AZS ISO 9001:2020
©AZSTAND –Bütün hüquqlar qorunur
3
4.4 Keyfiyyəti İdarəetmə Sistemi və onun prosesləri
4.4.1.
Təşkilat bu beynəlxalq standartın tələblərinə uyğun olaraq, zəruri olan
proseslər və onların qarşılıqlı əlaqəsi də daxil olmaqla keyfiyyəti idarəetmə sistemini
hazırlamalı, yerinə yetirməli, saxlamalı və daimi təkmilləşdirməlidir.
Təşkilat keyfiyyəti idarəetmə sistemi üçün zəruri olan prosesləri və onların
təşkilatda tətbiqini müəyyən etməli, həmçinin:
a) bu proseslər üçün tələb olunan girişləri və gözlənilən nəticələri müəyyən etməli;
b)
bu proseslərin ardıcıllığını və bir biri ilə qarşılıqlı əlaqəsini müəyyən etməli;
c) bu proseslərin səmərəli işləməsi və nəzarətin aparılması üçün zəruri olan meyar
və üsulları (monitorinq, ölçmələr və fəaliyyətin nəticələrinin müvafiq göstəriciləri)
müəyyənləşdirib tətbiq etməli;
d) bu p
roseslərin icrası üçün lazım olan resursları müəyyən etməli və
mövcudluğunu təmin etməli;
e) bu proseslər üçün öhdəlik və səlahiyyət bölgüsü aparmalı;
f)
bənd 6.1-in tələblərinə uyğun müəyyən edilən risk və imkanları nəzərə almaq;
g) bu prosesləri qiymətləndirmək və nəzərdə tutulan nəticələrə nail olmaq üçün
zəruri olan istənilən dəyişikliyi yerinə yetirməli;
h) prosesləri və keyfiyyəti idarəetmə sistemini təkmilləşdirməlidir.
4.4.2.
Təşkilat zəruri dərəcədə aşağıdakıları etməlidir:
a)
proseslərin icrasına dəstək məqsədilə sənədləşdirilmiş məlumatları saxlamalı;
b)
proseslərin planlaşdırılmış şəkildə yerinə yetirilməsini təmin etmək üçün
sənədləşdirilmiş məlumatları qoruyub saxlamalıdır.
Dostları ilə paylaş: |