Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
235
2.3.10. Azərbaycan mədəniyyəti 
 
Erkən orta əsrlərdə Azərbaycanın Aran-Alban, Midiya-Atropaten hissəsi istiqlaliyyət uğrunda mübarizə 
apararaq bir çox dövlətlərlə – İran, Roma, Bizans, Hun, Xəzər dövlətləri ilə  həm mübarizə, həm də sülh 
şəraitində yaşamışdır. Artıq IV-V əsrlərdən etibarən qeyri-bərabər formada da olsa, ölkədə feodal münasibətləri 
inkişaf etməyə başlayır. VI əsrin sonu, VII əsrin  əvvəllərində Azərbaycanın  şimalında – Albaniya ərazisində 
Girdman dövləti yaranır. Azərbaycanın siyasi, ictimai həyatındakı  dəyi\şikliklər xalqın mənəvi və maddi 
həyatında öz əksini tapır. Alban mədəniyyəti adı altında  əlifba yaradılır.  İncəsənət, memarlıq, rəssamlıq 
sənətinin inkişafı üçün əlverişli zəmin yaranır. Bədii metal sənətinin inkişafında yeni mərhələ başlayır. Bədii 
metal ustaları tunc və gümüşdən məişət üçün zəruri olan qabların hazırlanmasına üçtünlük verirlər. Artıq bu 
dövrün metal sənətindəki tematika dini mövzudan, daha çox zəruri ehtiyaca yönəldilir. Məhz bu dövrdə torevti-
ka sənəti özünün inkişaf pilləsinə çatır. Həmin sənəti yaşadan emalatxanalar Mingəçevir, Torpaqqala deyilən 
ərazilərdə  fəaliyyət göstərməklə müxtəlif səpgili məişət  əşyaları – gümüş camlar, su qabları, zərgərlik 
məmulatları istehsal edirdi. Torevtika sənətinin inkişafı dekorativ-ornamental sənətin formalaşması üçün də 
əlverişli zəmin yaradırdı. Torevtikanın inkişafına təsir edən amillərdən biri də silah, döyüş və zirehli geyimlərin 
hazırlanması zərurəti idi. 
Erkən orta əsrlərdə Mingəçevir, Xınıslı, Qalagah (İsmayıllı rayonu), Torpaqqala əraziləri, həm də 
zərgərlik mərkəzləri olmuşdur. Arxeoloqların bu ərazilərdən tapdıqları  bəzək  əşyaları öz forma orijinallığına 
görə  sənətşünasların diqqətini cəlb edirdi. Bu dövrdə  zərgərlik  əşyaları  kəmiyyətcə çox olub, keyfiyyət 
baxımından həm bədiiliyinə görə, həm də orijinallığı ilə seçilirdi. Artıq zərgərlər sırğa, toqqa, qızıl muncuqlar, 
bilərziklər, sancaqlar və üzüklərlə yanaşı, silahları da bəzəyirdilər. 
Haqqında söhbət açdığımız bu tarixi dövrdə Torpaqqala və  Qəbələdə  şüşə bişirən emalatxanaların 
mövcudluğu haqqında arxeoloqlar dəlil və sübütlarla çıxış edirlər. Bunların bir çoxu haqqında əyani nümunələr 
Azərbaycan Dövlət Tarix muzeyində arxeoloqlar R.M.Vahidov və S.M.Qazıyevin ekspedisiyaları əsasında əldə 
edilmiş sübutlar formasında qorunur. Bunlar şüşə qablar və onları istehsal edən emalatxana tikilisinin 
qalıqlarıdır. Mütəxəssis və  sənətşünas alimlərin qənaətinə görə, orta əsrlərdə Azərbaycanda bədii  şüşə üzrə 
emalatxanaların inkişaf dövrü IV əsrə qədər və IV-VII əsrlər hesab edilir. Bədii şüşənin ikinci dövrdə inkişaf 
istiqaməti götürməsi şüşə bişirən kürələrin texnoloji cəhətdən təkmilləşməsi ilə bağlı idi. 
Alban dövründə özünəxas şəkildə inkişaf tapmış incəsənət sahələrindən biri də heykəltəraşlıq idi. Əlbəttə, 
bu sənət növünün o zaman çərçivəsindəki təzahürünü heykəltəraşlıq sənəti haqqında bu günkü təsəvvürlərimizə 
eyniləşdirmək olmaz. Çünki orta əsrlərin erkən çağlarında heykəltəraşlığın ibtidai forması özünü qabartma tipli 
təsvirlər, dairəvi heykəllər və qayaüstü abidələrdə təcəssüm etdirirdi. Qadın fiqurlarından ibarət olan sxematik 
və kobud gil heykəlciklər Mingəçevir, Xanıslı mədəniyyət mərkəzlərində, Şəmkir, İsmayıllı rayonu ərazilərində 
tapılmışdır. 
Mum qəbirlərdə tökülmüş tunc heykəllərinin bir çoxu maral, tovuz, keçi, qaz fiqurlarını təmsil edirdi. Bu 
heykəllər məişət üçün zəruri idi: onlardan evdə  bəd ruhların qovulması üçün istifadə edilirdi: məsələn, tovuz 
fiquru ətirli tüstü verən qab kimi, keçi və qaz heykəlləri isə, su qabı kimi istifadə edilirdi. Maral fiquru öz zəngi 
ilə şər ruhları dağıdaraq qəbiləyə himayədarlıq göstərən ilahi bir varlıq kimi mövcud idi. Bütün bu misallar həm 
də, Azərbaycanın özünüməxsus məişət mədəniyyətinə malik olduğu haqda da məlumat verir. 
Erkən orta əsrlər Azərbaycan mədəniyyətinin Alban dövründən söhbət açarkən onun ədəbi mənbə  və 
qaynaqlarından yan keçmək qeyri-mümkündür. Bu dövrdə ədəbiyyat üçün mühüm hadisələrdən biri Musa Ka-
lankaytuklunun «Ağvan tarixi» adlı əsəridir. Tarixi hadisələri özündə əks etdirən bu əsər öz bədii əhəmiyyətinə 
görə də dəyərli yazı nümunəsidir. Bu kitab Azərbaycan mədəniyyəti haqqında da qiymətli müddəalar çıxarmağa 
imkan yaradan əsərlərdəndir. «Ağvan tarixi»ndə qeyd edilir ki, Azərbaycanda bir çox yunan və Roma 
müəlliflərinin  əsərləri məlum idi. Bu isə, dünya mədəniyyətinin Azərbaycana da inteqrasiya etməsi və bunun 
nəticəsində ölkədə bədii mədəniyyətin özünəməxsus şəkildə inkişafı haqqında düşünməyə əsas verir. 
Erkən orta əsrlərdə Azərbaycanda qismən də olsa xristianlığın yayılması Albaniyada tikilən kilsə  və 
məbədlərlə müşayiət olunurdu ki, bunlar da ədəbi nümunələrdə öz əksini tapırdı. VII əsrdə yaşamış Davdağ adlı 
şairin sərkərdə cavanşirin  şərəfinə  həsr etdiyi Mərsiyə orta əsrlər Azərbaycan yazılı  mədəniyyətinin görkəmli 
nümunələrindəndir. 
Orta əsr Azərbaycan mədəniyyətinin özünəməxsus səciyyəyə malik olmasının ən başlıca amillərindən biri 
VII  əsrdən başlayaraq Azərbaycanda islam dininin yayılması  və bunun xalqın sənət aləmində öz ifadəsini 
tapmasıdır. Ümumiyyətlə, islam dini Azərbaycan mədəniyyətinə bir çox keyfiyyətləri ilə daxil oldu: mədrəsə 
tipli məktəblərin açılışı, mollaxanalar, məscidlər, ziyarətgahlar və s. – bütün bunlar bir tərəfdən dinə, onun 
ideyalarının yayılmasına və təbliğinə qulluq edirdisə, başqa bir tərəfdən mədəniyyətin ayrı-ayrı sahələrinin yeni 
inkişaf istiqaməti götürməsində  mədəni bir hadisə idi. Artıq «VIII-IX əsrlərdən başlayaraq Azərbaycan 
mədənyiyətin bir çox sahələrində: memarlıqda, təsviri, tətbiqi sənətlərdə islam dininin etik, estetik normaları 
özünü göstərməyə başlayır. Memarlıqda məscidlər və minarələr  əsas tikinti obyektləri kimi geniş yayılır. 
Təsviri, tətbiqi sənətlərdə – ornament başlıca təsvir vasitəsinə çevrilir. İndi artıq varlıqların mücərrəd və simvo-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
236
lik nəqşi ifadələrinə geniş yer verilir. Bu xüsusiyyəti memarlıq abidələrində  və  tətbiqi sənət  əsərlərinin 
bəzəyində də görürük» (Azərbayjan injəsənəti, s.53.) 
Dulusçuluq, misgərlik, ipəkçilik sənəti xüsusi sexləri olan emalatxanalarda inkişaf etməkdə olsa da, bəzi 
məqamlar, məsələn, xammalın çatışmazlığı bu sahədə müəyyən ləngimələr üçün əsil səbəb idi. XI-XV əsrlərdə 
keramika sənətinin inkişafı Azərbaycanın bir çox yerlərində – Mingəçevir, Gəncə, Beyləqan, Bakı və Təbrizdəki 
mərkəzlərlə izah edilirdi. Arxeoloji qazıntılar zamanı keramik qablar üzərindəki adlar onu hazırlayan emalatxa-
na və usta haqqında məlumat verirdi. Bu dövrdə Azərbaycanda kobalt filizinin istifadə olunması xüsusi kaşıların 
istehsalını genişləndirdi. Memarlıq abidələri – məscid, minarə, türbələr, xanəgahların bədii tərtibatında yerli kaşı 
nümunələrinin tətbiqi həmin abidələrin bədii-estetik görkəminə xüsusi gözəllik verirdi. Təkcə bu faktı qeyd 
etmək kifayətdir ki, bəşər mədəniyyəti abidələri silsiləsinə daxil olan Azərbaycan memarlığı nümunələrinin, 
məhz bu xüsusiyyəti diqqəti cəlb edən amillərdəndir. Təbriz,  Ərdəbil, Naxçıvan, Bərdə,  Şirvanın bir çox 
yerlərində inşa edilmiş  məscidlərin, türbələrin, hamam və binaların bədii tərtibatında işlənilmiş abı, göy, 
füruzəyi kaşı nümunələri hələ indiyədək qalmaqdadır. Göy, füruzəyi rəngli kaşıların geniş  tətbiqinin digər 
başlıca mənası islam dini ilə bağlı idi. Marağa şəhərində 1198-ci ildə «Göy gümbəz» adı ilə tanınan memarlıq 
abidəsinin memarının Əgəmi Əbubəkr oğlu olduğu ehtimal edilir. 
Memarlığın inkişafı üçün əlverişli amilə çevrilən bu cəhətlər Azərbaycanda bu dövrdə iki memarlıq 
məktəbi – Şirvan-Abşeron və Naxçıvan məktəblərinin mövcudluğu ilə də izah edilir. Şirvan-Abşeron məktəbinə 
Bakı,  Şamaxı, həmçinin  Şirvanşahlar dövlətinin  ərazisindəki memarlıq abidələri daxildir. Bu gün Abşeron 
ərazisində  həmin abidələrdən dövrümüzə  qədər çatanlar içərisində  Sınıq qala minarəsinə (XI əsr), Qız qalası, 
Bayıl daşları (XII əsr), Mərdəkan, Maştağa, Ramana, Nardaran, Qaladakı qəsr-qalalar (XIII-XV əsr), Xan sarayı 
(XV əsr) və b. göstərmək olar. 
Həmin dövrün digər memarlıq məktəbi olan Naxçıvan məktəbinin görkəmli nümayəndəsi Əbubəkr olğu 
Əcəmidir. Naxçıvanın dünyaşöhrətli abidələri məhz bu memarın adı ilə bağlıdır. «Atababa» adı ilə 
məşhurlaşmış Yusif Küseyr oğlu, «Atabəy gümbəzi» kimi tanınan Möminə Xatın türbələri bu görkəmli 
sənətkarın bu gün dünya inciləri sırasına daxil olan abidələrindəndir. Görkəmli memarın dünya memarlıq 
incəsənətinə bir sıra novator xüsusiyyətləri də daxil olmuşdur. Memarlıqda üslub yeniliyi, ornament 
tərtibatındakı yeniliklər Azərbaycan sənətkarlığının inkişafı haqqında fikirlər söyləməyə imkan verir. 
Artıq XII-XIV əsrlərdə islam dininin yayılamsı  səbəbindən memarlıqda müsəlman tikililəri ilə yanaşı, 
şəhərlərin inkişafı, ticarət və iqtisadiyyatdakı irəliləyişlər və siyasi vəziyyətlə bağlı yeni-yeni müdafiə 
tikililərinə də ehtiyac artdı. Müxtəlif abidələrin inşasına üstünlük verildi. Belələrindən ən məşhurları Araz çayı 
üzərində Xudafərin körpüsü, culfa yaxınlığındakı körpü, Qazax rayonundakı «Sınıq körpü» və s. Müdafiə xarak-
terli qalalar da bu əsrlərin məşhur abidələrindəndir ki, onlar haqda Abşeron tikililəri kimi yuxarıda qeyd olunub. 
Orta əsrlər Azərbaycan ərazisində tikilən memarlıq abidələrinin sonrakı taleyi naməlum olsa da (bir çoxu 
dağılmış, itib-batmışdır), onların mövcud olduqları dövrdə  məşhur tikili olduğu hiss edilir. Belələrindən biri 
1258-1261-ci illərdə  məşhur Azərbaycan alimi Nəsrəddin Tusinin çertyojları, layihəsi  əsasında Mağarada 
tikilmiş  rəsədxanadır. Rəsədxananın qalıqları  şəhərin  şərq tərəfində bir təpə üzərində qalmaqdadır. Tarixi 
mənbələr sübut edir ki, bu tikili öz texnoloji xüsusiyyətlərinə görə dövrünün çox məşhur memarlıq 
abidələrindən biri idi. Məhz elə ona görədir ki, tarixin sonrakı çağlarında Yaxın Şərq və Orta Asiya ölkələrində 
tikilən rəsədxanaların bir çoxu öz quruluşunu bu rəsədxanadan götürür. 
Orta  əsrlərdə Azərbaycan memarlıq sənətinin  ən böyük incisi sözsüz ki, Bakıdakı  Şirvanşahlar saray 
ansamblıdır. XV əsrin Azərbaycan memarlıq sənətinin məhsulu olan bu ansambl - abidə mövcud olduğu dövrün 
mədəniyyəti, incəsənəti, siyasi-sosial şəraiti haqqında da zəngin məlumat verən bir mənbədir. Saray ansamblı 
bir sıra hissələrdən ibarətdir. Bu tikili «İçərişəhər»in təpələrinin birinin ən hündür nöqtəsində yerləşir. Sarayın 
hündür portallı  və minarəli, günbəzlə tamamlanan binaları, ornament və kitabələrin təkraredilməz incə  və 
həcmli oyma təsvirləri, qüsursuz yerinə yetirilmiş detalları, daşın çox gözəl hörgüsü əsrlər boyu öz təravətini 
saxlamış  və tam gözəlliyi ilə dövrümüzədək gəlib çatmışdır. Memarlıq ansamblına daxil olan əsas tikililər 
bunlardır: saray binası, divanxana, şirvanşahlar türbəsi,  şah məscidi, Seyid Yəhya Bakuvi türbəsi, «Şərq» 
portalı, saray hamamı. 
Azərbaycan memarılğının orta əsrlər tarixində ən unikal sənət əsərlərindən sayılan bu abidə bu gün bəşər 
inciləri siyahısında öz layiqli yerini tutur. Yunesko xəttilə bu kompleks abidənin qorunması, mühafizəsi və 
təbliği dünya ictimaiyyətinin maraq dairəsindədir. 1964-cü ildən bu abidə  «Şirvanşahlar sarayı kompleksi» 
Dövlət tarixi-memarlıq qoruq muzeyi kimi fəaliyyət göstərir. 
Orta əsrlərdə Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrindəki irəliləyiş və uğurlar elmin inkişafı ilə də 
səciyyələnirdi. Erkən orta əsrlərdən sonrakı dövrlərdə Azərbaycan elminin formalaşamsı üçün görkəmli alimlər 
yetişdi: XI əsrin görkəmli elm sahibləri  Əbülhəsən Bəhmənyar ibn Mərzban və  Xətib Təbrizi, XII əsrin 
görkəmli astronomu Fəridəddin  Əli ibn Əbdülkərim  Şirvani, məşhur mühəndis və alim Əmirəddin Məsud 
Naxçıvani, XII əsrin təbib və filosofu Əfzələddin Əbdülmalik Xunci. Bu alimlərin elmi əsərləri öz dövrləri üçün 
çox qiymətli idi. Bunların bir çoxu, hətta dövrümüzə qədər gəlib çatmışdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
237
Azərbaycanda astronomiya elminin təşəkkülündə xüsusi xidməti olan alimlərdən Fəriddədin Əli Şirvani, 
Nəsrəddin Tusinin adlarını qeyd etmək lazımdır. Fəridəddin  Əli  Şirvani dövrü üçün çox maraqlı olan ulduz 
cədvəli tərtib etmişdir. 
N.Tusinin tikdirdiyi rəsədxana zəngin kitabxanası ilə  də  məşhurdur. Bu kitabxanada dünya elminin 
görkəmli simaları Evklid, Arximed, Ptolomey, Apolloninin əsərləri ilə yanaşı 400 minə yaxın elmi əsərlər 
toplanmışdır. 
Nəsrəddin Tusinin xidmətlərindən biri onun həmçinin xüsusi məktəb yaratmasıdır. Burada astronomiya və 
riyaziyyat sahəsində Fəxrəddin Marağayi, Şəmsəddin Şivani kimi alimlər yetişdirmişdir. Nəsrəddin Tusi dünya 
elminə bir çox dəyərli elmi əsərlər bəxş etmişdir ki, bunlardan biri də ulduz kataloqu olan «Ziç Elxani» 
adlanırdı. 
Riyaziyyat elmində xidməti olan Übeyd Təbrizi «Risalətül hesab» adlı  əsəri ilə bütün Şərqdə tanınırdı. 
İctimai elmlərin formalaşması tarixində orta əsrlərdə yaşayığ-yaratmış Azərbaycan alimlərinin də adını qeyd 
etmək lazımdır: Fəzlüllah Rəşidəddin (XIV əsr), Məhəmməd ibn Hinduşah Naxçıvani (XIV əsr), Seyid Yəhya 
Bakuvi (XV), Əbdürrəşid ibn Saleh Bakuvi (XV), Bədrəddin seyid Əhməd Laləvin, Həsən bəy Rumlu (XVI) və 
s. Bu alimlərin hər biri yaşadıqları dövrdə Azərbaycan elmini formalaşdırmaq və inkişaf etdirmək üçün dəyərli 
elmi  əsərlər yaratmışlar. XV əsrin tanınmış alimi Seyid Yəhya Bakuvinin «Şərhigülşəni-raz» və  «Əsrar-ət-
talibin» adlı əsərlərində təbiət və cəmiyyət qanunauyğunluqlarının elmi şərhi öz təzahürünü tapmışdır. Görkəmli 
alim, hətta öz məktəbini yaratmış Yusif Şirvani, Kəmaləddin Məsud Şirvaninin də adlarını qeyd etmək lazımdır. 
Orta əsrlərdə Azərbaycan mədəniyyətini dünya səviyyəsinə qaldıran o dövrün ədəbiyyatı olmuşdur. Erkən 
orta əsrlərin tanınmış ədəbi nümayəndələri Musa Şəhavət, İsmayıl ibn Yəsar, Əbül-Abbas Əl-Əmanın adlarını 
qeyd etmək lazımdır. 
Bir qədər sonra Azərbaycan ədəbiyyatında «Kitabi-Dədə Qorqud» dastanı yaranır. Eposun üzərində «Ki-
tabi-Dədə Qorqud» əla lisani-tapfeyi-oğuzan ifadəsinin yazılması təsdiq edir ki, bu əsər oğuz dilindədir və bura-
da Oğuz tayfalarından danışılır. Dastanın  əlyazması XIV-XV əsrlərə aid olmaqla Vatikan və Drezden 
muzeylərində saxlanılır. Onun şifahi deyil, əlyazma şəklində gəlib çatması təsdiq edir ki, bu həm də yazılı ədəbi 
abidədir. Bu ədəbi abidənin tədqiqatçılarının fikrincə,  əsərdəki hadisələr IX-XII əsr hadisələrilə uyğun gəlir. 
Lakin dastandakı ifadələr, adlar, inamlar, həmçinin digər xüsusiyyətlər onun çox qədimlərdən xəbər verdiyini 
bildirir. «Kitabi-Dədə Qorqud» bir müqəddimə və on iki boydan ibarətdir. Ümumiyyətlə, bu ədəbi xəzinə, təkcə 
Azərbaycan xalqının deyil, bütün Türk dünyasının nadir incisidir. 1999-2000-ci illərdə YUNESKO xəttilə 
dünyada bu dastanın 1300 illiyinin təntənə ilə qeyd edilməsi «Kitabi-Dədə Qorqud»un bəşər sivilizasiyasındakı 
yeri və rolunun göstəricisi kimi özünü sübut etdirdi. 
Tarixi inkişaf prosesi Azərbaycanda orta əsrlərdə feodal münasibətlərini inkişaf etdirir, mədəniyyətin 
inkişafı  ədəbi mühitdə özünü daha aydın təcəssüm etdirirdi. Artıq XI əsrdə  həm  ərəb, həm də farsca yazan 
Azərbaycanlı  şairlər – Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizi, Xəttat Nizami Təbrizi, Əbdülməhasin Hüseyn 
ibn Əli Təbrizi Xətibi Urməvi, Əli ibn Hibbətullah Təbrizi, İskafi Zəncani, Xətib Təbrizi, Qətran Təbrizi, Kadsi 
Zəfər Həmədaninin  ədəbiyyatı  zənginləşdirmiş  və özlərindən sonra yetişən  şairlər üçün böyük ədəbi mühit 
yaratmışlar. 
Artıq XII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin bir çoxunun adı dünya ədəbiyyatı tarixinə qızıl 
hərflərlə daxil olmuşdur.  Əbu  ən Nizam Məhəmməd Fələki  Şirvani,  Əmir  İzzəddin  Şirvani,  Əbülməkarim 
Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Xəqani  Şirvani (1126-1199), Nizami Gəncəvi (1141-1209) 
belələrindəndir. Adları qeyd olunan bu dahi sənətkarların adı orta əsrlərin bu dövrünün intibahından xəbər verir. 
Nizaminin «Xəmsə»si, altı qəsidəsi, yüz iyirmi qəzəli, otuz rübaisi dünya ədəbiyyatının incilərindəndir. Poema-
dan başqa, qəsidə, qəzəl, rübailərin müəllifi olan Nizami Gəncəvi «dövrünün keşməkeşli hadisələrinə ayıq 
münasibət bəsləyir, gah qəzəbini və heyrətini, gah xəbərdarlıq və şikayətlərini, gah qorxu və inamını əks etdirir, 
ədalətin, insanlığın, düzlüyün, dostluğun,  əməksevərliyin, bərqərar olmasına çalışır. Gah müəllim olub ağıllı 
nəsihətlər verir, gah bir ittihamçıya çevrilib haqsızlığa, zülmə, acgözlüyə, riyakarlığa ölüm hökmü oxuyur.» 
(Ə.Səfərli, X.Yusifov. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı, s.83) 
1991-ci ildə YUNESKO xəttilə dahi şairin anadan olamsının 850 illik yubileyi keçirilmişdir.  
Orta  əsrlərin sonrakı dövrlərində – XIII-XIV əsrlərdə Azərbaycan  ədəbiyyatının görkəmli simaları 
İzzəddin Həsənoğlu,  Şah Qasim Ənvar, Qazi Bürhanəddin,  İmadəddin Nəsimi öz sənət inciləri ilə  ədəbiyyatı 
xeyli zənginləşdirmişlər. Öz sələflərindən fərqli olaraq İzzəddin Həsənoğlu Azərbaycan dilində yazan ilk şair 
kimi Azərbaycan  ədəbiyyatına xidmət göstərmişdir. Onun «Divan»ı, «Apardı könlümü» şeri klassik 
ədəbiyyatımızın nadir incilərindəndir. 
Orta əsrlərin bu çağında yaşayıb-yaratmış görkəmli şairlərdən biri də İmadədddin Nəsimidir (1369-1417). 
O, gözəl şair olmaqla yanaşı, ictimai-siyasi fikir tarixində öz ideya və mülahizələri olan bir şəxsiyyət idi ki, bu 
da onu filosof kimi də tanımağa imkan verir. Öz bədii-fəlsəfi fikirlərini ana dilində  qələmə alan Nəsimi 
ədəbiyyatda da yeni bir cığır atmışdır. Bu, əsasən fəlsəfi-dini hərəkatla bağlı olan hürufilik idi. Bu hərəkatla 
bağlı düşüncələrində müəllimi Şeyx Fəzlullah Nəimiyə (1339-1394) əsaslanan Nəsimi sufi ədəbiyyatının layiqli 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
238
davamçısı idi. Sufizmin əsası olan vəhdəti-vücud fəlsəfəsi  şairin  şerlərində öz təzahürünü tapmışdır. Bu 
fəlsəfəyə görə allah mövcud reallıqların başlancığı kimi qəbul edilir. 
 
Hər dəfə kim, baxır isən anda sən allahı gör, 
Bəscərü kim, əzm qılsan sümmə-vəhrullahı gör. 
 
Orta əsrlərin sonlarına doğru Azərbaycan ədəbiyyatında xüsusilə, XV-XVI əsrlərdə yaşayıb-yaratmaş 
sənətkarlardan Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulinin adlarını xüsusilə qeyd etmək lazımdır. 
Bu dövrün ən görkəmli dövlət xadimi, siyasətçi, gözəl şair Ş.İ.Xətainin (1486-1524) üzərində xüsusi dayanma 
lazımdır. «Anadilli ədəbiyyatın inkişafında xüsusi xidmətləri olan Xətai xalq şerinə rəğbətlə yanaşaraq qoşma, 
gəraylı, bayatı janrlarında gözəl sənət nümunələri yaratmışdır. Bir tərəfdən yazılı  ədəbiyyatın, digər tərəfdən 
xalq yaradıcılığının zəngin  ənənələrindən bəhrələnmək Xətai irsinə  məzmun dərinliyi və forma rəngarəngliyi 
gətirmişdir... Bu poeziya saf mənəvi aləm, aydın düşüncələr poeziyasıdır.» (Ə.Səfərli, X.Yusifov. Qədim və 
Orta əsrlər Azərbaycan ədəbiyyatı, s.215) Şairin məşhur «Dəhnamə» poeması, «Nəsihətnamə» məsnəvisi klas-
sik  ədəbiyyatın incilərindəndir. «Dəhnamə»  şairin həcmcə iri əsəri olub, konkret süjetlə bağlıdır. On məktub 
mənasını verən əsərin adı eyni sayda məktublardan ibarətdir. Əsərdə başlıca diqqət məktublara deyil, buradakı 
hadisələrə verilir. Ana dilində yazılmış ilk poemalardan biri kimi bu əsər bütün məziyyətlərinə görə orta əsrlər 
Azərbaycan ədəbiyyatı xəzinəsinin incilərindəndir. 
Bu tarixi dövrün digər görkəmli siması  Məhəmməd Füzulidir (1494-1556). Üç dildə – ərəb, fars, 
azərbaycan dillərində ölməz  əsərlər yaradan Füzuli Yaxın  Şərq, Türkiyə,  İran, Orta Asiya xalqları 
ədəbiyyatlarına təsir göstərmişdir. Özündən  əvvəlki Azərbaycan  şairlərinin  əsərlərindən qidalanan böyük şair 
onları özü üçün müəllim kimi qəbul edirdi. Azərbaycan  ədəbiyyatına bəxş etdiyi ana dilində «Divan», fars 
dilində “Divan”, qəsidələrdən ibarət “Divan” (ana dilində, farsca, ərəbcə), “Leyli və Məcnun” poeması, “Bəngü-
badə”, “Yeddi cam”, “Söhbətül-əsamar” alleqorik poemaları, “Şikayətnamə”, “Səhhət və  Mərəz”, “Rindu-
Zahid”, Hədisi-ərbəin”, “Hədiqətüs-süəza”, “Mətləül-etiqad”  əsərləri həm də dünya ədəbiyyatı  xəzinəsinin  ən 
nadir nümunələrindəndir. Adları çəkilən bu əsərlərdə dahi klassik özünü şair kimi deyil, həm də həyat, insan, 
cəmiyyət haqqında fəlsəfi düşüncələrə xas filosof kimi tanıdır. Şair öz qəzəlləri, qəsidə və rübailərində, qitə və 
digər lirik şer nümunələrində öz düşüncə  və fikirlərinin yüksək bədii hisslərlə çatdıraraq öz yaradıcılığı 
haqqında salnamə yaratmışdır. 
Beləliklə, orta əsr Azərbaycan mədəniyyətinə diqqət yetirdikdə bu uzun tarixi mərhələnin müəyyən 
dövrlərinin mədəni sıçrayışlarla mövcudluğu hiss olundu. Xüsusilə, orta əsrlərin ortaları Azərbaycan 
mədəniyyəti üçün çox məhsuldar olduğundan onun intibah dövrü kimi dəyərləndirilməsi məntiqə müvafiqdir. 
Bu intibahı  səciyyələndirən bir sıra xüsusiyyətlər vardır ki, bunları  əsasən dövrün ictimai-tarixi şəraiti, islam 
dininin yayılması faktoru, zəngin  ədəbi mühitin yetişməsi, elmi biliklərin formalaşamsı, yayılamsı ilə izah 
etmək olar. 
 
 
2.3.11. Hindistan mədəniyyəti 
 
 
Qədim tarixə malik olan Hindistan orta əsrlərdə inkişaf etmiş  mədəniyyət ölkəsi idi. Mədəniyyətin 
inkişafı bir sıra amillərin, xüsusilə yadelli müsəlman təsiri altında formalaşırdı. Müsəlman hakimiyyəti 
dövründə hind xalqının milli şüur, mədəniyyət və din ümumiliyi yarandı.  
Racput dövrü. Dövlətlərə bölünən Hindistan orta əsrlərə VII əsrdə daxil olmuşdu. VII-VIII əsrlərdə 
Hindistanda kahin-brahmanlar kastasının hakimiyyəti gücləndi. Bu hakimiyyət incəsənətdən öz dini təlimlərini 
daha da genişləndirmək və cəmiyyətdə təsdiqləmək məqsədilə istifadə etməyə cəhd göstərirdi. Məhz bunların 
təsiri və həyatın yeni şərtləri ilə Hindistanın məbəd memarlığında güclü dəyişiklik hiss olundu. 
Orta əsrlər dövrü – hind mədəniyyətinin çiçəklənmə dövrüdür. Bu dövrdə fantastikliyi, bir neçə baş və əli 
olan allahların rəmzi obrazlarına daha tez-tez rast gəlmək olur. Ali allahlar olan Brahma, Vişna, Şiva üçlüyü – 
Trimurti bu qəbildəndir. 
Hindlilər öz allahlarının fiqurlarına insani sima verirdi. Bir neçə  əlin olması simvolik olaraq ayrı-ayrı 
funksiyaları yerinə yetirən konkret allahları ifadə edirdi. 
Elefant adasındakı (VIII əsrə aid) mağara məbədində qayadan yonulmuş  nəhəng üçbaşlı  Şivanın 
hündürlüyü təxminən 6 metrə çatır. Şivanın üç üzü onun əsas üç təzahürünü ifadə edir : mərkəzi üz – yaradıcı 
Şiva; sol üz – dağıdıcı Şiva; sağ üz isə – müdafiəçi Şiva rəmzidir.  
Çox vaxt Şiva rəqs edən tərzdə təqdim olunur. Dördəlli Nataraci (rəqs allahı) obrazı çox dinamik tərzdə 
təqdim edilir. Bu duruş müxtəlif formalarda təkrarlanır. Özündə daim hərəkətdə olan dünyanı təcəssüm etdirən 
Nataraci  Şivasının heykəli hər bir detalı ilə hind dini-fəlsəfi sisteminin kainatın sonsuzluğu haqqında 
təsəvvürlərini rəmzi mənada təzahür etdirir. Şivanın rəqsi kainatın hərəkətini bildirir, onun ayağı altına salınmış 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
239
cırtdan isə, ali həqiqətin dərkinə maneçilik törədən şeytanın obrazını ifadə edir. Şivanın hər bir əli müəyyən bir 
mənanın rəmzidir. Sol qol (yuxarı) – Kainatın dağılması və təmizlənməsi mənasını; sağ qol – şaqqıltını, efirin 
səsi anlamını verir. Müxtəlif hərəkətlərdən yaranan əl və qolların çoxluğu rəngarəng mənaların çatdırılmasına 
imkan yaradır. X əsrdən başlayaraq Hindistanda Şivanın tuncdan hazırlanmış heykəlləri qalmaqdadır. Cənubi 
Hindistanda bu heykəllərin hazırlanma texnikası maraq doğurur. Buna "mum modelinin ölməsi» adı verilib. 
Heykəl  əvvəlcə mumdan hazırlanır, sonra mum modeli gil təbəqə ilə örtülür. İstidə yanma prosesində mum 
xüsusi hazırlanmış gil məsamələrdən kənara çıxır, gil forma maye qatışığına salınır. Alınan heykəl sonuncu dəfə 
işlənərək cilalanırdı. Bu texnikaya əsasən heykəltəraşlar hazır iş üzərində yapma və  bəzək tərtibatını yerinə 
yetirirdilər. 
Memarlıqda məbədlərin yeni tipi – qülləni xatırladan dağlar təzahür tapır. Bu məbədlər uzunsov dairəvi 
formaya malik olub, yuxarısı şanagülləni xatırladan örtük və ya düzbucaqlı piramidadan ibarət, içərisi alçaq və 
qaranlıq idi. Müqəddəs yer olduğu üçün hər kəs bura girə bilməzdi. Etiqad edənlərin çoxuna çöldən məbədi seyr 
etməyə imkan verilirdi. Məbədin həyətində, həmçinin divarlarında hazırkı memarlıq abidəsinin həsr edildiyi 
allahların təsvirlərini  əks etdirən heykəllər başlıca yer tuturdu. Heykəltəraşlığa aid detallar, barelyef və 
qorelyeflər məbədin hər tərəfini əhatə edirdi. 
Hindlilərin bədii təfəkkürü bir və ya bir neçə başlanğıcı birləşdirərək mifoloji varlıqların təsvirinə şərait 
yaradırdı. Belələrindən biri də yarı insan, yarı meymun olan Xanuman obrazıdır. Xanuman havada uçmağa 
qadir olan, öz simasını, ölçüsünü dəyişə bilən, torpaqdan dağ və təpələr düzəltmək gücünə malik olan varlıqdır. 
O, «Ramayana»nın  əsas qəhrəmanlarından biri olub müasir induizmdə çox populyardır. Bu obraz elmlərin 
yaradıcısı  və  kənd həyatının himayəçisi kimi də tanınır.  Əfsanələrin birinə görə, Xanuman doğulan kimi 
Günəşin yeməli olduğunu güman edib onu yemək istəyir, Günəşi müdafiə edən  İndra isə onun (Xanumanın) 
çənəsini zədələyir. Adının mənası da elə buradan götürülüb. Xanuman «sınmış çənəsi olan» deməkdir. 
Digər mühüm personajlardan biri də Qaneşdir. O, fil başlı insan gövdəsinə, şarabənzər qarına, 4 əl və qola 
malikdir. Qaneşin 32 obrazı mövcuddur: bunların hər birində o, yeni kölgədə təsvir olunur. Digər allahlar kimi, 
o da özünün atributlarına malikdir – şanagüllə çiçəyi, qılınc, balta və s. Bir çox miflərdə Qaneşin zahiri siması 
haqqında izahlar da verilir. Bunlardan «Brahmavayvartepurane» və «Qaneş-purane»ni göstərmək olar. Belə 
əfsanələrin birində  nəql olunur ki, Qaneşin doğum günü Şani allahının dəvət olunması yaddan çıxır. Qisas 
məqsədilə bu allah baxışı ilə körpənin başını külə döndərir, Brahma isə Parvata onun başının yerinə kainatın ilk 
canlı varlığının başını qoymasını məsləhət görür. Bu varlıq isə fil olur.  
Huptlar dövrü hind mədəniyyətinə  qızıl  əsr kimi daxil olmuşdur. Gəlmə adamların yerli əhali ilə 
birləşməsi yeni yığcam etnik toplunun- racputların formalaşmasına səbəb oldu. Racputların hakimiyyəti 
möhkəm siyasi mərkəzlərin - şimali Hindistan, Benqaliya, Dekan və uzaq cənub (VII- XII əsr) sistemi 
yaranmasını təmin etdi.  
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin