Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

Dini görüşlər.  Ölkənin parçalanması, kastaların qeyri- bərabərliyi  şəraitində  əhali induizmə  pərəstiş 
edirdi. Parçalanma dövründə induizm buddizmdən daha çox üstünlük əldə etmişdi. X- XII əsrlərdə buddizmin 
axır ocaqları Asiyanın cənub- şərqində özünə məkan taparaq Kəşmir, Bihara, Benqaliyada süqut etməyə başladı 
və XIII əsrdə ümumiyyətlə Hindistanda tamamilə aradan qalxdı. Ölkənin cənubunda hökmran sülalələrin 
köməyilə caynlar öz təsdiqini tapdı.  
XIII əsrdən dinin ideoloji mərkəzi olan Maduran şəhəri mədəniyyətə güclü təsir göstərdi. 
Hindistanda induizmin mövcudluğuna böyük təsir göstərən şivaizm (Şivaya sitayiş) və bütün Hindistanda 
şivaçı monastırarın  əsasının qoyulmasına təkan verən görkəmli filosof Şankaraçarinin (788- 820) fəaliyəti 
əhəmiyyətli rol oynamışdı. XI əsrdə filosof Ramanuca Allaha məhəbbət ideyasını təbliğ edən bxakti cərəyanının 
nəzəri əsasını qoymuşdu ki, bu da sonralar vişnuizmin (Vişnaya sitayiş) inkişafını təmin etdi. 
Orta  əsrlərin ilkin çağlarında Hindistanda dini həyatın xüsusiyyəti trantrizmin («tantra» sözündən 
götürülərək – sistem, ənənə, mətn mənasını verir) geniş vüsəti ilə izah edilir. Bu dini təlim öz mənşəyini Baş 
Ana Allah olan Deviyə  pərəstişdən götürür. Bu mifoloji obraz Şivanın arvadı kimi Hindistanda çox populyar 
olaraq, xüsusilə Benqaliya və dravidlərin cənubunda böyük pərəstiş qazanmışdı. Tantrizm dünyanın 
mövcudluğunu insanın bədəni ilə izah edərək qadına yüksək qiymət verir. Məhz ona görə  də bu dini təlimə 
qadınlar arasında daha çox sitayiş olunurdu.  
Fəlsəfə və elm. Racput Hnidistanında fəlsəfə ilk dəfə biliyin müstəqil sahəsinə çevrilir. İnduizm çərçivəsi 
daxilində 6 klassik fəlsəfi təlimin tətbiqi yekunlaşır. Müxtəlif təlim və nəzəriyyələr bir-birini inkar etmir, əksinə 
bir- birini tamamlayırdı. Bu təlimlər təsdiq edirdi ki, həqiqət birdir, lakin çoxcəhətlidir. Hələ  qədimlərdən 
Hindistanda belə hesab edirdilər ki, dünyanı  təşkil edən hər bir elementin xüsusi mənası  və  dərindən tədqiqə 
ehtiyacı var. Məhz bu səbəbdən ölkədə fundamental elmlər olan astronomiya, tibb, riyaziyyat daha geniş inkişaf 
etmişdi. Racpur epoxasının görkəmli riyaziyyatçıları Braxmaqupta (VII əsr), Maxavira (IX əsr) və Bxaskara 
(XII əsr) hesab edilir. Onlar müsbət və mənfi ölçülərin, sıfır və sonsuzluq anlayışlarının mənalarını ilk dəfə kəşf 
edənlərdir. Məsələn, Bxaskara qiyabi olaraq sübut etdi ki, sonsuzluq elə sonsuzluq olarq qalır. 
Racput dövründə orijinal müalicə  məktəbi sayılan Ayurevada (uzunömürlülük haqqında elm) metodu 
yaradıldı ki, burada əsas yer xəstəliyin profilaktikasına, gigiyena və  pəhrizə verilir. Hindli tibb xadimləri 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
240
xüsusilə təmiz hava və su proseduralarına üstünlük verirdilər. Hind təbabətində cərrahlıq sahəsi də yaxşı tədqiq 
edilmişdu.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
241
Ədəbiyyat.. Racput dövründə Hindistanın bir çox rayonlarında ədəbiyyat yerli dillər əsasında inkişaf edir. 
«Mahabharata» və «Ramayana»nın sanskrit dilində  tərcüməsi yerli dillərin ifadəliyinin və yetkinliyinin 
inkişafına güclü təkan oldu. Beləliklə, benqal, tamil, maratha, qucarat ədəbiyyatları formalaşdı. Yerli dillər 
əsasında orijinal ədəbi nümunələr yaranmağa başladı. Handistanın cənubunda tamil diliində  ədəbiyyat inkişaf 
etməyə başladı. Şimali Hindistanda hind dilində qəhrəmanlıq poemasının yeni janrı meydana çıxdı. Bu poema 
Canda Bardainin (1126-1196) «Pritxvirac haqqında ballada» idi. Bu poemada qəhrəman Pritxviracın monqol 
qəsbkarları ilə mübarizəsi təsvir olunur. 
 
Orta  əsrlərdə Hind ədəbiyyatında sanskrit dilində poeziya xüsusi yer tutur. Bu istiqamət üzrə parlaq 
nümunə Sandxyakaro Nandinin (1077-1119) yazdığı «Ramaçarita» adlı poemadır. Bu şair benqal hakimi 
Ramapalının sarayında yaşayıb yaratmışdı. Əsərin hər bir sətri iki məna kəsb edir: biri epik qəhrəman Rama, 
ikincisi isə şah Ramapalaya aid idi.  
Həmin dövrdə böyük populyarlıq qazanan benqallı Cayadeva (XII əsrin II yarısı) adlı  şairin 
«Çobanın mahnıları» adlı poeması Krişnanın Radxaya olan məhəbbətinə həsr olunub.  
Orta  əsrlər hind ədəbiyyatında povest janrı  əhəmiyyətli yer tutur. Bu janr vahid sujet xəttinə malik 
hekayələri özündə  cəmləşdirir. Onlar vahid sərlövhə daşıyaraq təmsil, tapmaca, tarixi hadisələri  əks edən 
məcmuələri  əhatə edir. Bunlardan ən çox məşhuru «Xitopadeşa» («Xeyirli nəsihət», IX-X əsr), «Katxasarit-
saqara» və s. hesab edilir. 
İncəsənət.  İnduizm allahları  şərəfləndirmək tələbatından irəli gələn nəhəng ehram komplekslərinin 
tikintisinə güclü təsir göstərdi. IX əsrə qədər ya mağara, ya da monolit qayalardan məbədlər tikilirdi. Mağara 
memarlığında Bombey yaxınlığında VII əsrdən XIII əsrə qədər tikilən Elefant adasındakı məbəd komplekslərini 
nümunə göstərmək olar. İki və üç mərtəbəli zallar 40 metr dərinliyində bir-birinin üzərində yerləşərək 
qorelyeflərlə bəzədilirdi. 
Monolitli qaya məbəd tipinə  Mədrəsə  şəhərindəki Mahabalipurama (VII əsr) ansamblı  və Acantdan 
uzaqda olmayan Ellorada Kaylasanatha (725-755) məbədlərini misal göstərmək olar. Mahabalipurama məbəd 
konpleksi iri qaya parçalarından tikilmişdir. 
Digər qaya məbədi olan Kaylasanatha öz səciyyəvi xüsusiyyətinə görə yeganədir. Bu əzəmətli tikinti 
Kaylası dağının hakimi olan Şivaya həsr edilmişdir. Üç hissəli monument məbəd özündə zallar, qalereya, portik, 
pilon, relyefli kompozisiya və heykəlləri birləşdirir. Bu tikintinin əsas qorelyefli kompozisiyası Kaylasa dağının 
yüksəkliyində yerləşdirilmiş Şiva və Parvatinin obrazlarıdır. 
Ümumiyyətlə, IX-XII əsrlərin memarlıq tikintilərinin səciyyəvi xüsusiyyəti rəngarəng memarqıq 
bəzəklərinin bolluğu idi.  
Racput dövrünün digər  əzəmətli memarlıq tikililəri Mərkəzi Hindistanda Khaçuraxo (954-1050), 
Konaraka (1234-1264), Orissa ştatındakı Bhubaneşvara məbədləri idi. Cənubi Hindistanın orta əsrlər 
memırlığının zirvəsini «Böyük məbəd» təşkil edirdi. Şivanın əzəmətliliyi ideyasını memarlar 63 metrlik ölçüdə 
olan qüllə ilə təcəssüm etdirmişlər. 
Təsviri sənətdə heykəltəraşlığın irəli çəkilməsi budda monastırlarında freskalara, yazılara son qoyulması 
ilə nəticələnir. «Rəqs edən Şiva» heykəli klassik təsviri sənət əsərlərindən hesab edilə bilər. 
Dehli sultanlığı dövrü. Hindistanın  Şimalında XII əsrdə böyük müsəlman dövləti olan Dehli sultanlığı 
bərqərar olmuşdu. Dövlət dini İslam dininin sünnülük istiqaməti, rəsmi dil fars dili idi. Bu dövlət, demək olar ki
1526- ci ilədək hökm sürərək Baburun işğalına məruz qaldı  və tarixdən silindi. Hindistanda müsəlman 
hakimiyyəti dövründə digər müsəlman dövlətləri də mövcud idi. 
Din. Dehli sultanlığında  İslam dininin zorla qəbul etdirilməsi mədəni həyatın da müsəlman dünyasına 
müvafiq təşkili ilə  nəticələnir. Hindlilərin müsəlmanlarla amansız mübarizəsinə baxmayaraq birgə yaşayış 
onların ideya və  ənənələrinin, həyat tərzinin ümumiliyinə  səbəb olur. Məhz bu dövrdə hindu və sufizm 
cərəyanlarının təşəkkülünə geniş imkan yaranır. Bu dövrün populyarlıq qazanmış  şeyxi Fərid uddin Hacı – 
Şəkər sayılır. O özünün humanistliyi ilə məşhur idi. Aşağıdakı kəlam da ona məxsusdır: «İynə bıçaqdan daha 
yaxşıdır; iynə tikir, bıçaq isə  kəsir». O həm də sinkxlərin müqəddəs kitabı olan «Adi Qrantx» himnlərinin 
müəllifidir. 
Hindistanın milli dinlərindən sayılan sinkxizm («şişya» sözündən olub, şagird deməkdir) XV əsrdə iki 
dini ənənənin - induist və müsəlmanların birgə yaşadıqları dövrdə təşəkkül tapdı. Bu dinin banisi Nanak (1469-
1539) hesab edilir. O, Pəncab  ştatının Laxore şəhərindən khatri kastasına mənsubdur. Nanak kasta qeyri- 
bərabərliyinə qarşı çıxış edərək öz həmsələflərini onunla həmrəy olmağa çağırırdı. 
Ədəbiyyat. Hindistanda XIII-XVI əsrlərdə  ədəbiyyatda olan irəliləyiş Dehli sultanlığının dövlət dili 
sayılan farsa keçməsi ilə izah edilir. Bu dil Şimali Hindistanda hind qrammatikası ilə, fars- ərəb leksikası ilə 
zəngin olan urdu dilinin təşəkkülünə imkan yaratdı. Bu dövrün nəhəng şairi həm fars, həm də urdu dilində yazan 
Əmir Xosrov Dəhləvi (1253-1325) sayılır ki, onun da ən məşhur əsəri «Xəmsə»dir. 
Müsəlman hökmranlığına qədər Hindistanda salnamə  əsərlər yaranmamışdı.  İlk ensiklopedik əsər olan 
«Hindistan» xorezmli Reyhan Biruni tərəfindən (973-1048) yazılaraq ölkənin tarixi haqqında məlumatları əhatə 
edir. Birinci əsl salnamə iranlı Minhaci uddin Jucdaniyə (1193) aiddir. O, monqol qəsbkarlarının zülmündən 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
242
qaçaraq Dehli sultanlığının şərəfinə «Təbəqəti-Nəsiri» xronikasını yazır. Sultan Firuz Tuqalakın şərəfinə isə fars 
dilində «Tarixi Firuzşah» əsəri yazılıb. 
Urdu dilinnin şer quruluşu və təsviri vasitələrlə yazılmış əsərlər fars ədəbiyyatının ənənələrinə aid idi. Bu 
ədəbiyyatın xüsusiyyəti onunla izah edilir ki, o, Dehli danışıq dialekti əsasında inkişaf edib. Bu dil dakhani 
(«Dekan», «cənub» deməkdir) adını qazandı. Bu dilin ənənələri XVI əsrdə yaranıb. 
XV  əsrdə teluq poeziyasının görkəmli nümayəndəsi Şrinathaya (1380-1465) və Bammer Potana (1405-
1480) hesab edilir. Şrinathaya həyat gözəllikləri və sevinclərinin tərənnümü ilə bağlı «Nişadsanın məhəbbəti 
haqqında povest», «Məhəbbətin tərənnümü»  əsərlərində, vətənpərvərlik mövzusunda olan «Polnadu 
qəhrəmanları haqqında» poemasını yazmışdı. Bammer Latanananın başlıca əsəri «Allah haqqında ali söz» adlı 
əsərdir ki, bu da qədim poema olan «Ramayana»ya bərabərdir. 
İncəsənət. İslamın Hindistana daxil olması milli memarlıq və təsviri sənətdə yeni tip binaların – məscid, 
minarə, mavzoley və  mədrəsələrin tikintisinə  səbəb olmuşdur.  İslamda canlı varlıqların təsvirinə olan qadağa 
hind heykəltəraşlıq və rəngkarlığına böyük zərbə vurdu. Bir çox ehramlar əldən getdi, yeniləri ilə əvəz edilmədi. 
Yalnız XV əsrin ortalarında Lodi sülaləsi müsəlman memarlığına bəzi hind elementlərini tətbiq etdi. 
Müsəlman memarlığının Dehlidə 1230- cu ildə inşası bitirilmiş ən əzəmətli nümunəsi Qütb minarəsidir. 
Bu minarə özünün əzəmətli qülləsi, ərəb toxunuşu ilə göz oxşayır. Bu minarə ilə yanaşı Qulyamilər sülaləsinə 
mənsub olan İltutmışa (1210-1246) həsr edilmiş mavzoley də bu dövrün görkəmli memarlıq abidəsidir. 
Hindistanda islam dövrünün tipik abidələr növündən biri də mavzoley-qəbirlərdir. Bu abidələri hovuzlar 
əhatə edir. Belələrinin içərisində imperator şah Cahanın və onun sevimli arvadı Mumtaz Mahalın  şərəfinə 
tikilmiş mavzoleydir. O, 1640-cı ildə ağ mərmərdən Camna çayı sahilində tikilmişdir. Abidə öz proporsionallığı 
ilə hər kəsi heyran qoyur. Abidənin digər memarlıq üstünlükləri onun memarlıq həlli, dekor-bəzək zənginliyi, 
qiymətli və yarıqiymətli daş-qaşlarla bəzədilməsi və s. ilə izah olunur. Qiymətli daş-qaşlar 1857-ci ildəki Aqra 
hücumu zamanı ingilislər tərəfindən oğurlanmışdır. 
Digər qəbir abidələri arasında Dehlidən imperator Xumayunun, Sikandrda Əkbərin  şərəfinə tikilmiş 
sərdabələr məşhurdur. 
Bu və digər abidələr qədim budda və induist məbədləri ilə yanaşı hind xalqının qürurudur. 
Hind mədəniyyətinin inkişaf tarixində ən parlaq səhifələrdən birini rəngkarlıq tutur. Müsəlman və qədim 
hind kitab illüstrasiya ənənələri bir-birinə culğalanır. Bu miniatürlərə baxarkən burada qadın fiqurlarının 
hərəkətdə olduğunu görmək mümkündür. Burada tez-tez rast gəlinən incə detallardan biri də – təsvir olunmuş 
personajların gözlərinin öz çərçivəsindən çıxmasıdır ki, bu da qeyri-adi kolorit yaradır. Miniatürlərdə landşaft 
və memarlıq elementləri çox yaxşı seçilmişdir. Ən çox illüstrasiyalar xalqın sevimli allahı Krişnaya və Vişnaya 
həsr olunub. Hind incəsənətinin özünəməxsusluğu dini və bədii təfəkkürün vəhdətindədir. 
Orta əsrlər Hindistanda ədəbi mühit solğunluğu ilə xarakterizə edilir. Müsəlmanların qəsbi yeni ədəbiyyat 
və dillərin (türk, fars) inkişafına səbəb olur ki, bu da ədəbiyyatda yeni janrların, xüsusilə, farsdilli qəzəl, qəsidə, 
mərsiyə və rübailərin təşəkkülünə imkan yaradır. 
Moqol imperiyası dövru. Moqol imperiyası Hindistanda 200 il ömür sürərək (XVI- XVIII əsr) Hindistan 
yarımadasının böyük bir hissəsinə aiddir. Bu imperiyanın əsası hökmdar Timurid Babur (1483-1530) tərəfindən 
qoyulmuşdur. 
Hökmdar Akbayın (1556-1605) dövründə isə Moqolların hakimiyyəti Hindistanda qəti təsdiqləndi. 
Dövlətin mərkəzi Cəmnə çayı yaxınlığındakı Aqru şəhərinə köçürüldü. Akbarın hakimiyyəti dövründə 
Hindistan çiçəklənmə dövrünü yaşadı. 
Moqol imperiyası dövrü özünün səciyyəvi xüsusiyyətləri ilə əvvəlki tarixi mərhələlərdən fərqlənirdi; belə 
ki, bu dövrdə dini zəmin əsasında başlanan mübahisələr geniş xalq kütlələri hərəkatlarının formalaşmasına əsas 
səbəb oldu. Məsələn, XV əsrdə Qucaratın müsəlman mühitinin ticarət- sənət dairələrində  mədhçilərin hərəkatı 
təşəkkül tapdı. Bu hərəkatın banisi alim Mir Səid Məhəmməd (1443-1505) özünü mədhçi (məsiha) adlandıraraq 
islamın demokratik prinsiplərənə qayıtmağı  təbliğ edir və müsəlmanların bərabərliyi və hüquqlarının bərpası 
uğrunda mübarizəyə çağırışlar edirdi. Bu mübarizə çağırışlarının digərlərindən fərqi ondan ibarət idi ki, bu yalnız 
müsəlmanlara ünvanlanırdı. 
Mədhçilərin hərəkatına sufiçi şeyx Mübarək də qoşuldu. Onun oğlu  Əbü-l Fəzl (XVI əsr) sonralar 
görkəmli yazıçı kimi tanınaraq moqol hökmdarı Əkbərın həm dostu, həm də məsləhətçisi oldu. Məhz onun təsiri 
ilə hökmdar induslar, caynlar, farslar, xristian və digərlərinin dini əqidə  və inamları ilə tanış olmuş  və  hətta 
bunların bəzi adət və ənənələrini sarayda tətbiq etmişdi. 
Əkbər hakimiyyətindən sonra hökmranlıq edən Auranqzeb (1618-1707) dövlətin dini siyasətində 
ortodoksal mövqe tutaraq islamın sünnü təriqətinə xüsusi yer verir, induis və digər müsəlmanların təqibini 
həyata keçirirdi. Məsələn, o, 1665-1669-cu illərdə induis ehramları və məbədlərinin dağıdılmasını əmr edərək 
onların yerinə daşlardan məscidlərin tikilməsini tələb etdi. Əlbəttə, bütün bunlar ölkə daxilində ciddi 
narazılıqlara səbəb olaraq kütlələrin hərəkatlarının güclənməsinə təsir göstərdi. 
Moqolların hakimiyyəti dövründə imperiyanın  şimal-qərb sərhəddi olan Pəncabda sikxlər adlı güclü və 
təsiredici bir təşkilat da fəaliyyət göstərir. XVI əsrin II yarısında Əkbərın özü də təşkilata himayədarlıq edərək 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
243
icmalara torpaq almağı və dini mərkəz yaratmağı da tövsiyə etmişdir. 1577- ci ildə sikxlərin mərkəzi Amritsar 
şəhərinin təməli belə qoyuldu. Şəhərin adı yaxınlıqdakı gölün adından götürülmüş  və burada daş ibadət evi- 
Qızıl məbəd də tikilmişdi. Gölün qərb hissəsində isə, 1606- ci ildən etibarən digər müqəddəs yer – Akal Taxt 
(Ölməzlik tacı) da inşa edildi. Bu yer, həm də kübar cəmiyyətin dünyəvi və sülh tədbirlərinin həll edilməsi kimi 
tanınır və bütün rəsmi sənədlər qorunurdu. 
Moqol inperiyası dövrünün mədəni həyatının inkişaf edən sahələrindən birini də ədəbiyyat təşkil edirdi. 
Ədəbi yaradıcılıqda Zahirəddin Məhəmməd Baburun «Babur-namə» adlı  əsəri mühüm yer tutur. 
«Baburnamə»də Orta Asiya, Əfqanıstan və Hindistan xalqlarının tarixi əks olunur. Həmin kitabda Şimalı 
Hindistanın 1525-1530- cu illərdəki içtimai-siyasi hadisələri, coğrafi xüsusiyyətləri, xalqın adət- ənənələri bədii 
dillə ifadə olunur. Əbül Fəzlin «Əkbərnamə» və  «Əkbərin ayinləri» adlı kitabları isə Hindistanın fəlsəfi 
sistemlərinə, indusların  əxlaqına, adət-  ənənələrinə, mifologiyasına həsr edilmişdi. Bu əsərin mühüm fəsil-
lərindən biri indusların müqqədəs yerləri, məkanları və abidələrinə həsr edilmişdir. 
Lakin Auranqzeb hakimiyyəti dövründə salnaməçilik ənənələri xeyli zəiflədi. Moqol imperiyası dövründə 
dövlət dili fars dili (tacik-fars), dekan dövlətlərində isə - şimali hind dili olan urdu dili idi. 
Əkbər hakimiyyəti dövrünün farsdilli şairlərindən ən görkəmlisi Fayzi (XVI əsrin II yarısı) hesab edilir. 
O, məşhur «Nal və Daman» poemasının müəllifidir.  Əsərin sujeti məşhur hind eposu əsasında qələmə 
alınmışdır. Digər farsdilli ədib Mirzə Əbülqadir Bedil (1644-1720) hesab edilir. O hələ gənc yaşlarında dərviş, 
təbib, asket olmuş, daha sonralar isə yiyələndiyi biliklər, dünyagörüşü əsasında əsərlər yaratmışdır ki, bunlardan 
ən məşhuru «İrfan» («Kəşf») poeması idi. Urdu dilində dekan ədəbi məktəbinin mərkəzləri Bicanur və 
Qolkondada yerləşirdi. Bicanur sarayının görkəmli nümayəndəsi Məhəmməd Nüsrəti (?-1684) hesab olunurdu. 
O, üç möhtəşəm klassik poemanın müəllifidir. Bunlar aşağıdakılardı: «Məhəbbət gülüstanı», «Əlinamə», 
«İsgəndərin hökmranlığı tarixi». 
Hayderabad  şəhərinin  əsasını qoyan Qolkonda sultanı  Məhəmməd Qulu Qütb - şah (hökmranlıq iləri: 
1560- 1611) tanınmış dövlət xadimi, alim və  şair idi. Urdu ədəbiyyatına «Külliyyat» adlı 50 sətirdən ibarət 
şerləri daxil olmuşdur. O öz lirik qəzəlləri ilə şöhrət qazanmışdı. 
Qütbşahın saray şairi olan Molla vəcəhi (?-1660) hökmdarın sifarişi ilə urdu dilində «Qütb və müştəri» 
adlı  əsərini yazmışdı. Bu həm də urdu dilində  qələmə alınmış  məsnəvidir.  Ənənəvi qaydalara müvafiq 
məsnəvidə nağılvari məzmun başlıca yer tutur. 
Vəcəhi tərəfindən 1634-cü ildə yazılmış «Sabras» («Ürəyi riqqətə  gətirən») urdu dilində ilk alleqorik 
povestdir. Bu əsərdə Ehtiras, Zəka, Gözəllik, Ürək, Baxış kimi alleqorik qəhrəmanların obrazları yaradılır, sufi 
cərəyanının fəlsəfi konsepsiyaları ifadə olunur.  
Moqolların imperiyası dövründə yeni yaranan dillərdə  də (hindu, benqal, pəncab, marathi, teluq və s.) 
ədəbi əsərlər yaradılırdı. Bu dövrdə hind dilində yazan görkəmli şair Tulsi Das (1532-1624) sayılırdı. Filoloqlar 
onun  ədəbiyyata 12- 20 sayda ədəbi  əsərlər bəxş etdiyini iddia edirlər. Onun məşhur  əsəri «Ramaçarita - 
Manasa» («Ramanın müqəddəs gölü») poeması hesab edilir. Bu əsər xalq arasında məşhur olduğundan İndus 
bayramlarında həvəslə ifa edilərək oxunurdu. 
XVII əsrdə hind mədəniyyətində, hindi dilində riti poeziyasının yaranması yeni bir hadisəyə səbəb oldu. 
Bu poeziya sanskrit poetikasına müvafiq olaraq mürəkkəb üslublu və ornamentli bir poeziya idi. Bu üslubun 
nümayəndələri, əsasən məhəbbət lirikasını yaradırdı. Bu nümayəndələrdən ən məşhuru Biharilal Çaube (1603-
1665) hesab edilirdi. 
Benqal  ədəbiyyatının çiçəklənməsi isə Mukan-dorama Cakrobortinin (XVI) adı ilə bağlıdır. O, «Çondi 
təşəkkürü haqqında mahnı» poemasının müəllifidir. Əsər Əkbərın benqaliyanı fəth etməsinə həsr olunmuşdur. 
Bu əsər Benqaliyanın həyatına aid rəngarəng hekayələrdən ibarət bir poemadır. 
Benqal ədəbiyyatının digər möhtəşəm əsəri Krişnodasu Kobiradcinin (1517-1615) «Çayptane əməllərinin 
nektarı» hesab edilir. Bu əsərdə Benqaliyanın həyat şəraiti təsvir olunur və o öz bədii dəyərlərinə görə Benqal 
ədəbiyyatında eyniyyəti olmayan sənət əsəridir. 
Hindistanın digər vilayəti olan Maharaştrada rəsmi din bhakt, rəsmi ədəbiyyat isə brakt ədəbiyyatı hesab 
edilirdi. Maratha ədəbiyyatını digərlərindən fərqləndirən dini ideyaların siyasətlə bağlılığıdır. Marath 
ədəbiyyatının mühüm nümunələrindən biri Mukteşavaranın (1608-1660) «Mahabharat» adlı əsəridir. 
XVII əsrdə Maharaştrda milli - vətənpərvərlik ruhunda yaradan iki görkəmli şair Tukarat (1608-1649) və 
Ramdas (1608-1681) öz əsərləri ilə hind ədəbiyyatına zənginlik gətirmişlər. Hər iki şair gənc yaşlarından rahib 
idi. Ramdas özünün «Dasbods» adlı məşhur kitabında həyatı və onun ülviliyini tərənnüm edir.  
Moqolların imperiyası dövründə incəsənət də özünün çiçəklənmə mərhələsinə qədəm qoydu. Bu dövrün 
memarlığı varlı mesenatların bu sahəyə olan diqqəti ilə izah olunurdu. Qüdrətli Moqol inperiyası möhtəşəm 
tikililərin inşasına zəmin yaratdı. Xüsusilə bir sıra qala və qəsrlərin, şəhər iqamətgahlarının tikintisinə başlıca 
yer verildi. Tikililərin müsəlman motivləri hind ənənələri ilə  ələqələndirilməyə başladı. Allahabadda Aqra – 
fort, Amritsara mərkəzi, şeyx Səlim Çiştun ağ mərmərli sərdabəsi olan Fathpur– Sikrinin tikintisi əhəmiyyətli 
yer tutdu. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
244
Sultan Şah – Cahanın (1592-1666) hakimiyyəti dövründə inşaat tikililəri özünün çiçəklənmə mərhələsini 
yaşamışdır. Bu tikililərin, xüsusilə, Aqra və Dehlidəki inşaatın  əsas dekorativ materialını  ağ  rəngli mərmər, 
Tibetdən gətirilən füruzə, Bağdaddan gətirilən  əqiq,  Şri-Lanka adasından gətirilən lyanis-lazurit, Misirdən 
gətirrilən xrizolit və Badahşandan gətirilən rubin kimi daşlar təşkil edilirdi.  
Şah – Cahan dövründə Aqra memarlığının incisi Tac-Mahal mavzoleyi idi. Bu memarlıq abidəsini Şah- 
Cahan sevimli arvadı, fars qızının şərəfinə tikdirmişdir. Tikilinin hündürlüyünün 74 metr olmasına baxmayaraq, 
mavzoley çox yüngül görünərək  ətraf təbiətlə qeyri- adi ahəng təşkil edir. Məqbərənin hər iki tərəfində eyni 
tikili yerləşir ki, bunalardan biri məscid, digəri isə camaatxanadır (qonaq evi). 
Moqol inperiyasının sonuncu hökmdarı qüdrətli Auranqzeb Dehlidə Moti – məscid (Mirvari məscid) 
qiymətli daş- qaş  və materiallardan inşa edilmişdir. Materialların dükənməsi bu tikilinin bir qədər sadə inşa 
edilməsinə səbəb oldu.  
Auranqabayda tikilmiş Rəbiyyə – Daurani mavzoleyi də formasına görə bir qədər Tac –Mahala bənzəyir, 
bu tikilinin insan boyu səviyyəsindəki fasadı ağ mərmərlə bəzədilmişdir. 
Hind miniatürlərının Moqol məktəbi hələ Əkbər hakimiyyəti dövründə (XVI əsr) sarayda yaradılmışdır. 
Təbriz və Şiraz ustalarının yaradıcılığı əsasında yaradılan bu məktəb ilk vaxtlar İranın təsiri altında idi. Sonralar 
isə Moqol miniatürlərındə özünəməxsus rəngarənglik, kompozisiya dinamikası, memarlıq və etnik incəliklərin 
dəqiqliyi, personajların fərdi xarakterləri özünü təzahür etdirdi. Bu sahədə ən populyar janrlar portret və tarixi – 
qəhrəmanlıq məzmunlu səhnələr hesab edilirdi. XVI-XVII əsrlərdə Racastxana, Pəncab, Dekanda rəngkarlığın 
yerli məktəbləri inkişaf etdirildi ki, bu da racput miniatürləri kimi tanınırdı. Qədim və orta əsrlər Hind 
rəngkarlığının ənənələrini qəbul edən bu miniatur məktəbi sujetləri Krişna ayinləri ilə əlaqələndirərək illüstrativ 
janrı inkişaf etdirmişdir. Qədim Hindistanın maddi-mənəvi və  bədii dəyərləri dünya sivilizasiyası  xəzinəsini 
zənginləşdirərək burada layiqli yerlərdən birini tutmuşdur. Qorunub saxlanılan mədəniyyət abidələri bu qədim 
ölkənin  ədəbiyyat və memarlığının, heykəltəraşlıq sənətinin,  şəhərsalma və sadə peşə  sənətlərinin yüksək 
səviyyədə olduğunu sübut edir.  
Hind astronomları  və riyaziyyatçılarının, kimyaçı  və  həkimlərinin dünya elminə  bəxş etdikləri kəşf və 
nailiyyətlər bəşəriyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, dünyada hesablama işlərindəki ilk 
onluq hesab sistemi, məhz bu mədəniyyətin sivilizasiyaya bəxş etdiyi kəşflərdir. Bunlardan əlavə, dünya 
ictimaiyyəti və elmi tərəfindən qəbul edilən kəmiyyət hesablama sisteminin, triqonometriya, cəbr, 
astoronomiya, tibb elmlərinin də əsası qoyulmuşdur. 
Qədim Hindistanda Ved, «Mahabharata» və «Ramayana» kimi görkəmli  ədəbi  əsərlərlə yanaşı, elmin 
müxtəlif sahələri üzrə traktatlar da yaradılmışdır. Mədəniyyətin təkamülü prosesində bu ölkədə – brahmanizm, 
caynizm, induizm və dünyanın  ən məşhur üç dinindən biri sayılan buddizm kimi dini cərəyanlar meydana 
gəlmişdir. Hazırda təkcə buddizm dininə 700 milyon adam itaət edir.  
Hindistan həm də yüksək bədii və memarlıq yaradıcılığı nümunələri ilə  qədim ölkələrdən biri hesab 
edilir: Buradakı kamil planlaşdırma texnikasına və yüksək sivilizasiya xüsusiyyətlərinə malik şəhər və yaşayaş 
məkanları, cazibədar ehramlar, görkəmli heykəl dirəklər möhtəşəm mədəniyyətdən xəbər verir.  
Həqiqətən də Hindistan qədim dünya mədəniyyətinin şöhrət qazanmış ölkələrindən biri hesab edilir.  
 
 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin