M ö v z u 7. Orta əsrlər Azərbaycan fəlsəfəsi
Azərbaycanda islam dinin yayılması mühüm tarixi hadisədir. «Quran» islam
dinin müqəddəs kitabı, orta əsrlərin ən böyük mədəniyyət abidəsidir. «Kitabi – Dədə
Qorqud» Azərbaycanın qəhrəmanlıq epopeyasıdır.
«Saflıq qardaşları» nın fəlsəfəsi. Onların varlıq təlimi, idrak nəzəriyyəsi və
sosial baxışları.
Ə.Bəhmənyarın fəlsəfəyə, məntiqə, metafizikaya və təbiətşünaslığa dair
traktatları və bu traktatlardan fəlsəfənin nəzəri məsələlərinin tədqiqi. Bəhmənyarın
varlıq təlimi. Onun kosmologiyası. Bəhmənyarın idrak nəzəriyyəsi. Bəhmənyarın
məntiqi və etik baxışları.
Eynəlquzat Miyanəçi dövrünün panteist filosofudur. Onun varlıq haqqında
təlimi və bu təlimin idrak nəzəriyyəsi ilə bağlılığı. Filosofun fəlsəfəsində
dialektikanın rüşeymləri.
Şihabəddin Sührəvərdi işraqilik fəlsəfəsinin banisidir. Varlıq təlimi.
Sührəvərdinin fəlsəfəsində emansipasiya nəzəriyyəsi. Psixika məsələləri və idrak
nəzəriyyəsi. Sührəvərdinin ictimai-siyasi baxışları.
Siracəddin Urməvinin varlıq təlimi. Onun fəlsəfəsində materiya, forma cisim,
məkan, zaman, kəmiyyət və keyfiyyət kateqoriyalarının izahı. Məntiq təlimi.
Urməvinin ictimai-siyasi baxışları.
N.Tusi – böyük ensiklopedik alim, görkəmli filosofdur. Tusinin ədəbiyyat,
onun predmeti və cəmiyyətdə yeri haqqında baxışları. Tusinin fəlsəfi sistemində
varlıq təlimi. Təbiətşünaslıq məsələləri. Tusinin fəlsəfəsində şüur problemi. Tusinin
məntiqi. «Əxlaqi-Nasiri» əsərində etik-əxlaqi məsələlərin tədqiqi. Tusinin ictimai-
siyasi baxışları.
Mahmud Şəbüstərinin panteizmi. Onun varlıq təlimi. Şəbüstərinin idrak
nəzəriyyəsi. «Gülşən-e-raz» əsərində təfəkkürə dair fikirləri. Şəbüstərinin etikası.
Azərbaycanın orta əsrlər poetik fəlsəfəsi. Xaqaninin dünyagörüşünün idealist
xarakteri. Bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş N.Gəncəvinin
«Xəmsə» sində fəlsəfi fikirlər. Onun Allah, mövcudat, insan və cəmiyyət, elm və
idrak həqqında fəlsəfi baxışları.
Hürufilik fəlsəfəsinin ideoloqu olan Nəsiminin panteist fəlsəfəsi. Onun fəlsəfi
təlimində insan anlayışının şərhi və humanist, etik-əxlaqi baxışları.
Görkəmli filosof – mütəfəkkir Füzulinin «Mətlə əl - etiqad» əsərində fəlsəfi
məsələlərin şərhi. Onun varlığa və idraka dair baxışları, etik-əxlaqi fikirləri.
Azərbaycan maarifçilərinin fəlsəfəsi. Maarifçi ədəbi-tənqidi və ictimai-tarixi
idrakın meydana gəlməsi. Azərbaycan maarifçilərinin materializmi və ateizmi.
Onların etik və estetik fikirləri. A.Bakıxanov fəlsəfə və onun vəzifələri haqqında.
Onun dünyagörüşündə insan problemi. Bakıxanov varlıq və idrak haqqında. Onun
kosmoqonik təlimi. Azərbaycanda klassik maarifçilik. M.F.Axundov materialist
filosofdur. Axundov mübariz ateistdir. Axundovun dünyanın maddi vəhdəti haqqında
təlimi və onun idrak nəzəriyyəsi. XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycanda maarifçi və inqilabi demokratik fikrin inkişafı Azərbaycanın ictimai
fikrində və mədəniyyətində milli istiqlal ideyaları.
Dostları ilə paylaş: |