M ö v z u 18. İdrak. Elmi idrakın metod və formaları
İdrak fəlsəfi təhlilin predmetidir. İdraka fəlsəfi yanaşmanın spesifikliyi. İdrak
insanın aləmə sosial vasitəli, tarixən inkişaf edən münasibətidir, dünyanın dərk
edilməsi, biliyin zənginləşməsi prosesidir. İdrakın obyekti və subyekti. İdrakda
subyektlə obyektin qarşılıqlı təsiri. İdrak nəzəriyyəsi (və ya qnoseologiya, idrakın
fəlsəfəsi) idrakın təbiətini və onun imkanlarını, biliyin reallığa münasibətini, idrakın
həqiqiliyini və dəqiqliyini aydınlaşdırır. Qnoseologiyanın predmeti. Qnoseologiya və
ontologiya. Qnoseologiya elmi idrak haqqında təlimdir. Dünyanın dərk olunmasının
prinsipi. Skeptizm aqnostisizmin qnoseologiyası.
Fəlsəfənin inkişafında idrak probleminə münasibət. İnsanın nəzəri və praktiki
fəaliyyətində idrakın rolu. İdrak və bilik. Biliyin strukturu. Bilik, inikas, informasiya.
Biliyin məzmunu və strukturu. Biliyin müxtəlif formaları və idrakın fəaliyyəti.
İdrakın əsas formaları.
Hissi idrak subyektin sosial-tarixi fəaliyyətidir, dünyanın dərk edilməsi
prosesində onun rolu. Hissi idrak və onun formaları: duyğu, qavrayış, təsəvvür –
idrak prosesində onların rolu. Hissi inikasda obraz və işarənin vəhdəti. İnsan
idrakında gerçəkliyin hissi inikasının rolu.
Rasional idrak gerçəkliyin inikasının keyfiyyətcə yeni pilləsidir. Rasional
idrakın əlamətləri. Abstrakt təfəkkürün inkişafında dilin rolu. Abstrakt – fikri inikasın
əsas formasıdır.
Məntiqi idrakın əsas formaları. Anlayış, hökm və əqli nəticə, onların idrakda
rolu.
Hissi və rasional idrakın vəhdəti. Sensualizmin (empirizmin) və rasionalizmin
bitərəfliliyi.
Yaradıcılıq anlayışı. Yaradıcılıq və intuisiya. Kəşf və ixtira zəkanın
yaradıcılığının mühüm formasıdır. Fəlsəfi fikir tarixində yaradıcılığa münasibət.
Yaradıcılığın müasir elmi şərhi. Yaradıcılıq insanın öz işinə mənliyini, ruhunu daxil
etməsidir. Yaradıcılığın qeyri-adi və sehrli xarakteri. Özünüdərk və özyaradıcıılıq
şəxsiyyətin yaradıcılığının mühüm istiqamətidir.
İntiusiya və ititəfəkkürlülük. İntuisiyanın növləri. İntuisiyanın baş vermə
mexanizminin əsas mərhələləri. İtiağıllılıq və yaradıcılıq. Yaradıcılıq və intuisiyanın
idrakda rolu. Mübahisə və arqumentləşdirmə. İdrakda izahetmə və anlama, onların
fərqli cəhətləri.
Həqiqət anlayışı. Həqiqətin aspektləri və formaları. Həqiqət – yalan və
yanılmalar. Həqiqətin yalandan fərqləndirilməsi problemi. Həqiqət qonseoloji
problemdir. Təbii-elmi idrakda reallıq problemi və obyektiv həqiqət. Obyektiv
həqiqət və reallığın səviyyələri. Həqiqət məzmunca obyektiv, formaca subyektivdir.
Mütləq və nisbi həqiqətlər, onların dialektikası. Həqiqət, qiymət, dəyər: həqiqəti
stimullaşdıranq və təhrif edən amillər. Həqiqətin evristik xarakteri. Həqiqətin
konkretliyi və həqiqətin meyarları. Praktika biliyin həqiqiliyinin əsas meyarıdır.
Praktika insanın maddi sistemlərə fəal qarşılıqlı təsiri və məqsədyönlü
fəaliyyətidir. Praktikanın idraka və fəaliyyətin formalaşmasına təsiri. Praktika insanın
dünyaya münasibətinin spesifik üsuludur. Praktikanın genezisi. Qnoseoloji fenomen
kimi praktikanın mühüm xüsusiyyətləri – müəyyən məqsədə yönəldilmə, predmet –
hissi xarakteri, maddi sistemin yaradılması.Praktikanın formaları: ictimai istehsal,
ictimai-siyasi, elmi-təcrübi, tibbi, ailə-məişət, gündəlik, təsərrüfat və s. Praktika
idrakın əsası, hərəkətverici qüvvəsi, həqiqətin meyarı və məqsədidir. Praktikanın
qnoseoloji funksiyaları – bazis, determinasiya, meyar və məqsədyönlü fəaliyyət.
Heyvanların davranışı və insanların praktiki fəaliyyəti. Praktika – insanın
ictimai həyat fəaliyyətinin bütün formalarının əsasıdır. Davranış və fəaliyyət. Həyat
fəaliyyətinin digər formalarına münasibətdə praktikanın inteqrativ funksiyaları.
Praktikanın fəaliyyətinin strukturu və onun əsas formaları. Praktika obyektiv və
subyektiv tərəflərin vəhdətidir. Praktiki fəaliyyətin formaları. Texnika və texniki
fəaliyyət. Biliyin idraki praktiki tərəfləri. Bilik və dəyər.
Elm idrakın spesifik formasıdır. Elm obyektiv və ictimai faydalı biliklər
sistemidir. Elmin funksiyaları. Elm konqnitiv və sosioloji fəaliyyətdir. Elmi biliyin
əsasları. Elmin fəlsəfi əsasları. Elmin etikası. Elmi biliklər və etik tələblər. Elmin etik
normaları. Elmin humanistləşməsi problemi. Dünyanın elmi mənzərəsi. Elmi idrak və
onun spesifik cəhətləri: elmi idrakın obyektivliyi və predmetliyi dünyanın əməli
olaraq mənimsənilməsinin gələcək üsul və formalarının proqnozlaşdırılması. Elmi
təfəkkürün üsulları, metodları və formaları. Analiz və sintez. Abstraktlaşdırma və
ideallaşdırma. Elmi idrakın empirik və nəzəri səviyyələri və onların strukturu. İdeal
nəzəri modellər. Fundamental prinsiplər və qanunlar.
Empirik tədqiqatın metodları: müşahidə, eksperment, induksiya, analogiya,
təsnifat.
Nəzəri tədqiqatın metodları: deduksiya, modelləşdirmə, aksiomatika,
formalaşdırma. Elmi nəzəriyyənin qurulmasının metodları: abstaktdan konkretə
yüksəlmə, tarixi və məntiqilik, sistemlilik. Elmi idrakın forma və vasitələri: problem,
prinsip, ideya, hipoteza və nəzəriyyə.
Kompüter və fəlsəfə.
Dostları ilə paylaş: |