Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u  9.   XX əsr fəlsəfəsi



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
FELSEFE - QIPS

M ö v z u  9.   XX əsr fəlsəfəsi 

 

Elmi-texniki  tərəqqi  və  onun  nailiyyətlərinin  XX  əsr  fəlsəfi  fikrin  inkişafına 

təsiri. Avropa – XX əsr fəlsəfi mədəniyyətin mərkəzidir. Müasir Qərb fəlsəfəsi. XX 

əsr  tarixi  hadisələrinin  müasir  Qərb  fəlsəfi  məktəbinin  yaranmasına  təsiri.  Bu 

məktəblərin  spesifik  xüsusiyyətləri,  onların  ümumi  və  fərqli  cəhətləri.  Müasir  Qərb 

fəlsəfi məktəbləri.  

Ekzistensializm  və  ya  mövcudluq  fəlsəfəsi  –  müasir  fəlsəfədə  irrasionalist 

istiqamətdir.  Ekzistensializm    insan  varlığının  müdrikliyini  ön  plana  çəkən  fəlsəfi 

cərəyandır.  Bu  məktəbin  meydana  gəlməsi  və  inkişafını  şərtləndirən  tarixi  şərait. 

Müasir  ekzistensializm  dünyagörüşü  sistemidir.  Ekzistensializmdəki  dini-ateist 

istiqamətlər.  Ekzistensializmin  metodu.  Varlıq  problemi.  Onların  təlimində    azadlıq 

problemi. Ekzistensialistlərin fəlsəfəsində fərdiyyət prinsipi. Qorxu anlayışı və onun 




 

 

təhlili. Ekzistensialistlərdə həyatın fəlsəfi mənasının izahı: həyat və ölüm problemi. 



Bu  məktəbin  nümayəndələri:  Kyerkeqor,  M.Haydeqqer,  KYaspres,  M.Buber, 

J.P.Sartr, A.Kamyu, Q.O.Marsel, X.O.Qaset və b. 

Neopozitivizm  –  XX  əsr  Avropa  fəlsəfəsində  əsas  cərəyanlardan  biridir. 

Neopozitivizmdə fəlsəfə və elmin bir-birinə qarşı qoyulması. Fəlsəfənin predmeti və 

vəzifələri haqqında. Neopozitivizmdəki fəlsəfi cərəyanlar: analitik fəlsəfə, linqvistik 

fəlsəfə,  postpozitivist  fəlsəfə,  insturmentalizm.  Neopozitivistlərin  metafizikaya 

münasibətləri. Neopozitivistlərin xüsusi – elmi biliklərə münasibəti. Neopozitivizmin 

nümayəndələri:  M.Şilik,  R.Karnap,  A.Ayer,  B.Rassel,  L.Vigenşteyn,  C.Ostin, 

O.Neyrat və b.  

Neotomizm  -  Akvinalı  Fomanın    təliminə  əsaslanan  cərəyandır.  Fomanın 

fəlsəfəsini  modelləşdirməyə  cəhd.  Ontoloji  problemlərin  işlənməsi.  Neotomizm 

fəlsəfəsində  ilahi  varlıq  və  onun  kateqoriyaları  (təkcə,  həqiqət,  rifah,  gözəllik). 

Neotomistlərin  metafizikası,  onların  materiya  və  forma  haqqında  təlimləri.  Həqiqət 

problemi.  İdrak  və  dərketmə  formaları.  Neotomistlər  tərəfindən  elmin,  fəlsəfənin, 

incəsənətin və s. xarakteristikası. Neotomistlərin antropologiyasında insan. Şəxsiyyət, 

onun  məqsədi  və  həyatının  mənası.  Neotomistlərin  cəmiyyətə  baxışları.  İnsan 

cəmiyyəti  və  onun  əsas  formaları:  ailə,  icma,  sənət,  vətən,  dövlət.  Neotomistlər: 

J.Mariten, E.A.Jilson, E.Koret, Y.M.Boxenski və b. 

Praqmatizm.        XX  əsrin  subyektiv  fəlsəfi  cərəyanıdır.    Praqmatizm  fəlsəfi 

təfəkkürün  tamamilə  yeni  tipi,  idrakın  təbiətinin  yeni  şərhidir.  Praqmatizm 

fəlsəfəsində  inam  və  həqiqət.  İdeyalar,  anlayışlar  və  nəzəriyyələr  haqqında. 

Praqmatistlərin metodu. Fəlsəfə və onun məqsədləri haqqında. İctimai-siyasi ideyalar, 

müharibə  və  sülh  problemi.  Praqmatizmin  nümayəndələri:  Ç.İ.Pirs,  U.Ceyms, 

C.Dyum, C.Mid, H.Qudmen və b.  

Fəlsəfi  antropologiya    -  insanın  təbiəti  və  mahiyyəti  haqqında  təlimdir. 

Antropologi  yanaşmanın  məğzi  özgələşmiş  insana  qayğı  problemi.  Antropologiya 

fəlsəfənin vəzifələri və onun elmi  biliklərlə  əlaqəsi.  Şüur və  idrak problemləri.  Bu 

məktəbin nümayəndələri: Şeller, Qelen, Plesner, Rethaker, Bolnov və b. 

«Həyat  fəlsəfəsi»  irrasionalist  fəlsəfi  cərəyandır.  Həyat  anlayışı,  onun  əqldən 

ayrılması.    Fəlsəfənin    mifologiya  ilə    yaxınlaşdırılması.  Yaradıcılıq  problemi. 

Nümayəndələri: Nitşe, Diltey, Zimmer, Berqson və b.  

Freydizm  -    müxtəlif  məktəblərin    və  cərəyanların  ümumiləşmiş  adıdır. 

Freydizm  ictimai    və  fəlsəfi  –  antropoloji    doktrinadır.  Freydizm  psixo-animizmdən 

fərqi. Freydizmdəki müxtəlif  cərəyanlar. Freydizmin nümayəndələri: Freyd, Fromm, 

Yuiq və b.  

XX  əsr  Qərbi  Avropanın  digər  fəlsəfi  məktəbləri  -  antropologiya  fəlsəfəsi, 

personalizm,  strukturalizm,  hermenevtika,  tənqidi  rasinalizm,  tarix    fəlsəfəsi :  elmin 

metodologiyası. İntuitivizm fəlsəfəsi. 

XX əsrdə Şərqdə fəlsəfi fikir. Çağdaş. Türkiyə və İran  fəlsəfəsi. 

XX  əsr  rus  fəlsəfəsinin  dini  xarakteri.    Bu  fəlsəfənin  özünəməxsusluğu,  onun 

ədəbiyyatla  əlaqəsi.    V.S.  Solovyov,  V.İ.  Vernadski,  N.A.Berdyayev,  L.P. 

Karsasvinin baxışları. 




Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin