Təşkilat davamlı inkişafın bir hissəsi kimi risk və imkanların müəyyən edilməsinin
təmini üçün təhlil və qiymətləndirmənin nəticələrini, və rəhbərlik tərəfindən təhlilin
©AZSTAND –Bütün hüquqlar qorunur
1
Əlavə A
(informativ)
Yeni struktur, terminologiya və anlayışların izahı
A
.1 Struktur və terminologiya
Bu Beynəlxalq Standartın bu buraxılışının bəndlərinin strukturu (yəni, bəndlərin
ardıcıllığı) və bəzi terminləri əvvəlki buraxılışı (ISO 9001:2008) ilə müqayisədə digər
idarəetmə sistemləri üzrə standartlarla uyğunluğun artırılması üçün dəyişdirilmişdir.
Bu Beynəlxalq Standartda onun strukturu və terminologiyasının təşkilatın
keyfiyyəti idarəetmə sisteminin sənədləşdirilmiş məlumatlarına tətbiq edilməsinə dair
heç bir tələb yoxdur.
Bəndlərin strukturu təşkilatın siyasəti, məqsəd və proseslərini sənədləşdirmək
üçün bir model olaraq deyil, daha çox tələblərin anlaşıqlı şəkildə təqdim edilməsini
nəzərdə tutur. Keyfiyyəti idarəetmə sisteminə aid sənədləşdirilmiş məlumatın strukturu
və məzmunu həm təşkilatın idarə etdiyi proseslərlə, həm də başqa məqsədlər üçün
saxlanılan məlumatlarla əlaqəli olduqda, istifadəçilərə daha uyğun ola bilər.
Keyfiyyəti idarəetmə sisteminin tələblərini müəyyən etmək üçün təşkilatın istifadə
etdiyi ifadələrin bu beynəlxalq standartda istifadə olunmuş ifadələrlə əvəz edilməsi tələb
edilmir. Təşkilatlar fəaliyyətlərinə uyğun ifadələrdən istifadə edə bilərlər (məsələn,
“sənədləşdirilmiş məlumatlar” yerinə “qeydlər”, “sənədlər” və ya “protokol”; və ya “daxili
tədarükçü”, yerinə “təchizatçı”, “tərəfdaş” və ya “satıcı” sözlərindən istifadə etmək).
Cədvəl A.1 terminologiya baxımından bu beynəlxalq standartın bu buraxılışı və əvvəlki
buraxılışı arasındakı əsas fərqləri göstərir.
Dostları ilə paylaş: