Azərbaycan respublikasinin döVLƏt standarti


A.6  Sənədləşdirilmiş məlumatlar



Yüklə 442,74 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix30.12.2021
ölçüsü442,74 Kb.
#49311
1   ...   64   65   66   67   68   69   70   71   72
AZS ISO 9001-2020 (1)

A.6  Sənədləşdirilmiş məlumatlar 

Digər  idarəetmə  sistemi  üzrə  standartlarla  uyğunlaşdırmanın  bir  hissəsi  kimi, 

“sənədləşdirilmiş  məlumatlar”a  dair müştərək  bənd hər hansı  əhəmiyyətli  dəyişiklik  və 

ya  əlavə  edilmədən  qəbul  edilmişdir  (7.5-ə  bax).  Müvafiq  hallarda,  bu  Beynəlxalq 

Standartın mətni onun tələbləri ilə uyğunlaşdırılmışdır. Nəticə etibarilə, “sənədləşdirilmiş 

məlumatlar” sənədlərlə bağlı bütün tələblər üzrə istifadə olunur.   

ISO 9001:2008-

də  “sənəd”  və  ya  “sənədləşdirilmiş  qaydalar”,  “keyfiyyətə  dair 

təlimat”  və  ya  “keyfiyyətə  dair  plan”  kimi  terminlərdən  istifadə  edildiyi halda, bu 

Beynəlxalq  Standartın  bu  buraxılışı  “sənədləşdirilmiş  məlumatların  qorunub 

saxlanılması”na dair tələbləri müəyyənləşdirir. 

ISO 9001:2008-

də  tələblərlə  uyğunluğun  təsdiqi  üçün  zəruri  olan  sənədlərin 

göstərilməsi  üçün  “qeydlər”  terminindən  istifadə  edildiyi  halda,  hazırda  bu, 

“sənədləşdirilmiş  məlumatların  saxlanılması”na  dair  tələblər  kimi  ifadə  edilir.  Təşkilat 

hansı  sənədləşdirilmiş  məlumatın  saxlanılmalı  olduğu,  həmin  saxlanılacaq  məlumatın 

hansı müddətə saxlanılmalı olduğu və saxlanılması üçün hansı media vasitədən istifadə 

olunacağı ilə bağlı məsuliyyət daşıyır.      

Sənədləşdirilmiş  məlumatların  “qorunub  saxlanması”na  dair  hər  hansı  tələb 

təşkilatın  həmçinin  müəyyən  bir  məqsəd  üçün  həmin  sənədləşdirilmiş  məlumatı 

“saxlamaq” ehtimalını istisna etmir, məsələn, əvvəlki versiyalarının saxlanılması.    

Bu  Beynəlxalq  Standartda  “sənədləşdirilmiş  məlumatlar”  deyil,  “məlumatlar” 

terminindən  istifadə  edildikdə  (məsələn,  4.1-də:  “Təşkilat  daxili  və  xarici  məsələlərlə 

bağlı  məlumatların  monitorinq  və  təhlilini  aparmalıdır.”),  həmin  məlumatların 

sənədləşdirilməsi  ilə  bağlı    heç  bir  tələb  nəzərdə  tutulmur.  Bu  cür  hallarda,  təşkilat 

sənədləşdirilmiş  məlumatların  mühafizə  edilməsinin  zəruri  və  ya  müvafiq  olub-

olmadığına qərar verə bilər. 


Yüklə 442,74 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin