ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
Qida kimyasından mühazirələr.
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 8. HORMONLAR, TƏSNİFATI, TƏSİR MEXANİZMİ, KİMYƏVİ
NH
2
NH
2
COOH
│
SO
2
NH
2
│
SO
2
H
│
COOH
│
Para-aminbenzoy
turşusu
Streptosid
Nikotin
turşusu
Piridin-3-
sulfoturşusu
N
N
84
TƏBİƏTİ, FUNKSYALARI
P L A N
1. Hormonlar haqqında ümumi məlumat
2. Hormonların təsir mexanizmi və təsnifatı
3. Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları
4. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları
5. Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları
6. Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları
7. Hipofiz vəzi hormonları, funksyaları
8. Hormonoidlər, kimyəvi təbiəti, fnksyaları
1. Hormonlar haqqında ümumi məlumat: Orqanizmdə maddələr mübadiləsini
tənzim edən sistemlərdən biri də hormonal sistemdir. Hormonal sistem bütün
endokrin vəzilərinin (daxili sekresiya vəzilərinin) təsiri ilə həyata keçirilir.
Endokrin vəzilər aşağıdakılardır:
85
1. Epifiz, 2. Hipofiz, 3. Qalxanvari vəzi, 4. Paraqalxanvari vəziləri,
5. Hipotalamus, 6. Böyrəküstü vəzilər; a) Böyrəküstü vəzin beyin maddəsi,
b) Böyrəküstü vəzin qabıq maddəsi, 7. Mədəaltı vəzi, 8. Tənasül (cinsiyyət)
vəziləri, 9. Timus və s.
Endokrin vəzi toxumalarının yaratdığı maddələri bir başa qana ifraz etməsi
prosesi daxili sekresiya adlanır. Daxili sekresiya vəzilərinin hüceyrələrinin
yaratdığı xüsusi maddələrə hormonlar adı verilmişdir.
Hormonlar 2 əsas qrupa bölünür:
1. Liofil hormonlar.Bunlara steroid hormonları, estradiol, testosteron,
kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir.
2. Hidrofil hormonlar. Bunlara isə histaminlər, serotoninlər, melatonin,
adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon və s. aiddir.
Liofil hormonlar sintez olunan kimi qana ifraz edilir. Asanlıqla hüceyrə
membranını keçir, hüceyrədaxili reseptorlarla birləşir. Hüceyrədaxili genlərin
çevrilmələrini tənzimləyir. Daşıyıcı zülallar vasitəsilə daşınır.
Hidrofil hormonlar peptid təbiətli və yaxud da amin turşularının
törəmələridirlər və bəzi hüceyrələrdə toplana bilirlər, hüceyrə daxilinə keçə
bilmirlər, membran səthindəki reseptorlarla birləşə bilirlər. Qan axınında
daşıyıcısız hərəkət edirlər.
Hormonlar – xüsusi üzv və toxumalarda hazırlanaraq qana və limfaya ifraz
edilən hazırlandığı yerdən kənarda orqanizmin müxtəlif üzvlərinin funksyasına
təsir göstərən spesifik aktiv maddələrdir.
Hormon termini 1905-ci ildə E. N. Starlinq tərəfindən elmə daxil edilmiş
(yunanca hormao - oyadıram) və əvvəllər müxtəlif mənşəli bioloji aktiv maddələri
adlandırmaq məqsədilə işlədilmişdir.
Hormonlar ilk dəfə Burdax və Myuller tərəfindən (1845) sonralar Bertold
(1889) və Braun Sexar (1892) bu işlə məşğul ilmağa başlamışdır.
Hormonlar maddələr mübadiləsini, fermentetiv prosesləri ayrı-ayrı
orqanların funksiyasını nizama salır. Bunların təsirində qarşılıqlı əlaqə vardır.
Onlar orqanizmdə həm sərbəst, həm də zülallar, fosfatidlər, üzvi turşular və başqa
maddələrlə kompleks səklində olur. Bu formalar sinir impulslarının təsirindən
dəyişə bilər.
Hormonlar ayrı-ayrı toxuma və orqanlarda biokimyəvi reaksiyaları
tənzimləyir. Məsələn: hormonlar nRNT-ın sintezini, ribosomun funksiyalarını
aminturşuların daşınmasını (translyasiya) nizama salır.
Mərkəzi sinir sistemi ilə daxili sekresiya vəzlərini ifraz etdiyi hormonlar
arasında siqnallar ötürən peptid quruluşlu (tərəfli) hormonlar mövcuddur. Bu
hormonları tənzimləyici-faktorlar və ya neyrohormonlar adlanır.
86
Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək bioloji aktivliyinə,
xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və təsirinin distanlığına görə
fərqlənir. Göstərilən xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar
hesab edilir.
Hormonların spesifikliyi – onun xarakterik kimyəvi quruluşuna və quruluşa
müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik olması müəyyən bir vəzdə sintez
olunaraq qana ifraz edilməsi nəzərdə tutulur.
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar olduqca kiçik
dozalarda (bioloji mayelərin hər 100 ml-də nanoqram və mikroqram 10
-6
dozada)
öz təsirini təzahür etdirir. Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə
uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər. Buna görə onları parahormonlar
adlandırmaq daha məqsədəuyğundur. Cinsiyyət vəzlərində və böyrəküstü vəzinin
qabıq maddəsində hazırlanan androstendion və dehidroepiandrosteron parahor-
monların nümayəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda həm
hormon, həm də parahormon vəzifəsini daşıya bilir (məsələn, testosteron,
lipotropin).
Həqiqi hormonlar toxuma hormonlarından fərqli xüsusiyyətləri sintez
olunduğu vəzdən xeyli uzaqda yerləşən toxumalar təsir göstərməsidir. Bu xassə
hormonların – distantlığıdır.
Endokrin vəzilərin fəaliyyətində əks-əlaqə prinsipi mövcuddur. Belə ki,
hipovizin ön payının, qalzxanabənzər vəzinin, cinsiyyət vəzlərinin və böyrəküstü
vəzin qabıq maddəsinin fəaliyyətini tənzim edən bir neçə hormon hipovizin ön
payının hormonlarının sekresiyasına təsir göstərir.
Endokrin vəzilərin fəaliyyətinin sinir sistemindən asılılığı əlaqəli və əks
əlaqəli formada qurulmuşdur.
Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipotalamus vasitəsi ilə
təsir göstərir. Xarici və daxili amillərin təsiri altında orqanizmin toxumalarında
yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə
hipotalamusda spesifik tənzimedici hormonlar (leberinlər və statinlər) sintez
olunur. Onların təsiri ilə hipovizin ön payının hormonlarının sintezi sürətlənir ya
da ləngiyir. Hipovizin ön payının hormonları isə öz növbəsində digər daxili
sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. Beləliklə, yuxarıda
göstərilən xassələr hormonların bioüzvi maddələrin xüsusi bir qrupu kimi səciyyə-
ləndirməyə və onları digər humoral amillərdən (sinir sisteminin mediatorları,
toxuma hormonları və s.) fərqləndirməyə əsas verir. Qeyd etmək lazımdır ki,
humoral amillərin hormonal və qeyri-hormonal növlərə bölünməsi müəyyən
dərəcədə məqsədəuyğun olsa da, şərtidir. Hormonlarla prohormonlar, histohor-
monlar və hüceyrədaxili tənzimedicilər arasında kəskin fərq yoxdur. Bəzi
birləşmələr bu maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon,
87
həm də histohormon üçün səciyyəvi olan xassələrə malik ola bilər (məsələn,
progesteron). Bundan əlavə, qeyri-hormonal amillərin əksəriyyətinin təsir
mexanizmi hormonların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.
2. Hormonların təsir mexanizmi vətəsnifatı: Hormonlar toxuma və hücey-
rələrin funksiyalarına seçmə, spesifik təsir edir. Bu isə hüceyrələrdə hormonlara
birləşəcək spesifik zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin reseptorlar 2
qrupa bölünür. Onlardan bir qrupu plazmatik membranın (hüceyrə örtüyünün
xarici) səthində yerləşir. Digəri-sitoplazmatik reseptorlar isə hormonla hüceyrənin
daxilində birləşir. Birinci növ reseptorlar adenilatsiklaza ilə əlaqədar olduğundan
adenilatsiklaza sistemi adlanır. Hormon (məsələn, prolaktin) zülal reseptoru ilə
birləşərək hormon-reseptor kompleksini əmələ gətirir. Bu da adenilatsiklazaya təsir
edib, onu fəallaşdırır. Sonuncu isə ATF-i siklik AMF-ə (ts AMF) çevirir.
F
F
AMF
ATF
TS
Siklik AMF hədəf hüceyrədə bəzi orqanellaların (məsələn, nüvə) və bir sıra
spesifik zülalların (məsələn, xromatin zülallarının) fosforlaşmasını sürətləndirən
fermentləri (nüvə proteinkinazaları: məsələn, fosforilaza) fəallaşdırır. Nəticədə
hüzeyrədə gen fəallaşır və müvafiq maddənin (məsələn süd vəzi hüceyrəsində)
kazeinin sintezinə başlanır.
Hormonun (məsələn, adrenalin) seçmə təsiri müvafiq reseptorun quruluşu ilə
əlaqədardır. Fermentlərin fəallığı siklik QTF və başqa nukleotidlərlə,
proataqlantinlərlə də tənzimlənir. Bu yolla, yəni adinilatsiklaza sistemi ilə zülal
(prolaktin, insulin bə s.) və polipeptid (adrenokortikotropin, qlükoqon və s.) təbiətli
hormonlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir.
Steroid
hormonları
(kortikosteroidlər,
androsteronlar,
estrogenlər)
sitoplazma reseptorlarına təsir göstərir. Onlar spesifik zülal-reseptorlarla
birləşərək, sitoplazmada mitoxondiryalarda və başqa orqanlarda hormon-reseptor
kompleksi əmələ gətirir. Həmin komplekslər hədəf hüceyrənin sitoplazmasından
nüvəsinə keçərək, xromosomlardaki xüsusi zülallarla (akseptorlarla) birləşir və
transkripsiyaya təsir edir. Bu zaman genlər fəallaşır, PHT-nin, o cümlədən mPHT-
nin, müvafiq fermentlərin və başqa zülalların (məsələn, yumurtalıq yolunda
ovalbuminin) sintezi sürətlənir. Sitoplazmatik zülal reseptoru hormonun təsirinin
vasitəsi olub bu xassəni yalnız hormonla birləşdikdə, kompleks əmələ gətirdikdə
qazanır. Göstərilən mexanizimlər hormonların təsirində əsas sayılır. Lakin
hormonların təsiri ilə mübadilə proseslərinin tənzimində əlavə spesifik amillər də
iştirak edir.
88
─
CH
2
─ ─
CH COOH
│
NH
2
│
J
J
│
O
HO
─
J
│
Üçyodtrionin
Hazırda 100-ə yaxın hormon və hormonoid məlumdur. Hormonoidləri
(histamin, serotonin, bradikinin, renin, qastrinsekretin və s.) toxuma hormonları da
deyilir. Onlar adi hüceyrələrdə əmələ gəlirlər.
Hormonlar təsirinə görə 2 yerə ayrılır: buraxıcı və icraçı. Buraxıcılara
hipotalamusun neyrohormonları aiddir. Onlar bəzi daxili sekresiya vəzilərinin
fəaliyətini tənzimləyir. İcraçı hormonlar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və
s-də əlaqədar mübadilə proseslərinə təsir edir.
Hormonlar kimyəvi təbiətinə, funksiyalarına və əmələgəlmə yerlərinə görə
də təsnif olunur.
Hormonlar kimyəvi təbiətinə görə 3 əsas qrupa ayrılır: zülal, aminturşuların
törəmələri və steroid hormonları. Zülal təbiətli hormonlar sadə (somatotropin,
prolaktin, insulun) və mürəkkəb zülal (tireotropin, liporopin), polipeptid
(somayostatin, vazopressin, oksitosin) olur. Bəziləri isə aminturşularının
(böyrəküstü vəzin beyin maddəsinin və qalxanabənzər vəzinin hormonları)
törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir. Aşağıda hormonların
əmələgəlmə yerlərinə görə təsnifi verilir.
3. Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları:
Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla ən yaxşı təchiz olunmuş
orqandır. İnsanda bunun çəkisi 25-30 q, inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8
q olur. Bu vəzidə əmələ gələn hormona tiroksin və ya tetrayodironin deyilir.
Tiroksini ilk dəfə 1919-cu ildə Kendal tireoqlobulin adlanan zülalın hidrolizindən
ayrılmışdır. Qalxanvarı vəzin folikulunda olan bu zülalda 0,5-1 % yod vardır.
Onun molekul kütləsi 650-700 min daltonlara yaxındır.
Son zamanlar heyvanların qanında xüsusi maddənin-üçyodtironinin də
varlığı müəyyən edilmişdir. Bu maddə tərkibcə tiroksinə yaxındır, amma fəallığı
ondan 10 dəfə artıqdır.
Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur.
Tiroksinin maddələr mübadiləsində rolu böyükdür. O qaz mübadiləsini,
qanda
qlükozanı
artırır,
mitoxondrilərdə
oksidləşməklə
fosforlaşmanın
intensivliyini nizamlayır.
Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını başa çatdırdıqdan
89
sonra tez aminləşmə, yodsuzlaşma və konfuqasiya proseslərinə uğrayır. Yodun
ayrılması toxumalarda tiroksin-halogenaza fermentinin iştirakı ilə baş verir.
Parçalnmadan ayrılan yod əsasən qeyri-üzvi birləşmələr şəklində böyrəklər
vasitəsilə xaric olunur.
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu qalxanvari vəzinin
atrofiyalaşmasından əmələ gəlir. Bu zaman insan və heyvanda qısa boyluluq
müşahidə olunur, kretinizm baş verir.
Əgər bu hal yaşlılarda müşahidə edilərsə, miksedema adlanır. Bu zaman
xəstələr çox yaşlı görünür, mübadilə prosesi zəifləyir, sulu şişlər əmələ gəlir və
piylənmə müşahidə olunur.
Qalxanvarı vəzinin degenerativ böyüməsində endimik ur xəstəliyi əmələ
gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod az olan yerlərdə (dağlıq və
dağətəyi rayonlarda) baş verir. Azərbaycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında
rast gəlinir. Xəstəliyin baş verməməsi üçün, yəni profilaktik məqsədlə kalium-
yodiddən istifadə olunur.
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu zaman Bazedov
xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini intensivliyi ilə xarakterlənir.
Nəticədə orqanizm zəifləyir, spesifik əlamət olaraq çəpgözlülük baş verir,
arıqlama, ətraflarda titrəmə müşahidə olunur.
Qalxanvari ətraf vəzilər qlxanabənzər vəzinin arxa səthində yerləşən
sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır).
Bu vəzilərin sintez etdiyi hormon paratireokrin və ya parathormon adlanır.
Parathormon 84 aminturşusunun qalığından və lipidlərdən əmələ gəlmiş mürəkkəb
zülaldır, tərkibində 12,6-15,5% azot var, molekul kütləsi 700 min daltona yaxındır.
Bu zülal iki fraksiyadan ibarətdir. Fəal faksiya suda, duz məhlullarında yaxşı həll
olur, proteolitik fermentlərin təsirindən inaktivləşir. Parathormon Ca
2+
və fosfat
ionlarının bağırsaqlarından sorulmasını sürətləndirir.
Qalxanvarı ətrafı vəzilərin hormonlarının çatışmazlığında qanda kalsiumun
miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki parathormon kalsium və fosfor
mübadiləsinin nizamlanmasında iştirak edir. Sinir sisteminin oyanması sürətlənir,
tetaniya baş verir. Bədənin müxtəlif əzələlərində sinir əzələ oyanıqlığının
yüksəlməsi müşahidə edilir.
4. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları: Böyrəküstü
vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal hissəsində yerləşir.
Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində çoxlu hormonlar
istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 q, inəkdə 10-30 q, donuzda 5 q,
qoyunda 3-4 q olur. Bunların çəkisinin 10%-i beyin qatından, 90%-i isə qabıq
qatından ibarətdir. Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar
katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin və izopropilad-
90
O
O
O
O
O
H
C
│
CH
2
OH
│
C O
═
│
HO
CH
2
OH
│
CO
OH
HO
CH
2
OH
│
O
═
C
OH
CH
2
OH
│
O
═
C
│
HO
O
Kortikosteron
Kortizon
Kortizol
Aldosteron
renalin aiddir. Adrenalin və noradrenalin həmçinin simpatik sinir sisteminin hücey-
rələrində əmələ gəlir.
Adrenalin (və ya epinefrin) tipozinin və ya fenilalaninin törəməsidir.
Adrenalin özü noradrenalinin törəməsidir, onun metilləşməsindən əmələ
gəlir. Bu hormon karbohidratların mübadiləsində iştirak edir. Fosforilazanin
fəallığını artırmaqla, qlikogenin qlükozaya qədər parçalanmasını sürətləndirir,
hiperqligemiyaya (qanda qlükozanın çoxalmasına) səbəb olur. Adrenalinin fəallığı
noradrenalindən 4-8 dəfə artıqdır. Adrenalin orqanizmə çox kiçik dozalarda
fizioloji təsir göstərə bilər. Onun optimal dozası (1 kq çəkiyə 0,0001 mq olmaqla)
ürəyin yığılmasını sürətləndirir. Qan damarlarını daraldaraq arterial təzyiqi
yüksəldir (tac damarlar müstəsna olmaqla).
Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30-a qədər hormonun
varlığı müəyyənləşdirilmişdir. Bunların hamısı sterinlərin ketoörəmələridir,
steroidlərdir. Misal olaraq kortikoste-ron, kortizon, kortizol (oksikortikosteron) və
s. göstərilə bilər.
Böyrəküstü vəzinin qabıq maddəsində sintez olunan hormonların
quruluşlarının əsasını tsiklopentanperhidrofenantrenin törəmələri olan preqnan və
allopreqnan təşkil edir. Böyrəküstü vəzilərin ümumi çəkisinin 5%-ə qədəri
xolesterinin payına düşür. Ondan kortikosteroidlər sintez olunur.
Bu hormonlar zülalların, karbohidratların, yağların və mineral maddələrin
(düzların, suyun) mübadiləsində əsas rol oynayır.
Mineral maddələrin mübadiləsində iştirak edənlərə mineralokortikoidlər
deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron və s. Bunların təsirilə
hüceyrələrdə və bioloji mayelərdə natrium və kalium ionlarının paylanması
nizamlanır.
C
6
H
5
C
6
H
4
OH C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
│
│
│
│
│
│
CH
2
-½O
2
СH
2
+½O
2
CH
2
- CO
2
CH
2
+½O
2
CHOH +CH
3
CHOH
│
│
│
│
│
│
H
2
N
─ ─
CH COOH CHNH
2
CHNH
2
CH
2
NH
2
CH
2
NH
2
CH
2
│
│
│
COOH COOH NH−CH−(CH
3
)
2
Fenilalanin Triozin Dofa- Dofamin Noradrena- Adrenalin
(dioksifenilalanin) lin
91
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikosteron və s.)
karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin xəstəliyi nəticəsində
xroniki kaxeksiya və zəiflik müşahidə olunur, dəridə piqmentasiya pozulur. Buna
bürünc və ya Addison xəstəliyi deyilir.
5. Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Mədəaltı vəzi
(pankreas) qarşıq, yəni həm ekzokrin, həm də endokrin funksiyalı vəzilərdəndir.
Onun axacağı onikibarmaq bağırsağa tökülür.
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuzda 60 q, və
qoyunda 40 q-dır.
Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqlarında beta-hüceyrə-
lərdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxminən 50 il bundan əvvəl Minkovski,
L. Sobolyov, F. Bantinq və Ç. Best tərəfindən başlanmışdır. Hazırda müəyyən
edilmişdir ki, insulin sadə zülaldır. Qeyri-fəal 84 aminturşusunun qalığından ibarət
proinsulin şəklində istehsal olunur. Fəallaşdıqda iki hissədən parçalanaraq, 31-63-
cü amin turşusunu itirmiş proinsulin fəal formaya-insulinə keçir. İnsulinin
tərkibində 51 aminturşusunun qalığı vardır. Bunlar 2 polipeptid zəncirində birləşir,
zəncirin birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı vardır.
İnsulinin nəinki kimyəvi tərkibi, hətta quruluşu da bizə məlumdur. Hazırda o
sintez də edilmişdir. Müxtəlif heyvanların insulini 21 aminturşusundan ibarət
polipeptid zəncirində (A) 8-10-cu aminturşularına görə fərqlənir. Belə ki,
qaramalda və qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda,
atda, itdə, adadovşanında izoleysindir. Deməli, insulin növ xüsusiyyətinə malikdir.
İnsulin karbohidratların mübadiləsində iştirak edir. O adrenalinin əksinə təsir
göstərir, yəni qanda şəkərin miqdarını azaldır. Heksokinazanın fəallığını artırır,
qlükozanın qlikogenə çevrilməsini sürətləndirir.
İnsulin piroüzüm turşusundan qlükozanın sintezini kataliz edən fermentlər
sisteminin aktivliyini azaltmaqla, qlikonegenez prosesinə ləngidici təsir göstərir.
Onun təsirindən peptidlərin sintezi artır, zülalların parçalanmasını ləngidir,
qaraciyər hüceyrələrində karbohidratlardan lipidlərin sintez olunmasını
sürətləndirir. İnsulin hüceyrə divarlarında osmotik təzyiqə təsir edərək Na
+
,
K
+
,PO
4
3-
ionlarının, həmçinin qlükozanın hüceyrələrə daxil olmasını sürətləndirir.
İnsulinin orqanizimdə yarımparçalanma dövrü 40 dəqiqədir. Onun toxumalarda
parçalanmasında iki ferment iştirak edir. Əvvəlcə qlütation-insulin-transhid-
rogenaza fermentinin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır.
Bu prosesdən sonra sərbəst hala keçən A və B polipeptid zəncirləri
insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğrayır.
adrenalin
Qlikogen qlükoza
insulin
92
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələrində əmələ gəlir,
tərkibində 29 aminturşusunun qalığı vardır.
Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun birincili quruluşu bir-
birindən fərqlənmir (hindquşundan başqa).
Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da sintez olunur. Bu
hormon qlükogenolitik təsirinə görə adrenalinə bənzəyir lakin qlükaqon
adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər,
miokard və piy toxuması hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə
adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir.
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin
sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən
piy toxumasından qliserinin və yağ turşularının azad olaraq qana keçməsi
sürətlənir. Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza, fruktoza
və sirkə turşusunun yağ turşularına və xolesterinə çevrilməsinə mane olur.
Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı
təlabatı yüksəlir.
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epitelisində əmələ
gəlir. Lipokain yağ turşularının oksidləşməsinin, fosfastidlərin mübadiləsini
sürətləndirir, lipotrop amillərin (xolin, metionin) təsirini stimullaşdırır. Onun
çatışmamazlığı insan və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.
Bunlardan əlavə mədəaltı vəzdə daha 4 hormonun sintez olunduğu aşkar
edilmişdir – somatostatin, vaqotonin, sentropnein və pankreatik polipeptid. Bu
hormonların hər birinin özünün funksyaları var.
6. Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Tənasül vəziləri
hormonları erkək və dişi cinsi vəzilərinin interstisial hüceyrələrində və qismən
böyrəküstü vəzinin qabıq maddəsində sintez edilir.
Hazırda erkək və dişi tənasül hormonlarının çoxunun kimyəvi təbiəti
öyrənilib artıq sintez edilmişdir. Bunlar tsiklopentanoperhidrofenantrenin, dişi
tənasül hormonları isə estranın törəmələridir. Dişi tənasül hormonlarına misal
estradiolu, estronu (follikulin), progestronu və estriolu göstərmək olar. Estran
bunların törəməsidir.
CH
3
O
│
║
CH
3
│
CH
3
OH
│ │
CH
3
│
CH
3
│
Estradiol
HO
Estran
Estron
HO
93
CH
3
│
─
OH
OH
│
O
CH
3
│
HO─
Estriol
Progesteron
O
─
──
C CH
3
Estradiol fizioloji təsirinə görə estrondan 10 dəfə estrioldan isə 25-30 dəfə
yüksək aktivliyə malikdir.
Estradiol follikulalarda, estron folikullarda, yumurtalıqda, boğazlıq zamanı
plasentada da əmələ gəlir. Folikullarda sintez olunan hormonlara (estron və
estradiol) e s t r o g e n l ə r də deyilir. Bunların biosintezini sxematik belə
göstərmək olar:
astat→xolesterin
↓ ↓
Progesteron
↓
androstendion→testosteron
↓
oksiandrostendion→estradial
Yaxınlarda müəyyən edilmişdir ki, dişi tənasül hormonları: follikulin və
estradiol beyində də sintez oluna bilər. Bu məqsədlə qanda olan erkək tənasül
hormonlarından istifadə olunur.
Progesteron (lyuteosteron) sarı cisimdə boğazlığın ikinci dövründə əmələ
gəlir. Bu hormon orqanizmdə estrogenlərin ifrazını artırır.
Orqanizmdə bu hormonların sintezi üçün ilkin material kimi xolesterindən
və sirkə turşusundan istifadə olunur. Onların əmələ gəlməsində aralıq məhsul
testosterondur. Esterogenlər qan və limfanın tərkibində ya sərbəst halda ya da
zülallarla (xüsusən albuminlərlə) birləşmiş şəkildə olur. Qanın hər 100 ml-də 1
mq-a qədər estrogen olur.
7. Hipofiz vəzi hormonları, funksyaları: Hipofiz vəzinin (beyin artımı)
çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda
0,4 q, donuzda 0,3 q olur.
Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə boy və inkişaf
proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin
hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir.
Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti-
94
kotropin, tireotropin, laktotropin.
Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi heyvanın növündən
asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun
qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda
somatotropinin molekul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə
boy hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst aminturşularının
miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz
olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. Karbohidratların
mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın
tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. Bu hormon sümük və
qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının
inkişafını stimulə edir, fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd
vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin
(somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində
təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.
Honadotrop hormonlar. Bu ad altında hipovizin ön payında sintez olunan
follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop
hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormon-
ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.
Folikultənzimedici hormon - follitropin dişilərin yumurtalığında olan
folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici
təsir göstərir. İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton
olan qlükoproteiddir.
Lüteinləşdirici
hormon-dişilərdə
ovulyasyanı
(folekulun
partlaması
yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı cismin əmələ gəlməsini
sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin
fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500
Daltondur.
Laktogen hormon (laktotropin)-süd vəzilərinə estrogenlər kimi təsir göstərir
onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış
süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır.
Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.
Andrenokortikotropin (AKTH). Bu hormon 39 aminturşusunun qalığından
ibarət polipeptiddir, sintez edilmişdir. Müxtəlif heyvanların adrenokortikotrop
hormonu quruluşca fərqlənir.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq
95
hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir.
Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı vəzin fəallığını
artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən karbohidratların mübadiləsinə
təsir edir. Bu hormon qlükoproteiddir, qeyri-zülal hissəsi karbohidratlardandır.
Tərkibində 3,5% heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır.
Tireotrop hormon (tireotropin) molekul kütləsi 28 300 Da-dur. Onun
molekulu iki α və β poliprptid zəncirindən ibarətdir. α-zəncirində 96, β-zəncirində
118 aminturşu qalığı olur. Tərkibin-də 11 ədəd disulfid rabitəsi olur.
Hipofizin orta payının hormonu. Hipofizin orta (ara) payında melanositsti-
muləedici hormon (melanotropin, intermedin) sintez edilir. Məməli heyvanlarda bu
hormonun iki formasına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-
muləedici hormon adlanır. α-Melanositstimuləedici hormon – tərkibinə 13
aminturşu qalığı daxil olan polipeptiddir. Onun molekulunun birinci quruluşu
adrenokortikotrop hormonunun molekul zəncirinin ilk 13 aminturşu qalığından
ibarət olan hissəsi ilə eynidir. Lakin α-melanotropin molekulunun N-terminal
hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur,
onun C-terminal hissəsində olan 13-cü aminturşu isə valin turşusunun amididir.
Hipofizin arxa payının hormonları. Yuxarıda göstərilmişdir ki, hipofizin
arxa payının hormonları – vazopressin və oksitosin hipotalamus nüvələrindəki
neyrosekretor hüceyrələrdə əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri
vasitəsilə hipofizin arxa payına gətirilir. Burada vazopressin və oksitosin
neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisimciklərində)
toplanır. Beləliklə, hipofizin arxa payı bu hormonlar üçün rezervuar vəzifəsi
daşıyır. Q. Olivekronun (1957) məlumatına görə, vazopressin hipotalamusun
supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə, nonapeptiddirlər. Onlar
bir-birindən iki aminturşu qalığı ilə fərqlənirlər. Belə ki, oksitosinin molekulunda
leysin və izoleysin qalığı olduğu halda, vazopressinin molekul zəncirinin həmin
aminturşulara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları yerləşir.
Hamiləliyin erkən dövrlərində oksitosin uşaqlığa təsir göstərmir. Sonralar
uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir və doğuş dövründə maksimal
səviyyəyə çatır. Estrogenlər uşaqlığın oksitosinə qarşı həssaslığını yüksəldir, sarı
cismin hormonu (prohesteron) isə azaldır. Oksitosin süd yollarının miopitelial
hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili təzyiqini yüksəldir və
südvermə prosesini stimulə edir. Təmiz oksitosin vazopressinin, təmiz vazopres-
sinin isə oksitosinin bəzi təsir xüsusiyyətlərini cüzi dərəcədə özündə əks etdirir.
Oksitosin qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə
parçalanır.
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına
96
HO─
─
CH
2
─
CH
2
─
NH
2
NH
─
CH
2
─
CH
2
│
+ CO
2
NH
2
NH
N
─
CH
2
─ ─
CH COOH
│
NH
2
Histiamin
Histidin
N
NH
səbəb olur ki, bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir. Vazopressin tac
damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək
lazımdır ki, qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları
(antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq olunmalıdır.
Vazopressin qısamüddətli təsir göstərir. Bədənə yeridilmiş vazopressinin aktivliyi
1 – 3 dəqiqə müddətində 2 dəfə azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə
parçalanır, 8 – 10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-
zmdən xaric olur.
8. Hormonoidlər, kimyəvi təbiəti, funksyaları: Hormonoidlər deyilən
maddələr də vardır. Bunlar da hormonlar kimi təsir edir, lakin daxili sekresiya
vəzilərində əmələ gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.
Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə-bağırsaq
traktında və s.) müəyyən edilmişdir. Serotonin qan damarlarını daraltdığı üçün
xüsusi əhəmiyyətə malikdir. Qan axmasının qarşısını almaqda işlənir. Histamin də
hormonoiddir. Histidinin dekarboksilləşməsindən əmələ gəlir.
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O, sinir oyanma-
larının verilməsində iştirak edir, mədənin selik qişasında xlorid turşusunun
sekresiyasını fəallaşdırır, böyrəküstü vəzilərinin qabıq hissəsinin hormonal
fəallığını azaldır. Buna görə də şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində
bu qrupa mənsub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə keçməsini nizamlayır. Kimyəvi təbiətinə görə heptapeptiddir. Quruluşu
belədir:
Asp─ark─val─tir─ilə─his─pro─fen.
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın selik qişasındakı
vəzilərdə istehsal olunan polipeptiddir. Onun molekul kütləsi 5000-ə yaxındır.
Sekretin pankreas şirəsinin və ödün sekresiyasını stimullaşdırır. Bradikinin də
hormonoiddir, 9-aminturşusunun qalığından ibarət peptiddir. Aminturşularının
düzülmə ardıcıllığı belədir: arginin─prolin─prolin─qlisin─fenil-alani─serin─
97
−prolin─fenilalanin─arginin. Bu hormonoid damarları genişləndirir, saya əzələləri
qısaldır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan və heyvan
orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə də onların təbabətdə və
baytarlıqda daxili sekresiya vəzilərinin xəstəliklərinin müalicəsində geniş istifadə
olunur. Heyvanların boy və inkişafının nizamlanmasında, məhsuldarlığının
artırılmasında hormonların tətbiqinin böyük perspektivləri vardır.
Dostları ilə paylaş: |