22
Bu cür bölgünün aparılması informasiyanın təbiətindən
irəli gəlir. Belə ki, təbiətdə və həyatda baş verən, insanın
vizual müşahidə (görmə) və qulaqasma orqanları tərəfin-
dən qəbul edilən,
eləcə də klassik telefon, televiziya, radio
və digər qurğular vasitəsilə ötürülən məlumatlar analoq
informasiyadır.
Hesablama texnikasında, o cümlədən kompüterlərdə,
kompüter şəbəkələrində və sistemlərində, müasir rabitə
vasitələrində məlumatlar rəqəmsal
informasiya şəklində
yaradılır, saxlanılır, emal olunur və ötürülür.
Analoq informasiya ilə rəqəmsal informasiya arasında
əlaqəni göstərmək üçün aşağıdakı nümunəyə baxaq.
Ətrafda görünən təbiətin (məsələn, dağın, gölün) rəssam
tərəfindən çəkilən və insanların görmə orqanları (gözləri)
tərəfindən qəbul edilən şəkil, peyzaj analoq informasi-
yadır. Lakin həmin şəklin (və ya təbiətin) rəqəmsal foto-
aparatla (müasir mobil telefonla) çəkilmiş variantı, foto-
aparatın, telefonun və ya kompüterin yaddaşına yazılmış
rəqəmsal informasiya olur. Beləliklə,
analoq informasiya
rəqəmsal informasiyaya çevrilmiş olur.
Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar
da kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara
çevrilir, yəni rəqəmsal informasiyaya çevrilmiş olur.
Analoq informasiya kəsilməz olur, yəni bu informasiyada
hadisənin bütün məqamları öz əksini tapır, lakin rəqəmsal
informasiya baş vermiş hadisənin reallığını itirməmək şərti
ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu
baxımdan, rəqəmsal informasiyaya diskret informasiya
deyirlər. Analoq informasiyanın rəqəmsal informasiyaya
çevrilməsi prosesinə analoq-rəqəm çevrilməsi deyilir.
İnsanın hissiyyat orqanları yalnız analoq informasiyanı
qəbul və emal edə, saxlaya və ötürə bilir. Qeyd olunduğu
23
kimi, analoq informasiyanın qəbulu, ötürülməsi və emalı
funksiyalarını yerinə yetirən bir çox texniki analoq qurğu-
ları və vasitələri (məsələn: televizor, radio, maqnitafon, te-
lefon) mövcuddur. Lakin müasir
dövrdə analoq qurğular
yeni nəsil rəqəmsal qurğularla əvəz olunur. Hazırda rə-
qəmsal informasiya ilə işləyən qurğulara misal olaraq
kompüter texnikasını, rəqəmsal televizorları, rəqəmsal ra-
dionu, DVD və BluRay qurğularını, rəqəmsal telefonları
və s. misal göstərmək olar. Belə qurğular yalnız rəqəmli
informasiyanın qəbulu, emalı, saxlanması və ötürülməsi
üçün nəzərdə tutulmuşdur.
Qeyd olunduğu kimi, informasiya siqnallar formasında
qəbul olunur, emal edilir və ötürülür. Hər növ siqnalın öz
qəbuledicisi olmalıdır. Məsələn, qulaq səs siqnallarını, göz
işıq siqnallarını və s. qəbul edir. İnformasiyanın saxlanma-
sı üçün isə onun kodlaşdırılması tələb olunur. İnsan dü-
şüncəsinin və fikirlərinin mətnlər şəklində yazılmasını in-
formasiyanın xüsusi siqnallarla kodlaşdırılması kimi qəbul
etmək olar. İnformasiyanın yazı şəklində saxlanması üçün
qəbul edilmiş siqnallar hərflərdir. Yazının kodlaşdırılması
sisteminə əlifba deyilir. Əlifbalar
müxtəlif olduğundan ey-
ni bir informasiyanı müxtəlif sistemlərdə (dillərdə) kodlaş-
dırmaq mümkündür. Bəzən yazıların kodlaşdırılıması
üçün daha mürəkkəb kodlaşdırma sistemlərindən – heroq-
liflərdən istifadə edirlər.
Rəqəmsal informasiyanın elektron qurğuların, o cümlə-
dən kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu
və ötürülməsi üçün onlar da kodlaşdırılmalıdır. Kompü-
terdə məlumatlar 0 və 1 rəqəmlərinin ardıcıllığı şəklində
ifadə edilir, yəni rəqəmsal informasiyanın verilməsi (təq-
dim və təsvir olunması) üçün istifadə olunan siqnallar 0 və
1 rəqəmləri ilə işarə olunur. Məsələn, qurğulardan asılı
24
olaraq
impulsun, işıq selinin, elektrik cərəyanının və s.
olması 1, olmaması isə 0 rəqəmi ilə verilir.
Kompüterdə informasiya ayrı-ayrı simvolların toplusu
şəklində emal edilir. İnformasiyanın verilməsi üçün tələb
olunan bütün simvollar müəyyən olunmuş kodlarla – ədəd-
lərlə işarə olunur. Hər hansı söz kompüterə daxil edilərkən
və ya rabitə xətti ilə ötürülərkən o, ayrı-ayrı hərflərinin
(simvollarının) kodlarına, yəni ədədlərə çevrilir və ədədlər
şəklində saxlanılır və ya ötürülür. Kompüterlərdə,
eləcə də
digər rəqəmsal texnologiyalarda audio, video, qrafika, şəkil
və s. növ məlumatlar da analoji qaydada kodlaşdırılır, emal
olunur və saxlanılır. Bu kodlar da (ədədlər) iki rəqəmin – 0
və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur.
İnformasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə
olunması sistemi
ikilik say sistemi adlanır. İkilik say sis-
temi ingiliscə
"binary digit" adlanır.
İnformasiya texnologiyalarının
xüsusiyyətlərindən irəli
gələrək, informasiyanın həcminin ölçülməsi üçün
bit və
Dostları ilə paylaş: