M ö v z u: 5. Yeni dövr fəlsəfəsi
Yeni dövr fəlsəfəsi burjua fəlsəfi təfəkkürünün formalaşmasıdır. Dinin,
ehkamçılığın, orta əsrlər sxolastikasının tənqidi.
XVII-XVIII əsrlər ingilis fəlsəfəsi – F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli,
D.Yum.
Yeni dövr fransız (R.Dekart, B.Qassendi, D.Didro, J.Lametri, P.Holbax,
H.Helvetsi) maarifçilik fəlsəfəsi.
B.Spinoza – dövrün böyük holland filosofudur.
Q. Leybnits – yeni dövrün görkəmli alman filosofudur.
Klassik alman fəlsəfəsinin xarakterik xüsusiyyətləri. Bu fəlsəfənin yarandığı
tarixi şərait və sosial kökləri. İ.Kant – klassik alman idealist fəlsəfəsinin banisidir.
Kantın idrak nəzəriyyəsi. Dərk edən subyektin spesifikliyi biliyin və idrakın başlıca
amilidir. Subyektiv empirik və transendental səviyyələri. Kant öz fəlsəfəsinin iki əsas
istiqamətləri və iki əsas mənbələri haqqında Kantın antropologiyası. Etik və estetik
baxışları.
Fixtenin fəlsəfi təlimində bütün gerçəkliyin iki növ reallıqdan ibarət olması
problemi. Şelinqin fəlsəfəsində idealist dialektika.
Hegel obyektiv idealist filosofdur. Onun idealist sistemi və dialektik metodu.
Mütləq ideya anlayışı. Dialektikanın qanun və kateqoriyalarının Hegel tərəfindən
sistemləşdirilməsi. Triada pirnsipi. Hegelin təlimində əxlaq, ailə, dövlət məsələləri.
Onun estetik baxışları. Din və dinin müxtəlif formalarının Hegel tərəfindən təhlili.
Feyerbaxın antropoloji fəlsəfəsi. Feyerbaxın varlıq və insan, idrak haqqında
təlimi. Filosofun cəmiyyətə baxışı. Onun etikası. İnsanların qarşılıqlı məhəbbətinə
əsaslanan yeni dinin yaradılmasının zəruriliyi haqqında fikirləri.
Rus inqilabçı-demokratlarının fəlsəfəsi. Utopik kəndli sosializmi ideyası.
İnqilabi demokratizm və utopik sosializm ideyalarının vəhdəti. İnqilabçı-
demokratların materialist fəlsəfəsi. Onların fəlsəfəsinin təbii-elmi biliklərlə bağlılığı.
Belinski,
Gertsen,
Çernışevski,
Dobrolyubovun
maarifçilik
ideyalarının
xüsusiyyətləri.
Marksizm fəlsəfəsi – fəlsəfə tarixinin inkişafında yeni bir mərhələdir.
Marksizmin yaranmasının tarixi şəraiti və təbii-elmi, elmi-nəzəri mənbələri.
Fəlsəfənin vəzifəsi – «dünyanın dəyişməsinə xidmət etməkdir» – müddəası. Marks və
Engelsin dünyagörüşünün formalaşmasında klassik alman fəlsəfəsinin rolu.
Marksizmin kommunizm təliminin özünü doğrultmaması. Fəlsəfi fikir tarixində
marksizmin tutuduğu yerə münasibətin müxtəlifliyi. Marksizm fəlsəfəsində Lenin
mərhələsi. Marks, Engels və Leninin fəlsəfə tarixinin inkişafında yeri və rolu.
Dostları ilə paylaş: |