Palmitin turşusu 1 molekul asetil-KoA-nın və 7 molekul malonil KoA-nın
sıxlaşmasından əmələ gəlir. Bu prosesi ümumiləşdirilmiş şəkildə palmitin
turşusunun əmələ gəlməsi misalında aşağıdakı kimi təsəvvür etmək olar.
Bu proses üçün asetil-KoA karbohidratların və yağ turşularının aralıq
məhsulundan alınır, ondan başqa ATF, NADFH bikarbonat və Mg2
+
ionları
olmalıdır. Göstərilən reaksiyada karbon qazı deyil onun aktiv forması iştirak edir.
Malonil – KoA əmələ gəlməsi asetil-KoA ATF-in və aktiv CO
2
-nın asetil-KoA
karboksilaza fermentinin katalitik təsiri ilə baş verir.
Müəyyən edilmişdir ki, malonil-KoA hüceyrələrin sitoplazmasında onun
sintezinə sərf olunan asetil KoA isə mitoxondrilərdə əmələ gəlir. Asetil-KoA-nın
mitoxondriyalardan sitoplazmaya keçməsinə (irimolekullu birləşmələr mitoxondri-
lərdən keçə bilmir) oksalat sirkə turşusu ilə birləşərək keçir. Bu prosesə 1 mol ATF
sərf olunur.
Malonil KoA alifatik turşuların biosintezində mərkəzi rol oynayır. Malonil
KoA yağ turşularının sintezində birbaşa asetil KoA ilə reaksiyaya girmir. Əvvəlcə
asetil malonil KoA asildaşıyıcı zülal (ADZ) ilə əvəzetmə reaksiyalarına girirlər
aktivləşirlər. ADZ (acil carrier protein) heyvan hüceyrələrinin protoplazmasında və
O
Asetil-KoA-
CH
3
−C~S−KoA + CO
2
+ ATF
karboksilaza
O
HOOC−CH
2
−C~S−KoA + ADF + H
3
PO
4
Malonil-KoA
Asetil-KoA + 7 Malonil-KoA + 14NADFN + 14H
+
→
→ CH
3
(CH
2
)
14
COOH + 7CO
2
+ 8HS−KoA + 14NADF
+
+ 6H
2
O
162
mikroorqanizmlərdə aşkar edilmişdir. O molekul sonluğunda aktiv sulfihidril
(─SH) qrupları daxil olan maddədir. Onun quruluşu aşağıdakı kimidir.
Asetil Ko-A –nın ADZ ilə reaksiyasına asetiltransasilaza, malonil Ko A-nın
müvafiq reaksiyasına isə malonil transasilaza fermentləri kataliz edirlər.
Doymamış ali yağ turşuları doymuş ali yağ turşuları kimi karbon zəncirinin
ikiləşərək çoxalma yolu ilə sintez olunurlar. Çünki onları kataliz edən fermentlər
məməli heyvanlarda və insan orqanizmində mövcud deyildir. Doymamış yağ
turşuları yalnız doymuş yağ turşularının dehidrogensizləşməsi yolu ilə əmələ
gəlirlər. Lakin məməlilərin orqanizmində üzvi turşuların molekul zəncirində sıra
nömrəsi 9-a qədər olan karbon atomlarını hidrogensizləşdirən (dehidrogenləş-
dirən) fermentlər vardır. Onların istirakı ilə palmitilolein və olein turşuları sintez
edilə bilər. Deməli məməlilərin toxumalarında yalnız nonoentərkibli doymamış ali
yağ turşuları sintez edilə bilər. Palmitilolein və olein turşularının stearin və palmi-
tin turşularından dehidrogenləşmə (hidrogensizləşmə) yolu ilə biosintezində iştirak
edən fermentlərə qaraciyərin və piy toxuması hüceyrələrinin mikrosomlarında
təsadüf edilir.
Doymamış yağ turşularının dehidrogenləşmə yolu ilə əmələ gəlməsi və
karbon zəncirinin uzanması aşağıdakı sxemdə aydın görmək olar.
O O
CH
3
(CH
2
)
16
−C−KoA CH
3
(CH
2
)
7
CH=CH(CH
2
)
7
−C−S−KoA
NADF + H
+
; O
2
Stearolil-S-KoA Oleil-S-KoA
(dehidrogenl şm nin sxemi)
(genişl ndrilmiş sxem) Malonil-S-KoA
NADF + H
+
O O
CH
3
(CH
2
)
14
−C−S−KoA CH
3
(CH
2
)
5
CH=CH(CH
2
)
7
−C−S−KoA
NADF + H
+
; O
2
Palmitoil-S-KoA Palmitoolenil-S-KoA
(dehidrogenl şm nin sxemi)
Malonil-S-KoA
(genişl ndrilmiş sxem)
NADFN + H
+
O
CH
3
(CH
2
)
5
CH=CH(CH
2
)
9
−C−S−KoA
Sis-vaksenoil-S-KoA
CO O CH
3
H O O
CH−CH
2
−O−P−O−CH
2
−C−−C−C−NH−CH
2
−CH
2
−C−NH−CH
2
−CH
2
−SH
NH OH CH
3
OH
ADZ polipeptid
z nciri
163
Doymamış turşularının məməlilərin orqanizmində sintez edilməsi qeyri-
mümkündür. Orqanizm linol, linolein, araxidon turşularını yalnız qida maddələ-
rinin (yalnız bitki mənşəli) tərkibində mənimsəyir. Bununla əlaqədar göstərilən
turşularıa əvəzedilməz turşular adı verilmişdir. Son vaxtlarda sübut edilmişdir ki,
məməli heyvanlar qida vasitəsilə (sorqo, amarant, raps və s. yem bitkiləri ilə
qidalandıqda) kifayət qədər linol və linolein turşuları qəbul etdikdə onların
qaraciyərində bu turşulardan eykozatrien, eyzoatetraen (araxidon) və eykozapenten
turşuları sintez oluna bilər.
Tərkibində bir neçə ikiqat rabitə olan üzvi turşuların orqanizmdə mühüm
vəzifə daşıması son zamanlar müəyyən olunmuşdur. Belə ki, bu turşular
orqanizmdə xəstəliktörədici mikrobların fəaliyyətini minimuma endirir. Bioloji
aktiv maddələrin (prostaqlandinlər, prostatsiklin, tromboksan, leykotreinlər və s.)
məhz tərkibində bir neçə ikiqat rabitə olan ali yağ turşularında əmələ gəldiyi sübut
olunmuşdur. Doymamış ali yağ turşularına F (essensial) vitamini də deyilir.
7. Yağların (triqliseridlərin) sintezi: Yağların biosintezinin əsas substratı 1-
fosfoqliserin və asil-Ko A molekullarıdır. Sintez transasilləşmə reaksiyası nəticə-
sində baş verir. Bu prosesdə 1-fosfoqliserin molekulu qliserinin fosforlaşmasından
və ya fosfodioksiasetonun reduksiyasından alınır. Asil-Ko A molekulu isə yağ
turşularının sintez prosesi və β-oksidləşməsi zamanı əmələ gəlir.
Əvvəlcə transasilləşmə reaksiyası nəticəsində fosfatid turşusu (fosfatidil-
dipalmitin) əmələ gəlir.
Əmələ gəlmiş fosfatid turşusu fosfatidatfosfohidrolaza fermentinin təsiri ilə
hidrolizə uğrayaraq dipalmitinə (diqliseridə) çevrilir.
O OH
2C
15
H
31
−C~S−KoA + HO−CH
2
−CH(OH)−CH
2
−O−P=O
Palmitil-KoA 1-Fosfoqliserin
OH
O
CH
2
−O−C−C
15
H
31
O
Qliserofosfatasiltransferaza
CH−O−C−C
15
H
31
+ 2HS−KoA
OH
CH
2
−O−P=O
OH
Fosfatidildipalmitin
(fosfatid turşusu)
164
Diqliserid yenidən diqliseridtransasilaza fermentinin təsiri ilə asil-Ko A
molekulu ilə tripalmitin (triqliseridi) molekulunu əmələ gətirir.
Triqliseridlərin sintezi prosesini sürətləndirən fermentlər qrupuna qaraciyər
və s. toxumalarda rast gəlinir.
8. Lipid mübadiləsinin pozğunluqları: Yağların və lipoidlərin həzm
olunmasında mədəaltı vəzinin ifraz etdiyi fermentlərin (lipazanın) və ödün mühüm
rolu vardır. Buna görə də, mədəaltı vəzi şirəsinin və ödün bağırsağa tökülməsinin
pozulması yağların orqanizm tərəfindən mənimsənilməsini nəzərə çarpacaq
dərəcədə azaldır.
Mədəaltı vəzi şirəsinin bağırsaq mənfəzinə ifraz edilməsinə maneəçilik
törədən xəstəliklər nəcisdə yağların miqdarının kəskin sürətdə artmasına
(steatoreya) səbəb olur.
Pankreas şirəsinin bağırsaqlara tökülməsinin pozulması ilə nəticələnən
xəstəliklər anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə xəstəliklərə
pankreas kanalının aplaziyasını, mədəaltı vəzinin hipoplaziyasını və fibrozunu
misal göstərmək olar. Bunlardan mədəaltı vəzinin fibrozu nisbətən çox rast gəlinir.
Mədəaltı vəzinin fibrozu autosom-resessiv yolla nəslə verilən irsi xəstəlikdir.
Bu xəstəlik zamanı mədəaltı vəzinin selik ifraz edən hüceyrələrində fermentativ
dəyişikliklər baş verir və onlardan ifraz edilən şirə yüksək suvaşqanlığa malik
olduğuna görə, tədricən vəzin parenximasını fibrozlaşdırır. Yaşlı şəxslərdə
pankreatik steatoreyaya kəskin və xronik pankreatidlərə, həmçinin mədəaltı
vəzinin axacağının tutulması kimi xəstəliklərə də təsadüf etmək olar.
Öd axacağının tutulması, xolesistit (öd kisəsinin iltihabı) və öd ifrazının
pozulması ilə müşayiət olunan bəzi qaraciyər xəstəlikləri (məsələn Botkin
xəstəliyi) zamanı bağırsaqlarda yağların həm həzmi, həm də sorulması azalır,
çünki bağırsaqlara düşmüş yağlar əvvəlcədən ödün təsiri ilə emulsiyalaşdıqdan
sonra həzm olunurlar. Yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşular
isə yalnız öd turşuları ilə kompleks birləşmələr (xolein turşuları) əmələ gətirdikdən
sonra bağırsaq divarından sorulur. Bağırsaq möhtəviyyatında ödün miqdarı
azaldıqda, yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşuların hamısı
xolein turşularına çevrilə bilmir və buna görə də bağırsaq divarından sorulmur.
O O
CH
2
−O−C−C
15
H
31
Fosfatidatfos-
CH
2
−O−C−C
15
H
31
O
fohidrolaza
O
CH−O−C−C
15
H
31
+ H
2
O CH−O−C−C
15
H
31
+ H
3
PO
4
OH
CH
2
−O−P=O CH
2
−OH
OH
Fosfatidildipalmitin Dipalmitin (diqliserid)
165
Belə hallarda nəcis bozumtul-ağ rəngdə olur, onun tərkibində çoxlu miqdarda
parçalanmamış yağlar və sorulmamış yağ turşuları aşkar edilir (axolik nəcis).
Bəzi mədə-bağırsaq xəstəliklərində (kəskin enterokolit, dizenteriya, bağırsaq
vərəmi, qastritlər və s.) qida maddələrinin həzm sistemində hərəkəti sürətlənir və
bağırsaq divarlarının selikli qişasında anatomik dəyişikliklər meydana çıxır ki,
bunlar da yağların sorulmasının pozulmasına səbəb ola bilər.
Qida maddələrinin tərkibindən yağların və lipoidlərin tamamilə çıxarılması
yolverilməz haldır, çünki onların qida maddələrinin tərkibindən çıxarılması nəticə-
sində orqanizm yağlarda həll olan vitaminlərdən (A, D, E, K) və əvəzedilməyən
yağ turşularından (linol – C
17
H
31
COOH, linolen – C
17
H
29
COOH) məhrum olur.
Xolesterin mübadiləsinin pozulmaları ateroskleroz, öd daşı xəstəliyi,
ksantomatoz (idiopatik hiperxolesterinemiya), lipoidli nefroz və s. xəstəliklərin
əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda xolesterinin artması ilə müşayiət
olunur. Öd daşlarının ümumi kütləsinin əsas hissəsini (90%-ə qədər) xolesterin
təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Suda həll
olmayan xolesterinin məhlul halında qalmasında öd turşularının mühüm rolu
vardır. Xolesterinin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ
gəlir. Bu kristal daşlar oksalat, urat, fosfat, karbonat duzlarının həll olmayan
çöküntüləridir. Xolesterin mübadiləsinin pozulmaları praktiki təbabətin mühüm
problemlərindən biridir. Bu problem haqqında tələbələr “Patoloji fiziologiya”
kursunda və klinik kafedralarda daha ətraflı məlumat alacaqlar və onun aradan
qaldırılması yolları haqqında məlumat əldə edəcəklər.
ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
166
Qida kimyasından mühazirələr.
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 14. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ. SUYUN VƏ DUZUN
MÜBADİLƏSİ. MAKRO VƏ MİKROELEMENTLƏR
P L A N
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat
2. Suyun mübadiləsi və orqanizmdə rolu
3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər
4. Mikroelementlər mübadiləsi və bioloji rolu
167
1. Mineral maddələr mübadiləsi haqqında ümumi məlumat: İnsan və heyvanların
bədənində mineral maddələrdən su və duzlar olur. Bunlar da molekul və ionlar
şəklində, həm də başqa maddələrlə (zülallar, karbohidratlat, turşular və s.)
birləşmiş halda təsadüf edilir.
Duzlara molekul halında əsas sümük toxumasında və qismən hüceyrələrin
tərkibində rast gəlinir. Onlar birləşmiş halda, yaxud ionlar şəklində hüceyrə və
toxumaların əmələ gəlməsində və s. (molekulların formalaşmasında da ) iştirak
edirlər.
Su toxumalarda zülallarla, lipidlərlə, karbohidratlarla birləşmiş haldadır. Bu
da onlardakı funksional qruplarla (karboksil, hidroksil, keton, aldehid qrupları və
s.), su ilə onun dissosiasiya məhsullarının: hidrogen və hidroksil ionlarının
xassələri ilə əlaqədardır. Su birləşmiş halda sərbəst formaya nisbətən çox az olur.
Əzələlərdə suyun birləşmiş forması onun maksimum 1%-ni təşkil edir.
Mineral maddələrdən çoxluğu təşkil edən sudur. O, polifunksional maddədir.
Su polyarlıq xassəsinə və hidrogen rabitəsi yaratmaq qabiliyyətinə malik
olduğundan orqanizmdə həlledici rolunu oynayır. O, bədəndə temperaturun
nizamlanmasında iştirak edir. Bu da istilik tutumunun çoxluğu ilə izah olunur.
Su bioloji mayelərin (qan, sidik, öd, həzm şirəsi və s.) əsasını təşkil edərək,
bədəndə onların hərəkətinə də şərait yaradır. O, ifrazatda da iştirak edir. Maddələr
mübadiləsi nəticəsində əmələ gələn son məhsullar sulu məhlullar şəklində ifrazat
orqanlarına aparılır və bədəndən xaric olunur. Buna sidik, tər və s. misal göstərilə
bilər.
Su mübadilə proseslərində də qida maddələrinin parçalanmasında, yeni
maddələrin biosintezində də iştirak edir. Su mexaniki funksya da daşıyır: oynaqları
hərəkət zamanı sürtünmə ilə zədələnmədən qoruyur. Bütün bu göstərilənlərlə
əlaqədar olaraq, insan və heyvan 20%-dən çox su itirdikdə ölür.
Mineral maddələr miqdarına görə 2 qrupa: makroelementlərə və
mikroelementlərə bölünür.
Makroelementlərin orqanizmdə miqdarı 0,001%-ə qədərdir. Bu miqdardan
az, yəni 10
-3
─10
-12
% arasında olan elementlərə isə m i k r o e l e m e n t l ə r
deyilir. Makroelementlərə: kalsium, maqnezium, natrium, kalium, xlor, kükürd,
fosfor və s. mikroelementlərə: mis, yod, kobalt, sink, manqan, molibden və
başqaları aidddir.
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr: sulfat, fosfat,
karbonat, xlorid, flüorid turşularının duzları şəklində təsadüf olunur. Bu duzlar
osmos təzyiqinin yaranmasında, buferli məhlulların əmələ gəlməsində, turşu-qələvi
müvazinətində də iştirak edir.
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların, fermentlərin, vitamin-
lərin və hormonların tərkibində olur. Məsələn, zülallardan hemoqlobində dəmir,
168
vitaminlərdən siankobalamində kobalt, fermentlərdən ksantinoksidazada molibden,
karboanhidrazada sink, hormonlardan tiroksində yod vardır.
2. Suyun mübadiləsi və orqanizmdə rolu: Su orqanizmdə diri çəkinin
yarıdan çoxunu (50–80%-ni) təşkil edir. Bu da heyvanın növündən, yaşından,
yemindən, yemlənməsindən və s. amillərdən asılıdır. Yaşlı heyvanlarda suyun
miqdarı cavanlara nisbətən azdır. Əgər yeni doğulan buzovun bədənində suyun
miqdarı 75% təşkil edirsə, yaşlı öküzdə 55% olur. Orta köklükdə olan qoyunun
bədənində 50–60%, çox kök qoyunda isə 35–45% su vardır. Bədəndə müxtəlif
orqanlarda su eyni miqdarda paylanmır. Məsələn, bədəndəki suyun mütləq
miqdarının 48%-i əzələdə, 11%-i dəridə, 8%-i qandadır. Beləliklə, heyvan
orqanizmindəki suyun mütləq miqdarının çoxu əzələlərdə, dəridə, bağırsaqlarda,
sümüklərdə və qanda, azı isə ağciyərdə, beyində, böyrəklərdə və dalaqda
mövcuddur. Orqanizmdə və bioloji mayelərdə də suyun miqdarı müxtəlifdir.
Məsələn, qaraciyərdə 70%, əzələ toxumasında 75%, beyində 70–84%, böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–46% su var.
İnsanın bədənində olan suyun ⅔ hissəsi hüceyrələrdə, qalanı isə ondan
xaricdə olur.
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul edir. İnsan sutkada
2,5-2,8 l, at 15-18 l, camış 42-91 l mənimsəyir. Su orqanizmin özündə də, mübadi-
lə zamanı qida maddələrinin oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta
oksidləşdikdə 600 ml, 1kq zülaldan 400 ml və 1 kq yağdan isə 1 l-dən çox su
əmələ gəlir. Buna görə də onun balansı həmişə mənfi olur. Qəbul olunan sudan
ifraz edilən suyun miqdarı təxminən 15% çoxdur. Su qismən mədədən və əsas
bağırsaqlardan sorulur. Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun
80%-i ehtiyat halında dəridə toplanır. Suyun bədəndə saxlanmasını natrium ionu,
əksinə, ifrazını isə kalium və kalsium ionları artırır, toxumaların dehidratasiyasına
səbəb olur.
Su bədəndən əsasən sidiklə gedir. Bədəndən çıxan suyun təxminən 50%-i
sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağırsaqdan nəcislə ayrılır. İnsan sidiklə
sutkada 1,5 l, at 4–8 l su ifraz edir.
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti çoxdur. Böyrəklərin
normal fəaliyyəti zamanı insan orqanizmindən içilən suyun 80%-i 3–4 saata, atınkı
30–54%-i və inəyinki 33–61%-i 4–6 saata xaric olur.
Suyun mübadiləsinə bəzi daxili sekresiya vəzilərinin (qalxanabənzər,
hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir göstərir. Buna misal vazopressini,
tiroksini və s.-ni göstərmək olar.
Tiroksin suyun ifrazatını artırır, vazopressin və insulin isə azaldır,
toxumalarda saxlanmasına şərait yaradır. Suyun mübadiləsinin nizamlanmasında
sinir sistemi də (beyin qabığı, ara beyin, boz qabıq) iştirak edir.
169
3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər: Bütün canlıların
həyatında duzların da rolu az deyildir. Duzlar ən çox (təxminən 84%) insan və
heyvanların sümüklərində olur. Sümük toxumasının 85%-ni kalsium-fosfat, 10%-
ni isə kalsium-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da vardır.
Küldə 0,3% kalsium-flüorid də olur.
Duzlar orqanizmdə buferli sistemlərin də (fosfat, karbonat buferləri və s.)
əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında iştirak edir.
Kalsiumun orqanizmdə miqdarı 2%-ə yaxın, maqnezium 0,05%, kalium
0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqanizm duzları qida və içilən su ilə
qəbul edir. İnsan və heyvanların duzlara olan təlabatı onların yaşından, qidasından,
ilin fəslindən, fizioloji və patoloji halından və s. amillərdən asılıdır. İnsanın
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8 q, kaliuma 2–3
q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisinin hər 100 kq-na sutkada inəkdə
5 q, atda 35 q, qoyunda 3–10 q kalsium, müvafiq olaraq 2,5 q, 37 q və 1,5–5,5 q
fosfor tələb edilir. Bəzi duzlar (kalsium-karbonat, maqnezium-karbonat, kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd onların sorulma-
sını asanlaşdırır.
Duzların orqanlarda paylanması müxtəlifdir. Kalsium, maqnezium və
fosforun duzları ən çox sümüklərdə, xörək duzu dəridə, dəmir qaraciyərdə toplanır.
Onlar sidiklə, tərlə (natrium xlorid) və nəcislə ifraz olunur. Civə, qurğuşun və
bismut duzları yoğun bağırsağın selik qişası ilə ifraz edilir. Kalsium-fosfatlar isə
əsas sidiklə və qismən nəcislə ayrılır.
Natrium və kalium bədəndə fosfat, karbonat, xlorid, sulfat turşularının
duzları formasındadır. Bu elementlərin müəyyən hissəsi ionlaşmış halda, bir qismi
də zülallar, nuklein turşuları və başqa maddələrlə birləşmiş vəziyyətdədir.
Natrium bioloji mayelərdə, kalium isə toxumalarda çoxdur. Məsələn, qan
zərdabında natrium 335 mq%, kalium 20 mq%, əzələlərdə isə natrium 38 mq% və
kalium 320 mq%-dir. Kaliumun 95%-dən çoxu eritrositlərdədir. Bu elementlər
osmos təzyiqinin yaranmasında (xüsusilə natrium), buferli məhlulların əmələ gəl-
170
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damarlar və s.) fəaliyyə-
tində iştirak edir. Natrium əzələlərin oyanmasını artırır, kalium isə əksinə ləngidir.
Qidada natrium az olanda insan və heyvanlarda adinomiya xəstəliyi baş
verir.
Kalsium ən çox (97%) fosfat və karbonat turşusunun duzları şəklində sümük
toxumasında rast gəlinir. Qalan orqan və toxumalarda ion şəklində, yaxud
zülallarda (məsələn, kazeinlə) birləşmiş haldadır.
Kalsium sinir oyanmalarını, toxuma zülallarının su ilə birləşmək qabiliyyə-
tini, hüceyrələrin sızma xüsusiyyətini (keçriciliyini) azaldır, qanın laxtalanmasında
iştirak edir, ürəyin fəaliyyətini artırır. Fermentlərin fəallığına da təsir göstərir.
Lesitinazanı fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.
Maqnezium hüceyrədaxili kationdur. Mitoxondriyalarda oksidləşməklə
fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlarda zülallarla və nuklein turşuları
ilə birləşmiş halda olur. O, ADF və ATF-lə komplekslər əmələ gətirməklə onları
fəallaşdırır. Bu da pirofosfat qrupunun ikivalentli kationlarla birləşmək qabiliyyəti
və hüceyrələrdə maqnezium ionunun qatılığının çoxluğu ilə əlaqədardır. Kalsium
və maqnizium mübadilə proseslərində bir-birinin antoqanistidir. Maqnizium çox
qəbul edildikdə, o kalsiumu zülalların və mineral birləşmələrin tərkibindən sıxışdı-
rıb çıxarır. Onun artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.
Maqnezium ionunun ATF-lə kompleks əmələ gətirmək qabiliyyəti ADF-ə
nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
kompleksi şəklində daha fəal olmaqla,
fermentativ reaksiyalarda fosfatın donoru rolunu oynayır. Maqnezium ionu
mübadilə proseslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiyyətlə
əlaqədar çevrilmələrin nizamlanmasında, əzələlərin qısalmasında, bir sıra
fermentlərin (fosfataza, peptidaza, karboksilaza və s.) fəallaşmasında iştirak edir.
Maqneziumun 70%-ə yaxını fosfatlar və karbonatlar şəklində sümük toxu-
masındadır.
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülalların (fosfoproteid-
lər), lipidlərin (fosfatidlər), karbohidratların törəmələrinin (monosaxaridlərin fosfat
Mg
2+
O
-
-
O O
│
│
│
Mg ATF
2-
Adenin-riboza
─ ── ── ──
O P O P O P O
-
║
║
O O
O O
║
║
Mg ADF
-
Adenin-riboza
─ ──
─ ─
──
O P
O P O
-
│
│
-
O
─
Mg
2+
─
O-
171
efirləri), nukleotidlərin (nukleozidfosfatlar) və s. birləşmələrin də tərkibinə daxil
olur.
Mübadilə proseslərdə: zülalların, karbohidratların, yağların parçalanmasında
fosforun rolu çox böyükdür.
Fosfat turşusu bir sıra kofermentlərin də tərkib hissələrindən biridir. O,
kalsiumla birlikdə sümük toxumasının əsasını təşkil edir. Bədəndəki fosforun
87%-i sümük toxumasındadır. Bunların yəni fosfor və kaliumun mübadiləsi
pozulduqda tetaniya, raxit və osteomalyasiya xəstəliyi baş verir.
Kükürd əsas üzvi birləşmələrin: bəzi aminturşularının, peptidlərin
(qlütation), zülalların, hormonların və fermentlərin tərkibində olur.
Kükürd bəzi vitaminlərdə də (tiamin, biotin) vardır. Bunlarda kükürd reduk-
siyalaşmış formada: hidrogen-sulfidin qalığı şəklindədir. Kükürd sulfhidril qrupu
şəklində oksidləşmə-reduksiya reaksiyalarında mühüm rol oynayır. Lakin mukopo-
lisaxaridlərdə kükürd oksidləşmiş formada, sulfat turşusunun qalığı şəklindədir.
Kükürd ən çox tükdə (yunda), buynuzda, dırnaqda və lələkdə olur. Onun
qeyri-üzvi birləşmələrinin çoxu (60%-ə yaxını) dəridə toplanır.
Kükürd orqanizmdə əmələ gələn bir sıra zərərli maddələrin (fenol, krezol,
indol, skatol və s.) sulfat turşusunun efirləri şəklində zərərsizləşməsində mühüm
rol oynayır. O, orqanizmə zülallarla daxil olur. Onun çox hissəsi (60–70%) sidiklə
sulfatlar (natrium-sulfat, kalium-sulfat, ammonium-sulfat, kalsium-sulfat, maqne-
zium-sulfat), az qismi isə sulfat turşusunun efirləri (fenol-kükürd, indoksilkükürd,
krezolkükürd turşuları və s.) şəklində ifraz olunur.
Dəmir ən çox (60–70%) porfirinin törəmələrində (hemoqlobin, mioqlobin),
katalazada, peroksidaza və sitoxromlarda olur, zülal komplekslərində isə nisbətən
azdır. Qan plazmasında beta-qlobulinlərlə birləşərək transferrin əmələ gətirir.
Dəmir orqanizmdə baş verən oksidləşmə-reduksiya proseslərində, immuno-
bioloji reaksiyalarda, boy artımı və qanyaranma proseslərində aktiv iştirak edir.
Dəmir mübadiləsi qan zərdabında dəmirin daşıyıcısı rolu oynayan ixtisaslaşmış
zülali maddə-siderofillin vasitəsilə həyata keçirilir.
172
Dəmir zülal komplekslərindən ən çox (quru çəkiyə görə 17–25%) ferritində
olur. Bu da əsas qaraciyərdə və dalaqdadır.
Xlor bütün toxumalarda və bioloji mayelərdə ion halındadır. Bu ən çox
mədə şirəsində xlorid turşusunun tərkibində, qan plazmasında, xörək duzunda
mövcuddur. Bioloji mayelərdə osmos təzyiqinin yaranmasında xlorun da rolu
böyükdür. Qanın osmos təzyiqinin 65–70%-i xloridlərlə əlaqədardır.
Flüor sümüklərdə, dişlərdə kalsium-flüorid şəklindədir. Bunun artıqlığından
dişlərdə ləkə əmələ gəlir. Bu da xallı emal adlanır. Flüorid az olanda isə dişin
emalı sərtliyini itirir.
4. Mikroelementlər mübadiləsi və bioloji rolu: Heyvan orqanizmində
mikroelementlər mühüm fizioloji funksiya yerinə yetirir. Bir çox fermentlərin
(karboanhidraza, uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
hidrataza və s.) hormonların və vitaminlərin tərkib hissəsi mikroelementlərdən
ibarətdir, mübadilə proseslərinin fəallaşmasında, qandoğurmada, toxuma tənəffü-
sündə, boy və inkişaf proseslərində iştirak edir.
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmələrinə nisbətən daha
qüvvətli təsir göstərir. Məsələn, 20 mq qeyri-üzvi kobalt 0,004 mq üzvi kobaltla
əvəz olunur.
Mikroelementlərin çatışmazlığından bir sıra xəstəliklər baş verir, heyvan-
ların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır. Bu da xarici mühitdə: torpaqda,
suda, bitkilərdə onların azlığından və ya artıqlığından irəli gəlir. Bu məsələlərin
öyrənilməsi ilə biogeokimya elmi məşğul olur. Biogeokimya kainatın kimyəvi
tərkibi ilə orqanizmin elementar kimyəvi tərkibi arasındakı əlaqəni və mübadilə
proseslərini öyrənir. Biogeokimyanın banisi akademik V. İ. Vernadskidir. Hazırda
bəzi ölkələrdə bir sıra biogeokimyəvi əyalətlər müəyyən edilmişdir. Bu da
mikroelementlərin xarici mühitdə yayılma dərəcəsini (azlığını və artıqlığını)
göstərir. Bu məsələni ilk dəfə öyrənən akademik L. P. Vinoqradov, sonralar isə
V. V. Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K. Dautov və başqaları
olmuşdur. Bu biogeokimyəvi əyalətlərə görə insan və heyvanların mikroelement-
lərlə nə dərəcədə təmin olunduğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata
keçirilir. Bu sahədə Azərbaycanda da xeyli işlər aparılmışdır (Ə. Güləhmədov,
İ. Eyyubov, F. Hacıyev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).
Azərbaycanın çox rayonlarında (Şəki–Zaqatala, Lənkəran–Astara, Laçın–
Kəlbəcər, Gəncə - Qazax, Muğan zonalarının və s.) mikroelementlərin (yod,
kobalt, mis, manqan və s.) çatışmazlığı və bununla əlaqədar olan bəzi xəstəliklərdə
(endemik ur, enzootik ataksiya, alimentar anemiya və s.) aşkar edilmişdir. Lakin
bir sıra rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda molibden və
s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.
173
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi su ilə qəbul edir.
Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda akobaltoz xəstəliyi nəzərə çarpır.
Bu xəstəlik zamanı B
12
vitamininin sintezi pozulur. Çünki onun tərkibində 4,5%
kobalt vardır. Ona görə də akobaltoz B
12
avitaminoza da səbəb olur. Xəstəliyin
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə kobalt və ya B
12
vitamini əlavə olunur.
Yod orqanizmdə ən çox qalxanabənzər vəzdə toplanır və tiroksinin
sintezində iştirak edir. O, çatışmayanda endemik ur xəstəliyi baş verir. Yodun
çatışmamazlığına donuzlar, xüsusən cavanları daha həsasadır. Yodun çatışmamaz-
lığının qarşısını almaq üçün insan və heyvanlara verilən xörək duzuna natrium
yodid (100 kq-a 1 q) qatılır.
Mis orqanizmdə ən çox qaraciyərdə və dalaqda toplanır. Bu mikroelement
qanyaratmada və hemoqlobinin sintezində iştirak edir. Orqanizmdə mis çatışma-
dıqda qoyunlarda enzootik ataksiya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemi-
ya) əmələ gəlir.
Manqan ən çox qaraciyərdə və böyrəklərdə olur. Fermentlərdən peptidaza-
ları, fosfatazaları, arginazanı, karboksilazanı, xolinesterazanı və s.-ni fəallaşdırır.
ATF-lə fəal kompleks: Mn ATF
2-
əmələ gətirir.
Manqanın çatışmazlığı qanyaranma prosesinə, cinsi yetişməyə, daxili
sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir.
Manqanın çatışmazlığına quşlar daha həssasdır. Onlarda perozis adlanan
xəstəlik baş verir. Bu isə ətrafların və qanadların sümüklərinin deformasiyası ilə
xarakterlənir.
Molibden xarici mühitdə çox olduqda heyvanlarda xroniki molibden
toksikozu əmələ gəlir. Boy prosesi dayanır, anemiya baş verir, diri çəki azalır.
Qoyunlarda yun məhsuldarlığı pozulur.
Orqanizmdə təbii radioaktiv elementlərin əhəmiyyəti də çoxdur. Onlardan
(məsələn, radioaktiv karbon) alınan enerjidən mübadilə proseslərində istifadə
olunur. Bu məsələləri radiobiologiya öyrənir. Hazırda radiobiologiya elminin
sürətlə inkişafı da bununla əlaqədardır.
Mikroelementlərin maldarlıqda: heyvanların normal inkişafında və
məhsuldarlığında əhəmiyyəti böyükdür. Ona görə də heyvanların yemləndirilmə-
sində onların mikroelementlərə olan təlabatı və yemlərdə, yem payında, kifayət
qədər olmasına da fikir verilməlidir.
|