Özbək mədəniyyəti
Özbəkistan Orta Asiyanın mərkəzi və şimal ərazisində yerləşir. Amudərya və Sırdərya çayları arasındakı
bu ölkənin istər təbii- coğrafi, istərsə də tarixi cəhətdən zəngin xüsusiyyətləri mövcuddur. Tarixən müxtəlif xal-
qlarla birgə yaşamış özbəklər bir millət olaraq böyük bir mədəniyyət irsi yaratmışlar. Hal-hazırda öz mərkəzi
şəhərləri ilə dünyada tanınan Özbəkistan bəşər sivilizasiyasına dəyərli maddi-mənəvi abidələr bəxş etmişdir.
Özbəklərin qədim əcdadları Soğd, Xarəzi, Bəlx, Fərqanə, sak-massaket tayfalarından formalaşmışlar.
Eramızın əvvələrindən türkdilli tayfa qrupları Məvaünnəhrdə məskunlaşması başlayır. Bu proses VI əsrin II
yarısından güclənir. Feodalizmin inkişafı ilə özbəklər bir xalq kimi formalaşmağa başlayır. Tarixin sonrakı
inkişafı axarında özbəklərin etnik mənşəyində Qaraxanilər dövləti (XI-XII əsrlər) və Dəşt-i Qıpçaq tayfaları
mühüm rol oynamışlar. Özbəklərin bəzi etnoqrafik qruplarının formalaşmasında oğuzlar da yaxından iştirak
etmişlər.
1219-21-ci illərdə bütün Orta Asiyanı ələ keçirən Çingiz xan cənubi Qazaxıstanı Zarəznə birləşdirərək
ikinci oğlu cağataya verdi. bu hadisələr tezliklə xalq üsyanları ilə də müşahidə olundu. XIV əsrin II yarısında
Teymur mərkəzi Səmərqənd olan güclü bir dövlət yaratdı. Düzdür, Teymurun ölümündən sonra parçalanan bu
dövlət özbək xalqı haqqında dünya tarixində öz sözünü dedi. Bu hadisədən sonra Şeybani dövləti (XVI əsrin
əvvəli), Xivə xanlığı, XVIII əsrdə isə Buxara xanlığı, Kokand xanlığı yarandı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
215
Sonrakı tarixi Rusiya ilə, sovet tarixi ilə bağlı olan Özbəkistan bütün tarixi çağlarda zəngin sənət və
mədəniyyət nümunələrinin beşiyi olmuşdur. Bu ərazidə ən qədim incəsənət abidələri paleolit dövrünə aiddir.
Zarautsoydakı qaya rəsmləri, b.e.ə.IV əsrdən e.-nın IV əsrinə gəlib çatan ibtidai memarlıq nümunələri
dediklərimizi sübut edir. canbasqala, Xalçayan, Darvezintənə, Termez, Topraqqala, Səmərqənd kimi
şəhərlərdəki abidələrin nümunələrində bunu görmək olar.
Özbək mədəniyyətinin qədim dövrlərə aid olan hissəsini Kuşan padşahlığı dövrü təşkil edir. Bu dövrdə
boyakarlıq və heykəltəraşlıq başlıca yer tuturdu; qəsr, köşk, istehkamlı malikanələr, məbəd, saray, zəngin
yaşayış evləri VI-VIII əsrin monumental memarlığının gözəl nümunələrindəndir. Bədii-dekorativ sənətdə
mühüm yer tutan oymaçılıq memarlığı daha qabarıq şəkildə özünü göstərirdi. Əfrasiyab, Varaxşa, camalıqtənə
sarayları oyma sənətinin ən nadir nümunələrindəndir.
İslam ideologiyasının yayılması ilə bu ərazidə daməscid, mədrəsə, minarə, məqbərələrin tikintisi geniş
miqyas aldı. Dardeyvanlı Bibixanım məscidi, 1417-ci ilə aid Buxara mədrəsəsi, 1420-ci ilə aid Səmərqənddəki
Uluqbəy mədrəsələri XIV-XV əsrlərin memarlıq incilərindəndir. Çox hallarda bu abidələr kompleks tərzdə, an-
sambl formasında yaradılırdı ki, bu da islam memarlığına dəlalət edirdi. Orijinal kompozisiyalar, kaşıdan
hazırlanan mozaikalar bu mədəniyyətinin ən gözəl təzahürləri idi. Bu təzahürlərin ən canlı nümunələrindən
Səmərqənddəki Registan, Şahizində ansambllarının adlarını çəkmək olar.
Mədəni inkişaf ədəbiyyatda da öz əksini tapırdı. Xüsusilə bu tarixi dövrdə Buxara, Xazərən, Səmərqənd
kimi mədəni mərkəzlərdə formalaşmış türk (özbək) mənşəli ədəbiyyat qabarıqlığı ilə seçilirdi. Fərabi, Biruni
kimi ensiklopedik düşüncə sahibləri də həmin dövrün qaymaqlarındandır. Qaraxanilər hakimiyyəti dövrünə
təsadüf edən türk dilindəki ədəbiyyatın ən nadir nümunəsi U.Balasaqunun «Kumadqu biliq» dastanıdır. Bu das-
tan Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan türkcəsinə də tərcümə olunmuşdur.
Bu dövrdə özbək şairlərinin əksəriyyəti fars və cağatay dilində yazırdılar. Dünya ədəbiyyatı tarixinə
yayılmış Nizami, Firdovsi yaradıcılığı bu dövrdə özbək ədəbiyyatında da öz təsirini göstərdi. Xarəzmi, Qütb,
Deyirbək, Lütfi, Ə.Nəvai yaradıcılığı məhz bu klassiklərin təsirindən bəhrələnmişdir.
Artıq XVI-XVII əsrlərdə memarlıq və təsviri sənət sahəsində dünya səviyyəsində tanınan sənətkarlar
yetişır. Mahmud Müzahib, Məhəmməd Murad Səmərqəndi, Buxaralı Abdulla, Əvəz Məhəmməd, Molla Behzad,
Məhəmməd Mukim kimi miniatürçü rəssamlar fəaliyyət göstərməyə başlayır. Dekorativ-tətbiqi sənətin ənənəvi
növləri inkişaf edir. Ornamentlərdə nəbati, epiqrafik, həndəsi naxışlar, astronomik cisimlər – ay, ulduz, günəş
təsvirləri başlıca yer tutur.
Mədəniyyətin inkişafında orta əsr özbək musiqisi mühüm yer tutur. Şifahi ənənəyə malik professional
musiqi sənəti iri həcmli vokal-instrumental əsərlər olan makomlarda təzahür tapırdı. Milli musiqi alətləri
cərgəsinə gicak, kobuz, sato, domra, lutar, tənbur, ud, rübab, cəng, balaban, nağara və s. aiddir.
Müasir özbək mədəniyyətindən söhbət açdıqda, sovet tarixi ilə bağlı dövrü xüsusi nəzərdən keçirmək
lazımdır. Çünki, məhz bu dövrdə özbək incəsənəti, elmi, maarifində professionalizm ciddi formada inkişafa
doğru irəliləyirdi.
Artıq XX əsrin əvvəllərindən başlayaraq Özbəkistanda Daşkənd, Səmərqənd, Buxara kimi iri sənaye və
mədəniyyət mərkəzləri inkişaf etməyə başlayır. Memarlıq sovet üslubu qabarıq surətdə özünü təzahür etdirsə də,
bir çox möhtəşəm tikililərin əsası qoyuldu: Daşkənd hökumət evi, Özbəkistan Opera və Balet teatrının binası,
monumentallığı ilə seçilən İncəsənət sarayı, keçmiş Lenin adına muzey, ali məktəb binaları kimi tikililər
belələrindəndir.
Təsviri sənətdə N.K.Qaraxan, U.Tansıkbayev görkəmli peyzajçı, V.Y.Kaydalov, S.A.Malt qrafik kimi
tanınırlar. Tanınmış boyakarlardan Q.Əbdürrəhmanov, Ç.Əhmədov, D.Ömərbəyov, R.Çarıyev, heykəltəraşlar
A.Nimədov, M.Musabayev və başqalarının adını çəkmək olar.
XX əsr özbək mədəniyyətində inkişaf xətti götürmüş sahələrdən birini də musiqi sənəti təşkil edirdi. Artıq
ötən əsrin ilk rübündə yaranan klassik sənət nümunələri – simfonik əsərlər, milli operalar, baletin təməlinin
qoyulması dediklərimizə əyani sübutdur. Görkəmli özbək bəstəkarlarından M.Əşrəfi, T.Sadıqov, İ.Aqbarov,
M.Tacıyev, N.Zakirov, S.Cəlil, U.Musayevin adlarını çəkmək olar. Bu bəstəkarlar istər opera və balet, istərsə də
milli musiqinin çiçəklənməsində aparıcı yer tutmuşlar.
Təşəkkülü hələ qədim dini ayin və mərasimlərdən doğan özbək teatrının çiçəklənməsi məhz sovet
dövrünə təsadüf edir. Həmzə Həkimzadə Niyazi yeni özbək teatrının təmsilçisi hesab olunur. Daha sonralar isə
dramaturgiyada yeni simalar meydana çıxır – İ.Sultanın «Etiqadlı adamlar», B.Əvəzovun «Firqəd»,
M.Şeyxzadənin «Mirzə Uluqbəy», A.Şirvanzadənin «Namus» kimi dram əsərləri belələrindəndir. Özbək
teatrının inkişafında rejissorlardan M.Uyğur, Y.Babacanov, T.Xocayev, aktyorlardan A.Hidayətov,
S.İşanturayev, Ş.Bürhanov, A.Xocayev və digərlərinin adlarını çəkmək olar.
Özbək tarixinin sovet dövründə mədəniyyətin inkişaf etdiyi sahələrdən ədəbiyyatın adını xüsusilə
vurğulamaq lazımdır. M.Aybək, Qafur Qulam, A.Qəhhar, Həmid Əlimcan, Uyğun, K.Yaşen və digərləri sovet
dövrü üçün xarakterik olan sosializm realizmi metodu çərçivəsində bədii əsərlər yaratmış olsalar da, ən başlıcası
ölkənin, xalqın tarixi, müasir həyatını obrazlı şəkildə təsvir edə bilmişlər. Bu əsərlərdə özbək xalqının
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
216
əməksevərliyi, məişəti, adət-ənənələri, dünyagörüşü, milli əxlaqı, əzmkarlığı, qəhrəmanlığı kimi əxlaqi
məqamlar bədii həllini tapmışdır.
Özbək mədəniyyəti haqqında danışarkən xüsusilə bu xalqın Azərbaycan xalqı ilə mənəvi birliyi, dostluğu
faktını da yaddan çıxarmaq olmaz. Tarixin müxtəlif mərhələlərində özbək sənətkarları ilə Azərbaycan sənət
sahibləri arasında yaradıcılıq əlaqələri olmuşdur. Sənətin müxtəlif sahələrində – memarlıq, teatr, musiqi, kino,
təsviri, dekorativ-tətbiqi sənətdə bu özünü daha qabarıq şəkildə əks etdirmişdir. Bu yaxınlıq həm də özbəklərlə
azərbaycanlıların eyni soya – türkçülüyə bağlılığı ilə də izah olunur.
Tacik mədəniyəti
Tacikistan Orta Asiyanın cənub-şərqində yerləşən bir ölkədir. Paytaxtı Düşənbə şəhəri olan Tacikistan
qərb və şimaldan Özbəkistan, Qırğızıstan, şərqdən Çin, cənubdan isə Əfqanıstan ilə həmsərhəddir. Tacikistanın
çox zəngin tarixi keçmişi vardır. Paleolit, mezolit, tunc dövrünə aid tapılan abidələr bu ölkənin böyük
mədəniyyətə malik olduğundan xəbər verir. Mədəniyyəti kimi, ölkənin özü də vaxtılə bir çox hücumlara məruz
qalmışdır. Bunun nəticəsində Tacikistan müxtəlif dövlət və padşahlıqların tərkibinə daxil olmuşdur. B.e.ə. 329-
cu ildə ölkə Makedoniyalı İsgəndərin hücumuna məruz qaldığından ölkənin bir hissəsi Selevkilər dövlətinə və
Yunan-Bəlx padşahlığına daxil oldu. VI əsrin ortalarından türk xalqlarının bütün Orta Asiyanı fəthi nəticəsində
taciklərin də tarixində mühüm dəyişikliklər baş verdi.
Tacikistan ərazisində qədim Orta Asiyanın yerli oturaq şərqi İran əhalisi və tərəkəmə, köçəri tayfalarına
məxsus mədəniyyət abidələri mövcuddur. Qədim və orta əsr tacik incəsəntinin inkişafı üçün ölkənin ticarət yolu
üzərində yerləşməsi, onun İran, Hindistan, Şərqi Türküstan, Çin, Aralıq dənizi ölkələri xalqları ilə mədəni-
ticarət münasibətlərinin rolu böyükdür. Tacikistanın qədim əhalisi Bəktariyə, Kuşan padşahlığı, Soqda, Toxaris-
tan, Fərqanənin incəsəntinin təşəkkül və inkişafına təkan yaratmışdır. Bu təkanın təsiri digər qonşu ölkələrə də,
xüsusilə, Şərqi Türküstana da əlverişli şərait yaratmışdır.
Tacik xalqının bədii mədəniyyəti Orta Asiya ərazisinin tarixi-mədəni inkişaf prosesinin tərkib hissəsi kimi
təşəkkül taparaq, xüsusilə, özbək mədəniyyətinin inkişafı ilə bağlı olmuşdur.
Tacik xalqının həm bir millət kimi formalaşması, həm də iqtisadi bazasının inkişafında IX əsrin sonunda
yaranmış Samanilər dövlətinin çox böyük tarixi əhəmiyyəti var idi. Tacik dili öz statusunu müəyyən etdi, artıq
bu dildə ədəbiyyat, tarixi əsərlər yaranmağa başladı. Bu mənada tacik klassik ədəbiyyatının görkəmli
nümayəndələrinin – Rudəki, Firdovsi, alim İbn Sina, filosof-şair Ömər Xəyyam, Hafiz, Cami kimi sənətkarlar
dünya şöhrətli şəxsiyyətlər cərgəsinə daxildir.
Bu ərazidə əsas dini təlimlər zərdüştilik, daha sonralar Manilik, budduizm olmuşdurr. Ərəblərin işğalı ilə
Orta Asiyada islam dininin yayılması tacik mədəniyyətində öz təsirini qabarıq şəkildə əks etdirdi. Dini
memarlıq tikililərinə üstünlük verilməsi bu ölkədə memarların yetişməsi üçün əlverişli şərait yaratdı. XI-XIV
əsrlərdə monumental memarlıqda nailiyyətlər özünü təzahür etdirdi: Məhəmməd Bəşşar məqbərəsi bu dövrün ən
nadir sənət abidələrindəndir.
Tarixi mərhələlər bir-birini əvəz etdikcə tacik mədəniyyətində də nailiyyətlərin sayı artırdı. Memarlıq XIV-
XVII əsrlərdə inkişaf dövrünü keçirirdi. Bu dövrdə Kulyabda Mir Seyid Həmədani məqbərəsi, Ura-Türbədə Sər-i
məzar ansamblı, məhz belə abidələrdəndir. Dini memarlıq incəsənətin digər sahələrində peşəkarlığın yüksəlişinə
təkan verən amil rolunu oynadı. Belə ki, monumental memarlıq tətbiqi-dekorativ sənətinin inkişafı, təsviri sənətdə
ornamental kompozisiyaların (nəbati, həndəsi, epiqrafik motivlər) yeni istiqamət götürməsinə başlıca səbəb oldu.
Orta Asiyanın bir çox qabaqcıl miniatür məktəbləri tacik miniatür sənətinin yüksəlişində əhəmiyyətli yer
tutmuşdu. Tapılan abidələrdən belə bir nəticə əldə etmək olar ki, miniatür sənətinin sonrakı inkişafı dağlıq Tacikis-
tana xasdır. Bunu Ermitajda mühafizə olunan «Yusif və Züleyxa» əsərinin əlyazmaları da sübut edir (1797-98).
Dekorativ-tətbiqi sənət orta əsrlərdə yerli ənənələrə istinad edərək müsəlman Şərqinin xüsusilə, İran və
Əfqanıstan sənətkarlığının təsiri altında inkişaf edirdi. Keramika geniş vüsət almışdı. Bəxş, Hulbuk, İsfar,
Hocentdən XI-XII əsrlərə aid ştamplı ornamentli qablar belə abidələrdəndir. Qİymətli metallardan, xüsusilə,
tuncdan hazırlanmış ziynət əşyalarındakı nəqşlər, ornamentlər belələrindəndir. Ura-Tubə yaxınlığındakı Qalay-
Balanda xəzinələri, Şəhristan, Laqman, Uzun-Hissar xəzinələrindən əldə edilmiş bəzək əşyalarını misal
göstərmək olar. Eyni inkişaf şüşə sənəti və toxuculuğa da aiddir.
Monumental-dekorativ sənətində ağac üzərində oymaya bina sütunları, qapı, darvaza, pəncərələrin oyma
sənəti ilə bəzədilməsini nümunə göstərmək olar. Bu texnika artıq XVII-XIX əsrin əvvəllərində də tətbiq
olunmağa başladı. İskodar kəndindəki məscidin ağacdan olan mehrabının bədii oyma ilə bəzədilməsi (X-XI əsr)
bu sənətin yüksəlişindən xəbər verir.
Tacik xalqının qədim fəlsəfi düşüncə tərzi də ümumi mədəniyyət məsələlərinə bilavasitə təsir
göstərmişdir. Bu mənada ilkin fəlsəfi təlimlərdən IX əsrə qədər İrandan gələn zərdüştçülük üstünlük təşkil edir-
di.
Ərəb xəlifəsinin Orta Asiyanı zəbtindən sonra islam hakim ideologiyaya çevrildi. Əbu Əli İbn Sina, onun
ardıcılı Ömər Xəyyam bu təlimlə yanaşı digər fəlsəfi məktəblərdən, xüsusilə, qədim yunan elmindən də
bəhrələnmişlər. Belə ki, İbn Sinanın fəlsəfi düşüncələrində bir çox materialist elementlər (məsələn, maddi
aləmin əbədiliyi, idrak nəzəriyyəsində sensualist məqamlar və s.) başlıca yer tuturdu. Demokritin bəzi
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
217
ənənələrinin davamçısı olan Razi təbiət və cəmiyyətin qanunauyğunluqlarını qəbul edərək dünyanın dərk
edilməsi fikrini təsdiqlədi.
Fəlsəfə ilə yanaşı kəlam kimi qəbul edilən islam fəlsəfəsi də bu ölkədə IX-XIV əsrlərdə geniş vüsət
tapmağa başlayır. Bu fəlsəfənin görkəmli nümayəndələri Qəzali və Fəxrəddin Razi idi. Onların fəlsəfi
düşüncələrinin əsas məğzini dünyanın Allah tərəfindən yaranışı və ilahi iradədən asılılıq nəzəriyyəsi təşkil edir-
di.
Fəlsəfə ilə bərabər qədim taciklər digər elmi biliklərə də malik idilər. Bu, ilk növbədə IX-XI əsrlərdə Orta
Asiyanın Şərqin elmi düşüncə mərkəzlərdən olması ilə bağlı idi. Qədim Yunan və Hind elmi mənbələrinin Orta
Asiya dillərinə tərcümə olunması riyaziyyat, astronomiya, mineralogiya, fizika, tibb elmlərinin yayılmasına
kömək etdi. Tacik xalqının elmi biliklərinin artırılmasında Xorezm, Buxara, Merv, Qəznə, Səmərqənd
şəhərlərindəki mərkəzlərin rolu çox böyük idi. Anonim tacik müəllifinin «Aləmlərin hüdudu» adlı elmi əsər ilk
coğrafişünasın fəaliyyətindən xəbər verirdi.
IX-X əsrlərdə fars, ərəb dillərində ilk tacik tarixi mənbələri meydana çıxmağa başlayır. Təbəri,
Rəşidəddin, Səyfi Xiravi (XIII əsr), Mirhonda, Hondemir (XV-XVI əsr), Ruzbehon kimi tarixçilər bir çox
ümumdünya hadisələri, ayrı-ayrı sülalə və başçıların, hakimlərin tarixini, ölkə, şəhər, vilayətlərin tarixini, bio-
qrafiya və memuarları yaratmışlar.
Tacik xalqının şifahi ədəbiyyat tarixinin kökləri lap qədimlərə gedib-çıxır. Klassik tacik ədəbiyyatını üç
dövrə bölürlər: birincisi, IX-XV əsrləri əhatə edərək iran və taciklərə aiddir, çünki bu farsdilli ədəbiyyatdır;
ikincisi, XVI-XIX əsrin I yarısını əhatə edir, bu Orta Asiya ərazisindəki ədəbiyyatdır. Üçüncü dövrü tacik maa-
rifçi ədəbiyyatı təşkil edirdi. Bu da XIX əsrin II yarısından XX əsrə qədər davam edən ədəbmyyat idi. IX-X
əsrlərdə yeni fars dilli ədəbiyyatın intensiv inkişafı bu dövrü tacik klassik poeziyasının «qızıl» dövrü kimi
qiymətləndirməyə imkan yaradır. Bu zaman ədəbiyyatda ideya-tematik zənginləşmə, əsas janr və bədii
formaların təşəkkülü qabarıq şəkildə hiss edilməyə başlayır. Bu zaman mədəni və ədəbi inkişafın mərkəzi indiki
Orta Asiya və Xorasan (İranın Şərqi və Əfqanıstan hissəsi), iri şəhərlər olan Səmərqənd, Merv, Balxam hesab
edilir. Rudəki, Əbu Şakul Bəlxi (915-?), Əbül Həsən Kisan (953-1002), Dəqiqi (977-ci ildə vəfat edib) kimi
şairlərərin əsərlərində humanizm, ədalətçilik ideyaları qabardılaraq, tirançılıq ciddi tənqid olunurdu.
X əsrin axırları - XI əsrin əvvəllərində Ə.Firdovsi görkəmli poeması olan «Şahnamə»ni qələmə alır. Bu
dövrün digər görkəmli ədəbiyyat xadimləri Əbül Qasım Ünsürü (1039-cu ildə vəfat edib), Fərrahi (1038-ci ildə
vəfat edib), Manuçöhr (1041-ci ildə vəfat edib), Məsud Sad Salman (1121-ci ildə vəfat edib) və b.
Klassik tacik ədəbiyyatının bu dövründə baş verən siyasi-tarixi hadisələr ədəbi mühitə də öz təsirini
göstərirdi. X əsrin axırlarından İran və Orta Asiyaya nüfuz edən sufizm yeni ədəbiyyatın təşəkkülünə zəmin
yaratdı. Nəsir Xosrovun (1004-1072) yaradıcılığında dini-fəlsəfi cərəyan olan ismaillik özünü qabarıq şəkildə
göstərdi.
Lirik poeziyada təşəkkül tapan (XII əsr) qəsidə, qəzəl janrları tacik ədəbiyyatında mühüm yer tutmağa
başladı. Rübailər isə dörd misradan ibarət olan şeir növü kimi Ömər Xəyyamın yaradıcılığında başlıca
əhəmiyyət kəsb etdi.
Həmin dövrə təsadüf edən Çingiz xanın istilası (XII əsrin əvvəli) bütün mədəniyyət sahələrində olduğu
kimi, ədəbiyyatın inkişafına da ciddi zərbə oldu. Lakin XV əsrdə tacik şairi Əbdürrəhman cami (1414-92) ədəbi
dirçəliş prosesində görkəmli özbək şairi Əlişir Nəvai (1441-1501) əlbir yaradıcılıqlarını vurğulamaq lazımdır.
Klassik tacik ədəbiyyatının ikinci dövrünü əhatə edən XVI-XIX əsrin əvvəllərində şair Mirzə Əbdülqadir
Bədilin (1644-1721) adını xüsusilə qeyd edilməlidir. Bu dövrdə bir çox şairlər feodal cəmiyyətinin
haqsızlıqlarını tərənnüm etdirirdilər. Şairlərin çox hissəsi sadə peşə adamları idi: toxucu, şair Seyid Nəsafi,
Fitrət Zərduz (1657-1707), Mirzə Sadıq (1819-cu ildə vəfat edib) kimi xadimlərin adlarını çəkmək olar.
Yeni-müasir tarixi dövrü əhatə edən klassik tacik ədəbiyyatı (XIX əsrin II yarısı XX əsr) maarifçilik
istiqamətinin təşəkkülü ilə izah edilir. Bu ilk növbədə, Orta Asiya ölkələrinin Qərbi Avropa və Rusiya ilə yeni
münasibətlər qurması faktı ilə səciyyələnir. Əhməd Dönüş (1827-97), Rəhmətullah Vazeh (1818-94),
Şəmsəddin Şahin (1859-93), Məhəmməd Heyrat (1878-1902) bu sahədə ilk addım atanlardır. Maarifçi ədəbiyyat
realist istiqamətliliyi ilə əvvəlki ədəbiyyatdan fərqlənir. Ədəbiyyata realist hekayə, fəlsəfi-romantik povest
janrları gətirilir.
XX əsrin əvvəllərində Sədrəddin Eyni (1878-1954), Toşhoca Əsiri (1864-1916), Mirzə Sirac (1877-1913)
kimi yazıçılar ədəbiyyatın xalq ilə, kütlə ilə yaxınlaşmasına güclü təkan yaratdılar.
Orta Asiya, o cümlədən Tacikistanın sovetləşdirilməsi dönəmində də ədəbiyyatda görkəmli mədəniyyət,
söz sənətkarları meydana çıxdı. Düzdür, sovet ədəbiyyatında sosialist realizmi yaradıcılıq prinsipi sənətkarlar
bir çox məqamlarda, mövzularda öz yaradıcı potensialını sona qədər büruzə verməyə imkan yaratması da, digər
sovet respublikalarının ədəbiyyatlarında olduğu kimi, tacik ədəbiyatında da dəyərli söz xadimləri öz bədii
əsərləri ilə mədəniyyət tarixində iz buraxmışlar. Ayni, Payrav Süleymani (1899-1933), Məhəmmədcan Rəhimi
(1901-68), Cəlal İkrami (1909-), Suxayli cəfərzadə (1900-1964), Mühiddin Əminzadə (1904-1966), Mirzə
Tursunzadə (1911), Abdusaloma Dehoti (1911-62), Rəhim cəlil (1909-), Həbib Yusifi (1914-45), Fateh Niyazi
(1916), Bəkir Rəhimzadə (1910) və b. tacik-sovet ədəbiyatının tanınmış xadimləridir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
218
Sovet dövrü tacik teatrı üçün də əhəmiyyət kəsb edən məhsuldar dövr idi. Belə ki, 1930-cu ildə yaranan tacik
dramaturgiyasına İkraminin «Düşmən» (1934), Tursunzadənin «Qırmızı çubuqlular» (1941), İkraminin «Ana ürəyi»
(1942), «Nadirin evi» (1943), Uluqzodanın «Rudaki» (1958), Qəni Abdullanın «Azadlıq alovu» (1964), «İnqilab
əsgərləri» (1970) pyeslər səhnələşdirilmişdir.
Ümumiyyətlə, müasir tacik mədəniyyəti haqqında söhbət gedərkən sovet memarlığı, sovet təsviri
sənətkarlığını da qeyd etmək vacibdir. Memarlıqda ictimai-məişət tipli yaşayış binaları ilə yanaşı öz
monumentallığı, ornamentallığı ilə seçilən tikililər mühüm yer tutur.
Sovet tacik təsviri sənətinin formalaşmasında ötən əsrin 30-cu illərində buraya gəlmiş Q.N.Timkov,
E.Q.Çemodurov, V.İ.Fufıgin, V.L.Sidorenko, İ.A.Yerşov kimi rəssamlar ciddi təkan oldu. Təsviri sənətin
müxtəlif janrlarında məşğul olan rəssamlar – A.T.Amincanov, A.O.Axunov, A.Rəhimov, Z.Xabibullayev,
X.Xuşbaxtov mədəniyətin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Eyni zamanda dekorativ tətbiqi sənət öz inkişafını bu sahədə xidmət göstərən sənətkarların adı ilə bağladı.
Ağac üzərində oyma sənətində Y.Baratbəyov, M.Alimov, S.Nuritdinov, toxuculuqda Zülfiyyə Bəhriddinov və
b. dekorativ-tətbiqi sənətin tanınmış sənətkarlarıdır.
Müasir tacik mədəniyyətində musiqinin xüsusi rolu haqqında da danışmaq lazımdır. Professional musiqi-
nin görkəmli sənətkarlarından Saliyeva, A.Xamdamova, Y.Sabzanova, Sayfiddinova, D.Axundova, Z.Şahidi,
Xamrayeva, F.Bahora və b. adlarının çəkmək olar. Musiqi sənətinin inkişafı tacik rəqsi və baletinin
formalaşmasında əhəmiyyətli yer tutmuşdur. Hazırda Tacikistanda musiqini professional səviyyədə öyrənmək
üçün onlarla musiqi məktəbləri, Opera və Balet teatrı, xoreoqrafiya məktəbləri və s. fəaliyyət göstərir.
Beləliklə, qeyd etmək lazımdır ki, Tacikistan Orta Asiya ölkələri sırasında mədəni cəhətdən irəliyə gedən
bir ərazidir.
Türkmən mədəniyyəti
Türkmən xalqı özünün ibtidai incəsənəti ilə məşhur idi. Uzun illər ərzində türkmənlərin yaratdıqları xalq
nümunələrinin bir çoxu dünya muzeylərini, sərgiləri bəzəyir.
Milli mədəniyyətin ən gözəl nümunəsi türkmən xalçalarıdır. Xalçaların toxunuşundakı incəlik, rənglərdən
düzgün istifadə, kolorit ən mühüm ünsürlər hesab edilirdi. Bundan başqa, türkmən zərgərlərin və dulusçularının
adları da dünya şöhrəti qazanmışdı.
Türkmənistanın mədəniyyət tarixində musiqi incəsənəti özünəməxsus yer tutur. Milli musiqinin ən gözəl
nümunələri bir nəsildən digərinə təkmilləşdirilmiş formada ötürülürdü. Sarıbaxşı, Kəlbaxşa, Xallıbaxşı, Obraz
Salır, Çoudur-Baxşı, Durdubaxşı, Məhtəmqulu Baxşı XIX əsrin axırları - XX əsrin əvvələrində türkmən milli
musiqisinin inkişafına ciddi təsir göstərmişlər.
XX əsrin əvvəllərinə qədər türkmən ədəbiyyatı şifahi xalq poeziyası kimi təqdim olunurdu. Halbuki,
türkmən klassik ədəbiyyatının görkəmli nümayəndələri olan Məhtəmqulu, Kəminə, Zəlili, Səidi və b. dünya
mədəniyyətinin qızıl fonduna daxil olmuşdu. Türkmən xalqının ən zəngin mədəni irsi xalq yaradıcılığı ilə bağlı
idi. Şifahi xalq poeziyası ustaları içərisində Kərmolla, Durdı Klıç, Mollamurta, Bayram şahir kimi istedalar
yetişmişdi. Bu ustadlar sadə xalqın həyat və məişətini vəsf edən nəğmələr söyləyir. Çar məmurları, yerli bəy,
xan və din xadimlərinin insafsızlığından danışırdılar.
Lakin türkmən incəsənətində müasir sənətin ən mühüm növlərinə təsadüf olunmurdu. Simfonik musiqi,
kino sənəti, teatr, rəngkarlıq, qrafika, heykəltəraşlıq, rəqs sənəti və s. yox dərəcəsində idi.
Türnkmənistanda sovet hakimiyyətinin qurulması mədəniyyətin yeni prinsiplər əsasında təşkilinə ciddi
təkan oldu.
Yerli əhalinin ucdantutma savadsızlığı mədəniyyətdə ən böyük gerilik idi. Xorəzm və Buxarada yaşayan
türkmənlərin hamısı savadsız idi. 1914-15-ci tədris ilində Türkmənistanın ərazisində 6800 şagird kontingentini
əhatə edən 58 məktəb fəaliyyət göstərirdi. Yerli əhali, demək olar ki, ümumtəhsil kübar (qeyri-dini) məktəblərlə
əhatə olunmamışdılar. 1917-ci il yanvarın 1-nə olan tarixi arayışa əsasən Kərki dairəsində cəmi 1 kübar (qeyri-
dini) məktəbdə 53 şagird təhsil aldığı halda, Paşauz dairəsində bir dənə də olsun məktəb yox idi.
Savadsızlığın ləğvi mədəniyyətin üzərinə düşən ilk vəzifələrdən idi. Xalq maarifinin inkişafına
yönəldilmiş xərclərin hesabı 1923-cü ilin büdcəsində 1921-ci ilin büdcəsinə nisbətən 3 dəfə artırılır. Türkmən
dilində ilk dərslik və dərs vəsaitləri işıq üzü görür. Qadın təhsilinin təşkilində də ilk addımlar atılır.
XX əsrin 20-ci illərində ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə savadsızların siyahıya alınması
keçirildi. Bunun nəticəsində üç tipdən olan savad məktəbləri təşkil olundu: I.Savadsızlar üçün; II.Azsavadlılar
üçün; III.Yüksək tipli məktəblər. 1922-ci ilin yayında bu məktəblərdə 1,5 min vətəndaş təhsil alırdı, ölkədə
ziyalıların sayının artırılması yeni qurulmuş sovet hökümətinin vəzifələrindən olsa da, bunu reallaşdırmaq heç
də asan məsələ deyildi. 1928-ci ilin oktyabrında Türkmənistanda aparılan kadrların qeydiyyatı texniki, kənd
təsərrüfatı və tibb işi üzrə 151 mütəxəssisin olduğunu sübut etdi. Köhnə ziyalıların mədəni quruculuğa cəlbinə
başlanıldı və bu iş iki mərhələdə həyata keçirildi. Birinci mərhələdə (1917-1920) türkmən və qazaxlardan ibarət
köhnə ziyalı nümayəndələri vilayətin müxtəlif nöqtələrində təbliğatçılıqla, savadsızlığın aradan qaldırılması ilə
məşğul oldu.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
219
İkinci mərhələdə (1920-1924) iqtisadiyyat və mədəniyyətin dirçəldilməsi üçün ziyalıların qüvvəsindən
istifadəyə başlıca yer verildi. Bu mərhələlər dövründə savadsızlığın aradan qaldırılması məqsədilə, yerli kütlələr
məktəblərə cəlb olundu, müəllimlər hazırlandı. Məktəblərdə tədris işini aparmaq üçün digər türk dilli xalqlara
müraciət olundu. Tatar, azərbaycanlı, başqırd, qırğız və s. müəllimlər dəvət aldı, təkcə 1921-ci ilin aul
məktəblərinə 40 tatar müəllim dəvət edilmişdi.
Təhsildən əlavə, digər mədəni-siyasi işlərin həyata keçirilməsinə diqqət artırılırdı. 1919-cu il aprelin so-
nunda xəzəryanı cəbhənin hərbi-inqilab şurasının siyasi şöbəsinin təşkili Türkmən əhalinin mədəni səviyyəsinin
artmasında, mühüm rol oynadı. Siyasi şöbə əsgərlərlə yanaşı, yerli əhali, zəhmətkeş kütlələr arasında siyasi-
tərbiyə, mədəni-maarif işinin gücləndirilməsinə diqqəti gücləndirdi. Siyasi şöbənin nəzdində təşkil olunan
Müsəlman şöbəsi isə, kəndlilər arasında mədəni-siyasi tədbirlər həyata keçirirdi. Müsəlman şöbəsi nəzdində
türkmən müəllimləri kursları da açılmışdı ki, burana bitirənlər məktəblərdə, əsgər və zabitlər arasında təlim-
tərbiyə işlərini həyata keçirirdilər. Mədəni-maarif qatarları Türkmənistanın müxtəlif yerlərində təşkil olunaraq
kino, ədəbi gecələr, mühazirə və məruzələr, mitinqlər təşkil edir.
1923-24-cü illərdə klub işində irəliləyişlər əldə edildi. Klublar mədəniyyət və maarif ocağı kimi yerli əhali
arasında böyük nüfuza malik idi. Fəhlə klublarında ardıcıl olaraq mühazirə və məruzələr təşkil olunurdu.
Klubların nəzdində siyasi dərnəklər, savadsızlığın aradan qaldırılması üzrə dərnəklər, ədəbi, elmi, musiqi-
dramatik dərnəklər fəaliyyət göstərirdi.
1925-ci il ərzində respublikanın həmkarlar ittifaqları xətti üzrə klubların sayı 15-dən 30-a çatmışdı. Klub-
lar 7,9 min insanı özündə birləşdirirdi. Əsasən şəhərlərdə təşkil olunan bu klubların əvəzinə, kənd yerlərində
mütaliə otaqları, qırmızı çayxanalar, qırmızı guşələr başlıca yer tuturdu. Kənd əhalisi arasında bu mədəniyyət
ocaqları kütləvi maarifləndirmə işlərini həyata keçirirdilər. Oktyabr inqilabına qədərki dövrdə türkmənistanda
iki-üç broşüra və yeganə hesab edilən «Yeni üsul türkmən məktəbi» adlı nəşr nümunəsi mövcud idi. Dövri
mətubaut nümunəsi kimi, türkmən qəzeti olan «Ruznamə mavran bəhri xəzər» adlı həm türkmən, həm də fars-
dilli nəşrin adını çəkmək olar. Bu qəzet 1914-1917-ci illər ərzində Aşxabad çar idarəsi tərəfindən dərc olunurdu.
Sonralar «Aşxabad», Çağırış», «Əməyin mənası» adlı qəzetlər işıq üzü gördü.
1920-ci il iyunun 29-da «Türkmənistan» qəzetinin nəşri böyük bir mədəni hadisə oldu. Bu hadisədən so-
nra bir-birinin ardınca sosialist ruhlu digər qəzetlər «Kommunizmin şəfəqi», «Merv xəbərləri», «Şərqin gənc
mübarizi» və s. meydana çıxdı. Artıq 1925-ci ilin oktyabrında «Türkmənistan» qəzetinin redaksiya ilə daimi
əlaqəsi olan 100-dən artıq müxbiri fəaliyyət göstərirdi.
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq türkmən ədəbiyyatında da dirçəliş hiss olundu. Poeziya
türkmən ədəbiyyatının əsas janrı hesab edilirdi. Demək olar ki, yaşlı nəsildən olan bütün türkmən yazıçıları
ədəbiyyata poeziyadan qədəm basmışlar. Bədii nəsr, dramaturgiya, türkmən ədəbiyyatına bir qədər gec daxil
olmuşdur. Bu, bədii yaradıcılıq növü kimi poeziyanın çox qədim ənənələrə malik olduğunu sübut edir. Türkmən
ədəbiyyatı klassik poeziya və folklor ruhunda tərbiyə olunmuşdu. Digər janrlara nisbətən poeziya fakt və
hadisələrin daha obyektiv əks etdirilməsi sahəsində zəngin təcrübəyə malik idi. Bu zəngin ədəbi irsin
nümunəsində yeni ədəbiyyat təşəkkül tapırdı. Bu ədəbiyyatın nümayəndələrindən xalq şairi Kormolla,
Bayramşahir, Durdı Klıç, K.Burunova, B.Kerbabayeva, A.Kauşutov, Ş.Kərimi kimi yazıçı və dramaturqların
adlarını çəkmək olar.
Türkmən musiqisi də öz mənşəyinə görə dərin köklərə gedib çıxır. Türkmən musiqisinin tarixən
daşıyıcıları xalq dilində «baxşi», yəni müğənni deyilən peşəkar ustadlar idi. Onlara, həm də «sazəndə» də
deyirdilər. Baxşi sazəndələrin yaradıcılığı şahir - yəni şairlərlə vəhdət təşkil edird. Baxışlar, təkcə türkmənlərdə
deyil, Özbəkistanda, Karakallakda da fəaliyyət göstərirdi. XIX əsrin II yarısından etibarən baxşı-melodiyaçılar
müəllimləri kimi tanınan «xalına»ların ətrafında birləşirlər. Bu birlik onların repertuarlarının zənginləşməsi,
igidlərin hünərini daha bədii şəkildə tərənnüm etməsi və s.-də müşahidə olunurdu. Belə baxşı-ifaçılardan
göytənədən olan A.Qonubək, Sarı Baxşı, El Baxşı, Xallı Baxşı, Övliyakulu Baxşı, Oraz Salır, Karlı Baxşı,
Amangəld Qonnibək və b. göstərmək olar.
1919-cu ilin sentyabrında Polaratskda Xəzəryanı Dövlət Vilayət Konservatoriyası təşkil olunur ki, burada
12 şagird təhsil almağa başlayır. Konservatoriyada fortepiano, skripka, violonçel, oxu, nəfəs alətləri üzrə siniflər
fəaliyyət göstərirdi.
1920-ci illərdə Türkmənistanda özfəaliyyət musiqi kollektivləri təşəkkül tapır. 1923-cü ildə ilk milli nəfəs
alətləri orkestri yaranır.
Qeyd etmək lazımdır ki, oktyabr çevrilişinə qədər Türkmənistanda professional teatr yox idi. Teatrı poe-
tik, musiqili folklor, klasik ədəbi əsərlər, müğənni-baxşilərin, nağıl söyləyənlərin fəaliyyəti əvəz edirdi. Oktyabr
çevrilişindən sonra yaradılan klub və qırmızı güşələrin nəzdindəki dram dərnəkləri, ilk teatrların ruşeymləri ro-
lunu oynadı. Hərbi-vətəndaş mövzularına həsr olunan ilk pyeslər Türkmən professional teatrının təşəkkülündə
əvəzsiz rol oynadı. A.Kauşutovun yazdığı «Xəzəryanı cəbhə», Ş.Kəriminin «Ay camal» pyesləri belə
əsərlərdəndir.
Professional təsviri incəsənətin təşəkkül tarixi də XX əsrin əvvələrinə aid edilir. Türkmən xalqının bədii
mədəniyyəti ornamental dekorativ sənətin müxtəlif növlərində, xüsusilə də, xalçaçılıqda təzahür tapmışdı.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
220
Poltoratskdakı I Türküstan cəbhəsinin Siyasi şöbəsinin təşəbbüsü ilə bədii studiya təşkil olundu. Tezliklə bunun
adı dəyişərək şərq incəsənətinin zərbəçi məktəbi adlandırıldı. Bu məktəb incəsənətdə peşəkarlığın yüksəlişi
məqsədilə ilk peşəkar kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdi. Həmin məktəbin ilk
kursantlarından olan B.Nurəli sonralar ilk milli peşəkar rəssam kimi tanındı. Sonralar o, Türkmənistanın xalq
rəssamı adına layiq görüldü.
1925-ci ilin mayında İncəsənət məktəbi öz fəaliyyətini dayandırsa da, ilk peşəkar rəssamların yetişməsində
onun rolu əvəzsidir.
Tətbiqi-dekorativ sənətin əsas növü olan xalçaçılıqda yeni janr - portret təşəkkül tapır ki, bu da sənətdə
mühüm hadisə olur.
20-ci illərdə Türkmənistan mədəniyyətinin zənginləşməsi elm və kino sənətinin təşəkkülündən də asılı ol-
du. İlk elmi ekspedisiyaların təşkili, dövlət universiteti, kitabxanaların yaranması mühüm tarixi əhəmiyyət kəsb
edən hadisələrdən idi. Bundan əlavə, elmi-ədəbi cəmiyətlərin, muzeylərin yaranması mədəni əhəmiyyəti ilə
yanaşı, elmi mahiyyət də kəsb edir.
1922-ci ilin mayında Başkənd şəhərində Orta Asiya Dövlət Universitetinin nəzdində təşkil olunmuş
türkmən elmi komissiyasının yaranması ilk elmi müəssisə kimi tarixi əhəmiyyətli bir hadisə oldu. Komissiyanın
əsas məqsədi milli türkmən mədəniyyəti və elminin yaranmasına nail olmaq idi. Komissiyanın üzvləri sırasına
A.Qaraxanov, K.Atabayov, M.Gəldiyev, N.İomudski, O.Muradov, X.Saxatmuradov kimi elm, mədəniyyət
xadimləri daxil idi.
1925-ci ilin aprelində «Türkmənistan SSR Xalq maarif Komissiyasının Əsasnaməsi» qəbul edilir. Bu
dövlət əhəmiyyətli sənəddə TXMK-nın struktur bölmələri və onların üzərinə düşən vəzifələr şərh olunurdu.
Hərbi illərə qədər Türkmənistan SSR Xalq Komissarı vəzifəsində K.Boriyev, D.Məmmədov, A.Artınov,
A.Annanurov, A.Qeldırov kimi tanınmış mədəniyyət xadimləri çalışmışdı. Artıq 1940-41-ci illərdə
Türkmənistanda 1914,15-ci illərə nisbətən ümumtəhsil məktəblərinin sayı 21,6 dəfə artmışdı. Mədəni-maarif
müəssisələrinin mədəniyyətcə artımı 44,4 dəfə yüksəlmişdir
Professional incəsənətdə uğurlar nəzərəçarpacaq dərəcədə əhəmiyyət kəsb edirdi. Burada rus sənətkarlarının
rolunu xüsusi vurğulamaq lazımdır. Rus musiqişünası V.A.Kspenskinin türkmən folklorunun tədqiqi ilə bağlı eks-
pedisiyalara çıxması böyük elmi-bədii bəhrələr verdi. Buradan əldə olunanların əsasında 1928-ci ildə Moskvada
«Türkmən musiqiçisi» adlı fundamental əsər işıq üzü gördü. Folklor materialları A.V.Maskovu da bir bəstəkar
kimi maraqlandırdı. Yeddi hissədən ibarət «Türkmən süitası», bəstəkar M.M.İppolitov-İvanovun «Türkmən
düzənliklərində» adlı simfonik süitaları türkmən peşəkar musiqi mədəniyyətinin inkişafına təkan verdi. Artıq XX
əsrin 30-cu illərində türkmən baxşı-bəstəkarlarından T.Suxanquliyev (1865-194), P.Sarıyev və digərlərinin milli
musiqi əsərləri, nəğmələri yaranır. 30-cu illərin II yarısından respublikanın bir çox rayon və şəhərlərində musiqi
məktəbləri açılaraq fəaliyyət göstərməyə başlayır.
1938-ci ilin iyulunda hökümət və dövlətin xüsusi qərarı ilə «Türkmənistan Dövlət Filarmoniyası» təşkil
olunur.
1926-ci ildə Türkmənistanın mədəni həyatında digər mühüm hadisə türkmən dram studiyasının təsisi ol-
du. Studiyanın rejissoru Yumay Alimzadə idi. O, Kazan şəhərindən dəvət olunmuşdu. İlk vaxtlarda teatr bir çox
çətinliklərlə üzləşirdi ki, bunlardan ən başlıcaçı qadın aktyorların olmaması idi. Kişilər qadın rollarını ifa
edirdilər.
1929-cu ildə isə bu günki Türkmənistan Akakdemik Teatrının əsası qoyuldu. Bu, ilk milli dramatik teatr
idi. İlk çağlarda teatrın 4 aktrisa, 14 aktyoru fəaliyyət göstərirdi.
Türkmən milli kinosunun təşəkkül və formalaşma tarixi də 20-ci illərin axırına təsadüf edir. 1926-cı il
fevralın 7-də Türkmənistanın «xalq maarif komissarlığı nəzdində «Türkmənfilm» adlı kinodairə təşkil edilməsi
haqqında nizamnamə təsdiqləndi. Bu sənəd Türkmənistanda kinematoqrafiyanın tarixini təsdiq edən fakt idi. Elə
həmin ildə də ilk sənədli xronikal film çəkildi. Bu filmin adı ilə ölkənin ictimai-sosial vəziyyətlərini əks etdirən
sənədli filmlər istehsal olunmağa başladı. İlk türkmən kino aktyorlarından A.Melyayev, S.Geoklenov, Ç.
Məmmədov, B.Abdıyev və b. göstərmək olar.
Türkmən mədəniyyətinin inkişafının ən məhsuldar çağlarından birini XX əsrin II yarısından sonra tarixi
dövr təşkil edirdi. Təkcə təhsil sahəsində 1970/71-ci tədris ilində beş ali məktəbdə 29,1 min tələbə təhsil alırdı,
29 texnikumda isə 28,7 şagird oxuyurdu. Xalq təsərrüfatı sahəsində təkcə 1970-ci ildə orta və ali təhsili olan 102
mindən artıq insan çalışırdı ki, bu da 1960-cı ilin göstəricilərindən 2 dəfə artıq idi. Elmi mütəxəssislərin
artımında da ciddi göstəricilər mövcud idi. 1970-ci ildə 3649 elmi işçidən 62-si həkim, 1200-ü isə elmlər
namizədi idi ki, bu da əvvəlki illərə nisbətən müsbət göstərici idi.
70-ci illərdə türkmən poeziyasında da sovet poetik prinsiplərinin abı-havası özünü qabarıqcasına əks et-
dirdi. İctimai-siyasi mövzularda Leniniana, Kommunist partiyası temaları üstünlük təşkil edirdi. Şablon mövzu-
lar olmasına baxmayaraq, türkmən şair və yazıçıları bədii üslub həllində orijinallığa meyl göstərirdilər.
Ç.Aşirov, T.Esenova, K.Kurbanannesenova, B.Seydakova, A.Atacanov, B.Xudaynəzərov kimi şairlər müxtəlif
dövrdə baş verən hadisələri ustalıqla, bədii obrazlarla tərənnüm edirlər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
221
40-70-ci illərdə türkmən romanının səciyyəvi xüsusiyyəti onun mövzu zənginliyi ilə izah olunurdu. Tarix-
i- inqilabi tematika da B.Kərbabayevin «Su damcısı-altun dənəsi», B.Purliyevin «Çələkən şimalı», P.Karpovun
«Açıq quyu», Ç.Aşirovun «Qumlular» adlı romanları müasirlərin həyatına həsr olunmuşdu. Ədəbiyyatda bu ta-
rixi dövrdə roman janrı əhəmiyyətli dərəcədə inkişaf etmişdi.
60-70-ci illərdə Türkmənistanda musiqi mədəniyyəti də yüksək səviyyədə inkişaf edirdi. Mahnı janrında
xüsusi xidməti olan bəstəkar D.Əvəzov (1911-1966) 20-dən artıq romans, bir çox mahnıların müəllifi idi.
Xəlqilik, incə intonasiya səslənişi, melodiklik – bu nəğmə və əsrlərin əsas musiqi mahiyyətini kəsb edirdi.
Bəstəkar V.Muhatovun «Bir düşün, gözəl», «Qızlar», «İlk məhəbbət» mahnıları türkmən xalqının dilinin
əzbəridir. Digər bəstəkarlardan V.Əhmədov, A.Kuliyev, K.Kuliyev, N.Xalməmədov, D.Nurıyev, A.Ağacikov,
Ç.Artıkov, Ç.Taçməmmədov, A.Ablıeva, D.Okdirova və b. adlarını çəkmək olar.
Musiqi sənətində mahnı ilə yanaşı simfonik musiqi də özünəməxsus şəkildə inkişaf yolu keçmişdi. Bu
sahədə A.Kuliyev («Qaraqum çayı» kantatası), V.Muxatov («Günəşli diyar» simfonik əsəri), N.Xalməmmədovu
(«Türkmənistan» süitası) göstərmək olar.
XX əsrin 60-70-ci illərində teatr incəsənəti də özünəməxsus səviyyədə inkişaf etmişdi. Məhtəmqulu adına
türkmən opera və balet teatrında dünya klassiklərindən C.Verdinin «Trubadur», Ç.Puççininin «Toska»,
N.Rubinşteynin «İbris», A.Adans və Delibin «Korsar», Ü.Hacıbəyovun «Arşın mal alan», Q.Qarayevin
«İldırımlı yollarla» əsərləri tamaşaya qoyulmuşdu. Bundan başqa, teatrda milli bəstəkarlardan Y.Meytusun
«Məhtəmqulu», A.Ağacikovun «Sona», D.Nuriyevin «Qönçə» (ilk türkmən operettası), X.Allahnurova və
İ.Yakuşinskonun «Səhra» operaları da səhnələşdirilmişdi.
60-cı illərin əvvəllərində «Türkmənfilm»in zəlzələdən zərər çəkmiş pavilyonu bərpa olunaraq o dövr üçün
müasir texnika ilə təchiz olunur. Burada rejissoru B.Karlıyev və B.İvanov olan «Ayna», Zak V. Və X.
Ağaxanov ilə birgə istehsal olunan «Şərqə doğru on addım» filmləri çəkilir. Türkmən kinosunun bu inkişaf
dövründə A.Karlıyev («Həlledici addım» filmi), B.Mansurov («Susuzluq»), A.Göyoğlanov («Səhra çağırır»)
kimi rejissorlar yeni-yeni filmlər çəkirlər.
Dostları ilə paylaş: |