Risk əsaslı düşüncə anlayışı bu Beynəlxalq Standartın əvvəlki buraxılışlarında
məsələn planlaşdırma, təhlil və təkmilləşdirmə tələbləri vasitəsilə üstüörtülü qalır . Bu
Beynəlxalq Standart təşkilatın onun mahiyyətini anlaması üçün tələbləri (4.1-ə bax)
dəqiqləşdirir və riskləri (6.1-ə bax). planlaşdırma üçün əsas kimi müəyyənləşdirir. O,
Risk əsaslı düşüncənin keyfiyyəti idarəetmə sistemi proseslərinin planlaşdırılması və
©AZSTAND –Bütün hüquqlar qorunur
3
həyata keçirilməsinə tətbiqini nəzərdə tutur (4.4-ə bax) və sənədləşdirilmiş məlumatların
miqyasını müəyyənləşdirməyə kömək edir.
Keyfiyy
əti idarəetmə sisteminin əsas məqsədlərindən biri preventiv vasitə kimi
çıxış etməkdir. Nəticə etibarilə, bu Beynəlxalq Standartda preventive tədbirə dair ayrıca
b
ənd və ya altbənd yoxdur. Keyfiyyəti idarəetmə sisteminin əsas məqsədlərindən biri
preventiv vasit
ə kimi çıxış etməkdir. Nəticə etibarilə, bu Beynəlxalq Standartda preventiv
t
ədbirə dair ayrıca bənd və ya altbənd yoxdur. Preventiv tədbir anlayışı keyfiyyəti
idar
əetmə sisteminin tələblərinin formalaşdırılmasında risk əsaslı düşüncənin istifadəsi
vasit
əsi ilə ifadə edilir.
Bu Beynəlxalq Standartda tətbiq olunmuş risk əsaslı düşüncə tənzimləyici
tələblərin bir qədər azaldılmasına və onların fəaliyyət əsaslı tələblərlə əvəz edilməsinə
imkan yaratmışdır. Proseslər, sənədləşdirilmiş məlumatlar və təşkilati öhdəliklər üzrə
tələblər baxımından bu standartda ISO 9001: 2008-dən daha çox rahatlıq var.
6.1-
də təşkilatın riskləri aradan qaldırması üçün tədbirləri planlaşdırmalı olduğu
nəzərdə tutulsa da, risklərin idarə edilməsi və ya sənədləşdirilmiş risklərin idarə
edilməsi prosesi üçün formal metodlar üzrə heç bir tələb yoxdur. Təşkilatlar risklərin
idarə edilməsi üzrə bu Beynəlxalq Standartda tələb olunduğundan daha geniş
metodologiyanın hazırlanıb-hazırlanmamalı olduğuna dair qərar qəbul edə bilərlər,
məsələn, digər təlimatlar və ya standartların tətbiqi vasitəsilə.
Keyfiyyəti idarəetmə sisteminin bütün prosesləri təşkilatın hədəflərinə nail olma
imkanları baxımından eyni səviyyəli risk daşımır və qeyri-müəyyən halların təsiri bütün
təşkilatlar üçün eyni deyildir. 6.1-in tələblərinə əsasən, təşkilat risk əsaslı düşüncənin
tətbiqi və risklərin müəyyənləşdirilməsinin təsdiqi kimi sənədləşdirilmiş məlumatların
saxlanılıb-saxlanılmaması da daxil olmaqla, risklərin aradan qaldırılması üçün lazım
olan
müvafiq tədbirlər üzrə məsuliyyət daşıyır.
Dostları ilə paylaş: