ilə bağlı müxtəlif baxışlar. Mədəniyyətin texnoloji şərhi. Mədəniyyətin klassik
xarici determinasiyası. Əmək və mədəniyyətin bölünməsi. Mədəniyyət maddi və
mənəvi dəyərlərin məcmusudur. Mədəniyyətin funksiyaları: adaptasiyaedici, idraki,
informasiyaverici, kommunikativ, normativ və humanist. Mədəniyyətin inkişaf
qanunauyğunluqları. Mədəniyyətdə ənənəvilik və yenilikçilik. Mədəniyyətlər vəhdəti
və çoxcəhətliliyi. Mədəni inqilab. Əxlaqi mədəniyyətin mahiyyəti. Kütləvi
Mədəniyyət şəxsiyyətin özünü müəyyən etməsi və inkişafı üsuludur. Mənlik
şüuru və özünüqiymətləndirmə, savadlılıq və mədənilik, ziyalılıq. Ünsiyyət
rəngarəngliyi və qarşılıqlı təsiri. Mədəniyyətin tərəqqisi. Ənənəvi və müasir
Sivilizasiya sosial mədəni törəmədir. Sivilizasiyanın əsas əlamətləri. Sivilizasiyanın
Sivilizasiya cəmiyyətin sosial təşkil olunmasıdır. İctimai əmək bölgüsünün
inkişafı və informasiya – nəqliyyat infratsrukturunun genişlənməsi sivilizasiyanın
mühüm göstəricisidir. Sivilizasiya cəmiyyətin sosial-mədəni əsası, mədəniyyətin
sosial varlığıdır. Texnogen sivilizasiyanın ənənəvi xüsusiyyətləri. Ənənəvi
sivilizasiya. Sivilizasiyanın inkişafında modernləşmə problemi.
Şərq-Qərb-Azərbaycan: sivilizasiya tipləri, onların özünəməxsusluğu. Müasir
dövrdə onların dialoqunun zəruriliyi. Müasir sivilizasiya, onun xüsusiyyətləri və
ziddiyyətləri. Mədəniyyət və sivilizasiya anlayışlarının cəmiyyətin dərk olunmasında
rolu. Mədəniyyət və sivilizasiyanın qarşılıqlı münasibəti, onların özünəməxsus və
fərqli cəhətləri. Lokal mədəniyyətlər və sivilizasiyalar haqqında baxışların
əsassızlığı. Bilavasitə təhlil edilə bilən və uzaqlaşdırılmış olan gələcək: idrakın
metodları və vasitələri.
Gələcəyi xəbər vermə fəlsəfi idrakın mühüm tərəfidir.
Bəsirət (qabağı görmə) və izahetmə. Bəsirət və nəzəriyyəni seçmə meyarları.
Adi uzaqgörənlik, intuitiv uzaqgörənlik və elmi uzaqgörənlik. Gələcəyi xəbər vermə
və proqnozlaşdırma. Gələcəyin dövrləşdirilməsi. Gələcəyi öyrənməyin elmi
meyarları. Proqnozlaşdırma qabaqgörmənin növlərindən biridir. Onun ehtimalı –
xarakteri. Proqnozlaşdırmanın metodları: ekstrapolyasiya, tarixi analogiya, kompüter
modelləşdirilməsi, gələcəyin ssenarisi, ekspert qiymətləndirilməsi. Bu metodların
məhdudluğu və bir-birilə əlaqələndirilməsinin zəruriliyi. Proqnozlaşdırmanın
humanist missayası. Sosial proqnozların tipləri: axtarış, normativ, ehtimali sosial
proqnozlar. Onların elmi idrakın məzmunu və ideoloji təyinatı.
Bəşəriyyətin gələcəyi və real tarixi proses. Müasir elmi-texniki inkişaf və
gələcəyin alternativləri. Gələcəklə bağlı pessimist baxışlar. Sosial tərəqqinin
qarşısıalınmazlığı. Tərəqqinin ritminin artması. İnkişafın hüdudları və stimulları
problemi. Proqnozlaşdırma və müasir dövrün qlobal problemlərinin təsnifatı: siyasi,
iqtisadi, sosial, ekoloji, gənc dövlətlərin geriliyini dəf etmək problemi – onların bir-
birilə əlaqəsi. Qlobal problemlərin həlli üçün geniş beynəlxalq əməkdaşlığın
zəruriliyi. Sülh, tərksilah və yeni dünya müharibəsinin qarşısının alınması problemi.
Təbii resurslar və ətraf mühitin mühafizəsi problemi. Demoqrafik problemlər.
Ərzaq problemi. Energetika və xammal problemi. İnkişaf etməkdə olan ölkələrin
çətinliklərinin aradan qaldırılması problemi. Dünya okeanı məkanından və
resurslarından istifadə problemləri. Narkomaniyanın və təhlükəli xəstəliklərin
yayılması, mənəvi əxlaqın böhranı, demokratiyanın məhdudluğu və beynəlxalq
terrorçuluq problemi. Ailə münasibətlərində yaranan problemlər. Kişi-qadın
münasibətlərindəki problemlər.
Qlobal problemlərin yaranma səbəbləri. Qlobal problemlərin həlli yolları.
Bəşəriyyətin sosial və texniki tərəqqi yolunda irəliləməsindəki ziddiyyətlər. Yer
kürəsində sülhün qorunması – gələcək elmin əsas funksiyası və vəzifəsidir. Dünya
sivilizasiyasının inkişaf perspektivləri. «İnformasiya müharibəsi» konsepsiyası. Nüvə
əsrində yeni təfəkkür. Müasir futuroloji konsepsiyalar.