2.3.15. Koreya mədəniyyəti
Koreya mədəniyyətinin çiçəklənmə dövrü orta əsrlərə təsadüf edir. Məhz bu vaxt Koqurye (X-XIV əsr) və
Çoson (XIV-1910) hakimiyyəti dövründə mədəni dirçəliş özünü bariz şəkildə nümayiş etdirdi. Koreyada bədii
mədəniyyət dinin təsiri altında təzahür tapırdı. İlk çağlar ruhlara etiqad (şamanizm və ya musok), daha sonralar
konfutsiçilik və buddizmin mahayana hissəsi müstəsna rol oynadı. Silla hakimiyyəti dövründə buddizm, Çoson
dövlətində isə konfutsiçilik dövlət dini elan olunmuşdu. XVII əsrdə ölkəyə xristianlıq (xüsusilə, katoliklik) daxil
olur. Xristianlığın mövcudluğu möhkəm və gərgin mübarizənin nəticəsində reallaşırdı. Kanonlaşdırılmış katolik
qaydalarının sayına görə Koreya dünyada dördüncü yeri tuturdu. Bu dinlər bir-biri ilə rəqabətdə yaşayaraq
ədəbiyyat və incəsənətin inkişafına yüksək təsir göstərirlər.
Koreya ədəbiyyatında yazının ilkin nüsunəsi VIII əsrdə Silla hakimiyyəti dövrünə təsadüf edir. Çin
heroqlifləri ilə Koreya nitqinə ötürülən və idu adlanan yazı vasitəsi dövrümüzədək 25 şer gəlib çatmışdır ki,
bunlara da xyanqa deyilir.
Koryö sülaləsi dövründə ən populyar şer janrı Koryö kayö («Kayö nəğmələri») idi. Bu sülalənin sonrakı
hakimiyyəti illərində poeziyanın yeni janrı – siçjo mühüm yer tutur. Siçjo oxucuya konkret hiss və fikri
çatdırmağa nail olur. Xanqıl (XI əsr) əlifbasının tərtibindən sonra məhəbbət lirikasının bir neçə janr növləri də
yaranmağa başlayır.
Çossi hakimiyyətinin orta dövründə kasa adlı ana dilində peyzaj lirikası deyilən yeni janr geniş vüsət
almağa başladı. Ən zərif şer növü olan bu əsərlər də doğma təbiətin gözəlliklərindən ilham almaq başlıca yer
tuturdu.
XVII-XVIII əsrlərdə Koreya mədəniyyətində Sirxan hərəkatı («Real elmlər məktəbi») müəyyən durğun-
luqla müşayiət olundu: ədəbiyyatda qərbin, xüsusilə, xristianlığın təsiri başlıca yer tutdu. İnsanların bərabərliyi
ideyasının təbliğatına geniş yer verildi. Hamı – şairlər də, adi insanlar da Xanqıl əlifbasında şer yazmağa
üstünlük verdi.
Nəsrdə çin dilində tarixi əsərlərin yazılamsı başlıca yer tutdu. Belə əsərlərdən XII əsrin nümunələri olan
«Samquk saçi», (Kim Busika) – «Üç dövlətin tarixi qeydləri», XIII əsrdə Kim İrönin «Samquk yusa» - «Üç
dövlətin miras qalmış hadisələr» adlı tarixi əsərləri göstərmək olar.
Orta əsrlərdə Koreya bədii nəsrində Kim Sin-sına (1435-1493) adlı nasir «Qızıl Tısbağa dağında eşidilən
yeni hekayələr» adlı əsər ilə özünü göstərir. Dövrümüzə bu əsərin yalnız beş novelladan ibarət olan birinci
kitabı gəlib çatmışdır. Çin dilində yazılan bu əsərləri çin ədəbi nümunələrindən köklü fərqləndirən onların Ko-
reyada baş verən hadisələri əks etdirməsi, finalının isə, çin əsərlərindən fərqli olaraq xoşbəxt sonluqla deyil,
faciəvi şəkildə sona yetməsidir. İlk Koreya romanı XVII əsrlərdə Xo Keyünanın «Xon Done haqında povest»
sayılır. Əsərdə sosial bərabərsizlik problemi qabardılır.
Koreyada kitab çapının təşəkkülü də orta əsrlərə – VIII əsrə, daha doğrusu 751-ci ilə təsadüf edir: Budda
silsiləsi ksiloqrafik üslubda çap olunmuşdu. Bu, «Dharani – sutranın aydın işığı» adlanırdı. Səyyar matel şrifti
ilk dəfə bu ölkədə 1234-cü ildə tətbiq edilməyə başlandı.
Koryö hakimiyyəti dövründə buddizmin çiçəklənməsi təsviri sənətdə də öz əksini tapmışdır. Bu dövrün
rəssamları budda əlyazma kitablarına illüstrasiyalar, məbəd freskaları çəkmiş, müasirlərinin portretlərini
yaratmışlar. Həmçinin «Dörd hakim» olan – gavalı, səbləh çiçəyi, payız gülü və bambukun təsviri başlıca təsvir
obyektlərindən idi.
Çoson hakimiyyəti konfutsiçilik ilə müşayiət olunduğundan rəngkarlıqda kanonlar mühüm yer tutmağa
başlayır. Bunlardan uzaqlaşma yalnız XVIII əsrdə mümkün olur.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
257
Çon Son adlı rəssam doğma təbiəti vəsf edən əsərlərində ilk dəfə olaraq Koreya rəngkarlığına milli kolorit
gətirmişdir. «İnvan dağı yağışdan sonra», «Almazdağlar» və digər əsərlərdə dediklərimizin əyani şahidi olmaq
mümkündür.
XVIII əsrin II yarısında qərb sənəti ilə tanışlıq yeni janr rəngkarlığının yaranmasına təkan oldu. Yerli
rəssamlar cəmiyyətin sosial problemlərinə yüksək diqqət yetirərək, kübar mövzuda, həmçinin sadə koreyalılarının
həyatını əks etdirən rəsmlərin çiçəklənməsinə üstünlük verdilər. Kim Xondonun (1745-?), Sin Yunbokanın (1758-
?) rəsmlərində bunları görmək mümkündür. Aydın və parlaq olan bu rəsmlər heç bir kanon və şərtlərə əməl olun-
madan işləndiyinə görə çox real və ecazkardır. Bu xüsusiyyətlərinə görə, haqqında söhbət gedən rəsmlər istər Ko-
reya, istərsə də digər ölkə mütüxəssisləri tərəfindən yuksək dəyərləndirilir.
Buddizmin təsiri incəsənətin digər növlərində də özünü əks etdirirdi. Xüsusilə, «Üç dövlət» dövründə
heykəltəraşlıqda sıçrayış hiss olundu. Budda heykəllərinin müxtəlif formaları məbəd və paqodaları bəzədi. Bud-
da heykəltəraşlığının ən gözəl nümunələri Sokkuram məbədindədir (VIII əsr).
XIV əsrin sonunda, Çoson sülaləsinin hakimiyyəti dövründə heykəltəraşlıq sənəti tənəzzülə uğradı.
Dekorativ-tətbiqi sənət də orta əsrlərin müxtəlif çağlarında özünəxas inkişaf tendensiyasına malik
olmuşdur. Metalın işlənməsi, aşılanması, çini məhsulların, keramikanın hazırlanmasında irəliləyişlər əldə olu-
nur. Silla hakimiyyəti dövründə keramikada dekorativ elementlərin salınmasında məna çalarları başlıca yer tut-
mur, xüsusilə, ştamp metodu, daha geniş vüsət tapır.
XII-XIII əsrlərdə ölkədə dulusçuluq sənəti özünün inkişaf nöqtəsinə çatır. Sənətkarlar məhsullara mavi-
yaşıl şirələrdən müxtəlif çalarlar vurmağa üstünlük verirlər.
2.3.16. Vyetnam mədəniyyəti
Orta əsr Vyetnam fəlsəfəsində dhyana buddizmi cərəyanı üstünlük təşkil etmişdir. XI əsrin sonu – XII əsrin
əvvəlində bu cərəyanla konfusiçilik arasında başlınmış mübarizə XIV əsrin sonunda konfusiçiliyin qələbəsi ilə
qurtardı. Konfusiçiliyin Çin mütəfəkkiri Çji Si tərəfindən başqa şəklə salınmış forması XVI əsrədək Vyetnamda əsas
fəlsəfi cərəyan olmuşdur. Bununla əlaqədar buddizm ikinci plana keçmiş, lakin XVIII əsrdə hər iki fəlsəfə eyni
dərəcədə yayılmışdı. XIX əsrin əvvəllərində materialist dünyagörüşü ilə yanaşı, xristian fəlsəfəsi də müəyyən mövqe
tuturdu.
Vyetnam feodal tarixşünaslığı XIII əsrdə yaranmağa başlamışdır. Bu dövrün görkəmli nümayəndəsi Le
Van Xnı 1272-ci ildə «Dayvyet haqqında tarixi qeydlər» əsərini nəşr etdirmişdir. Tarixçilərdən Le Takın XIII-
XIV əsrlərdə «Annam haqqında qeydlər», Li Te Syuen, Fan Fu Tienin 1453-cü ildə qələmə aldığı «Dayvyetin
izahlı tarixi» əsərləri feodal Çinin konfutsiçi tarixşünaslığının təsiri ilə yazılmışdır. Vyetnam tarixşünaslığında
yeni cərəyanın yaranması Nqo Si Lienin 1479-cu ildə yazdığı «Dayvyetin müfəssəl tarixi» əsərinin meydana
çıxamsı ilə əlaqədardır. Bu dövrün səciyyəvi cəhəti Vyetnam feodal monarxiyası tərifindən vahid
mərkəzləşdirilmiş dövlətin bərqərar edilməsi meylindən ibarət idi.
Şifahi ədəbiyyat vyetnamlıların əfsanəvi ulu babası hökmdar Əjdaha Lak, bahadır Fu Donq, döyüşçü Çinq
bacıları haqqında əsatir və rəvayətlərlə təmsil olunur. Arxaik Çin dilinin vyetnamlaşdırılmış xanvan
variantındakı X-XIV əsrlərə aid erkən Vyetnam yazılı abidələrində natiqlik sənəti və Çin ədəbi ənənə formaları
üzvi surətdə birləşmişdir. Orta əsrlər Vyetnam ədəbiyyatı buddizm və konfutsiçiliyin təsiri altında inkişaf
etmişdir. XVI əsrdə yaşamış Nquyen Bin Khiyemin poeziyasında ictimai ədalətsizliyə etiraz mövzusu güclüdür.
Ədəbiyyatda lirik poeziya əsas yer tuturdu.
Müəlliflərin əksəriyyəti, nisbətən yaxınlarda baş vermiş Tayşen üsyanının təsiri altında olan, öz əvvəlki
sərvətlərini və müstəqilliyini itirmiş feodal-alimlər sinfinə mənsub olduqları üçün, onların şerləri əsas etibarı ilə
keçmişə, mistikaya aid idi. Onlar bütpərəstliyin dünyaya gətirəcəyi səadəti mədh edir, röya kimi yox olan
xəyallardan danışır, taleyin faniliyindən şikayətlənirdilər.
Məşhur şair Nquen Lunun şerlə yazmış olduğu «Kim Van kyeu» romanı o zamankı Vyetnam
ədəbiyyatının ən gözəl nümunəsidir. Dərin humanizm duyğuları ilə zəngin olan bu əsər feodal Vyetnamın ən
mühüm ictimai problemlərinə toxunurdu. Onun «Viran qəlbin iniltiləri» poeması klassik Vyetnam ədəbiyyatının
görkəmli abidəsidir. Bundan başqa, daha bir sıra görkəmli əsərlər yaradılmışdır. Bunların içərisində, müəllifləri
məlum olmayan «Bit Kaunun möcüzəli görüşü», «Ərik ağacının ikinci dəfə çiçək açması», «Fan Çan» əsərlərini
göstərmək olar.
Mişon və Donqzıonq şəhərlərində VII-X əsrlərə aid Budda və Brahma məbədlərinin xarabalığı qalmışdır.
XI əsrdən başlayaraq Mərkəzi Vyetnam incəsənətində tənəzzül başlayır. XI-XIII əsrlərdə Şimali Vyetnam
incəsənəti inkişaf edir. Bu dövrdə tikilmiş çoxyaruslu qalalar və məbəd ansamblları üçün uyğunluq, simmetrik
plan səciyyəvidir. Konfusiyə həsr edilmiş, 1070-ci ildə Xanoyda inşa edilmiş «Ədəbiyyat məbədi», Xanoy
yaxınlığında XIII əsr nümunəsi olan «Böyük Budda məbədi», tək sütun üzərində ağacdan tikilmiş Dyen-Bo
paqodası və s. bu qəbildəndir. XIX əsrin əvvəllərində tikilmiş saraylar zəngin oyma naxışları və lak bəzəkləri ilə
fərqlənir. XV əsrdə fil sümüyü və ağac üzərində oyma, metal və lak məmulatlar hazırlanamsı geniş yayılmışdı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
258
Ənənəvi teatr janrlarından teo və tuonq nəsildən-nəslə keçərək dövrümüzə qədər saxlanmışdır. Xalq mu-
siqisi və rəqsləri əsasında qurulan teo xalq teatrı tamaşalarında improvizasiyadan istifadə olunurdu. Tuonq XI-
XIII əsrlərdə yaranmışdır.
XVII əsrdən latın qrafikası əsasında yaradılmış əlifba yalnız XIX əsrin sonu – XX əsrin əvvəllərindən
milli yazının əsasını təşkil etmişdir. Monqol irqinə məxsus vyetnamlılar vyetnam dilində danışırlar.
2.3.17. Monqolustan mədəniyyəti
Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957
m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi
geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya
sisteminə daxildir.
Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı
Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit
dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə
isə, ölkənin cənub və şimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün
əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır.
Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV-III əsrlərdə xüsusi
mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır.
Aparılan tədqiqatlardan Monqolustanın qədim sənətkarlığından canlı sübutlar əldə edilir ki, bu da ölkənin
keçmiş mədəniyyəti haqqında təəssüratın formalaşmasına səbəb olur. Xüsusilə, paleolit mərhələsinin tapılmış
abidələri bu cəhətdən maraq doğurur.
Monqol ölkəsinin bu tarixi mərhələsinin ilk tədqiqatçısı olan N.K.Nelson 180 düşərgə, F.Berqman isə
Qobidə 327 abidə aşkar etməklə, ölkənin daş dövrünü əhatə edən mədəniyyət haqqında bilik toplamışlar. Aşkara
çıxarılmış düşərgələrdə insan cəsədlərinin nümunələri, heyvan skeletləri, silah, məişət, zinət əşyalarının nümunə
və hissələri Monqolustanın qədim mədəniyyətinin özünəxas səciyyə kəsb etdirdiyini sübuta yetirir. Belə
düşərgələrdən Ulan-Bator yaxınlığındakı Zaysan-tolço, Moyltın-am, Kobdo çayı ətrafındakı Bayan-nur və
onlarla başqalarını nümunə göstərmək olar.
Paleolit dövrünün insanları iqlim və coğrafi şəraitdən çox asılı olduqlarına görə, bu amillər onların
sənətkarlığında da güclü şəkildə hiss olunur. Tapılan düşərgələrin divar təsvirlərindəki rəsmlər yuxarı paleolitin
zəngin flora və faunasını sübuta yetirir. Təsvirlərdəki mamont, tülkü, kərgədan, mağara şiri, bizonlar, maral, at,
ceyran, balıq və quşlar o dövrün təbiəti haqqında dəyərli məlumatlar verir. Bu fauna təsvirləri Hoyt-Tsenheriyn-
aquydakı mağarada da əks olunmuşdur. Təsvirlər qırmızımtıl, sarı-qəhvəyi, tünd qəhvəyi rəng çalarında ifadə
olunmuşdu. Bu rəsmlərin öyrənilməsinə rus-monqol ekspedisiyasının 1966-cı ildəki tədqiqatları zamanı nail
olunmuşdur. Tədqiqatçıların başlıca məqsədi bu unikal abidəlrin tarixi və dünya incəsənət xəzinəsindəki yerini
müəyyənləşdirmək idi. Ekspedisiyanın rəhbəri A.P.Okladnikov və onun ardıcılları abidənin yuxarı paleolitə aid
olduğunu iddia etdilər. Haqqında söhbət gedən Hoyt-Tsenheriyn-aquy mağarası Ulan-Batorun qərbinə doğru
1200 km məsafədə yerləşir. Mağaranın adı yaxınlıqda axan çayın – Hoyt-Tsenher (şimal mavisi) adından
götürülmüşdür. Rəsmlər mağaraya girişdə aşkar olunur. Mağaranın arkasayağı girişi şimal-şərqə istiqamət
götürərək 6-7 m hündürlükdə yerləşir. O bir iri zaldan və ondan şaxələnmiş çox da dərin olmayan mağaralardan
ibarətdir. Divardakı oyuq və taxçalarda rəsmlər, hətta gündüz çətin hiss olunur. Taxçalardakı rəsm obrazları bir-
birindən müəyyən əlamətlərinə görə həm oxşar, həm də fərqlidirlər.
Birinci taxçadakı rəsmlər girişdən çox da uzaq olmayan sol tərəfdə yerləşir. Taxçanın dərinliyi və
hündürlüyü bir metrə bərabər olsa da, qeyri-bərabər ölçüdədir. Belə təəssürat oyanır ki, paleolit «rəssam»ı
tavandakı rəsmləri uzanmış vəziyyətdə çəkmişdir. Tavan rəsmləri qırmızı rəngli müxtəlif çalarları ilə işlənmişdi.
ceyran və qoyun təsvirləri bir qədər parlaq çalarda verilmişdir. Buradakı təsvirlər canlı fiqurların qovuşmasını,
xüsusilə buynuz, işarələrin, uzun xətlərin çarpazlaşmış şəkildə təzahürü spesifik məzmun kəsb edr. Bunların
içərisində «buynuz», «ox», «bumeranq», ilanabənzər fiqur təsvirləri daha çox üstünlük təşkil edir. Bütün
rəsmlər eni 5 və 14 mm həcmdə olan kontur xətlərlə həyata keçirilmişdir. Bəzi təsvirlər heyvanları əks etdirsələr
də, onları insan obrazının timsalı kimi də qəbul etmək olar. Məsələn, antilopların kişi obrazını ifadə eməsini üç
ayaq, buynuz, qulaqla verilməsi və hərəkətdə olması əlamətləri ilə dərk etmək mümkündür. Bu mağaradakı
təsvirləri xüsusiyyətlərinə görə dünyanın digər qədim abidələrindəki təsvirlərlə də müqayisə edərək eyni
cizgiləri müşahidə etmək mümkündür. Məsələn, fiqurlardakı hərəkət və ekspressləri Lez Eyzidəki Fon de Qomp
mağarasında rəngarəng öküzün rəsmində və ya qoyun təsvirlərini Fransanın Dordoni mağarasındakı maral
təsviri ilə müqayisə etmək olar.
Haqqında təhlil apardığımız Hoyt-Tsenheriy Aquy mağarasının ikinci taxçası birinci oyuğun yanında
yerləşir. O əvvəlkindən daha geniş olub, tavan və divarlarında rəsmlərinin çoxluğu ilə fərqlənir. Tavandakı
rəsmlər daha çoxdur. Rəmzi işarə və nöqtələrdən əlavə, qoyun, keçi, at, fil, mamontların təsviri xüsusi yer tutur.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
259
Buradakı bəzi heyvan təsvirləri (fil, mamont, dəvəquşu) Monqolustan təbiət və cəmiyyətinə yad olsa da, qədim
monqolların bunlar haqqında təsəvvürlərinin olmasını sübut edir.
Üçüncü taxçanın rəsmlərinə ikinci oyuqdan adlamaqla şahid olmaq mümkündür. Buradakı ən maraqlı rəsm
ikidonqarlı vəhşi dəvə təsviridir. Onun ətrafında aydın olmayan şaxələnmiş buynuzlar, qırıq-qırıq xətlər maraq
doğuran təsvirlərdəndir. Bu işarələr arasında küknar budaqları təsvirləri də üstünlük təşkil edir ki, dünyanın digər
mağaralarındakı bu eyni rəsmlər kişi timsalını verir. Bu təsvirlərdəki maraqlı detallardan biri dəvənin altında
dağları bildirən xətlərin çəkilməsidir ki, bu da Qərbi Avropa təsvirlərindən məlum olan landşaft mənasını təcəssüm
etdirir.
Dördüncü taxçadakı rəsmlər tacvari tavanda xaotik şəkildə yerləşdirilmişdi: rəsmlərin üst və aşağı
hissələri məlum deyil. Bu təsvirlərdə də nöqtə, ox, əyilmiş xətlər, üçbucaqlar, ay şəkilli fiqur və quşlar üsiünlük
təşkil edir. Bütün təsvirlər qırmızı və ya qəhvəyi rəngdədir. Buradakı rəsmlərin ölçüsü 34 x 35 sm-dən 60 x 65
sm-ə qədərdir.
Aparılan təhlillər göstərir ki, öz manera və texnikasına görə qədim monqol rəsmləri Ural və qərbi Avropa
təsvirlərindən fərqlənir. Buradakı təsvirlər daha çox canlıların – heyvanların rəsmləridir. Vəhşi heyvanlar
kompozisiyadankənar təsvir olunur. Kompozisiyanın bu cür tam sərbəstliyi qədim monqol təsviri sənətinin
fərqləndirici xüsusiyyətlərindəndir. Apardığımız qısa ekskursdan məlum olur ki, monqol mağara təsviri
sənətində yeni-yeni personajların üstünlük kəsb etməsi ən vacib əlamətlərdəndir: əvvəlcə fil, sonra dəvəquşu,
nəhayət, dəvə təsvirlərinin üstünlüyü dediklərimizə sübutdur.
Qərbi Monqolustan mağara təsvirlərini paleolit Avropası təsviri sənəti ilə doğmalaşdıran, yaxın edən digər
cəhət rəsmlərin daha çox görünən, hiss olunan məkanlarda deyil, məhz əlçatmaz yerlərdə – qaranlıq
qalereyalarda, quyularda və s. Yerləşdirilməsidir. Bəzi fərqlərə (insan fiqurlarının olmaması, divarlarda
relyeflərin zəif olması) baxmayaraq Hoyt-Tsenheriyn-aquy mağarası Monqolustan təsviri sənətinin Qərbi
Avropa ilə müqayisəsində hələ ki təkdir.
Monqolustan mağaraları və buradakı təsvirlər qədim monqol dünyagörüşündən, fəlsəfə və
mifologiyasından da dəyərli məlumatlar verir. Tədqiqatçı A. Lerua-Quranın fikrincə, paleolitin simvollar,
işarələr sistemi təsadüfi hadisə deyil, onlar qədim əcdadların dünya, həyat, təbiət haqqındakı təsviri düşüncələri,
təsəvvürlərinin əyani təzahürləridir. Dünyanın digər nöqtələrində olduğu kimi, qədim Monqolustanda da
miflərin, əsatirlərin təşəkkülü bu zəmindəndir. Miflərdə dünya, kainat haqqında ilkin təəssürat Hoyt-Tsenheriyn-
aquy mağara təsvirlərində öz təzahürünü tapmışdı. Məsələn: sirli aləm – quşların, yeraltı və sualtı dünya – ilan,
balıq timsalında təmsil olunur. Paleolit adamının mağara təsvirlərində quş və ilanlarla yanaşı, dırnaqlı
heyvanların da rəsmi həyat mübarizəsi – xeyir və şərin antaqonist münasibətlərini ifadə edirdi.
Qədim Monqolustan incəsənətindən söhbət açarkən mezolit abidələrinin də adlarını çəkmək lazımdır.
Xüsusilə Şərqi Monqolustanın Here-ull dağı ətrafındakı yaşayış məkanları mühüm əhəmiyyət kəsb edir. Burada
silahlar, texniki ləvazimatlar tapılmışdır.
Hoyt-Tsenheriyn-aquy mağarasından 1500 km kənarda yerləşən bir ərazidə Arşan-had adlı dağda
müqəddəs hesab edilən bir çox yerlər mövcuddur. Dağın bir çox qayalıqlarının səthi rəsmlərlə zəngindir. Bu
həndəsi fiqur və ləkələr, cızılmış və həkk edilmiş təsvirlər qədim monqolların sənətindən xəbər verir. Bir daşın
üzərində isə ərəb, tibet, çin və qədim monqol yazıları da açıq şəkildə hiss edilir. Belə bir təəssürat oyanır ki,
bura müqəddəs yer hesab edildiyindən «qurbankəsmə» kimi dini ayinlər həyata keçirilib. Bu rəsmlərin mezolitə
aid olduğu ehtimal edilir. Lövhələrdə heyvan və insan təsvirləri deyil, dairə, xaç, üçbucaq, nöqtəli çevrələr və s.
üstünlük təşkil edir. İşarələr elə həkk olunmuşdur ki, biri digərinə maneçilik törətmir. Qədim insanların bunları
xaotik şəkildə həyata keçirməklərində hansı məqsədə və ya qanunauyğunluqlara riayət etməsini ehtimal etmək
çətindir. Arşan-haradakı heroqliflərdə ən geniş yayılan təsvir «dırnaqlı heyvan» təsviridir ki, ona 55 dəfə rast
gəlinir. Bu təsvirlərə Tsaan-ayriqdəki Orta qobi qayalıqlarında da təsadüf olunur.
Neolit dövrü Monqolustanda insan cəmiyyətindəki inkişaf dəyişiklikləri ilə müşayiət olunurdu. Ovçuluqla
yanaşı yığıçılıq və əkinçilik bir çox rayonlarda insanların oturaq həyat tərzinə səbəb oldu. Sənətkarlıqla bağlı
əmək alətlərini, Yamat-nur gölü (Hovirq stansiyasının 10 km) ətrafındakı yaşayış məskənində məişət
ləvazimatları tapılmışdır.
Erkən neolitə cənubi Qobidəki komplekslərin bir çox abidələri sübutdur. İlk abidə Sulanqhere-obanın
şimalına 4 km yaxın yerdə yerləşir. Burada ilk emalatxananın izləri aşkar edilmişdir: bir çox məişət əşyaları
tapılmışdır. Əşyaların hazırlanma materialı əsasən müxtəlif rənglərdə – sarı, tünd qırmızı, qəhvəyi, ağ və mavi
yəşəm (yaşma) daşıdır. Abidələrin yaşı, təxminən b.e.ə. IV-III minilliyə aid edilir. Sənətkarlar get-gedə
təkmilləşərək məişətdə işlənən gil qablar hazırlığına bayşalırlar. Bu cür məskunlaşma yerləri və emalatxanalar,
demək olar ki, ölkənin hər yerində yayılmağa başlayır. Lakin bu zaman bir cəhəti xüsusi qeyd etmək lazımdır ki,
ölkə sakinlərinin yaşayış və fəaliyyətində yekcins həyat tərzi hökm sürmürdü: ölkənin bəzi rayonlarında
təsərrüfatçı-yığıcılar, digərlərində isə, ovçular yaşayır və bu fəaliyyət sahələri ilə məşğul olurdular.
Arxeoloqların apardıqları tədqiqatlara əsasən Monqolustanın qədim abidələrini aşağıdakı təsnifat üzrə
qruplaşdırmaq olar:
Qobi neolit kompleksləri;
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
260
Neolit düşərgələri;
Şərqi Monqolustan məskunlaşma yerləri;
Qərbi Monqolustan abidələri.
Adları qeyd olunan bu mənbələrin hər birində qədim monqol sənətinin incəliklərini bəyan edən məqamlar
mühüm əhəmiyyət kəsb edir. Mağara və qaya təsvirlərindəki heroqliflər təkcə incəsənət amili kimi deyil, həm
də qədim insanların ideologiyasının elementi kimi çıxış edirdi.
Monqolustan heroqlifləri, xüsusilə, çuluut işarələri bu ölkənin qədim sakinlərinin mifoloji təsəvvürlərinin
müəyyən edilməsinə kömək edir. Çuluut heroqlifləri fraqmentar və sxematik olsa da, qədim insanların dünya,
həyat mənbələri, ölüm və əbədilik, kainatda insanın yeri kimi təsəvvürləri ifadə edirdi.
Monqolustanın ən qədim dini ayinlərinə - anaya nəsilartıran varlıq kimi yanaşma aid idi. Qadın obrazı
divar kompozisiyalarında özünüməxsus yer tuturdu. Xüsusilə, qadını təcəssüm etdirən heyvan təsvirlərinin
qırmızı, kişinin qara rəngli ifadəsi rəmzi məna verirdi. Paleolitin heykəltəraşlıq təsvirlərində də qadın
əlamətlərinin qabardılması qadın heykəllərinə misal idi. Təsvirlərdə qadının «barvermə» başlanğıcı daha
üstünlük təşkil edir. Şimali Monqolustanın qayalıqlarında eneolit dövrünə aid qadın təsvirlərində bu incəliklərə
«qədim həkkak»lar diqqət yetirmişlər. Qadın-şaman obrazları da nəzərdən qaçılmazdır. Təsvirlərdəki quş
rəsmləri isə, əsasən insan ruhunun ifadəçisi kimi təzahür tapır. Dünyanın bir çox xalqlarının mifoloji təsəvvür-
lərində «insanın quşa çevrilməsi» kimi anlam qədim monqollara da doğma olduğundan, qəddar Ele ruhunun quş
görkəmində pislik, bədbəxtlik gətirməsi, digər şər ruh - Adanın göyə qalxaraq insanları qorxutması, xəstəlik
gətirməsi mövzuları etnoqrafik və folklor mənbələrində öz bədii əksini tapmışdı. Çox zaman isə quş xeyirxah
əməllər rəmzi kimi də çıxış edirdi.
Qədim Monqolustan dinlərində totem anlayışında maral obrazı müstəsnalıq təşkil edirdi. Maral obrazı
ilahiləşdirilərək şərəfinə xüsusi ayinlər həyata keçirilmişdi. Bu ayinin ən qədim izləri Monqolustanın bir çox
əsrlər boyu çuluut müqəddəs yerlərindəki təsvirlərdə müşahidə olunur. Sonrakı tarixi mərhələlərdə ana maralın
başındakı buynuz rəsmi ritual mahiyyət kəsb etməyə başlayır. Uzun illər maral buynuzundan rəqs maskaları,
şaman baş geyimləri elementləri də bu totemdən miras qalmış məqamlardır. Folklorda maral obrazının
populyarlığı bu günədək qalmaqdadır. Nqanasanlılarda hətta yer üzünün yaradıcısı məhz vəhşi dişi maral və dişi
sığın olması haqqında əfsanə də vardır. Çuluut rəsmlərində nqonun obrazı – vəhşi maralın timsalında təzahür
edir. Bu varlıq, həm ana, həm ata, «sahib» adını daşıyan hər bir kəs ola bilər. Kollektiv yaz mərasimlərində
nqasanların hər birinin evində maralı boğaraq «pay» şəklində əcdadlara – ana Yerə qurban verirdilər. «Pay»ın
verildiyi yer, çox güman ki, müqəddəs yer hesab olunurdu.
Şimali, Mərkəzi Asiyada olduğu kimi qədim Msiqo mifologiyasının mühüm personajlarından biri «böyük
vəhşi heyvan» olan sığındır. Amur nanaylarının miflərində «sığın» anlayışı kainatın yaradıcısı kimi təcəssüm
tapmışdır.
Monqolustanın şərqində neolit dövründən öküz dini ayini özünüməxsus yer tutmuşdur. Bir qədər sonralar
bu, Monqolustanda məskunlaşmış tayfaların əcdad toteminə çevrildi. Xanqay dağlarındakı heroqliflərdə səma
öküzləri və inəklərinin obrazları təsvir olunmuşdur. Çuluutda da eyni rəsmlərə rast gəlmək olur. Çuluutun
eneolit dövrünü əhatə edən təsvirlərində kosmik rəmzlər (günəş və ay), səma öküzü və inəklərinə də üstünlük
verilir. Təsvirlərin birində yuxarı – səma aləmi – öküz timsalında, orta – yer aləmi – qoyun, aşağı mərtəbədə isə
– yeraltı aləm ilanlar obrazında təsvir olunur. Bu rəsmlərdə ən maraqlı elementlər qadın antropomorf fiqurlardır.
Təsvirlərdə heyvanların hissələrə bölünməsi, yaxud dərisinin soyulması məqamları qədim Monqol tayfalarında
mövcud olan «qurban kəsmə» ayininə birbaşa sübutdur.
Monqolustan tunc dövründə heyvandarlığın, metallurgiyanın inkişafı ilə əlamətdardır. Buradakı mədəniyyət
karasuk (bu ad Karasuk çayının sahilləri ilə bağlıdır) mədəniyyətinə, incəsənət isə karasuk üslubuna mənsub idi.
Çoban tayfalarının ayrılması – əməyin bölgüsündəki ilk böyük ictimai hadisə idi. Bu, çoxsaylı sürülərin
təşəkkülünə, sərvətin çoxalması nəticəsində mülkiyyət müdafiəsi üçün hərbçinin rolunun artırılmasına başlıca
səbəb oldu.
Qeyd etdiyimiz kimi, Monqolustanda tunc dövrü Karasuk mədəniyyəti ilə bilavasitə bağlıdır. Bu
mədəniyyət Qobi Ordos ərazisindən cənuba - Krasnoyarskın şimalınadək böyük bir məkanı əhatə edirdi.
Göründüyü kimi, karasuk mədəniyyəti Mərkəzi Asiya və cənubi Sibirin qədim xalqlarını əhatə edir. Karasuk
mədəniyyəti b.e.ə.II minilliyin ortalarından Asiyanın mərkəzində skiflərdən öncə geniş vüsət tapmış bir
mədəniyyətdir. Lakin bu mədəniyyətin özündən əvvəlkilərdən fərqli xüsusiyyətləri, spesifik cəhətləri və
əlamətləri olmuşdur ki, bu da tunc dövrü mədəniyyətini müstəqil şəkildə qavramağa imkan verir. Xüsusilə, tünc
materialından məişət avadanlıqlarının hazırlanması sənətkarlıq aləmində mühüm əhəmiyyət kəsb edən
məsələlərdəndir. Tunc bıçaqlar, xəncərlər, orijinal zinət əşyaları bu qəbildən olan sənətkarlıq nümunələridir.
Qablar və dolçalar üzərindəki ornamentlər də bu mədəniyyətin elementlərindəndir.
Qədim Qərbi Monqolustanda maral daşları kimi tanınan sütunlar mədəniyyətin ən aparıcı sahələrindəndir.
Bu daşlarda maral təsvirləri üstünlük təşkil edərək, xüsusilə hündür dağlarda qorunaraq saxlanırdı. Bunlar
qranit, mərmər və ya bazaltdan monumental heykəltəraşlıq nümunələri olub, 2-5 metr hündürlükdə, üzəri
yonulma təsvirlərlə bəzədilmiş abidədir. Bu abidələrin üzərinin b.e.ə. II minilliyə gedib çıxması haqqında da
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
261
bəzi dəlillər mövcuddur ki, bu da Monqolustanın qərb və şimal-qərbinə aiddir. Ölkənin şərqində maral daşları
qəbir daşları kimi təcəssüm tapırsa, qərbdə onlar memarlıq kompleksi rolunu oynayır. Bu daşlar Monqolustan
peyzajının əsas tərkib hissələrindəndir. Bu abidələrin təsviri və ümumiyyətlə, digər səciyyəvi məqamları
haqqında uzun illər mübahisə və diskussiyalar getsə də, onlar haqda bəzi təsnifat və nəticələri də vermək olar.
Məsələn, bu daşlardakı təsvirlərə görə onları 3 tipdə təsnif etmək olar:
I tip – maralların budaqlanmış buynuzlarına və dimdikli üzlərinə görə təsviri;
II tip – maral, sığın və digər heyvanların «durmuş» halda təsviri. Buradan belə bir nəticə çıxarmaq olar ki,
get-gedə maral obrazı at təsvirinə oxşadılmağa başlayır.
III tip – sütunlarda heç bir heyvan təsvirinin olmaması. Burada başın mərkəz hissəsində silah və daşın hər
dörd tərəfinin sonluqlarında at başının təsviri.
Maral daşlarının özünəxas simvolika və semantikası mövcuddur. Bunların əsas rəmzi mənası əcdada –
marala (daha sonralar - ata), günəşə, totemə həsrolunmadır.
Abidənin bir çox elementləri, ötən dövrlərdən ən maraqlı və unikal cəhətləri özündə əks etdirmişdir. Əgər
abidələri təsvirlərə görə hissələrə bölsək, onda onun yuxarı təbəqəsinin bəzək hissəsi ilə səmaya doğru
istiqamətləndiyinin şahidi olarıq ki, bu da göy cisimlərinə, bir növ Allaha xitab rəmzi kimi təsəvvür oyadır.
Daşın mərkəzi hissəsi isə, maral və digər dırnaqlı heyvanların təsvirləri ilə örtülür ki, bu da Yer həyatının,
rəmzidir. Nəhayət, aşağı təbəqə, yeraltı dünyanı simvolizə edən döyüş silahlarını təzahür etdirir. Göründüyü
kimi, maral daşlarının hər üç təsvirinin vahid tərkibi «həyat» anlayışını, yəni doğulan gündən ölənə qədər –
bütöv bir müddəti çoxmənalı və obrazlı, rəmzi şəkildə təsvir edir. Daşın özü nəsillərə həyat verən əcdada abidə
rolunu oynayır.
Haqqında söhbət gedən ilk memarlıq mədəniyyəti Şimali və Qərbi Monqolustanı əhatə edən karasuk
tayfalarına aiddir.
Qədim Monqolustan mədəniyyətinin əsas abidələrindən birini də, xüsusilə, ölkənin şərqində mövcud olan
qəbirlər təşkil edir. Bu qəbirlərin əsas «mədəniyyət» obyekti olması qəbir daşları üzərindəki qədim insanların
həyatını əks etdirən təsvirlər, basdırılan cəsədin yanında məişət, hərbi ləvazimatların olması və s. faktlarıdır.
Məhz bu faktlar əsasında Monqolustanın qədim sənətinə aydınlıq gətirmək mümkündür. Ulanqom
qəbiristanlığında dediklərimizi sübut edən onlarla mənbəyə rast gəlmək olar. Bu mənbələrdə monqol
tayfalarının təsərrüfat, həyat tərzi, peşəkarlıq və sənətkarlığı haqqında da informasiya əldə etmək olur. Məsələn,
qəbirlərə əsasən bilmək olar ki, qədim tayfalar heyvandarlıqla, xüsusilə, maldarlıqla məşğul olmuşdur. At, öküz,
qoyun, keçi sümükləri qəbirlərdən tapılmış əsas dəlillərdir. Bu mənbələrə əsasən belə bir fərziyyəni
dəqiqləşdirmək olar ki, Mərkəzi Asiya, o cümlədən Monqolustanda köçəri maldarlıq daha çox üstünlük təşkil
etmişdir.
B.e.ə. I minilliyin ortalarında köçəri monqollar heyvanların 5 növündən – at, iri buynuzlu mal, keçi, dəvə
və qoçdan istifadə etmişdir. Ovçuluqda qədim insanlar kiçik heyvanlar və quşlara ətinə görə, iri heyvanlara isə,
ətlə yanaşı, dəri və xəzinə görə meyl edirdilər. Bu ov səhnələrinə Kobdo və Arxançay heroqliflərində rast
gəlmək olar. Eyni rəsmlərə Çuluut təsvirlərində də rast gəlmək mümkündür.
Qədim monqol mədəniyyətində, məişətində qadın, ailə məsələləri önəmli yer tutan amillərdəndir.
Aparılan unikal tədqiqat və axtarışlar, Ulanqom qəbiristanlığındakı qəbirlərdəki vəziyyət b.e.ə. I minilliyin
ortalarında Qərbi Monqolustan cəmiyyətinin strukturu haqqında zəngin və dəyərli informasiya verir. Məsələn, I
qəbirdə əldə olunanlara əsasən yetkin yaşlı qadının yanında 25-30 yaşlarında gənc oğlanın dəfni, yaşa görə onun
oğlu olması ehtimalını verir.
II qəbirdə uşağın yanında iki nəfər yaşlı kişinin basdırıldığı bilinir. cənazələrin düzülüş istiqaməti də
maraq doğurur: belə ki, bunlar ya sağ, ya da sol tərəfə doğru basdırılmışlar. Bütün bunlar sözsüz ki, qədim
monqolların dəfnetmə mərasiminin də xüsusi qaydalara malik olduğunu göstərir.
Qədim Monqolustan mifoloji dünyagörüşündə allah obrazlarında Ana Yer obrazı Etugen xeyir və şər
başlanğıclarını tərənnüm edən və onlara vücudverəndir. Səma isə başqa vücuda – insana ruh verir. Varlığı
yaradan Ana od məhsuldarlıq, uşaqların doğulması, illərin dəyişilməsi ilə əlaqədardır.
Qədim Monqolustan ayinlərini dərk etmək üçün od-ananın şərəfinə qurbanvermələrin keçirilmə prosesi
əhəmiyyət kəsb edir. Bu ayinin mənşəyinin daha qədimlərə gedib çatması ehtimalı da var. Alman professoru
V.Hayssiq qədim monqolların daş, qaya və dağlara olan mifik səcdəsinin kökünün daş dövrünə aid olması
fərziyyəsini irəli sürür. Ona görə də uzun əsrlər monqol xalqında məhz daşda əcdadların ruhu olduğu ideyası
qalmaqdadır.
Monqolustanın mədəniyyəti onun tarixi inkişafı ilə, hadisələrin ardıcıllığı ilə tam əlaqəli olduğuna görə,
bu sahədəki durum şəraitlə birbaşa eyni məzmun kəsb edirdi. E.ə. IV-III əsrlərdə artıq xüsusi mədəniyyət
yaranır, mübadilə başlanır, tayfa ittifaqları meydana çıxır. İbtidai icma quruluşu dağılmağa başlayır, feodalizm
münasibətləri formalaşır. Monqolustan ərazisində ilk tayfa ittifaqı – hunkuların ittifaqı yaranır. O, 300 il yaşa-
dıqdan sonra ardınca Syanbi, jujaney, Kidan dövlətləri, Türk, Uyqur xanlıqları formalaşır. Vahid Monqol
dövləti, yalnız XIII əsrə təsadüf edir. Bu dövlətə Temuçin başçılıq edir. 1206-cı ildə monqol xalqlarının
qurultayında Temuçin Çingizxan adı ilə «böyük xan» elan edildi. İstismar dairələrini genişləndirmək və digər
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
262
ölkələrin sərvətlərini talan etmək yolu ilə varlanmağa cəhd göstərən feodalların mənafeyi naminə yaradılan
hərbi-feodal dövləti tezliklə ilhaqçılıq və işğalçılıq müharibələrinə başladı.
Artıq orta əsrlərin başlanğıcında Monqolustanda şəhər tikintisi mədəniyyətin özünəməxsus inkişafında
çox mühüm bir hadisəyə çevrildi. Əslində bu sahədə işin təşəkkülü, hələ vahid dövlət quruluşu yaranmazdan
xeyli əvvəllərə təsadüf edir. Hələ VIII-IX əsrlərdə Uyğur xanlığı dövründə şəhər tikintisinə başlanılır. VIII əsrdə
Ordubalıq xanlığının paytaxtı tikilir, hazırda bu yer Orxon-Hara-Balqasun adlandırılır. Burada xan sarayı, hərbi
kazarmalar, ticarət köşkləri, sənətkar emalatxanaları yerləşmiş, Baybalıq şəhərini isə Ordubalıqdan bir qədər
kənarda tikməklə monqollar onu mədəni mərkəzə çevirdilər.
Kidan hakimiyyəti çağlarında mənbələrin verdiyi məlumatlara əsasən sənətkarlıq və kənd təsərrüfatı
inkişaf etməklə oturaq həyat tərzi başlıca yer tutmuş, bu isə şəhər və kəndlərin salınmağında ən başlıca
amillərdən biri olmuşdu. Bu, xüsusilə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan sübut olunur.
Vahid Monqol dövlətçiliyi epoxasında isə, sənətkarlıq istehsalı, şəhər tikintisi, ticarət geniş vüsət tapdı.
Qədim Monqol şəhər tikintisi və memarlığının ən gözəl nümunəsi Monqol dövlətinin paytaxtı Orxon
sahillərində yerləşən Qara-Qorum (Hara-Hori, Qara Qayalar şəhəri) idi. Monqol xanları bu şəhəri bütün kainatın
mərkəzi kimi görmək niyyətində olduğundan burada zəngin binalar tikdirmişlər: 9 budda, 1 xristian məbədi və 2
məscid şəhəri bəzəyirdi. Onun tikintisinə 1220-ci ildə hələ Çingizxanın dövründə başlanılmışdır. Şəhər özünün
çiçəklənmə çağını Uqedey xanları hakimiyyətində yaşamışdı. Qara-Qorumda rəngarəng memarlıq üslubları
təzahür olunurdu ki, bu da xarici ustaların, xüsusilə, qəsb edilmiş ölkələrdən sənətkarların cəlb olunmasını sübut
edir. Lakin milli ənənəvi üslublar da inşaat-tikinti işlərində özünü təcəssüm etdirirdi. Bu şəhərdə ilk dəfə
Avropa səfirləri sifətilə səyyahlar olmuş və təəssuratlarını yazılı şəkildə ifadə etmişlər. Fransız səfiri monax Qil
(Vilhelm) Rubruk 1251-ci ildə Qara-Qorumu səyahət edərkən öz qeydlərində yazmışdır: «Şəhər gil divarlarla
əhatələnmiş və dörd qapıya malikdir. Şərq qapısında buğda və taxıl satılır; qərb qapısında qoyun və keçi; cənub
qapısında öküz, peyin, şimalda isə at satılır».
Qazıntı işləri zamanı əldə edilən məlumatlardan biri də rəngarəng bəzəklərlə müxtəlif qablar istehsal edən
emalatxanaların olması haqqında faktlar idi.
Yuxarıda qeyd etdiyimiz kimi Qara-Qorumda müxtəlif dinlərə xas olan 12 sayda kilsənin olması faktı da
əldə olunmuşdu. Xüsusilə budda dininə həsr olunmuş bina öz füsunkarlığı ilə seçilir. Bina 1256-cı ildə tikilmiş
və 1311-1346-cı illərdə bərpa olunmuşdu. Daş lövhə üzərində «1346» rəqəminin yazılması kilsənin böyük
Uqedey xanının dövrünə təsadüf etdiyini sübut edir. Qeyd etmək lazımdır ki, buddizm əvvəlki çağlarda da
Monqol dövlətçiliyində xüsusi yer tutan dinlərdən olmuşdur. Şəhərin digər əzəmətli bəzəyi Uqedey adan xan
sarayı idi. O, 1235-ci ildə inşa edilmişdi. Rəşid-ad-Dinin yazdığına görə, Uqedey xanı Qara-Qorumda gözəl
bina tikmək əmrini verərək memarlardan bu sarayın çox əzəmətli olmasını tələb etmişdi. Saray əsasən böyük və
möhtəşəm sütunlardan ibarət oldu. Sarayı çox rəngli kirəmit dam örtüyü bəzəyirdi ki, bu da günəş şüaları altında
gözü qamaşdırırdı. Sarayın daxili divarları çin sənətkarları tərəfindən təsvirlərlə bəzədilmişdi. Döşəmənin altı
qızdırıcı sistemlə təchiz olunmuşdu. Sarayın mərkəzində tacqoyma məkanı tikilmişdi. Sarayın üç qapısı cənub
tərəfə doğru istiqamətləndirilmişdi. Qapıların əks hissəsində Munke Xanın əsir düşmüş fransız ustası Vilhelm
Buşyeyə sifariş verdiyi gümüş qapı yerləşdirilmişdi. Sarayın əlamətdar yerlərindən biri şir heykəllərinin
ağzından kumıs içkisinin, ilan heykəllərinin ağzından isə südlü arağın fəvvarə vurması idi.
Quyukların hakimiyyəti çağlarında xanın yataq dəstini, möhürünü hazırlayan rus sənətkarı Kosma
(Kuzma)da çalışırdı.
Çingiz xanın hakimiyyəti dövründə Monqolustan ərazisində şəhər-qalaların, qəsrlərin tikintisi çox böyük
vüsət aldı ki, burada da monqollarla yanaşı, xaricilər də yaşayırdılar. Alınan məlumatlara görə, Tyan-Çjanhay
(Çinçay) şəhər-qalasında Türküstandan 300 ticarətçi ailəsi, 300 çin toxucu ailəsi yaşayırdı. Bu şəhərin özü
böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada 10 min adam yaşayırdı. 1223-cü ildə Monqolustana
səyahət etmiş səyyah Çan Çunun verdiyi məlumata görə Çinçay tez bir zamanda böyüyərək aparıcı şəhərlərdən
birinə çevrildi və şəhərin kənarlarında torpaqla məşğulluq da üstünlük təşkil etməyə başladı. Yuan dövründə isə
bu şəhər Monqolustan ölkəsinin qərbində ən aparıcı əkinçilik mərkəzlərindən birinə çevrildi.
Şimali Çində öz hakimiyyətini möhkəmlətmək məqsədilə monqol feodalları öz idarəetmə mərkəzlərini
yaxşılaşdırmağı planlaşdıraraq 1255-ci ildə Munke-xan qardaşı Hubilaya Dolon-nora gölü ətrafında yeni şəhər
tikilməsi haqqında əmr verdi. Kaytin şəhəri belə yarandı. Bir çox monqollar bu şəhəri Şandu-Balçasun (Şandu)
adlandırdılar. Şəhərdə sənətkarlıq emalatxanaları, budda məbədləri, böyük bazarlar üstünlük təşkil etdi. Bura-
dakı saraylar isə, öz milli memarlıq üslubuna görə digərlərindən seçilirdi.
Hubilay-xan özünün dörd şəhər-qərargahını yaratmışdır: Xanbalqasun (Pekin), Şandu, Çahan-nore (Şandu
və Daydu arasında), Lantin (Erçul çayının başlancığı mənbəyində). Hyan dövründə Monqol imperiyasının Rara-
Roruma keçilməsi ilə əlaqədar şəhər əyalət şəhərinə çevrildi.
Şəhər tikintisi mədəniyyətində yaşayış evlərinin inşası da özünəməxsus yer tuturdu. Belə ki, monqolların
öz həyat tərzinə görə əsas yaşayış tipi yurtlar hesab olunurdu. Dördkünc bina və evlərdən başqa, dairəvi formalı
yurtlar da orta əsr mədəniyyətinin əsas nümunələrindən hesab olunur. Monqol yurtlarının (çer) bir çox növləri
mövcud idi: ordo (urqoo) çer, şilte-sutey çer, ebesun nembule çer, barqosun çer, modın çer, çer luq, çer terçen
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
263
və s. Hər bir yurtun da öz xüsusiyyəti mövcud idi. Məsələn, ordo (urqoo) çer – xanların yaşayışı üçün nəzərdə
tutulan dairəvi formaya malik bir məkandır. O, söyüd budaqlarından hörülmüş, ağac dayaq sütunlarından
qurulmuş, bayır səthi qızılla, içərisi pambıqla, möhkəm parça ilə örtülmüş formaya malik idi. Şilte isə şüşə və
daşdan istifadə edilərək yurt formasına malik olan yaşayış məkanı tipidir. Belələrində xanın yaxın adamları –
tanınmış şəxslər yaşayırdı. Çer-terçen yurtu isə araba üzərində daşınan evcikdir.
Kalmık alim və memarı D.B.Pyürveyevin təsnifatına əsasən öz funksional təyinatına görə yurtlar 4 növə
bölünür: 1) xar-çer – qara yer deməkdir və o, ailənin yaşayışı üçün nəzərdə tutulur; 2) urqoo çer – xan, knyaz-
noyonların yaşayışı üçün; 3) tsaqon (ağ) çer – fəxri qonaq və yeni evlənənlərin qəbulu üçün; 4) xurlın (dua) çer
isə ibadət üçün nəzərdə tutulurdu.
Memarlıqda saray və məbədlərin tikintisi xüsusi yer tuturdu. Onların ölçüsündəki dəyişmələr sarayın
görkəminə təsir edən amillərdən idi. XIII əsrdə digər saraylr da tikilməyə başladı. Lakin onların ömrü uzun
olmadı. Belə ki, XIV-XV əsrlərdə ölkədə gedən müharibələr bu dövrdə böyük həcmli tikililərin aparılmasında
fasilə yaratdı. Paytaxt köçərilərin əlində oldu. Monumental memarlıq ölkədə XVI əsrin axırlarında vüsət
tapmağa başladı ki, buna da əsas təkan verən amil buddizmin yayılması hadisəsi oldu. Bu, çoxsaylı dini
məbədlərin inşasını sürətləndirdi. İlk böyük monastır Qara-Qorum yaxınlığında 1585-ci ildə Tibet nümunələrinə
oxşar Erdeni-Dzu idi. Monastır 3 məbəddən ibarət olub, yüksək ağ, mərmər platforma üzərində tikilmiş, dam
örtüyü isə kənarı yuxarı olan kirəmitlə örtülmüşdür. Digər monastır isə İh-Hure adlanaraq XVII əsrin abidəsinə
çevrilmişdir. Hazırda o, paytaxt olan Ulan-Batorun tarixi görkəminin nişanəsidir.
Orta əsrlərdə Monqolustanda buddizmin yayılması ilə əlaqədar məbədlərin tikintisində interyerin
heykəltəraşlıq nümunələri ilə bəzədilməsi əsas tərtibat elementinə çevrilmişdi. Budda ilahələrinin ağac, tunc, gil,
kağız, qızıldan hazırlanması və parlaq boyalarla rənglənməsi mühüm yer tuturdu. Bu incəliklər məbədin
işıqlanmasına şərait yaradırdı.
Monqolustanda tunc heykəltəraşlığının çiçəklənməsi XVII əsrə aiddir. Bu, monqol ruhanilərinin başçısı
olan Dzanabadzaranın adı ilə bağlıdır. Yaşıl Tara adlı ilahənin (ruhların himayəçisi) şəfqəti onun formaca
dəqiqlik və incəliklə işlənməsində, yonulmasında özünü göstərir. Gənc ilahənin şanagüllə çiçəyinin tağı ilə
təsviri onun həqiqət, təmizlik, saflıq rəmzinin ifadəsidir. XVI əsrdə tikilən Abatay-xan sarayında 300 adam
yerləşə bilərdi. Tsaqanhurada (Ağ monastır, 1647) 150-dən 200-ə qədər adam yerləşirdi. Göründüyü kimi, orta
əsrlər monqol mədəniyyətində tikinti, inşaat işləri xüsusi əhəmiyyət kəsb edirdi. Orta əsrlərdə Monqolustan
mədəniyyətində inkişaf edən sahələrdən biri də riyaziyyat elmi idi. Monqolların riyazi biliklərinin kökləri hələ
lap qədimlərə, xüsusilə, onluq say sisteminin təşəkkülü çağlarına gedib çatır. Qədim monqolların ən ibtidai sadə
say sistemi barmaq hesabından başlanmışdı. Məsələn, sağ və sol əlin baş barmağı 1 (10), nişan barmağı 2 (0),
orta barmaq 3(9), dördüncü barmaq 4 (7), çəçələ barmaq isə, 5(6) rəqəmlərini ifadə edirdi.
Riyaziyyatın inkişafının lap erkən mərhələsində birinci onluq dini-mistik rəmzə malik idi. Bunlar qədim
monqolların təsəvvüründə təkcə rəqəm deyil, həm də ətraf aləmin mahiyyətini ifadə edirdi. Rəqəmlər həyat
hadisələrinin, şeylərin ekvivalentini əks etdirən fəlsəfi xarakter kəsb edirdi. Məsələn, monqolların təsəvvürlərinə
görə «4» (dorov) – «okeanı», «15» (arven tav) – bədirlənmiş ayı, «32» (qruçin xoyer) «diş»ləri və s. ifadə
edirdi. Bəzi hallarda rəqəmlər ulduz toplularını ifadə edirdi. Bürclərin adı da ulduzların toplusunu əks etdirən
saya əsasən müəyyən olunurdu.
Monqolların riyazi biliklərində ölçü vahidləri də xüsusi yer tuturdu: Uzunluq ölçüləri – ald, delim, toxoy,
xuruu; çəki ölçüsü – jin, lan, tsen; həcm ölçüsü – suulça, duu, şim; sahə ölçüsü – dorvoljin ald, uuden am;
zaman ölçüsü – xonoq, tsaç, moç, xuv, çinluur, amsçal, eqşin, densen. Bu biliklər içərisində ən xırda ölçü
vahidləri də mühüm yer tuturdu: məsələn, delnş xyalqas - at tükünün ölçüsündə olan 0,5 mm; tarianı orqon -
buğdanın diametri olan 3 mm; temeeni utasnı orqon - dəvə yunundan olan sapın ölçüsünü əks etdirən 3,2 mm
göstərirdi.
XIII əsrdən başlayaraq Monqolustanda yazılı riyaziyyatın inkişafına təkan verildi. Bu, ilk növbədə vahid
Monqol dövlətlərinin yaranması ilə əlaqədar ümummonqol yazısının üzə çıxmasına səbəb oldu. Yazılı
riyaziyyatın vüsətinə dair mənbələrə isə yalnız XVII-XVIII əsrlərdə rast gəlinir. Bunlar aşağıdakılardır: «Qədim
müdriklərin beşiyi» («Merqed qaraxın oron»), «Çalışmaların həllinə dair tövsiyələr» («Bodloqın usqmyq taylan
yalçasan taylbar biçiq»).
Aparılan tədqiqatlar sübut edir ki, Monqol riyaziyyatı Hind, Tibet, Çin, Orta Asiya ölkələrinin riyaziyyatı
ilə sıx əlaqəli olub. Orta əsrlərdə monqol riyaziyyatının inkişafı XI-XVIII əsrlərdə Şizixutaha, Tatatunqa,
Quuşinha, Myanhata kimi riyaziyyatçı alimlərin meydana çıxmasına səbəb oldu. Görkəmli riyaziyyatçı
Myanhatanın «Riyazi qanunların detallı şəkildə işlənməsi», «Dairənin kəsişməsi ilə Pi-nin müəyyən edilməsinin
qısa metodu» adlı elmi əsərləri göstərmək olar. İkinci əsərini riyaziyyatçı alim Ç.Nyutonun (1643-1727),
c.Qreqorinin (1638-1675) riyazi tədqiqatlarını dərindən öyrəndikdən sonra yazmışdı.
53 cilddən ibarət olan «Riyazi qanunların detallı şəkildə işlənməsi» əsərini müəllif 1712-ci ildə yazmağa
başlayaraq 10 ildən sonra – 1722-ci ildə yekunlaşdırmışdır. Əsərin I hissəsi (II-IV cild) «Həndəsənin
başlanğıcı» adlandırılır. Bu hissədə Myanhat Evklid nəzəriyyəsini təkrarlayır. «Həndəsənin başlanğıcı» əsəri 12
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
264
fəsildən ibarətdir. Birinci fəsil 24 paraqrafı əhatə edərək bucaq, dairə, paralel xətlər, üçbucaq, dördbucaq,
teoremlər və d. mövzulara aiddir.
Myanhat həm də astronomik əsərləri ilə məşhurdur. Onun bu sahədə ən məşhur əsəri «Təbiət hadisələrinin
yoxlanılması və dərk edilməsi haqqında oçerklər» adlanır. Bu kitabda müəllif səma cisimləririnin hərəkəti,
düzülüşü, Günəş və Ay sisteminin vəziyyəti, kainatın quruluşu haqqında elmi məlumat verir. O, Qərbi
Avropanın məşhur alimləri Kopernik, Kepler, Tixo Braqenin heliosentrik nəzəriyyəsini rəhbər tutaraq öz
fikirlərini əsaslandırmışdı. Bu elmi kitab Yaponiyada da məşhur idi. Belə ki, Kansenin məşhur yapon
astronomik təqvimi Myan hatanın bu əsəri əsasında tərtib edilmişdi.
Orta əsrlərdə digər elmlərin inkişafı da özünəxas formada vüsət tapmaqda idi. Xüsusilə, monqol
fəlsəfəsində dini təfəkkür buddizm üzərində vüsət etdi. Budda rahiblərinin fəlsəfi traktatları yayıldı. Bu qəbildən
ilk əsər «Dərk edilənin izahı» adlanaraq XIII əsrdə Loda caltsan tərəfindən yazılmışdı. XVI-XVII əsrlərdə isə bu
din lamanizm formasında rəsmi dövlət dini kimi ad qazandı.
Rocamba Sodnom Vancal məntiq və dialektikaya dair «Günəş ziyası» adlı dərslik yazdı. XVIII əsrin I
yarısında Çan-Ça-Xu-tuq-tu «müdriklər lüğəti»ni tərtib etdi.
Orta əsrlərdə ədəbiyyatda dünya şöhrətli yeni-yeni bədii əsərlər yaranmağa başlayır: «Monqolların dəruni
dastanı» (1240), Lubsan Dandzanın «Altun dastan»ı (XVII əsr), Saqan Setsenin «Sarı hekayət» dastanları
belələrindəndir. Xüsusilə, orta əsrlər poeziyasının nümunələri XVII-XVIII əsrlərə aid salnamələrdə mühafizə
olunmuşdur.
Monqol musiqisinə gəldikdə isə, onu söyləmək lazımdır ki, incəsənətin pentatonikaya əsaslanan bu növündə
mahnı, epik dastan və instrumental musiqi başlıca yer tutur. Mahnılar zəngin ornament, geniş diapozonlu, asta
templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duuçi
(solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunurdu. Musiqi alətlərinə limba (fleyta
növü), morinxur və xuçir, şaiz (simli), yooçin (simba) növü və s.
Monqolustan teatrının kökü də qədimlərə gedib çıxır. Belə ki, qədim rəqslərdə və məişət mərasimlərində –
toy, məhsul bayramları və s. teatr ünsürləri formalaşır. Daha sonralar bunlar misteriya tamaşalarına, dünyəvi
məzmunlu saray teatrlarına keçmişdi.
Mədəniyyətin qədim ənənələri müasir gündə də yaşamaqdadır. Qədim kökə əsaslanmış müasir monqol
mədəniyyətinin bu gün inkişaf tendensiyası mövcuddur. Xüsusilə, Monqolustan Xalq Respublikası yarandıqdan
sonra (1924-cü il) mədəniyyət xeyli inkişaf etməyə başladı. Monqolustanda kütləvi savadlanma məqsədilə
dövlət xalq maarifi sistemi formalaşaraq ibtidai məktəbdə 3 il, natamam məktəbdə 8 il, tam orta məktəbdə isə 10
il təhsilə qərar verildi. Monqolustanın paytaxtı olan Ulan-Batorda Dövlət Kütləvi Kitabxana, Mərkəzi Uşaq
kitabxanası və onlarla profilli kitabxana şəbəkəsi təşkil olundu. Təhsil və maarif sisteminin inkişafı monqol
elminin dinamik yüksəlişi ilə müşahidə olunurdu. Artıq ötən əsrin 50-60-cı illərində Monqolustanda elmi-
tədqiqat institutlarının sayı gündən-günə artaraq öz tədqiqat yeniliklərinə görə dünyada əhəmiyyət kəsb etdi.
Hidrometereoloji tədqiqatları 60-dan artıq elmi laboratoriya və stansiyalar yerinə yetirir. Əsas elmi mərkəz isə
MXR-nın EA-dır.
Monqolustan Xalq Respublikası yarandıqdan sonra incəsənətin bütün sahələrində - musiqi, teatr,
memarlıq və kinoda yeniliklər başladı. 1960-70-ci illərdə inşaatda sənaye üsulları geniş yayıldı. Təsviri sənəti
inkişaf etdirən bir çox rəssamların - Yadamsurep, Senketsoxno, Damdinsurenin mövzu dairəsi xeyli genişləndi,
yağlı boya ilə işləyən boyakarlar - Çaydoq, Seveqjav, Qava, Sultem, Amqalanın əsərləri dünya miqyasında
tanındı.
1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılır, 1937-ci ildə «Dünyanın o başında» adlı ilk monqol bədii
filmi çəkilir. Bunun ardınca bir çox kino əsərləri meydana gəlir: «Monqolustanın oğlu» (1936, rej.Ç.Trauberq),
«Onun adı Suxe-Batordur» (1942, rej. A.Xarxi və Ç.Xeyfqts), «Səhra qəhrəmanları» (1945, rej. U.Taric) və s.
filmləri sovet rejissorları ilə birgə lentə alınmışdı. Hazırda Ulan-Batorda fəaliyyət göstərən kinostudiya hər il
onlarla müxtəlif mövzularda kino əsərləri lentə alır.
Bu gün Monqol mədəniyyətinin aparıcı sahələrindən birini təşkil edən musiqinin inkişafında burada 1964-
cü ildən təşkil olunan Bəstəkarlar İttifaqı, 1972-ci ildə yaranan Dövlət Filarmoniyasının rolu böyükdür. 1963-cü
ildən ayrıca bir qurum kimi fəaliyyət göstərən Dövlət Opera və Balet teatrında milli musiqili səhnə əsərlri ilə
yanaşı dünya, avropa klassik və müasir əsərləri də tamaşaya qoyulur. Milli musiqinin görkəmli nümayəndələri
S.Qonçiksumdı, B.Damdinsuren, L.Murdorj, D.Luvsaşnarava, E.Çoydoqanın yaratdıqları musiqi əsərləri dünya
bəstəkarlıq məktəbində tanınmaqdadır. Monqolustanın paytaxtı Ulan-Batorda musiqinin inkişafı məqsədilə
müxtəlif tipli musiqi məktəbləri və orta-ixtisas müəssisələri fəaliyyət göstərməkdədir.
Beləliklə, Monqol mədəniyyətinin tarixinə qısa ekskursiya belə bir təsəvvür yaradır ki, dünya
mədəniyyətinin inkişafı axarında onun özünəməxsus yeri və rolu vardır. Bu mədəniyyət bütövlükdə monqol
xalqının tarixi inkişaf xüsusiyyətlərinin məntiqi davamı olmuş və olmaqdadır.
Dostları ilə paylaş: |