2.4.5. Avropada maarifçilik dövrü mədəniyyəti
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
291
Tarixin müxtəlif dövrlərində iqtisadi inkişaf kimi mədəniyyət və incəsənətin də səviyyəsi rəngarəng və
ziddiyyətli olub. Mədəniyyətin inkişaf səviyyəsi hər bir ictimai-iqtisadi formasiyanın tələbinə uyğun olsa da,
eyni formasiyanın müxtəlif inkişaf mərhələlərində mədəniyyət və incəsənətin səviyyəsi müxtəlif olurdu. Hər bir
ölkənin, eyni mənşəli xalqların iqtisadi və mədəni inkişafının xüsusilə seçilən, fərqlənən dövrləri olmuşdur. Bu
baxımdan, XVII əsrin sonu - XVIII əsr Avropa mədəniyyətinin inkişafına nəzər salmaq maraqlıdır.
Kapitalizmin inkişafı, burjua münasibətlərinin formalaşması cəmiyyətin sosial - siyasi mahiyyətini
anlamağa çalışan və təhlil edən Avropa materialistlərinin, həmçinin humanist pedaqoqların fəaliyyətinə də təsir
etdi. Dövrün içtimai-siyasi hadisələrindəki dəyişikliklər özünü mədəniyyətin inkişaf axarında da göstərdi. XVIII
əsrdə müasir Avropa millətlərinin formalaşması prosesi başa çatır. Bu proses milli Avropa dövlətlərinin
formalaşması, tarixi inkişafın mühüm şərtləri kimi təhlil olunan böyük milli bədii məktəblərin yaranması, xüsusi
bədii ənənələrin inkişafı ilə xarakterizə edilir.Bu da həmin dövrə dünya bədii mədəniyyətinin müstəqil inkişaf
mərhələsi kimi baxmağa əsas verir. XVIII əsrin əvvəllərində Avropa sivilizasiyası güclü elmi – texniki inkişaf
sürəti əldə etdi. Fransada, İngiltərədə baş verən burjua inqilabları yeni mentalitetin formalaşmasının əsasını
qoyaraq yeni dünya quruculuğu prinsiplərini müəyyənləşdirdi, şəxsiyyət aləminə maraq gücləndi. Məhz
insanların Allah qarşısında, həmçinin dövlət qanunları qarşısında bərabərliyi fikri yaranmağa başladı. Dünyanı
şüurlu surətdə dəyişdirmək və yenidən qurmağın mümkünlüyünə istinad edən optimist dünyagörüş inkişaf
etməyə başladı. Həmin dövrdə dini mübarizələr də genişləndi. Həm müxtəlif dinlər arasında, həm də dinlə elm
arasında ziddiyyətli mübarizə davam edirdi. Mədəniyyətin digər sahələrində də mürəkkəb dəyişikliklər baş
verirdi. Həmin dövr milli mədəniyyətin formalaşması dövrü kimi tanındı. Həmin dövrdən başlayaraq
mədəniyyət sahələrinin differensiasiyası, mədəniyyətin tərkib hissələrinə ayrılması, mədəniyyət sahələrinin
özünü təsdiqləməsi, müstəqilliyi, özünüdərinləşdirməsi mərhələsi başlandı. Bu, həm də müstəqil bədii
üslubların, formalaşmasına istiqamət verdi. Beləliklə, Avropa ölkələrində insanların mədəni həyatında dönüş
yaradan yeni prinsiplər meydana gəldi. Bu dövrün mənəvi mədəniyyətinin əsas fundamental yeniliklərindən biri
yeni fəaliyyət tipinin – dünyanın obyektiv mənzərəsini verən və elmi fəaliyyətə əsaslanan təfəkkür tərzinin
formalaşmasıdır. Elmi fəaliyyət səmərəli, sistemli, eksperimental təsdiqə əsaslanma istiqamətində quruldu.
Dünyanın elmi şəkildə dərk edilməsində insanın rolu və yeri müəyyən edildi. Ram edilməsi mümkün və zəruri
olan dünya elmlərlə silahlanmış ağıl əsasında dərk edilməyə başladı. Dünyanın bu cür dərk edilməsi cəhdi
rasionalizm adlandı. Bu, «dünyada insanın dərk edə biləcəyi qayda – qanunlar mövcuddur!» ideyasına
əsaslanırdı. Bu ideyaya görə cəmiyyət, insanların münasibəti, əxlaq qaydaları, dövlət ağıllı və səmərəli əsaslar
üzərində qurula bilər. Rasionalizmə əsasən ağıl insanlara doğularkən digər təbii imkanlar kimi verilir.
XVII əsrdən fərqli olaraq XVIII əsr tarixə «Maarifləndirmə» əsri kimi daxil olmuşdur. Bu dövrə verilən
addan həmin dövrün içtimai – siyasi, mənəvi xarakteri haqqında qənaətə gəlmək olar. Bu əsrin mədəni – mənəvi
həyatı qarşısında insanların dinə və siyasi birinciliyə əsaslanan dünyagörüşünü dəyişdirmək, onu insan
təfəkkürü və düşüncəsindən süzülən biliklərlə əvəz etmək məqsədi qoyulmuşdur. Mədəni və sosial inkişafın
əsas yolu maarifin yayılmasında görülürdü.
Maarifçilərin fikrincə, xurafat, mövhumat, biliksizlik, ədəbsizlik, mədəniyyətsizlik insan bədbəxtliyinin
əsas səbəbi; maarif, təhsil, elm, fəlsəfə və elmi yaradıcılıq, fikir azadlığı isə mədəni və sosial inkişaf vasitəsidir.
Maarifçilər inanırdılar ki, xalqın maarifləndirilməsi, əqlin inkişafı cəmiyyətin həyatının bütün sahələrinin
inkişafına nüfuzedici təsir göstərir.
İçtimai bərabərsizlik və şəxsi azadlıq ideyası cəmiyyətin üçdə bir hissəsini əhatə etmişdir, humanist
maarifçilər də məhz həmin hissənin tərkibinə daxil idi. İnqilabi əhval - ruhiyyəli dünyagörüşə malik humanist
maarifçilər öz təbliğatlarında insanları savadlandırmaq, onlarda fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə
tərzi, cəsarət tərbiyə etmək məqsədi güdürdülər.
Bu məqsədlərdən çıxış edərək onlar hərtərəfli dünya və içtimai quruculuq ideyası yaratmağa çalışırdılar.
Ona görə də onların «həqiqi ruha» istinad edən «həqiqi sistemə» irad tutmaları təbii idi. Çox vaxt bu sistem,
demək olar ki, həyatın bütün sahələrini əhatə və idarə edən qanunlar vasitəsilə ifadə olunurdu. Maarifçilər
arasında isə müasir insan haqları, insan və vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət, hakimiyyətin
bölünməsi, fərdiyyətçilik etikası konsepsiyaları üzrə mübahisələr yaranırdı.
XVIII əsr, həmçinin dünyəvi mədəniyyətin hakimiyyətini hazırladı və yaratdı. Dini ideologiya dövrü
filosoflar, sosioloqlar, iqtisadçılar, ədəbiyyatçılar zəmanəsi ilə əvəz edildi. Yeni mədəniyyət tipi şəxsiyyət
suverenliyinin və özünümövcudluğun dərk edilməsinə əsaslanırdı. Maarifçiliyin siyasi, iqtisadi, içtimai tələbləri
və şərtləri bədii yaradıcılığın status və xarakterini dəyişdirdi. Artıq əsərlərini öz şəxsi zövqünə görə yaradan
azad yaradıcı şəxslər yaranmağa başladı. Bu dövrdə İngiltərədə - c. Lokk, A. E. Şeftsberi; Almaniyada - H.E.
Lessinq, İ. H. Gerder, İ.V. Höte; Fransada - Volter, D. Didro, Y.Y. Russo; Çexiyada - Y.A. Komenski kimi
mütəfəkkirlər yetişdi.
XVIII əsr Avropa maarifçilik mədəniyyəti aşağıdakı spesifik xüsusiyyətləri ilə xarakterizə edilir:
1. Bu dövr deizmlə səciyyələnir. (Allahı dünyanın yaradıcısı hesab edir, dünya yarandıqdan sonra isə
təbiət və cəmiyyətdə iştirakını rədd edir). Deizm baniləri xristian dünyası və rəvayətlərinə istehza ilə yanaşır,
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
292
möcüzələrə etiraz edir, inamı əqlə qarşı qoyurdular. Bununla da, dini xurafatdan azad etmək və onu təbii dərk
etməyə gətirmək kimi mədəni - maarifçilik meyyləri yarandı.
2. Hər cür millətçiliyi pisləyən və bütün millətlərin bərabər imkanlara malik olduğunu iddia edən
kosmopolitizm yayıldı. Bununla da vətənpərvərlik hisslərinə qarşı ruh düşkünlüyü yaranmağa başladı,
vətənpərvərlik ictimai həyatda öz əhəmiyyətini itirməyə başladı.
3. Maarifçilik mədəniyyəti öz elmliliyi ilə fərqlənirdi. XVIII əsrin əvvəllərində çoxsaylı görkəmli
alimlərin əməyi sayəsində klassik elmi idrakın, elmi dünyagörüşün əsası qoyuldu. Alimlər arasında təbiəti dərk
etmənin obyektiv qanunauyğunluqlarına inam yarandı. Təbiət hadisələrinin təbii baş vermə səbəblərini izah
etmək zərurəti dərk edildi.
4. Maarifçilik mədəniyyəti dövrünün əsas əlamətlərindən biri də rasionalizimdir. Məhz bu dövrdə
rasionalizm dəqiq elmlərdən mədəniyyətin digər sahələrinə keçdi. Maarifçilər dərindən inanırdılar ki, insanlar
məhz əqlin inkişafı, düşüncə vasitəsilə bəşəriyyət və təbiət haqqında əsl elmi həqiqətləri mənimsəyəcəklər. Ağıl
idrak, əxlaq və incəsənətin mənbəyi və hərəkətverici qüvvəsidir: insan ağılla hərəkət edə bilər və etməlidir;
cəmiyyət elmi şəkildə, ağılla, səmərəli qurula bilər və qurulmalıdır.
5. Maarifçilik mədəniyyəti dövrünün mühüm xusisiyyətlərindən biri də «dərrakə» məfhumu ilə bilavasitə
bağlı olan tərəqqi ideyasıdır. Məhz çoxsaylı müsbət və mənfi nəticələrə malik olan Avropa sivilizasiyasını
müəyyən edən maarifçilik dövründə «dərrakə vasitəsilə tərəqqiyə inam» anlayışı yaranmışdır.
6. İnsanın formalaşmasında tərbiyənin rolunun mütləqləşdirilməsi də maarifçilik dövrünün mühüm
xüsusiyyətlərindən biridir. Bu dövrün yaradıcılarına elə gəlirdi ki, uşaqların tərbiyəsinə məqsədəuyğun, ağıllı
şərait yaradılsa və bu səmərəli tərbiyə prosesi bir neçə nəsil davam etsə cəmiyyətdəki bütün problemləri aradan
qaldırmaq olar. Onlar bütün keçmiş adət və ənənələrdən ayrılmış, keçmişin pis adətlərindən uzaq olan yeni
insan tərbiyə etməyi irəli sürmüşlər.
Mədəniyyətin qeyd edilən bütün əlamətlərini özündə birləşdirən nəzəriyyəyə alman alimi Samuel
Pufendorfun (1632-1694) yaradıcılığında rast gəlmək olar. Özünün mədəniyyətə aid tədqiqatlarında Pufendorf
belə qənaətə gəlmişdir ki, mədəniyyət insanın fəaliyyəti nəticəsində təbiətin dəyişməsi və özünün daxili mənəvi
aləminin təkmilləşdirilməsidir. Bu əsasda o, mədəniyyətə təkcə təkmilləşmə prosesi kimi deyl, həm də insanın
və cəmiyyətin inkişaf mərhələləri, vəziyyəti kimi də yanaşmışdır. Bu nöqteyi- nəzərdən mədəniyyət bir çox
maarifçilərin, elm və mədəniyyət xadimlərinin tədqiqat predmetinə çevrilmişdir ki, bu nəzəriyyəçilər də öz
nəzəri konsepsiyalarında mədəniyyətin mahiyyətini açmağa, bəşəriyyətin mədəni inkişaf perspektivlərini
müəyyən etməyə çalışmışlar.
XVIII əsrin sonunda artıq «mədəniyyət» anlayışı bütün Avropa dillərində və elmi ədəbiyyatda vətəndaşlıq
hüququ qazandı. Mədəniyyət anlayışı altında idraka istinad edən ictimai inkişafın müəyyən mərhələsi, təbii
barbar vəziyyətindən mədəniyyətə keçidi yüksək inkişaf mərhələsi başa düşülür. Mədəniyyətin bu əsas
mahiyyəti bu gün də öz aktuallığını saxlamaqdadır.
Yan Amos Komenski (1592- 1670) XVII əsrin görkəmli maarifçi filosofu, humanist pedaqoqu olmuşdur. O
özünün «Dünyanın dolaşıq yolları», «Dillərin açıq qapısı», «Böyük didaktika», «Fizika», «Didaktika», «Təbii
üsulun qanunları», «Ümumi hikmətlərin müjdəçisi», «İşığın yolu», «Təbii istedadların mədəniyyəti haqqında»,
«Dirilmiş forsi» və s. əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Komenskinin dünyagörüşünə din böyük təsir etmişdir. Onun dünyagörüşündə ziddiyyətlər mövcud olsa
da fəaliyyət prinsipində realizmi üstün tutmuşdur. O, əfsanələri deyil, real varlığı, həyat üçün faydalı olan həqiqi
bilikləri öyrənməyə üstünlük vermişdir. Komenski dünyagörüşünün əsasını sensualizm təşkil edir. Onun
fikirincə ölüun fikirincə ölüə təbiətin canlı kitabları açılmalıdır. O, ətraf aləmin obyektiv varlığına inanırdı.
Humanizm və demokratizm Komenski dünyagörüşünün mühüm ünsürü idi. Komenski nikbin baxışlı bir filosof-
pedaqoq olub, insana, onun qüdrətinə, gözəl meyl və arzularına inanırdı. Onun fikirincə hamı həqiqi insan
olmaq üçün doğulmuşdur, bunun üçün də o mütləq təhsil almalıdır.
Komenskiyə görə insan yalnız tərbiyə sayəsində insan olur. O istedadsız və tənbəl uşaqların çox az
olduğunu, bu istedadsızlığı tərbiyə vasitəsilə aradan qaldırmağın mümkün olduğunu söyləyirdi. Tərbiyənin
böyük gücünə və imkanlarına inam Kominskinin maarifçilik mədəniyyətinə və pedaqokika tarixinə gətirdiyi
yeni fikir idi. Kominskini bəzən təbiətşünas alim də adlandırırdılar. Çünki onun maarifçilik nəzəriyyəsi təbiətə-
müvafiqlik prinsipi üzərində qurulmuşdur. O, orta əsrin bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii
qanunlarını axtarmışdır. Onun fikrincə insan təbiətin bir hissəsidir, ona görə də onun ümumi qanunlarına tabe
olmalıdır, bu qanunları tərbiyədə nümunə tutmalıdır. Komenski tarixdə ilk dəfə olaraq fərdi təlimin əleyhinə
çıxmış, dərs- sinif sistemini, birgə təlimin zəruriyiliyini sübut etməyə çalışmışdır. Komenskinin dünyagö-
rüşündə tərbiyə məsələləri də xüsusi yer tutur. Onun fikirincə tərbiyə insanları əhatə edən hadisələri, xarici
aləmi dərk etdirməli, insanın nə etməli olduğunu öyrətməlidir. O, qeyd edirdi ki, əxlaq tərbiyəsi, əsasən təlim
prosesində verilməlidir. Təhsil, elm insanı nəticə etibarılə müdrük etməli, onu mənəvi əxlaqi cəhətdən
yüksəltməli, mərd və alicənab etməlidir. Komenski müəllimlik sənətini yüksək qiymətləndirmiş, müəllimlik
işini dünyada ən şərəfli və ləyaqətli bir peşə hesab etmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
293
Con Lokk (1632-1704) o zamankı İngiltərə burjua cəmiyyətində ləyaqətli yer tutmuşdur. O, İngiltərədə
yeni burjua dövlət quruluşunu əsaslandırmağa çalışmışdır. «İnsan əqli haqqında təcrübə» əsərində sübut etmək
istəmişdir ki, insan şüuru və təsəvvürlərində fitri ideyalar yoxdur, uşaq ruhu «ağ lövhəyə» bənzəyir. Bununla da
o, insanların formalaşmasında tərbiyənin rolunu həddindən artıq şişirdirdi. Onun bu nəzəriyyəsi materializmin
idealizm, xurafatla mübarizəsində əhəmiyyətli rol oynamışdır. Lokk bir çox məsələlərdə materialist sensualist
kimi çıxış etmişdir. Əxlaq və mədəniyyətin digər sahələrində də o, fitri ideyaları inkar edirdi. Xeyirxahlıq həzz
verir, iztirabı azaldır, insanı pislikdən mühafizə edir. Şər, pislik - bunun əksidir. Lokk «Tərbiyə həqqında
fikirlər» əsərində qeyd edir ki, tərbiyənin məqsəd və vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centlmen
yetişdirirməkdədəir. centlmen – mənşəyi etibarı ilə zadəgan, rəftarında nəzakətli, eyni zamanda burjua işbazının
keyfiyyətinə malik olmalıdır. O, həmçinin fiziki tərbiyəyə üstünlük verərək qey edirdi ki, «sağlam bədəndə
sağlam ruh olar». Əxlaq tərbiyəsi hər kəsin marağı və faydası üzərində qurulmalıdır. Adamlar müdrük olmalı,
istəklərinə nail olmanın real imkanlarını müəyyənləşdirməyi bacarmalıdırlar. İnsanların davranışı düşüncəli
olmalı, ehtiraslarını cilovlamağı bacarmalı, əqli göstərişləri ilə hərəkət etməlidirlər. O, özünün fəlsəfi əsərləri ilə
Fransa maarifçilərinə böyük təsir göstərmişdir.
Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biridir. O, dövlətin mənşəyi həqqında
c.Lokkun görüşlərinə əsaslanıb sübut etməyə çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik,
qardaşlıq üçün təbii hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin gücünə
yüksək qiymət verirdi. O, möhkəm inanırdı ki, yeni, ağıllı insanlar tərbiyə edilsə onlar özləri dünyanı yenidən
qura biləcəklər. «İnsanlar arasında bərabərsizliyin mənşəyi» adlı əsərində Russo sübut etmişdir ki, bərabərsizlik
mədəniyyətlə yanaşı inkişaf edib. «İctimai müqavilə» əsərində deyilir ki, xalqın mənafeyini müdafiə etməyən
hakimiyyət qanuni deyil. O, xüsusi mülkiyyəti bütün fəlakətlərin mənbəyi hesab edirdi. «Emil və yaxud tərbiyə
haqqında» roman- traktatında yeni insan tərbiyə etməyin yollarını göstərmişdir. Bütün varlığı ilə demokrat olan
Russo qeyd edirdi ki, dövlət başçıları xalqın iradəsi əleyhinə getdikdə, onların vəzifəsindən kənar etməyə xalqın
haqqı vardır. O, bərabərsizliyin, ictimai zülmün səbəbini dövrün mədəniyyətində görürdü. Russo qeyd edirdi ki,
insan pozulmuş cəmiyyətdən və mədəniyyətdən kənarda, təbiət qoynunda öz zəhməti ilə tərbiyələnməli, öz
zəhmətinin məhsulu ilə yaşamalı, azadlığı qiymətləndirməyi və müdafiə etməyi bacarmalıdır. Öz azadlığını
qiymətləndirməyi bacaran adam özgələrinin də zəhmət üzərində qurulmuş azadlığına hörmət edəcəkdir. Russo
azad tərbiyə tərafdarı idi.
Klod Adrian Helvetsi «Ağıl haqqında» fəlsəfi əsərində dinə qarşı çıxaraq qeyd edirdi ki, keşişlərin vəzifəsi
xalqı cəhalətdə və savadsızlıqda saxlamaqdır. «İnsan, onun əqli qabiliyyətləri və tərbiyəsi» adlı əsərində fitri
ideyaları rədd edərək tərbiyənin rolunu qiymətləndirir. Onun fikirincə tərbiyə hər şeyi həll edir, tərbiyə
vasitəsilə dahilər yetişdirmək mümkündür. Onun fikirincə insan həm fiziki, həm də mənəvi varlıqdır. Helvetsi
qeyd edir ki, insan biliyi onun duyğularının məhsuludur. O, əbədi və mütləq əxlaq normalarını inkar edir,
əxlaqın nisbi xarakter daşıdığını, onun insanın ictimai mənafeyi ilə müəyyən edildiyini göstərirdi. Əxlaqi
davranışların əsas meyarı isə təcrübədən doğan şəxsi mənafedir. Bununla o, heç də ictimai mənafeyi rədd etmir,
əksinə qeyd edir ki, ictimai mənafe şəxsi mənafeyi tamamlayır və onunla uzlaşır. Onun fİkirincə, insan tərbiyə
prosesində cəmiyyətin mənafeyini başa düşməli, ictimai xadim kimi yetişməlidir. O, ictimai tərbiyəni ailə
tərbiyəsindən üstün tutur və məktəb tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikirincə, yeni məktəblər yeni
insanlar tərbiyə edəcək, bu yeni insanlar isə vətənpərvər olmaqla şəxsi mənafeyini millətin xoşbəxtliyinə tabe
edəcəkdir.
Deni Didro (1713-1784) fransız materialist filosoflarının ən görkəmli nümayəndələrindən biridir. O,
«Fəlsəfi düşüncələr», «Korların məktubu və gözlülərə nəsihət» adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.
Didro materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O, duyğuları yüksək
qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun şahidləridir. Ağıl həmin şahidlər vasitəsilə alınan
məlumatları mühakimə edir. Ağıl həssasdır, o müşahidəni mühakimə etməlidir. O, ağılla hissləri eyniləşdirmir,
onları dialektik vəhdətdə götürürdü. Didro da başqa filosoflar kimi tərbiyəyə yüksək qiymət verir, lakin onun
rolunu həddindən artıq şişirtmirdi. Onun fikirincə cəmiyyət xalqa lazımi tərbiyə və təhsil vermədiyi üçün xalqın
içərisindəki istedadlar məhv olur. Didro göstərirdi ki, tərbiyə və təhsil insanları əxlaqlı, ləyaqətli, mədəni, həssas
şəxsiyyətlər kimi formalaşdırır. Tərbiyə nəticəsində kölələr belə özlərini gözəl hiss edir, köləlik üçün
doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, kimya, təbiət, astronomiya kimi real fənlərin
tədris edilməsini tələb edirdi.
İNCƏSƏNƏT. XVIII əsr Qərbi Avropa mədəniyyəti və incəsənətinin bütün sahələrində geniş irəliləyiş
baş verdi. Yeni şəhərlər salınmağa, abidələr tikilməyə və s. abadlıq işləri aparılmağa başlandı. Məsələn, XVIII
əsrin birinci yarısında Fransada şəhərsalma mədəniyyətində, vaxtilə Versal ansamblında nəzərdə tutulmuş
dəbdəbəli planlaşdırma inkişaf etdirildi və həyata keçirildi. 1753-cü ildə memar c.A. Qabrielin rəhbərliyi ilə
Parisdə indiki «Razılıq meydanı»nın tikintisi başa çatdırılmışdır. 1758-90-cı illərdə Parisdə memar J. J. Suflo
Sent-Jenevyev (indiki Panteon) kilsəsini, memar J. A. Qabriel Versalda kiçik Trianon sarayını, Borododa V.
Luinin rəhbərliyi ilə Böyük teatr, Parisdə J.A. Qabriel Hərbi məktəb və s. kimi saraylar, binalar inşa etmişlər.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
294
XVIII əsrin ictimai- siyasi görüşləri təsviri sənətdə də öz əksini tapmışdı. A. Vato, F. Buşe, N. Lankre və
b. yaradıcılığı buna misal ola bilər. Bu dövrün demokratik görüşləri xüsusən J. B. Şarden, M. K. Latur, J. B.
Perronno, Q. de Sent- Oben və b. yaradıcılığında daha parlaq şəkildə təzahür etmişdir. İncəsənətdə də
sentimental- əxlaqi ideyalar, istiqamətlər yaranmağa başladı, J. M. Vyen, J. L. David kimi rəssamlar öz
əsərlərində qismən klassisizm ideyalarını tərənnüm ediridilər. Bu istiqamət özünü müəyyən dərəcədə J. A.
Qudon, J. B. Biqal, E. M. Falkone kimi heykəltaraşların əsərlərində də göstərirdi. Fransa inqilabı dövründə isə
siyasi karikaturalar, luboklar, müxtəlif şənliklər və tədbirlərin bədii tərtibatı geniş yayılmışdı. Utopik filosof və
cərəyanların təsiri ilə yeni memarlıq prinsipləri yaratmaq cəhdləri meydana gəldi. E. L. Bulle, K. N. Ledu, J. J.
Lekon yeni fantastik layihələr yaratdılar.
XVIII əsrdə həmçinin avropa incəsənəti özündə iki istiqaməti birləşdirmişdir: klassisizm və romantizm.
Ədəbiyyat, musiqi, təsviri sənət və incəsənətin digər sahələrində klassisizm özünü məqsədyönlülük, yığcamlılıq
məzmunla formanın uyğunluğu, simmetriklik kimi büruzə verirdi. Burada da antik Yunan və Roma incəsənəti
prinsiplərinə istinad edilirdi. Romantizm isə sənətkarın yaradıcılığına emosionallıq nöqteyı–nəzərindən
yanaşmağı əsas götürürdü. Bu dövrdə incəsənətdəki klassisizm yeni formada yaranmağa başladı, klassisizmdə
romantizm birləşdi, çuğlaşdı.
XVIII əsr incəsənəti həmçinin yeni sentimentalizm cərəyanının başlanğıcı dövrü oldu. Bu cərəyanın xüsu-
si stilistik forması yox idi və onun işlənib müəyyən edilməsinə səy göstərilmirdi. Sentimentalizm (Fransız sözü
olub – hissiyat deməkdir) özündə yeni doğulmuş insanın təmizliyi və yaxşılığını tərənnüm edir.
Rəngkarlıq və heykəltəraşlıq.
XVIII əsrin I yarısında avropa, xüsusən də fransa incəsənətində aparıcı yeri rokoko üslubu tutmağa
başladı. İncəsənətdə rokoko narahatlıq hissiyatı üzərində qurulmuş asimmetriyalar, dəyişmələrə əsaslanmışdır.
Bu narahat dəyişmələr isə mürəkkəb qəribəlikləri, istehzaları, ibarələri əhatə edirdi. Təsadüfi deyil ki, «rokoko»
termini fransız rokayl - balıqqulağından götürülmüş brilyant və bəzək şeyləri sözündən götürülmüşdür.
Fransız rokoko sənətkarlığının görkəmli nümayəndələrindən biri Fransua Buşedir (1703 - 1770). Buşe o
dövrdə akademiyanın direktoru «Kralın birinci rəssamı» idi. O, teatrlara dekorasiya qurur, kitablara illüstrasiya
verir, varlı adamların evlərini bəzəyir, yelpiklərə şəkillər çəkir, kostyumlara eskiz verir və s. Onun əsərlərinə
nümunə olaraq «Veneranın qələbəsi» (triumfu), «Veneranın tualeti», «Venera Amurla», «Diananın çimməyi» və
s. göstərmək olar.
Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz
dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas
istiqamətini təşkil edirdi.
Jan Batista Simon Şardenın (1699 - 1779) estetik ideyaların inkişafına istinad edən yaradıcılığında yeni
məzmunlu rəngkarlıq sistemi yaradıldı. Şarden natürmortların təsvirindən başlayıb mətbəx əşyalarının təsvirinə,
oradan da «Yeməkdən əvvəl dua», «Paltaryuyan» janrlarının təsvirinə, sonra isə portret təsvirinə keçmişdir.
XVIII əsr Fransız heykəltəraşlığı da təsviri sənətin keçdiyi mərhələləri keçmişdir. XVIII əsr Fransız
heykəltəraşlığından Jan Batista Piqal (1714 - 1785) Jan Antuan Qudon (1741 - 1828) və başqalarını göstərmək
olar. Jan Piqalın yaradıcılığında azadlıq, yüngüllük, cazibəlilik elementləri öz əksini tapmışdır.
İngilis incəsənəti XVIII əsr rəssamı Uilyam Xoqartın (1697-1764) yaradıcılığı ilə başlanır. O , Avropada
ilk maarifçi - rəssam hesab edilir.
İngilis portret janrının görkəmli nümayəndələrindən biri də Tomas Geynsborodur (1727-1788). Onun
yaradıcılıq üslubu Vattonun təsiri altında formalaşmışdır. Onun portret obrazları incə qəlbliliyi, şairanəliyi, ruh
yüksəkliyi ilə səciyyələnir. Kəndli uşaqlarının yüksək insanı hissləri təsvir edilmişdir.
İtalyan incəsənətinin inkşafı öz əksini XVIII əsrdə Venesiyanın simasında tapmışdır. Venesiyanın
yaradılmasında covanni Battist Tyepolo xüsusi səy və həvəslə çalışmışdır. Venesiyanın tikilməsi və
bəzədilməsində həmçinin Antonio Kanaletto (1697–1798), Fraçesko Qvardi (1712-1793) də xüsusi fəaliyyət
göstərmişlər.
Teatr. XVIII əsri tez-tez «teatrın qızıl əsri » adlandırırlar. Teatr bir çox məqsəd və vəzifələrin yerinə
yetirilməsi meydanına çevrilmişdir. P.O.Bomarşe hesab edirdi ki, dahilər öz zərbəsinin kimin üstünə yönəltsə,
onu ölümcül yaralayırdı. Müəyyən şəraitdə incidilmiş insanlardan yazmaq, eyni zamanda onları o vəziyyətə
salmış zamanadək yazmaq demək idi.
XVIII əsrdə görkəmli ingilis dramaturglarından Riçard Brinsli Şeridonu göstərmək olar. Onun
«Rəqiblər», «Skarobya səyahəti» kimi satirik komediyalarını göstərmək olar. Bu əsərlərdə yuxarı təbəqələrin
əxlaqsızlığı, burjuaziyanın ikiüzlülüyü tənqid edilirdi.
XVIII əsrdə digər böyük imperiyalar kimi, Venesiya da iqtisadi cəhətdən iflas etsə də öz mədəniyyətini
inkişaf etdirə bildi. O qədər də böyük olmayan bu şəhərdə yeddi teatr fəaliyyət göstərirdi. Halbuki, Paris və
Londonun ikisində bir yerdə o qədər teatr yox idi. Venesiyada keçirilən karnavallara Avropanın hər yerindən
tamaşaçılar axışıb gəlirdilər. Burada Karlo Qoldon (1707 -1799) 267 dram əsərləri yazmışdır. Onun «Aşxana
sahibəsi» adlı komediyası Qoldona dünya şöhrəti gətirmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
295
Karlo Qoççini (1720 - 1806) hekayələrində folklor nümunələri və komik maskarad elementlərindən geniş
istifadə etmişdir.
Görkəmli Fransız dramaturqu Bomarşenin «Fiqaronun evlənməsi» komediyası yeni komediya janrının
yüksək pilləsi oldu. Fiqaro ümumxalq qarşıdurmasının təcəssümünə çevrildi. Ona görə də bu komediyanı inqi-
labdan qorxan XIV Lüdovikin və öz imperiyasını inqilab xarabalıqları üzərində quran Napoleon Bonapartın
görən gözü yox idi.
Almaniyada teatr XVIII əsrin 50 – ci illərindən inkişaf etməyə başladı. İngilis və fransız təcrübəsindən
istifadə edilməsi yüksək nəticələrə gətirib çıxardı. Bu dövr alman maarifçiləri içərisində görkəmli yeri Lessinq,
Höte, Şiller tuturdu.
Musiqi sahəsində opera və balet sənəti yeni inkişaf səviyyəsinə qədəm qoydu. Simfonya janrı meydana
gəldi. Onun yaradıcısı Fransada F. Qossek hesab olunur. XVIII əsrdə c. F. Ramonun operaları geniş şöhrət
tapmışdı. Bu dövrdə opera əsas musiqi janrı kimi qəbul edilirdi. E. Duni, F. Filidor, P. Monsinyi, A. Qretri yeni
komik opera janrı yaratdılar. Ensiklopedistlər bu yeni musiqi janrının yaranmasında xüsüsi rol oynamışlar.
Fransada burjua inqilabı musiqi həyatına da yeniliklər daxil etdi. E. Megül, F. Qossek, L.Kerubini yeni inqilabi
marşlar, mahnılar yaratdılar və bunlar yeni musiqi janrı kimi musiqi aləminə daxil edildi. K. J. Ruje de Lil 1792
– ci ildə «Marselyoza»nı yazdı. Sonralar bu, Fransanın dövlət himninə çevrildi. İnqilabi təbliğat xarakterli yeni
tamaşalar meydana gəldi. Yeni musiqi təhsili sistemi yarandı. Kilsə xoru əvəzinə milli musiqi məktəbləri və
institutları yarandı. 1795-ci ildə konservatoriya təşkil edildi. XVIII əsrin sonlarında balet musiqisində yeni
romantik istiqamətlər yaranmağa başladı. XVIII əsrin sonu- XIX əsrin əvvəllərində artıq Fransa – Paris dünya
musiqi mədəniyyətinin mərkəzinə çevrildi.
XVIII əsrdə Fransız alimləri Azərbaycan mədəniyyyətinə də xüsusi maraq göstərmişlər. A. dü Perron, K.
Planyol Azərbaycan folkloruna, «Avesta»ya, «Kitabi Dədə Qorqud», «Koroğlu» dastanlarına dair tədqiqatlar
aparmışlar. Azərbaycan folkloru, ədəbiyyat nümunələri fransız dilinə tərcümə olunmağa başlamışdı. A. Brelye,
İ. Klerembol, K. Barbye de Meynar, A. Silyer, L. Büvə, A. Masse və başqaları Azərbaycan ədəbiyyatı və
folklorundan fransız dilinə tərcümələr etmişlər. D. Erblo, F. Şaruma, F. Erdman, A. Russo, S de Sasi, A. Masse,
İ. Məlikova, L.Məlikova Səyyar və s. fransız alimləri Azərbaycan ədəbiyyatına aid əsərlər yazmışlar. Fransız
ədəbiyyatı və incəsənətinin Azərbaycan ədəbiyyatı və incənətinin inkişafına da təsiri olmuşdur.
Dostları ilə paylaş: |