M ö v z u 1. Cəmiyyət həyatında fəlsəfə və fəlsəfi biliklərin spesifikası
Fəlsəfi dünyagörüşün nəzəri əsası insan biliyinin və mənəvi mədəniyyətin ən
qədim sahələrindən biridir. Fəlsəfənin predmeti və mahiyyəti. Fəlsfə bütövlükdə
insanın dünyaya münasibəti haqqında təlimdir. Fəlsəfənin əhatə etdiyi problemlər,
onların özünəməxsusluğu. Fəlsəfə idrakın kompleks prinsipi və idraki fəaliyyətin ən
ümumi metodudur. Tarixi inkişafın gedişində fəlsəfənin predmetinin dəyişməsi.
Fəlsəfi biliyin predmeti haqqında müasir konsepsiyalar. Fəlsəfi biliklərin
ümummədəniyyət sistemində yeri. Fəlsəfə elitar şüur forması olub insanların həyat
strategiyasıdır.
Fəlsəfənin funksiyaları: dünyagörüşü funksiyası (humanist, ictimai-akseoloji,
mədəni-tərbiyəvi, izahedici-informasiya), metodoloji funksiyası (evristik,
əlaqələndirici, birləşdirirci və mədəni-qnoseoloji).
Fəlsəfənin vəzifələri və onun özünəməxsusluğu. Fəlsəfə bilik növüdür, fəlsəfə
- elmdir, ideologiyadır, humanitar bilikdir, mənəvi mədəniyyətdir, obyektin
transendental dərk olunmasıdır, hikmətə məhəbbətdir.
Fəlsəfənin dünyagörüşü sistemində yeri. Dünyagörüşü anlayışı, onun
məzmunu. Dünyagörüşünün strukturu və tipləri. Dünyagörüşünün əsas məsələsi –
insanın dünyaya münasibətidir. Dünyagörüşünün mənbəyi və onun problemi – fərdin
varlığıdır. Dünyagörüşü ictimai və fərdi şüurun özəyidir, insanın fəaliyyətinin
istiqamətvericisidir. Dünyagörüşünün formalaşmasında əsas amillər: dərketmə,
qiymətləndirmə və fəaliyyət.
Dünyagörüşünün məzmununda biliklərin, informasiyaların, əqidələrin,
təsəvvürlərin, inamların, səylərin, ümidlərin birləşməsi. Dünyagörüşünün əsas
səviyyələri: dünyagörüşündə intellektual və emosional cəhətlər. Dünyadurumu və
dünyaanlamı anlayışları., onların fərqli cəhətləri.
Fəlsəfi biliklərin mənəvi mənbəyi–mifologiya, dini etiqad və elmin rüşeymləri.
Fəlsəfənin yaranması haqqında mifoloji və qnoseoloji konsepsiyalar.
Mifologiya – ictimai inkişafın ilkin mərhələsi üçün xarakterik olan ictimai şüur
formasıdır. Mif – bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olub biliklərin,
dini inamların və incəsənətin müxtəlif növlərinin rüşeymlərini özündə birləşdirir.
Mifik dünyagörüşünün düşüncələrə, bədii-emosional həyəcanlara və ictimai
illüziyalara bağlılığı. Dini dünyagörüşündə dünyanın ikiləşməsi prinsipi və ruh
anlayışının yaranması.
Din dünyagörüşün formasıdır. Dinin spesifikliyi. Fövqəltəbii qüvvələrin
varlığına inam – dini dünyagörüşünün əsasıdır. İbtidai icma cəmiyyətində dini
inamlar: animizm, animatizm, fetişizm, totemizm, şamançılıq, magiya. İlkin etnik
dinlər (finikiya, babil, Misir, qədim yəhudi və s.) Dinin ictimai-tarixi təbiəti və sosial
funksiyaları. Allahın təbiətdən və insandan yüksəkdə durması ideyası. Ruhun
ölməzliyi və ölümdən sonrakı həyatı. Din mənəvi mədəniyyətin tərkib hissəsidir. Din
və fəlsəfənin oxşar və fərqli cəhətləri.
Fəlsəfə və elm. Fəlsəfə nəzəri cəhətdən formalaşmış dünyagörüşüdür.
Fəlsəfədə millilik və ümumbəşərilik. Milli fəlsəfənin ümumdünya fəlsəfəsinə
münasibətdə nisbi müstəqilliyi. Milli fəlsəfə milli özünüdərkin nəzəri əsasıdır. Milli
müstəqillik və milli fəlsəfənin inkişafı üçün yeni şərait. Qərb və Şərq fəlsəfəsi
fonunda milli fəlsəfə.
Dostları ilə paylaş: |