M ö v z u 12. İctimai həyatın təbii əsasları
Təbiət anlayışı. Təbiət hadisələri və obyektləri. Təbiət və mədəniyyət. İnsan və
təbiətin qarşılıqlı münasibəti. İnsan, insan cəmiyyəti, mədəniyyət və təbiət. İnsan və
təbiətin vəhdəti fəlsəfi problemdir. İnsanın təbiətə dair baxışlarının dəyişməsi.
«Təbii mühit» anlayışı. Təbii mühit və ona daxil olan maddi sistemlər, həyat
vasitəsi olan təbii mənbələr və əmək predmeti ola biləcək təbii zənginliklər. Süni
mühit – «ikinci təbiət» anlayışı.
Canlı və cansız təbiət, onların qarşılıqlı əlaqəsi və onlar arasındakı fərq.
İnsanın canlıya münasibəti. Canlının dərk olunmasında biologiya və fəlsəfənin rolu.
Canlı haqqında müasir baxışlar. Yerdə həyatın yaranması – planetimizin
təkamülünün qanunauyğun nəticəsidir. Orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqəsi.
İnsanın meydana gəlməsi və mövcudluğunun ilkin təbii şərtləri. Yerdə həyatın sonlu
və ya sonsuz olması haqqındakı baxışlar.
Cəmiyyət və təbiətin qarşılıqlı münasibətinin tarixi xarakteri. Təbiət
cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. İctimai inkişafda təbii
şəraitin rolunun təhrif olunması. Coğrafi determinizmin əsassızlığı. Geopolitika
doktrinasının mahiyyəti. Geopolitikanın müasir izahı. Azərbaycanın geopolitik
mövqeyi. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri. Təbiət insanın
praktiki fəaliyyət meydanıdır. İnsanla təbiət arasındakı münasibət. Təbiət insan və
cəmiyyət üçün gözəllik, xeyirxahlıq mənbəyidir. Təbiətin qorunmasında insanın və
cəmiyyətin məsuliyyəti.
İnsanın fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət
münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət.
Biosfera, neosfera, texnosfera, biotexnosfera anlayışları. Texnosfera və biosfera
arasında ziddiyyətlərin kəskinləşməsi.
Ekoloji problem, onun elmi, sosial-fəlsəfi və etik-humanist aspektləri. Ekoloji
problemlərin mahiyyəti, onun kompleks və qlobal xarakteri.İctimai inkişaf, müasir
istehsalın yüksəlişi, mədəni, elmi-texniki tərəqqi və ekoloji problem. Ekoloji
bilikdən ekoloji şüura doğru. İctimai inkişafın qlobal-ekoloji aspektləri. Fəlsəfə və
ekoloji problemin həlli. Antropogen ekoloji təhlükənin dərk olunması məsələsi.
İnsanın ekologiyası və elmi biliklərin sintezi. Qlobal ekologiya və mədəni əlaqələr
problemi. Ekoloji çətinliklərin aradan qaldırılması yolları haqqında russonist və
neorussonist fəlsəfi mövqe və müxtəlif konsepsiyalar. Elmi-texniki tərəqqi və
ekologiya. Ekoloji problemin qlobal xarakteri. Ekoloji fəlakət təhlükəsi. Yer üzündə
əməkdaşlığın inkişafı üçün beynəlxalq əməkdaşlığın obyektiv zəruriliyi.
Müasir Azərbaycanda mövcud olan ekoloji problemlər.
Dostları ilə paylaş: |