ƏDƏBİYYAT
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c.
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s.
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya.
Bakı 1989.
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000.
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва.
Медицина. 2003.
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008.
Qida kimyasından mühazirələr.
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 6. FERMENTLƏR, AYRILMASI VƏ TƏMİZLƏNMƏSİ,
QURULUŞU, TƏSNİFATI, TƏTBİQİ
59
P L A N
1. Fermentlər haqqında məlumat
2. Fermentlərin ayrılması və təmizlənməsi üsulları
3. Fermentlərin quruluşu və kimyəvi tərkibi
4. Fermentlərin təsnifatı və nomenklaturası
5. Fermentlərin tətbiqi
1. Fermentlər haqqında ümumi məlumat: Fermentlər (enzimlər)-
biokatalitik aktivliyə malik olan yüksək spesifik zülal tərkibli üzvi maddələrdir.
Fermentlərin yüksək spesifikliyi və qüvvətli təsir xüsusiyyətlərinə malik olması
sayəsində, maddələr mübadiləsi ciddi ardıcıllıq üzrə həyata keçir. Fermentlərin adi
ferveo sözündən götürülmüşdür. Bu da latınca qıcqırdan deməkdir. Genlərin
60
fəaliyyəti də fermenlərlə tənzim olunur. Ona görə fermentlər deferensiasiya və
inkişaf proseslərində də mühüm rol oynayır. Biokimyanın fermentlərin öyrənil-
məsi ilə məşğul olan sahəsinə fermentologiya və ya enzimologiya deyilir.
Fermentlər bir sıra əlamətlərinə görə qeyri-üzvi katalizatorlardan
fərqlənirlər.
1. Fermentlər qeyri-üzvi katalizatorlardan fərqli olaraq çox incə bir şəraitdə
(aşağı temperaturda, normal atmosfer təzyiqdə, müəyyən bir pH mühitində və s)
təsir göstərir və aktivdirlər. Məsələn, katalaza fermentinin tərkibində olan 1 mq
Fe
3+
ionu 10 mld dəfə, qeyri-üzvi birləşmələrdə katalitik təsir edən Fe
3+
ionundan
aktivdir.
2. Fermentlər qeyri-üzvi katalizatorlardan fərqli olaraq spesifik təsirə
malikdirlər. Hər bir ferment yalnız bir biokimyəvi reasiyanı və ya qurup halında bir
tirəyə mənsub olan biokimyəvi reasiyaları kataliz edir.
3. Hər bir fermentativ biokimyəvi reaksiyanın sürəti hüceyrələrdə özünü
tənzimləmə sistemi ilə tənzimlənir.
Orqanizimdən ayrılmış ferment təsir xüsüsiyyətinə malik deyildir. Bundan
ötrü ayrılmış ferment kimya, əczaçılıq və həmçinin qida sənayesində geniş istifadə
olunur.
2. Fermentlərin ayrılması və təmizlənməsi üsulları: Fermentlərin kimyəvi
tərkibini, xassələrini, təsirini və başqa xüsüsiyyətlərini öyrənmək üçün onları insan
və heyvan materiallarından (həzm şirələri, qan, toxumalar, orqanlar, hüceyrə ele-
mentləri və s.), bitkilərdən, mikroorqanizmlərdən ayırmaq və təmizləmək lazımdır.
Bu məqsədlə bioloji materialdan, sudan, bufer məhlulundan, qiliserinlə suyun
qarışığından və üzvi həlledicilərdən (aseton, etil spirti və s.), fizioloji məhluldan
istifadə etməklə ekstraktı və ya homogenatı (homogenizatorda və ya həvəngdə
xırdalanmış kütləsi) alınır. Homogenatı müxtəlif sürətlərdə sentrifuqa etməklə
hüceyrənin ayrı-ayrı hissələrindən (mitoxondriyalar, ribosomlar və s.) də
fermentləri ayırmaq olar. Bu hissələrdən fermentlər növbə ilə dondurmaq və
donunu açmaqla, yaxud detergentlərin (çox yüksək səthi fəal maddələrin: dezoksi-
xolatın və s.) təsiri ilə çıxarılır. Hidrolazalar əsasən lizosomlarda, Krebs siklinin və
sitoxrom sisteminin fermentləri isə mitoxondriyalarda lokalizasiya olunmuşdur.
Bəzi fermentlər Holci aparatında, digərləri isə endoplazmatik torda yerləşir.
Fermenləri ayırmaq üçün aseton tozlarından da istifadə olunur. Həmin
məqsədlə yoxlanan material (qaraciyər, böyrək, ürək, dalaq, bağırsaq və s.)
əzilərək, bir neçə dəfə soyudulmuş asetonla işlənir. Bu zaman yağabənzər
maddələr və s. kənar edilir. Belə işlənmiş material qurudulduqdan sonra bircinsli
toza çevrilir. Sonuncudan da bufer məhlulu və ya başqa həlledici ilə fermentli
ekstrakt alınır. Ekstraktdan fermenti ayırmaq üçün zülallar aşağı teperaturda
spirtlə, asetonla və duz məhlulları (ammonium sulfat və s.) ilə çökdürülür.
61
Fermentlərin ayrılmasında adsorbisiya hadisəsindən, gelfiltirasiya, elektro-
forez və xromatoqrafiya üsullarından da istifadə olunur.
Ayrılmış fermentlərin bircinsliyi və təmizlik dərəcəsi həll olmalarına görə,
elektroforez, xromatoqrafiya üsulu ilə, ultrasentrifuqa etməklə və fəallıqlarının
təyininə görə müəyyənləşdirilir.
Fermetlərin öyrənilməsində K. S. Kirxhofun böyük xidməti olmuşdur.
O,1814-cü ildə səməni ekstraktında nişastanı maltozaya qədər parçalayan
maddənin olduğunu müəyyən etmiş, ona amilaza adı vermişdir. 1833-cü ildə isə
Fransa alimləri A. Payen və J.Perso arpanın cücərtilərindən amilazanı ayırmaqla
ilk ferment preparatını əldə etmişlər. Daha sonra bu sahədə XIX əsrin ikinci
yarısında E. Buxner, M. Manasseina, A. Lebedev və b. böyük tədqiqat işləri
aparmışlar. Fermentlərin öyrənilməsinə dair XX əsrin birinci yarısında İ. Pavlov,
A. Bax, C. Samner, D. Nortop, H. Eyler, V. Engelhard, Varburq və başqaları da
çox işlər görmüşlər. Bu alimlərin işləri sayəsində fermentlərin kimyəvi tərkibinin
və bioloji xüsusiyyətlərinin öyrənilməsində yeni dövr açıldı.
3. Fermentlərin quruluşu və kimyəvi tərkibi: Bütün fermentlər qlobulyar
zülallar tipinə aiddir.
1963-cü ildə ribonukleazanın və lizasomun, 1964-cü ildə isə α─ximo-
tripsinin birinci quruluşu (aminturşu ardıcıllığı) müəyyən olundu. 1965-ci ildə
rentgenostruktur analiz üsulu ilə lizosimin üçüncü quruluşu açıldı.
Kimyəvi təbiətlərinə görə fermentlər 2 qurupa: birkomponentli və
ikikomponentli fermentlərə bölünür. Birkomponentli fermentlər yalnız sadə
zülallardan ibarətdir. İkikomponentli fermentlər isə sadə zülallarla zülal təbiətli
olmayan birləşmələrdən əmələ gəlir.
Zülal təbiətli olmayan maddələrə (kofaktorlarla) vitaminlər (məsələn:B
1
; B
2
;
B
6
; B
12
; PP və s.), müxtəlif metallar (sink, dəmir, molibden, mis və s.), nukleo-
tidlər adinozin üç fosfat, adenozindifosfat, uridinüçfosfat, uridindifosfatqilikoza,
quanozindifosfatmannoza və s.) birləşmələr aiddir. Bunlar termostabildir.
Fermentin zülal hissəsinə apoferment, zülal olmayan hissəsinə koferment
deyilir. Koferment üzvi kofaktordur. Sononcu zülalla kovalent rabitə ilə
birləşdikdə prostetik qrup da adlanır. Koferment fermentə fəallıq, apoferment isə
spesfiklik verir. Məsələn, karboksilazanın kofermenti tiaminpirofosfat olub,
kokarboksilaza da adlanır.
Kobalamin fermentlərinin kofermentləri B
12
vitamininin törəmələridir.
Piruvatkarboksilazanın (piroüzüm turşusunu oksalatsirkə turşusuna çevirir)
kofermenti biotindir.
Kofermentə apofermentlə birlikdə xloferment (yunanca tam deməkdir)
deyilir.
62
Birkomponentli fermentlərə hidrolazaları, ikikomponentli fermentlərə isə
oksidoreduktazaları misal göstərmək olar.
Hazırda müəyyən edilmişdir ki, eyni təsirə malik olub, fiziki-kimyəvi və
qeyri xassələri ilə (elrktroforetik hərəkətliyinə, kinetik xassələrinə, inqibitorlara,
aktivatorlara münasibətinə, aminturşu tərkibinə və s. görə) fərqlənən fermentlər də
vardır. Bunlara izofermentlər (izoenzimlər) və ya izozimlər də deyilir.
İzofermentlər
ayrı-ayrı
fermentlərin
formalarıdır.
Müxtəlif
bioloji
materiyallarda 50-yə yaxın fermentin izozimləri müəyyən edilmişdir. Bunlardan
laktatdehidrogenazanı, fosfatazanı, esterazanı, aminotransferazanı, leysinamino-
peptidazanı və s. göstərmək olar. Laktatdehidrogenazanın 5─forması, izofermenti
(LD
1─5
) bəllidir. Bunların hamısının molekul kütləsi 134000-ə yaxındır.
Tərkiblərində hər birinin molekul kütləsi 33500 olan dörd polipeptid zənciri
(subvahid) vardır. Bu polipeptid zəncirləri iki tipdə olur. Onlardan biri M (ingilis
dilində əzələ deməkdir), digəri H (ingiscə ürəkdə sözündəndir) zənciri adlanır. Bu
zəncirlərdən laktatdehidrogenazanın müxtəlif formaları (LD
1
; LD
2
;
LD
3
; LD
4
və
LD
5
) əmələ gəlir. Bunlardan bir 4 M (M
4
və ya LD
5
) zəncirindən, digər üç M və bir
H (M
3
H) zəncirindən, üçüncüsü iki M və H (M
2
H
2
) zəncirindən, dördüncüsü bir M
və üç H (MH
3
) zəncirindən, beşincisi isə yalnız dörd H (H
4
və ya LD
1
) zəncirindən
əmələ gəlmişdir. Bu polipeptid zəncirləri aminturşu tərkiblərinə görə fərqlənir və
təklikdə fermentativ fəallıqları yoxdur.
M
4
və M
2
H izofermentləri əsas enerji mənbəyi qlükoliz olan toxumalarda
(ağ skelet əzələlərində, embrion tozumalarında), MH
3
və H
4
isə aerob mübadilə ilə
xarekterlənən toxumalarda çox olur.
İzofermentlər molekullarının quruluşuna və müxtəlif orqanlarda miqdarına
görə də fərqlənir. Bütün orqanlarda laktatdehidrogenazadan ən çox M
4
forması
vardır. Güman edilir ki, hüceyrələrdə nəinki izofermentlər, hətta zülallar da
müxtəlif formalarda ola bilər. Odur ki, bu məsələlərin tədqiqinin hüceyrə
diferensasiyasının və morfogenezinin molekulyar əsaslarının öyrənilməsində də
çox böyük əhəmiyyəti vardır.
Fermentlərin bəzi növləri birlikdə kompleks əmələ gətirir, multienzimlər
adlanır-bu növ fermentlər eyni zamanda ardıcıl bir neçə biokimyəvi reaksiyanı
kataliz edir. Ferment kompleksi adlanan üç növ fermentdən təşkil olunmuş
multifermentim molekul kütləsi 4.500.000 Daltondur, piroüzüm turşusunun
oksidləşməsini və dekarboksizləşməsinin kataliz edir.
Son zamanların tədqiqatları göstərir ki, RNT-nin bəzi növləri zülallarla
əlaqəli şəkildə katalitik funkisiya daşıyırlar. Bunlar ribozimlər adlanır. Ribozimlər-
pepdid rabitəsinin hidrolizini, sintezini, polinukleotidlərin fosfoefirləşməsini,
mononukleotidlərin polimerləşməsini sürətləndirir. Ribozimlərin katalitik aktiv-
liyə malik olan əsas 12-13 oliqonukleotid olan hissəsidir ki, bunlar minozimlər
63
adlanır. Ribozimlərdə ribonukleotidlərin dezoksiribonukleotidlərlə əvəz olunması
nəticəsində hibrid quruluşlu-nukleozimlər alınır. Nukleozimlərin aktivliyi ribozim-
lərdən üstündür.
Ribozimlərin və nukleozimlərin yeni növlərinin sintezi biokatalizatorların
evalyusiyasının başlanğıcı olacaq və gələcək nəslin sağlam inkişafını təmin
edəcəkdir.
4. Fermentlərin təsnifatı və nomenklaturası: Adətən, hər bir fermenti
adlandırmaq üçün onun təsir göstərdiyi substratın adının sonuna“aza”şəkilçisi
əlavə edilir. Lakin bütün fermentləri bu cür adlandırmaqla, onları bir-birindən fərq-
ləndirmək mümkün deyil, çünki çox zaman bir substrat müxtəlif fermentlərin
təsiri altında bir-birindən əsaslı surətdə fərqlənən kimyəvi çevrilmələrə uğraya
bilir. Bununla əlaqədar olaraq, bir sıra hallarda fermentə müəyyən ad verilərkən
onun təsir xüsusiyyətini də nəzərə alırlar (laktatdehidrogenaza, suksinatdehidroge-
naza və s.). Bununla əlaqədar, fermentlərin adlandırılmasında qeyri-mütəşəkkillik
meydana çıxır. Bəzi hallarda eyni bir fermentin adı müxtəlif terminlərlə ifadə
olunur və təsir xüsusiyyətlərinə görə bir-birindən kəskin surətdə fərqlənən
fermentlərə oxşar adlar verilir.
1961-ci ildə cəmi 900-ə qədər ferment növü məlum idi. Onların 1978-ci ildə
tərtib olunmuş siyahısına isə 2142 ferment növü daxil edilmişdir. Yeni kəşf edilən
fermentlərin sayı ildən-ilə artır. Buna görə də fermentlərin öyrənilməsini
asanlaşdırmaq üçün onların əlverişli nomenklatura və təsnifatının tərtib edilməsi
zəruridir. Fermentlərin müasir təsnifatı və nomehklaturası 1961-ci ildə
biokimyaçıların Moskvada keçirilən beynəlxalq konqresində bəyənilmiş və qəbul
edilmişdir.
Bu təsnifata əsasən, fermentlər kataliz etdikləri reaksiyaların növlərinə görə
altı sinfə bölünür: 1) oksireduktazalar, 2) transferazalar, 3) hidrolazalar, 4) liazalar,
5) izomerazalar, 6) liqazalar (sintetazalar).
Bu siniflərin hər biri müəyyən sayda yarımsiniflərə, onlar isə qruplara
bölünür. Yarımsiniflər çox zaman fermentin təsiri ilə dəyişikliyə uğrayan kimyəvi
radikalı səciyyələndirir. Təsnifata daxil olan hər bir fermentin özünəməxsus şifri
vardır. Fermentlərin şifri bir-birindən nöqtələrlə ayrılmış dörd rəqəmdən ibarətdir.
Bu rəqəmlərdən birincisi fermentin daxil olduğu sinfi, ikinci yarımsinifi, üçüncü
qrupu təmsil edir, dördüncü rəqəm isə fermentin qrupdakı sıra nömrəsini göstərir.
Məsələn, laktatdehidrogenaza 1.1.1.27 şifri ilə ifadə olunur. Deməli, bu ferment
birinci sinfin, birinci yarımsinfinin, 1-ci qrupunda yerləşir, onun sıra nömrəsi 27-
dir. Yeni kəşf edilən fermentlərin şifrini yalnız Beynəlxalq biokimya cəmiyyətinin
fermentlər üzrə komissiyası təyin edir. Fermentlər üçün iki cür nomenklatura qəbul
edilmişdir: sistematik və adi (işçi) nomenklaturalar.
64
Katalitik təsiri tamamilə aydın olan fermentləri sistematik nomenklatur üzrə
adlandırırlar. Fermentlərin sistematik adları iki hissədən ibarətdir: birinci hissə
substratın adını göstərir. İkinci hissə “aza” şəkilçisi ilə bitir və fermentin kataliz
etdiyi reaksiyanı səciyyələndirir. Fermentlərin sistematik adları yazıldıqda birinci
hissə ilə ikinci hissənin arasında tire işarəsi qoyulur.
Fermentlərin adi adları mümkün qədər sadə və qısa olmalıdır. Bu məqsədlə
fermentlərin əksəriyyətinin köhnə adları işlədilir.
Təbiidir ki, adi adlandırma üsulu, sistematik adlandırma qədər mükəmməl və
dəqiq ola bilməz. Məsələn, sidik cövhərinin hidroliz yolu ilə ammonyaka və
karbon qazına parçalayan ferment hidrolazalar sinfinə daxildir. Onun şifri 3.5.1.5.
sistematik adı-karbamidamidohidrolaza, adı adlanma ilə ureazadır.
Aşağıda fermentlərin müasir təsnifatının müxtəlif qrupları haqqında qısa
məlumat verilir.
I. Oksi-reduktazalar. Bu sinfə bioloji oksidləşmə proseslərini kataliz edən,
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir.
Onların spesifik koenzimləri və prostetik qrupları olur. Ən mühüm oksireduk-
tazalar aşağıdakılardır:
Aerob dehidrogenazalar-hidrogen atomlarını oksidləşən substratdan alaraq,
oksigenlə birləşdirir:
Anaerob dehidrogenazalar-hidrogeni bir substratdan digərinə kecirir. Bu
cəhətə görə anaerob dehidrogenazalar aerob dehidrogenazalardan fərqlənir. Lakin
onların kataliz etdiyi reaksiyalarda oksigen istirak etmir:
Sitoxromlar-bioloji oksidləşmədə elektron daşıyıcı kimi iştirak edən ferment-
lərdir (məsələn, sitoxromoksidaza).
Peroksidaza və katalaza-ya hidrogen atomlarını substratdan hidrogenperoksid
molekuluna keçirir (peroksidaza), ya da hidrogenperoksidi suya və molekulyar
oksigenə parçalayır (katalaza):
H
H
R
+ H
2
O
2
→ R + 2H
2
O v 2H
2
O
2
→ 2H
2
O + O
2
R
1
H
H
H
H
R
+ R
1
↔ R +
H
H
R
+ O
2
→ R + H
2
O
2
65
II. Transferazalar. Transferazalar-müxtəlif kimyəvi qrupların bir molekuldan
digərinə keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edən fermentlərdir. Bu sinfə
daxil olan fermentlər daşınan kimyəvi radikalın növünə görə bir-birindən fərqlənir.
Fosfotransferazalar─fosfat turşusu qalıqlarını nukleozidfosfatlardan başqa
maddələrin molekullarına daşıyan fermentlərdir. Bu qrupun ən geniş yayılmış
nümayəndələrindən biri fosfat turşusu qalığına ATF-in tərkibindən heksoza
molekuluna keçirən heksokinaza fermentidir.
Qlikoziltransferazalar - sadə şəkər qalıqlarını daşıyan fermentlərdir.
Amintransferazalar - amin qrupunu aminturşulsrından ketoturşulara daşıyan
fermentlərdir.
Metultransferazalar-metilləşmə reasiyalarını kataliz edir.
Asiltransferazalar-asil qalıqlarını daşıyan fermentlərdir.
III. Hidrolazalar. Hidrolazalar-molekuldaxili rabitələrin hidrolitik (su
molekulunun birləşməsi ilə müşahidə olunan) parçalanma reaksiyalarını kataliz
edən fermentlərdir. Onların ümumi təsir sxemi belə ifadə olunur.
Hidrolazalar adı altında fermentlərin çox böyük bir qrupu birləşir. Bu qrupa
daxil olan fermentlər hidroliz etdikləri birləşmələrin təbiətindən asılı olaraq bir
neçə yarımqrupa ayrılır.
1. Esterazalar-mürəkkəb fermentlərin hidrolitik parçalnmasını sürətləndirən
fermentlərdir. Bu yarımqrupa aşağıdakı fermentlər daxildir:
R
─
R
!
+H
2
O
─
↔ R H + R
!
─
OH
R
──
C R
!
+ R
!!
─
─
H ↔ R C
─
R
!!
+ R
!
─
H
║
║
O O
R
─
CH
3
+ R
!
H
─
↔ R H + R
!
─
CH
3
R-qlikozil + R
!
─
─
OH ↔ R OH + R
!
-qlükozil.
OH OH
│
│
R
──
P OH + R
!
─
─
H↔R H + R
!
─═
P O
║
│
O OH
R
─ ─
CH NH
2
+ R
!
─═
─═
C O ↔ R C O + R
!
─ ─
CH NH
2
│
│
│
│
COOH COOH COOH COOH
66
a) Fosfatazalar-fosfat turşusunu mürəkkəb efirlərini hidroliz edirlər:
Bunlara qələvi və turş fosfatazalar, qlukoza-6- və qlukoza-1-fosfatazalar,
nukleotidazalar, fosfodiesterazalar, ribonukleazalar, dezoksiribonukleazalar və s.
aiddir.
b) karboksiesterazalar-üzvi turşuların mürəkkəb efirlərini hidroliz edirlər:
Bunlara sadə esterazalar, lipazalar, fosfolipazalar (A, B, C və D), sulfoeste-
razalar (sulfat turşusunun efirlərini hidroliz edən fermentlər) və s. aiddir.
2. Tioesterazalar-üzvi turşularla tiospirtlərin mürəkkəb efirlərini parçalayır.
Asetilkoenzim-A-deasilaza tioesterazaların nümayəndəsidir.
3. Qlikozidazalar-qlikozidlərin hidrolizini sürətləndirən fermentlərdir.
Mürəkkəb karbohidratların hidrolitik parçalanmasını kataliz edən fermentlər-
amilaza, saxaraza, maltaza, laktaza və s. qlikozidazalar qrupuna aiddir. Bu fer-
mentlər oliqo və polisaxaridləri monosaxaridlərə qədər parçalanmasını təmin edir.
Bu fermentlər oliqo və polisaxaridləri monosaxaridlərə qədər parçalanmasını kata-
liz edir. Bu prosesdə qlükozidazaların təsiri ilə su molekulu H
+
və OH
-
anionlarına
ayrılır və yenidən başqa atom və ya qruplarla birləşərək yeni birləşmələrə
çevrilirlər.
4. Peptidazalar-peptid rabitələrini hidroliz edən fermentlərdir. Pepsin,
tripsin, toxuma katepsinləri, karboksipeptidaza, dipeptidazalar və s. yarımqrupuna
aiddir.
OR
OH
│
─
C
│
│
─
C
│
─
O
─
O
H
H
C
+ HOH ↔
C
+ HO
─
R
R
───
S C R
!
+ HOH
─
↔ R SH + HO
──
C R
!
║
║
O O
R
──
C R
!
+ HOH
─
↔ R C
─
OH
+ R
!
─
OH
║
║
O O
O O
R
───
O P OH
+ HOH
─
↔ R OH + HO
─ ─
P OH
│
│
OH OH
67
Peptidazalar təsir xüsusiyyətlərinə görə bir neçə yarımqrupa bölünür:
a) ekzopeptidazalar-polipeptid zəncirinin üç hissəsində yerləşən peptid
rabitələrini tədricən hidroliz edir.
b) endopeptidazalar-polipeptid zəncirlərinin orta hissəsində yerləşən peptid
rabitələrini parçalayır.
5. Amidazalar-amidlərin hidrolizini sürətləndirən fermentlərdir.
Bunlar asparaginaza, ureaza, adenindezaminaza aiddir.
6. Polifosfatazalar-fosfat turşusu qalıqları arasındakı anhidrid rabitələrini
parçalayan fermentlərdir.
Polifosfatazaların nümayəndələrindən adenozintpifosfatazanı, nukleoziddi-
fosfatazanı və s. göstərmək olar.
IV.Liazalar. liazalar substrat molekullarından bu və ya digər kimyəvi
radikalı ayıran fermentlərdir. Hidrolazalardan fərqli olaraq, liazalar hidrolitik təsir
göstərmir. Karboksilazaları bu qrupun fermentlərinə misal göstərmək olar.
Karboksilazalar (dekarboksilazalar) aminturşu və ya ketoturşuların tərkibin-
də olan karboksil qruplarını onların molekullarından ayıraraq, karbon qazına
çevirir.
V. İzamerazalar. İzomerazalar üzvi birləşmələrin müxtəlif izomerlərinin
qarşılıqlı çevrilmələrini kataliz edir. Bu qrupa aşaşıdakılar aiddir:
Epimerazalar-optik izomerlərin birini digərinə (məsələn, qlükozanı qalakto-
zaya) çevirən fermentlərdir.
O O O O
R
─ ── ── ─
O P O P O R
!
+ HOH
─ ──
── ─
↔ R O P OH + HO P O R
!
│
│
│
│
OH OH OH OH
│
│
>
N
──
C +HOH ↔
>
N
─
──
H + HO C
│
│
R
─ ─ ─
CO NH R
!
+HOH
─
↔ R COOH + R
!
─
NH
2
O O
CH
3
──
C C → CH
3
──
C ⋯ C
║
OH O
║
O
O
68
Sis-trans-izomerazalar-adından məlum olduğu kimi, sis-izomerləri trans-
izomerlərə (və əksinə) çevirir. Məsələn, malein turşusunun fumar turşusuna
çevrilməsi:
VI. Liqazalar (sintetazalar). Liqazalar sinfinə pirofosfat rabitələrinin
parçalanmasından alınan enerjidən istifadə edərək, sadə birləşmələrdən mürəkkəb
maddələrin sintezini sürətləndirən fermentlər daxildir. Liqazalar zülalların, nuklein
turşularının, alifatik turşuların və başqa birləşmələrin sintezində mühüm rol
oynayırlar.
5. Fermentlərin tətbiqi
Dostları ilə paylaş: |