M ö v z u 10. Varlıq və materiyanın fəlsəfi anlamı
Varlıq probleminin həyatı kökü və onun fəlsəfi mənası. «Geçəklik», «reallıq»,
«mövcudluq» anlayışları. Obyektiv və subyektiv reallıq onların tarixi reallığının
vəhdəti. Şüur və təbiət aləminin varlıqla xarakterizə olunması. Varlıq probleminin
aspektləri: 1) Dünya var olmuş və olacaqdır; 2)Dünyanın varlığı onun vəhdətinin
ilkin şərtidir; 3) Dünya varlığın məcmusudur.
Varlıq ən ümumi reallıqdır və fəlsəfənin əsas kateqoriyasıdır. Fəlsəfənin
inkişafı tarixində varlıq probleminə münasibət. Varlıq haqqında düşüncələrin
spesifikliyi. Varlığın «mövcud olma» ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlığın dini
izahı. Varlığın əsas formaları və dialektikası. Şeylərin, proseslərin və təbiət
hallarının varlığı, insanın varlığı, mənəvi vaprlıq, sosial varlıq. Varlığın ziddiyyətli
mahiyyəti, onun dəyişkən və daimi olması ideyası. Kainta haqqında elmi və fəlsəfi
təsəvvürlərin təkamülü.
Varlıq və materiya anlayışlarının münasibəti. Substansiya anlayışı. Materiya
kateqoriyası və onun fəlsəfə üçün fundamental əhəmiyyəti. Materiya haqqında
fəlsəfi təsəvvürlərin inkişafı. Ruh və materiya. Şüur və materiya, onların mütləq
əksliyi. Matğeriya anlayışının qnoseoloji və substansional tərfələri. Təbiətşünaslıqda
inqilab və mexanisizmin iflası. Dünyanın elektromaqnit və Kvant mexanikası
mənzərəsinin formalaşması. Materiyanın məhvedilməzliyi və tükənməzliyi. Kainatın
istilik ölümü nəzəriyyəsinin əsassızlığı.
Müasir elm materiyanın quruluşu və xassələri haqqında. Cansız təbiətin təşkili
səviyyələri. Elementlər hissəciklər və onların tərkibi haqqında müasir elmi
təsəvvürlər. Fiziki vakkum, atom, plazma, ulduzlar, molekul, planet, qalaktika
metaqalaktika anlayışları. Materiyanın kosmik səviyyəsi.
Bioloji və ictimai səviyyədə materiyanın quruluşu haqqında baxışları.
Hüceyrəyəqədərki səviyyə, tək və çox hüceyrəli orqanizmlər. Orqanizmdən
yüksəkdə duran səviyyələr. Biosfer çərçivəsində insan cəmiyyətinin inkişafı. Sosial
həyatda materiyanın struktur səviyyələri: fərd, ailə, kollektiv, sosial qrup, millət,
dövlət və cəmiyyət. Metasosial səviyyəsinin mümkünlüyü. Müasir elm dünyanın
maddi vəhdəti və müxtəlifliyi haqqında. Materiya haqqında elmi təsəvvürlərin
(fiziki, bioloji, astronomik və kosmoloji) təkamül gedişində bir sıra yeni struktur
səviyyələrin aşkara çıxarılması.
Hərəkət anlayışı, materiya və hərəkətin vəhdəti. Hərəkətin tipləri. Sabitlik və
dəyişkənlik. Hərəkət, inkişaf anlayışları. Fasiləlilik və fasiləsizlik. Energetizm
təliminin əsassızlığı. Hərəkət və sükunətin dialektikası. Materiyanın hərəkətinin əsas
formaları. Onların xüsusiyyətləri və qarşılıqlı əlaqəsi. Mexanizmin və
reduksionizmin tənqidi. Təbiətşünaslığın nailiyyətləri əsasında hərəkət formaları
haqqında baxışların zənginləhməsi və inkişafı.
Məkan və zaman anlayışları, onların fəlsəfi mənası.Məkan və zaman
haqqında müasir nəzəriyyələr və onların fəlsəfi əhəmiyyəti. Məkan, zaman və
hərəkət arasında qarşılıqlı əlaqə. Məkan və zaman ölçülüyü, sonluğu və sonsuzluğu
problemi. Məkan və zaman substansional və relyasional konsepsiyaları. Nisbilik
nəzəriyyəsi və məkan və zaman haqqında təsəvvürlərin yeniləşməsi. Bioloji məkan
və zaman. Cansız təbiətdə, üzvi aləmdə və sosial proseslərdə məkan və zaman,
onların keyfiyyət müxtəlifliyi.
Dostları ilə paylaş: