Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u 13.   Cəmiyyət idrakın obyektidir



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
FELSEFE - QIPS

M ö v z u 13.   Cəmiyyət idrakın obyektidir 

 

Cəmiyyət,  birlik  və  sosial  anlayışları.  «Birlik»  və  «cəmiyyət»  terminlərinin 

fərqi.  Birlik  insanların  mənşəcə  bir  kökdən  olması  zəminində  yaranan  varlığıdır. 

Cəmiyyət insanların məqsədyönlü və mütəşəkkil xarakterli birgə fəaliyyətidir. Sosial 

anlayışın  geniş  və  məhdud  mənası.  Cəmiyyət,  xalq,  millət  və  dövlət    anlayışlarının 

münasibəti.  Cəmiyyətə  fəlsəfi  və  ümumsosioloji  yanaşmanın  fərqi.  Adamları 

cəmiyyət halında birləşdirən əlaqə və qanunauyğunluğa yanaşma üsulları: naturalist, 

idealist, materialist. 

Sosial sistem anlayışı. Cəmiyyət özü inkişaf edən sistemdir, obyektiv reallığın 

bir  hissəsidir:  real  cəmiyyət  və  onun  ieallaşdırılmış  modeli.  Fəlsəfənin  inkişafı 

tarixində cəmiyyət probleminə yanaşma üsulları. 

Cəmiyyət təkrar istehsaldır. Təkrar istehsalın növləri: maddi nemətlər istehsalı, 

insan  nəslinin  təkrar  istehsalı,  ictimai  əlaqələrin  və  münasibətlərin  təkrar  istehsalı. 

Cəmiyyətdə  maddi  və  mənəvi.  «İctimai  varlıq»  və  «ictimai  şüur»  kateqoriyaları  və 

onların metodoloji rolu. 

Cəmiyyətin  iqtisadi  həyatı  anlayışı.  Maddi  nemətlərin  istehsalı,  bölgüsü, 

mübadiləsi  və  istehlakı  ictimai  inkişafın  əsasıdır.  Mülkiyyət,  istismar,  əmək  və 

kapital  anlayışlarının  fəlsəfi  təhlili.  Mülkiyyət  növlərinin  müxtəlifliyi.  Mülkiyyətə 

sahiblik,  ondan  istifadə  etmək  və  onun  üzərində  sərəcam  vermə  anlayışları. 

Mülkiyyət və insanın özünü reallaşdırması.  Əmək və xüsusi mülkiyyət. Mülkiyyətin 

subyekti  və  obyekti.  Müasir  dövr  və  mülkiyyətin  müxtəlif  formaları.  Xüsusi 

mülkiyyət, şəxsiyyətin fiziki və mənəvi bacarığı. 

 «Maddi»  və  «praktiki»  anlayışlar  arasında  əlaqə.  «Obyektiv»  və  «subyektiv» 

kateqoriyaları,  onların  «maddi»  və  «mənəvi»  kateqoriyalarla    əlaqəsi.  Tarixdə 

subyektiv  amilin  rolu.  İctimai  həyatın  birinci  və  ikinci  səviyyələri.  İctimai 

münasibətlər  anlayışı,  onların  mahiyyəti.  İctimai  münasibətlərin  birinci  və  ikinci 

səviyyələri. İctimai inkişaf qanunlarının təbiət qanunlarından fərqi.n İctimai istehsal 

anlayışı. Maddi və mənəvi istehsal, onların əlaqəsi və qarşılıqlı təsiri.  İstehsal üsulu 

cəmiyyətin konkret tarixi müəyyənliyinin əsasıdır.  



 

 

Məhsuldar  qüvvələr  və  istehsal  münasibətlərinin  dialektikası.  Məhsuldar 



qüvvələr və istehsal münasibətləri arasında ziddiyyətlər ictimai inkişafın mənbəyi və 

hərəkətverici  qüvvəsidir,  ictimai  inqilabın  iqtisadi  əsasıdır.  Cəmiyyət  və  ictimai 

münasibətlər. Maddi və ideoloji münasibətlər.  

Bazis və üstqurum. Üstqurumun bazisə fəal təsiri. Bazisin müəyyənedici rolu, 

üstqurumun nisbi müstəqilliyi. İnsanların sosial-tarixi birlik formaları: qəbilə, tayfa, 

xalq,  millət.  Qəbilə  və  tayfa  insanların  sürü  halından  sonrakı  ilk  birlik  formalarıdır. 

Xalq anlayışı, onun xarakteri, etnik və sosial-fəlsəfi mənası. Xalqın tarixin yaradıcısı 

olmasını şərtləndirən amillər. Xalq maddi nemətlərin yaradıcısıdır.  

Tarix  xalqın  öz  məqsədini  həyata  keçirmək  ffəaliyyətidir.  Sosial  tələbatlar  və 

mənafelər  ictimai  inkişafın  əsas  mənbələridir.  Təbii-bioloji  və  sosial  tələbatlar. 

Mənafelər  fəaliyyətə  sövqedici  güclü  motivlərdir.  Mənafelərin  təsnifatı:  şəxsi 

mənafelər,    qrup  mənafeləri  və  ictimai  mənafelər.  Tarixi  hadisələr  və  proseslərdə 

xalqın rolu. Xalq mənəvi mədəniyyətin, elmin və incəsənətin yaradıcısıdır.  Xalq və 

kütlə. Kütlə psixologiyası, onun kortəbiiliyi. Xalq və görkəmli şəxsiyyətlər.  

Millətin mahiyyəti və səciyyəvi əlamətləri. Azərbaycanın mili müstəqilliyi və 

xalqın tarixi müqəddəratında onun rolu. Milli keçmişimizə və milli ənənələrə hörmət 

inkişafın əsas şərtidir. Azərbaycan xalqının mili mənlik şüuru və onun inkişafı. Milli 

mənlik və millətçilik.  Müasir dünyada gedən mili proseslər.  




Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin