Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


M ö v z u  16.  Şüurun ideal varlığı



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix31.12.2021
ölçüsü443,72 Kb.
#49706
1   ...   13   14   15   16   17   18   19   20   ...   26
FELSEFE - QIPS

M ö v z u  16.  Şüurun ideal varlığı 

 

Şüur, onun mənşəyi və mahiyyəti. Şüurun ictimai təbiəti. Şüurun yaranmasının 

ilkin bioloji şərtləri. Şüurun mənbələri. Fəlsəfədə şüur probleminin qoyuluşu və onun 

həllinin  çətinlikləri.  Fəlsəfə  şüuru  öyrənən  digər  elmlər.  Şüurun  materiya  ilə 

münasibətinin tarixi, qnoseoloji, ontoloji və praksioloji aspektləri.  



 

 

Ruh  anlayışı.  Ruh  və  şüuru.  Ruh  və  bədən,  onların  vəhdəti.  Şüurun  tarixdən 



əvvəlki dövrü. İnikas materiyanın ən ümumi xassəsidir. İnikasın səviyyələri: (cansız 

təbiətdə,  canlı  təbiətdə  və  ictimai  mühitdə)  formaları  (sadə,  elementar  inikas, 

qıcıqlanma  qabiliyyəti,  duyğu,  psixika)  və  tipləri  (aktual,  funksional  və  qeyri-

funksional inikas). İnikas və informasiya, onların ümumi və fərqli cəhətləri.   

İnformasiya inikası, neyrofizioloji və psixiki inikas. Psixika inikas formasıdır, 

psixi obrazın təbiəti. İnikas və idarəetmə. Şüur yüksək təşəkkülü materiyanın xassəsi, 

gerçəkliyin inikasının ali formasıdır. 

İnsan  -  psixikanın,  şüurun  daşıyıcısıdır.  Ali  heyvanlarda  psixiki  inikasın 

xüsusiyyətləri. İnsan şüuru ilə heyvan psixikasının fərqli cəhətləri. 

Şüurun strukturu: duyğu, qavrayış, təsəvvür, anlayış, təfəkkür, emosiya, iradə 

və s. Şüur və idrak. Şüurun yaranması və formalaşmasında əməyin rolu.  

Şüur  və  beyin.  Şüur  və  şüursuzluq.  Şüursuzluğun  daxili  məzmunu.  Qeyri 

şüursuzluğun  davranışda  rolu.  Freydin  psixioanaliz  təlimi.  Beynin  funksiyaları. 

Şüurun  formalaşmasında  beynin  rolu.    Şüur  mürəkkəb  sistemdir.  Şüurun  daxili 

məzmunu. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru 

və  özünü  dərketmə.  Mənlik  şüurunun  formaları.  Şüur  və  emosiya.  Şüur  və  iradə. 

Şüurun  formalaşmasının  mənbələri.  Şüur  və  dil.  Obraz  və  işarə.  İşarə  –  simvol 

sistemləri. 

İdeallıq  problemi.  Subyektiv  reallıq  kimi  ideallığın  mahiyyəti  haqqında 

baxışlar.  İdealın  iki  tipi:  fərdiləşmiş  ideal  və  ictimai  ideal.  İdealda  qnoseoloji  və 

aksioloji tərəflər. «İdrakın subyekti» anlayışı.  

Şüur  və  kibernetika.  Təfəkkür  proseslərinin  kompüter  texnikası  vasitəsilə 

formalaşdırılması və modelləşdirilməsi. İnsan və kompüter sistemlərinin dialoqunun 

zəruiliyi.    Təbiətşünaslıqda  şüur  problemi.  Süni  intellekt  anlayışı.    Şüurun 

öyrənilməsi  sayəsində  müasir  elmlərin  nailiyyətləri  və  fəlsəfədə  şüur  probleminin 

öyrənilməsinə onların təsiri. Ali əsəb fiziologiyasının, psixologiya və təbiətin müasir 

nailiyyətləri və şüurun təbiətinin öyrənilməsində onların rolu.    


Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin