4.3 Keyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
Təşkilat tətbiq sahəsinin təyin edilməsi məqsədi ilə keyfiyyəti idarəetmə sisteminin
sərhədlərini və tətbiq mümkünlüyünü müəyyən etməlidir.
Tətbiq sahəsinin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
a)
bənd 4.1- də göstərilən xarici və daxili məsələlər;
b)
bənd 4.2 -də göstərilən müvafiq maraqlı tərəflərin tələbləri;
c) təşkilatın məhsul və xidmətləri.
Təşkilat, keyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsinə uyğun bu beynəlxalq
standartda verilən olan bütün tələbləri yerinə yetirməlidir.
Təşkilatın keyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsi sənədləşdirilmiş məlumat
şəklində mövcud olmalı və saxlanılmalıdır. Tətbiq sahəsində əhatə olunan məhsul və
xi
dmətlərin növləri göstərilməli və bu beynəlxalq standartın hər hansı tələbinin təşkilatın
k
eyfiyyəti idarəetmə sisteminin tətbiq sahəsinə qeyri-uyğunluğu əsaslandırılmış şəkildə
təqdim edilməlidir.
Bu
beynəlxalq standartın tələblərinə uyğunluq yalnız tətbiq edilməyən tələblərin
t
əşkilatın məhsul və xidmətlərinin uyğunluğu və istehlakçıların məmnunluğunun
artırılması imkan və ya öhdəliklərinə təsir etmədiyi halda elan idilə bilər.
|