Osmanlı imperiyasında tikinti mədəniyyəti yüksək  şəkildə 
inkişaf etməyə başladı. Tikintidə Türkiyənin milli sənət inciləri, milli sənət xüsusiyyətləri də öz əksini tapmışdır. 
Burada daş və ağac üzərindən oymalar, keramika və dulusçuluqdan istifadə xüsusiyyəti yer tutur. 
Tikintidə səlcuq ənənələrinin özünəməxsus xüsusiyyətlərilə yanaşı Bizans mədəniyətindən nümunələr də 
görünürdü. Bura divarlar üzərində rəsm, antik relyeflər, hətta fiqurlardan, heykəllərdən istifadə də daxildir.  
Bizim dövrə Osmanlı imperiyası dövrü tikililərindən az gəlib çatmışdır. 
Məişət tikililərindən fərqli olaraq dini ibadət yerləri – məscid, mədrəsə, təkkə (dərviş monastırları), türbələr 
öz təyinatına görə uzunömürlülük zərurətindən çıxış edərək daha yaxşı saxlanılmışdır. Dövrün spesifik üslub 
əlamətləri özünü əyani şəkildə təzahür etdirirdi. Məscidlər yaxın şərq tipinə uyğun olaraq mərkəzi gümbəzli kva-
drat şəklində inşa edilirdi. Mərkəzə istiqamətləndirilmiş zalın divarlarında oyuqdan mehrab, ondan bir qədər aralı 
xüsusi pilləkan ilə qalxmağa imkan verən minbər nəzərdə tutulurdu ki, bu da Qurani-Kərimin və duaların 
oxunmasına xidmət edirdi. Məscidin xaricində bir və ya iki minarənin inşası da başlıca yer tuturdu. Bu tikilinin 
başlıca məqsədi isə, azançının müsəlmanları namaza, duaya çağırışı idi. İlk osmanlı  məscidlərinin ümumi 
xarakteristikası məhz belədir. Bu tipdən olan məscidlərin bir çoxunu qeyd edə bilərik: Hacı Ezbəy və Yeşil Cami 
(1333-1334 və 1378-ci illər), Orxan, I Murad və Ulu Camisi (Bursa, 1339, 1363 və 1399-cu illər),  Əsgi Cami 
(Ədirnə, 1403-1414-cü illər) və s. Bu tikililər səlcuq abidələri ilə müqayisə edərkən kompozisiya həllində, kon-
struktiv detallarda ümumi oxşarlıq tapmaq olar ki, bu da təsir mənbəyinin müəyyən olunmasında başlıca şərtdir. 
Dini memarlığın digər növünü kvadrat və ya düzbucaqlı açıq həyətlərin kiçik gümbəzlərlə bağlanan bir və 
ya ikimərtəbəli qalereyaları olan mədrəsələr təşkil edirdi. Çox vaxt onlar məscidlərlə vahid kompleksdə tikilirdi. 
Qalereyaların daxili ümumi eyvana çıxan kiçik otaqlar – hücrələrdən ibarət olurdu ki, burada da softalar, yəni 
mədrəsə şagirdləri yaşayırdı. Divarlardakı dərin tacvari oyuqlar isə, auditoriya funksiyasını yerinə yetirirdi. İlk 
belə mədrəsələrdən biri XIV əsrin I yarıısna aid olan Süleyman-paşa mədrəsəsidir (İznik). 
Dini memarlığın digər mühüm bir növünü orta əsrlərdə bütün Yaxın  Şərqdə  rənkgarəng variantlarda 
tikilən türbə-mavzoleylər təşkil edirdi. Bu cür tikililər sultan, tanınmış əsilzadə və ruhanilərin şərəfinə inşa edi-
lirdi. Səlcuq memarlığında bunlar konusvari damlardan ibarət ikitərəfli qüllə formasında idi. Dövrümüzə qədər 
gəlib çatmış abidələrdən belə bir nəticə əldə etmək olar ki, ilk osmanlı inşaatçıları sərdabə, qəbirləri tikilən ən 
sadə memarlıq həllinə – kiçik kvadrat həllinə istinad etmişlər. Memarlığın ilk nümunələri olan bu tikililər 
sənətin bu növünün ən erkən çağlarını, onun formalaşma dövrünü sübut edir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
223
Osmanlı dövləti gücləndikcə tikinti-inşaatçılıqda da yeni-yeni təzahürlərlə səciyyələndirməyə başlayırdı. 
Memarlar artıq köhnə norma və qaydalardan yan keçərək daha müstəqil və yaradıcı meyllərə üz tutmağa 
başlayırdılar. Bunun ən bariz nümunəsini Bursadakı məşhur Yeşil Cami (1415-1424) hesab etmək olar. Əvvəlki 
kvadrat forması əvəzinə memar düzbucaqlı formaya üstünlük vermiş və bundan başqa bir mərkəzi zal əvəzinə, 
o, bir gümbəzlə  əhatələnmiş iki zalı layihələndirmişdi. Ayrı-ayrı tikili hissələrinin ölçülərindəki dəyişiklik də 
hissediləcək səviyyədə idi. Yığcam həcmlik tikiliyə zəriflik bəxş edirdi. Caminin tənə üzərində tikilməsi onun 
monumentallığını və bütövlüyünü daha da nəzərə çarpdırır. Yeşil Caminin interyerində də dəyişiklik həmin dövr 
üçün yeni idi. Enli və alçaq gümbəzlərdəki deşiklər və kiçicik pəncərələr həyətin mərkəzindəki hovuz və 
fəvvarələrin görüntüsünə  əlverişli  şərait yaradır. Divarların yaşıl rəngdə  işlənmiş lövhələrlə  bəzəndiyinə görə 
ona elə "Yeşil Cami" adı verilmişdir. Özünəməxsus prizmatik bəzəklər olan "stalaktitlər" nəbati ornamentlərlə 
bəzənmiş divarların tac formasına keçidini asanlaşdırır. 
Taxtadan yonulmuş qapılar, mərmər sütunlar, pəncərə vitrajları çox böyük ustalıqla tamamlandığına görə 
bu, abidənin bədii dəyərini gücləndirir. Yeşil Cami təkcə bir memarın deyil, digər sənət sahiblərinin – rəssam və 
peşə ustalarının birgə  əməyinin nəticəsidir. Bunu abidənin sənətkarlarındadır həkk olunmuş iç divarları sübut 
edir. 1448-ci ildə Ədirnədəki Yuç-Şərəfli adlı məscidində isə, memar Kəmaləddin Yeşil-Camidən fərqli olaraq 
köhnə üsluba üstünlük vermişsə  də, öz memarlıq  əsərində,  əvvəlkilərə  qətiyyən bənzəməyən dörd gözəl 
minarənin ucaldılmasına nail olmuşdur. Bu minarələr əsil sənət əsərləri idi. Minarələrin digər bədii üstünlüyü 
onların hər birinin özünəməxsus ornamentlərlə  bəzədilməsi idi. Bu məsciddəki digər memarlıq yeniliyi 
gümbəzin əvvəlkilərdən fərqli olaraq həcmcə artırılması idi. 
Türk incəsənətinin gələcək inkişafına imkan yaradan başlıca amillərdən birini Bizans bədii 
mədəniyyətinin mərkəzi olan Konstantinopolun əldə olunması hadisəsi oldu. Şəhər 1453-cü il mayın 29-da II 
Mehmetin qoşunu ilə  fəth edildi. Üçgünlük ağır döyüşlər  şəhərin dağıdılamsı ilə  nəticələndi. Qaliblərin 
marağına uyğun olaraq şəhərin digər qiymətli, dəyərli amilləri – abidələrin dağıdılmasına qəti son qoyulamsı 
haqqında əmr verildi. Tez bir zamanda Osmanlı dövlətinin mərkəzi İstanbul adını daşıdı. Şəhər tezliklə dövlətin 
ən görkəmli və  əzəmətli mərkəzinə çevrildi. Dağıdılmış binaların bərpasından  əlavə, 15 kilometrdən artıq 
uzadılmış qala divarlarının möhkəmləndirilməsinə diqqət yetirildi. Bir çox Konstantinopol məbəd və kilsələri 
Qəhriyyə, Fəxriyyə, Zeyrək adlı məscidlərə çevrildi. 
Mərkəzi  şəhərin gələcək inkişafı tikintinin, inşaatın genişlənməsini tələb edirdi. Ona görə  də elə ilk 
çağlardan başlayaraq  İstanbulda yeni tikililər meydana gəldi; Feodosiya forumu meydanında  Əski-Saray adlı 
sultan sarayı (1457), Eyyubə məscid və mavzoleyi (1458) belələrindəndir. 
1466-cı ildə Konstantinopol akropolu meydanında düz XIX əsrə  qədər rəsmi iqamətgah kimi fəaliyyət 
göstərən Top-Qapı Saray kompleksinin tikintisinə başlanılır. Sarayın ilkin tikililərindən biri məşhur Çinili-Köşk 
adlı (1466-1470) sarayıdır. Memar Kəmaləddin saray tikilisini fasadların birinin üzərinə istiqamətləndirərək 
qaldırılmış qalereyadan ibarət kvadrat forması şəklində layihələşdirərək tikmişdir. 
Bir qədər sonra paytaxt 286 kiçik və 32 iri dükandan ibarət Sultan bazarı, 116 dükan, hamam və karvansa-
radan ibarət liman bazarları tikilməyə başlayır. 
Artıq  İstanbul  şəhəri paytaxt olmaqla yanaşı, həm də öz tarixi abidələri ilə "gözəlliklər, incəsənət 
mərkəzi"nə çevrilir. Belə bir gözəlliyin  ən böyük nümunəsi isə, dünya şöhrətli müqəddəs Sofiya məbədidir. 
Hələ Konstantinopol çağlarından mövcud olan tikili də şəhər alınarkən dağıntı  və talana məruz qalmışdır. İlk 
dəfə Mehmet atı ilə Mehraba gələrək müsəlman ibadətini-duasını icra etmişdi. Sultan abidəyə müraciətlə "Aya, 
Sofiya" deməklə artıq öz köhnə adının yeni formasının  əsasını qoymuş oldu. Bu gün həmin abidəni daha 
möhtəşəm edən elə  həmin illərdə ona edilən yeni memarlıq  əlavələri oldu; belə ki, məbədin dörd küncünə 
hündür əzəmətli minarələr tikilərək mozayka naxışlandı, gümbəzdəki xaçın isə islam rəmzi olan aypara ilə əvəz 
olundu. Öz möhtəşəmliyi ilə "Aya, Sofiya" abidəsi sonrakı nəsil memarlığına da güclü təsir göstərmişdir  
Memarlıqdan başqa Osmanlı Türkiyəsinin tanınmış sənət sahələrindən birini də tətbiqi sənət tuturdu. Bu 
sənətin nümunələri hələ erkən çağlardan az da olsa tanınmağa başlayır. Keramika daha çox üstünlük təşkil edir-
di. Bu sənətin inkişafından Bursadakı Yaşıl mavzoley, Ədirnədəki II Murad məscidindəki keramikadan istifadə 
olunan naxış və bəzəklər də xəbər verir. Keramikadan bəzək məqsədilə istifadə texnikası özünəməxsus səciyyə 
kəsb edirdi. Məsələn, Yaşıl Məscidin dekorativ bəzəkləri zəifliyi ilə göz oxşayır, keramik üzlüklü lövhələr bu 
abidəyə xüsusi bədii görkəm bəxş edir. Eyni sözləri Yaşıl mavzoley haqqında da söyləmək olar: tikilinin mehrab 
və sarkofaq hissələri böyük ustalıqla düşünülərək həyata keçirilmişdir. Mehrabın mərkəzi hissəsini göy fonda 
qönçə  və yarpaqlar, ağ-mavi çiçəklərin qıvrım halda böyük güldandan sallanmış formada tərtibatından ibarət 
şəbəkəli tağ təşkil edir. Bu kompozisiyanı tağın yuxarı hissəsindən zəncirlərdən asılmış böyük lampa, nazik sarı 
şamlardan ibarət qəndil tamamlayır. Bütün bunlar rənglərin simfoniyasını yaratmaqla yanaşı, həm də onu yara-
dan sənətkarın incə duyğu və zövqündən xəbər verir. Eyni gözəllikləri həmin dövrə aid olan digər abidələrdə də 
görmək olar. 
Dekorativ-tətbiqi sənətin digər geniş vüsət tapmış növlərindən birini də toxuculuq və xalçaçılıq  təşkil 
edirdi. Hələ XIV əsrin 30-cu illərində Kiçik Asiyaya səyahətə çıxan tanınmış ərəb səyyahı İbn-Battut Aksarayın 
xalçalarından böyük zövq alaraq şöhrəti haqqında bütün Şərqə çatdırmışdır. Tədqiqatçılar güman edirlər ki, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
224
yüksək keyfiyyətli xalçalar təkcə bu şəhərdə deyil, həm də Konya və Sivasda da hazırlanırdı. Bu sənət sahəsində 
artıq XV əsrdən başlayaraq istehsal texnikasına yeni-yeni cəhətlər  əlavə olunur: ornamentlərin işlənilməsində 
təzə motivlər əlavə olunur, əsasən canlı varlıq və fantastik heyvanların təsvirinə yer verilir. Berlindəki Dövlət 
muzeyində qorunaraq mühafizə edilən bu dövrün xalçasında  əjdaha və simurqun döyüş səhnəsi təsvir olunur. 
Xalçaların hazırlanamısnda əsas xammal kimi qoyun və keçi yunundan hazırlanmış saplardan istifadə olunur və 
rənglərdən sarı, qırmızı və göyə üstünlük verilirdi. Bitkilərdən hazırlanmış rənglərin parlaq koloriti bu gün də 
insanı heyran qoyur. 
Toxuculuq da xalça sənəti kimi, hələ səlcuqların hakimiyyəti çağlarından inkişaf etmişdir. Məlumat var 
ki, XIII əsrdə Ladik (yunanca Laodikeya) ipək və  məxmər parçaları  qızıl saplarla toxuyurdular. Osmanlı 
sənətkarları köhnə  ənənələrə sadiq qalaraq öz bədii nümunələrini bu səpkidə  həyata keçirirdilər. Bu barədə 
maddi abidələri olmasa da, yazılı mənbələr dediklərimizi təsdiqləyir. 
XV  əsrdə Bursa parça istehsalı Osmanlı Türkiyəsinin aparıcı  mərkəzlərindən biri idi. "Bursalı" adı altında 
toxunmuş məxmər, ipək parçalar haqqında məlumatlar yazılı salnamələrdə qalmaqdadır. 
XIV-XV  əsrin tətbiqi incəsənəti haqqında danışarkən metal, ağac, sümüyün bədii işlənməsi, daşın 
yonulması, dəri üzərində  iş barədə danışmamaq biliklərimizi natamam edərdi. Metaldan  bədii nümunə 
məqsədilə istifadə də hələ səlcuqların dövründən həyata keçirilmişdir. Yuxarıda haqqında söhbət açdığımız ərəb 
səyyahı İbn Battut qeyd edirdi ki, Ərzincanda mövcud olan tunc yataqlarından çıxarılan xammaldan güldan və 
şamdanlar hazırlanırdı. Dərviş monastırlarının birindəki tunc lampa ilə özü şəxsən rastlaşmışdı. Dövrümüzə 
qədər gəlib çatan metal nümunələrindən ən tanınmışı məscid üçün hazırlanmış apsurlu gümüş lampadır. Konya 
şəhərindən olan sənətkar Əli ibn Məhəmməd Nəsib öz imzasını və qeyd tarixini bu əsərin üzərinə həkk etmişdir: 
699 (1299-1300). 
Metaldan hazırlanmış bir çox sənət nümunələri bu gün dünya muzeylərində böyük maraqla tamaşaçı 
kütləsinin marağına səbəb olur. Parisin Luvr muzeyində XIV əsrin I yarısına aid olan nəbati naxışlarla 
bəzədilmiş tunc güldanda sultan Orxanın adı həkk olunmuşdur. 
Bir əsr sonra isə, həmin sultandan başqa digər bir sənət nümunəsi – dairəvi tunc fincan yaradılır. Fincanın 
gözəlliyi onun gümüş və qızıl inkrustasiyasından ibarət olmasıdır. Hazırda bu dəyərli abidə Peterburqun Ermitaj 
muzeyində mühafizə olunur. Fincandakı  ərəb hərflərindən məlum olur ki, o, sultan II Muradın (1421-1451) 
şərəfinə hazırlanmışdır. Həmin dövrə aid olan digər metal sənət nümunələrinin də adını çəkmək olar: Muradın 
adına aid mücrü, sultan II Bayazitin (1481-1512) bucaq ölçən aləti. 
Sənətkarlığın yüksək səviyyəsini taxta üzərində oyma sənətinə də aid etmək olar. Bursadakı Yaşıl məscid, 
Yaşıl mavzoleydəki, Balıkəsirdəki məsciddəki taxta qapılar belələrindəndir. Bərk material olan taxtanın incə 
krupsevaya çevrilməsi hər kəsi heyrətləndirir: bu sənətkarın ixtiraçılığı, zövq və dəqiq hesablama işini təzahür 
etdirir. Taxta üzərində inkrustasiya da bu sənətkarların tez-tez müraciət etdikləri üslublardandır. Taxta mücrü 
üzərində fil sümüyündən mahircəsinə istifadə edilərək xüsusi bir naxış kompozisiyası sənətkarın istedadından 
xəbər verir. Yazılan qeyddən məlum olur ki, mücrü sultan Məhəmmədin oğlu sultan Bayazitin xəzinəsi üçün 
888-ci ildə (1483) hazırlanmışdır. 
XIV-XV  əsr Osmanlı Türkiyəsinin təsviri sənətində digər müsəlman aləmində olduğu kimi miniatür 
rəngkarlığı üstünlük təşkil edirdi. Bu sahədə görkəmli sənət əsərləri XV əsrin II yarısına aiddir. Müstəqil əsər 
olmayan miniatürlər, əsasən əlyazmaların illüstrasiyalarına xidmət edirdi. 
Türk rəngkarı üçün başlıca obrazlar Leyli və  Məcnun, Xosrov və  Şirinin poetik təsvirləri, məşhur 
"Şahnamə" əsərinin ədəbi qəhrəmanları idi. Bundan başqa – Məhəmməd peyğəmbərin meracı mövzusu da bu 
dövrün rəngkarlarının sevimli temalarından idi. Rəngkarlıqda  əməyin özünəxas bölgüsü mövcud idi: rəssam-
illüstratorlar olan müsavvir və  nəqqaşlar, qızılla işləyən ustalar – müzahhiblər fəaliyyət göstərirdi.  İkincilər 
əlyazmalarının sonluqlarına qızılla tərtibat verirdilər.  Əlyazmaları  və bunlara çəkilən illüstrasiyalar bir çox 
insanların əziyyətli əməyi hesabına başa gəlirdi. Bunlar çox vaxt hakim feodal dairələrinin xəzinəsinə daxil olan 
əşyalar kimi qiymətləndirilirdi. Osmanlı miniatürçüləri digər sənət sahələrində olduğu kimi, burada da yerli 
ənənələrə istinada üstünlük verirdilər. 
Sultan II Mehmet öz hakimiyyəti dövründə digər ölkələrdən, xüsusilə  İtaliyadan təcrübəli rəssamların 
dəvət olunmasına da xüsusi yer verirdi. İstanbuldakı Top Qapı saray muzeyində saxlanılan sultanın portretinin 
tanınmış italyan rəssamı Kostantso da Ferrar (1475-1500-cü illərdə çalışıb) olduğu ehtimal edilir. Bu rəsmi 
yaradarkən rəssam istər-istəməz tipik şərq üslubuna istinad etmişdir. Rəsm kağız üzərində nazik fırça ilə 
çəkilərək yumşaq rəng koloritindən istifadə etmişdir. 
1479-cu ildə Türkiyəyə səyahətə gələn populyar italyan rəssamı Centils Bellinidən (1429-1507) II Meh-
met saraydakı sultan sərdabələrinin bəzədilməsini təvəqqe edir. Bu xahişin öhdəsindən bacarıqla gələn rəssam 
fəxri titul, çox sayda hədiyyələrlə ölkəsinə qayıdır. Bellini Osmanlı  mədəniyyətinin bu dövrünə bir sıra digər 
əsərləri, rəngkarlıq portretlərini də bəxş etmişdir. Xüsusilə, sultanın şərəfinə çəkilmiş portret dövrün tanınmış 
sənətkarları üçün ilham mənbəyi rolunu oynamışdır. Bu əsərdəki obrazın dərin düşüncə  və bu keyfiyyətin 
rəssam tərəfindən parlaq şəkildə təzahürü saray miniatürçüsü olan Sinan bəyi heyrətləndirmişdi. Lakin Bellini 
tərəfdən yaradılmış bu və digər əsərlərin sonrakı taleyi acınacaqlı olmuşdur. Belə ki, atası Mehmet tərəfindən 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
225
toplanmış sənət əsərlərinin bir qismini fanatik II Bayazitin İstanbul bazarlarında satdırmış, digərləri itmiş, bir 
neçəsi isə Avropaya gedib çıxarılmışdı. Sultanın portreti isə hazırda Londandakı Milli Qalereyada mühafizə 
olunur. 
C.Bellini kimi avropalı  rəssamlar türk miniatürçülərinə mütərəqqi yönümdə  təsir etməyə bilməzdi. 
Təsvirlərin kompozisiya həlli, xüsusilə, çoxfiqurlu səhnələr yerli sənətkarların yaradıcılığına təsir etməklə, həm 
də onların yaradıcı dünyagörüşünü zənginləşdirirdi. 
Beləliklə, XIV-XV əsrin ortalarını  əhatə edən türk mədəniyyəti, xüsusilə, incəsənətinə yekun vurmaqla 
belə bir nəticəyə  gəlmək olar ki, yeni dövlətçilik  şəraitində  sənətin formalaşması prosesi mürəkkəb və  çətin 
olmuşdur. Bu sənət hələ yerli, hələ  də xaricdən nüfuz edən mədəni  ənənələr üzərində  təşəkkül tapırdı. 
Memarlıqda tikililərin yeni növləri – dini-ibadət kübar binaları tikilir və bunlar özünün forma sadəliyi, aydınlığı, 
ciddi tərtibatı və kiçik ölçüləri ilə səciyyələnirdi. Rəngkarlıqda isə, obrazların özünəməxsus ikonoqrafiyası, par-
laq kolorit, üstünlük tendensiyası  təzahür olunurdu. Tətbiqi-sənətdə  nəbati motivlər üzərində dekorativ-
ornamental üsulun təşəkkülü dövrün incəsənət tarixində başlıca üstünlüklərdən idi. 
XV-XVI  əsrin axırı Türkiyə tarixində feodal dövlətçiliyinin yüksəlməsi ilə  səciyyələndirilir. Ölkə 
hüdudlarının genişləndirilməsi uğrundakı fasiləsiz müharibələr yenə  də qalmaqda idi. XVI əsrin  əvvəllərində 
Osmanlı imperiyasının bir neçə yürüşləri sayəsində Misir, İraq, Suriya, Fələstin, Kürdüstan kimi ölkələr ölkəyə 
birləşdirildi. Həmişəki kimi Qafqaz və Zaqafqaziyanın əldə olunması üçün İranla müharibələr səngiyirdi. Türk 
qoşunları Avropaya doğru səmt götürmüşdü. Nəhayət, XVI əsrin ortalarında türk dövləti Afrikanın  şimalına 
yayılmışdı. 
Türklərin müvəffəqiyyətli müharibələri bir sıra dəyərlərlə  səciyyələndirilirdi: maddi xəzinələrin 
artırılması  əmtəə-pul münasibətlərinin, ticarət, peşələrin inkişafı,  şəhərlərin çoxalması, bütövlükdə türk 
mədəniyyətinin yüksəlməsi ilə müşahidə olunurdu. 
Elm. dəqiq elmlərə maraq güclənir, mədrəsələrdə ərəb və fars dilləri, hüquq, riyaziyyat və coğrafiyanın 
tədrisinə maraq artırdı. Bütün Şərqdə olduğu kimi, bu ölkədə də astronomiya elminə maraq üstünlük təşkil edir-
di. Xüsusilə, astroloji hesablamalara istinad edilərək qoroskopların hazırlanması falçılığın formalaşmasına im-
kan yaratdı.  Şəhərlərdə  Səma cisimlərinin hərəkətinin müəyyənləşdirilməsi üçün müxtəlif cihazlardan ibarət 
rəsədxanaların tikintisi başlıca yer tutdu. 
Astronomların fəaliyyəti haqqında məlumatı XVI əsrə aid miniatürlərin biri dəqiq məlumat verir. Miniatür 
təsvirlərinin birində böyük tünd stol üzərində alət və cihazlar, qum saat və bucaqölçənlə  məşğul olan şagirdlər, 
qlobusu fırladan astronomun obrazı ön planda verilir. Rəsədxananın pəncərəsində çiçəkli ağacın budağı, sağda isə 
açıq şkaf miniatürə öxünəməxsus məzmun verir. 
Astronomiya ilə bağlı inkişaf edən elmlərdən birini də gəminin idarəolunması və coğrafiya təşkil edirdi. 
Bu sahədə xüsusi fərqlənənlərdən biri dənizçi coğrafşünas, astronom və şair, tərcüməçi Sidi Əli ibn Hüseyn ol-
du. O, və Əli Əkbər adlı digər coğrafşünas Yaxın Şərqin hazırki elmlərin nəticələrilə bəhrənirdi. 
Tarixşünaslıq özünün gələcək inkişafına başladı. Səlcuq və erkəntürk  ənənələrini davam etdirərək 
Sədəddin məşhur salnaməçi kimi tarixi xronikanı yaratdı. Bu salnamədə və digərlərində sultanın həyatı, onun 
əhatəsinə, hərbi qəhrəmanlıqlara başlıca yer verilirdi. Bununla müəlliflər Osmanlı sülaləsini  şöhrətini mədh 
edirdi. 
Ədəbiyyatda, həmişəki kimi, başlıca yeri poeziya tuturdu. Poeziyada ərəb və iran ədəbi təsiri güclü hiss 
olunmaqda idi. Şairlər lirik və  qəmgin məzmuna malik kiçik şerlər olan qəzəllərin yazılmasına daha çox 
üstünlük verirdilər. Qəzəl şairləri içərisində şöhrət tapmış lirik sənətkar Mahmud Bakı idi. Qeyd etmək lazımdır 
ki, bu poeziya yalnız saray mühitinə xidmət edirdi. Şəhər yoxsulları  və  kəndlilər arasında  şifahi poetik 
yaradıcılıq üstünlük təşkil edirdi. 
Bu tarixi dövrün ən aparıcı və inkişaf prosesi keçiriən sənət sahələrindən başlıcası memarlıq hesab olu-
nurdu. Yeni tarixi mərhələdə onun inkişafı  şəhərlərin sayının artması ilə  səciyyələndirilirdi. Xüsusilə, dini 
memarlıqda məscid tikililəri öz möhtəşəmliyi ilə bu sənətdə yeni-yeni uğurlarla müşahidə edilməkdə idi. XV-
XVI  əsrin  əvvəllərinə aid olan məscidlərdən planlaşdırılma və zahiri görkəminə görə Bursa və  İzmir 
məscidlərinə oxşayan  İstanbuldakı Mahmud-paşa (1464) və Murad-paşa (1466) məscidlərini misal göstərmək 
olar. Yalnız 1501-ci ildə II Bayazitin məscidində yeni cəhətlər özünü təzahür etdirməyə başlayır. Memar 
Kəmaləddin tikintiyə başlayarkən müqəddəs Sofiya məbədinin görkəminə istinad etmişdir. Məscidin insani 
həyəcana gətirən ölçü və foramsı, bir böyük gümbəz və iki yarımgümbəz altında ibadət zalı dediklərimizi sübut 
edən cəhətlər idi. 
İncəsənətə artan maraq və tələb artıq köhnə üsul çərçivələrindən çıxaraq yeni-yeni meyllərə geniş imkan 
yaradırdı. Artıq köhnə memarlıq formaları azlıq təşkil edirdi. Daha möhtəşəm, daha doğrusu imperiyanın 
əzəmətini ifadə etdirən, rəmzləşdirən təəssürat doğurucu obrazların yaradılması dövrün mənəvi ehtiyatına çe-
vrildi. Beləliklə, zahiri görkəmcə monumental olan dini tikililərin inşasına üstünlük verildi. Bu xüsusiyyət tez 
bir zamanda kübar binaların tikintisinə də nüfuz etdi. 
Osmanıl memarlığının digər görkəmli nümayəndəsi memar Sinan hesab edilirdi. Milliyətcə yunan olan 
memar Sinan Qeysəri  şəhərində ya 1489, ya da 1490-cu ildə anadan olmuşdur. Onun layihələri  əsasında 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
226
Osmanlı dövlətinin bütün yerlərində 91 kilsə  və 50 kiçik məscid, 55 mədrəsə, 19 mavzoley, 17 imarət, 3 
xəstəxana, 8 körpü, 17 karvansaray, 32 saray, 33 hamam və s. tikilmişdi. Bunların əksəriyyətinin inşası ilə me-
mar Sinan özü məşğul olmuşdur. Bunların içərisində dünyaşöhrətli abidələrdən üçünün – Şahzadə, 
Süleymaniyyə  və Səlimiyyə  məscidlərinin adlarını qeyd etmək vacibdir. Bu abidələrin oxşarlığı ilk baxımdan 
nəzərə çarpır: gümbəzin kub formasında olan tikili, nazik şəkildə minarələr, fasad ətrafında geniş meydan, 
saysız tağlar, sütun, oyuqlar və d. memar Sinanın yaradıcılığının başlıca xüsusiyyətlərindən biri kimi 
qiymətləndirilməlidir. Memarın ilk əsəri olan Şahzadənin tikintisi 1548-ci ildə  İstanbulda sona yetmişdir. 
Həmin məscidin çox kədərli tikilmə tarixi mövcuddur: I Süleyman arvadı Roksolanın intriqalarına uyaraq 
yalançı məlumata əsasən xəyanətdə günahlandırdığı oğlu Mustafanın ölümünə fərman verir. Sultanın digər oğlu 
Cahingir bu faciəyə dözə bilməyib ölür. Hərəkətindən peşman olan Süleyman hər iki oğlunun şərəfinə Şahzadə 
məscidini tikdirir. Bu məscidin tikintisindən sonra İstanbul Sinan yaradıcılığının digər əsəri ilə – Süleymaniyyə 
məscidi ilə üzləşir. Bu məscidi 7 il ərzində – 1550-1557-ci illərdə inşa edib qurtarırlar. 
Məscidin gec ərsəyə gəlməsindən usanan I Süleyman bir vaxt, hətta onun tikintisinin dayandırılamsı haq-
da  əmr vermək qərarına gəlir. Bu faktı qeyd edən XVII əsrin türk tarixçisi və coğrafiyaşünası Övliya Çələbi 
qeyd edir ki, İran şahı Təhmasib bu xəbəri eşidəndən onun səfirliyinə zəngin hədiyyə və qiymətli daş-qaşla dolu 
bağlama ilə məktub göndərərək yazırdı: "Eşitmişəm ki, məscidin tamam tikilib qurtarılmasına səbrin qalmayıb 
və onu dayandırmaq istəyirsən. Dostluğumuza əsaslanaraq sənə bu hədiyyə və daş-qaşı göndərirəm. Bunlardan 
necə istəyirsənsə eləcə də istifadə et. Lakin çalış ki, başladığın bu işi sona çatdırasan. Mən isə üzərimə düşən 
haqqı sənin xeyirxah işinə sərf edəcəyəm". Hədiyyə və daş-qaşlardan hiddətlənən Süleyman hədiyyələri İstanbul 
tacirlərinə, daş-qaşı isə memar Sinana verərək onların məscidin tikintisi zamanı digər daşlara çatmağı əmr edir. 
Memar Sinan bu daş-qaşdan minarələrin tikintisində istifadə edir. Şahzadə  məscidinin prototipi olan 
Süleymaniyyə zahirən ona oxşasa da, özünüməxsus cəhətləri ilə fərqlənir. Məsələn, Süleymaniyyə məscidinin 
gümbəzinin dametri 26,5, hündürlüyü 53 metr təşkil edir. Məscidin bəzək tərtibatında sənətkar və  rəssamlar 
iştirak etmişdir: məşhur kalliqraf Həsən Qara-Hissər Qurandan yazılar işləmiş usta Sərxoş  İbrahim isə, göy 
qurşağı rənglərindən vitraj yaratmışdır. Memar Sinan Şahzadə məscidini şagirdlik təcrübəsinin, Süleymaniyyəni 
erkən ustalığa başladığı çağın nümunəsi hesab edirdisə, Səlimiyyə məscidini isə yaradıcılığının layiqli nümunəsi 
sanırdı. Həqiqətən, bu məscid yaradıcılığının şedevri hesab olur. 1569-cu ildə başlanıb 1575-ci ildə tikintisi sona 
çatdırılan bu məscid Ədirnənin ən baxımlı abidələrindəndir. Burada diqqət əsasən aksent gümbəzə verilmişdir. 
Bu, ilk növbədə onunla əlaqədar idi ki, digər məscidlərdən fərqli olaraq Səlimiyyə düzənlik yerdə tikilmişdi. 
İnsanların diqqətini bura cəlb etmək üçün iri gümbəz başlıca ifadə elementi idi. Məscid kvadrat planda olub, 
yandakı düzbucaqlı otaqlar mərkəzə zala doğru yönəldilir. Binanın bütün hissələrinin ümumi ölçü 
qanunauyğunluqlarına  əsasən layihələşdirilməsi məscidi çox baxımlı edir. Səlimiyyənin minarələri də qeyri-
adiliyi ilə göz oxşayır. Bu minarələri tikərkən memar təkcə dini mahiyyətə deyil, həm də tikilinin monotipliyi 
amilini də ön plana çəkmişdir. Ona görə də minarələri müəllif kubun küncündə yerləşdirmişdir. 
Haqqında danışılan hər üç abidə Osmanlı memarlıq sənətinin "qızıl dövrü"nə aid edilir. 
Məscidlərdən başqa XVI əsr – XVII əsrin əvvəllərində dini memarlığa aid olan digər bədii nümunələr – 
ruhani məktəbləri, monastırlar, sərdabə  və s. sənət  əsərlərinə çevrilmişlər. Burada da Sinan məktəbi və onun 
ardıcıllarının fəaliyyəti mühüm yer tuturdu. İstanbulun Üsküdərədə adlanan yerində tikilən mədrəsə belələrindən 
idi. Memar Sinan onun tikintisi zamanı  ənənəvi tipə istinad etmişdir. Planlaşdırmadakı ümumi məqamlar 
Süleymaniyyə kompleksinə uyğundur: açıq həyət, tağlı qalereya və gümbəzli zallar belə məqamlardandır. 
XVI-XVII  əsrin  əvvəllərində mavzoleylərin (məqbərə) memarlığında sərdabələrin ölçüsü böyüdülmüş, 
gümbəzləri yarımsferik forma, tikilinin silueti nisbətən zərif forma əldə etdi. Belə mavzoleylərdən biri 1559-
1560-cı illərdə Sinan tərəfindən tikilən sultan Süleymanın məğbərsidir. Bu vaxta qədər bir çox tanınmış 
insanların sərdabələrini tikmiş müəllif bu sahədə kifayət qədər təcrübə toplamış  və  məhz bu məqbərədə 
topladığı təcrübəni məqsədyönlü şəkildə tətbiq edə bilmişdi. Məqbərəyə  zəngin naxışlarla tərtibat verilmişdir. 
Bundan  əlavə, məqbərəyə edilən yeni memarlıq  əlavələri onu əlamətdar etməklə yanaşı, monumentallıq bəxş 
edir. Məqbərənin interyeri öz gözəlliyi ilə adamı heyran edir. Gümbəz mürəkkəb həndəsi və nəbati naxışlarla 
bəzədilərək bir-birinə sarınmış toru xatırladır. Yalnız diqqətlə  nəzər yetirdikdə, buradakı naxışların ayrı-ayrı 
elementlərini görmək olur. Qara və  ağ  mərmərdən düzülmüş tac sırası  və onları özündə saxlayan cilalaşmış 
mərmərdən 49 sayda sütun xüsusi bir möhtəşəmlik yaradır. Divarda haşiyə ilə tamamlanan kaşıdan hazırlanmış 
panno və onun göy rəngli fonunda Qurandan ağ hərflərlə yazılmış ayə diqqəti cəlb edir. Zalın mərkəzində sultan 
və onun övladlarının sərdabələri lələk və ipək parçalardan bəzədilmiş və üzərində dini məzmun kəsb edən qızılı 
yazıdan ibarət əmmamələr yerləşir. Onları sədəfdən haşiyələnmiş qoz ağacından olan surahibəndlər əhatə edir. 
Bu məqbərənin istər zahiri, istərsə də daxili görkəmi dövrün memarlıq tələblərini özündə təzahür etdirirdi. 
Osmanlı inşaatçıları kübar təbəqə üçün müxtəlif növ tikililər həyata keçirilməsinə də diqqət yetirirdilər. 
XVI əsrin əvvəllərində Ədirnədə yeni qala divarları tikintisinə, o cümlədən bir neçə karvansarayların inşasına 
diqqət verilir. Tezliklə Sakariya çayının sahili yeni körpü ilə birləşdirildi, çox böyük bir fontan Konyanı bəzədi. 
Əsrin ortalarında İstanbula borularla su çəkilməsi və xəstəxana tikintisi başa çatdırıldı. 1553-cü ildə isə Bursada 
Yeni Qaplıca hamamı tikildi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
227
Orta  əsr türk şəhərlərinin başlıca hissələrindən birini bazarlar təşkil edirdi. Bunların çoxu hələ Bizans 
dövründən qalma idi. Bu bazarlar öz görkəminə görə özünəxas idi: bunların hər biri tağlı damları olan döngə və 
küçə labirintlərindən ibarət olub, dükan və sənətkarlıq emalatlarını özündə əhatə edirdi. Xüsusilə, İstanbulda bu 
cür bazarlar çoxluq təşkil edirdi. Bazarların tikintisi işləri ilə memar Sinan özü məşğul olurdu. 
Şəhərlərdə bədstanlar deyilən tikililər xüsusi yer tuturdu. XVI əsrin fransız səyyahı S.Moris 1461-ci ildə 
onlar haqqında  İstanbulda tikilən ilk bəstan nümunəsi  əsasında belə qeyd edirdi: "Konstantinopoldakı bu yer 
qızıl, gümüşdən hazırlanmış öz mallarını satışa çıxararaq alver edən sənətkarların, parça ilə ticarət edən 
tacirlərin yeri idi. Bura üstüörtülü iki yerdən və 6 fut enində divardan ibarətdir. Divarlarda qarşı-qarşıya 
qurulmuş tağla birləşdirilmiş qapılar mövcuddur. Tikilinin özü də tağlı olub, 24 sütunu gümbəz birləşdirir. Bu-
rada divarlarında şkaf və rəflər olan dükanlar yerləşirdi." 
Övliya Çələbinin məlumatlarına görə XVI əsrdə paytaxtda artıq üç bədstan mövcud idi. 
Yazılı mənbələrə görə, hələ 1571-ci ildə İstanbulun Bəygöy adlanan yerində sultan sarayının tikintisi başa 
çatdıqdan düz 10 il sonra bu qəbildən olan bir neçə sultan sarayları inşa olunur. Bütün bunlarla yanaşı türk 
şəhərlərinin xarakterik dini və ictimai tikililərdən başqa özünəməxsus görkəmə malik saysız-hesabsız ev 
kvartalları mövcud idi. Evlər 2-3 mərtəbəli, müsəlman qaydalarına müavfiq qadın və kişi otaqlarından ibarət idi. 
Yataq və yemək otaqları yox idi. Divar boyu uzun alçaq divarlar yerləşdirilir, qab-qacaq və digər  əşyaların 
yerləşdirilməsi üçün bəzəkli taxçalar yaradılırdı. Zəngin adamların evində hündür kamin olması zəruri idi. Otaq-
larda yataq dəstləri – yorğan-döşək saxlamaq üçün xüsusi şkaflar da hazırlanırda. 
Bu əsrdə bədii sənətin ən aparıcı növlərindən birini yenə də keramika təşkil edirdi. Tikinti-inşaat işlərinin 
sürətli artımı bu sənətin tərəqqisinə əlverişli şərait yaradırdı. Xüsusilə, üzlük materiallara olan tələbat Mərmərə 
dənizi sahilində yerləşən İznikdə bu materialın istehsalına diqqət artırılırdı. Buna təkan verən başlıca amil isə 
yüksək keyfiyyətli malların hazırlanması üçün gil ehtiyatları idi. Buraya ən təcrübəli peşəkarlar, ustalar cəlb 
olunurdu. XVI əsrin salnaməçisi Seyidəddinin məlumatına görə İznikə 1514-cü ildə sultan I Səlimin göstərişilə 
Təbriz şəhərindən iranlı keramika ustaları gətirilmişdir. 
Gələcəkdə isə sultanlıq İznikdəki keramika işini faktiki olaraq inhisarlaşdırdı. İznikdə istehsal olunan gil 
məhsulları tezliklə dünya şöhrəti əldə etdi. 
Açıq rəngli gildən hazırlanan məhsullara ağ ançob üzərində parlaq rənglərdən naxışlar vurulur, üzəri 
şirələrin, yenidən odda bişirilirdi. Onların forma və ölçüləri istifadə  məqsədinə görə müxtəlif  şəklə salınırdı. 
Çox vaxt bunlar çox da böyük olmayan düzbucaqlı lövhələr olurdu. Lövhələrin hər birindəki təsvirlər dəqiqliklə 
çəkilirdi ki, bu ümumi kompozisiyaya uyğun olsun. Hazır lövhələrdən panno və ya frizlər düzəldilərək bina və 
ya digər təyinatlı tikililərə tərtibat verilirdi. 
XVI-XVII əsrlərdə bunlardan, əsasən interyerlərin bədii tərtibatı məqsədilə istifadə olunurdu. 
Keramikanın tipologiyası sadalanan misallarla məhdudlaşmır. Məscid gümbəzlərinə  bəzək verən nazik, 
uzun bağlardan asılmış butulkaya bənzəyən, lakin, dərinliyində qarşı-qarşıya olan qablarda hazırlanırdı. Bu 
dövrün keramikasında ornamentika və rəng vəhdətinə diqqət xüsusi yer tuturdu. 
XV-XVI əsrin əvvəllərində keramika qablarını ağ fon üzərində kobaltla bəzəyirdilər. Dekor işində nəbati 
motivlər başlıca yer tuturdu. Rəng qammasında ağ, göy rənglərin mavi, bənövşəyi, sarı-yaşıl rənglərlə vəhdəti 
üstünlük təşkil edirdi. Bir qədər sonra XVI əsrin ortalarından Osmanlı rəssamları palitralarına parlaq yaşıl və 
xüsusilə  də parlaq qırmızı çalar əlavə etdilər. Rənglərin alınması üçün müxtəlif kimyəvi tərkiblər – metal 
turşusu, su məhlulları istifadə olunurdu. Kobaltla birləşmə füruzəyi və göy çaları, tuncla birləşmə yaşıl, marqan-
sla birləşmə isə qəhvəyi bənövşəyi rəng çalarını verirdi. 
Keramikanın dekorativliyi prosesində bir neçə əsas kompozisiya formalaşdı. Pannoları, yuxarıda qeyd et-
diyimiz ornamental tor naxışı yaradan budaqlardan sallanmış çiçək və ya kol təsviri başlıca yer tuturdu. Top-
Qapı sarayında belə bir panno abidəyə xüsusi gözəllik verir. Osmanlı  rəssamların ornamentə, xüsusilə bitki 
aləminə müraciət etmələri məcburi xarakter daşısa da, bununla sənətkarlar flora aləminin bütün incəliklərini 
təsvir etməklə daha mürəkkəb variantlar yaradırdılar. Ona görə  də çiçək, yarpaq, bütöv bir bitkinin təsvirinin 
xüsusi üslubu formalaşır. Zaman keçdikcə  nəbati naxış elementlərinin traktovkasında kanonluq hiss edilməyə 
başlayır. Bu da naturanın yaradılması ilə izah edilir. Qabda gül dəstəsinin təsviri onun hərəkət və düzülüşü, 
formasını  dəqiqləşdirmək üçün bəzi norma və qaydalara riayəti zəruriləşdirirdi. Detallaşdırma təsviri sənətdə 
mühüm bir yaradıcılıq üslubuna çevrilir. 
Naxışlar içərisində insan və digər canlı varlıqların təsviri də müstəsnalıq təşkil etməyə başladı. Dini 
məhdudiyyətlər dövründə miniatür rəngkarlığını  çıxmaq  şərtilə keramika insanın təsvirinə imkan yaradan 
yeganə  sənət növü idi. Heyvanat aləmi də bu təsvirlərdə özünəməxsus yer tutdu. Dovşan, ceyran, ördək, 
tutuquşu, şahin, tovuzquşu – türk rəssamlarının dekorativ təsvir zamanı müraciət etdikləri başlıca obrazlardır. 
İznik keramikasının yüksək bədii səviyyəsi türk sənətkarlarını Osmanlı imperiyasının hüdudlarından 
kənarda məşhurlaşdırmışdır. Onların hazırladıqları  məhsullar  İtaliya, Fransa, İngiltərə, Hollandiya, Almaniya, 
Rusiyada böyük tələbatla alınırdı. 
XVI  əsrin ortalarında toxuculuq  sənətini özünün ən yüksək nöqtəsinə çatdı. 1514-cü ildə Çaldıran 
göyüşündən sonra İranla aparılan müharibədən qələbə ilə çıxan Türkiyə tərəfi Sultan I Səlim tərəfindən Təbrizin 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
228
məşhur Hişti-Bihişt sarayından türk parça və ipəklərindən tikilmiş yüzlərlə  dəbdəbəli geyimlərin  İstanbula 
daşınması əmr olundu. Bu faktın özü bir daha Osmanlı toxucularının məhsullarının hətta İranda şöhrət tapmasını 
sübut edir. 
Tezliklə toxuculuq istehsalında məşhurlaşmış  Ərzincan, Dənizli, Ağsaray, Ladik birinciliyi Bursa 
Üçküdərəyə verir. 
Dövrün rəsmi xronikasına əsasən, İstanbulun saray sənətkarlarının sayı 1545-ci ildə 105, 1557-ci ildə 146-
ya çatmışdır. Bunlar parçalara rəsmlər çəkən rəssamların sayı da aiddir. Türkiyə arxivlərində saray 
emalatxanalarının birinin planı saxlanılmışdır. Həmin plana əsasən, söyləmək olur ki, kvadrat formasında olan 
binanın üçdə bir hissəsini toxuculuq dəzgahları yerləşdirən iki otaq tutur. Digər hissə isə geniş  dəhlizlə 
əhatələnir. Son tərəfdə iki iri anbar, sağda toxucuların yaşadığı otaq yerləşirdi (Parçaların bir çox növləri var idi. 
1582-ci ilə aid siyahıya  əsasən "atlas", "kamka", "diba", "Serenq", "seraser", "çatma", "bənək", "mükəddəm", 
"qutniyyə" adlı parçalar İstanbul, Bursa, Amasiya, Ədirnədə istehsal olunurdu). 
Öz zahiri görkəminə görə XVI-XVII əsrin  əvvəllərində türk parçaları  zəngin və  rəngarəng idi. Bu ilk 
növbədə, onunla izah olunurdu ki, parçada fonlar əsasən qızıl və gümüşü saplarla toxunurdu. Ornamentikada 
nəbati motivlər üstünlük təşkil edirdi: uzunsov dişli yarpaqlar, zambaqlar, şanagüllə, qərənfil və  qızılgüllər 
belələrindən idi. Çiçəklərin sarmaşıq kimi təsviri kompozisiyanın əsasını təşkil edirdi. Xüsusilə, qara və qırmızı 
moruğu rəng fonunda «yelpiklər» adlandırılan açıq rəngli qərənfil kompozisiyası başlıca yer tuturdu. Nəbati 
təsvirlərlə yanaşı, parçaları iki dolçavari xətlər, 8 bucaqlı, altı bucaqlı ulduz və dairələrdər istifadəyə  də yer 
verilmişdir. Naxış və bəzəklərin yüksək tərzdə yerinə yetirilməsi, rənglərin koloritinin uyarlığı, gümüş və qızılın 
parlaqlığı xarici alıcılar tərəfindən tələb olunan başlıca məziyyətlər idi. 
Türk xalça  sənəti, digər bədii sənət nümunələri kimi XVI-XVII əsrlərin  əvvəllərində yüksək səviyyəyə 
çatdı. Osmanlı imperiyasının bu çağlarında xalçaçılıq Kiçik Asiyanın kiçik şəhəri olan Umakda mühüm yer tu-
turdu. Umak xalçalarının spesifik xüsusiyyətləri, qırmızı, sarı, göy rənglərinin üstünlük təşkil etdiyi həndəsi 
naxış ornamentləri idi. Məhz bu keyfiyyəlrinə görə Umak xalçaları digərlərindən seçilirdi. «Ulduzlu», «Meda-
lyonlu» xalçalar daha məşhur idi. Adlarından məlum olduğu kimi bu xalçalarda bağ  və medalyon dekorları 
başlıca yer tutur. «Ulduzlu» xalçaların mərkəzi parlaq qırmızı fon ətrafında üç və ya dörd sayda tünd göy rəngli 
zərif ulduzların yerləşdirilməsi əsas təsvirlərdir.  
«Medalyonlu» xalça öz sxemini İrandan götürmüşdür. Bu xalçanın kompozisiyasının  əsas hissəsini yu-
murta formalı medalyon təşkil edir. Çox hallarda medalyon nəbati naxışlarla bəzədilirdi. Hər iki xalça 
variantlarının eni 2,5-3,0 metr, uzunluğu isə 3-5 metrə çatırdı. Bunlardan feodal və tacirlərin ev və məişətlərində 
istifadə edilirdi. Xüsusilə, bunlar mənzillərinin divarları, döşəmə və pilləkənləri, sultan saraylarının həyətlərində 
istifadə olunurdu. Bu cür mallar ən çox İtaliyaya ixrac olunurdu. 
Xalça sənətindən başqa XVI əsrdə taxta üzərində oyma da böyük əhəmiyyət kəsb etdi. Taxta işində onun 
üzərində inkrustasiya sənəti xüsusi yer tuturdu. Sənətkarlar çox böyük dəqiqliklə taxta üzərində mürəkkəb 
həndəsi naxışlar çəkirdilər. Belələrinə Quran, məsçid və türbələrdə, müqəddəs kitabların saxlanılması üçün 
xüsusi şkafları misal göstərmək olar. 
Sümükdən hazırlanan məhsullar da dövrün tətbiqi sənəntinin başlıca sahələrindəndir. Belələrinə XVI 
əsrdə fil sümüklərindən haşiyələnmiş güzgüləri misal göstərmək olar. Hazırda bu abidələr Top-Qapı saray 
muzeyindədir. Bunların birinin arxasında nəbati naxışlar diqqəti cəlb edir. Güzgünün 1543-cü ildə I Süleyman 
tərəfindən sifariş edilməsi və onun üçün hazırlanmasını onun kənarındakı yazı sübut edir. 
Metal üzərində iş də dövrün başlıca sənət növlərindən idi. Xüsusilə, silah və ləvazimatların hazırlanması 
metal sənəti üzrə işin başlıca istiqamətlərini təşkil edirdi. İstanbulun, Konya, Tokota və digər şəhərlərdə tunc və 
bürüncdən şamdanlar hazırlanır, fincan, dairəvi nimçələr, xalçalar istehsal olunur və rəngarəng bəzəklərlə, oyma 
naxışlarla tərtibat edilirdi. Bu qabların üzərindəki naxış  və illüstrasiyalar xüsusi mətnlər də verilirdi. 
Belələrindən biri - bürünc vaz hazırda Luvrda mühafizə olunur. Vaz üzərindəki yazılar sultan I Süleymanın 
şərəfinə mədh edilir. Mətndə deyilir: «İki okean, materikin xaqanı, ərəb və iranlıların imamı Süleyman şah və 
oğlu Səlim şaha.» 
Metal ləvazimat və silahları Osmanlı  sənətkarlar yalnız təqlid yolu ilə deyil, həm də onlara yenilik 
əlamətləri əlavə etməklə yaradırdılar. Bütün bunlar sənətkarların get-gedə savadlanması, təcrübə əldə etməsi ilə 
izah olunurdu. İstanbul, Ədirnə, Kars, Ərzurum xəncər, tüfəng, dəbilqə, qalxan və s. hazırlanan şəhərlərdən idi. 
Osmanlı silah hazırlayanları öz yaradıcılıqları ilə daha müstəqil yola qədəm qoymuşdular. Osmanlı sənətkarlar 
dəbilqə və qalxanların yeni variantlarını hazırlayırdılar ki, bu da qələbə üçün çox vacib və zəruri amillərdən idi. 
Silah işinə marağın artmasının digər şərti, bunların həm də yüksək bədii sənət növü olması ilə izah edilirdi. 
Bütün bu tətbiqi sənət növləri ilə yanaşı, XVI əsrdə Osmanlı Türkiyəsində miniatür təsviri sənəti, 
rəngkarlıq çiçəklənmə  mərhələsinə  qədəm qoydu. Buna başlıca səbəb qonşu və digər ölkələrin bədii 
mədəniyyətləri ilə davam edən əlaqələr səbəb idi. Fars rəngkarlığı yüksək səviyyəsini saxlamaqda idi. Mövzu 
rəngarəngliyi, canlı obrazlar, yüksək, kamil ifa tərzi türkləri heyran edir və türk sənətkarları tərəfindən yüksək 
qiymətləndirilirdi. Lakin bütün bunlardan çıxış edərək XVI əsr türk rəgkarlıq məktəbinin İrandan bəhrələndiyi 
faktı ilə kifayətlənmək olmaz. Bu dövrün özünəməxsusluğu xaraktercə bir-birinə yaxın olan iki istiqamətlə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
229
səciyyələnirdi. Bunlardan birincilər  əvvəllər də mövcud olan özünəxas cəhətlərin inkişaf etməsi, janr xüsusi 
təsvir üslubu, ritmika və koloritdirsə, ikincisi, İran manerası idi. 
XVI əsr türk məktəbi əsərlərinin təhlili və həmin dövrün iranlı əsərləri ilə müqayisəsi bu məktəbə xas olan 
səciyyəvi xüsusiyyətlərin üzə  çıxarılmasına kömək edir. Birinci xüsusiyyət mövzu rəngarəngliyidir.  Ənənəvi 
hərbi və saray süjet və epizodları,  əfsanə  və poemalarla yanaşı türklər gündəlik  şəhər və  kənd həyatına dair 
süjetlərə  də müraciət edir, realist, bəzən də jurnalist çalarlara üstünlük verirdilər. Sadalanan bu xüsusiyyətlər 
XVI  əsrdə yaratmış  rəngkarların yaradıcılığında təzahür tapmışdı. Tarix onların adını mühafizə etməsə  də, 
yaratdıqları əsərlərdən müəlliflərin istedadı özünü əks etdirir. 
XVI  əsrdə də poetik əsərlər illüstrasiyalalaşdırılmaqda davam etməkdə idi. Naməlum rəssam tərəfindən 
görkəmli Azərbaycan şairi N.Gəncəvinin «Xosrov və Şirin» əsərinin rəsmlərlə müşayiəti dediklərimizə misaldır. 
İllüstrasiyaların sayı 15-dir. Ölçülərinə görə çox da böyük olmayan bu əsərlərdə  rəsmlər yaxşı mühafizə 
olunmuşdur. Birinci miniatürdə Xosrov öz müəllimilə xalça üzərində oturduğu yerdə  təsvir olunur. Digər 
vərəqlərdə Şapurun Xosrovu Şirinin gözəlliyi haqqında məlumatlandığı və s. süjetləri əks etdirilir. Bu illüstra-
siyalar üzərində çalışarkən müəllifin iran rəngkarlığından ilham aldığı detalların traktovkası, ənənəvi kompozi-
siyadan hiss olunur. Lakin miniatürlərdəki personajlara etnik xüsusiyyətlərin verilməsi onun yerli mahiyyətini 
açan başlıca ünsürdür. 
Saray rəngkarlarını  həmişəki kimi dini mövzular – dünyanın yaranışı, Adəm və  Həvva, Nuh haqqında 
əfsanələr, bibliya peyğəmbərləri, İsa peyğəmbər və Məhəmməd peyğəmbərin, ilk xəlifələrin həyatı başlıca yer 
tuturdu. Adları qeyd olunan ilahi varlıqların mübarizə meydanında təsviri öz dövründə müharibə və qələbələri 
ilə ad qazanmış sultanların təsvirini, buna uyğun illüstrativ tərtibatını  tələb edirdi. Bu tipdən olan əsərləri 
yaradarkən rəssamlar saray xronikaçıları ilə birgə çalışırdılar. Tarixi xronika və əsərlər bu cür illüstrasiyalarla 
müşayiət olunurdu. Tarixçi və coğrafiyaşünas Matrakçinin I Süleymanın 1534-36-cı illərdə İran yürüşünə həsr 
etdiyi «Düşərgələr haqqında kitab»ında naməlum müəllifin illüstrasiyalar özünün yüksək professionallığı ilə 
seçilir. Böyük vərəqdə  İstanbul və Qalatanın xəritə  və planını xatırladan mənzərəsini təsvir edir. Şəhərin 
meydanı bir-birinə möhkəm söykənən yaşayış evləri, onların arasından boylanan məscidlərin təsviri  şəhər 
haqqında məlumat verir. Divarların sarıya çaları, tünd qırmızı saysız-hesabsız damların rəngləri Bosforun dərin 
sularının rəngi ilə ahənglik təşkil edir. I Süleyman həyat və fəaliyyəti XVI əsrin II yarısında çəkilən illüstrasiya-
larda da təsvir olunur. İfa tərzinə görə, süjet, koloritinə görə kamil formada olan bu əsərlər böyük maraq 
doğurur. 
Miniatürlər sultanın həyatı, müxtəlif hadisələr haqqında məlumatlar verir. Çox hallarda sultan həyət və 
bağda təsvir olunur. İran səfirinin sultana qiymətli ov quşlarını hədiyyə etməsi səhnəsi aydın təsvir olunmuşdur. 
Taxtda əyləşən sultan, mərkəzdə iki saray nümayəndəsinin səfirin əlindən tutaraq taxta tərəf müşayiəti bu mi-
niatürün başlıca süjetini təşkil edir. 
XVI  əsrin II yarısında III Muradın (1574-1595) şərəfinə  «Şahənşahnamə» yazılır və ona çəkilən 
miniatürlərdə başlıca süjet xəttini sultanların həyatlarının təsviri təşkil edir. Əsərin müəllifi haqqında belə bir 
ehtimal var ki, rəssam Azərbaycandadır. İki böyük vərəqdə İran şahı Təhmasibin səfiri Tokmaqxanın şərəfinə 
1576-cı ilin 12 mayında təşkil edilmiş  hərbi parad təsvir olunur. Təsvirdə  təntənəlik təəssüratını  rəssamın 
istifadə etdiyi kolorist həll gümüş  və  qızıldan parıldayan parlaq geyimlər, yellənən bayraqlar qabarıq surətdə 
nümayiş etdirilir. Əlyazmanın digər vərəqində daha statik məqam Kars şəhərinin mühasirəsinin sona yetməsi 
səhnəsi təsvir olunur. Səhnələrin yüksəklikdən təsviri  şəhərin qala divarlarının, ev və  məscidlərin  əks 
etdirilməsi, aşağı hissədə isə türk düşərgəsi aydın görünüş yaradır. Süjetin mürəkkəbliyinə baxmayaraq müəllif 
hadisələrin gedişatını lakonik və obrazlı çatdıra bilmişdir. 
1550-1590-cı illərdə  sənət haqqında çoxcildli kitab olan «Hünərnamə»yə  də  çəkilən miniatürlər türk 
təsviri sənətinin ən nadir nümayəndələrindəndir. Onun müəllifi XVI əsrin görkəmli rəssamı Osmandır. Əsərin 
möhtəşəmliyini təkcə o fakt təzahür etdirir ki, indiyə  qədər kitabın 160 rəsmi qalmaqdadır. Öz məzmun 
rəngarəngliyinə görə bu təsvirlər Osmanlı dövlətinin yarandığı vaxtdan XVI əsrin I yarısınadək hadisələri, 
həyatı haqqında məlumat verir. Miniatürlərdən birini I Muradın (1359-1389) öldürməsi səhnəsi mühüm yer tu-
tur. 
Qeyd etmək lazımdır ki, süjet dairəsini genişləndirməyə  cəhd göstərən sənətkarlar da həmin dövrdə 
yaşıyıb yaratmışlar. XVI əsrdə II Səlimi at belində təsvir edən naməlum rəssamın əsəri belələrindəndir. Sultanın 
obrazı az fərqləndirilmiş, fiqura səthi traktovka verilib. Obrazın sakit və özünə arxayın tərzdə oturuşu, cins atın 
irəliyə düzgün hərəkəti onu sübut etdirir ki, rəssam öz hakimini yeni tərzdə görür. Əlbəttə bu qəbildən olan 
əsərlər o faktı  təsdiqləyir ki, söhbət açdığımız bu dövrdə  təsviri sənətdə yeniliklər, səciyyəvi cəhətlər təzahür 
olunmaqda idi. 1587-ci ildə şair Mustafa Dəftəri tərəfindən III Murad üçün tərtib edilən "Rəssamların həyatı" 
adlı  əsəri XVI əsrdə yaşayıb-yaratmış  rəssamların adlarını  məlum edir. Bunlar Baba Nəqqaş,  Şeyx Mustafa, 
Tacəddin Girikbəndə, Hüseyn Bali, Mahmud Kinci, İbrahim Çələbidir.  Əlbəttə, siyahı bununla bitmir, çünki 
İstanbuldan başqa Osmanlı türkiyəsinin digər yerlərində  də  rəssamlar tanınırdı. Lakin ən qüdrətli bədii 
sənətkarlar, sözsüz ki, imperiyanın paytaxtında yerləşirdi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
230
Əlyazmaları  və onlara çəkilən rəsmlər zamanı müxtəlif növ kağızdan istifadə olunurdu. "Rəssamların 
həyatı"  əsərində keyfiyyət, rəng və  hətta hazırlanma yerindən asılı olaraq kağızın  ən yaxşı on növünün adı 
sadalanır. Çin kağızı (xətan), hind kağızı (hindi), Dəməşq kağızı (dimaş), ən əla növ isə Səmərqənd kağızı (sul-
tani) hesab edilirdi. Kalliqrafçılar qara və  qırmızı mürəkkəblərdən və qarğudan hazırlanmış  qələmuclarından 
istifadə edirdilər. Ölçü və  hərflərin cizgilərinə görə yazının 20 üslubu mövcud idi. Türkiyədə kalliqrafçılar 
hazırlayan bir çox məktəblər var idi. "Yeddi sənətkar məktəbi"ni tanınmış  şeyx Həmdulla (1436-1519) təşkil 
etmişdi. Yaradıcılığı boyu o, 47 sayda böyük və kiçik həcmli Quran kitablarının və digər  əsərləri yazmışdır. 
Onun  İstanbuldakı II Bayazit məscidindəki mehrab və gümbəzdəki yazısı da bədii ifa tərzinə görə  əsil sənət 
əsəridir. Həmdulla məktəbinin ardacılları  Əhməd Qarahjari Süleymaniyyə  məscidinin gümbəzini bəzəmişdir, 
digərləri isə Əbdülrəhman Hətimi, Fəzlullah ibn Səfər Balhradi, Abdulla Krımi və d. idi. 
Kitab sənətində cildləmə tərtibatı da xüsusi yer tuturdu. Bu iş üzərində çalışmalar bəzən aylarla davam 
edirdi. Cildin hər tərəfində qızıl fon üzrə mürəkkəb naxışlar – nəbati motivlər ənənəvi "çin buludları", "şəms"lər 
təsvir olunurdu. Belə tərtibatla malik əsərlərdən Əli Üçküdərənin əlyazma üçün işlədiyi cildi nümunə göstərmək 
olar. Bu nümunə hazırda İstanbulun Top-Qapı saray muzeyində mühafizə olunur. 
Beləliklə, XV əsrin axırları XVII əsrin  əvvəllərinə aid olan Osmanlı Türkiyəsinin incəsənətinin ölkənin 
mədəniyyət tarixində çox böyük əhəmiyyəti vardır. Dövlət idarəçiliyindəki stabillik, iqtisadi və sosial yüksəliş, 
Yaxın Şərq xalqları qarşılıqlı əlaqə bədii mədəniyyətin tərəqqisinə təkan verən amillərdəndir. 
Aparılan təhlillərdən məlum olur ki, XVI əsrin I yarısı Osmanlı feodalizminin zirvəsi idi. Məhz elə bu 
zaman gələcək tənəzzül üçün zəmin formalaşmağa başlayırdı. Əvvəllər bu zəmin nəzərə çapmaz idisə, sonradan 
əldə edilən, zəbt olunan torpaqlar prosesində bu daha aydın qabarmağa başlayır. 1569-cu ildə II Səlimin əmrilə 
sultan ordusu uzaq Həştərxana yürüş edərək İranın Qərblə ticarət əlaqələrinə mane olmağa çalışır. Lakin yürüş 
çox uğursuz olur. İki ildən sonra isə Pemantodakı məğlubedilməz sultan flotu Venesiya, Vatikan və İspaniyanın 
birləşmiş ordu qüvvələri ilə darmadağın edilir. Düzdür, buradakı məğlubiyyətdən dərhal sonra Osmanlı türkləri 
tərəfindən Kipr adası  ələ keçirildi və  vəzir Mehmet Sokollu Venesiya Respublikasının səfiri Barbaroya 
müraciətində demişdi: "Kipri sizdən qoparmaqla əlinizi kəsdik; sizcə bizim flotumuzu darmadağın etməklə 
saqqalımızı kəsmiş olduğunuz. Kəsilmiş qol bir daha yerinə gəlməyəcək, çıxarılmış saqqal isə daha tez əmələ 
gələcək". Doğrudan da, bir neçə aydan sonra türklər flotu bərpa edərək 200-dən artıq gəmi ilə onu təchiz etdilər. 
Lakin bu müvəqqəti qələbə idi. Bundan sonra Osmanlı imperiyasının bütün hərbi cəhdləri müvəffəqiyyətsizliklə 
müşahidə olundu. 1683-cü ildə Osmanlı imperiyasının Avropadakı hökmranlığına son qoyuldu. Öz sərhədlərini 
qorumuş olsa da, yeni ərazilər zəbt oluna bilmədi. Ölkənin daxili iqtisadi həyatında da tənəzzül hiss olunmağa 
başladı. Sultan hakimiyyətinin etdiyi bütün cəhdlərə baxmayaraq kəndlilər istismara qarşı  qəti etiraz edir, 
narazılığı üsyanlarla bildirirdilər. Bütün bunlar mədəniyyətin səviyyəsinə  də birbaşa təsir edirdi. Sxolastik 
təsəvvür və baxışların güclü təsiri, dinin hakim mövqeyi elmdə durğunluqla müşayiət edilirdi. Yalnız coğrafiya 
sahəsində müəyyən addımlar atılır ki, bu da ayrı-ayrı alimlərin fəaliyyəti ilə bağlı idi. Hacı Xəlifə, yaxud Katib 
Çələbi ləqəbi ilə tanınan alim Mustafa ibn Abdulla (1609-1657) coğrafiya, tarix, ədəbiyyat, teologiya, hüquq və 
d. elmi sahələri əhatə edən 20-dən artıq əsər yaratmışdır. Onun elmi dünyagörüşünün zənginliyini, Konstantino-
polun tarixi üzrə yazısı, maliyyə sahəsində islahatlara dair 300 məcmuəsi, ata sözləri üzrə antologiyası  və b. 
sübut edir. Hacı Xəlifənin məşhurluğu ilk növbədə onun coğrafiyaşünaslığı ilə bağlıdır. Onun dünya ölkələrinin 
yazılı surətdə canlandırılmasına həsr olunan «Dünyanın güzgüsü» kosmoqrafik əsəri Şərq alimlərinin çox böyük 
maraq göstərdikləri əsər oldu. Bu əsərin tərtibində alim dövrünün tanınmış Avropalı coğrafiyaşünasları – Orte-
liya, Kliveriya, Merkator və d. fundamental əsərlərindən bəhrələnir.  İlk dəfə olaraq Merkator və Hondiusun 
«Minfum Atlası», bizanslı müəllif (XV əsr) Laonik Xalkokondilanın «Tarix» əsərlərini türk dilinə çevirib. 
Digər görkəmli coğrafiyaşünas adını yuxarıda xatırladığımız Övliya Çələbidir (1611-1670). 40 ildən artıq 
dünya ölkələrini gəzən Ö.Çələbi bütün gördüklərini, müşahidə etdiklərini məşhur əsəri olan «Səyahətnamə»də 
əks etdirir. Bu əsər indi də Osmanlı mədəniyyəti və incəsənəti haqqında dəyərli məlumat verən mənbə rolunu 
oynayır. 
Tarix elmində isə Mustafa Naimə Həzərfen bu sahə üzrə, Qoçubəy «Risalə» əsərində Osmanlı dövlətinin 
zəifliyinin səbəblərini axtarmağa çalışır.  
Bu dövrün poeziyasına diqqət yetirilsə, görünər ki, bu sahədə də tərəqqi hissolunmaz dərəcədədir. «Qızıl 
dövr»ün irsindən ilham alan şairlər yeni-yeni uğurlara cəhd etmir, beləliklə, ədəbiyyatın tənəzzülü qabarıq for-
mada hiss olunurdu. 
Saray  şairləri isə yeni ədəbiyyatda müəyyən məhdudiyyətdən kənara çıxmayır, yalnız  şer formasının 
təkmilləşdirilməsində qabağa gedirdilər. Poetik yaradıcılıqda satira janrının yaranması əhəmiyyətli hadisələrdən 
birinə çevrildi. Bu janrın görkəmli nümayəndəsi şair Nəfi (1635-ci ildə vəfat edib) idi. Onun kiçik, iti mənalı 
şerləri «Tale oxları» toplusunda çıxarılaraq  əsas hədəfi kübar cəmiyyətinə ünvanlanaraq müvəffəqiyyət  əldə 
etdi. Onun digər müasiri Veys (1628-ci ildə  vəfat edib) idi. Öz satirik şerlərində o əxlaqın tənəzzülünü ifşa 
edərək, yaradıcı cəmiyyəti tənqid edirdi. 
XVII əsrin I yarısı – XVIII əsrin əvvəllərində incəsənətin inkişaf prosesi ədəbiyyat və elmdən fərqli ola-
raq daha mürəkkəb cəhətlərlə müşayiət olunurdu. Bu estetik prinsiplərin dövrün ictimai tələbləri ilə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
231
uzlaşmaması, bədii yaradıcılığın spesifikası ilə izah edilirdi. Bədii mədəniyyətdə yalnız bəzi sahələrin tərəqqi və 
inkişafı hiss olunmaqda idi. 
XVII əsrin əvvəllərində tikintidə inşaatın miqyası xeyli məhdudlaşdırıldı, lakin Sinanın irsi əvvəlki kimi 
yeni, gözəl abidələrin tikintisinə kömək edirdi. Memarın ardıcılı Mehmetağa (1540-1620) bir sıra tikililəri ilə 
adını sənət tarixində əbədiləşdirdi. Onun məşhur tikililərindən biri 1609-1617-ci ildə I Əhmədin şərəfinə tikdiyi 
məsciddir. Müəllif bu abidədə məscidlərin «klassik» tipin planlaşdırma və zahiri görkəm cəhətlərindən istifadə 
etmişdir. Baş binanın kubu diametri 23, hündürlüyü 43 metr olan gümbəz, yarımgümbəz və onların arasındakı 
qüllələrlə əhatə olunur. Ənənəvi üsluba istinad edərək Mehmetağa yarımgümbəzlər üçün proporsional forma və 
həcm, digər detallar axtarıb tapmışdır. «Qızıl əsr»in memarlığı ruhunda işləyən memar məscidin bir, iki və ya 
dörd deyil, məhz altı minarə ilə  əhatələnməsini layihələşdirir. Minarələrin sayının qeyri-adi səviyyədə artımı 
belə bir ehtimalın irəli sürülməsinə imkan verir ki, guya I Əhməd  şərəfinə ucaldılmış abidənin məşhur 
müqəddəs Sofiyadan fərqli olmasını istəmişdir. Bu məscidin bəzən işində  əsas yeri keramika tutur. Onun 
dekorasiyasında 20 mindən artıq kaşıdan istifadə olunması, yazılı məlumatlardan bəlli olur. İstifadə edilən rəng 
koloritinə görə  məscid özünün ikinci adının «Göy cami» kimi qazanmışdır. Burada türk dekorativ sənət 
nümunələrindən də istifadə edilir. XVII əsrin məşhur kalliqrafı Qasım Qubari dairəvi iri şitlər üzərində  ərəb 
yazıları ilə divarı bəzəyir. 
1663-cü ildə tikintisi başa çatan İstanbuldakı Yeni Cami məscidi də dövrün bədii dəyərlərindən hesab edi-
lir. Öz tipinə görə bu abidə Sinan yaradıcılığına çox yaxındır. Onun memarları Davudağa, Dalcı Əhməd, Qasım 
və Mustafaağadır. Onlarda məscidə kub forması vermiş, baş gümbəzin diametri 17 m, hündürlüyü isə 36 metr-
dir. Binanın siluetini üç eyvanlı, iki qamətli minarə tamamlayır. Yeni caminində  əsili quruluşunda da köhnə 
üslub özünü təzahür etdirir: divarlar gözəl kaşıdan salınmış, tünd qırmızı  rəngli sütunlar sultan lobpasını 
saxlayır. Fil sümüyü, sədəflə instukrtivləşdirilmiş taxta qapılar, qızılla haşiyələnmiş mehrab stalaktitlər, apsurlu 
mərmər qapıları daşyonma sənətinin əsil inciləri adlandırmaq olar. 
XVII əsrdə Top Qapı saray-kompleksinin yenidən tikintisi davam edirdi. 1635-ci ildə türklər tərəfindən 
şəhərin ələ keririlməsi münasibəti ilə Yerevan sarayı, bir qədər aralıda isə Bağdad sarayının salınması bu ərazidə 
işlərin yenidən təşkilini zəruri etdi. Bağdad sarayının bəzəyində  şaquli istiqamətli pannolar maraq doğurur. 
Rəsm, rəng vəhdətinə görə əsil sənət əsərini xatırladır. Bu rəsmlərin kompozisiyasını mavi-yaşıl rəngli dişvari 
yarpaq şanagüllə çiçəyi öz budaqlarından qıvrılaraq rəng və cizgi, xətlərin simforniyasını yaradır, bütün bunlar 
tərkibcə bir biri ilə vəhdət təşkil edir. Çiçək açmış budaqlarda quşlar oturub, kolların altında isə boynunu zərif 
şəklində döndərib sakit maralın rəsmi hər kəsin diqqətini cəlb edir. 
Yerevan və Bağdad saraylarından əlavə XVII əsrin 60-cı illərində Top Qapı saray-kompleksinə daha bir 
neçə bina - hərəmxana və hərəm xidmətçiləri üçün yerlər əlavə olundu. Onlar daşdan inşa edilmişdir. 1660-cı 
ildə İstanbuldakı böyük yanğın Top Qapıdan da yan keçmədi, xüsusilə, taxtadan olan tikililərin məhvinə səbəb 
oldu.  
Məscid və saraylarda bəzək işlərində keramikadan istifadə bir daha sübut edirdi ki, bu material uzun 
ömürlü, gözəl dekorativ səciyyəyə malik idi. Əsrin I yarısında bu materialların keyfiyyəti daha da yüksəldi. 
Naxışlar zamanın daha yüksək ənənələri üzərində yerinə yetirilmişdir. Kaşıların rəngarəng çalarları təkcə pay-
taxt binalarını deyil, Ədirnə, Konya, İznik və s. şəhərlərin tikililərini bəzəyirdi. 
Türk keramikası üzərində imzaların adı verilmədiyindən müəlliflər haqqında məlumatdan bizi məhrum 
edir. Bu sahədə sənətkarlıqla məşğul olanlar tez-tez yeniliyə can atır, forma və məzmun dəyişikliyinə cəhd edir, 
sənəti irəliyə doğru aparırdılar. Keramikada rəng, bəzək vəhdətindəki tərəqqi sənətkarların yüksək estetik 
hisslərindən xəbər verir. Lakin bütün bunlarla yanaşı, keramikadakı bu yüksəlişi uzun müddət qoruyub saxla-
maq mümkün olmadı. İrəliləməkdə olan iqtisadi tənəzzül bu sahəyədə mənfi təsir göstərirdi. İstanbulda və digər 
şəhərlərdə tikintinin ləngi kaşı istehsalının da xeyli dərəcədə  zəiflətdi.  Əgər I Əhmədin hakimiyyəti illərində 
İznikdə 300-ə yaxın keramika sexi fəaliyyət göstərirdisə, 1648-ci ildə isə Övliya Çələbinin sözlərinə görə 
onların sayı 9-a enmişdir. Yavaş-yavaş məhsulun keyfiyyəti də aşağı düşür. Tikinti işlərində keramikaya tələbin 
aşağı düşməsi bu sənətdə daha çox məişət əhəmiyyətli məhsulların istehsalına geniş yer verildi. Nimçə, fincan, 
vazların istehsalı başlıca yer tutdu. 
Kaşıya tələbatın heçə enməsi keramikaçıları digər yollar axtarmağa məcbur edirdi. Sənətkarların bir qismi 
müxtəlif millətlərdən – erməni, yunan, ərəblərdən olması hazırlaşan məhsulların üzərindəki naxış və rəsmlərdən 
də məlum olurdu. Rəsmlərdə türk ornamentləri ilə xristian süjetlərinin vəhdəti bunu sübut edir. 
Keramikadan savayı bədii sənətlər içərisində metalın bədii işlənməsi də mühür yer tutan sahələrdən birini 
təşkil edirdi. Metal əşyalara olan maraq iri feodal və hakimiyyət adamlarının zövq və əyləncəsi ilə bağlı idi. Bu 
özünü ilk növbədə qiymətli silah növlərinə  dəbdəbə  əlaməti kimi yanaşma meylindən irəli gəlirdi. Bu, həm 
maddi, həm də bədii sərvət kimi qiymətləndirilirdi.  
Zərgər sənəti iftixar hissi oyadırdı. Övliya Çələbinin qeydinə görə qravüraçılar müxtəlif ərəb hərfləri ilə 
talisman üzərində quran ayələrini zərif və incə tərzdə ifa etmək hünərinə malik idilər. Bu işdə onlar əsil «sehr-
bazlar» idi. Belələrindən tanınmışı yunan Mixail idi. O, Osmanlı padşahlarına bu qəbildən saat, xəncər, qılınc 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
232
qabları  bəxş etmişdir. Bu cür hədiyyələrin qiymətini dərk edənlər eyni dərəcədə  də  sənətkarlara sovqatlar 
verirdilər. Bunlar Övliya Çələbinin dedikləri idi. 
Zərgərlər varlı adamlar hesab olunurdu. Müəlliflərin birinin yazdığına görə onlardakı daş-qaşın sayını an-
caq bir Allah bilir. 
Övliya Çələbinin əsərlərində zərgərlərin yüksək peşəkarlığından geniş söhbət açılır. Müəllifin bu haqdakı 
fikirlərini zamanımıza gəlib çatmış zərgərlərin məlumatı da sübut edir. Belələrindən biri İstanbuldakı Top Qapı 
saray muzeyində mühafizə olunan sədəflə inkrustasiya edilmiş, taxtadan yonulmuş iri tacdır. Tacın üstü dörd 
sütun və burada rubin, zümrüd və iri mirvarilər asılmış qızıl örtüklə tamamlanır. Sütunların ucları dağ bülluru və 
digər qiymətli daşlarla çox zərif və incə bəzədilmişdir. Tacın üstündəki yazıdan məlum olur ki, o, I Əhmədin 
hökmranlığı dövrünə təsadüf edir. Adətə görə müsəlman bayramı günü sultan bu tacı başına qoyaraq təbrikləri 
qəbul edirdi. 
Rusiyanın Osmanlı Türkiyəsi ilə  hələ XV əsrin axırlarında  əlaqələrinin təşəkkülü rus məişətinə türk 
parçaları, silahları, digər ləvazimat və  əşyaların daxil olmasına  şərait yaradırdı. Moskva Kremlinin Silah 
palatasında indiyədək Türkiyədə hazırlanmış əşyalar qorunub saxlanılmaqdadır. 1656-cı ildə rus çarına hədiyə 
edilmiş qızıl qılınc, xəncər, oxlar qiymətli daş-qaşla bəzədilmiş ox qabı mühafizə edilməkdədir. 
Silah istehsalında aparıcı mərkəzi İstanbul olaraq qalırdı. Ərzurum və Trabzon da bu sahədə irəliləyişlər 
əldə etmişdir. Silahların əsas növlərini müxtəlif qılınclar, xəncərlər, yalnız türk hərbçilərinə xas yaraqlar təşkil 
edirdi. Silahların döyüş xüsusiyyətlərinə diqqət yetirməklə yanaşı, sənətkarlar, həm də onların bədii tərtibatına 
böyük səy göstərirdilər. Zərgərlik işində tətbiq edilən üsullar silahların bədii tərtibatında da istifadə olunurdu. 
Yazı  mətnləri dini-ruhani məzmun kəsb edərək, xüsusilə, «ədalətli və  şəfaqətli Allahın adı ilə!», «Allahdan 
kömək!» ifadələri başlıca yer tuturdu. 
Zərgərlik, silah işi, daşyonma sənəti ilə birgə XVII əsrdə öz inkişafını qoruyub saxlayan sahələrdən biri də 
toxuculuq idi. Öz ənənəsinə sadiq qaralaq bu sahədə parça, məxmər, ipək üzərində  nəbati motivlər, rəng 
qamması  qırmızı-moruğu fonda qızıl və gümüş tikişlər başlıca yer tuturdu. Bursa və Üsküdərə toxuculuğu 
xüsusilə fərqlənirdi. 
Parçaların keyfiyyəti əvvəlki kimi yenə də yüksək idi. Əsrin I yarımilinə aid ipək parçadan hazırlanmış 
bəzəkli xələt hazırda Sankt-Peterburqun Ermitajında saxlanılır. Buradakı kompozisiya yarpaq və gül 
budaqlarının dalğavari surətdə yuxarı qalxması təsviri mərkəzi yer tutur. 
Osmanlı toxucuları bu dövrdə xalçanın yeni bir növünü moruğu məxmərdən çox da mürəkkəb olmayan 
təsvirlərdən ibarət olan düzbucaqlı kiçik xalçaları işləyib hazırladılar. Bu cür xalçalar Avropada böyük tələbatla 
əldə olunduğundan hətta bu məhsulların oxşarlarını hazırlayırdılar. 
XVII  əsrin I yarımilində toxuculuqda aparıcı müəssisə  Uşakda idi. Əvvəlki yüzillikdə olduğu kimi, bu 
əsrdə  də «ulduzlu» və «medalyonlu» xalça məhsulları başlıca yer tuturdu. Kiçik xalçaları içərisində namaz 
xalçalarının da adını  çəkmək lazımdır. Bu xalçalarda bir-birinin əksinə  mərkəzi hissədə  təsvir edilmiş tac və 
medalyon kompozisiyası başlıca yer tuturdu. Toxuculuq sexləri saraylarda da fəaliyyət göstərirdi. Bunlardan 
başqa digər əyalətlərdə – Berqam, Ladik şəhərində toxuculuq sexləri var idi. 
İstanbulda müstəqil rəssamları əhatə edən kiçik emalatxanalar mövcud idi. Bütün rəngkarlar öz patronları 
olan sexlərdə birləşir, nəqqaş kimi təmsil olunurdular. Anonim əsərlərin bir çoxu məişət mövzusuna aid idi. I 
Əhmədin albomu üçün toplanmış rəsmlərin içərisində şəhər həyatını əks etdirən əsərlər də var. Burada zəngin 
ifa konsert verən musiqiçilər, İstanbulda xalq bayramlarının keçirilməsi və s. mövzular təşkil olunur. 
Miniatürçülər üçün sevimli olan hərbi mövzu əlyazmalarda aparıcı yer tutmağa başlayır. Həsənpaşa adlı 
rəssam Eqrinin fəthnaməsinə Xotin qalası  uğrunda döyüş  əks etdirən illüstrasiyalar çəkmişdir. Lakin bu 
rəsmlərdə planın düzülüşü ənənəvi olaraq qalır, obrazların hərəkət dinamizmi fiqur, baş, əllərin hərəkətləri ilə 
ifadə olunur. Bu cəhətlər dini süjetlərə  də aid edilirdi. Əsrin  əvvəlinə aid miniatürlərdə kanonlara riayət hiss 
olunurdu, təsvirdə komponentlərin mərtəbəli məkanda yerləşdirilməsi başlıca yer tutur. XVII əsrin türk təsviri 
sənətinin görkəmli nümayəndəsi Nəqşi təxəllüsü ilə tanınan Əhməd Mustafadır. Təsviri sənətdə o, aparıcı fiqur 
idi. Onun əsas işləri 1618-1622-ci illəri  əhatə edən hadisə  və  şəxsiyyətlərin təsvirindən olan 50 vərəqədən 
ibarətdir. Bu əsərlər XVI əsr türk təsviri sənət məktəbinin ənənələrinə yaxın idi, lakin bu əsərlərdə yaradıcılıq 
yeniliyi də hiss olunmaqdadır. Nəqşinin bir rəngkar kimi kanonların hüdudlarından çıxmaq meyli hiss olunur. 
Sultan Orxan, molla Əsvəd, molla Qara Xəlil, sultan I Bayazit, molla Fənəri, şeyx Cəmaləddin Aksaray 
rəsmlərində ənənəliklə yanaşı yeni cəhətlər də hiss olunur ki, bu da durğunluq keçirən təsviri sənət üçün başlıca 
fakt idi. Təsviri sənətdə kitab tərtibatı yenə də mühüm yer tutmaqda idi. XVII əsrin görkəmli kalliqraflarından 
Hafiz Osman Əfəndi (1642-1698) adını  çəkmiş olar. Tanınmış  vəzir Mustafapaşanın himayədarlığı ilə  təhsil 
almış şeyx Həmdullahın məktəbini keçdikdən sonra sarayda çalışmağa başladı. Onun əsərlərində mətnin zərif 
yazılışı  və yerləşdirilməsi mühüm yer tutur. Onun ruhani üslubunda yazdığı bir mətn Top Qapı muzeyində 
saxlanır. O şaquli istiqamətdə iki hissəyə bölünür və yuxarı hissəsi «Mərhəmətli və şərafətli Allahın adı ilə!» 
yazısı ilə tamamlanır. 
Aparılan təhlillərdən məlum olur ki, XVII-XVIII əsrlərin  əvvəllərində özünüməxsus inkişaf etmiş  bədii 
mədəniyyət sonrakı tarixi dövrün mədəniyyətinin inkişafında özünəməxsus yer tutur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
233
Osmanlı imperiyası XVIII əsrə artıq nəhəng dövlət kimi daxil olmadı. Ölkədə daxili və xarici siyasi 
çətinliklər təzahür olunmaqda idi. Bu vəziyyətdə başlıca səbəb hərbi sistemdəki dəyişiklik idi. Feodal 
təbəqələrindəki tərkib dəyişmələri özünü göstərirdi. 1768-1774, 1787-1791-ci illərdəki hərbi münaqişələr 
vəziyyətin ağırlaşmasında təkanverici amil rolunu oynayırdı. Bütün bu böhranlı məqamlar mədəniyyətin ümumi 
vəziyyətinə ciddi təsir göstərirdi.  
Kütləvi savadsızlıq cəmiyyətdə mühüm yer tuturdu. Təhsil yalnız cəmiyyətin yuxarı təbəqəsinə aid idi. Bu 
təhsilin özü isə daha çox dini səciyyə kəsb edirdi. Əsas təhsil növü olan müəssisələrdə ilahiyyat fənləri tədris 
olunurdu, təbiət və dəqiq elmlər isə ötən əsrlərdəkilə eyni vəziyyətdə idi. 
İsmayıl Asım (kiçik Çələbizadə), Mehmed Rəşid, Mustafa Sami, əvvəlki elmi  əsərlərin nüsxələrini 
çıxarırdılar. Ədəbiyyatda da yenilik yox idi. XVIII əsrdə yalnız bir neçə şair tanınırdı – Niyazi iki divan müəllifi 
Əhməd Nədim (1681-1731), Yusif Nəbi, Şeyx Qalib belələrindən idi.  
XVIII  əsrin 20-ci illərində ilk türk nəşriyyatı  fəaliyyət göstərməyə başlayır. Onun yaradıcı  İbrahim 
Mütəferrik (1674-1747) idi. O, islamı qəbul edən macar idi. Nəşriyyat uzunmüddətli olmasa da, bir çox əsərləri, 
o cümlədən Katib Çələbinin «Dünyanın güzgüsü» əsərini nəşr edir. 
III Səlim (1978-1807) tərəfindən aparılan islahatlar da mədəniyyətə təsir göstərirdi. Bu islahatların başlıca 
məqsədi mövcud böhranın zəifləməsinə kömək idi. İstanbulda hərbi-mühəndislik məktəbi təşkil olundu. 
Məktəbin kitabxanasında avropa dillərində çoxlu sayda kitab da var id. 
XVIII əsrdə türk şəhərlərinin ümumi siması spesifik cəhətlərlə nümayiş olunurdu. Tikinti-inşaat üslubun-
da dəyişiklərə rast gəlinmirdi. Sonsuz sayda dar küçələrdə bir-birinə  sıxışdırmış taxta, nadir hallarda daş 
mərtəbəli evlər mövcud idi. Bu dövrdə Top Qapı ətrafında sultanların baş iqamətgahında tikintilər sona yetdi. 
Burada böyük və kiçik həcmli tikililər, pavilyon və s. memarlığında yeni-yeni cəhətlər özünü göstərirdi. Bu 
dövrdə Top Qapı «zanbaqlar bağı» ilə məşhur idi. III Əhmədin hakimiyyəti illərində saray əhatəsinin zanbaqlar-
la bəzədilməsi dəb olunduğundan XVIII əsrin I yarısını  şərh edənlər onu «Zanbaqlar dövrü» kimi 
adlandırırdılar. Burada bağ iki hissədən – «Qızılgül sarayı», «Şəxsi bağ»dan ibarət idi. Burada rəngarəng 
çiçəklər becərilirdi. Üstünlüyü isə zanbaqlar təşkil edirdi. Onun 832 növü mövcud idi. Bu gülün gözəlliyi 
dövrün şairləri tərəfindən mədh edilirdi. 
Tətbiqi sənət də özünüməxsus şəkildə təzahür tapırdı. Demək olar ki, XVI-XVII əsrlərin üslubu, kompozi-
siya sxemləri xalçaçılıqda qalmaqda idi. Əvvəlki dövrdə olduğu kimi, köhnə ornamental motivlər, nəbati bəzəklər 
qalmaqda idi. Umak şəhərində xalça istehsalı azaldılmış, saray emalatxanalarının işi demək olar ki, 
dayandırılmışdı. Bunun əvəzində Gördes, Kula, Berqam, Ladik, Mucür kimi yerlərdə xalça sənəti inkişaf etməkdə 
idi. Xalça işində namaz xalçalarının istehsalı daha çox üstünlük təşkil etdi. 
Bədii tikməkdə də zəiflik aydın şəkildə hiss olunurdu. Bunun aparıcı mərkəzləri Bursa və İstanbul idi. Bu-
rada daha çox saray tələbatı ödənilirdi. Parçalar geyimlərin tikilişi üçün vacib idi. Parçalarda ornamentika yenə 
də köhnə motivlər idi. Bu varislik metalişləmə  sənətində  də  təzahür tapırdı. Məişət  əşyaları bürünc, tunc, 
güllərdən hazırlanırdı. Bunlar lampa, dolça, fincan və s. idi. Məhsulun texniki tərəfi bir o qədər də yüksək 
səviyyədə deyildi. Eyni proseslər dövrün zərgərlik işində də təzahür tapmışdır. Maxinasiya yolu ilə artmış kor-
rupsiya hakim təbəqənin dəbdəbə ilə yaşamasına, qızıl, ziynət  əşyalarına meylliyi tələbatı xeyli gücləndirildi. 
Ona görə də zərgərlik işlərinə qeyri-adi məbləğdə vəsait sərf olunurdu.  
Silahların hazırlanmasında yenə  də  qızıl, gümüş, polad, habelə qiymətli daş-qaş, sədəf, buynuz, fil 
sümüyü və s. istifadə edilirdi. Bunlardan istifadənin digər səbəbi əşyanın maddi dəyərini yüksəltmək məqsədi 
daşıyırdı. 
Primitivləşmə meylləri keramika sənətində  də özünü təzahür etdirməkdə idi. Artıq XVIII əsrdə  İznik 
əvvəlki əhəmiyyətini itirdi. Bədii sənətkarlığın tənəzzülünü görən hakimiyyət dairəsi onun əvvəlki vəziyyətinin 
bərpası  məqsədilə 1705 və 1719-cu illərdə  sərəncam qəbul etdi. Həmin sərəncamlara  əsasən kaşı  və qab 
hazırlanmasının bərpasına diqqət gücləndirildi. 1724-cü ildə bu sahədə  ən istedadlı  sənətkarlar  İstanbulun, 
Təkfur Saray deyilən yerindəki xüsusi emalatxanaya dəvət olundu. Burada yarıməsr müddətində sultan binaları 
üçün keçmiş  rəsm motivləri  əsasında kaşılar hazırlayır. Bu əsrin təsviri sənətindəki miniatür rəngkarlığı bu 
yaradıcılıq növünün geridə qaldığını  təzahür etdirirdi. Bu dövrün miniatürçülərindən Rəşid Səliməli, Mustafa 
Çələbi, Fasih Dədə, Fənni Dədə, Dərviş Həsən Eyyublunun adlarını çəkmək olar. 
Aparılan təhlillərdən məlum olur ki, XVIII-XIX əsrin əvvəllərində türk incəsənətinin əvvəlki sənət növləri 
və onun üslublarının təkrarlanması başlıca cəhətləri idi. Lakin bu dövrdə avropa təsiri amilini də  nəzərdən 
qaçırmaq olmaz. Sultanlıq tərəfindən avropalı sənətkarların dəvətolunması yuxarı təbəqənin məişət və həyatındakı 
dəbdəbə, zənginliyi yüksəltmək məqsədini güdsə  də, bədii sənətin inkişafı üçün də mühüm şərt idi. Avropadan 
dəvət olunmuş  rəssam, memar dekorçular arasında J.B.Van Moura (1671-1737), A.A.Kastellana (1772-1838), 
A.j.Mellinq (1763-1831), j.E.Liotar (1702-1789), L.F.Kassas (1756-1827), j.B.İler (1753-1822), A.Ş.Karaff (1762-
1822) adlarını  çəkmək olar. Şənlik parkları, pavilyon, köşklərin tikintisi avropalı mütəxəssislərin yaratdıqları 
abidələrdən idi. Bu abidələrin zahiri görkəmi yerli estetik prinsiplərə uyğun olduğu halda daxili bər-bəzək isə ba-
rokko, rokoko motivləri ilə müşayiət olunurdu. Zahirən sırf türk üslubunda olan bu abidənin interyeri barokko 
üslubunda bəzədilmişdi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
234
A.Mellingin Beşiktaşdakı (İstanbul yaxınlığında) sarayı da dövrün məşhur abidələrindən idi. Bu abidənin 
zahiri görkəmində həm şərq, həm də qərb elementləri əks olunub. Sultaniyə, Şərəfabad, Nişabad, Fənərbağça, 
Tərsanə, Qaraağac, Kyatxana, Bəylərbəy – bütün bunlar yeni tikililərin adlarıdır. Memarlıqda avropalaşma mey-
li təkcə ictimai tikililərdə deyil, dini tikililərdə də nüfuz etdi. Belələrindən Nuri Osmaniyə (1755) məscidinin 
adını  çəkmək olar. Ənənəvi olaraq ümumi gümbəzin görkəmində olan binanı  əhatə etməsindən  əlavə, açıq 
yarımdairəvi qalereya məscidin görkəmini dəyişir. Laləli məscidində (1783) adi planlaşdırmadan başqa 
avropasayağı konsturktiv və dekorativ elementlər də əlavə edilmişdir. 
Yeni təsir bədii sənətkarlığa da nüfuz etmişdi. Tunc və bürüncdən hazırlanmış əşyaların bəzədilməsi ro-
koko üslubunda həyata keçirilir. Eyni xüsusiyyətlər soyuq və od saçan silahlarda da təzahür edir.  
Keramika sənəti artıq İznikdə deyil, Kyütahya şəhərində inkişaf edir. 1715-ci ildə fransız taciri Pol Lyuka 
burada 20 sayda nəlbəkisi ilə birgə kofe fincanı, iki mürəkkəb qabı, iki duz qabı almış  və bu emalatxananın 
məhsullarının Avropaya nüfuzunu təmin etmişdi. Bu hadisədən sonra Kyütahya məhsulları Avropada 
populyarlaşmağa başlayır. Bu şəhərdə keramika məhsullarının bəzədilməsinə, nəbati motivlərlə yanaşı, heyvan, 
quş və insan rəsmlərinə də rast gəlinir. 
Yaradıcılıqda baş verən yeni proseslər təsviri sənətdə tamamlanır. Bu dövrün rəssamoalırdan Levni və Ab-
dulla Buxaridir. 
Levni (əsil adı Abdul Cəlil Çələbi)  əvvəlcə sultan II Mustafanın, daha sonra III Əhmədin  şəxsi saray 
rəssamı idi. Ömrünün sonunda o, saraydan uzaqlaşaraq müflis vəziyyətdə  vəfat etmişdi. O, rəssam olmaqla 
bərabər, bir sıra  ədəbi  əsərlərin müəllifi idi. İki albom və çoxsaylı  rəsmdən başqa, Vehbinin «Surnamə» 
poemasına illüstrasiyalar çəkmişdi. Bu, rəssamın 137 səhifədən ibarət böyük yaradıcılıq əsəridir. Miniatürlərin 
çoxu  ənənəvi üslubda yaradılmışdır. Bu rəsmlərə plastiklik, personajların  şərti pozaları, təsvirlərin səthi 
traktovkası, kiçik, cüzi detalların incəliklə ifadəsi, rənglərin harmoniyası xasdır. Miniatürlərdə rəssam obrazların 
fərdiləşdirilməsindən yan keçmişdi. Lakin bu seriyadan olan vərəqlərin bir qismində Levni portretliyə meyl 
edərək III Əhməd və oğlunun prototipini yaradır. 
Digər miniatürçü rəssam Abdulla Buxari də sarayda çalışaraq portret janrına daha çox üstünlük verildi. O 
əsərlərində pozaların statikliyinə,  şərti kanonlaşdırılma jestlərə üstünlük versə  də, bəzən hərəkətlərin təbii 
çatdırılmasına cəhd göstərmişdi. Bu mənada onun yaratdığı  əsərlərdən saray xanımı, gənc oğlanın rəsmləri 
diqqət cəlb edir. Saray həyatı ilə bağlı tematikadan başqa, dekorativ rəngkarlığa da meyl etmiş Abdulla Buxari-
nin naturadan çəkilmiş bitkilərin rəsmləri maraq doğurur. Bu mənada A.Buxariyə yaxın olanı Əhməd Ataullah 
hesab edilir. Onun qızılgül rəsmləri (1728) türk nəbati ornamentikasında əhəmiyyətli yer tutan rəsmlərdəndir. 
XVIII əsrin axırlarına yaxın Avropa rəngkarlığının Osmanlı rəssamlarına təsiri özünü təzahür etdirir. Yeni 
tərzdə  çəkilmiş  rəsmlər çəkilir. Belələrindən biri Fədil Hüseynin «Qadınlar haqqında kitab»ına çəkilmiş 
miniatürlərdir. Bu rəsmlərin müəllifi məlum deyildir. Əlyazmalara 40-dan artıq zərif surətdə  çəkilmiş miniatür 
vardır. Bu əsərlərdə köhnə üslublar təzaşür tapır: personajların sifətləri birmənalıdır, geyim, şərait, interyerlər incə 
detallarla çəkilmişdir. Fiqurların həcmi, sifət mimikalarından rəssamın avropa məktəbi keçməsi haqqında ehtimal 
yürütməyə imkan verir. 
Digər rəssamlardan polşadan olan və islamı qəbul edən Mehdi adlı sənətkarın da adını çəkmək olar. 
Beləliklə, XVIII-XIX əsrin  əvvəlləri türk bədii mədəniyyətinin xarakterinə görə çox da mürəkkəb ol-
mayan bir dövrdür. Həmin dövrdə yaradılan müxtəlif növlü bədii sənət nümunələrində  həm keçmiş  ənənələr, 
həm də müasir avropa meylləri özünü təzahür etdirir. Lakin bu meyllər  əlverişli tarixi şərait olmadığından 
Osmanlı  mədəniyyətini irəliyə apara bilmədi.  Əksinə, dünyada digər nəhəng dövlətlərin hakim mövqeyindən 
çıxış etdikcə Türkiyə bir dövlət kimi zəifliyini göstərirdi ki, bu da istər-istəməz mədəniyyətdə özünü əks etdirir-
di. 

Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin