nəticəsidir. İnsan sirli aləmdir. İnsan maddi-praktiki fəaliyyətin subyektidir. Fəlsəfi
fikir tarixində insan problemi. İnsan probleminin fəlsəfi araşdırılmasının
spesifikliyi və aktuallğı. Fəlsəfədə insan konsepsiyası insan haqqında elmlərin
əsasıdır. İnsanın təbiəti, mahiyyəti və vəzifələri. İnsan mahiyyətinin çoxölçülü
xarakteri. İnsanın islam konsepsiyası. Azərbaycan fəlsəfi fikir tarixində insan
fəaliyyəti. Antropososiogenezin əmək izahının müsbət rolu və ziddiyyətliliyi. İnsana
bənzər meymun ilə zəkalı insan arasında keçid tipinin yoxluğu. Dilin ictimai-yaradıcı
funksiyası. Ailə-nigah münasibətlərinin tənzimlənməsi. Endoqamiya, aqamiya və
İnsanın əcdadı kimdir? İnsanın mənşəyi haqqında Teyyar de Şardenin təlimi.
İnsana keçid morfoloji dəyişikliklər deyil, daxili aləmdə baş verən keçiddir.
İnsanabənzər mövcudatın inkişafı gedişində xarici həyat fəaliyyətinin daxili
subyektiv istiqamət alması. İnsanın mənşəyinə dair Darvinin təkamül təlimi. Əmək
tələbatdan yaranır, əmək fəaliyyəti insanın özünün, dilin, təfəkkürün və s. inkişafıdır.
Əmək genetik irsiyyətdən sosial varisliyə keçidi təmin edir. Heyvan sürüsü və ibtidai
qəbilə icması. İlk əxlaqi-ictimai qadağalar antropososiogenezin amilidir.
İctimai münasibətlərin yaranması və onların bioloji münasibətlərdən fərqi.
İnsanın mövcudluğu anlayışı. İnsan psixososial fenomendir. İnsan mövcudluğuna
dair ekzistensialist baxış.
İnsanda təbii (bioloji) və ictimai (sosial) tərəflər. İnsanın sırf bioloji və sırf
ictimai izahına münasibət. S.Uilsonun sosiologiya təlimi. İnsanın vulqar sosioloji
izahının tənqidi. Antiutopik baxışlar. İnsanda bioloji və sosialın vəhdəti. Elmi-
texniki tərəqqi dövründə insanın biologiyası. Psixioanaliz və insan problemi.
Antropososiologiyada rasionalizm. İnsanın varlığı və davranışı onun şüurlu
həyatının ifadəsidir. Antropososiologiyada şüurluluq və şüursuzluq (freydizm).
İnsanın mənəvi təcrübəsində həyat və ölüm problemi. Həyatın mənası. Ölüm
və ölməzlik. İnsan həyatının qiymətləndirilməsində pessimizm. Həyatın mənasının
dini izahı. İnsan necə, nə qədər və nəyin naminə yaşamalıdır. İnsanın «ölmək
hüququ». Ölüm probleminə müxtəlif münasibətlər. Paternalizm və antipaternalizm.
Eftanaziyanın sosial-mənəvi mahiyyəti.
Fərd, fərdiyyət və şəxsiyyət anlayışları. Şəxsiyyətin sosial mahiyyəti.
Şəxsiyyətin tipologiyası. Şəxsiyyət və onun cəmiyyətdəki rolu. Tarixi şəxsiyyətin
əsas göstəricisi onun dövrün tələblərinə uyğun xalqı səfərbər etməsidir. Şəxsiyyətin
hərəkət və fəaliyyətinin sosial-tarixi şərtlənməsi. Siyasi rəhbərin fəaliyyətinin əsas
göstəriciləri. Görkəmli elm və mədəniyyət xadimlərinin tarixi prosesdə rolu.
Xarizmatik tarixi şəxsiyyət problemi. Cəmiyyət, şəxsiyyət münasibətlərinin tarixi
formaları. Fərd ilə cəmiyyətin bir-birinə qarşı müstəqilliyi. Fərd şəxsiyyətdir,
cəmiyyət şəxsiyyət deyil.
İnsan və cəmiyyətin qarşılıqlı münasibətinin tarixi tipləri. Şəxsi asılılıq
münasibətləri. Şəxsiyyətin hüquq və vəzifələri. Nəzəriyyə və reallıq. Hüquqi dövlətdə
şəxsiyyət.
Tarixi zərurət və şəxsiyyət azadlığı. Şəxsiyyətin azadlığı, hüquq və vəzifələri
ilə məsuliyyətin vəhdəti. Demokratik cəmiyyət və şəxsiyyət azadlığı. Müasir dövrdə
şəxsiyyət azadlığı və cavabdehlik.
Fəlsəfə, insan və bəşəriyyət. İnsan və kainat. Sosial dəyərlər, onların mahiyyəti
və cəmiyyətdə rolu. Sosial dəyərlərin təbiəti haqqında baxışlar. Dəyərlərin sosial
şərtlənməsi. Sosial dəyərlərin təsnifatı: qnoseoloji, etik və estetik dəyərlər. Azadlıq və
milli müstəqillik ən ali dəyərdir. Aksiologiya və müasirlik. Şəxsiyyətin
sosiallaşmasında dəyərlərin rolu. Şəxsiyyətin dəyərlər oriyentasiyasına müasir dövrün
təsiri. Dəyərləri qorumaq və inkişaf etdirməyin zəruriliyi. Tarixi keçmişə və mili
ənənələrə hörmət dövrün mühüm vəzifəsidir. İslamın ümumbəşəri əxlaqi dəyərləri.
Dostları ilə paylaş: