10.
Təkmilləşdirmə
10.1
Ümumi müddəalar
Təşkilat, təkmilləşdirmə üçün imkanları müəyyən etməli və seçməli, müştəri
məmnuniyyətini artırmalı və müştərilərin tələblərinin qarşılanması üçün müvafiq tədbirlər
görməlidir.
Bunlara aşağıdakılar daxil edilməlidir:
a)
tələblərin ödənilməsi eləcə də, gələcək ehtiyac və gözləntilərin qarşılanması
üçün məhsul və xidmətlərin təkmilləşdirilməsi;
b)
arzuolunmaz təsirlərin düzəldilməsi, qarşısının alınması və ya azaldılması;
c)
keyfiyyəti idarəetmə sisteminin fəaliyyəti və səmərəliliyin təkmilləşdirilməsi.
QEYD: Təkmilləşdirməyə düzəliş, korreksiyaedici tədbirlər, davamlı inkişaf, irəliləyiş
edən dəyişikliklər, innovasiya və yenidən təşkilatlanma daxil edilə bilər.
Dostları ilə paylaş: |