M ö v z u 14. Cəmiyyətin sosial və siyasi həyatı
Cəmiyyətin sosial strukturu. Sinif, sosial qrup və sosial təbəqə anlayışları.
Siniflərin yaranması haqqında müxtəlif baxışlar. Müasir dövrdə sosial struktda olan
dəyişikliklər: sosial təbəqələşmənin dərinləşməsi, fermerlər, kooperatorlar,
biznesmenlər, sahibkarlar və başqa qrupların yaranması. Ziyalılar və qulluqçuların
sosial həyatında yeniliklər. Sosial strukturda sosial-ərazi birliklərinin rolu. Müasir
urbanizasiya prosesləri, cəmiyyətin sosial-ərazi strukturunda dəyişikliklər.
Cəmiyyətin sosial strukturunda ailənin yeri. Ailə cəmiyyətin və sosial
strukturun təkrar istehsalının mənbəyidir. Ailənin tarixi inkişafı. Müasir cəmiyyətdə
ailənin funksiyaları. Ailə, nigah və sevgi münasibətləri.
Müasir cəmiyyətin siyasi strukturu. Cəmiyyətin siyasi təşkili. Fəlsəfə siyasi
həyatın dərk olunması metodologiyasıdır. Siyasi sistemdə dövlətin yeri və rolu.
Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr. Dövlətin tarixi tipləri, əlamətləri,
funksiyaları və idarəetmə formaları.
Siyasi rejim anlayışı. Totalitar, avtoritar, liberal və demokraptik siyasi rejimlər.
Demokratik cəmiyyətin siyasi quruluşu. Müasir Azərbaycan cəmiyyətində
demokratikləşmənin inkişafı.
Hüquq anlayışı. Hüquq və sosial ədalət prinsipi. Vətəndaşların hüquqları,
vəzifələri və məsuliyyəti. Hüquqi dövlət, demokratizm, qanunun aliliyi və şəxsiyyət
azadlığı dövlətin əsasıdır. Müasir Azərbaycan və hüquqi dövlət quruculuğu.
Siyasi hakimiyyət anlayışı. Hakimiyyətin bölünməsi ideyası. Qanunverici, icra
və məhkəmə hakimiyyəti, partiyalar, ictimai-siyasi hərəkatlar və təşkilatlar, onların
demokratikləşmə prosesində iştirakı. Siyasi aksiologiya. Siyasi fəaliyyətdə mənəvi
əxlaqi və ümumbəşəri normalara riayət etməyin zəruriliyi. Müasir Azərbaycan
cəmiyyətində siyasi sistemin təkmilləşməsinin əsas istiqamətləri.
İctimai-iqtisadi formasiya anlayışı. İctimai-iqtisadi formasiyalar haqqında
müxtəlif baxışlar. İctimai-iqtisadi formasiyayanın strukturu. İctimai-iqtisadi
formasiyaların tipləri: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm
ictimai-iqtisadi formasiyaları.
İctimai tərəqqi anlayışı cəmiyyətin inkişaf istiqamətlərinin fəlsəfi fikirdə
müxtəlif izahı. İctimai tərəqqinin obyektiv meyarı və tipləri. Bəşər tarixinin mənası
və istiqamətinə dair müasir konsepsiyalar: kulturoloji yanaşma, ekzistensial baxış,
antitarixilik.
Sosial həyatın ayrı-ayrı tərəflərində inkişafın qeyri-bərabərliyi və tərəqqinin
ümumi meyarını müəyyənləşdirməyin çətinliyi. Azadlıq ictimai tərəqqinin ümumi
meyarı və məhsuludur. Dünya tarixi prosesinin vəhdəti və rəngarəngliyi. Müasir
dövrdə ictimai tərəqqidə ümumbəşəri inteqrativ keyfiyyətlərin artması meyli. Elmi-
texniki, ictimai və mənəvi tərəqqi arasında qarşılıqlı əlaqə.
Dostları ilə paylaş: |